Məhkəmə qərarları › İş №2-2(104)-139/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-139/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-139/2024 29.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-498/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-498/2024 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh 7772.30 manat məbləğində borc və 97.73 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-498/2024 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 7772.30 manat məbləğində borc və 97.73 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-175 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində 50,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 92395,63 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 624,00 manat məbləğində çöp doğrama, 2126,00 manat məbləğində şum, 772,80 manat məbləğində rotor mala, 1428,00 manat məbləğində mala, 260,00 manat məbləğində kanal çəkmə, 693,00 manat məbləğində çiyid səpini, 2584,00 manat məbləğində kultivasiya, 773,50 manat məbləğində gübrə kultivasiya, 54,00 manat məbləğində rotasion kultivasiya, 280,00 manat məbləğində boroza, 1138,15 manat məbləğində dərman səpini, 8280,00 manat məbləğində pambığın maşınla yığımı, 540,00 manat məbləğində tirəkipləşdirmə, 48850,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 17316,18 manat məbləğində gübrə və dərman, 6400,00 manat məbləğində lifsiz çiyid, 276,00 manat məbləğində yanacaq xərci, ümumilikdə, 92395,63 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 106662,29 kq - 85329,83 manat məbləğində xam-pambıq təhvil vermiş,çəkilmiş xərcdən bu günədək iddiaçıya 7065,80 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuna zidd olaraq qəbul edilmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin hər biri qanunsuzdur. Çünki məhkəmə onun iştirakı olmadan keçirilmiş və o məhkəməyə dəvət olunmamışdır. Məhkəmə tərəfindən onlara məktub gəlməmişdir. Mübahisəli qətnaməni isə evinə poçt vasitəsilə gəldiyi zaman məlumatı olmuşdur. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. İddiaçı MMC tərəfindən təyin edilmiş borc qanunsuz olaraq hesablanıb yazıldığı üçün onun həmin pulu ödəməyə heç bir maddi imkanı yoxdur. O, rəsmi olaraq heç bir yerdə işləmir və aylıq qazancı olduqca azdır. Maddi imkanının aşağı olması ilə bağlı ödəyə bilmədiyi üçün borcun düzgün aydınlaşdırılmasını və düzgün ekspertiza təyin edilməsini istəyir. Onun əsas borcunun olmamasına baxmayaraq iddia ərizəsində qanunsuz olaraq yüksək məbləğ qeyd edir və həmin pulu şişirdilmiş artıqlaması olaraq ondan tələb edir. Şişirdilmiş olaraq hesablanmış borc İddiaçı MMC-nin əməkdaşının səhlənkar hərəkəti nəticəsində hesablanmışdır. Məhkəmə iclaslarında iştirak edə bilsəydi mütləq əsas borcun və faiz borcunun düzgün hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini istəyərdi. Hazırda qətnamədən narazı olduğum üçün apellyasiya şikayəti vermiş və qətnamənin ləğv olunaraq onun qanunla qorunan hüquqlarının bərpa olunmasını istəyir. Bütün göstərilən əsaslara görə məlum olur ki, qətnamə qanuna zidd olaraq qəbul edilmişdir. Məhkəmə həqiqətləri araşdırmadan ədalətsiz qətnamə çıxarmışdır. Ona qarşı belə bir qətnamə qəbul edilməsi ədalətsizlikdir. Prosessual məsələlər və proses iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri X1 və X4 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdilər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndələrinin izahatlarını dinəyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-175 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində 50,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən İddiaçı MMC Ağdam filialı nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı fermerdən aşağıdakı qiymətə qəbul edir: İ növ-700 manat/ton, İİ növ-680 manat/ton, İİİ növ-640 manat/ton, İV növ-600 manat/ton. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, tərəflər görüləcək işlərlə görə çəkiləcək xərclərlə bağlı razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli akta əsasən 4 ha sahədə rotor, xx.xx.2022-ci il tarixli akta əsasən 4.5 ha sahədə səpin, xx.xx.2022-ci il tarixli 2 ha sahədə mala, xx.xx.2022-ci il tarixli akta əsasən 7 ha sahədə rotor, xx.xx.2022-ci il tarixli akta əsasən 2 ha sahədə tirə, xx.xx.2022-ci il tarixli akta əsasən 5 ha sahədə mala, xx.xx.2022-ci il tarixli akta əsasən 27 ha sahədə mala, xx.xx.2022-ci il tarixli akta əsasən 16 ha sahədə rotor, xx.xx.2022-ci il tarixli akta əsasən 20 ha sahədə tirə, 19-xx.xx.2022-ci il tarixli akta əsasən 23 ha sahədə səpin, xx.xx.2022-ci il tarixli akta əsasən 2 ha sahədə arx, xx.xx.2022-ci il tarixli akta əsasən 5 ha sahədə boroza, xx.xx.2022-ci il tarixli akta əsasən 4.5 ha sahədə boroza, xx.xx.2022-ci il tarixli akta əsasən 5 ha sahədə dərman səpini, xx.xx.2022-ci il tarixli akta əsasən 3 ha sahədə boroza, xx.xx.2022-ci il tarixli akta əsasən 4 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 2 ha sahədə rotor, xx.xx.2022-ci il tarixli akta əsasən 2 ha sahədə tirə, xx.xx.2022-ci il tarixli akta əsasən 2.5 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 4 ha sahədə boroza, xx.xx.2022-ci il tarixli akta əsasən 2 ha sahədə səpin, xx.xx.2021-ci il tarixli akta əsasən 0.50 ha sahədə əkin, xx.xx.2022-ci il tarixli akta əsasən 4 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixli akta əsasən 2.5 ha sahədə pambıq şumu, xx.xx.2021-ci il tarixli akta əsasən 2.5 ha sahədə pambıq şumu, xx.xx.2021-ci il tarixli akta əsasən 2.5 ha sahədə əkin, xx.xx.2021-ci il traixli akta əsasən 2 ha sahədə pambıq şumu, xx.xx.2021-ci il tarixli akta əsasən 5 ha sahədə pambıq şumu işləri görülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 039254 nömrəli təhvil-qəbul qəbzinə əsasən 800 manat, xx.xx.2022-ci il tarixli 039559 nömrəli təhvil-qəbul qəbzinə əsasən 13.09 manat, xx.xx.2022ci il tarixli 040050 nömrəli təhvil-qəbul qəbzinə əsasən 77.04 manat, xx.xx.2022-ci il tarixli 052380 nömrəli təhvil-qəbul qəbzinə əsasən 2000 manat, xx.xx.2022-ci il tarixli 052660 nömrəli təhvil-qəbul qəbzinə əsasən 36 manat, xx.xx.2022- ci il tarixli 052661 nömrəli təhvil-qəbul qəbzinə əsasən 26.18 manat, xx.xx.2022-ci il tarixli 052663 nömrəli təhvil-qəbul qəbzinə əsasən 390 manat, xx.xx.2022-ci il tarixli 052996 nömrəli təhvil-qəbul qəbzinə əsasən 600 manat, xx.xx.2022-ci il tarixli 052995 nömrəli təhvil-qəbul qəbzinə əsasən 78 manat, xx.xx.2022-ci il tarixli 052994 nömrəli təhvilqəbul qəbzinə əsasən 36 manat, xx.xx.2022-ci il tarixli 053058 nömrəli təhvil-qəbul qəbzinə əsasən 1170 manat, xx.xx.2022-ci il tarixli 053148 nömrəli təhvil-qəbul qəbzinə əsasən 180 manat, xx.xx.2022-ci il tarixli 053147 nömrəli təhvil-qəbul qəbzinə əsasən 546 manat, xx.xx.2022-ci il tarixli 053286 nömrəli təhvil-qəbul qəbzinə əsasən 200 manat, xx.xx.2022-ci il tarixli 053558 nömrəli təhvil-qəbul qəbzinə əsasən 300 manat, xx.xx.2022-ci il tarixli 053585 nömrəli təhvil-qəbul qəbzinə əsasən 936 manat, xx.xx.2022-ci il tarixli 053806 nömrəli təhvil-qəbul qəbzinə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli 053840 nömrəli təhvil-qəbul qəbzinə əsasən 40 manat, xx.xx.2022-ci il tarixli 054026 nömrəli təhvil-qəbul qəbzinə əsasən 78 manat, xx.xx.2022-ci il tarixli 054714 nömrəli təhvilqəbul qəbzinə əsasən 315 manat, xx.xx.2022-ci il tarixli 054766 nömrəli təhvil-qəbul qəbzinə əsasən 468 manat, xx.xx.2022-ci il tarixli, 058347 nömrəli təhvil-qəbul qəbzinə əsasən 936 manat, xx.xx.2022-ci il tarixli 058347 nömrəli təhvil-qəbul qəbzinə əsasən 680 manat, xx.xx.2022-ci il tarixli 055166 nömrəli təhvil-qəbul qəbzinə əsasən 78 manat, xx.xx.2022-ci il tarixli 055167 nömrəli təhvilqəbul qəbzinə əsasən 14 manat, xx.xx.2022-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli 055287 nömrəli təhvil-qəbul qəbzinə əsasən 160 manat, xx.xx.2022-ci il tarixli 055285 nömrəli təhvil-qəbul qəbzinə əsasən 780 manat, xx.xx.2022-ci il tarixli 058822 nömrəli təhvil-qəbul qəbzinə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli 057979 nömrəli təhvil-qəbul qəbzinə əsasən 39 manat, xx.xx.2022-ci il tarixli 058017 nömrəli təhvil-qəbul qəbzinə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli 053019 nömrəli təhvil-qəbul qəbzinə əsasən 320 manat məhsul cavabdehə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 13500 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 12500 manat, xx.xx.2022-ci il tarixli PAM00004394 nömrəli ödəniş tapşırığına əsasən 1300 manat, xx.xx.2022-ci il tarixli PAM00003771 nömrəli ödəniş tapşırığına əsasən 2500 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli PAM00012481 nömrəli ödəniş tapşırığına əsasən 4150 manat, xx.xx.2022-ci il tarixli PAM00012297 nömrəli ödəniş tapşrığına əsasən 2400 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 4000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 2500 manat pul avans olaraq ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 180 litr, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 20 litr yanacaq Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki, 92395.63 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-175 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində 50,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 92395,63 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 624,00 manat məbləğində çöp doğrama, 2126,00 manat məbləğində şum, 772,80 manat məbləğində rotor mala, 1428,00 manat məbləğində mala, 260,00 manat məbləğində kanal çəkmə, 693,00 manat məbləğində çiyid səpini, 2584,00 manat məbləğində kultivasiya, 773,50 manat məbləğində gübrə kultivasiya, 54,00 manat məbləğində rotasion kultivasiya, 280,00 manat məbləğində boroza, 1138,15 manat məbləğində dərman səpini, 8280,00 manat məbləğində pambığın maşınla yığımı, 540,00 manat məbləğində tirəkipləşdirmə, 48850,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 17316,18 manat məbləğində gübrə və dərman, 6400,00 manat məbləğində lifsiz çiyid, 276,00 manat məbləğində yanacaq xərci, ümumilikdə, 92395,63 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 106662,29 kq - 85329,83 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən iddiaçıya 7065,80 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-175 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində 50,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən 92395,63 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 106662,29 kq, 85329,83 manat məbləğində xam-pambıq təhvil vermişdir. Nəticədə 7065,80 manat məbləğində borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və cavabdehlə iddiaçı təşkilat arasında bağlanmış müqavilənin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, cavabdeh iddiaçı tərəfindən ona avans olaraq ödənilmiş vəsait miqdarında xam pambıq təhvil verməyi öhdəsinə götürmüş olsa da, öhdəliyə lazımi qaydada əməl etməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, işə onun iştirakı olmadan, çəkişmə prinsipinə əməl edilmədən, iddiaçının mənafeyi nəzərə alınaraq qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki işə birinci instansiya məhkəməsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış və iş materiallarından olan xx.xx.2024-cü il tarixli bildirişdən də göründüyü kimi, Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı etirazını və ona əlavə edilmiş sənədləri, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəmə təqdim olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh isə məhkəmə bildirişini xx.xx.2024-cü il tarixdə almış olsa da, iddiaya qarşı heç bir etiraz təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini, eləcə də məhkəmə tərəfindən iddiaçının marağı nəzərə alınmaqla qətnamə çıxarılmasına dair dəlilini əsassız sayır. Çünki cavabdeh verdiyi şikayətdə məhkəmə tərəfindən iddiaçının marağı nəzərə alınmaqla qətnamə çıxarıldığını göstərilmiş olsa da, həmin şikayətə dəlilini təsdiq edən sübut əlavə edilməmişdir. Bundan başqa spellyasiya şikayətinin dəlillərində göstərilir ki, mühasibatlıqekspertizası təyin etməklə borc məbləğinin dəqiqləşdirilməsi və nəticədə obyektiv qərar qəbul edilməsi üçün zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertizanın təyin edilməli olmasına dair dəlili ilə razılaşmır. Belə ki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Digər tərəfdən işdəki aktlardan göründüyü kimi cavabdeh tərəfindən edilmiş bütün ödənişlər nəzərə alınmış, Cavabdeh iddiaçı tərəfindən müqavilə üzrə qalıq borcun düzgün hesablanmamasına dəlalət edən hər hansı sübut təqdim etmədiyinə görə onun şikayətinin həmin dəlili əsaslı sayıla bilməz. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-498/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar