Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-145/2024 17.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli e-2-2(115)-141/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18732 manat pulun və 146 manat dövlət rüsumu olmaqla ümumilikdə 18 878 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3624 saylı alğı-satqı müqaviləsinə əsasən ümumilikdə 18732 manat məbləğində borc yaranmışdır. Cavabdeh iddiaçı tərəfindən rəsmi olaraq 67 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş və iddia ərizəsinə əlavə edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli e-2-2(115)-141/2024 nömrəli qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-141/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddət daxilində verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli e-2-2(115)-141/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərəl geri qaytarılması üçün iş materialları ilə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli e-2-2(115)-141/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə İddiaçınə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcələnin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından göründüyü kimi İddiaçı Gəncə Kommersiya Məhkəməsinin Məhkəməsinin 29 mart 2024-cü il tarixli e-2-2(115)-141/2024 nömrəli qətnaməsini xx.xx.2024-cü il tarixdə almasına baxmayaraq şikayəti xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sisteminə yükləmiş, bununla da qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti 2(iki) gün ötürməklə şikayət vermiş, birinci instansiya məhkəməsi isə həmin halı araşdırmadan işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli e-2-2(115)-141/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün iş materialları ilə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-145/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-145/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver