Məhkəmə qərarları › İş №2-2(104)-152/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-152/2023

24.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-152/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi ilə, Ərizəçi Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi ilə bağlı kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-2164/2022 saylı qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə mürаciət edərək, dövlət büdcəsinə olan ümumilikdə 29323,84 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci tarixli, e-2-2(115)-2164/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) ərizənin təmin edilməsi, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 29323,84 (iyirmi doqquz min üç yüz iyirmi üç manat səksən dörd qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - OXMVSVZ, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA4434750) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci tarixli, e-2-2(115)-2164/2022 saylı qətnaməsini ləğv edərək ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 29323,84 manat məbləğində (o cümlədən, vergilər üzrə 23053,33 manat, faizlər üzrə 6270,51 manat) olmaqla, ümumilikdə 29323,84 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********725000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. Beləliklə də çəkişmə və tərəflərin bərabərliyi prinsipi pozulmaqla, onun hüquqları məhdudlaşdırılmışdır. O heç vaxt sahibkarlıq fəaliyəti ilə məşğul olmamış, vergi ödəyicisi olmamış, VÖEN-i olmamış və dövlət büdcəsinə də vergi borcu olmamışdır. 2021-ci ilin noyabr ayında qeydiyyatda olduğu ünvana Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X2 üzrə Baş İdarəsindən onun dövlət büdcəsinə 27.202,93 manat məbləğində vergi borcu olması barədə sənəd göndərilmişdir. Göndərilmiş sənədlə bağlı apardığı ilkin araşdırma zamanı məlum olmuşdur ki, guya o, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC (VÖEN:**********) adlı şirkətlə 691.600,0 manat dəyərində təzə xurma alqısatqısı üzrə müqavilə bağlayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsində - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X2 üzrə Baş İdarəsinə qarşı “hesablanmış borcun silinməsi tələbinə” dair iddia qaldırıb. Ancaq məhkəmə baxışı zamanı ona bildirildi ki, hazırki müqavilənin etibarsız hesab edilməsinə dair Gəncə Kommersiya Məhkəməsində iddia qaldırmalıdır. Bundan sonra, mübahisə kommersiya xarakterli olduğundan mediasiya təşkilatına müraciət ediblər və daha sonra 2022-ci ilin sentyabr ayında Gəncə Kommersiya Məhkəməsində "xxxx" MMC-yə qarşı iddia qaldırıb. Onun iddia tələbinə Gəncə Kommersiya Məhkəməsində baxıldığı bir vaxtda, hazırki işə baxılmışdır. Onun iddia tələbinə baxılarkən vergi borcunun yaranmasına əsas olmuş "xxxx" MMC ilə onun arasında heç bir müqavilə olmadığı müəyyən edilmişdir. Vergi Xidmətinə, Alyans Aqro” MMC-yə dəfələrlə məhkəmə tərəfindən sorğular göndərilsə də, aralarında hər-hansı müqavilə olmadığından məhkəmə baxışı dəfələrlə təxirə salınmış və sonda olmayan müqavilənin etibarsız hesab edilməsi qeyri-mümkün olduğundan iddia tələbi rədd edilmişdir. Həqiqətən də olmayan müqavilənin etibarsızlığı absurddur. Həmçinin olmayan müqaviləyə görə vergi borcunun hesablanması da qanunsuzdur. Hazırki qətnamənin mövcudluğu onun hüquqlarının pozulmasına səbəb olur. Bir daha bildirir ki, nə VÖEN açdırmışdır, nə vergi ödəyicisidir, nə də vergi borcu var. Şərh olunanlara əsasən hesab edir ki, hazırki qətnamə ləğv edilməlidir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş mаteriаllarınа əlаvə edilmiş sənədlərdən görünür ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 29323,84 manat məbləğində (o cümlədən, vergilər üzrə 23053,33 manat, faizlər üzrə 6270,51 manat) olmaqla, ümumilikdə 29323,84 manat borcu vardır. İş mаteriаllarınа əlаvə edilmiş xx.xx.2021-ci il tarixli **********725000 nömrəli bildirişdən görünür ki, maraqlı şəxsə borcunun ödənilməsi barədə bildiriş göndərilmişdir. Şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs doğum tarixi və yeri xx.xx.1976-cı il, Bərdə rayonu, qeydiyyat ünvanı ünvan 1tusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 23.1.15-3-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Kollegiya qeyd edir ki, maraqlı şəxsin apellyasiya şikayətinin heç vaxt sahibkarlıq fəaliyəti ilə məşğul olmaması, vergi ödəyicisi olmaması, VÖEN-i olmaması və dövlət büdcəsinə də vergi borcunun olmamasına dair dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Fiziki şəxs sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Fiziki şəxs vergi uçotuna vergi orqanına gəlmədən elektron qaydada alına bilər. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) əsasında İnternet Vergi İdarəsi portalı vasitəsi ilə aparılır. Hər hansı səbəbdən vergi uçotu üçün ərizəni elektron qaydada təqdim etmək mümkün olmadıqda vergi uçotuna alınmaq üçün fiziki şəxs özü və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” və fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti ilə yaşadığı yer (şəxsiyyət vəsiqəsində göstərilən) üzrə vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Müvafiq sənədlər vergi orqanında daxil olduğu gündən sonrakı 1 gün müddətində fiziki şəxs ödənişsiz olaraq vergi uçotuna alınır. Yəni VÖEN-i açdırmaq üçün ya ərizəçinin özü şəxsən, ya da onun lazımi qaydada təsdiq olunmuş etibarnamə üzrə nümayəndəsinin ərizə ilə müraciət etməsi vacibdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Apellyasiya şikayətinin dəlillərindən biri də işə onun iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Maraqlı şəxs məhkəmə bildirişi göndərmiş, lakin o, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Belə ki, iş materiallarının 23-cü vərəqində olan zərfdən görünür ki, Maraqlı şəxs məhkəmə bildirişi onun apellyasiya şikayətində də yaşadığı ünvan kimi göstərdiyi ünvan 3caq “bizə aid deyil” qeydi ilə geri qaytarılmış, iş materiallarının 31-ci səhifəsində yerləşən poçt xəbərnaməsinin üzərində isə “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə ümumilikdə 29323,84 manat borcu olduğuna görə məhkəmə ərizəni təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci tarixli, e-2-2(115)-2089/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar