Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-161/2025 25.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X4 və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-393/2025 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 16 yanvar 2023-cü il tarixli 2023-cü il mövsümü üzrə xampambığın alqı-satqısına dair 23272296 saylı müqavilədən görünür ki, alıcı 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri satıcıya təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xampambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən satıcı 42 ha torpaq sahasində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrtüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması və tədarükünə dair təlimat"ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya haqqında müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2023-ci il tarixindən gec olmayaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli 23272296 nömrəli müqaviləyə əlavə qiymətlərin razılaşdırılması protokolundan görünür ki, müqavilə üzrə veriləcək malların və göstəriləcək xidmətlərin qiymətləri razılaşdırılmışdır. AFBBANK-ın hesabdan çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə 5400 manat, xx.xx.2023-cü il tarixdə 29400 manat, xx.xx.2023-cü il tarixdə 1260 manat, xx.xx.2023-cü il tarixdə 18000 manat, xx.xx.2023-cü il tarixdə 5400 manat, xx.xx.2023-cü il tarixdə 4200 manat, xx.xx.2023-cü il tarixdə 1260 manat, xx.xx.2023-cü il tarixdə 18000 manat, xx.xx.2023-cü il tarixdə 6300 manat, xx.xx.2023-cü il tarixdə 27000 manat, xx.xx.2023-cü il tarixdə 9000 manat, xx.xx.2023-cü il tarixdə 5400 manat, xx.xx.2023-cü il tarixdə 3600 manat, xx.xx.2023-cü il tarixdə 2100 manat, xx.xx.2023-cü il tarixdə 9000 manat, xx.xx.2023-cü il tarixdə 4500 manat, xx.xx.2023-cü il tarixdə 5400 manat, xx.xx.2023-cü il tarixdə 5400 manat, xx.xx.2023-cü il tarixdə 840 manat, xx.xx.2023- cü il tarixdə 1260 manat, xx.xx.2024-cü il tarixdə 10890 manat, xx.xx.2023-cü il tarixdə 9801 manat məbləğ Cavabdeh hesabına köçürülmüşdür. İş materiallarında olan xidmət aktlarından görünür ki, xx.xx.2023-cü il tarixdə 309 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 313,70 manat, xx.xx.2023-cü il tarixdə 34,94 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 1856 manat, xx.xx.2023-cü il tarixdə 635,80 manat, xx.xx.2023-cü il tarixdə 76,60 manat, xx.xx.2023-cü il tarixdə 379 manat, xx.xx.2023-cü il tarixdə 411,40 manat, xx.xx.2023-cü il tarixdə 143,40 manat, xx.xx.2023cü il tarixdə 1327,45 manat, xx.xx.2023-cü il tarixdə 9,86 manat, xx.xx.2023-cü il tarixdə 27,20 manat, xx.xx.2023-cü il tarixdə 220,96 manat, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə 264,38 manat, xx.xx.2023-cü il tarixdə 51 manat, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə 118,49 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 568,48 manat, xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə 510,40 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 302,44 manat, xx.xx.2023- xx.xx.2023-cü il tarixlərdə 298,78 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 690,64 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 402,23 manat, xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə 478,54 manat, xx.xx.2023-cü il tarixdə 33,84 manat, xx.xx.2023cü il tarixdə 533,76 manat, xx.xx.2023-cü il tarixdə 147,04 manat, xx.xx.2023, xx.xx.2023cü il tarixlərdə 658,78 manat, xx.xx.2023-cü il tarixdə 43,38 manat, xx.xx.2023-xx.xx.2023cü il tarixlərdə 222,12 manat, xx.xx.2023-cü il tarixdə 77,28 manat, xx.xx.2023-cü il tarixdə 61,44 manat, xx.xx.2023-cü il tarixdə 45,18 manat, xx.xx.2023-cü il tarixdə 560,96 manat, xx.xx.2023-cü il tarixdə 98,88 manat dəyərində İddiaçı MMC tərəfindən xidmətlər göstərilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli 20107579 nömrəli qaiməyə əsasən 6095 manat, xx.xx.2023-cü il tarixli 20107808 nömrəli qaiməyə əsasən 583 manat, xx.xx.2023-cü il tarixli 20108121 nömrəli qaiməyə əsasən 2040 manat, xx.xx.2023-cü il tarixli 20108465 nömrəli qaiməyə əsasən 43,50 manat, xx.xx.2023-ci il tarixli 20109297 nömrəli qaiməyə əsasən 240 manat, xx.xx.2023-ci il tarixli 20109444 nömrəli qaiməyə əsasən 317 manat, xx.xx.2023-cü il tarixli 20109445 nömrəli qaiməyə əsasən 400 manat, xx.xx.2023-cü il tarixli 20109446 nömrəli qaiməyə əsasən 450 manat, xx.xx.2023-cü il tarixli 20109466 nömrəli qaiməyə əsasən 575 manat, xx.xx.2023-cü il tarixli 20109851 nömrəli qaiməyə əsasən 2000 manat, xx.xx.2023- cü il tarixli 20110930 nömrəli qaiməyə əsasən 360 manat, xx.xx.2023-cü il tarixli 20110931 nömrəli qaiməyə əsasən 460 manat, xx.xx.2023-cü il tarixli 20111078 nömrəli qaiməyə əsasən 400 manat, xx.xx.2023-cü il tarixli 20111235 nömrəli qaiməyə əsasən 30 manat, xx.xx.2023-cü il tarixli 20111250 nömrəli qaiməyə əsasən 2000 manat, xx.xx.2023-cü il tarixli 20112133 nömrəli qaiməyə əsasən 1020 manat, xx.xx.2023-cü il tarixli 20112134 nömrəli qaiməyə əsasən 340 manat, xx.xx.2023-cü il tarixli 20112211 nömrəli qaiməyə əsasən 700 manat, xx.xx.2023-cü il tarixli 20112530 nömrəli qaiməyə əsasən 3000 manat, xx.xx.2023-cü il tarixli 20116518 nömrəli qaiməyə əsasən 672 manat dəyərində mal anbardan təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli GJU seriyalı 309147 nömrəli qəbzə əsasən 3605,08 manat, xx.xx.2023-cü il tarixli GJU seriyalı 395226 nömrəli qəbzə əsasən 3242,15 manat, 395230 nömrəli qəbzə əsasən 2297,53, 395231 nömrəli qəbzə əsasən 3461,03 manat, 395643 nömrəli qəbzə əsasən 2346,88 manat, ******* nömrəli qəbzə əsasən 4062,95 manat, 395228 nömrəli qəbzə əsasən 2133,42 manat, 395229 nömrəli qəbzə əsasən 2447,96 manat dəyərində pambıq İddiaçı MMC-nə təhvil verilmişdir. Aqrar Sığorta Fondunun hesabdan çıxarışından görünür ki, 819,84 manat sığorta haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 57734 manat 74 qəpik əsas borcun, 23151 manat 63 qəpik cərimə borcunun və ödənilmiş 332 manat 65 qəpik dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Tərtər” filialı və cavabdeh arasında bağlanmış 23272296 saylı 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 42 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 81331,74 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin 2.1.4cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 57734,74 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 23151,63 manat təşkil edir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-393/2025 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli 23272296 nömrəli 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən 57734 manat 74 qəpik əsas borc, 2000 manat cərimə borcu olmaqla, cəmi 59734 (əlli doqquz min yeddi yüz otuz dörd) manat 74 (yetmiş dörd) qəpik borc və ödənilmiş 269 (iki yüz altmış doqquz) manat 20 (iyirmi) qəpik dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Aqrar Sığorta Fondu ilə 2023-cü il tarixdə sığorta müqaviləsi bağlamaqla özünə məxsus olan, Tərtər rayonunda yerləşən torpaq sahəsində əkilmiş kənd təsərrüfatı və bitkiçilik məhsulları olan CEYHAN 520 (ELİT) adlı pambıq məhsullarını sığortalamışıq. Həmin sığorta müqavilələrinə əsasən Aqrar Sığorta Fondu sığorta hadisəsi üzrə ona 17,4 ha torpaq sahəsində əkilmiş pambıq sahəsinə görə 134400 (yüz otuz dörd min dörd yüz) manat pul ödəməli idi. Məhsulun sığortalanması barədə iddiaçı da məlumatlı olmuşdur və sığorta müqaviləsi üzrə faydalanan şəxsin biri də məhz iddiaçı təşkilat olmuşdur. 2023-cü ilin təxminən iyun ayında torpaq sahəsinə verilən suyu kəsdilər və ona su vermədilər. Dəfələrlə müraciət etsə də şikayətlərinə baxan olmadı. Həmin ilin sonunda ona məktub göndərdilər ki, kanalda təmir bərpa işləri aparıldığından, kanalın divarları beton üzlüklə üzlənildiyindən, həmçinin də kanal üzərindəki hidrotexniki qurğular əsaslı şəkildə təmir olunduğundan Melorasiya idarəsi onlara su verə bilməmişdir. Bu səbəbdən də o, sahəsindən məhsul götürə bilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini həm də ona görə qanunsuz və əsassız hesab edir ki, işə baxan məhkəmə tərəfindən Aqrar Sığorta Fondu üçüncü şəxs qismində işə cəlb edilməmişdir. Belə ki, iddiaçı təşkilatla o, müqavilə bağlayarkən müqavilə bağlamışlar və əmlakını da sığortalatmışdır. Buna görə burada Aqrar Sığorta Fondu sığorta hadisəsi üzrə ona 42 ha torpaq sahəsində əkilmiş pambıq sahəsinə görə 134400 (yüz otuz dörd min dörd yüz) manat pul ödəməli idi. Bunu iddiaçı bilirdi və faydalanan şəxslərdən biri də MKT-nin özü idi. Lakin, göründüyü kimi birinci instansiya məhkəməsinə bu barədə kifayət qədər sübut təqdim edilsə də, məhkəmə Aqrar Sığorta Fondunu tərəf kimi işə cəlb etməmişdir. Qeyd olunanlara əsasən cavabdeh Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-393/2025 saylı qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: İddiaçının nümayəndəsi Vəfa Şirinova məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mövcud sübutlar əsasında düzgün olaraq müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqaviləyə əsasən alıcı İddiaçı MMC 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri satıcı Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xam-pambığın həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur. Alıcı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin satıcı öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində onun iddiaçıya 57734,74 qəpik borcu yaranmışdır. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Bununla yanaşı birinci instansiya məhkəməsi onu da doğru olaraq müəyyən etmişdir ki, iddia cərimənin ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması alıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, alıcı avanslar verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, 23151 manat 63 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 2000 manat məbləğində müəyyən edilməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 269 manat 20 qəpik məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgün olmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin “tələb olunan pulu Aqrar Sığorta Fondunun ödəməli olmasına və onun üçüncü şəxs qismində cəlb olunmalı olmasına” dair dəlillərinə münasibətdə qeyd edir ki, sığorta ödənişinin təyinatı cavabdehin öz əmlak itkisinin kompensasiyası üçündür və müqavilə üzrə “MKT” qarşısında yaranan müqavilə öhdəliyindən onu azad etmir. Qeyd olunan sığorta ödənişi hazırkı mübahisənin predmeti deyil, sığorta münasibətləri ayrıca hüquqi münasibətdir. Buna görə də Aqrar Sığorta Fondunun iş üzrə üçüncü şəxs qismində cəlb olunmasına zərurət yaranmamışdır. Beləliklə cavabdeh tərəfin apellyasiya şikayəti ilə bağlı qeyd edilməlidir ki, cavabdeh, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etsə də, buna dair istinad etdiyi hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisənin həlli baxımından düz olaraq Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2, 448, 460.1, 462.1, 467, 567, 604-cü maddələrinə istinad etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-393/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-161/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-161/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver