Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-15/2025 09.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı İlqar qızının nümayəndəsi (vəkil) Vəkil1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1009/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-29/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, Cavabdeh 100903 (bir yüz min doqquz yüz üç) manat 38 (otuz səkkiz) qəpik pul, ödənilmiş 410 (dörd yüz on) manat mediasiya xərcinin tutularaq İddiaçı İlqar qızına ödənilməsi, Cavabdeh 390 (otuz dörd) manat 90 (otuz beş) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək, iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X11 iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli saziş əsasında yaranmış 100903,38 manat pul məbləğinin və ödənilmiş 410 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs İddiaçı “Selena” brendi altında dondurma istehsalı və satışı ilə məşğuldur. İddiaçı Cavabdeh ilə Gəncə şəhəri və ətraf rayonlarda dondurma məhsulunu satmaq üçün xx.xx.2019-cu il tarixdə razılığa gəlmişlər. Belə ki, bu razılaşmaya əsasən iddiaçı öz avtomaşınlarında topdan satış qiymətinə dondurma göndərir, öz puluna anbar sahəsi icarəyə götürüb orada soyuducu kamera quraşdırır, cavabdehə mal paylaması üçün özünün 4 ədəd soyuducu avtomaşınını və 252 ədəd soyuducunu verir, cavabdeh Gəncə şəhər sakini Cavabdeh isə həmin malın üzərinə 25-30% əlavə pul qoymaqla satıb, göndərdiyi malın satış qaiməsində olan dəyərini ona ödəyir, 30%-ədək əlavə qoyulan pula görə yaranan qazanc isə cavabdehə qalır. Göstərilən iş “Selena” şirkəti tərəfindən təşkil edilmişdir. Təyinatı üzrə istifadə etməsi məqsədilə Cavabdeh müvəqqəti istifadə etməsi üçün iddiaçıya məxsus 4 ədəd “Mercedes Sprinter furqon” markalı (**-MG-***; **-SA-***; **-MD-***; **-EO-*** dövlət qeydiyyat nişanlı) soyuducu maşınları, icarəyə 1 ədəd 20 kv.m sahəsi olan anbar binası və 252 ədəd soyuducu verilmişdir. Anbardan dondurma məhsulları adı, qiyməti, sayı göstərilməklə satış qaiməsi ilə Cavabdeh firmanın avtomaşını ilə göndərilmiş, qaimə 3 nüsxədə tərtib olunmuş, Cavabdeh malın təhvil alınması barədə qaiməyə imza edərək bir nüsxəsini özündə saxlamış, həmçinin əvvəlki qaimələr üzrə aldığı və öhdəsində qalan malın satış pulundan ödədiyi məbləği də qeyd edərək öz imzası ilə təsdiq etməklə firmanın nümayəndəsinə geri qaytarmışdır. Cavabdeh istifadə etdiyi firmaya məxsus 4 ədəd avtomaşın və 252 ədəd soyuducu təmənnasız olaraq müvəqqəti istifadə üçün verilmiş, Elçin gəlirini malın üzərinə qoyduğu təxminən 30% həddində qazancdan götürmüşdür. Cavabdeh 2020-ci ildən qalan qalıq məbləğini 2021-ci ildə, 2021-ci ildən qalan qalıq məbləğini isə 2022-ci ildə ödəyəcəyinə söz verdiyindən, həmçinin iddiaçının ona olan etibarından istifadə etdiyi üçün 2022-ci ilin mövsümü başa çatana kimi iddiaçı gözləmiş, lakin artıq cavabdeh pulu verməkdən boyun qaçırdığı üçün işin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır. Cavabdeh etibar edib verdiyi, cavabdehə inanıb tapşırdığı əmlakın qalığını firmaya qaytarmadığı, eləcə də qalıq dəyərini tam ödəmədiyi üçün iddiaçı onun hərəkətlərindən şübhələnmiş və 2022-ci ilin noyabr-dekabr aylarında firmanın əməkdaşları ilə Gəncə şəhərinə gedib, anbar binasını sahibinə qaytarmış, 4 ədəd avtomaşını və soyuducuları geri təhvil almışdır. Həmçinin, Cavabdeh dondurma satdığı bütün mağazalarda olub mal qalığı olub-olmamasını yoxladıqda təhvil verilmiş malları satdığı mağazalardan dondurmanın pulunu tam məbləğdə aldığı məlum olmuşdur. Yəni mağazaların aldıqları mala görə Cavabdeh mal və ya pul borcu olmamışdır. Belə olduğu təqdirdə Cavabdeh hesabını təhvil aldığı qaimələr və ödədiyi pul sənədləri ilə yoxladıqda 100903,38 manat çatışmazlıq aşkar edilmişdir. Buna baxmayaraq, o, borcunu iddiaçıya ödəməkdən imtina edir. Belə ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 fevral 2023-cü il tarixli auditor rəyinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixində 43000.62 manat qalıq borcu mövcud olub, 2021-ci il ərzində 416744.18 manat dəyərində məhsul alışı olmuş, 416915,98 manat məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixində 42828.82 manat öhdəlik mövcud olub, 2022-ci il tarixində 250158,20 manat dəyərində məhsul alışı olmuş, 192083.64 manat ödəniş həyata keçirilmişdir, xx.xx.2022-ci il tarixində olan öhdəlik 100903,38 manat dəyərində olmuşdur. Belə ki, Cavabdeh İddiaçı qarşı olan öhdəliyini icra etməməklə, 100903,38 manat məbləğin ödənilməsindən yayınmaqla iddiaçının sahibkarlıq fəaliyyətinə maneçilik törədir. Cavabdeh iddia ərizəsinə etiraz edərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ona qarşı düzgün aidiyyəti üzrə tələb deyildir. Belə ki, İddiaçı onunla heç bir vaxt rastlaşmağı, telefon danışıqlarının olması, onunla müqavilələr bağlanması, şifahi sövdələşmə və sair razılaşmaları olmamışdır. Hər bir kommersiya və ya müqavilələr yalnız vergi xidmətindən və notariusdan keçməklə bağlanır. Qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. İddia ərizəsində qeyd edilən xx.xx.2023-cü il tarixli audit rəyi barədə məlumatlar qeyd edilmişdir. Audit yoxlamasının keçirilməsinə Gəncə Şəhər Prokurorluğuna o vəsatət verməklə tələb qoymuşdur. Şikayətçi tərəf bu vəsatətindən sonra prokurorluğa yazmış olduğu ərizəsini geri götürmüşdür. Prokurorluğa ərizə yazan İddiaçı olmamışdır. Dəfələrlə, prokurorluğun müstəntiqindən auditin keçirilməməsinin səbəblərini xəbər aldıqda bildirilmişdir ki, şikayətiçi X26 və Arzu adlı şəxs özləri onunla əlaqə saxlayacaqlar. Əfsuslar olsun ki, iddia tələbi həmin şikayətçi X26 və Arzu adlı şəxs tərəfindən qaldırılmalı idi. Prokurorluğa bu mübahisə üzrə onlar tərəfindən müraciətlər olmuşdur, indi isə aidiyyətsiz yuxarıda qeyd etdiyi kimi, tanımadığı, görmədiyi, bilmədiyi, heç bir vaxt iş birliyi olmayan İddiaçı tələb irəli sürmüşdür. Hansı ki, İddiaçı ilə aralarında heç telefon danışıqları olan əlaqə də olmamışdır. İddiaçı bu tələb üzrə X19 və Arzu adlı şəxsə qarşı pul tələbi ilə məhkəmədə iddia qaldırmalıdır. İddia ərizəsində qeyd edilənlər hamısı ona qarşı 2 qərəzli, qanunvericiliyin tələblərinə zidd olan tələblərdir. Hansı ki, əvvəlcədən elə mediasiyada Vəkil1 tərəfindən 1 saylı Mediasiya Xidmətinin mediatoru Afət Səmədovaya dolayı yolla təsir edərək, mediasiya keçirilmədən imtina arayışı əldə etmişdir. Bu qanun pozuntusu barədə Gəncə Şəhər Prokurorluğuna rəsmi ərizə ilə müraciətləri olmuş, hazırda araşdırmalar aparılır. Yəqin ki, haqq ədalət özünü sübut etdirər. Tərəfindən yuxarıda qeyd edilənlər, İddiaçı iddia tələbi qanunvericiliyin tələblərinə ziddir. Onunla iddiaçının ümumiyyətlə heç bir vaxt nə telefon danışıqları, nə də ki, görüşləri olmamışdır, belə olan halda heç bir iş birliyinin olmamasına sübutdur. Cavabdeh iddia ərizəsinə 04 sentyabr 2023-cü il tarixdə yenidən etiraz edərək, qeyd edilən xüsusatlar əsasında iddia ərizəsinin rədd edilməsinə tam əsaslar yarandığını bildirmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində şikayət verən şəxsin adı Yusif olmuşdur. Yusif iddiaçının oğludur. 4 il bundan qabaq Yusif onunla görüşərək birlikdə iş görmək üçün şifahi qaydada razılaşmışdır. Razılaşma dondurma alqı-satqısı ilə bağlı olmuşdur. Belə ki, o soyuducuların yerləşdirilməsi, mağazalarla onları tanış etmək və onların məhsullarını satmaq vəzifələrini icra edirdi. Bunun qarşılığında ona məvacib verəcəklərini bildirmişdilər. Bu sövdələşmədən sonra Yusif ona və onunla birgə 8 nəfərə yəni X20, X7, X3, X14, X8, X15, X9 və X12 4 ədəd soyducu avtomobil və dondurma soyduculari göndərmişdi. Onlar da bu 4 il ərzində yay mövsümündə Yusifin göndərdiyi dondurma məhsullarını qərb zonasında, yəni Gəncə, Daşkəsən, Samux, Dəliməmmədli, Göygöl, Şəmkir, Tovuz, Ağstafa və Qazax bölgələrində şəbəkə marketlərə və marketlərə onların tövsiyə etdiyi qiymətlərə satış edirdilər. Bu işin müqabilində satışdan gələn gəlirlə bütün xərcləri etməli idilər. Xərclərə daxil idi onunla birgə iş yoldaşlarının əmək haqları, anbar icarəsi, elektirik enerjisi xərci, maşınların yanacağı, maşınların təmir xərcləri, marketlərə verilən endirim faizləri, marketlərə soyducuların daşınması xərcləri və onların təmir xərcləri, avtomobillərin sənədləşməsi xərcləri, departament qeydiyyatları, dövlət vergisi, çöl satışı üçün icazə xərcləri və sair xərclər hər mövsüm üçün ayrılıqda olmuşdur və bu barədə Yusifə məlumat verilmişdir. Eyni zamanda bu xərclərin hər biri ayrı-ayrılıqda onun iş kitabinda qeyd olunmuşdur. Həmçinin bu xərcləri yuxarıda qeyd etdiyi iş yoldaşlarının yazılı və şifahi təsdiqləyə bilərlər. Həmçinin avtotəmir ustaları və soyducu təmiri ustaları xərcləri təsdiq edə bilərlər. Avtomobil ustaları Emin və İsmayıl, soyducu ustası Ceyhundur. Ona görə də bu iddianı qəbul etmir, əgər Yusifin ona qarşı hər hansısa bir iddiasi varsa məhkəməyə verib ona qarşı iddia qaldıra biləcəyini qeyd etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin əsas faktlarını dərindən araşdırmamış, iddiaçının təqdim etdiyi fakturalar əsasında qanunsuz qətnamə qət etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən qaimə-fakturalarda məbləğ şişirdilmişdir və reallığı əks etdirmir. İddiaçı və cavabdeh arasında olan şifahi razılıq məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Selena” brendi altında dondurma istehsalı və satışı ilə məşğuldur. Bu da o deməkdir ki, sahibkarlıq - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından, satışından, işlərin görülməsindən və xidmətlər göstərilməsindən gəlir əldə edilən bir fəaliyyətdir. İddiaçı ilə cavabdeh arasında olan münasibətlər də bu sahibkarlıq fəaliyyəti ilə tənzimlənmişdir. Belə ki, onların arasında olan müvafiq müqavilələr bunun əyani sübutudur. Məhkəmə işin faktiki hallarını düzgün araşdırmadan qərar qəbul etmişdir. Həmçinin mövqeyini düzgün əsaslandırmamışdır. Belə ki, o, malları “Selena” brendindən təhvil alaraq müəyyən mağazalara satmışdır. Eyni zamanda o, iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi ona qarşı düzgün tələb deyildir. Belə ki, o, iddiaçı qismində olan İddiaçı tanımır və heç vaxt da rastlaşmamış, aralarında telefon danışığı belə keçməmişdir. O, X26 və Arzu adlı şəxsləri tanımış və onlar da iddia qaldırmalı idilər. o, Prokurorluğa da bu barədə müraciət etmiş, lakin qanunvericiliyə zidd olaraq tanımadığı, bilmədiyi şəxs tərəfindən məhkəməyə tələb irəli sürülmüşdür. Hesab edir ki, məhkəmə iddiaçının subyektiv hüququ olmadan iddianı rədd etməli olduğu halda, əsassız qərar qəbul etmişdir. Barəsində aidiyyəti polis idarəsinə şikayət olunan zaman materiallar araşdırıldıqdan sonra xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda izahat verən şəxslər ifadələrində göstərmişlər ki, dondurma məhsullarını o, (cavabdeh) satış qaimələri əsasında sayaraq onlardan təhvil götürmüş, ödənilən məbləğ yazılaraq həmin satış qaimələri onun (cavabdeh) tərəfindən imzalanaraq bir nüsxəsi də özündə saxlanılmışdır. Göründüyü kimi o, heç bir qanunsuz hərəkətə yol verməmiş, bütün işini qanun çərçivəsində həll etmişdir. Lakin birinci instansiya zamanı bəzi qaimələr məhkəməyə təqdim olunsa da, digərləri məhkəməyə təqdim etmək mümkün olmamışdır. Belə ki, həmin qaimələrdə işin bütün faktiki halları qeyd olunmuş, mağazalara satılan malların alqı-satqısı aidiyyətı mağazanın səlahiyyətli əməkdaşı tərəfindən imzalanaraq möhürlənmişdir. O, işini icra edərkən mallarının ümumi alqı-satqı, mədaxil-məxariclərini günlük hesabat kitabında ətraflı şəkildə qeyd etmişdir. İş materialı üzrə cavabdeh kimi onun xx.xx.2023-cü il tarixli izahatında X16 “Selena” brendi altında dondurma istehsalı və satışı ilə məşğul olduğu, 2019-cu ilin əvvəllərində Yusifin ona müraciət edərək istehsal etdiyi dondurmaların ölkənin qərb rayonlarında satışının təşkil edilməsini xahiş etdikdən sonra maya dəyərində göndərəcəyi malın üzərində 25% o öz xeyrini qoyduqdan sonra dondurmaların satışını həyata keçirdiyini bildirmişdir. Eyni zamanda hər yeni sezonun başlanğıcınadək maya dəyərində götürdüyü pulları Yusifə ödəməli olmuşdur. Dondurma sezonu hər ilin aprel-avqust aylarının əhatə etmişdir. Həmçinin Yusif ona maya dəyərində verdiyi məhsulun 8%-i dəyərində güzəşt etməyə razılaşmışdır. Belə ki, Yusif ilk olaraq bir, daha sonra əlavə üç dondurma avtomobilini sürmə etibarnaməsi ilə ona vermiş, eyni zamanda 2019-cu ildən başlayaraq hissə-hissə 295 dondurma soyuducusu da vermişdir. Bundan başqa cavabdeh Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 20 kv.m qeyri-yaşayış obyektini aylıq 500 manat məbləğində soyuducu kimi istifadə etmək üçün Mahir adlı şəxsdən icarəyə götürmüş, həmin obyektin soyuducu kimi istifadəsi üçün olan avandanlığıYusif təşkil etmişdir. 2019-cu ilin aprel ayından başlayaraq götürdüyü soyuducuları Gəncə və Dəliməmmədli şəhəri, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy rayonlarındakı ticarət obyektlərinə payladıqdan sonra İlqar, Arif, Elnur, Valeh adlı sürücülər Bakıdan dondurmaları gətirərək, Gəncədəki anbarda ona təhvil vermişlər. Anbardan dondurma məhsullarının adı, qiyməti, sayı göstərilməklə satış qaiməsi ilə mallar ona təhvil verilərək, 2 nüsxədə qaimə tərtib edilmiş və mal təhvil almağı barədə qaiməyə imza edərək bir nüsxəsini özündə saxlamış digərini isə sürücüyə təhvil vermişdir. Həmin qaimədə həmçinin bir nəfərin imzası olmuşdur. O dondurmaların paylanılması və satışını, satılmış məhsulların dəyərinin yığılması üçün sürücü qismində Səxavət, Samir, Mübariz, Tural adında, satış təmsilçisi qismində Ramil, Daşqın, Pərviz, Əli, Ruslan adlı şəxsləri qeyri-rəsmi olaraq işə götürmüş və 2019-2022-ci illərdə dondurma satışını həyata keçirmişdir. Satılmış malın maya dəyərini hər məhsul Bakıdan Gəncəyə gəldikdə gələn malın qaiməsinə satılmış məhsullardan yığılmış pulların məbləği yazılmaqla, pullar Yusifin göndərdiyi sürücüyə təqdim olunmuşdur. Onun yanında mal daşınmasını həyata keçirən sürücülərin əmək haqqısı aylıq 500 manat, satış təmsilçilərinin qazancı isə satılmış maldan əldə olunmuş pulun 6 faizi miqdarında tərəfindən ödənilmişdir. Yerdə qalan pul onun qazancı və avtomobilin texniki baxış xərcləri, anbar xərcləri, icarə xərcləri, elektrik xərci və müştəriyə verilən məhsula görə 5-18 faiz aralığında endirim verdiyi məbləğ olmuşdur. 2022-ci ilin sonunda Yusif onunla hesabat etmədiyindən Yusiflə işləməkdən imtina etmişdir. X16 Cavabdeh hesabı üzrə 100903,38 manat çatışmazlıq aşkar edilməsini qeyd etməsi ilə bağlı verilən suala cavab olaraq Cavabdeh göstərmişdir ki, Yusif Yusibov ona avtomobil və soyuducu, dondurma məhsulları verərək satışını həyata keçirməyi həvalə etmişdir. 2019-2022-ci illərdə satılmış məhsulların dəyərini Yusif ödəsə də, Yusif razılaşdıqları məhsulların satışından əldə olunmuş məbləğin 8 faizini ona ödəməmişdir. 2019-2022-ci il ərzində o ümumi olaraq Yusifdən götürdüyü maya dəyərində olan təqribən ******* manat dəyərində məhsulun satışını həyata keçirmiş, həmin puldan təqribən 88000 manat ona verilməli olan məhsulun satışına görə razılaşdıqları faiz olmuş, yerdə qalan 12900 manat isə 4 il ərzində Yusifə məxsus avtomobillərin təmirinə xərclədiyi pulun bir hissəsi olmuşdur. Qətnamə yalnız iddiaçının iddiası əsasında çıxarılmışdır. Formal olaraq iddiaçının ifadəsi ilə əsaslandırılmışdır. Halbuki onun iddiaçı ilə heç bir danışıq aparmaması, aralarında hər hansı rəsmi sənədin olmamasını nəzərə almamışdır. O, işə cəlb edilməyən iddiaçının oğlu Yusibov Yusifıə danışıqlar aparmış, müəyyən razılığa məhz onunla gəlmişdir. Uzun illərdən bəri birgə işlədikləri üçün aralarında inam-etibar yaranmış, şifahi razılaşmalarının rəsmi şəkildə qeydiyyata almağa ehtiyac görməmişlər. Çünki uzun müddətdir ki, bu şərtlər altında çalışmışlar. O, bununla bağlı məhkəməyə sübut təqdim edə bilməsə də, adı çəkilən şəxslə, yəni Yusiflə bu barədə dəfələrlə telefon danışıqlarında yazışmalarda söhbətlər aparmışdır. Bundan başqa iddia edilən məbləğin məhsulların satışını həyata keçirərkən bir çox xidmətlərə xərclənmişdir. Hansı ki, həmin məbləğin xərclərə sərf edilməsini sübut edən aktlar mövcuddur. Həmin aktlar həm onun, həmçinin digər işçilərin şahidliyi əsasında tərtib edilmiş, imzalanmışdır. Bundan başqa o, dondurma məhsullarını satarkən “Selena” şirkətini təmsil etmiş, onların məhsullarını həm reklam xarakterli, həm də müəyyən razılaşma əsasında satışı ilə məşğul olmuşdur. Hansı ki, həmin mallar müəyyən mağazlara təhvil verilərkən qaimə əsasında verilmiş, onun iddia olunan məbləği mənimsəmək kimi niyyəti olsa idi bütün bu hesabatları rəsmi deyil, qeyrirəsmi şəkildə həyata keçirərdi. O, qanunvericiliyə uyğun olaraq alqı-satqı işlərini həyata keçirdiyi üçün mağazalarda ödənişi şirkətin öz hesabına ödəmişlər. Sadəcə təhvil vermə haqqında qaimə mövcud olduğu üçün ödənişlə bağlı qaimə ona təqdim edilmədiyinə görə iddiaçı formal olaraq bu iddianı ona qarşı qaldırmışdır. Hesab edir ki, məhkəmə işin faktiki hallarını dərin araşdırmalı, iş materiallarına yeni əlavə olunmuş sənədləri nəzərə alaraq obyektiv qərar qəbul etməlidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq işin daha obyektiv aydın həlli üçün ekspertizaya ehtiyac olduğu halda məhkəmə buna lüzum görməmiş, işin gedişatı zamanı heç bir eksperti məhkəməyə cəlb etməmişdir. Habelə məhkəməyə təqdim olunan və olunmayan qaimələrə çəkilmiş imzalardan onun imzası ilə ziddiyyət təşkil edir. Bundan başqa imzasız qaimələr, təqdim olunmuş qaimələr üzrə əskik gələn mallar da mövcuddur. Lakin məhkəmə araşdırmanı düzgün aparmadan işə səhv mövqe ilə yanaşmışdır. Hesab edir ki, həmin imzaların cavabdehə aid olub-olmaması əskik gələn mallar mütəxəssislər tərəfindən araşdırılmalı, iş üzrə düzgün nəticə əldə edilməlidir. Həmçinin göstərmişdir ki, ekspert vəsatət verərək sənədlərin təqdim olunması üçün tərəflərə məhkəmə tərəfindən bildiriş göndərilsə də, Cavabdeh hüquqi savadsızlığından və elektron sistemdən istifadə edə bilməmiş, bu səbəbdən sənədləri təqdim edə bilməmiş və məhkəmə tərəfindən cavabdehə bu barədə yol göstərilməmişdir. Odur ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək, iddianı rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər və apellyasiya şikayətinə dair izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsinə dair cavabdehin, həmin şikayətin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək qətnamə cavabdehdən iddiaçının xeyrinə tutulan pul məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı tərəfindən X19 verilmiş 09 mart 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən şəxs adından vergi orqanlarında, banklarda, Dövbt Statistika Komitəsində, Əmək və X32 fondunda, “Asan-xidmət” mərkəzlərində, Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergilər Departamenti X13 Dövlət Qeydiyyatı idarəsində, Dövlət Gömrük Komitəsində və idarələrində, notariat kontorunda, bankda və digər idarə və təşkilatlarda, dövlət orqanlarında onu təmsil etməyi, nümayəndəsi olmağı, MMC təsis etməyi, təsis edərkən fərqli paqları (payları) müəyyən etməyi, banka nizamnamə kapitalını yatırmağı, müqavilə imzalamağı, cəmiyyəti dövlət qeydiyyatına almağı, müəssisə təsis etməyi, obyekt kodu, KOD, VÖEN , kassa aparatı almağı və qeydiyyata salmağı, ondan istifadə etməyi, qeydiyyatdan çıxartmağı, kassa aparatını bağlamağı, Asan imza ilə əlaqədar sənədləşmə işləri aparmağı, Asan imza almaq üçün sertifikat almağı, notariat kontorunda sənədləri təsdiq etdirməyi, hesablar açmağı, bağlamağı, hesablar üzərində sərəncam verməyi, bütün bank əməliyyatları aparmağı, bankda əvəzinə imza etməyi, pos-terminal ilə bağlı onu təmsil etməyi, kodu ləğv etməyi, VÖEN-i bağlamağı, vergi ödəməyi, qərar verməyi, lazimi sənədləri verməyi, almağı, müqavilə bağlamağı, ərizə yazmağı, imza etməyi və bununla bağlı digər hərəkətlər etməyi etibar edir. Etibarnamə 10 (on) il müddətinə - xx.xx.2027-ci il tarixədək qüvvədədir. İş materiallarında olan həm təhvil alan, həm də təhvil verən şəxs tərəfindən imzalanmış satış qaimələrindən görünür ki, xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13032,75 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 13032,75 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 5496,95 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 18529,70 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 1276,28 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 24435,98 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 4482,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 23159,70 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 5288,10 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 29724,08 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 2257,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 31981,68 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 1788,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 41449,38 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 7679,30 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 39660,98 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 4776,15 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 52489,17 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 6093,64 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 47713,02 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 10941,92 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 63431,09 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 9922,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 84660,79 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 1306,45 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 85967,24 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3524,64 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 89491,88 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 1290 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 90781,88 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13742 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 102523,88 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13151,10 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 109562,78 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 11748,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 114420,78 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13872,70 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 120293,48 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 10875,90 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 119278,58 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 1359 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 110768,31 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13809,93 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 123113,10 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 12886,35 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 122294,66 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 12313,16 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 122607,82 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13508,16 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 126855,58 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13726,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 127582,38 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 12150,20 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 133678,18 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 12613,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 114576,23 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 15348,50 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 122524,73 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 12662,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 121686,33 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3917 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 117603,33 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3040,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 104585,48 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 2610 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 103195,48 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 8867 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 109062,48 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3310,20 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 105093,79 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 288 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 105381,79 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 6639,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 112021,19 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 25911,95 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 48912,57 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 20286,20 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 60881,17 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 18711,88 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 79593,05 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 15871,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 95464,65 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 20821 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 116285,65 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 1199,52 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 117485,17 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3401,84 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 120887,01 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17071,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 137958,61 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 2696,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 140655,21 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 21216,50 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 159871,71 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 18138,36 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 174610,07 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 19317,82 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 183259,89 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 2520 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 173079,89 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 4098,90 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 177178,79 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 20444,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 197623,39 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17488,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 214191,39 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 16531,93 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 201626,91 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 4287 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 184603,71 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 18321,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 199125,11 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17223,90 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 204459,01 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17074,49 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 208933,50 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 19693,20 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 36548,58 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 18384,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 54933,38 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3243,20 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 58176,58 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3631,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 61808,38 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3876,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 65685,18 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 16235,05 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 81920,23 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 9488 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 90615,18 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 14793,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 104523,82 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 9639,10 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 113042,92 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17274,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 109542,92 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13628,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 129791,92 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 6464,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 124756,52 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 10418,20 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 127674,72 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 19491,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 142166,52 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17234,10 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 144400,62 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17618,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 147571,02 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17905,70 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 150476,72 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 9296,90 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 141273,62 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 16649,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 149055,42 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 420 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 136475,42 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 6882,16 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 136357,58 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 696 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 131053,58 manat təşkil etmişdir. İş materiallarında olan 06 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, X27 “Selena” brendi altında dondurma istehsalı və satışı ilə məşğul olmuşdur. 2019-cu ilin əvvəllərində Yusif ona müraciət edərək istehsal etdiyi dondurmaların ölkənin qərb rayonlarında satışının təşkil edilməsini xahiş etdikdən sonra maya dəyərində göndərəcəyi malın üzərinə 25 faiz o, öz xeyrini qoyduqdan sonra dondurmaların satışını həyata keçirmişdir. Dondurma sezonunun sonunda, yəni hər yeni sezonun başlanğıcınadək maya dəyərində götürdüyü pulları Yusifə ödəməli olmuşdur. Dondurma sezonu hər ilin aprel-avqust aylarını əhatə etmişdir. Həmiçinin Yusif ona maya dəyərində verdiyi məhsulun 8 faizi dəyərində güzəşt etməyə razılaşmışdır. Yusif ilkin bir dondurma avtomobili, növbəti illərdə isə əlavə olaraq üç dondurma avtomobilini sürmə etibarnaməsi ilə ona vermiş, bunlardan başqa Yusif 2019-cu ildən başlayaraq hissə-hissə 295 ədəd soyuducu vermişdir. Bundan sonra o, Mahir adlı şəxsdən aylıq 500 manat müqabilində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 20 kv.m qeyri-yaşayış obyekti icarəyə götürmüş, həmin obyektin soyuducu kimi istifadəsi üçün olan avadanlığı Yusif təşkil etmişdir. 2019-cu ilin aprel ayından başlayaraq götürdüyü soyuducuları Gəncə və Dəliməmmədli şəhəri, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qzax, Gədəbəy rayonlarındakı ticarət obyektlərinə payladıqdan sonra İlqar, Arif, Elnur, Valeh adlı sürücülər Bakıdan dondurmaları gətirərək, Gəncədəki anbarda ona təhvil vermişlər. Anbardan dondurma məhsullarının adı, qiyməti, sayı göstərilməklə satış qaiməsi ilə mallar ona təhvil verilərək, 2 nüsxədə qaimə tərtib edilmiş və mal təhvil almağı barədə qaiməyə imza edərək bir nüsxəsini özündə saxlamış digərini isə sürücüyə təhvil vermişdir. Həmin qaimədə həmçinin bir nəfərin imzası olmuşdur. O, dondurmaların paylanılması və satışını, satılmış məhsulların dəyərinin yığılması üçün sürücü qismində Səxavət, Samir, Mübariz, Tural, satış təmsilçisi qismində Ramil, Daşqın, Pərviz, Əli, Ruslan adlı şəxsləri qeyri-rəsmi olaraq işə götürmüş və 2019-2022-ci illərdə dondurma satışını həyata keçirmişdir. Satılmış malın maya dəyərini hər məhsul Bakıdan Gəncəyə gəldikdə gələn malın qaiməsinə satılmış məhsullardan yığılmış pulların məbləği yazılmaqla, pullar Yusifin göndərdiyi sürücüyə təqdim olunmuşdur. Onun yanında mal daşınmasını həyata keçirən sürücülərin əmək haqqısı aylıq 500 manat, satış təmsilçilərinin qazancı isə satılmış maldan əldə olunmuş pulun 6 faizi miqdarında tərəfindən ödənilmişdir. Yerdə qalan pul onun qazancı və avtomobilin texniki baxış xərcləri, anbar xərcləri, icarə xərcləri, elektirtik xərci və müştəriyə verilən məhsula görə 5-18 faiz aralığında endirim verdiyi məbləğ olmuşdur. 2022-ci ilin sonunda Yusif onunla hesabat etmədiyindən Yusiflə işləməkdən imtina etmişdir. X16 Cavabdeh hesabı üzrə 100903,38 manat çatışmazlıq aşkar edilməsini qeyd etməsi ilə bağlı verilən suala cavab olaraq Cavabdeh göstərmişdir ki, Yusif Yusibov ona avtomobil və soyuducu, dondurma məhsulları verərək satışını həyata keçirməyi həvalə etmişdir. 2019- 2022-ci illərdə satılmış məhsulların dəyərini Yusifə ödəsə də, Yusif razılaşdıqları məhsulların satışından əldə olunmuş məbləğin 8 faizini ona ödəməmişdir. 2019-2022-ci il ərzində o ümumi olaraq Yusifdən götürdüyü maya dəyərində olan təqribən ******* manat dəyərində məhsulun satışını həyata keçirmiş, həmin puldan təqribən 88000 manat ona verilməli olan məhsulun satışına görə razılaşdıqları faiz olmuş, yerdə qalan 12900 manat isə 4 il ərzində Yusifə məxsus avtomobillərin təmirinə xərclədiyi pulun bir hissəsi olmuşdur. Nəticə olaraq 06 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla qərarın təsviri hissəsində şərh edilənlərə əsasən toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi və X16 Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli “X5” MMC-nin audit xidmətinə dair rəydən görünür ki, keçirilmiş audit yoxlaması nəticəsində Cavabdeh İddiaçı ödənilməmiş 100903,38 manat məbləğində borcunun olması müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən “Selena” əmtəə nişanın sahibi olaraq İddiaçı verilmiş N20240010 nömrəli əmtəə nişanın şəhadətnaməsindən görünür ki, həmin şəhadətnamədə göstərilmiş dondurma və adları qeyd edilmiş digər məhsulların əmtəə nişanı əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmışdır. İş materiallarında olan 21 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X35 yerinə dair arayışdan görünür ki, X28 xx.xx.2020-ci il tarixdə müddətsiz olaraq işəgötürən İddiaçı tərəfindən işə götürülmüşdür. İş materiallarında olan 08 aprel 2021-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişlərindən görünür ki, X21 və X17 xx.xx.2021-ci il tarixdə müddətsiz olaraq işəgötürən İddiaçı tərəfindən işə götürülmüşlər. İş materiallarında olan əmək müqaviləsinin bildirişindən görünür ki, X1 kimi işəgötürən İddiaçı tərəfindən işə götürülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 23 yanvar 2024-cü il tarixli 9/8794 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarının 94-cü səhifəsindən 201-ci səhifəsini əhatə edən (imza ilə təhvil alınmamış qaimələr istisna olmaqla) qaimələr satışa (gəlirə) dair sənədlərdir. Alışa (xərcə) dair və.s ilkin mühasibat sənədləri iş materiallarında öz əksini tapmamışdır. Bu səbəbdən də 100903,38 manat borcun düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kolegiyası tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş ancaq ekspert vəsatətində göstərilən sənədlər ekspertizaya təqdim edilmədiyindən mülki iş ekspertiza aparılmadan məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/945 nömrəli rəydən görünür ki, ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş suallar, təqdim edilmiş iş materiallarında olan sənədlər və eyni zamanda qərardadın icrası ilə bağlı tədqiqata cəlb edilmiş Azərbaycan Respublikasının Auditor Palatasının audit rəyi məlumatlarına əsasən aşağıdakılar müəyyən edilir: - Cavabdeh adına tərtib olunmuş və iş materiallarının 94-cü səhifəsindən 201-ci səhifəsindək olan qaimələr (imza ilə təhvil alınmamış qaimələr istisna olmaqla) üzrə borcu düzgün hesablanmışdırmı və borc düzgün hesablanmışdırsa, 100903 manat 38 qəpik təşkil edirmi (əgər düzgün hesablanmamışdırsa cavabdehin borcu varmı və ya nə qədər təşkil edir) vəziyyətini qeyd edilən sənədlərlə müəyyən etmək mümkün deyildir. Belə ki, Cavabdeh adına tərtib olunmuş, iş materiallarının 94-cü səhifəsindən 201-ci səhifəsindək həmin qaimələrdə təhvil verilmiş malların miqdarı, qiyməti, məbləği və satılmış mallara görə ticarət subyektlərindən toplanmış satış pulları tam olaraq göstərilməmişdir. - Qeyd edildiyi kimi, iş üzrə tədqiqata cəlb olunmuş auditə əlavə olaraq təqdim edilmiş maliyyə hesabatlarına dair arayış məlumatlarına və mövcud iş materiallarında olan (iş materialallarına əlavə edilmiş qaimə fakturalar, bank çıxarışları, təhvil-qəbul aktları və s.) mühasibat sənədlərinə əsasən Cavabdeh tərəfindən 2019-2022-ci illər üzrə cəmi 978231,27 manat mal qəbul edildiyi, 878145,02 manat nağd və bank vasitəsilə ödənişlər edildiyi və silinmələrlərə görə azaldılmış, nəticədə iddiaçıya ödənilməmiş qalıq məbləğin 100086,25 manat təşkil etdiyi müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 14 may 2025-ci il tarixli 007/05-25 nömrəli audit rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: Təqdim olunmuş sənədlərə əsasən aparılmış audit nəticəsində Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-113/2024 saylı işlə əlaqədar çıxarılmış qərardadda Cavabdeh adına tərtib olunmuş və iş materiallarının 94-cü səhifəsindən 201-ci səhifəsindək olan qaimələr (imza ilə təhvil alınmamış qaimələr istisna olmaqla) üzrə borcu düzgün hesablanmışdırmı və borc düzgün hesablanmışdırsa, 100903 manat 38 qəpik təşkil edirmi (əgər düzgün hesablanmamışdırsa cavabdehin borcu varmı və ya nə qədər təşkil edir) vəziyyətini müəyyən etmək mümkün deyildir. Çünki, Cavabdeh adına tərtib olunmuş, iş materiallarının 94-cü səhifəsindən 201-ci səhifəsindək həmin qaimələrdə təhvil verilmiş malların miqdarı, qiyməti, məbləği və satılmış mallara görə ticarət subyektlərindən toplanmış satış pullarının tam olaraq deyil, bir qismi həmin qaiməyə qeyd olunaraq göstərilmişdir. Satılmış mallara görə bank vasitəsilə ödənilən vəsaitlər, qiymət endirimləri, geri qaytarılan malların dəyəri, xarab olmasına görə silinmiş malların dəyəri barədə məlumatlar mühasibatlıqda uçotu aparılır. Yuxarıda qeyd olunanlara görə məlumatların əldə olunması üçün mühasibatlıqdan sənədlər, maliyyə hesabatlarına dair arayışlar tələb olunaraq qəbul edilmişdir. Qeyd olunan məlumatlardan görünür ki, 2019-2022-ci illər üzrə cəmi 978231,27 manatlıq mal qəbul etmiş, 878145,02 manat nəğd və bank vasitəsilə ödənişlər etmiş və silinmələrlərə görə azaldılmış, nəticədə ödənilməmiş məbləğ 100086,25 manat təşkil etmişdir. X29 ilə Cavabdeh arasında rəsmi müqavilə olmasa da Cavabdeh göndərilən dondurma məhsulları daxili qaimələrlə rəsmiləşdirilmiş, qaimələrdə göstərilən malların qəbulu üçün imzalar etməklə, göndərilən vəsaitlər üçün qeydlər etmişdir. Bundan əlavə təhvil aldığı mallar üçün özünün bank hesabından İddiaçı bank hesabına ödənişlər etmişdir. Bütün qeyd olunanlar Cavabdeh üçün maddi məsuliyyət yaradır. Məhkəmə işi materiallarının araşdırmalarından daha sonra müəyyən edilmişdir ki, Cavabdeh bildirir ki, guya ******* manatlıq satış dövriyyəsi təşkil etmiş (hansı ki cəmi 978231,27 manat təşkil edir), dövriyyəyə görə 8% hesabı ilə ona 88000 manat əlavə ödəniş kimi qaytarılmalı və 12900 manat da digər xərclərini qarşılamaq üçün ödənilməli idi. Göründüyü kimi, Cavabdeh tərəfindən apanlmış hesablama, yalnız qəbul etdiyi mallara görə ödənilməmiş vəsaitin bağlanmasına görə söylənilmiş iddia kimi qəbul edilə bilər. Çünki ümumi satış dövriyyəsindən 8% geri qatarılmasını və yaxud əvəzləşdirilməsini təsdiq edən hər hansı rəsmi sənəd (müqavilə və digər razılaşma) məhkəmə işi materiallarında müəyyən edilmədi. X10 ilə Cavabdeh arasında dövriyyənin 8%-nin əlavə gəlir kimi geri qaytarılması, yəni Cavabdeh ödənilməsi barədə hər hansı müqavilə vardırsa, onda onun əvvəlki illərdə də tələb etmək tələbi yaranırdı. Audit zamanı müəyyən edilmişdir ki, yaranmış qarşılıqlı iddia, İddiaçı istehsal etdiyi dondurma məhsullarının 2022-ci ildə iri ticarət mərkəzlərinə birbaşa satışına başladıqdan sonra yaranmışdır. Auditor rəyi, məhkəmə işi materiallarındakı və iddiaçı X4 mühasibatlığı tərəfındən verilmiş arayışlara, rəhbərlik tərəfmdən verilən məlumatlara əsaslanmışdır. rəyin tərtib olunmasında “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa və həmin Qanun əsasında qəbul edilmiş normativ sənədlərə, təlimatlara əsaslanmışdır. Audit xidmətinin dəyəri 2000 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı fiziki şəxs İddiaçı “Selena” brendi altında dondurma istehsalı və satışı ilə məşğuldur. İddiaçı etibarnamə üzrə nümayəndəsi – oğlu X16 vasitəsi ilə Cavabdeh ilə Gəncə şəhəri və ətraf rayonlarda dondurma məhsulunu satmaq üçün xx.xx.2019-cu il tarixdə razılığa gəlmişlər. Belə ki, bu razılaşmaya əsasən iddiaçı öz avtomaşınlarında topdan satış qiymətinə dondurma göndərir, öz puluna anbar sahəsi icarəyə götürüb orada soyuducu kamera quraşdırır, cavabdehə mal paylaması üçün soyuducu avtomaşınlar və soyuducular verir, cavabdeh isə həmin malın üzərinə 25- 30% əlavə pul qoymaqla satıb, göndərdiyi malın satış qaiməsində olan dəyərini ona ödəyir, 30%-ədək əlavə qoyulan pula görə yaranan qazanc isə cavabdehə qalır. Bu məqsədlə Cavabdeh təmənnasız olaraq müvəqqəti istifadə etməsi üçün iddiaçıya məxsus 4 ədəd “Mercedes Sprinter furqon” markalı (**-MG-***, **-SA-***, **-MD-***, **-EO-*** dövlət qeydiyyat nişanlı) soyuducu maşınları, icarəyə 1 ədəd 20 kv.m sahəsi olan anbar binası və 252 ədəd soyuducu verilmişdir. Anbardan dondurma məhsulları adı, qiyməti, sayı göstərilməklə satış qaiməsi ilə Cavabdeh firmanın avtomaşını ilə göndərilmiş, qaimə 3 nüsxədə tərtib olunmuş, Cavabdeh malın təhvil alınması barədə qaiməyə imza edərək bir nüsxəsini özündə saxlamış, həmçinin əvvəlki qaimələr üzrə aldığı və öhdəsində qalan malın satış pulundan ödədiyi məbləği də qeyd edərək öz imzası ilə təsdiq etməklə firmanın nümayəndəsinə geri qaytarmışdır. Cavabdeh 2020-ci ildən qalan qalıq məbləğini 2021-ci ildə, 2021-ci ildən qalan qalıq məbləğini isə 2022-ci ildə ödəyəcəyinə söz vermiş olsa da, xx.xx.2022-ci il tarixinə 100086,25 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Selena” əmtəə nişanı İddiaçı adına Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyata alınmışdır. İddiaçı həmin əməə nişanı altında dondurma və müxtəlif çeşidli məhsullar istehsal edir. Sonuncu oğlu X19 etibarnamə vermişdir. 2019-cu ilin əvvəllərindən X27 ilə Cavabdeh arasında şifahi qaydada Gəncə şəhəri və ətraf rayonlarda dondurma məhsulunu satmaq üçün razılığa gəlmişlər. Həmin münasibətlər 2023-cü ilin əvvəllərinə qədər davam etmişdir. Tərəflər göndərilən malın üzərinə Cavabdeh tərəfindən 25-30% əlavə pul qoymaqla satıb, göndərilən malın dəyərini ödəməklə bağlı razılaşmışlar. “Selena” brendi altında istehsal olunan dondurma məhsulları İddiaçı ilə əmək müqaviləsinə əsasən baş idarə müdiri işləyən X28 tərəfindən Bakı şəhərindən satış qaiməsi tərtib olunaraq Cavabdeh göndərilmişdir. Həmin məhsulları İddiaçı ilə əmək müqaviləsinə əsasən işləyən sürücülər X18, X21 və X2 Elçin İlqar oğluna çatdırmış, qailmələrə əsasən sonuncu malı satış qaiməsinə imza edərək təhvil almışdır. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş 2020, 2021 və 2022-ci illəri əhatə edən satış qaimələrindən görünür ki, məhsul təhvil verilərkən həmin məhsulun adı, miqdarı, qiyməti, məbləği və yekun məbləği, anbarın adı və alıcının adı, həmin tarixə nə qədər qalıq məbləğin olması göstərilmişdir. Təqdim edilən ən sonuncu qaimə isə xx.xx.2022-ci il tarixli satış qaiməsidir ki, həmin qaimədə yekun 696 manat məbləğində mal təhvil alındığı, həmin tarixə qalıq məbləğin 131053,58 manat təşkil etdiyi qeyd edilmişdir. Həmin qaimə isə təhvil alan və təhvil verən tərəfindən imzalanmışdır. İddiaçı iddia tələbində cavabdehin ona təhvil verdiyi dondurma məhsulunun satış qaiməsi üzrə məbləğini tam olaraq ödəmədiyini, cavabdehin ona 100903,38 manat borcu qaldığını bildirmiş, həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh izahatında məhkəməyə təqdim edilən və təhvil alan tərəfindən imzalanan qaimələrinin onun tərəfindən imzalandığını bildirmişdir. Belə olan halda iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı tərəfindən istehsal etdiyi dondurma məhsulunun cavabdehə təhvil verilməsi, təhvil verilən məhsulun iddiaçıya məxsus olması, iddiaçı ilə əmək müqaviləsi əsasında çalışan şəxs tərəfindən anbardan göndərilməsi və iddiaçı ilə əmək müqaviləsi əsasında çalışan sürücülər vasitəsilə cavabdehə çatdırılması iş materialları ilə təsdiq olunur. Məhkəməyə təqdim edilən və təhvil alan tərəfindən imza edilən son qaimənin tarixindən, yəni xx.xx.2022-ci il tarixdən sonra təhvil alınan məhsulun pulunun (qalığın) cavabdeh tərəfindən ödənilməsi, 100903,38 manat borcun olmaması və ya ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, bununla bağlı cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında göndərilən dondurma məhsullarının Gəncə və ətraf rayonlarda satışını həyata keçirmək üçün işçilərə əmək haqqının və digər xərclərin, istifadə edilən nəqliyyət vasitələrinin yanacaq və digər xərclərinin cavabdehin mal satışından özü üçün əldə etdiyi faiz məbləğindən ödənilməyəcəyi, həmin xərclərin hamısının iddiaçı tərəfindən ödəniləcəyi ilə bağlı bir razılaşmanın olması müəyyən edilmir. Cavabdeh işçilərə, nəqliyyat vasitlərinə çəkilmiş xərclər və digər xərclərə görə ziyanla işlədiklərini, zərərin mənfəətdən üstün olduğunu, bununla bağlı iddiaçı tərəfin məlumatlı olduğunu və ona güzəşt ediləcəyi barədə iddiaçının oğlunun vəd verdiyini qeyd etsə də izahatında göstərilənlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin məhkəmə xüsusilə qeyd edir ki, tərəflər arasında münasibətlər 2019-cu ilin əvvəllərindən başlamış 2023-cü ilin əvvəllərinədək davam etmişdir. Uzun müddət ərzində şifahi razılaşma əsasında alqı-satqı münasibətləri davam etmişdir. Cavabdehin çəkdiyi xərclərlə bağlı ziyana düşməsi, məhsul satışından mənfəət əldə edə bilməməsi ilə bağlı göstərdikləri isə məhkəməyə inandırıcı görünmür. Çünki 2019-cu il ərzində ziyanla işləmiş tərəflər belə bir münasibəti davam etdirməzdilər. Halbuki, tərəflər arasında olan alğı-satqı münasibətləri 2023-cü ilin əvvəllərinə qədər davam etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli cavabdehdən 100903 manat 38 qəpik pul tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, fərdi sahibkar İddiaçı məxsus “Selena” əmtəə nişanı ilə markalanmış müxtəlif çeşidli dondurma məhsullarının Respublikanın qərb bölgəsində realizə edilməsi üçün etibarnamə üzrə hərəkət edən nümayəndəsi – oğlu Yusif Yusibovla Cavabdeh arasında əldə olunmuş şifahi razılıq əsasında sonuncuya təhvil verilməsi və həmin dondurma məhsullarının Cavabdeh tərəfidnən Gəncə şəhəri və ətraf rayonlarda satılması işin mübahisəsiz halıdır. Mübahisələndirilən hal satış qaiməsi ilə təhvil alınmış dondurma məhsullarının dəyərinin tam ödənilməməsidir. Cavabdeh tərəfindən öhdəliklər üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Cavabdeh iddiaçını tanımadığını, onunla telefon danışığının olmadığını, bildirsə də, malları iddiaçının oğlundan aldığını, onun aldığı mallara görə borcunun qalmadığını, iddiaçı tərəfindən tələb edilən məbləğin iddiaçının oğlu Yusiflə razılaşdıqları satışdan ona ödənilməli olan 8% təşkil edən 88000 manatdan və avtomaşınların təmirin çəkilmiş xərcdən ibarət olmaqla iddiaçıya hər hansı borcunun qalmadığını bildirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən mübahisənin yuxarıda göstərilən qaydada həll edilməsi ilə ümumilikdə razılaşsa da, lakin cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğlə qismən razılaşır. Belə ki, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi və audit rəyi ilə Cavabdeh tərəfindən 2019-2022-ci illər üzrə cəmi 978231,27 manat mal qəbul edildiyi, 878145,02 manat nağd və bank vasitəsilə ödənişlər edildiyi və silinmələrlərə görə azaldılmış, nəticədə iddiaçıya ödənilməmiş qalıq məbləğin 100086,25 manat təşkil etdiyi müəyyən edilir. Kollegiya məhkəmə-mühasibatlıq eksperizasının rəyinə daha mötəbər sübut kimi yanaşır və mübahisəni həll edərkən həmin halı nəzərə alır. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, o, iddiaçını tanımır, onunla telefon danışığı belə olmamışdır, iddiaçının bu kimi tələblə müraciət etməyə subyektiv hüququ yoxdur. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, Cavabdeh iddiaçının etibarnamə üzrə nümayəndəsi olan oğlu Yusif Yusibovla əldə etdiyi şifahi razılıq əsasında 2019-2022-ci illərdə Respublikanın qərb bölgəsində (Gəncə şəhəri və ətraf rayonlarda) “Selena” əmtəə nişanı ilə olan dondurma məhsullarının satışını həyata keçirmiş, bu zaman Yusif Yusibov öz adından yox, anasının nümayəndəsi kimi hərəkət etmişdir. Odur ki, kollegiya şikayətin həmin dəlilini əsassız sayır. Kollegiya apellyasiya şikayətinin iddiaçı və cavabdeh arasında olan şifahi razılığın məhkəməyə təqdim edilməməsi dəlili ilə razılaşmır və həmin dəlillə bağlı qeyd edir ki, birincisi, “Selena” markalı dondurma məhsullarının satışı ilə bağlı razılaşma cavabdehlə iddiaçının nümayəndəsi olan oğlu Yusif Yusibov arasında olmuşdur. İkincisi, cavabdehin özünün də qeyd etdiyi kimi həmin razılaşma yazılı yox, şifahi olmuşdur. İddiaçı tərəfindən məhkəməyə dondurma məhsullarının cavabdehə təqdim olunmasını və təhvil alınmış mallara görə cavabdeh tərəfindən edilmiş ödənişləri və qalıq borcu əks etdirən qaimələr məhkəməyə təqdim olunmuşdur. Həmin qaimələrdəki imzaların ona məxsus olduğunu cavabdehin özü də mübahisələndirmir. Kollegiya məhkəməyə təqdim edilən qaimə-fakturalarda göstərilən məbləğin şişirdildiyi və reallığı əks etdirməməsi dəlili ilə bağlı qeyd edir ki, həmin qaiməfakturalardakı məbləğlər cavabdehin özü tərəfindən imza edilməklə təsdiq olunmuşdur və ekspert hesablaması ilə borc məbləğinin 100903 (bir yüz min doqquz yüz üç) manat 38 (otuz səkkiz) qəpik yox, 100086 (bir yüz min səksən altı) 25 (iyirmi beş) qəpik olduğu müəyyən edildiyindən şikayətin həmin dəlili ilə qismən razılaşır və hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilməlidir. Kollegiya apellyasiya şikayətinin iddiaçının tələb etdiyi məbləğin ona ödənilməmiş 88000 manat təşkil edən satışdan 8%-dən və istifadəsinə verilmiş 4 ədəd soyuducu avtomobillərin təmir xərclərindən ibarət olması dəlili ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda həmin dəlili sübut etmə yükü cavabdehin üzərinə düşdüyü halda sonuncu dəlilinin təsdiqi ilə bağlı məhkəməyə sübut təqdim etməmiş, iddiaçı (onun nümayəndəsi) isə həmin xüsusatı etiraf etməmişdir. Belə olan halda, kollegiya şikayətin həmin dəlilini də əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1009/2023 saylı qətnaməsi Cavabdeh 100903 (bir yüz min doqquz yüz üç) manat 38 (otuz səkkiz) qəpik pulun tutulması hissəsində dəyişdirilərək cavabdehdə iddiaçının xeyrinə tutulan pul 100086 (bir yüz min səksən altı) manat 25 (iyirmi beş) qəpik miqdarında müəyyən edilməl, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1009/2023 saylı qətnaməsi – Cavabdeh 100903 (bir yüz min doqquz yüz üç) manat 38 (otuz səkkiz) qəpik pulun tutularaq İddiaçı İlqar qızına ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 10086 (bir yüz min səksən altı) manat 25 (iyirmi beş) qəpik pul tutularaq İddiaçı İlqar qızına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi”, X6, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. İş üzrə 2000 manat audit xərci Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-15/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-15/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver