Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-140/2023 12.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2-2(115)-385/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 34728,57 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 1251,74 manat məbləğində (o cümlədən, vergilər üzrə 843,76 manat, faizlər üzrə 307,98 manat, maliyyə sanksiyası üzrə 100 manat), “Azinel" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 400,43 manat məbləğində (o cümlədən, vergilər üzrə 335,6 manat, faizlər üzrə 24,83 manat, maliyyə sanksiyası üzrə 40 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 32301,75 manat məbləğində (o cümlədən, vergilər üzrə 29979,37 manat, faizlər üzrə 2282,38 manat, maliyyə sanksiyası üzrə 40 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 518,74 manat məbləğində (o cümlədən, vergilər üzrə 446,95 manat, faizlər üzrə 31,79 manat, maliyyə sanksiyası üzrə 40 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 255,91 manat məbləğində (o cümlədən, vergilər üzrə 254,13 manat, faizlər üzrə 1,78 manat) olmaqla, ümumilikdə 34728,57 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********425500 xx.xx.2022-ci il tarixli **********671100 xx.xx.2022-ci il tarixli **********675900 xx.xx.2022-ci il tarixli **********003800 xx.xx.2022-ci il tarixli **********667600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Gəncə Kommersiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2-2(115)-385/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) ərizənin təmin edilməsi və xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 1251,74 manat, “Azinel" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 400,43 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 32301,75 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 518,74 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 255,91 manat olmaqla, ümumilikdə 34728,57 manat məbləğində borc ödənilənədək Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA 3282361) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. İşdə olan sübutlar: İş materiallarına əlavə edilmiş hüquqi şəxslər haqqında məlumat cədvəllərindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Azinel" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri Maraqlı şəxsdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X3 Üzrə Baş İdarəsi tərəfindən təqdim оlunmuş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 1251,74 manat məbləğində (o cümlədən, vergilər üzrə 843,76 manat, faizlər üzrə 307,98 manat, maliyyə sanksiyası üzrə 100 manat), “Azinel" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 400,43 manat məbləğində (o cümlədən, vergilər üzrə 335,6 manat, faizlər üzrə 24,83 manat, maliyyə sanksiyası üzrə 40 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 32301,75 manat məbləğində (o cümlədən, vergilər üzrə 29979,37 manat, faizlər üzrə 2282,38 manat, maliyyə sanksiyası üzrə 40 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 518,74 manat məbləğində (o cümlədən, vergilər üzrə 446,95 manat, faizlər üzrə 31,79 manat, maliyyə sanksiyası üzrə 40 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 255,91 manat məbləğində (o cümlədən, vergilər üzrə 254,13 manat, faizlər üzrə 1,78 manat) olmaqla, ümumilikdə 34728,57 manat borcu vardır. xx.xx.2021-ci il tarixli **********425500 nömrəli, xx.xx.2022- ci il tarixli **********671100 nömrəli, xx.xx.2022-ci il tarixli **********675900 nömrəli, xx.xx.2022-ci il tarixli **********003800 nömrəli və xx.xx.2022-ci il tarixli **********667600 nömrəli bildirişlərdən görünür ki, vergi ödəyicisinə borcun ödənilməsi, əks təqdirdə icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilə biləcəyi barədə hüquqi şəxslərə bildiriş göndərilmişdir. Şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs xx.xx.1996-cı ildə Ağstafa rayonu, Göyçəli kəndində doğulmuşdur. Qeydiyyat ünvanı Ağsatafa rayonu, Göyçəli kəndidir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2-2(115)-385/2023 saylı qətnaməsindən Maraqlı şəxs apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2-2(115)-385/2023 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi və Maraqlı şəxs ölkədən çıxışına qoyulmuş məhdudiyyətin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, X1sıdır. Heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, heç bir hüquqi şəxsin rəhbəri və ya təsisçisi olmamışdır. 2019-cu ildə Montin qəsəbəsində işə qəbul olmaq məqsədi ilə 2 nəfər şəxslə görüşmüş, həmin şəxslərdən birinin adı Rasim olmuş və onun çay evi olmuşdur. O, həmin çayxanaya işə düzəlmişdir. İşə düzələndən sonra işə düzəltmə adı ilə bağlı sənədlərə qol çəkdiriblər. Bunun onun işi üçün önəmli olduğunu, sonradan baş ağrısı olmasın deyə sənədlərə qol çəkməli olduğunu deyiblər. Bununla əlaqədar ərizəçi onlarla birlikdə notariusa getmiş və ərizəçi həmin şəxslərə etibarnamə vermişdir. 3-4 ay həmin çayxanada işlədikdən sonra Ağstafa rayonuna valideynlərinin yanına qayıtmalı olmuşdur. Daha sonra Qarabağın ermənilərdən azad edilməsi üçün aparılan Vətən Müharibəsində müharibəyə çağırılmış və Qarabağ Müharibəsində şücaətlə iştirak edib. Müharibədən qayıdandan sonra sonra ailə qurub. Ailəsini dolandırmaq üçün Bakı şəhərinə qayıdıb işə düzəlmək qərarına gəlib. "xxxx" MMC şirkətinə işə düzəlmək istəyərkən artıq işinin olduğunu və adına şirkətlər olduğunu dedmişlər. ASAN Xidmətdən maraqlandıqda isə adına müxtəlif şirkətlər açıldığını ona bildirmişlər. Bununla bağlı müxtəlif dövlət orqanlarına şikayətlər etsə də onun şikayətləri obyektiv araşdırılmamış və adına şirkət açıb dələduzluq edənlər və vergidən yayınanlar məsuliyyətə cəlb edilməmişdir. Belə ki, məhkəmə həmin borcların ərizəçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), “Azinel" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hansı aidiyyətinin olmasını müəyyən etmək üçün həmin sənədləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X3 Üzrə Baş İdarəsindən tələb etməmişdir. Beləliklə aydın olmamışdır ki, o adları qeyd edilən şirkətin təsisçisidir, yoxsa rəhbəridir. Rəhbəridirsə həmin borc məbləğləri onun təsisçi və ya rəhbər olduğu dövrdə yaranmışdır, yoxsa onun rəhbərliyindən kənar dövrdə? Məhkəmə müəyyən etməmişdir ki, ümumiyyətlə borc nə vaxt yaranmışdır? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X3 Üzrə Baş İdarəsinin borcu tələb etmək hüququ hələ də mövcuddurmu (belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X3 Üzrə Baş İdarəsinin borcu yarandığı andan, hesablandığı andan yox, məhz yarandığı andan beş il müddətinə tələb etmək hüququ vardır). Vergi orqanı məhz bu müddət ərzində ərizə verə bilər. Tələb etmə müddəti keçdikdən sonra ərizəçidən borc tələb edilə və bununla bağlı da ölkədən çıxışa məhdudiyyət barədə ərizə verilə və verilmiş ərizə təmin edilə bilməz. Məhkəmə borcun nə vaxt mövcud olması və həmin borca onun nə qədər aidiyyətinin olmasını araşdırmamışdır. Ola bilərdi ki, borcu olan şirkətə rəhbər məhz ərizəçi təyin edilsin. Amma, bu o demək deyil ki, ərizəçi vergidən yayınmaqda təqsirlidir və borcu məhz o ödəməlidir. Beləliklə, məhkəmə onun öhdəliyinin olmasını, yayındırılmış və ya ödənilməmiş vergidə onun təqsirini sübut etmədən onun ölkədən çıxışını əsassız məhdudlaşdırmışdır. Məhkəmə formal, heç bir əsas olmadan və qanunsuz olaraq belə nəticəyə gəlmişdir ki, o hüquqi şəxslərin rəhbəridirsə onun ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Məhkəmənin qeyd edilən hüquqi şəxslərin rəhbərinin onun olması barədə gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, ərizəçi heç bir maliyyə dövriyyəsinə və idarəçiliyə rəhbərlik etməmiş, hər hansı gəlir əldə etməmişdir. Həmin şəxslər onun verdiyi etibarnamədən sui-istifadə edərək vergidən yayınmışlar. Hüquqi şəxslərin təsis sənədlərinin, onun rəhbər təyin edilməsi barədə sənədlərin, borcun nə vaxt və hansı miqdarda yaranmasının ətraflı izahı olan sənədlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X3 Üzrə Baş İdarəsindən alınaraq işə əlavə edilməlidir. Məhkəmə vergi borcunun nə vaxt yarandığını mütləq müəyyən etməli və həmin məbləğlərin sosial ödəniş yoxsa vergi məbləği olduğunu müəyyən etməli, sosial ödənişlərə 3 il və vergi borclarına isə 5 il tələb etmə müddətinin olduğunu nəzərə almalıdır. Lakin, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən buna ümumiyyətlə heç bir əhəmiyyət verməmişdir. Ola bilərdi ki, həmin borclar ərizəçi həmin şirkətlərə rəhbər təyin edilməzdən əvvəlki dövrdə yaranmış olsun. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 16.1.1-ci maaddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 12.2. Hüquqi şəxslərin dövlət reyestri vahid forma, metod və prinsiplər əsasında aparılır. 12.3. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının informasiya ehtiyatıdır və onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və təmin olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2-2(115)-385/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı dövlət reyestr məlumatlarında hüquqi şəxslərin icra orqanının rəhbəri kimi Maraqlı şəxs tanınmaqla, Maraqlı şəxs hüquqi şəxslərin icra orqanının rəhbəri olmasına dair reyesr qeydi qüvvədədir. Həmin qeydin əsassız aparılması isə hazırkı icraat çərçivəsində həll edilən məsələ olmamaqla, maraqlı şəxsin həmin cəmiyyətlərin icra orqanının rəhbəri olmasına dair reyesr qeydinin etibarsızlığı, dövlət qeydiyyatı məlumatlarında dəyişikliklərin edilməsi və ya onun aparılmasına əsas olmuş sənədlərin etibarsızlığına dair aidiyyəti şəxslərə qarşı iddia qaldırması hüququ da istisna olunmamaqdadır. Buna görə də məhkəmə kollegiyası Maraqlı şəxs əslində hüquqi şəxslərin icra orqanının rəhbəri olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hüquqi şəxslərin vergi borclarının əsaslı olub-olmaması ilə bağlı maraqlı şəxsin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, hazırkı icraat çərçivəsində borc məbləğinin əsaslı olub-olmaması, borc məbləğindəki dəyişikliklərin, borcun yaranma vaxta və səbəbləri araşdırmanın predmeti olmamışdır. Qeyd olunan mübahisələr inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraat çərçivəsində həll olunur ki, hüquqi şəxsin həmin borc məbləğlərini də mübahsələndirmək hüququ mövcud olmuşdur. Həmçinin qeyd olunur ki, vergi borcunun maraqlı şəxsin rəhbər olduğu dövrdə, yoxsa onun rəhbərliyindən kənar dövrdə yaranmasının isə hər hansı bir əhəmiyyəti olmamışdır. Belə ki, vergi borcu hüquqi şəxsin borcu olmaqla, qanunvericilik borcun yaranma dövründən asılı olmayaraq, ödənilmədiyi təqdirdə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mümkünlüyünü nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş sərbəst hərəkət etmək hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Bundan başqa Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Məhkəmə kollegiyası maraqlı şəxsin konstitusion hüququnun məhdudlaşdırılması ilə bağlı yuxarıda qeyd olunan mütənasibliyin dəyərləndirilməsinə münasibətdə isə qeyd edir ki, qeyd olunan hallarla bağlı maraqlı şəxs tərəfindən hər hansı bir arqument irəli sürülməmişdir. Beləliklə, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “Azinel" MMC vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmış, Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən borcluya 5 gün ərzində dövlət büdcəsinə olan borcun ödənilməsi ilə əlaqədar bildiriş göndərilsə də, lakin borclu vergi borcunu ödəməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün, həmin hüququ şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmaqla əsaslı və düzgün nəticəyə gəlmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunaraq, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2-2(115)-385/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2-2(115)-385/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2-2(115)-385/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.