Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-158/2024 03.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu oğlu və X1 ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-592/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 17736,31 manat məbləğində pulun, habelə 144 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC (Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli, **********817000 nömrəli çıxarışı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin təşkilatı hüquqi forması İddiaçı Açıq Səhmdar Cəmiyyətinə dəyişdirilmişdir) ilə (bundan sonra "İddiaçı") sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında (bundan sonra "Cavabdeh")bağlanmış 083/2020 nömrəli 01 dekabr 2020- ci il tarixli müqaviləyə əsasən “Norm” sement məhsullarının alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə Cavabdeh arasında imzalanmış müqaviləyə əsasən (müqavilə əlavə edilir), İddiaçı Norm sement məhsullarını Cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, Cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta İddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli elektron qaimə və əmtəə nəqliyyat qaimələrə əsasən müəyyən edilmişdir ki, Cavabdeh 20.959,93 manat dəyərində Norm sement məhsulları satılmış, cavabdeh isə 3.223,63 manat pul ödəmiş, qalıq 17.736,31 manat isə bu günə kimi ödənilməyərək iddiaçı "xxxx" ASCyə cəmi 17.736,31 manat borcu mövcud olmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdehin elektron kabinetinə pretenziya məktubu göndərilmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq hesab edirik ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdehdən İddiaçının xeyrinə 17736,31 manat məbləğində pulun, habelə 144 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə qətnaməsi qəbul edilməlidir. İddiaçı sonuncu dəfə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh tərəfindən müəyyən ödənişlər edilmiş və hal hazırda cavabdehin borcu 14934,80 manat təşkil edir. Odur ki, cavabdehdən 14934,80 manat və 144 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-592/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın təmin edilməsi, Cavabdeh 14934,80 manat məbləğində borcun, 144 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-592/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirdiyi yazılı ərizəsindən görünür ki, o, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-592/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina edir və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-592/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikası MPM-in 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına Cavabdeh apellyasiya şikayəti üzrə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 369, 384, 400 və 404- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 592/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına Cavabdeh apellyasiya şikayəti üzrə xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-158/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-158/2024
03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver