Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-14/2025 23.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı (hazırda "xxxx" MMC) Cavabdeh qarşı borc tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1366/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1366/2023 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 11734,38 (on bir min yeddi yüz otuz dörd manat otuz səkkiz qəpik) manat əsas borc və 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi, Cavabdeh 125,2 (bir yüz iyirmi beş manat iyirmi qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh (nümayəndə (vəkil) Vəkil) apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1366/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 12134,38 manat əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 568,3 manat və 200 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənişlər edildiyindən, cavabdehdən 11734,38 manat əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 568,3 manat və 200 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı (əvvəlki adı “X2” MMC) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 88A saylı inşaat materiallarının alğı-satqısı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Onlar tərəfindən öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə, tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktına əsasən, Cavabdeh İddiaçı MMC-yə 17667,38 manat borcunun olduğunu təsdiq etmişdir. Daha sonra müştəri müəssisəyə müəyyən ödənişlər etdikdən sonra 12134,38 manat icra olunmamış borc öhdəliyi qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin bütün faktiki hallarını özündə əks etdirmir, maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul olunduğundan ləğv olunmalıdır. Belə ki, Cavabdeh ilə İddiaçı (əvvəlki adı “X2” MMC) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 88A saylı inşaat materiallarının alğı-satqısı müqaviləsi əsasında borcu olmamışdır. xx.xx.2022-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə, tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktı olmamışdır və məhkəməyə təqdim olunan üzləşdirmə aktınındakı imzadan da cavabdehin məlumatı yoxdur. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, iddiaçıya və cavabdehə hazırkı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə göndərərək onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının olacağı barədə cavabdehə heç bir məlumat bildirilməmişdir. Ümumiyyətlə Cavabdeh ilə İddiaçı (əvvəlki adı “X2” MMC) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 88A saylı inşaat materiallarının alğı-satqısı müqaviləsi olsa belə həmin müqavilə üzrə də iddia müddəti keçmişdir. Lakin birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin olunmadığı üçün bu hallar barədə məhkəmədə hər hansı bir vəsatət və ərizə verilməmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmadığı üçün belə bir müqavilənin olması və ya həmin müqavilə əsasında hər hansı bir əmlakların verilməsinə tərəflərindən münasibət bildirilə bilmir. Belə ki, cavabdeh belə bir müqavilə bağladığını və həmin müqavilə əsasında hər hansı bir əmlak aldığını xatırlamır. Ona görə də belə bir öhdəliyin olması da hələ sual altında qalır. Məhkəmə mövcud işdə sübutlara ovyektiv, qərəzsiz və hərtərəfli qiymət verməmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb apellyasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə ərizə göndərərək başqa işdə iştirak etdiyini, ona görə də məhkəmə iclasına gələ bilmədiyini, həmin halın nəzərə alınmasını xahiş etmiş, lakin bununla bağlı ərizəsinə təsdiqedici sübut əlavə etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1366/2023 saylı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 88 A nömrəli alğı-satqısı müqaviləsinin surətindən görünür ki, satıcı qismində İddiaçı MMC alıcı qismində Cavabdeh iştirak etmiş, satıcı malları alıcıya verməyi, alıcı isə əvvəlcədən razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən satıcı bu müqavilə imzalandığı tarixdən alıcı tərəfindən öncədən daxil olmuş sifarişlərə uyğun olaraq, 3-5 təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda malı alıcının özünə və ya səlahiyyətli nümayəndəsinə təhvil verir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə yaxud nağd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. İş materiallarında olan qiymət cədvəlindən görünür ki, alqı-satqı predmeti olan malların növü, miqdarı, qiyməti və s. ilə bağlı qarşılıqlı razılıq olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən, Cavabdeh İddiaçı MMC-yə 17667,38 manat borcunun olduğunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 00514-2023 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası zamanı 200 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 11734,38 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Məhkəmə kollegiyasına elektron qaydada göndərilmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi sənəddən görünür ki, İddiaçı MMC-nin hazırkı adı "xxxx" MMC-dir. Məhkəmə kollegiyasına elektron qaydada göndərilmiş "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, İddiaçı MMC təsisçinin xx.xx.2025-ci il tarixli qərarına əsasən "xxxx" MMC adlandırılır. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli 4/1907 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: -Ekspertizaya təqdim olunmuş, işin 123-125-ci vərəqələrində olan “Fortis Group" MMC ilə Cavabdeh arasında olan xx.xx.2019-cu il tarixli, 88 A saylı alqı-satqı müqaviləsinin 1-ci, 2-ci, 3-cü vərəqələrində "Alıcı" qrafasındakı imzalar, i/v 126-129-da olan qiymət cədvəllərində “Alıcı” qrafalarındakı imzalar - Eyni şəxs tərəfindən icra olunmuşdur. -Ekspertizaya təqdim olunmuş, işin 123-125-ci vərəqələrində olan İddiaçı MMC ilə Cavabdeh arasında olan xx.xx.2019-cu il tarixli, 88 A saylı alqı-satqı müqaviləsinin 1-ci, 2ci, 3-cü vərəqələrində “Alıcı” qrafasındakı imzalar, i/v 126-129-da olan qiymət cədvəllərində “Alıcı” qrafalarındakı imzalar ilə i/v 131-də olan 13 sentyabr 2022-ci il tarixli üzləşmə aktında “Müştəri” bölməsində “İmza” qrafasındakı imza - Müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. -Ekspertizaya təqdim olunmuş, işin 123-125-ci vərəqələrində olan İddiaçı MMC ilə Cavabdeh arasında olan xx.xx.2019-cu il tarixli, 88 A saylı alqı-satqı müqaviləsinin 3-cü vərəqələrində “Alıcı” qrafasından aşağıda “Məmmədov” yazısının, i/v 131-də olan 13 sentyabr 2022-ci il tarixli üzləşmə aktında “Qalıq kredit borcu” qrafasındakı “17667 on yedi min altı yüz atmış yedi manat 38 .q. Cavabdeh” yazılarının eyni şəxs və ya müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə (Tədqiq olunan yazılar, işin 123-125-ci vərəqələrində olan İddiaçı MMC ilə Cavabdeh arasında olan xx.xx.2019-cu il tarixli, 88 A saylı alqı-satqı müqaviləsinin 3-cü vərəqələrində “Alıcı” qrafasından aşağıda “Məmmədov” yazısından, i/v 131-də olan 13 sentyabr 2022-ci il tarixli üzləşdirmə aktında “Qalıq kreditor borc” qrafasındakı “17667 on yedi min altı yüz atmış yedi manat 38.q. Cavabdeh” yazılarından ibarət olub, göy rəngli rəngləyici maddələrlə icra olunmuşdur. Tədqiq olunan yazıları öz aralarında bir-biri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan yazılarda həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan yazıların öz aralarında eyni şəxs və ya müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı.) müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil edir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə əlavə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 iyun 2025-ci il tarixli 4/754 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: - Ekspertizaya təqdim edilmiş, i/v 123-125-də İddiaçı MMC ilə Cavabdeh adlarından bağlanmış olan 10 aprel 2019-cu il tarixli, 88 A nömrəli Alqı-Satqı Müqaviləsinin 1-3-cü vərəqlərinin aşağı sağ hissəsində “Alıcı” qrafalarındakı imzalar ilə i/v 126-129-da olan Qiymət Cədvəllərində “Alıcı” qrafalarındakı imzalar - Eyni şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, i/v 131-də olan 13 sentyabr 2022-ci il tarixli Üzləşdirmə Aktında “Müştəri” hissəsində “Qalıq kreditor borc” qrafasından aşağıda “17667 on yedi min altı yüz atmiş yedi manat 38. q.” yazıları və “İmza:” qrafasındakı imza və “Cavabdeh” yazıları; 4Ə - 1057 nömrəli notariat işində olan 27 may 2019-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin arxa tərəfində “satıcı” qrafasındakı “Cavabdeh” yazıları, həmin yazıların qarşısındakı və aşağı hissəsindəki imzalar və 4Ə - 509 nömrəli notariat işində olan 06 may 2024-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin arxa tərəfində “satıcı” qrafasındakı imza və “məmmədov” yazısı - eyni şəxs, Cavabdeh tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, i/v 123-125-də İddiaçı MMC ilə Cavabdeh adlarından bağlanmış olan 10 aprel 2019-cu il tarixli, 88 A nömrəli Alqı-Satqı Müqaviləsinin 1-3-cü vərəqlərinin aşağı sağ hissəsində “Alıcı” qrafalarındakı imzalar və i/v 126-129-da olan Qiymət Cədvəllərində “Alıcı” qrafalarındakı imzalar ilə i/v 131-də olan 13 sentyabr 2022-ci il tarixli Üzləşdirmə Aktında “İmza:” qrafasında “Cavabdeh” yazıları önündəki imzanın, i/v 130-da Cavabdeh adına olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzanın, Cavabdeh mülki işin 137-138-ci və 160-162-ci vərəqlərində olan eksperimental imza nümunələrinin, 4Ə-1057 nömrəli notariat işində olan 27 may 2019-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin arxa tərəfində “satıcı” qrafasındakı “Cavabdeh” yazılarının ön və aşağı hissəsindəki imzaların, 4Ə-509 nömrəli notariat işində olan 06 may 2024-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin arxa tərəfində “satıcı” qrafasındakı imzanın - eyni şəxs, Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş, i/v 123-125-də İddiaçı MMC ilə Cavabdeh adlarından bağlanmış olan 10 aprel 2019-cu il tarixli, 88 A nömrəli Alqı- Satqı Müqaviləsinin 3-cü vərəqinin aşağı sağ hissəsində “Alıcı” qrafalarından aşağıda “məmmədov” yazısı ilə 13 sentyabr 2022-ci il tarixli Üzləşdirmə Aktında “Müştəri” hissəsində “Qalıq kreditor borc” qrafasından aşağıda “17667 on yedi min altı yüz atmiş yedi manat 38 q yazılarının və “İmza:” qrafasındakı “Cavabdeh” yazılarının, Cavabdeh Məzahır oğlunun mülki işin 132-ci, 135-136-cı və 158-159-cu vərəqlərində olan eksperimental xətt nümunələrinin, 4Ə-1057 nömrəli notariat işində olan 27 may 2019-cu il tarixli AN-İ ******* nömrəli Daşınmazəmlakın alqı-satqı müqaviləsinin arxa tərəfində “satıcı” qrafasındakı “Cavabdeh” yazılarının 4Ə-509 nömrəli notariat işində olan 06 may 2024-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz-əmlakın alqı-satqı müqaviləsinin arxa tərəfində satıcı qrafasındakı “məmmədov” yazısının - eyni şəxs, Cavabdeh tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndındə gostərilən səbəblərə görə məyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasın müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı (əvvəlki adı “X2” MMC) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 88A saylı inşaat materiallarının alğı-satqısı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Onlar tərıfindən öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə, tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktına əsasən, Cavabdeh İddiaçı MMC-yə 17667,38 manat borcunun olduğunu təsdiq etmişdir. Daha sonra müştəri müəssisəyə müəyyən ödənişlər etdikdən sonra 12134,38 manat icra olunmamış borc öhdəliyi qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənişlər edildiyindən, cavabdehdən 11734,38 manat əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 568,3 manat və 200 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019- cu il tarixli, 88 A saylı alqsatqlı müqaviləsinə əsasən satıcı İddiaçı MMC malları alıcıya verməyi, alıcı Cavabdeh isə malların dəyərini ödəməyi öhdəsinə götürmüş, ancaq alıcı müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İş üzrə sənədlərdən göründüyü kimi iddiaçı illik beş faizi xx.xx.2022-ci il tarixli üzləşdirmə aktının imzalandığı gündən hesablamışdır. Üzləşmə aktı borcun etirafını bildirən sənəd olsa da, illik beş faizi tələb etmək hüququnun yaranma əsasını və vaxtını müəyyən edən sənəd hesab edilmir. Müqavilə müddəti ərzində malların verilmə tarixini və ödənişlərin aparılma vaxtını, gecikmələri və həmin gecikmələrə görə xəbərdarlıqların edilməsini müəyyən edən sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan haqqını sonradan ödəmək şərti ilə almış olduğu malların 11734,38 manat əsas borc təşkil edən hissəsinin dəyərini sonradan ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 568,3 manat pulun tutulması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. İşdən görünür ki, iddiaçı iddianın həmin hissəsinə aid hər hansı sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməmiş və iddiaçı da birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Apellyasiya şikayətinin dəlillərindən biri alqı-satqı müqaviləsində və üzləşmə aktlarındakı imzalarla bağlıdır ki, məhkəmə kollegiyası tərəfindən məhkəmə-ekspertizası təyin edilərək həmin imzaların tədqiq еdilməsini zəruri hesab edilmişdir. Aparılmış məhkəmə xətşünaslıq ekspertizaları ilə iddiaçı Fortis Group” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 88 A saylı alqı-satqı müqaviləsinin 1, 2, 3-cü vərəqələrində “alıcı” qrafasındakı imzalar, həmçinin müqavilənin sonuncu – 3-cü vərəqəsində “alıcı” qrafasının aşağısında “Məmmədov” qeydi, qiymət cədvəlində (müqaviləyə 1 saylı əlavə) “alıcı” qrafasındakı imzaların eyni şəxs tərəfindən yəni Cavabdeh tərəfindən icra olunması müəyyən olunmuşdur. Ona görə də, kollegiya cavabdehin həmin dəlilini əsassız sayır. İddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373. 3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, üzləşmə aktı xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. İddiaçı isə 3 illik müddətini ötürmədən hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində təyin olunan iclasların yeri və vaxtı barədə məlumatlı olmuş, lakin iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Apellyasiya şikayətinin dəlillərindən digəri işə onun iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Cavabdeh məhkəmə bildirişi göndərmiş, cavabdeh baxış iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmişdir (i.v.50). Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1366/2023 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 252 (iki yüz əlli iki) manat pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, m/h AZ41NABZO013601**********3944, SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-14/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-14/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver