Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-152/2025 09.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdeh iştirakı ilə, “pul tələbinə” dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-336/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2020-ci il tarixli GT/2020/01/25 saylı distribütorluq müqaviləsindən görünür ki, istehsalçı çeşidi müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələri ilə müəyyən edilmiş, qurudulmuş günəbaxan tumlarını istehsal edir və satış üçün distribütora təqdim edir. Distribütor istehsalçının təqdim etdiyi malları qəbul edir və Bərdə, Tərtər, Ağdam, Füzuli, Yevlax, Ağcabədi, Beyləqan rayonunda satışını təşkil edir. Distribütora təqdim edilən endirim faizi istehsalçının təqdim etdiyi mallardan asılı olaraq dəyişir. Müqavilə üzrə distribütorun minimal illik satış hədəfi 12000 qutu olmaqla aylar üzrə rəhbərlik tərəfindən razılaşdırılmış aylıq hədəf üzrə müəyyən edilir. Malın çeşidi və istehsalçının alış qiyməti istehsalçının təqdim etdiyi qaimə-fatruralarda müəyyən edilir. Bu müqavilə ilə istehsalçı malların satışı üçün distribütora regionda subdistribütör yaratmaq hüququnu vermir. Həmin müqavilənin 3.2.9-cu bəndinə əsasən distribütor istehlakçı qarşısındakı borc öhdəliyini 2020- ci ilin dekabrın 30-u tarixinədək sıfırlamağı öhdəsinə götürmüşdür.
2. İddiaçı ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli vitrinlərin verilməsi haqqında 03 nömrəli aktdan görünür ki, xx.xx.2020-ci tarixində 13 saylı qaimə ilə ticarət obyektlərində yerləşdimək üçün vitrinlər təhvil verildi. Vitrinləri tam məsuliyyətlə qəbul edən distribütor ticarət obyektlərində vitrinlərin yerləşdirilməsində aşağıdakı tələbləri yerinə yetirməyə borcludur. Ticarət obyektlərində yerləşdirilən vitrinlərə ancaq “Çıt-A-Çıt” (20 qr, 35 qr, 80 qr, 100 qr, duzlu 80 qr və s) məhsulları yerləşdirməlidir. Vitrin itdikdə, yararsız hala düşdükdə distribütor tərəfindən.
3. Qaimələrdən görünür ki: 1. xx.xx.2020-ci il tarixli M-18 nömrəli qaiməyə əsasən verilən malın məbləği 10180 manat, dillerin faizi 1018 manat, ödənilən məbləğ 500 manat, günün sonuna qalan borc məbləği 8662 manat, 2. xx.xx.2020-ci il tarixli M-75 nömrəli qaiməyə əsasən verilən malın məbləği 10057 manat, dillerin faizi 1005,7 manat, ödənilən məbləğ 1000 manat, qalıq 16713,3 manat, 3. xx.xx.2020-ci il tarixli M-86 nömrəli qaiməyə əsasən verilən malın məbləği 2604 manat, dillerin faizi 260,4 manat, ödənilən məbləğ 1000 manat, günün sonuna qalan borc məbləği 18056,9 manat, 4. xx.xx.2020-ci il tarixli M-136 nömrəli qaiməyə əsasən verilən malın məbləği 8580 manat, dillerin faizi 858 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 21728,90 manat, 5. xx.xx.2020-ci il tarixli M-180 nömrəli qaiməyə əsasən verilən malın məbləği 1430 manat, dillerin faizi 143 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 21015,90 manat, 6. xx.xx.2020 ci il tarixli M-196 nömrəli qaiməyə əsasən verilən malın məbləği 7860 manat, dillerin faizi 786 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 26639,90 manat, 7. xx.xx.2020-ci il tarixli MG-10 nömrəli qaiməyə əsasən verilən malın məbləği 1270 manat, dillerin faizi 127 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 23196,9 manat, 8. xx.xx.2020-ci il tarixli M-264 nömrəli qaiməyə əsasən verilən malın məbləği 5323,7 manat, dillerin faizi 532,37 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 27538,23 manat, 9. xx.xx.2020-ci il tarixli M-303 nömrəli qaiməyə əsasən verilən malın məbləği 1187 manat, dillerin faizi 118,7 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 25206,53 manat, 10. xx.xx.2020-ci il tarixli M-322 nömrəli qaiməyə əsasən verilən malın məbləği 1065 manat, dillerin faizi 106,5 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 24616,03 manat, 11. xx.xx.2020-ci il tarixli M-333 nömrəli qaiməyə əsasən verilən malın məbləği 840 manat, dillerin faizi 84 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 26023,1 manat, 12. xx.xx.2020-ci il tarixli qaiməyə əsasən verilən malın məbləği 2550 manat, dillerin faizi 255 manat, qalıq borc məbləği 26691,56 manat, 13. xx.xx.2020-ci il tarixli M- 345 nömrəli qaiməyə əsasən verilən malın məbləği 2550 manat, dillerin faizi 255 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 27717,56 manat, 14. xx.xx.2020-ci il tarixli M-349 nömrəli qaiməyə əsasən verilən malın məbləği 510 manat, dillerin faizi 51 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 27150,56 manat.
4. Vitrinlərin təhvil verilməsi ilə bağlı qaimələrdən görünür ki, 1. xx.xx.2020-ci il tarixli V-13 nömrəli qaiməyə əsasən 25 ədəd, 2. xx.xx.2020-ci il tarixli V-20 nömrəli qaiməyə əsasən 50 ədəd, 3. xx.xx.2020-ci il tarixli V-32 nömrəli qaiməyə əsasən 40 ədəd,
4. xx.xx.2020-ci il tarixli V-33 nömrəli qaiməyə əsasən 7 ədəd, 5. xx.xx.2020-ci il tarixli V- 44 nömrəli qaiməyə əsasən 10 ədəd, 6. xx.xx.2020-ci il tarixli V-50 nömrəli qaiməyə əsasən 50 ədəd, 7. xx.xx.2020-ci il tarixli V-65 nömrəli qaiməyə əsasən 40 ədəd, 8. xx.xx.2020-ci il tarixli V-73 nömrəli qaiməyə əsasən 5 ədəd, cəmi 227 ədəd vitrin İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir.
5. Ödəniş qəbzlərindən məlum olur ki, xx.xx.2020-ci il tarixdə 520 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 440 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 1200 manat, xx.xx.2020-ci il tarixdə 800 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 234 manat, xx.xx.2020-ci il tarixdə 266 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 650 manat, xx.xx.2020-ci il tarixdə 700 manat ödəniş edilmişdir.
6. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, arayış Cavabdeh xx.xx.2022-ci il tarixdə məktub göndərilsə də mediasiya sessiyasında iştirak etmədiyinə görə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 227 ədəd vitrinin alınıb ona verilməsi, 17413,80 manat borc pulun, ödənilmiş dövlət rüsumu olaraq 143 manat olmaqla cəmi 17556,80 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci tarixli GT/2020/01/25 saylı distribütorluq müqaviləsinə əsasən ona Bərdə, Tərtər, Ağdam, Füzuli, Yevlax, Ağcabədi, Beyləqan rayonlarında “ÇİT-AÇİT” (20 qr., 80 qr., 100 qr., duzlu 80 q., və s.) qovrulmuş günəbaxan tumlarının satışı ilə bağlı xx.xx.2020-ci tarixli 03 saylı akta, xx.xx.2020-ci tarixli V-65 saylı qaiməyə, V-50 saylı qaiməyə, V-44 saylı qaiməyə, V-73 saylı qaiməyə əsasən cəmi 227 ədəd (5 rəfli) vitrinlər təqdim edilmişdir. O cümlədən cavahdehin xx.xx.2020-ci il tarixli GT/2020/01/25 saylı Distribütorluq müqaviləsinə əsasən xx.xx.2020 tarixli mühasibatlıq Dövlət rüsumunun ödənilməsi haqqında məlumat hesablamasına əsasən 17413.80 AZN (on yeddi min dörd yüz on üç manat səksən qəpik) borcu yaranmışdır ki, cavabdeh hazırda həmin borcu və 227 ədəd vitrinləri qaytarmadığından mən məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Cavabdehlə aramızda bağlanmış xx.xx.2020 tarixli GT/2020/01/25 saylı distribütorluq müqaviləsinin 1.2-ci bəndinə əsasən distribütor müqavilədə göstərilmiş Bərdə, Tərtər, Ağdam, Füzuli, Yevlax, Ağcabədi, Beyləqan rayonlarında “ÇİT-A-ÇİT” (20 qr., 80 qr., 100 qr., duzlu 80 q., və s.) qovrulmuş günəbaxan tumlarının illik satış hədəfi 12000 qutu olmaqla təşkil etməlidir. Həmin müqavilənin 2.1, 2.3, 3.2.9-cu bəndlərinə əsasən cavabdeh malın satışını təmin etməklə ayın sonuna öz borcunu sıfırlamalı, ümumiyyətlə cavabdeh borc öhdəliyini xx.xx.2020-ci il tarixinə qədər tam icra etməlidir. Həmin müqavilənin 3.2.11 bəndinə əsasən cavabdeh bu müqavilənin 3.1.9 bəndinə əsasən istehsalçıdan aldığı vitrinlər təhvil götürməklə paylayır və həmin vitrinlərin vəziyyətinə nəzarət edir, əgər vitrinlərdə hər hansı zərəri müəyyən edərsə həmin zərəri alıcılardan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 6-cı maddəsinə əsasən tərəflər arasında malın qəbulu, onun satışı aylıq dövriyyəsi üzrə malın qalığı və borc məbləği müqavilə tərəflərinin iştirakı ilə üzləşmə aktına və qaiməyə əsasən hesablanmaqla haqq-hesablaşma aparılır. Bu iddia ərizəsinə əlavə edilmiş qaimə-faktura və aktdan, cavabdehin göndərdiyi pul ödənişlərinə əsasən mühasibatlıq sənədlərindən məlum olur ki, cavabdehin ona 17413,80 manat pul borcu və cavabdeh tərəfindən 227 ədəd qaytarılmayan vitrinlər vardır.
9. İddiaçı tələbin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə verərək Cavabdeh 17413,80 manat borc pul, 222 ədəd qaytarılmayan vitrinlərin pulu olaraq 6216 manat, ödənilmiş dövlət rüsumu olaraq 161 manat olmaqla cəmi 23790,80 manat pulun tutularaq onun xeyirinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-336/2025 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddia qismən təmin edilərək Cavabdeh 6216 (altı min iki yüz on altı) manat pul və ödənilmiş 82 (səksən iki) manat 16 (on altı) qəpik rüsum tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi yekun məhkəmə aktında qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən müqavilə üzrə satış üçün distribütora verdiyi malların pulunun tam qaytarılmadığını, hüququnun pozulduğunu bilirdi və həmin tarixdən 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Halbuki iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Ona görə də iddia tələbinin tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış distribütorluq müqaviləsinə əsasən Cavabdeh 17413.80 manat pulun alınıb iddiaçıya verilməsi ilə bağlı tələbi təmin edilməməlidir. Həmçinin, cavabdehə təhvil verilmiş vitrinlər iddiaçının mülkiyyətidir. İddiaçı mülkiyyətində olan və cavabdehə təhvil verilən əşyaların pulunu cavabdehdən tələb etməkdə haqlıdır, həmin tələbə iddia müddəti tətbiq edilmir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, 222 ədəd vitrinin dəyəri olan 6216 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 373.2, 377.1, 384.0.4, 448, 800.1, 801.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aralarında olan distrübütorluq müqaviləsinə əsasən günəbaxan tumlarının satışı ilə məşğul olmuş, ancaq iddiaçıya heç bir məbləğdə borcu qalmamış, vitrinləri də qaytarmışdır. İddia tələbi qərəzli olaraq 5 ilə yaxın vaxt keçdikdən sonra qaldırılmışdır. Müqaviləni özü bağlamış, təhvil aldığı maldan 10 faiz xeyr qalması ilə razılaşmaları olmuş, 2020-ci ildən iddiaçı ilə işləmişlər. Mağazalardan pulu yığıb, satdığı malın pulundan xeyrini götürüb, qalanını İddiaçı vermiş, pulları ödəmişdir. İddiaçıya heç bir manat belə borcu yoxdur, vitrinləri onun həyətindən iddiaçının özünün dediyi qohumu gəlib aparmışdır. Onların münasibətləri inam üzərində qurulmuş, münasibətləri həmişə yaxşı olmuşdur. Xarab semiçkanı malın içində vurduqları üçün mağazalar ona dəfələrlə narazılıq etmişlər, bu səbəbdən camaat arasında inamı da azalmışdır. İddiaçı X1 ilə işləmək istəmədiyindən, aralarında mübahisə yaranmış, buna görə iddiaçı ona qarşı qərəzli iddia qaldırmışdır. İddiaçı əvvəl də ona qarşı məhkəmədə iddia qaldırmış və 2020-ci ilin sonlarında vitrinləri qaytardığından iddianı geri götürmüşdür. 5 ildən sonra, yenidən ona qarşı niyə iddia qaldırdığı müəmmalıdır. Vitrinlərin dəyərinin hansı meyarla müəyyən edilməsi, vitrinlərin kimə məxsus olması qeyri-müəyyən qalmışdır. İşə baxan məhkəmə borcunu və vitrinləri qaytardığını qismən nəzərə almış və malın dəyərini rədd etsə də, vitrinlərin dəyərinin ondan tutulmasına dair qətnamə qəbul etmişdir. Halbuki malını, pulunu və vitrinlərini iddiaçıya qaytarmışdır.
15. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
16. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, sözügedən vitrinlərin bir hissəsini müvafiq qaimələrə imza edərək özü götürmüş, bir hissəsini isə başqa şəxs imza edərək təhvil almışdır. Onda olan vitrinlərin hamısını iddiaçıya qaytarmışdır, lakin aralarında olan inama və yaxşı münasibətə görə vitrinləri hər hansı sənədlə təhvil verməmişdir.
17. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin əsassız olması səbəbindən birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarı: - «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası işin hallarına dair məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
22. İşin halları ilə müəyyən edilmişdir ki, tərəflər İddiaçı və Cavabdeh arasında sahibkarlıq fəaliyyətindən irəli gələn işgüzar əlaqələr mövcud olmuşdur. Belə ki, İddiaçı ilə Cavabdeh arasında 25 yanvar 2020-ci il tarixli GT/2020/01/25 saylı distribütorluq müqaviləsi bağlanılmış, həmçinin tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli vitrinlərin verilməsi haqqında 03 nömrəli akta əsasən İddiaçı tərəfindən ticarət obyektlərində yerləşdimək üçün Cavabdeh vitrinlər təhvil verilmişdir. Beləliklə, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan vaxt aralığında ümumilikdə 227 ədəd vitrin İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. Cavabdeh İddiaçı qarşısında ticarət obyektlərində yerləşdirilən vitrinlərə ancaq “Çıt-A-Çıt” məhsullarını yerləşdirməsini, vitrin itdikdə, yararsız hala düşdükdə 28 manat məbləğində cərimə ödəyəcəyini, obyekt fəaliyyətini dayandırdıqda və ya razılaşma pozulduqda ticarət obyektindən vitrini götürüb fabrikə qaytaracağını, ticarət obyektində yerləşdirilən vitrinlərə tam məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür.
23. Bundan sonra, cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyindən hazırki mübahisə üzrə iddiaçı məhkəməyə müraciət etmiş, Gəncə Kommersiya Məhkəməsi iddianı qismən əsaslı hesab edərək yekun məhkəmə aktında qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən müqavilə üzrə satış üçün distribütora verdiyi malların pulunun tam qaytarılmadığını, hüququnun pozulduğunu bilirdi və həmin tarixdən 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Halbuki iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Ona görə də iddia tələbinin tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış distribütorluq müqaviləsinə əsasən Cavabdeh 17413.80 manat pulun alınıb iddiaçıya verilməsi ilə bağlı tələbi cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim olunduğundan təmin edilməməlidir. Həmçinin, cavabdehə təhvil verilmiş vitrinlər iddiaçının mülkiyyətidir. İddiaçı mülkiyyətində olan və cavabdehə təhvil verilən əşyaların pulunu cavabdehdən tələb etməkdə haqlıdır, həmin tələbə iddia müddəti tətbiq edilmir. Bu səbəbdən də 222 ədəd vitrinin dəyəri olan 6216 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
24. Qeyd olunan məhkəmə aktı cavabdeh tərəfindən mübahisələndirilmiş, iddia tələbinin rədd olunması xahiş edilmiş, onunla əsaslandırılmışdır ki, aralarında olan distrübütorluq müqaviləsinə əsasən günəbaxan tumlarının satışı ilə məşğul olmuş, ancaq iddiaçıya heç bir məbləğdə borcu qalmamış, vitrinləri də qaytarmışdır. Bundan başqa vitrinlərin qiymətinin nə ilə müəyyən olunması da mübahisəlidir.
25. Beləliklə apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən iddia tələbinin təmin olunmuş hissəsindən apellyasiya şikayəti vermişdir. Belə olan halda qətnamənin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.
26. Məhkəmə kollegiyası yoxlanılan hissədə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, cavabdehə təhvil verilmiş vitrinlərin iddiaçının mülkiyyətində olması və işdə olan sübatlara əsasən qeyd olunan vitrinlərin cavabdeh tərəfindən təhvil alınması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan vitrinlərin təhvil verilməsi ilə bağlı qaimələrdən görünür ki, 1. xx.xx.2020-ci il tarixli V-13 nömrəli qaiməyə əsasən 25 ədəd, 2. xx.xx.2020ci il tarixli V-20 nömrəli qaiməyə əsasən 50 ədəd, 3. xx.xx.2020-ci il tarixli V-32 nömrəli qaiməyə əsasən 40 ədəd, 4. xx.xx.2020-ci il tarixli V-33 nömrəli qaiməyə əsasən 7 ədəd,
5. xx.xx.2020-ci il tarixli V-44 nömrəli qaiməyə əsasən 10 ədəd, 6. xx.xx.2020-ci il tarixli V- 50 nömrəli qaiməyə əsasən 50 ədəd, 7. xx.xx.2020-ci il tarixli V-65 nömrəli qaiməyə əsasən 40 ədəd, 8. xx.xx.2020-ci il tarixli V-73 nömrəli qaiməyə əsasən 5 ədəd, cəmi 227 ədəd vitrin İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir.
27. Apellyasiya şikayətinin dəlillərində və məhkəmə iclasında verdiyi izahatda cavabdeh qeyd olunan vitrinlərin qaytarılmasını bildirsə də, bu halı təsdiq edən hər bansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qeyd olunan əmlakın alınması işin mübahisəsiz halıdır və onun qaytarılmasını sübut etmək cavabdehin vəzifəsidir.
28. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
29. MPM-in sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
30. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
31. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
32. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”.
34. Apellyasiya şikayətinin digər dəlili iddia tələbinin təmin olunan hissəsinə iddia müddətinin tətbiq olunması və vitrinlərin qiymətinin düzgün müəyyən edilməməsidir.
35. Məhkəmə tərkibi ilkin olaraq qeyd edir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir (MPM-in 384.0.4-cü maddəsi). Qeyd olunan müddəanın hazırki işin hallarına tətbiqi onu deməyə əsas verir ki, iddiaçının cavabdehə təhvil verilən əşyaların pulunu ondan tələb etməsinə dair iddia tələbinə iddia müddəti tətbiq edilməməlidir.
36. Vitrinlərin qiymətinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli vitrinlərin verilməsi haqqında 03 nömrəli aktdan görünür ki, xx.xx.2020-ci tarixində 13 saylı qaimə ilə ticarət obyektlərində yerləşdimək üçün vitrinlər təhvil verildi. Vitrinləri tam məsuliyyətlə qəbul edən distribütor ticarət obyektlərində vitrinlərin yerləşdirilməsində aşağıdakı tələbləri yerinə yetirməyə borcludur. Ticarət obyektlərində yerləşdirilən vitrinlərə ancaq “Çıt-A-Çıt” (20 qr, 35 qr, 80 qr, 100 qr, duzlu 80 qr və s) məhsulları yerləşdirməlidir. Vitrin itdikdə, yararsız hala düşdükdə distribütor tərəfindən 28 manat məbləğində cərimə ödənilməlidir. Obyekt fəaliyyətini dayandırdıqda və ya razılaşma pozulduqda distribütor ticarət obyektindən vitrini götürüb fabrikə qaytarmalıdır. Ticarət obyektində yerləşdirilən vitrinlərdə ancaq “Çıt-A-Çıt” (20 qr, 35 qr, 80 qr, 100 qr, duzlu 80 qr və s) məhsullarının yerləşdirilməsinə nəzarət etməlidir. Ticarət obyektlərində yerləşdirilən vitrin başqa bir ticarət obyektinə yerləşdirildikdə fabrik rəhbərliyinə rəsmi məlumat verilməli, yəni akt tərtib olunmalıdır. Ticarət obyektində yerləşdirilən vitrinlərə tam məsuliyyəti ilə cavabdehdir.
37. Göründüyü kimi Cavabdeh İddiaçı qarşısında ticarət obyektlərində yerləşdirilən vitrinlərə ancaq “Çıt-A-Çıt” məhsullarını yerləşdirməsini, vitrin itdikdə, yararsız hala düşdükdə 28 manat məbləğində cərimə ödəyəcəyini, obyekt fəaliyyətini dayandırdıqda və ya razılaşma pozulduqda ticarət obyektindən vitrini götürüb fabrikə qaytaracağını, ticarət obyektində yerləşdirilən vitrinlərə tam məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür.
38. Belə olan halda apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillərdə mübahisələndirilən hallara birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya məhkəmələrinin kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-336/2025 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qətidir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Müşfiq Məmmədov