Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-130/2024 04.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-348/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 2021-ci il 28 aprel tarixli 05 nömrəli müqavilədən görünür ki, Cavabdeh İstehsalat Ticarət Firmasının sifarişinə əsasən “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin 576 mənzilin mətbəx mebelinin hazırlanıb quraşdırılması, 100 nəfərlik uşaq bağçasının mebellərinin quraşdırılması, inzibati binasının mebellərinin quraşdırılması” bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarları və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi "xxxx" MMC-yə həvalə edilir. Müqaviləyə əsasən alınacaq avadanlıq və materialların ümumi dəyəri ƏDV daxil olmaqla 253.159,21 manat təşkil edir. Həmin müqaviləyə əlavə edilmiş 2021-ci il 28 aprel tarixli 01 nömrəli spesifikasiyadan görünür ki, cədvəldə ayrı-ayrılıqda adları, miqdarları və dəyərləri göstərilən malların ümümi dəyəri 214.541,70 manat (38.617,51 manat 18% ƏDV daxil olmaqla cəmi 253.159,21 manat) təşkil edir. Həmin müqaviləyə əlavə olunmuş 02/05 nömrəli spesifikasiyaya əsasən 441 mənzilin mətbəx mebelinin artırılması üçün 15.999,48 manat (2.879,91 manat 18% ƏDV daxil olmaqla cəmi 18.879,39 manat) məbləğ barədə razılıq əldə edilmişdir. 2021-ci il 20 may tarixli 07 nömrəli müqavilədən görünür ki, Cavabdeh İstehsalat Ticarət Firmasınin sifarişinə əsasən “Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəzaçəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsinə” bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarı və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi "xxxx" MMC tərəfindən yerinə yetirilməlidir. Qeyd olunan müqaviləyə əlavə edilmiş 01/07 nömrəli spesifikasiyadan görünür ki, cədvəldə ayrı-ayrılıqda adları, miqdarları və dəyərləri göstərilən malların ümumi dəyəri 8.725 manat (1.570,5 manat 18 % ƏDV daxil olmaqla cəmi 10.295,50 manat) təşkil edir. Tərəflər arasında bağlanılmış 2021-ci il 28 aprel tarixli 05 nömrəli müqavilənin və 2021-ci il 20 may tarixli 07 nömrəli müqavilələrin 1.2-ci bəndlərinə əsasən hər iki müqavilə bir il müddətinə bağlanmışdır. Elektron qaimələrdən görünür ki, 17.616,46 manat, 20.063,19 manat, 7.345,5 manat, 59.001,06 manat, 3.425,42 manat, 59.210,87 manat, 23.488,61 manat, 35.232,91 manat olmaqla, ümumilikdə 191.003,4 manat ƏDV xaric, 225.384,02 manat ƏDV daxil məbləğində işlər görülmüşdür. İşdə olan: - 2023-cü il 8 mart tarixli elektron qaiməyə əsasən 35.146,65 manat (malların qiyməti 29.785,3 manat və ödənilməli olan ƏDV məbləği 5.361,35 manat) - 2023-cü il 9 mart tarixli elektron qaiməyə əsasən 18.879,39 manat (15.999,48 + 2.879,91 manat), - 2023-cü il 31 mart tarixli elektron qaiməyə əsasən 2.950 manat (2.500 + 450 manat) məbləğində (ümumilikdə 48.284,78 manat ƏDV xaric, 56.976,04 manat ƏDV ilə) mal təhvil verilmiş və işlər görülmüşdür. Ödəniş cədvəllərindən görünür ki, Cavabdeh İstehsalat Ticarət Firması tərəfindən 2021- ci il 18 may tarixində 20.000 manat, 20 may – 30.000 manat, 12 iyul- 10.000 və 6.225 manat, 12 avqust – 25.000 manat, 16 sentyabr – 35.085,20 manat, 13 oktyabr – 17.002,70 manat, 26 oktyabr – 2.902,90 manat, 29 dekabr – 29.858,40 manat, 2022-ci il 25 yanvar – 14.929.20 manat; cəmi 191.003,4 manat "xxxx" MMC-nin bank hesabına ödəniş edilmişdir. Əl yazısı ilə tərtib edilmiş 2021-ci il 4 iyun tarixli qəbzdən görünür ki, "xxxx" MMC-nin direktoru X6 2021-ci il 20 may tarixli 07 nömrəli müqavilə üzrə 8.725 manat məbləğdən 2.500 manatı aldığını, qalıq borcun 6.225 manat olduğunu qeyd etmişdir. Əl yazısı ilə tərtib edilmiş 2021-ci il 14 aprel tarixli qəbzdən görünür ki, "xxxx" MMCnin direktoru X6 2021-ci il 14 aprel tarixində 20.000 manat aldığını qeyd etmişdir. 2020-ci il 20 may tarixli 03 nömrəli müqavilədən görünür ki, sifarişçi "xxxx" MMC-nin sifarişinə əsasən “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin 576 mənzilin mətbəx mebelinin qaz peçi və aspirator ilə quraşdırılması, 100 nəfərlik uşaq bağçasının mebel və digər avadanlıqların, inzibati binasının mebellərinin yığılması” bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarları və dəyərləri göstərilən avadanlıqların istehsal olunaraq təchiz edilməsi Cavabdeh İstehsalat Ticarət Firmasına həvalə edilmişdir. Həmin Müqavilənin 6.2-ci bəndinə görə müqavilə üzrə qəbul edilmiş öhdəliklər “İcraçı” tərəfindən üçüncü tərəfə tapşırılırsa, müqavilənin yerinə yetirilməsi üçün məsuliyyət “İcraçı”nın üzərinə düşür. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil sorğusuna əsasən "xxxx" MMC-nin direktoru Musa Musayevin 2023-cü il 14 mart tarixli 109/23 saylı məktubunda göstərilmişdir ki, tərəflər arasında §12-də qeyd olunan müqavilə bağlanmış və həmin müqavilə üzrə öhdəliklər Cavabdeh İstehsalat Ticarət Firması tərəfindən tam icra olunaraq mal və avadanlıqlar tələb edilən keyfiyyətdə və qüsursuz şəkildə təchiz edilərək quraşdırılmış və müqavilə üzrə dəyəri "xxxx" MMC tərəfindən tam olaraq Cavabdeh İstehsalat Ticarət Firmasına ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 7 fevral tarixində Cavabdeh İstehsalat Ticarət Firmasına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 48.262,78 manat pulun və ödənilmiş 235 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında Bakı şəhəri, Maştağa qəsəbəsinin 576 mənzilin mətbəx mebelinin hazırlanıb, quraşdırılması, 100 nəfərlik bağçanın mebellərinin quraşdırılması, inzibati binanın mebellərinin quraşdırılması, bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarı və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi üçün 2021-ci il 28 aprel tarixli müqavilə bağlanmışdır. Müqavilənin ayrılmaz hissəsi olan 2021-ci il 28 aprel tarixli spesifikasiya № 01 və 02/05-ə uyğun olaraq siyahıda göstərilən bütün avadanlıqlar vaxtlı-vaxtında keyfiyyətli şəkildə quraşdırlmışdır. İşlər görüldüyü zaman mətbəx mebellərinin rəflərinin artırılması barədə sifarişçi tərəfindən yenidən sifariş verilmiş və spesifikasiya 02/05 əlavə edilərək ümumi məbləğdən əlavə olaraq 15.999,48 manat da ödəməli olduğuna dair razılaşmışdırlar. Lakin sifarişçi tərəfindən ödənilməli olan məbləğ tam olaraq ödənilməmiş və hazırda borcu qalmışdır. Belə ki, 2021-ci il 18 may tarixində 20.000 manat, 20 may - 30.000 manat, 12 iyul - 10.000 manat, 12 avqust - 25.000 manat, 16 sentyabr - 35.085,20 manat, 13 oktyabr - 17.002,70 manat, 26 oktyabr - 2.902,90 manat, 29 dekabr - 29.858,40 manat və 2022-ci il 25 yanvar tarixində - 14.929,20 manat ödənilmişdir. Qurşadırılan və yerləşdirilən mebellərin ümumi dəyəri 214.541,70 manat, əlavə rəflərin quraşdırlmasına (spesifikasiya 02/05) 15.999,48 manat, ümumilikdə 230.541,18 manat təşkil etdiyi halda, bu günə kimi cəmi 184.778,40 manat ödəniş edilmiş, qalıq qalan 45.762,78 manat məbləği isə bu günə kimi ödənilməmişdir. Hər dəfə müxtəlif bəhanələrlə, guya malları verdiyi şirkətdən pulları tam olaraq ala bilmədiyi səbəbindən ona olan borcunu ödəyə bilmir, aldığı zaman isə tezliklə qalıq qalan məbləği ödəyəcəyinə yalandan vəd versə də heç bir ödəniş edilməmişdir. Bundan başqa tərəflər arasında 2021ci il 20 may tarixində “Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəzaçəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsi”-nə müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkibi olan cədvəldə (spefisifikasiya № 01/07) adları, miqdarları və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Spesifikasiyaya uyğun olaraq mallar göstərilən ünvanda vaxtlı-vaxtında keyfiyyətli şəkildə yerləşdirilərək quraşdırılmışdır. Quraşdırılmış mebellərin ümumi dəyərinin 8.725 manat məbləğinə razılaşdırılmasına baxmayaraq ona 2021-ci il 12 iyul tarixində 6.225 manat məbləğində ödəniş etmiş, qalıq qalan 2.500 manat məbləği isə yaxın günlərdə ödəyəcəyinə vəd versə də, bu günə kimi ödəniş olunmamış, cavabdehin ümumilikdə iddiaçıya 48.262,78 manat borcu qalmışdır. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 24 may tarixli e-2-2(115)-348/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – K.Vəliyev). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr hüquqi mahiyyətinə görə və məzmun baxımından podrat müqaviləsinin ünsürlərini əhatə edir. Müqavilələrin məzmunundan göründüyü kimi hazırkı iş üzrə iddiaçı müqavilə üzrə icraçı (podratçı), cavabdeh isə sifarişçi olmuşdur. Məhkəmə qeyd etmişdir ki, mübahisənin vəziyyətindən məlum olunduğu kimi, iddiaçı müqavilə üzrə öz öhdəliyini tam icra etdiyini, cavabdeh isə bunun əksinə olaraq iddiaçı tərəfindən icranın qismən yerinə yetirildiyini, görülən iş həddində pul ödədiyini bildirir. Belə olan vəziyyətdə iddiaçı müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməsi barədə sübut təqdim etməlidir. İddiaçı sübut etməlidir ki, onun görmüş olduğu işlərin dəyəri cavabdehin ödəmiş olduğu puldan artıqdır. Qanunvericilikdə və tərəflər arasında olan müqavilələrdə müəyyən edilmiş qaydalara görə icraçı (iddiaçı) sifariş olunmuş materialların, avadanlıqların vaxtında obyektə çatdırılmasını və təhvil verilməsini təmin etməli və yaxud təhvil almaq üçün sifarişçiyə müddət təklif etməlidir. Həmin müddət ərzində sifarişçi işləri qəbul etmədikdə icraçı işi təhvil vermiş sayılır. Sifarişçi qəbul edilən və ya podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilmədiyinə görə qəbul edilmiş sayılan işlərə görə muzd ödənilməlidir. İşlərin sifarişçi tərəfindən qəbul edilməsini və ya hazır olmuş işin qəbul edilməsi barədə icraçının müddət müəyyən edən təklifinin sifarişçiyə çatdırılmasını, həmçinin işlərin podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilməməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. İddiaçının sübut kimi təqdim etdiyi "xxxx" MMC-nin 2023-cü il 14 mart tarixli 109/23 nömrəli məktubundan göründüyü kimi (bax §13), müqavilə üzrə öhdəliklərin iddiaçı tərəfindən tam olaraq yerinə yetirilməsini bildirən söz və ya ifadə mövcud deyildir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının istinad etdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi elektron qaimələr və elektron vergi-hesab fakturaları malların məxaricini bildirən uçot sənədidir. Elektron qaimələrin tətbiqi vergi nəzarəti mexanizminin daha səmərəli təşkilinə xidmət edir. Həmçinin, məhkəmə bildirmişdir ki, üç sayda elektron qaimə 2023-cü ilin fevral-mart aylarında tərtib edilərək göndərilmişdir ki, həmin elektron qaimə fakturalarda göstərilən borc məbləği iddia tələbində göstərilən borcu əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının tələbindən göründüyü kimi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaiməfakturalar işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilməlidir. Mövcud qaydalara əsasən icraçı (iddiaçı) işlərin görüldüyü tarixdən sonra 5 gün ərzində elektron qaiməni sifarişçiyə təqdim etməli, işlər qəbul edildyi və pul ödənilmədiyi halda onu borcludan tələb etməli, pretenziya və mediasiya mərhələlərində mübahisə həll edilmədiyi vəziyyətdə son olaraq məhkəmədə iddia qaldırmalı olduğu halda, iddiaçı bu ardıcıllığın əksinə olaraq işlərin tam başa çatdırdığını bildirərək 48.262,78 manat borcla bağlı cavabdehə yazılı müraciət göndərmiş, sonra mediasiya təşkilatına müraciət etmiş, 2022-ci il 25 oktyabr tarixində mediasiya keçirilmişdir. İddiaçı 2023-cü il 8 fevral tarixdə məhkəmədə iddia qaldırdıqdan sonra işlərin görülməsi barədə elektron qaimələri tərtib edərək cavabdehə göndərmiş və bu qaimələri sübut kimi məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, elektron qaimələr müqavilə üzrə işlərin təhvil verilməsini təsdiq edən sübut kimi qiymətləndirilmir. Məhkəmə bu qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 389.1, 442, 425.1, 448.2, 752.1, 770-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 71-1-ci, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının 1.2, 3.7-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 88, 119.1, 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 28 aprel 2021-ci il tarixdə sifarişçi Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov ilə Bakı şəhəri, Maştağa qəsəbəsində 576 mənzilin mətbəx mebelinin hazırlanıb, quraşdırılması, 100 nəfərlik bağçanın mebellərinin quraşdırılması, inzibati binanın mebellərinin quraşdırılmasına dair razılığa gəlmişlər. Hansısa səbəbdən sifarişçi Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov 576 deyil 441 mənzilə mebellərin quraşdırılmasının zərurət olduğunu bildirdi. Buna uyğun olaraq xx.xx.2021-ci il tarixli spesifikasiya № 1 müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarı və dəyərləri göstərilən mebel, avadanlıqların alınaraq təchiz edilməsi üzrə "xxxx" MMC-nin direktoru R.V.Aslanovla müqavilə bağlanmışdır. Müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarı və dəyərləri göstərilən mebel, avadanlıqların alınaraq təchiz edilməsinin məbləği 214541.70 (ədv 18% daxil olmaqla 253.159.21) manat təşkil etmişdir. Bundan başqa müqavilənin ayrılmaz hissəsi olan xx.xx.2021-ci il tarixli spesifikasiya № 01 və 02/05-ə uyğun olaraq siyahıda göstərilən bütün avadanlıqlar vaxtlı-vaxtında keyfiyyətli şəkildə tərəflərindən quraşdırılmışdır. İşlər görüldüyü zaman mətbəx mebellərinin rəflərinin artırılması barədə sifarişçi Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov tərəfindən yenidən sifariş verilmişdir və Spesifikasiya 02/05 əlavə edilərək ümumi məbləğdən əlavə olaraq 15999.48 (ədv 18% daxil 18.879,39) manat ödəməli olduğuna dair razılaşmışlar. Bundan başqa 20 may 2021-ci il tarixdə sifarişçi Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov tərəfindən “Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəzaçəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsi”-nə müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan cədvəldə (spefisifikasiya № 01/07) adları, miqdarları və dəyərləri göstərilən mebel və avadanlıqların aılnaraq təchiz edilməsi barədə "xxxx" MMC ilə müqavilə bağlanmışdır. Spesifikasiyaya uyğun olaraq mallar göstərilən ünvanda vaxtlı-vaxtında keyfiyyətli şəkildə yerləşdirilərək quraşdırılmışdır. Belə ki, quraşdırılmış mebellərin ümumi dəyəri 8725.00 (ədv daxil 10295) manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli müqaviləyə uyğun olaraq qeyd edilən bütün mebellər vaxtlı-vaxtında sifariş verilən ünvana yəni "xxxx" MMC-yə quraşdırılmışdır. Lakin bütün mebellər quraşdırılmağına baxmayaraq ödəniş olaraq ödənilməli 214541.70 (ədv 18% daxil olmaqla 253.159.21) + 15999.48 (ədv 18% daxil 18.879,39) məbləğlərdən cəmi 184778.40 (ədv daxil 218038.5) manat ödəniş edilmiş, qalıq qalan 45762.78 (ədv daxil 54000) manat məbləği isə bu günə kimi ödənilməmişdir. Hər dəfə müxtəlif bəhanələr edərək, guya malları verdiyi şirkətdən, pulları tam olaraq ala bilmədiyi səbəbindən ona olan borcunu ödəyə bilmir, aldığı zaman isə tezliklə qalıq qalan məbləği ödəyəcəyinə yalandan vəd versə də, bu günə kimi heç bir ödəniş etməmişdir. 20 may 2021-ci il tarixli müqavilədən isə Spesifikasiyaya uyğun olaraq mallar göstərilən ünvana vaxtlı-vaxtında keyfiyyətli şəkildə yerləşdirilməsinə baxmayaraq mebellərin ümumi dəyəri 8725.00 (ədv daxil 10295) manat təşkil etdiyi halda 6225 (ədv daxil 7345,5) manat məbləğində ödəniş etmiş, qalıq qalan 2500 (ədv daxil 2950) manat məbləği isə yaxın günlərdə ödəyəcəyinə vəd versə də, bu günə kimi ödəniş etməmişdir. Hətta cavabdeh tərəfindən sistemə yerləşdirilmiş müqavilənin üzərində verilməyən malların üzərində “-” işarəsi ilə işarələdiyi malların guya verilməyən malların dəyəri 2750 manat təşkil edir. Həmin malları da, "xxxx" MMC-yə quraşdıran iddiaçı tərəfdən ustalar və fəhlələr malları quraşdırarkən şəkilləri çəkərək onun Whatshap vasitəsi ilə telefonuna göndərmişlər. Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru guya müqavilədə qeyd edilən malların bəzilərinin quraşdırılmamasına istinad edərək qalıq qalan pulu ödəməyəcəyini bildirmişdir. Bu səbəbdən mebellərin quraşdırıldığı "xxxx" MMC-yə” vəkil tərəfindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, müqavilə üzrə öhdəliklər tam icra olunaraq mal və avadanlıqlar tələb edilən keyfiyyətdə və qüsursuz şəkildə təchiz edilərək quraşdırılmış və müqavilə dəyəri "xxxx" MMC tərəfindən tam olaraq Cavabdeh İstehsalat Ticarət Firmasına ödənilmişdir. Əgər cavabdeh onunla bağlanmış müqavilədə qeyd edilən malların bir qismini başqa şəxslərə düzəltdirmişsə, o halda həmin malların düzəltdirilməsinə dair elektron qaimələri təqdim etməli idi. Hazırda mebelləri quraşdırmış ustalar və fəhlələr ondan işlədikləri işin pulunu tələb edirlər. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 sentyabr tarixli 2-2(104)-197/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, idda qismən təmin olunmuş, cavabdehdən 45.762,78 manat məbləğində pul və ödənilmiş 228,50 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – R.Muradov və A.Hüseynzadə). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında podrat münasibətləri yaranmış, iddiaçı ilə cavabdeh arasında 2021-ci il 28 aprel tarixində müqavilə bağlanmış, icraçı (iddiaçı) cavabdehin sifarişinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin 576 mənzilli binaların 441 mənzilinin mətbəx mebelinin hazırlanıb quraşdırılması, 100 nəfərlik uşaq bağçasının mebellərinin quraşdırılması, inzibati binasının mebellərinin quraşdırılmasını öhdəsinə götürmüşdür. Tərəflər arasında həmin müqaviləyə əlavə edilmiş eyni tarixli 01 nömrəli və 02/05 nömrəli spesifikasiyalara əsasən avadanlıqların ümumi dəyəri 230.541,18 manat müəyyən edilmişdir. İşdə olan elektron qaimələrdən də göründüyü kimi iddiaçı tərəfindən spesifikasiyalarda qeyd olunan adları, miqdarları və dəyərləri göstərilən avadanlıqlar sonuncu tərəfindən müqavilədə nəzərdə tutulan qaydada quraşdırılmış, öhdəliyi tam şəkildə icra edilmişdir. Ödəniş cədvəllərinə əsasən cavabdeh isə 230.541,18 manat ödəməli olduğu halda cəmi olaraq 184.778,40 manat ödəniş etmiş, ödənilməmiş 45.762,78 manat borcu qalmışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı MMC-nin direktoruna nağd şəkildə 20.000 manat ödənilməsi barədə əl yazısı ilə tərtib edilmiş 2021-ci il 14 aprel tarixli qəbzdən göründüyü kimi həmin ödəniş hazırkı müqavilə bağlanmazdan əvvəl verilmiş və həmin ödənişin bu müqaviləyə aidiyyəti olmamışdır. Cavabdehin direktoru Mirdamət Məmmədov həqiqətən də iddiaçının tələb etdiyi məbləği ödəmədiyini göstərmiş, bunun səbəbini isə iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan işləri tam şəkildə icra etməməsi ilə izah etmiş, həmin malların məhkəməyə təqdim etdiyi sənədlərin içərisində olan 2021-ci il 28 aprel tarixli 01 nömrəli spesifikasiyada işarələdiyini bildirmiş, həmçinin göstərilən natamamlıqların başqa şəxslər və şirkətlər tərəfindən yerinə yetirildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmamış və bildirmişdir ki, əvvəla cavabdehin direktoru natamamlıqların başqa şəxslər və şirkətlər tərəfindən yerinə yetirilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. İkincisi isə cavabdehin təklifinə əsasən məhkəmə iclasına şahid kimi çağırılaraq dindirilmiş X1 cavabdehin direktorunun qeyd etdiklərini təkzib etmişdir. İlk sifarişçi olan "xxxx" MMC tərəfindən verilmiş məktubda isə tərəflərindən sifariş edilmiş işlərin cavabdeh tərəfindən tam şəkildə icra edildiyi göstərilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının iddia və apellyasiya tələbində irəli sürdüyü dəlil bu hissədə əsaslıdır və təmin edilməlidir, yəni 2021-ci il 28 aprel tarixli müqaviləyə əsasən ödənilməmiş qalan 45.762,78 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tərəflər arasında 2021-ci il 20 may tarixində bağlanmış müqaviləyə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, həmin razılığa əsasən Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəzaçəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsinin mebel və avadanlıqlarla təchiz edilməsi iddiaçıya tapşırılmış və həmin müqavilə üzrə malların ümumi dəyəri 8.725 manat təşkil etmişdir. Ödəniş cədvəlindən göründüyü kimi cavabdeh tərəfindən 6.225 manat iddiaçının bank hesabına köçürülmüşdür. Həmin müqavilə üzrə yerdə qalan 2.500 manat isə əl yazısı ilə tərtib edilmiş 2021-ci il 4 iyun tarixli qəbzə əsasən iddiaçının direktoru X5 (bundan sonra – “R.Aslanov”) nağd şəkildə verilmişdir. Qeyd olunan halı məhkəmə iclasında iddiaçının direktoru X6, onun nümayəndəsi və vəkili Vəkil (bundan sonra – “Vəkil”) da təsdiq etmişlər. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin həmin hissədə təmin edilməli olmaması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 752.1, 753.1, 753.2, 755-ci və MPM-in 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 29 mart 2024-cü il tarixli, 2-2(102)-117/2024 saylı qərarı ilə (məruzəçi – İ.Dadaşov, hakimlər – B.Qəribov və E.Şamayev) Cavabdeh İstehsalat Ticarət Firmasının kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 sentyabr tarixli 2-2(104)-197/2023 nömrəli qətnaməsinin qismən – iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabeh Cavabdeh İstehsalat Ticarət Firmasının nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR MPM 376.2. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulur: “Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi Halları istisna olmaqla, öhdəli инь əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...” “Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliy в məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...” “Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. ...” “Maddə 755. İşi şəxsən yerinə yetirmək vəzifəsi Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-348/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi tərəflər arasında müqavilələr bağlanaraq həmin müqavilələrə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olan cədvəllərdə adları, miqdarları və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi iddiaçı "xxxx" MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 29 mart 2024-cü il tarixli, 2-2(102)-117/2024 saylı qərarından görünür ki, Cavabdeh İstehsalat Ticarət Firmasının kassasiya şikayəti qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-197/2023 nömrəli qətnaməsi qismən – iddia tələbinin təmin olunduğu hissədə ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası bildirir ki, kassasiya instansiya məhkəməsinin qərarına əsasən məhkəmə araşdırmasının predmetini də həmin hissə təşkil edəcəkdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələr hüquqi mahiyyətinə görə və məzmun baxımından podrat müqaviləsinin ünsürlərini əhatə edir. Müqavilələrin məzmunundan göründüyü kimi hazırkı iş üzrə iddiaçı müqavilə üzrə icraçı (podratçı), cavabdeh isə sifarişçi olmuşdur. İşin hallarından göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyini tam icra etdiyini, cavabdeh isə bunun əksinə olaraq iddiaçı tərəfindən üzərinə düşən öhdəliyin qismən icra edildiyini və görülən iş həddində pul ödədiyini bildirir. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən işbölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Belə olan halda iddiaçı iddia tələbində göstərdiyi hallar barədə sübut təqdim etməli və öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müqaviləyə əlavə edilmiş 2021-ci il 28 aprel tarixli 01 nömrəli spesifikasiyadan görünür ki, cədvəldə ayrı-ayrılıqda adları, miqdarları və dəyərləri göstərilən malların ümümi dəyəri 214.541,70 manat (38.617,51 manat 18% ƏDV daxil olmaqla cəmi 253.159,21 manat) təşkil edir. Həmin müqaviləyə əlavə olunmuş 02/05 nömrəli spesifikasiyaya əsasən 441 mənzilin mətbəx mebelinin artırılması üçün 15.999,48 manat (2.879,91 manat 18% ƏDV daxil olmaqla cəmi 18.879,39 manat) məbləğ barədə razılıq əldə edilmişdir. Qanunvericilikdə və tərəflər arasında olan müqavilələrdə müəyyən edilmiş qaydalara görə icraçı "xxxx" MMC sifariş olunmuş materialların, avadanlıqların vaxtında obyektə çatdırılmasını və təhvil verilməsini təmin etməli və yaxud təhvil almaq üçün sifarişçiyə müddət təklif etməlidir. Həmin müddət ərzində sifarişçi işləri qəbul etmədikdə icraçı işi təhvil vermiş sayılır. Sifarişçi qəbul edilən və ya podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilmədiyinə görə qəbul edilmiş sayılan işlərə görə muzd ödənilməlidir. İddiaçı tərəfindən işlərin sifarişçi tərəfindən qəbul edilməsini və ya hazır olmuş işin qəbul edilməsi barədə icraçının müddət müəyyən edən təklifinin sifarişçiyə çatdırılmasını, həmçinin işlərin podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilməməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. İddiaçının, tərəflərindən işlərin tam həcmdə görüldüyünü təsdiq etmək üçün təqdim etdiyi "xxxx" MMC-nin 2023-cü il 14 mart tarixli 109/23 nömrəli məktubunda müqavilə üzrə öhdəliklərin məhz iddiaçı tərəfindən tam olaraq yerinə yetirilməsini bildirən konkret məlumat və işdə bu halı təsdiq edən digər sübutlar olmamışdır. Həmçinin həmin məktubda bu işlərin cavabdeh tərəfindən tam şəkildə icra edildiyi bildirilmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırki işə dair kassasiya instansiya məhkəməsinin müvafiq qərarında qeyd edilən mövqeyindən göründüyü kimi 2023-cü ilin 8 mart, 9 mart və 31 mart tarixlərində 3 ədəd elektron qaimənin işlərin həqiqətən iddiaçı tərəfindən görülməsini təsdiq edən sübut kimi qəbul edilməsi iddiaçı və cavabdeh arasında həmin elektron qaimələr üzrə işlərin təhvil-təsliminin və digər təsdiqedici sənədlərin olmaması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturalarının forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının tələblərinə riayət edilmədiyi üçün əsaslı hesab edilə bilməz. Belə ki, həmin qaydaların 3.7-ci bəndinə əsasən, elektron qaimə-faktura malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt (3.7.1); əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində (3.7.2); işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaiməfakturalar işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində (3.7.3) təqdim edilməlidir. İşin hallarından görünür ki, işlər iddiaçı tərəfindən 2021-ci il 4 noyabr tarixində təhvil verilmiş, sonuncu 3 qaimə isə artıq iddia ərizəsi 2022-ci il 9 fevral tarixində Gəncə Kommersiya Məhkəməsinin icraatına qəbul ediləndən də sonra 8-31 mart tarixləri aralığında, bir il 4 aydan sonra tərtib edilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının istinad etdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi elektron qaimələr və elektron vergi-hesab fakturaları malların məxaricini bildirən ilkin uçot sənədləri olmaqla, Elektron qaimələrin tətbiqi vergi nəzarəti mexanizminin daha səmərəli təşkilinə xidmət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” “Qaydaları”nın tələblərinə əsasən isə icraçı (iddiaçı) işlərin görüldüyü tarixdən sonra 5 gün ərzində elektron qaiməni sifarişçiyə təqdim etməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında qeyd edilmişdir ki, “Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində elektron qaimə-faktura verir (maddə 71-1.1.3). Göründüyü kimi iddiaçı qanunvericiliyin tələblərinə uyğun davranmamış və gördüyü, təhvil verdiyi işlərə görə vaxtında - 5 gün müddətində elektron qaimə-faktura verməmişdir. Buna görə də sonradan tərtib edilmiş elektron qaimələr iddianın sübut olunması üçün mötəbər dəlillər kimi qiymətləndirilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası müqavilə bağlanmamışdan əvvəl, 14 aprel tarixində 20.000 manat pulun nağd qaydada verilməsi halına münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 2021-ci il 28 aprel tarixli müqavilənin 3-cü bəndində cavabdehin iddiaçıya avans olaraq 30 faiz ödəməli olduğu razılaşdırılmışdır. 20.000 manatın verilməsinə dair 2021-ci il 14 aprel tarixli əlyazması ilə qəbz tərtib edilmişdir, iddiaçı tərəfindən bu hal təkzib edilməsə də həmin ödənişin bu müqaviləyə aidiyyəti olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd etməyi vacib hesab edir ki, “Hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. MM-in “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan XXİV fəslində yer alan 491-ci maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. MM avansla bağlı konkret nizamlama müəyyən etmədiyindən, bu barədə razılaşmanın formasına da məhdudiyyət qoymamışdır. Bununla belə, nəzərə alınmalıdır ki, Məcəllənin 491.3-cü maddəsi ümumi normadır və onun tətbiqi zamanı konkret müqavilənin xüsusiyyəti nəzərə alınmalıdır” İddiaçı iş materiallarına əsasən bu pulun ona nə üçün,hansı məqsədlə ödənildiyini məhkəmədə izah edə bilməmiş, həmin məbləğin müqavilə üzrə ödənilmədiyini bildirsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı həmin 20.000 manatın 2021-ci il 28 aprel tarixli müqaviləyə aidiyyatı olmadığını bildirsə də onun hansı səbəblə ödənildiyini ağlabatan formada izah edə bilməmişdir. Buna görə də müqavilədən kənar ödəniş aparılması isə məhkəmə kollegiyasının qənaətinə görə onun əsassız varlanması kimi qiymətləndirilə bilər ki, bu da yolverilməzdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməyən həmin hissəsiylə də razılaşır. Bundan əlavə işin hallarından göründüyü kimi iddiaçı müqavilə üzrə ona 230.541.18 manat ödənilməli olduğu halda, cavabdehin ona yalnız 184.778,40 manat ödəniş etdiyini, 45.762,78 manat borclu qaldığını bildirir, cavabdeh isə vaxtaşırı göndərilmiş elektron qaimələrə əsasən Unibank və Beynəlxalq Bank vasitəsi ilə 225.384,02 manat pul vəsaitini iddiaçının bank hesabına köçürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası buna münasibətdə qeyd edir ki, iddiaçı tələbində cavabdehin ona 45.762,78 manat borclu qaldığını bildirsə də, iş materiallarında olan sənədlərlə bunu sübuta yetirə bilməmişdir. Yuxarıdan göründüyü kimi sonradan tərtib edərək təqdim etdiyi elektron qaimələr mötəbər hesab edilmir və göstərilən 45.762,78 manat dəyərində işin görülməsini və görülmüş işin nəticəsinin təhvil verilməsini təsdiq edəcək başqa hər hansısa mötəbər dəlil təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası bundan başqa birinci instansiya məhkəməsinin məhkəmə xərcləri ilə bağlı gəldiyi nəticəni də əsaslı hesab edir. Beləliklə, iddia tələbində göstərilən hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən və bu halları təsdiq edəcək mötəbər dəlillər tərəfindən təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 24 may 2023-cü il tarixli e-2-2(115)-348/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əssən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-348/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətinə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-130/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-130/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver