Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-164/2025 09.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, “pul tələbinə" dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-681/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli, 05/23-149 nömrəli xam pambığın alğı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC-nin Bərdə filialı tərəfindən Bərdə rayonu, Cəyirli, Güloğlular kəndində yerləşən 31 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur.
2. 04 noyabr 2022-ci il tarixli “Qiymətlərin razılaşdırma protokolu”ndan görünür ki, satıcı və alıcı veriləcək malların və göstəriləcək iş və xidmətlərin qiyməti barədə əvvəlcədən razılaşmışlar.
3. Aktlara əsasən, xx.xx.2023-cü il tarixdə 4,50 ha, xx.xx.2023-cü il tarixdə 5 ha, xx.xx.2023-cü il tarixdə 24,50 ha, xx.xx.2023-cü il tarixdə 14,75 ha, xx.xx.2023-cü il tarixdə 8 ha, xx.xx.2023-cü il tarixdə 14,75 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023- cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023cü il tarixdə 8 ha, xx.xx.2023-cü il tarixdə 20 ha, xx.xx.2023-cü il tarixdə 8 ha, xx.xx.2023cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 10 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023-cü il tarixdə 75 ha, xx.xx.2023-cü il tarixdə 8 ha, xx.xx.2023-cü il tarixdə 10 ha, xx.xx.2023-cü il tarixdə 17 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023- cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 10 ha, xx.xx.2023-cü il tarixdə 10 ha, xx.xx.2023-cü il tarixdə 29 ha, xx.xx.2023-cü il tarixdə 8 ha, xx.xx.2023-cü il tarixdə 14 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023-cü il tarixdə 18 ha, xx.xx.2023-cü il tarixdə 17 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023-cü il tarixdə 30 ha, xx.xx.2023- cü il tarixdə 12 ha, xx.xx.2023cü il tarixdə 10 ha, xx.xx.2023-cü il tarixdə 15 ha, xx.xx.2023-cü il tarixdə 25 ha, xx.xx.2023-cü il tarixdə 2 ha, xx.xx.2023-cü il tarixdə 5 ha, xx.xx.2023-cü il tarixdə 5 ha, xx.xx.2023-cü il tarixdə 20 ha, xx.xx.2023-cü il tarixdə 1,40 ha, xx.xx.2023-cü il tarixdə 7 ha, 20,21,22 2023-cü il tarixlərdə 16,6 ha, xx.xx.2023-cü il tarixdə 4 ha, xx.xx.2023-cü il tarixdə 12 ha və xx.xx.2023-cü il tarixdə 15 ha torpaq sahəsinə müxtəlif işlər görülməsi barədə İddiaçı MMC-nin əməkdaşları və fermer Cavabdeh Hümbət oğlu tərəfindən akta imza edilməklə təsdiq edilmişdir.
4. 04 noyabr 2022-ci il tarixli, PAM00029252 nömrəli ödəniş tapşırığı əsasən 16800 manat, 16 fevral 2023-cü il tarixli, PAM00002012 nömrəli ödəniş tapşırığı əsasən 1500 manat, 14 aprel 2023-cü il tarixli, PAM00004461 nömrəli ödəniş tapşırığı əsasən 915 manat, 08 may 2023-cü il tarixli, PAM00005834 nömrəli ödəniş tapşırığı əsasən 3050 manat, 17 may 2023-cü il tarixli, PAM00007016 nömrəli ödəniş tapşırığı əsasən 1800 manat, 24 may 2023-cü il tarixli, PAM00008404 nömrəli ödəniş tapşırığı əsasən 1550 manat, 31 may 2023-cü il tarixli, PAM00009526 nömrəli ödəniş tapşırığı əsasən 1240 manat, 09 iyun 2023-cü il tarixli, PAM00010384 nömrəli ödəniş tapşırığı əsasən 2480 manat, 26 iyul 2023-cü il tarixli, PAM00012316 nömrəli ödəniş tapşırığı əsasən 1550 manat İddiaçı MMC-nin bank hesabından Cavabdeh Hümbət oğlunun hesabına köçürülmüşdür.
5. xx.xx.2023-cü il tarixli 059128 nömrəli təhvil-qəbul qəbzinə əsasən 684 manat, xx.xx.2023-cü il tarixli 058568 nömrəli təhvil-qəbul qəbzinə əsasən 3975 manat, xx.xx.2023-cü il tarixli 058569 nömrəli təhvil-qəbul qəbzinə əsasən 7650 manat, xx.xx.2023-cü il tarixli 074629 nömrəli təhvil-qəbul qəbzinə əsasən 585 manat, xx.xx.2023cü il tarixli ******* nömrəli təhvil-qəbul qəbzinə əsasən 702 manat, xx.xx.2023-cü il tarixli 084502 nömrəli təhvil-qəbul qəbzinə əsasən 78 manat, xx.xx.2023- cü il tarixli 084690 nömrəli təhvil-qəbul qəbzinə əsasən 680 manat, xx.xx.2023-cü il tarixli 059234 nömrəli təhvil-qəbul qəbzinə əsasən 656 manat, xx.xx.2023-cü il tarixli 059586 nömrəli təhvil-qəbul qəbzinə əsasən 270 manat, xx.xx.2023-cü il tarixli 059556 nömrəli təhvil-qəbul qəbzinə əsasən 420 manat, xx.xx.2023-cü il tarixli 074623 nömrəli təhvilqəbul qəbzinə əsasən 3870 manat, xx.xx.2023-cü il tarixli 074495 nömrəli təhvil-qəbul qəbzinə əsasən 266 manat, xx.xx.2023-cü il tarixli 075307 nömrəli təhvil-qəbul qəbzinə əsasən 1086 manat, xx.xx.2023-cü il tarixli 075310 nömrəli təhvil-qəbul qəbzinə əsasən 140 manat, xx.xx.2023cü il tarixli 075701 nömrəli təhvil-qəbul qəbzinə əsasən 1638 manat, xx.xx.2023-cü il tarixli 075482 nömrəli təhvil-qəbul qəbzinə əsasən 2615 manat, xx.xx.2023-cü il tarixli 084884 nömrəli təhvil-qəbul qəbzinə əsasən 897,60 manat, xx.xx.2023-cü il tarixli 074672 nömrəli təhvil-qəbul qəbzinə əsasən 684 manat dəyərində İddiaçı MMC tərəfindən Cavabdeh mallar təhvil vermişdir
6. xx.xx.2023-cü il tarixli 194 nömrəli malların geri qaytarılması barədə qəbzdən görünür ki, ümumilikdə 897,60 manat məbləğində mal Cavabdeh Hümbət oğlu tərəfindən İddiaçı MMC-yə geri qaytarılmışdır.
7. "P-AQRO” MMC-nin Bərdə filialının direktor müavini X5, “PAQRO" MMC-nin Bərdə filialının ərazi aqronomu X3 və “PAQRO" MMC-nin Bərdə filialının ərazi nümayəndəsi X1 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, “P- AQRO" MMC-nin Bərdə filialı ilə müqavilə bağlamış Şorəlli kənd sakini Cavabdeh 31 hektar torpaq sahəsinə baxış keçirərkən müəyyən olundu ki, O “P-AQRO" MMC-nin Bərdə filialından xəbərsiz, filiala 19074,90 manat borclu olduğu halda, filiala məxsus olan pambığı əl ilə yığdıraraq başqa bir müəsisəyə satmışdır. Baxış zamanı həmin müəsisəyə məxsus və şəxsi texnikanın (MTZ 80X DN-N ** AB ***, qoşqu ** TG ***, şəxsi istifadədə olan T-28 DN-N ** BA *** qoşqu ** TL ***) eləcədə işçi briqadasının fermerə məxsus pambıq sahəsində olduğu və əl ilə pambıq yığımı aparıldığı tərəflərindən müəyyən edildi. O, da müəyyən edildi ki, bundan əvvəl də sahədən təqribən 3 (üç) tona yaxın əl ilə pambıq yığılaraq qanunsuz olaraq başqa müəsisəyə satılmışdır. Hal-hazırda sahədə 3-4 hektara yaxın birinci yığım pambıq qalmışdır. Sahə çox alalqlı olduğu üçün bir neçə dəfə pabıq yığan kombayn ayrılsa da pambığı yığmaq mümkün olmamışdır. ** TG *** nömrəli qoşquda olan əl yığımı pambıq təhvil verilməsi üçün filialın pambıq məntəqəsinə gətirilmişdir.
8. xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən məlum olur ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.
9. Cavabdeh Hümbət oğlu tərəfindən İddiaçı MMC-nin direktoru Azər Əlizadəyə ünvanlanmış ərizədən görünür ki, şirkət tərəfindən ümumilikdə 77680 manat xərc çəkilmiş, 59536 manat məbləğində pambıq təhvil verilmiş və 18143 manat borc yaranmışdır. 6 ha torpaq sahəsindən pambıq yığılmamış, səbəb olaraq alağın olması göstərilmişdir.Buna görə də 6 ha sahəsdən pambığın yığılmamasını nəzərə alıb, onun şirkətə olan borcuna köməklik edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 18113,39 manat məbləğində borcun, 1800,00 manat cərimənin, 5000,00 manat maddi ziyanın və 164,74 manat dövlət rüsumunun, cəmi 25078,13 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 05/23- 149 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Cəyirli, Güloğlular kəndi ərazisində 31,00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 77680,00 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 110,00 manat məbləğində çöp doğrama, 1550,00 manat məbləğində şum, 767,00 manat məbləğində rotasion mala, 112,00 manat məbləğində kanal çəkmə, 510,00 manat məbləğində çiyid səpini, 828,00 manat məbləğində kultivasiya, 2565,00 manat məbləğində gübrə kultivasiya, 6784,00 manat məbləğində dərman səpini, 6540,00 manat məbləğində pambığın maşınla yığımı, 600,00 manat məbləğindətirə vurma, 30885,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 22424,00 manat məbləğində dərman və gübrə, 3975,00 manat məbləğindəlifsiz çiyid, ümumilikdə, 77650,00 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 74975,74 kq 59536,61 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 18113,39 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaiməvə ödəmətapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən satıcının istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikaları ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini “Alıcı”ya ödəmək üçün yetişdirdiyi yüksək keyfiyyətli xam pambığın son məhsulunadək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş, “Xam pambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq olaraq “Alıcı”yatəhvil verir. Təhvil verilən xam pambığın dəyəri “Alıcı”dan alınan avans məbləğinin dəyərindən az olarasa, o zaman “Alıcı”ya həmin yaranan borcu ödəyir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən göstərilən servis xidmətlərinin, nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə “Alıcı” ya cərimə ödəyir. Cavabdeh xx.xx.2023-cü il tarixdən borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə,Cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 1800,00 manat məbləğində cərimə tətbiq edilməlidir. Cavabdeh İddiaçı MMC-yə borcu olduğu halda xx.xx.2023-cü il tarixdə torpaq sahəsinə baxış keçirilərkən filiala xəbər vermədən, fəhlə qüvvəsindən istifadə etməklə, xam pambığı əl ilə yığdıraraq başqa müəssisəyə satmiş, sahədə başqa müəssisəyə məxsus MTZ 80X DN-N 09 AB 12 nömrəli traktor və həmin traktora bitişik olan ** TG *** və ** TL *** nömrəli qoşqunun sahədə pambıq yığılaraq daşındığı müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilərək filialın direktor müavini X5, filialın ərazi aqronomu X3 və Bərdə filialının ərazi nümayəndəsi X1 tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.6-cı maddəsinə əsasən müqavilə üzrə əkilmiş sahədə yetişdirilmiş xam-pambığın “Satıcı” tərəfindən “Alıcı”ya təhvil verilməməsi aşkar olunarsa, “Satıcı” ”Alıcı” ya çəkilən xərcin 3 (üç) misli həcmində cərimə ödəyir. İddiaçı MMC tərəfindən cavabdehə təsərrüfat mövsümündə 77680,00 manat məbləğində xərc çəkilməklə, xam pambığı digər şirkətə təhvil verdiyi müəyyən edildiyindən, barəsində 5000,00 manat məbləğində cərimə tətbiq edilməlidir.
12. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-681/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli 05/23-149 nömrəli “xam pambığın alğı-satqı müqaviləsi”nə əsasən 18113,39 manat əsas borc, 905,66 manat cərimə borcu olmaqla, cəmi 19019,05 (on doqquz min on doqquz manat beş qəpik) manat pulun Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147,06 (bir yüz qırx yeddi manat altı qəpik) manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 17,68 (on yeddi manat altmış səkkiz qəpik) manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, iddiaçı tərəfindən ümumilikdə 77650 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmiş, həmin məbləğdən 59536,61 manat təhvil verilmiş xam-pambığın dəyəri çıxılmış və 18113,39 manat borc yaranmışdır. Cavabdeh da həmçinin məhkəmə iclasında verdiyi izahatında 18113,39 manat borc məbləği ilə razı olduğunu bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1800 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (penya) azaldılaraq 905,66 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.
14. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbi ekspertiza rəyi ilə dəstəklənmədiyi üçün rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın əsas borc hissəsini qəbul etməyi kəlməsi yanlış şərh edilmiş, o, “iddianı qəbul edirəm” ifadəsinin hüquqi mahiyyətini tam anlamamış, nəzərdə tutduğu iddia tələbi ilə bağlı razılıq deyil, iddiaçı ilə arasında həqiqətən müqavilənin mövcudluğunun təsdiqinə yönəlik söz kimi tərəfindən bəyan olunmuşdur. Məhkəmənin bu məsələni onun iddianı etiraf etməsi kimi qəbul etməsi işin ona qarşı olan mahiyyətinə ziddir. Onun ifadəsində yer verdiyi xüsusatlar da onu deməyə əsas verir ki, iddianın etirafından söhbət gedə bilməz, sadəcə iddiaçı ilə arasında həqiqətən müqavilənin mövcudluğunun təsdiqinə vurğu etməyindən bəhs oluna bilər. O, iddiaçının pul tələbi iddasında irəli sürdüyü tələbdəki faizlərlə razılaşmır. Belə ki, pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla ifadə olunan heç bir hərəkət və hərəkətsizliyə yol verməmişdir. Məhkəmənin son iclasları haqqında heç bir sms və rəsmi poçt bildirişi əldə etməmişdir. Məhkəmə sonrakı iclaslarda da onun iştirakını təmin etməli idi. Ancaq məhkəmə işin sonrakı məhkəmə iclaslarında onun iştirakını təmin etməməklə müqaviləyə dair faiz və dəbbə puluna dair etirazını səsləndirmək və iş üzrə ekspertiza təyin olunması hüququndan onu məhrum etmişdir. Məhkəmə tək tərəfli işə baxaraq, iştirakını təmin etmədən, bununla da mövqeyinə dair dəlillərə sahib olmadan obeyktiv olmayan qətnamə çıxarmışdır. Məhkəmə prosesi zamanı hüquqlarının, o cümlədən sübutların təqdim olunması, məhkəmə iclaslarında olmaq hüququ və adekvat nümayəndəlik hüquqlarının tam hüquqlu müdafiəsi təmin edilməmişdir. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, guya o rəsmi bildiriş almışdır. Amma bunu təsdiq edən sübutu məhkəmə öz qətnaməsində göstərməmişdir. Məhkəmə işə birtərəfli qaydada, onun məhkəmə müdafiə hüququnu pozmaqla baxmış və iddiaçının şəxsi mülahzələri əsasında mülki işin həlli üçün özünün obeyktiv olmayan daxili inamı ilə hərkət etmişdir. Bundan başqa məhkəmə fors major hallarla bağlı ekspertiza təyini üçün qərardad qəbul edilməli idi. Çünki məhkəmə işin ədalətli həlli üçün ekspertiza ilə bağlı qərar qəbulunu zəruri bilməli idi. Hər bir halda müqavilədən irəli gələn tələblər üzrə yaranan mübahisələrdə tərəflərin iradəsindən asılı olmayan vəziyyət vardırsa, məhkəmə həmin vəziyyət üçün ekspertiza təyin etməkdən imtina etməli deyildi. Habelə iddiaçı ilə arasında müqavilə münasibətlərinin olduğuna dair heç bir dəlil -borc müqaviləsi, qəbz və ya vəsaitin köçürülməsini təsdiq edən digər sənədlər təqdim edilməmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.
16. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında bağlanmış müqavilədə tərəflərin hüquq və vəzifələri dəqiq müəyyən olunmuş, həmin müqavilədə alağın təmizlənməsi iddiaçıya aid edilməmişdir. Digər işlər üzrə cavabdeh tərəfindən müraciət olunmuş və müqavilə üzrə öhdəliklərini tam icra etsələr də , cavabdeh icra etməmiş borcunu tam ödəməmişdir. Bundan başqa iddiaçıya təqdim etdiyi ərizədə də cavabdeh borcunu etiraf etmiş, ona köməklik olunmasını xahiş etmişdir.
18. Cavabdeh məhkəməyə ərizə göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə baxışının başqa tarixə təxirə salınmasını xahiş etmişdir.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, təqdim olunan ərizəyə səhhəti ilə bağlı hər hansı bir sənəd əlavə edilmədiyindən ərizənin nəzərə alınmamasını, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarı: «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası işin hallarına dair məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. İşin halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh Hümbət oğlu arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli, 05/23-149 nömrəli müqaviləyə əsasən, İddiaçı MMC-nin Bərdə filialı tərəfindən Bərdə rayonu, Cəyirli, Güloğlular kəndində yerləşən 31 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh Hümbət oğlu öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 18113,39 manat borcu yaranmışdır.
25. Həmçinin müqavilənin 2.2.3-cü bəndinə əsasən, cavabdehin yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i həcmində, 10%-dən artıq olmamaq şərtilə, cərimə ödəməsi; 2.2.6-cı bəndinə əsasən isə müqavilə üzrə əkilmiş sahədə yetişdirilmiş xam pambığın satıcı tərəfindən alıcıya təhvil verilməməsi aşkar olunarsa, satıcının alıcıya çəkilən xərcin 3 misli həcmində cərimə ödəməsi müəyyən olunmuşdur.
26. İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən xeyrinə 18113,39 manat məbləğində borcun, 1800,00 manat cərimənin, 5000,00 manat maddi ziyanın və 164,74 manat dövlət rüsumunun, cəmi 25078,13 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul etməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək 04 noyabr 2022-ci il tarixli 05/23-149 nömrəli “xam pambığın alğısatqı müqaviləsi”nə əsasən 18113,39 manat əsas borc, 905,66 manat cərimə borcu olmaqla, cəmi 19019,05 (on doqquz min on doqquz manat beş qəpik) manat pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
27. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və iddia tələbinin müqavilə üzrə 18113,39 manat məbləğində qalıq borcun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsidir və mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən təhlil edilməlidir.
28. Belə ki, həmin maddəyə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 77650 manat dəyərində cavabdehə işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmiş, həmin məbləğdən 59536,61 manat təhvil verilmiş xam-pambığın dəyəri çıxılmış və 18113,39 manat borc yaranmışdır.
30. Cavabdehdə istər birinci instansiya məhkəməsində verdiyi izahatında, istərsə də apellyasiya şikayətinin dəillərində iddiaçı tərəfindən işlərin görülməsini təsdiq etmiş, aralarında müqavlə və ya digər sənədlərin olmadığını qeyd etsə də, işdə olan sübutlarla şikayətin qeyd olunan dəlili təkzib edilmişdir.
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
32. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri birinci instansiya məhkəməsində icraat zamanı iddianın alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması ilə bağlı hissəsini qəbul etməməsi, “iddianı qəbul edirəm” ifadəsinin mənasını anlamaması ilə əlaqədardır. Buna hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin həmin hissədə əsaslı olması yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapır.
33. Bundan başqa xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh pulun ona verildiyini (8:25 dəq.), «Bəli borcla razıyam, pulu veriblər mən də xərcləmişəm sahəyə, faiz məbləği ilə qəti razı deyiləm» (12:01 dəq) kimi izahatlar vermişdir.
34. Göründüyü kimi cavabdeh məhkəmə iclası zamanı sərbəst izahat verərək borcun olmasını etiraf etmiş, yalnız cərimə ilə razılaşmadığını, torpaq sahəsini alaq basdığından kifayət qədər məhsul yığıla bilmədiyini qeyd etmişdir.
35. Bununla yanaşı, iddiaçı məhkəmə iclasında verdiyi izahatının düzgün qeyd edilməməsinə dair qənaətə gəlsə də, buna dair MPM-in 272.5 maddəsinə əsasən iş üçün əhəmiyyətli hesab etdiyi hallar barədə məlumatların protokolda qeyd edilməsinə dair vəsatətlə müraciət etməmişdir.
36. Bundan başqa, iş materiallarında olan Cavabdeh Hümbət oğlu tərəfindən İddiaçı MMC-nin direktoru Azər Əlizadəyə ünvanlanmış ərizədən görünür ki, şirkət tərəfindən ümumilikdə 77680 manat xərc çəkilmiş, 59536 manat məbləğində pambıq təhvil verilmiş və 18143 manat borc yaranmışdır. 6 ha torpaq sahəsindən pambıq yığılmamış, səbəb olaraq alağın olması göstərilmişdir. Buna görə də, 6 ha sahəsdən pambığın yığılmamasını nəzərə alıb, onun şirkətə olan borcuna köməklik edilməsini xahiş etmişdir.
37. Qeyd olunan ərizə də nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayətinin dəlillərində cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, tələb olunan əsas borc məbləğinin cavabdeh tərəfindən ödənilməməsi iş materialları ilə tam sübut olunmuşdur.
38. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
39. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
40. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
41. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
42. Lakin, hazırki halda cavabdeh bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində qismən haqlı olmuşdur.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”.
44. Bununla yanaşı "P-AQRO” MMC-nin Bərdə filialının direktor müavini X5, “PAQRO" MMC-nin Bərdə filialının ərazi aqronomu X3 və “PAQRO" MMC-nin Bərdə filialının ərazi nümayəndəsi X1 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, “P-AQRO" MMC-nin Bərdə filialı ilə müqavilə bağlamış Şorəlli kənd sakini Cavabdeh 31 hektar torpaq sahəsinə baxış keçirərkən müəyyən olundu ki, O “P-AQRO" MMC-nin Bərdə filialından xəbərsiz, filiala 19074,90 manat borclu olduğu halda, filiala məxsus olan pambığı əl ilə yığdıraraq başqa bir müəsisəyə satmışdır. Baxış zamanı həmin müəsisəyə məxsus və şəxsi texnikanın (MTZ 80X DN-N ** AB ***, qoşqu ** TG ***, şəxsi istifadədə olan T-28 DN-N ** BA *** qoşqu ** TL ***) eləcədə işçi briqadasının fermerə məxsus pambıq sahəsində olduğu və əl ilə pambıq yığımı aparıldığı tərəflərindən müəyyən edildi. O, da müəyyən edildi ki, bundan əvvəl də sahədən təqribən 3 (üç) tona yaxın əl ilə pambıq yığılaraq qanunsuz olaraq başqa müəsisəyə satılmışdır. Hal-hazırda sahədə 3-4 hektara yaxın birinci yığım pambıq qalmışdır. Sahə çox alalqlı olduğu üçün bir neçə dəfə pabıq yığan kombayn ayrılsa da pambığı yığmaq mümkün olmamışdır. ** TG *** nömrəli qoşquda olan əl yığımı pambıq təhvil verilməsi üçün filialın pambıq məntəqəsinə gətirilmişdir.
45. Qeyd olunan xüsusatda birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının kombaynı 6 ha əraziyə daxil ola bilmədiyindən həmin ərazidə olan məhsulun torpaq sahəsinin mülkiyyətçisi tərəfindən yerdən yığıldığını bildirmişdir/
46. Apellyasiya şikayətinin digər dəlili birinci instansiya məhkəməsində sonuncu məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə cavabdehə məlumat verilməməsi, bu səbəbdən çəkişmə prinsipinə əməl edilmədən yekun məhkəmə aktının qəbul edilməsi və faiz borcunun yüksək olması ilə əlaqədardır.
47. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasının sonunda cavabdehə növbəti məhkəmə iclasının keçiriləcəyi tarix barədə bildiriş təqdim olunmuş, sonuncu bu barədə məhkəmə bildirişinin kötüyünə imza etmişdir (iş.v. 146).
48. Fazin yüksək hesablanması ilə bağlı dəlilə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, 04 noyabr 2022-ci il tarixli, 05/23-149 nömrəli müqavilənin 2.2.3-cü bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i həcmində, 10%-dən artıq olmamaq şərtilə, cərimə ödəməlidir.
49. Birinci instansiya məhkəməsi qeyd olunan hissədə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, 1800 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksək olduğundan dəbbə pulunun (penya) azaldılaraq 905,66 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası bu hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
50. Beləliklə apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
qətetdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-681/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Müşfiq Məmmədov