Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-135/2024 28.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X3 ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndələri X5, X1, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e2-2(115)-133/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil ) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e2-2(115)-133/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli 05/21-05 nömrəli “Xam-pambığın alqısatqısına dair” müqavilə üzrə yaranmış 44543 manat 01 qəpik əsas borc, 200 manat cərimə borcu olmaqla, cəmi 44743 (qırx dörd min yeddi yüz qırx üç) manat 01 (bir) qəpik məbləğində borc, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci və 37 (otuz yeddi) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, Cavabdeh 187 (bir yüz səksən yeddi) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi mqət edilmişdir. Cavabdeh nümayəndəsi (vəkil ) Vəkil apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cüil tarixli e-2-2(115)-133/2024 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 44543,01 manat borcun, 4454,31 manat cərimənin, ödənilmiş 200 manat mediasiya xərcinin və 37 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-277 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Qaratəpə kəndi ərazisində 43,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 63988,82 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 332,80 manat məbləğində çöp doğrama, 1330 manat məbləğində şum, 655,50 manat məbləğində rotor mala, 1147,50 manat məbləğində mala, 210 manat məbləğində kanal çəkmə, 756 manat məbləğində çiyid səpini, 1608 manat məbləğində kultivasiya, 314,50 manat məbləğində gübrə kultivasiya, 108 manat məbləğində rotasion kultivasiya, 160 manat məbləğində boroza, 455 manat məbləğində dərman səpini, 1425 manat məbləğində pambığın maşınla yığımı, 360 manat məbləğində tirəkipləşdirmə, 32345 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 17581,52 manat məbləğində gübrə və dərman, 5200 manat məbləğində toxumluq çiyid, ümumilikdə, 63988,82 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 24551,25 kq, 19445,81 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 44543,01 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Eyni zamanda tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən satıcının istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikaları ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini alıcıya ödəmək üçün, yetişdirdiyi yüksək keyfiyyətli xam pambığın son məhsulunadək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş, “Xam pambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq olaraq xx.xx.2021-ci il tarixədək alıcıya təhvil verir. Təhvil verilən xam pambığın dəyəri alıcıdan alınan avans məbləğinin dəyərindən az olarasa, o zaman alıcıya həmin yaranan borcu ödəyir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən göstərilən servis xidmətlərinin, nağd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə alıcıya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10% artıq olmamaq şərti ilə alıcıya cərimə ödəyir. Göründüyü kimi Cavabdeh xx.xx.2021-ci il tarixdən bir il müddətində borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə, Cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 4454,31 manat məbləğində cərimə tətbiq edilməlidir. Qeyd edilənlərə əsəsan iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və ədalətsiz olduğundan eyni zamanda maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından, həmçinin məhkəmə qətnanəsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan nəticələrə əsaslandırıldığından ləğv edilməli və iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin həqiqi və faktiki halları ondan ibarətdir ki, İddiaçı MMC ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-05 saylı müqavilə MM-nin 390.4-cü maddəsində nəzərdə tutulan qarşılıqlı müqavilə olmaqla hər iki tərəf müqavilənin şərtlərinə əsasən görüləcək işlər və xidmətlər barəsində öz üzərinə öhdəliklər götürməklə vəzifələr daşımışdır. Yəni onun müqavilə ilə öz öhdəliyini icra etməsi müqaviləyə uyğun olaraq İddiaçı MMC-nin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilməklə öhdəliklərin qarşılıqlı icrası olmuşdur. İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il 05/21-05 saylı müqavilənin 2.1.2-ci, 2.1.3-cü, 2.1.4-cü, 2.1.5-ci və 2.1.6-cı maddələrində İddiaçı MMC-nin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklər, görəcəyi iş, və xidmətlər sadalanır. İddiaçı MMC müqavilənin həmin maddələrinə əsasən pambıq sahəsinin becərilməsi üçün onu keyfiyyətli kübrə, pambıq toxumu olan çiyidlə təmin etməli, görüləcək işlər və xidmətlər üçün vaxtında avans pulla təmin etməli, habelə 43 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki xidmətləri kənd təsərrüfatı texnikaları ilə onunla razılaşdırılmış müddətdə və həcmdə keyfiyyətlə yerinə yetirilməli idi. Ancaq İddiaçı MMC müqavilə öhdəliklərini pozaraq yerə keyfiyyətsiz pambıq toxumu olan çiyid səpmiş, nəticədə xeyli ərazidə bitiş alınmamaqla təkrar səpin aparılmış, bitişi alınan pambıq sahələrini alaq otlarından təmizlənməsi üçün vaxtında avans pulu ayırmamış, habelə vaxtında pambıq sahələrində kultivasiya aparılması üçün texnika ayırmamış, aqrotexniki xidmətləri vaxtında və keyfiyyətlə yerinə yetirməmişdir. Məsələn apreldə pambıq əkilən sahələrdə may ayının əvvəllərində kultivasiya aparılmalı olduğu halda, İddiaçı MMC tərəfindən kultivasiya işləri çox gecikdirmə ilə, iyun, iyul və avqust aylarında və yarımçıq aparılmışdır. İddiaçı MMC-nin müqavilə öhdəliklərini pozaraq işlərin və xidmətlərin görülməsi üçün vaxtında avans pulunun ayrılmaması, habelə vaxtında və keyfiyyətlə aqrotexniki xidmətlərin göstərilməməsi işdə olan avans pulunun verilməsi və işlərin görülməsi tarixi barədə cədvəllərlə də, təsdiq olunur. "xxxx" MMC-nin müqavilənin yuxarıda göstərilən şərtlərini və öhdəliklərini pozması nəticəsində də, əkilən pambıq sahəsindən az pambıq məhsulu əldə edilməklə zərər yaranmışdır. xx.xx.2021-ci il tarixli 05/21-05 saylı müqavilənin 3.1-ci maddəsində göstərilir ki, hazırkı müqavilənin şərtlərinin pozulmasına görə hər iki tərəf məsuliyyət daşıyır. X10 Məhkəməsiişin bu həqiqi və faktiki hallarına, habelə müqavilədə tərəflərin qarşılıqlı icra öhdəliklərinə əhəmiyyət verməmişdir. Məhkəmə qətnaməsindən görünür ki, məhkəmə onların təqdim etdiyi sübutların heç birini araşdırmamış, qətnaməni sübutların qiymətləndirilməsi hissəsində təqdim etdikləri sübutlara heç bir hüquqi qiymət verməmiş, digər sübutlarla müqayisəli şəkildə təhlil edib qiymətləndirməmiş, habelə öz qətnaməsini müqavilə üzrə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Prosessual məsələlər və proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh əlavə olaraq müqavilə öhdəliyinə əməl etməməsinin səbəblərini iddiaçının müqavilə şərtlərini pozması, o cümlədən avans pul vəsaitini vaxtında ayırmaması, aqrotexniki xidmətlərin lazımi qaydada göstərilməməsi ilə izah etdi və pambıq əkib-yetişdirilməsi ilə bağlı çoxillik təcrübəsinin olduğunu, əvvəlki illərdə pambıq əkinindən qazanc əldə etdiyini bildirdi. Bununla belə iddiaçı tərəfindən müqavilə öhdəliyi pozulduğu, xidmət vaxtında göstərilmədiyi və ya da avans pullar vaxtında ödənilmədiyi halda müraciətinin olmasını təsdiq edən sübutunun olmadığını, müraciəti telefon vasitəsi iləetdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri X2 və X8 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş edərək cavabdehə aqrotexniki xidmətlərin vaxtında göstərildiyini, cavabdehin alaq işlərini vaxtında görmədiyinə görə məhsuldarlığın müəyyən ərazilərdə müəyyən qədər az olduğunu, cavabdehin yetişdirdiyi pambığın müəyyən hissəsini onların ehtimalına görə başqa şirkətlərə satdığını bildirdilər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinəyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli 05/21-05 nömrəli müqavilədən görünür ki, alıcı İddiaçı MMC tərəfindən satıcı Cavabdeh məxsus (mülkiyyətində və ya istifadəsində olan) Bərdə rayonu Qaratapə kəndlərində yerləşən 43 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, satıcı tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində alıcıya təhvil verilməsi və alıcı tərəfindən satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 5120 manat, xx.xx.2022-ci il tarixdə 80 manat, xx.xx.2022-ci il tarixdə 504 manat, xx.xx.2022-ci il tarixdə 366,52 manat, xx.xx.2022-ci il tarixdə 1560 manat, xx.xx.2022-ci il tarixdə 38 manat, xx.xx.2022-ci il tarixdə 2300 manat, xx.xx.2022-ci il tarixdə 504 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 1200 manat, xx.xx.2022-ci il tarixdə 1200 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 210 manat, xx.xx.2022-ci il tarixdə 780 manat, xx.xx.2022-ci il tarixdə 402 manat, xx.xx.2022-ci il tarixdə 252 manat, xx.xx.2022-ci il tarixdə 240 manat, xx.xx.2022-ci il tarixdə 1365 manat, xx.xx.2022-ci il tarixdə 312 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 156 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 1404 manat, xx.xx.2022-ci il tarixdə 936 manat, xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2022-ci ildə 210 manat, xx.xx.2022-ci il tarixdə 204 manat, xx.xx.2022-ci il tarixdə 234 manat, xx.xx.2022-ci il tarixdə 680 manat, xx.xx.2022-ci il tarixdə 816 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 08 oktyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən 15000 manat, 09 fevral 2022-ci il tarixli ödəniş tapşırığına əsasən 5200 manat, 18 mart 2022-ci il tarixli ödəniş tapşırığna əsasən 1075 manat, 18 may 2022-ci il tarixli ödəniş tapşırığına əsasən 3600 manat, 08 iyun 2022-ci il tarixli ödəniş tapşırığına əsasən 3270 manat, 01 iyul 2022-ci il tarixli ödəniş tapşırığına əsasən 2400 manat, 08 iyul 2022-ci il tarixli ödəniş tapşırığına əsasən 1800 manat məbləğində pul məbləğləri İddiaçı MMC tərəfindən Cavabdeh avans olaraq ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 20.80 hektarda çöp doğrama, 22 hektarda şumlama, 13 hektarda pambıq şumu ilə bağlı xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 15,50 hektarda rotor mala, 67,50 hektarda mala ilə bağlı xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh cəmi 21 hektarda arx çəkimi ilə bağlı xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 35 hektarda səpin, 19 hektarda çiyid səpini ilə bağlı xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh kultivasiya ilə bağlı xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh tirə, borozda, dərmanlama, pambıq yığımı ilə bağlı ilə xidmətlər göstərilmişdir. İş materiallarında olan pambıq qəbulu qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 2734,66 manat, xx.xx.2022-ci il tarixlərdə 1051,53 manat, 1598,32 manat, 1149,67 manat, xx.xx.2022-ci il tarixlərdə 2395,93 manat, 1652,87 manat, xx.xx.2022-ci il tarixdə 1250,47 manat, xx.xx.2022-ci il tarixdə 2018,42 manat, xx.xx.2022-ci il tarixlərdə 1269,92 manat, 2180,31 manat, xx.xx.2022-ci il tarixlərdə 1874,07 manat, 269,65 manat dəyərində pambıq Cavabdeh tərəfindən İddiaçı MMC-nə təhvil verilmişdir. İş materiallarında olan 05 yanvar 2023-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi akt”ından görünür ki, görülmüş işlərin, verilmiş malların və avansın siyahısı qeyd edilməklə Cavabdeh İddiaçı MMC-yə qalıq borcunun 44543,01 manat olması tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı MMC-yə ərizə ünvanlayaraq sonuncu ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 2022-ci ilin təsərrüfat mövsümündə 44543,01 manat məbləğində borcu yarandığını, borcunu etiraf etməklə hazırda həmin məbləği ödəmək iqtidarında olmadığını, öz vəsaiti hesabına pambıq əkdiyini, mövsümün sonuna qədər, oktyabr ayının 20-nə kimi borcunu ödəyəcəyinə söz verdiyini qeyd etmiş, bununla bağlı borcun ödənilməsi üçün ona şərait yaradılmasını xahiş etmişdir. İş materiallarında olan 24 fevral 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli 3-22-3-9/2-8/2024 saylı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X12 Mərkəzinin məktubundan görünür ki, fermer Cavabdeh Bərdə X12 Mərkəzinə 2022 təsərrüfat ilində toxumluq çiyidin keyfiyyətsiz olması barədə müraciəti olmamışdır. İş materiallarında olan 14 mart 2024-cü il tarixli 3-22-3-9/2-16/2024 saylı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X12 Mərkəzinin məktubundan görünür ki, 2022-ci il pambıq mövsümündə Bərdə rayonunda 11038 hektar pambıq əkilmişdir. Rayon üzrə orta məhsuldarlıq 31.4 sentner olmuşdur. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-277 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Qaratəpə kəndi ərazisində 43,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüş, müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 63988,82 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüş, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 24551,25 kq, 19445,81 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən iddiaçıya 44543,01 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli 05/21-05 nömrəli müqaviləyə əsasən alıcı İddiaçı MMC tərəfindən satıcı Cavabdeh məxsus Bərdə rayonu Qaratapə kəndlərində yerləşən 43 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, satıcı tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində alıcıya təhvil verilməsi və alıcı tərəfindən satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, işlər görmüş, xidmətlər göstərmiş, avans vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş və nəticədə onun iddiaçıya 44543,01 manat borcu qalmışdır. Belə ki, alıcı tərəfindən satıcının hesabına 08 oktyabr 2021-ci ildə 15000 manat, 09 fevral 2022-ci il tarixdə 5200 manat, 18 mart 2022-ci il tarixdə 1075 manat, 18 may 2022-ci il tarixdə 3600 manat, 08 iyun 2022-ci il tarixdə 3270 manat, 01 iyul 2022-ci il tarixdə 2400 manat, 08 iyul 2022-ci il tarixdə 1800 manat, cəmi 32345 manat məbləğində pul köçürülmüşdür. Bundan başqa işdə olan aktlarla ümumilikdə alıcı tərəfindən satıcıya 8862,30 manat dəyərində xidmət göstərilmiş, 17581,52 manat məbləğində müxtəlif adda mallar və 5200 manat məbləğində toxumluq çiyid verilmiş, cəmi avans olaraq verilmiş 63988,81 manatdan satıcı 19445,81 manat dəyərində pambıq təhvil vermiş, 44543,01 manat məbləğində borcu qalmışdır. Qeyd edilən hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər, habelə tərəflərin izahatları ilə təsdiq edilir. Həmçinin cavabdeh iddiaçıya 44543,01 manat məbləğində borcunun qalmasını tərəflər arasında imzalanmış üzləşmə aktına imza etməklə, habelə iddiaçıya ərizə ünvanlamaqla etiraf etmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən məsələ ondan ibarət olmuşdur ki, cavabdeh iddia ərizəsində qeyd edilən borc məbləğinin yaranmasına səbəbin iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və keyfiyyətlə yerinə yetirməməsi ilə əlaqələndirmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçı tərəfindən onun sahəsində vaxtında kultivasiya işlərinin aparılmaması, həmçinin alaq üçün ona vaxtında pul verilmədiyini bildirmiş, iddiaçının öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən məhsuldarlığının az olmasını və borcunun yaranmasını bildirmişdir. Bununla bağlı məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə iclasında dindirilən iddiaçı hüquqi şəxsin əməkdaşları olan şahidlərin ifadələri və cavabdehin özünün izahatı ilə müəyyən edildi ki, bilavasitə cavabdehin torpaq sahəsində əkilən məhsulun məhsuldarlığının aşağı olması əkilmiş məhsulun alaq basması, yəni vaxtında alaq işlərinin görülməməsi, cavabdehin işçi qüvvəsini gec tapması və sahəni alaqdan gec çıxarması nəticəsində yaranmışdır. Cavabdeh iddiaçı tərəfindən ona alaq işlərinin görülməsi ilə bağlı pulun gec verildiyini, bu səbəbdən də həmin işləri vaxtında gördürə bilmədiyini qeyd etmişdir. Mütəxəssis, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bərdə X12 Mərkəzinin bitkiçilik sektorunun müdiri X4 məhkəmə iclasında bildirdi ki, temperatur 22-24 dərəcə olan bitiş ən geci 8 günə alınır. Bundan sonra 7 gün gözlənilməlidir. Bundan sonra da ən geci 10-12 gün ərzində alaq təmizləməlidir. İş materiallarına əlavə edilmiş iş aktlarından və ödəniş tapşırıqlarından görünür ki, cavabdehin torpaq sahəsində səpin işləri 2022-ci ilin aprel ayının 20-dən 26-dək bütün sahə üzrə, habelə may ayının 23-də 6 ha və iyun ayının 19-da isə 6 ha torpaq sahəsi üzrə təkrar aparılmışdır. May ayının 18-də isə satıcıya 3600 manat avans köçürülmüşdür. Cavabdeh həmin məbləğin alaq işlərinin görülməsinə sərf etdiyini, lakin həmin məbləğin kifayət etmədiyini bildirsə də vaxtında alaq işləri üçün tədbirləri gördüyünü, işçi qüvvəsi tapdığını, pul məbləğinin alaq işlərinin görülməsi üçün kifayət etməməsini alıcıya bildirdiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh sahənin vaxtında alaqdan çıxarılması üçün tədbir görməmişdir. Bundan başqa cavabdeh alıcı tərəfindən kultivasiya işlərinin ona vaxtında görülməməsinə istinad etsə də həmin xidmətləri vaxtında sifariş verdiyini sübuta yetirə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2.1.2-ci bəndinə əsasən alıcı tərəfindən pambığın istehsalı üçün aqrotexniki normalara uyğun olaraq, satıcının sifarişi əsasında hazırkı müqaviləyə əlavədə göstərilən qiymətlərlə kənd təsərrüfatı texnikaları ilə aqrotexniki işlər görülə bilər, həmçinin avans olaraq toxumluq çiyid, mineral gübrə, pestisid və nağd pul vəsaiti verilə bilər, pambıq sahəsinin su təchizatının yaxşılaşdırılmasına aidiyyatı qurumlarla birgə köməklik göstərə bilər. Həmin müqavilənin 2.2.1-ci bəndində göstərilmişdir ki, görüləcək işlərin həcmi barədə alıcıya bir gün əvvəl sifariş vermək satıcının hüquq və vəzifələrinə aid edilmişdir. 2.2.5-ci bənddə isə nəzərdə tutulmuşdur ki, pambıq əkilən sahədə pambığın itkilərdən qorunması üçün tədbirlər görmək, pambıq sahəsinin suvarılmasını, eləcə də tələb olunan digər aqrotexniki tədbirlərin aparılmasını, mineral gübrə və pestisidlərin vaxtında verilməsini satıcı öz üzərinə götürür. Həmçinin tərəflər müqavilə bağlayarkən belə razılaşmışlar ki, məhsulun olmaması və ya az olması satıcını göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxumun, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir. Cavabdeh borc məbləğinin yaranmasının alıcının öhdəliklərinin vaxtında, tam olaraq və keyfiyyətlə yerinə yetirməməsi ilə əlaqələndirsə də, xidmətlərin göstərilməsi ilə bağlı, köçürülmüş pul məbləğlərinin kifayət etməməsi ilə bağlı alıcıya vaxtında sifariş verməsini, alıcının öhdəliklərini vaxtında, tam olaraq və keyfiyyətlə yerinə yetirməməsini təsdiq edən sübut təqdim etməmiş, göstərdiklərini təsdiq edə bilməmişdir. Müqavilə bağlandığı vaxtdan məhkəmə baxışındək iddiaçının özünə, habelə Bərdə X12 Mərkəzinə hər hansı bir müraciəti, etirazı olmamış, əksinə borcun olması ilə bağlı iddiaçıya ərizə ünvanlayaraq borcunu etiraf etmiş, üzləşmə aktında borcun olması və məbləği ilə razılaşmış, hər hansı etirazını bildirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 44543,01 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsi üzrə 4454,31 manat məbləğində, dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli “Xam-pambığın alqı-satqısına dair” müqavilə üzrə yaranmış 44543 manat 01 qəpik əsas borc, 200 manat cərimə borcu olmaqla, cəmi 44743 manat 01 qəpik məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və cavabdehlə iddiaçı təşkilat arasında bağlanmış müqavilənin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, cavabdeh iddiaçı tərəfindən ona avans olaraq ödənilmiş vəsait miqdarında xam pambıq təhvil verməyi öhdəsinə götürmüş olsa da, öhdəliyə lazımi qaydada əməl etməmişdir. Birinci instansiya məhkəməsi iddianı əsas borc hissəsində təmin etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan cərimənin (dəbbə pulunun) məbləği məsələsini müzakirə edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən tələb olunan cərimə iddiaçıya vurulmuş ziyana tənasübsüz dərəcədə uyğun olmamaqla yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq cavabdehə hesablanmış dəbbə pulunu azaltmışdır ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə mübahisələndirməmiş, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Cavabdehin apellyasiya şikayətininbirinci dəlili ondan ibarətdir ki, İddiaçı MMC müqavilə öhdəliklərini pozaraq yerə keyfiyyətsiz pambıq toxumu olan çiyid səpmiş, nəticədə xeyli ərazidə bitiş alınmamaqla təkrar səpin aparılmışdır. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Bərdə rayonunun ərazisində iddiaçı ilə bərabər şoxsaylı fermer pambıq əkilməsi və yetişdirilməsi ilə məşğul olmuşdur və iş materiallarında olan 14 mart 2024-cü il tarixli 3-22-3-9/2-16/2024 saylı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X12 Mərkəzinin məktubundan görünür ki, 2022-ci il pambıq mövsümündə Bərdə rayonunda 11038 hektar pambıq əkilmişdir. Rayon üzrə orta məhsuldarlıq 31.4 sentner olmuşdur. Göründüyü kimi cavabdehin keyfiyyətsiz pambıq toxumu olan çiyid səpilməsinə dair dəlili əsassızdır. Cavabdehin şikayətinin digər dəlili bitişi alınan pambıq sahələrini alaq otlarından təmizlənməsi üçün vaxtında avans pulun ayırılmaması ilə bağlıdır. Birinci instansiya məhkməsində dindirilmiş mütəxəssis, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bərdə X12 Mərkəzinin bitkiçilik sektorunun müdiri X4 bildirmişdir ki, temperatur 22-24 dərəcə olan bitiş ən geci 8 günə alınır. Bundan sonra 7 gün gözlənilməlidir. Bundan sonra da ən geci 10-12 gün ərzində alaq təmizləməlidir. İş materiallarına əlavə edilmiş iş aktlarından və ödəniş tapşırıqlarından görünür ki, cavabdehin torpaq sahəsində səpin işləri 2022-ci ilin aprel ayının 20-dən 26-dək bütün sahə üzrə, habelə may ayının 23-də 6 ha və iyun ayının 19-da isə 6 ha torpaq sahəsi üzrə təkrar aparılmışdır. May ayının 18-də isə satıcıya 3600 manat avans köçürülmüşdür. Göründüyü kimi cavabdeh tərəfindən avans vəsait vaxtında köçürülmüşdür. Digər tərəfdən cavabdeh pul məbləğinin alaq işlərinin görülməsi üçün kifayət etməməsini və ya da alıcıya sifariş etməsinə baxmayaraq avans pulun vaxtında köçürülmədiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinin iddiaçının vaxtında pambıq sahələrində kultivasiya aparılması üçün texnika ayırmaması, aqrotexniki xidmətləri vaxtında və keyfiyyətlə yerinə yetirməməsi kimi dəlilləri də əsassızdır. Çünki cavabdeh alıcıya kultivasiya aparılması üçün texnika ayırmasını sifariş etməsinə baxmayaraq texnikanın vaxtında ayrılmadığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh iddiaçıya ərizə ünvanlayaraq borcunu etiraf etmiş, üzləşmə aktında borcun olması və məbləği ilə razılaşmış, hər hansı etirazını bildirməmişdir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e2-2(115)-133/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-135/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-135/2024
28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver