Məhkəmə qərarları › İş №2-2(104)-153/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-153/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-153/2025 26.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin (əvvəlki adı İddiaçı MMC) Cavabdeh qarşı kommersiya işi üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin (əvvəlki adı İddiaçı MMC) nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin (əvvəlki adı İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 394/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqısına dair” 15 dekabr 2022-ci il tarixli, 23272163 saylı müqavilədən görünür ki, alıcı İddiaçı MMC 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri satıcı Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xam-pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən satıcı 17,40 ha torpaq sahasində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrtüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıq təmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya haqqında müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2023-ci il tarixindən gec olmayaraq təhvil verilməsi nəzərdə tutulmuşdur.

2. 15.12.2022-ci il tarixli, 23272163 nömrəli müqaviləyə əlavə “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, müqavilə üzrə veriləcək malların və göstəriəcək xidmətlərin qiymətləri razılaşdırılmışdır.

3. AFBBANK-ın hesabdan çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdə 4800 manat, xx.xx.2023-cü il tarixdə 480 manat, xx.xx.2023-cü il tarixdə 1600 manat, xx.xx.2023-cü il tarixdə 2240 manat, xx.xx.2023-cü il tarixdə 2610 manat, xx.xx.2023-cü il tarixdə 1739 manat, xx.xx.2023-cü il tarixdə 522 manat, xx.xx.2023-cü il tarixdə 869 manat, xx.xx.2023-cü il tarixdə 522 manat, xx.xx.2023-cü il tarixdə 522 manat, xx.xx.2023cü il tarixdə 348 manat məbləğ Cavabdeh hesabına köçürülmüşdür.

4. İş materiallarında olan xidmət aktlarından görünür ki, xx.xx.2023-cü il tarixdə 463,24 manat, xx.xx.2023-cü il tarixdə 39,60 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 180,25 manat, xx.xx.2023-cü il tarixdə 90 manat, xx.xx.2023-cü il tarixdə 99,06 manat, xx.xx.2023-cü il tarixdə 20,25 manat, xx.xx.2023-cü il tarixdə 68,60 manat, xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə 69,30 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 176,88 manat, xx.xx.2023-cü il tarixdə 34,56 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 473,25 manat, xx.xx.2023-cü il tarixdə 204 manat, xx.xx.2023-cü il tarixdə 32,98 manat, xx.xx.2023-cü il tarixdə 3 manat, xx.xx.2023-cü il tarixlərdə 475,34 manat, xx.xx.2023-cü il tarixdə 65,60 manat, xx.xx.2023-cü il tarixdə 50,32 manat, xx.xx.2023-cü il tarixdə 2,13 manat, xx.xx.2023-cü il tarixdə 38,64 manat, 173,50 manat, xx.xx.2023-cü il tarixdə 3,77 manat, xx.xx.2023-cü il tarixdə 38,50 manat, xx.xx.2023-cü il tarixdə 181,98 manat, xx.xx.2023-cü il tarixdə 25,56 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə 206,72 manat xx.xx.2024-cü il tarixdə 25,80 manat, xx.xx.2023-cü il tarixdə 54,72 manat, xx.xx.2023-cü il tarixdə 48,64 manat, xx.xx.2023-cü il tarixdə 32,16 manat, xx.xx.2023-cü il tarixdə 14,22 manat, xx.xx.2023-cü il tarixdə 48,64 manat, xx.xx.2023-cü il tarixdə 6 manat, xx.xx.2023cü il tarixdə 6 manat, xx.xx.2023-cü il tarixdə 102,40 manat dəyərində İddiaçı MMC tərəfindən xidmətlər göstərilmişdir.

5. İş materiallarında olan qaimələrə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli 10108224 nömrəli qaiməyə əsasən 4930 manat, xx.xx.2023-cü il tarixli 20108586 nömrəli qaiməyə əsasən 11,60 manat, xx.xx.2023-cü il tarixli 20108587 nömrəli qaiməyə əsasən 14 manat, xx.xx.2023-cü il tarixli 10109098 nömrəli qaiməyə əsasən 102,40 manat, xx.xx.2023-ci il tarixli 20109628 nömrəli qaiməyə əsasən 27 manat, xx.xx.2023-ci il tarixli 20109621 nömrəli qaiməyə əsasən 180 manat, xx.xx.2023-cü il tarixli 10109865 nömrəli qaiməyə əsasən 1740 manat, xx.xx.2023-cü il tarixli 20110304 nömrəli qaiməyə əsasən 270 manat, xx.xx.2023-cü il tarixli 20110307 nömrəli qaiməyə əsasən 350 manat, xx.xx.2023-cü il tarixli 20110776 nömrəli qaiməyə əsasən 1600 manat, xx.xx.2023-cü il tarixli 20111092 nömrəli qaiməyə əsasən 40,50 manat, xx.xx.2023-cü il tarixli 20111091 nömrəli qaiməyə əsasən 20 manat, xx.xx.2023-cü il tarixli 20111783 nömrəli qaiməyə əsasən 60 manat, xx.xx.2023-cü il tarixli 20111781 nömrəli qaiməyə əsasən 41,40 manat, xx.xx.2023-cü il tarixli 20112193 nömrəli qaiməyə əsasən 54 manat, xx.xx.2023-cü il tarixli 20111785 nömrəli qaiməyə əsasən 90 manat, xx.xx.2023-cü il tarixli 20112197 nömrəli qaiməyə əsasən 13,80 manat, xx.xx.2023-cü il tarixli 20112194 nömrəli qaiməyə əsasən 56 manat, xx.xx.2023-cü il tarixli 20112201 nömrəli qaiməyə əsasən 119 manat, xx.xx.2023-cü il tarixli 20112198 nömrəli qaiməyə əsasən 120 manat, xx.xx.2023-cü il tarixli 20112206 nömrəli qaiməyə əsasən 90 manat, xx.xx.2023-cü il tarixli 20113076 nömrəli qaiməyə əsasən 18 manat, xx.xx.2023-cü il tarixli 20113091 nömrəli qaiməyə əsasən 25 manat, xx.xx.2023-cü il tarixli 20113085 nömrəli qaiməyə əsasən 168,75 manat, xx.xx.2023-cü il tarixli 20113990 nömrəli qaiməyə əsasən 225 manat, xx.xx.2023cü il tarixli 20114396 nömrəli qaiməyə əsasən 20 manat, xx.xx.2023-cü il tarixli 20114399 nömrəli qaiməyə əsasən 5 manat, xx.xx.2023-cü il tarixli 20114397 nömrəli qaiməyə əsasən 25 manat, xx.xx.2023-ci il tarixli 20114403 nömrəli qaiməyə əsasən 30 manat, xx.xx.2023-cü il tarixli 20114409 nömrəli qaiməyə əsasən 25 manat, xx.xx.2023-cü il tarixli 20114411 nömrəli qaiməyə əsasən 60 manat, xx.xx.2023-cü il tarixli 20114410 nömrəli qaiməyə əsasən 70 manat, xx.xx.2023-cü il tarixli 20114830 nömrəli qaiməyə əsasən 60 manat, xx.xx.2023-cü il tarixli 20114412 nömrəli qaiməyə əsasən 90 manat, xx.xx.2023-cü il tarixli 20114832 nömrəli qaiməyə əsasən 25 manat, xx.xx.2023-cü il tarixli 20114831 nömrəli qaiməyə əsasən 40 manat, xx.xx.2023-cü il tarixli 20114834 nömrəli qaiməyə əsasən 50 manat, xx.xx.2023-cü il tarixli 20114833 nömrəli qaiməyə əsasən 13,80 manat, xx.xx.2023-cü il tarixli 20115177 nömrəli qaiməyə əsasən 7,50 manat, xx.xx.2023-cü il tarixli 20114885 nömrəli qaiməyə əsasən 5 manat, xx.xx.2023-cü il tarixli 20115180 nömrəli qaiməyə əsasən 90 manat, xx.xx.2023-cü il tarixli 20115178 nömrəli qaiməyə əsasən 40 manat, xx.xx.2023-cü il tarixli 20115664 nömrəli qaiməyə əsasən 25 manat, xx.xx.2023-cü il tarixli 20115183 nömrəli qaiməyə əsasən 75 manat, xx.xx.2023-cü il tarixli 20115668 nömrəli qaiməyə əsasən 80 manat, xx.xx.2023-cü il tarixli 20115665 nömrəli qaiməyə əsasən 15,18 manat, xx.xx.2023-cü il tarixli 20116523 nömrəli qaiməyə əsasən 196 manat, xx.xx.2023-cü il tarixli 20115998 nömrəli qaiməyə əsasən 27 manat dəyərində mal anbardan təhvil verilmişdir.

6. İş materiallarında olan pambıq qəbulu qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixli GJU seriyalı 312192 nömrəli qəbzə əsasən 2093,21 manat, 312191 nömrəli qəbzə əsasən 3944,34 manat, 312193 nömrəli qəbzə əsasən 3218,13 manat dəyərində pambıq İddiaçı MMC-yə təhvil verilmişdir.

7. İş materiallarında olan Aqrar Sığorta Fondunun hesabdan çıxarışından görünür ki, 322,67 manat sığorta haqqı ödənilmişdir.

8. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışlardan görünür ki, xx.xx.2025ci il tarixdə İddiaçı MMC "xxxx" MMC kimi qeydiyyata alınmışdır.

9. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, REF/1323/25 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı adını dəyişərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə fəaliyyətinin davam etdirilməsi barədə qərar qəbul etmişdir və yeni ad 09 iyul 2025-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Qeyd edilir ki, Cəmiyyətin hüquqi ünvanı, təşkilati hüquqi forması və VÖEN-i dəyişdirilməyib.

10. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, REF/1323/25 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh sığorta ödənişi ilə əlaqədar Aqrar Sığorta Fondu tərəfindən hər hansı vəsait "xxxx" MMC-nin (əvvəlki adı İddiaçı MMC) hesabına köçürülməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 22994 manat 70 qəpik əsas borcun, 9220 manat 87 qəpik cərimə borcunun və ödənilmiş 186 manat 64 qəpik dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Tərtər” filialı və Cavabdeh arasında bağlanmış 23272163 saylı 2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqı müqaviləsinə əsəsən, cavabdeh 17,4 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 33236,38 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin 2.1.4cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 22994,70 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 9220,87 manat təşkil edir.

13. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. Gəncə Kommersiya Məhkəməsinin (hakim G.Quliyeva) xx.xx.2025-ci il tarixli, e- 2-2(115)-394/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli, 23272163 nömrəli 2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqısına dair müqaviləyə əsasən 22994 manat 70 qəpik əsas borc, 1000 manat cərimə borcu olmaqla, cəmi 23994 (iyirmi üç min döqquz yüz doxsan dörd) manat 70 (yetmiş) qəpik borcun və ödənilmiş 161 (bir yüz altmış bir) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 460.1, 462.1, 467, 567 və 604-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.3, 218.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-394/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda qeyd edilənlərə əsasən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-394/2025 nömrəli qətnaməsini qanunsuz və əsassız hesab edir və apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyasının diqqətinə çatdırır. Belə ki, o, “MKT İstehsalat Kommersiya“ MMCnin “MKT-Tərtər’ Filialı (alıcı) ilə 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissənin satıcıya ödənilməsi barədə alğı-satqı müqaviləsi bağlamışdır. Eyni zamanda Aqrar Sığorta Fondu ilə 2023-cü il tarixdə sığorta müqaviləsi bağlamaqla özünə məxsus olan, Tərtər rayonunda yerləşən torpaq sahəsində əkilmiş kənd təsərrüfatı və bitkiçilik məhsulları olan CEYHAN 520 (ELİT) adlı pambıq məhsullarını sığortalamışlar. Həmin sığorta müqavilələrinə əsasən Aqrar Sığorta Fondu sığorta hadisəsi üzrə ona 17,4 ha torpaq sahəsində əkilmiş pambıq sahəsinə görə 55680 (əlli beş min altı yüz səksən) manat pul ödəməli idi. Məhsulun sığortalanması barədə iddiaçı da məlumatlı olmuşdur və sığorta müqaviləsi üzrə faydalanan şəxsin biri də məhz iddiaçı təşkilat olmuşdur. 2023-cü ilin təxminən iyun ayında torpaq sahəsinə verilən suyu kəsdilər və ona su vermədilər. Dəfələrlə müraciət etsə də şikayətlərinə baxan olmadı. Həmin ilin sonunda ona məktub göndərdilər ki, kanalda təmir bərpa işləri aparıldığından, kanalın divarları beton üzlüklə üzlənildiyindən, həmçinin də kanal üzərindəki hidrotexniki qurğular əsaslı şəkildə təmir olunduğundan Melorasiya idarəsi ona su verə bilməmişdir. Bu səbəbdən də o, sahədən məhsul götürə bilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini həm də ona görə qanunsuz və əsassız hesab edir ki, işə baxan məhkəmə tərəfindən Aqrar Sığorta Fondu üçüncü şəxs qismində işə cəlb edilməmişdir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında ləğv edilməlidir.

Apellyasiya instansiyası məhkəməsində icraat a) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin (əvvəlki adı İddiaçı MMC) nümayəndəsi X4 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 604. Hazırlanmalı və ya istehsal edilməli malların göndərilməsinə dair müqavilələr, əgər sifarişçi həmin malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini göndərməyi öz öhdəsinə götürürsə, habelə əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə, alğı-satqı müqavilələrinə bərabər tutulur

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işin hallarına dair məhkəmə iclasında iştirak edən tərəfin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

26. İşin halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqısına dair” 15 dekabr 2022-ci il tarixli, 23272163 saylı müqaviləyə əsasən, alıcı İddiaçı MMC 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri satıcı Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xampambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 33236,38 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmiş, lakin Cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 22994,70 manat borcu yaranmışdır.

27. Həmçinin, müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə ödəməsi müəyyən olunmuşdur.

28. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən xeyrinə 22994 manat 70 qəpik əsas borcun, 9220 manat 87 qəpik cərimə borcunun və ödənilmiş 186 manat 64 qəpik dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli, 23272163 nömrəli 2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqısına dair müqaviləyə əsasən 22994 manat 70 qəpik əsas borc, 1000 manat cərimə borcu olmaqla, cəmi 23994 (iyirmi üç min döqquz yüz doxsan dörd) manat 70 (yetmiş) qəpik borcun və ödənilmiş 161 (bir yüz altmış bir) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

29. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və iddia tələbinin müqavilə üzrə 22994 manat 70 qəpik məbləğində qalıq borcun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsidir və mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinin tələbləri çərçivəsində həll olunmalıdır.

30. Belə ki, həmin maddəyə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 33236,38 manat dəyərində cavabdehə işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmiş, həmin məbləğdən təhvil verilmiş xam-pambığın dəyəri çıxılmış və 22994 manat 70 qəpik borc yaranmışdır.

32. Həmçinin, cavabdeh apellyasiya şikayətinin dəillərində iddiaçı ilə aralarında müqavilə bağlandığını, eləcə də dolayısı ilə müqavildə nəzərdə tutulan işlərin iddiaçı tərəfindən görülməsini təsdiq etmişdir.

33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

34. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, təxminən 2023cü ilin iyun ayında torpaq sahəsinə verilən su Meliorasiya idarəsi tərəfindən kəsilmiş, nəticədə o, sahədən məhsul götürə bilməmişdir.

35. Buna hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, iddiaçı ondan asılı olmayan səbəblərdən (torpaq sahəsinə verilən suyun Meliorasiya idarəsi tərəfindən kəsilməsinə görə) məhsul götürə bilməməsini iddia etsə də, bu hal onun iddiaçı qarşısında olan öhdəliyinin icra etməsindən imtinasına əsas yaratmır. Belə ki, iş materiallarında olan xidmət aktlarından görünür ki, İddiaçı MMC 1-ci və 2-ci vegetasiya suvarmasının hər birinə görə 522 manat olmaqla ümumilikdə 1044 manat ödənişi müvafiq şirkətə ödəmişdir. Göründüyü kimi, cavabdehin iddia etdiyi kimi suyun kəsilməsinə görə məhsuldarlığın aşağı olması halında belə, iddiaçının təqsirli hərəkətləri müəyyən olunmur. Belə olan halda cavabdeh müvafiq meliorasiya qurumuna qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı müstəqil tələblə məhkəmə müdafiəsindən istifadə edə bilər.

36. Eyni zamanda, cavabdeh apellyasiya şikayətinin dəlillərində Aqrar Sığorta Fondu ilə 2023-cü il tarixdə sığorta müqaviləsi bağlamaqla Tərtər rayonunda yerləşən torpaq sahəsində əkilmiş pambıq məhsullarını sığortalandığını və sığorta müqaviləsi üzrə faydalanan şəxsin birinin də iddiaçı olduğunu qeyd etmişdir.

37. Apellyasiya şikayətinin göstərilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan sığorta şəhadətnaməsinin “sığorta riskləri, azadolma, aqreqat limit” hissəsində “Aqrar sığorta qaydaları”na əsasən hansı risklərin baş verməsi nəticəsində bitkiçilik məhsullarının təminat altına alınması sadalanmışdır və həmin risklər sırasında suvarmada yaranmış problemlə bağlı əmələ gəlmiş risklər müəyyən edilməmişdir. Göründüyü kimi cavabdehin iddia etdiyi hal sığorta şəhadətnaməsində risk kimi müəyyən edilmədiyindən, həmin halın baş verməsinə görə hər hansı ödənişin verilməsindən söhbət gedə bilməz.

38. Eyni zamanda cavabdehin həmin dəlilinə münasibətdə iddiaçı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli, REF/1323/25 nömrəli məktubda da qeyd edilmişdir ki, Cavabdeh sığorta ödənişi ilə əlaqədar Aqrar Sığorta Fondu tərəfindən hər hansı vəsait "xxxx" MMC-nin (əvvəlki adı İddiaçı MMC) hesabına köçürülməmişdir.

39. Apellyasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən Aqrar Sığorta Fondu üçüncü şəxs qismində işə cəlb edilməmişdir. Qeyd olunan dəlillə bağlı məhkəmə kollegiyası bildirməyi zəruri hesab edir ki, hazırki halda mübahisə tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi ilə bağlıdır və həmin öhdəliyin icra edilməməsinə səbəb kimi göstərilən dəlil istinad olunan sığorta şəhadətnaməsində risk kimi müəyyən edilmədiyindən Aqrar Sığorta Fondunun üçüncü şəxs qismində işə cəlb edilməsinə də heç bir zərurət olmamışdır.

40. Göründüyü kimi cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillər öz təsdiqini tapmamış, əksinə iş materiallarında olan sübutlarla təkzib edilmişdir.

41. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-394/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar