Məhkəmə qərarları › İş №2-2(104)-17/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-17/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-17/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 181/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-181/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 may 2021-ci il tarixli 21/20 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 31821 manat 25 qəpik borc, 500 manat cərimə olmaqla cəmi 32321 (otuz iki min üç yüz iyirmi bir) manat 25 (iyirmi beş) qəpik pul, 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, Cavabdeh 186 (bir yüz səksən altı) manat 96 (doxsan altı) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, Gəncə Коmmеrsiyа Məhkəməsinin 09 аprеl 2024-cü iltаriхli, е-2-2(115)-181/2024 nömrəli qətnаməsinin ləğv еdilməsinə və iddiа tələbinin təmin еdilməməsinə dаir yеni qətnаmə çıхаrılmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Коmmеrsiyа Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21/20 nömrəli alğı-satqı müqaviləsinə əsasən 31821,25 manat məbləğində əsas borcun, 3200 manat dəbbə pulunun, 200 manat mediasiya xərci olmaqla, cəmi 35221,25 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2016-cı ildə təsis edilmişdir. İddiaçı MMC mineral gübrə və pestisidlərin, o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. İddiaçı MMC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21/20 nömrəli alğı-satqı müqaviləsinə və elektron qaimə fakturaya əsasən cavabdehə ümumilikdə 31821,25 manat məbləğində mal təhvil verilmişdir. Qeyd olunan mallar tərəflər arasında formalaşan işgüzar adətlər, praktika və qanunvericiliyin tələbi üzrə xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 761538 nömrəli elektron qaimə faktura üzrə - 17452.75 manat, xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 939309 nömrəli elektron qaimə faktura üzrə - 2250 manat, xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 117135 nömrəli elektron qaimə faktura üzrə - 12118.50 manat məbləğində - təhvil verilmişdir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixində AG-13/22 nömrəli pretenziya məktubı göndərilmiş və borcun ödənilməsi üçün ona müvafiq müddət təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan borc məbləğindən bu günədək heç bir ödəniş edilməmişdir. Bundan başqa cavabdeh tərəfə göndərilən pretenziyaya heç bir rəsmi etirazı da olmamışdır. Bu Müqavilənin 3.1.5-ci bəndinə əsasən alıcıya keyfiyyətli və istismara yararlı malları satmaq və həmin mallar haqqında alıcını zəruri və düzgün məlumatlarla təmin etmək satıcının vəzifəsidir. Həmin müqavilənin 3.4.3-cü maddəsinə əsasən ödənişləri vaxtında həyata keçirmək alıcının əsas vəzifəsidir. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməsi halnda “Satıcı” “Alıcı”dan hər gecikdirilən gün üçün Müqavilənin ümumi dəyərinin 0.1%-i miqdarında cərimə tələb edə bilər. Müqavilənin bu bəndinə əsasən gecikdirilmiş məbləğ üçün cərimə 3200 manat təşkil edir. Beləliklə, cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh iddiaçıya ödəməli olduğu borc məbləğinin həcmi 35021,25 təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, məhкəmə qеyd оlunаn mаddi hüquq nоrmаlаrınа istinаd еtsə də düzgün nəticəyə gəlməmişdir. Bеlə кi, məhкəmənin istinаd еtdiyi müqаvilə Bаyrаmоv Sərdаr Hümbət оğlu tərəfindən imzаlаnmаmış və icrа еdilməmişdir. İş mаtеriаllаrındа qеyd оlunаn mаllаrın qəbul еdilməsi акtı ilə еlекtrоn qаimələrin tаriхləri qаrşılıqlı tədqiq еdilməli оlduğu təqdirdə bu tədqiq еdilməmişdir. Onа görə ki, iddiаçı bu sübutu məhкəməyə təqdim еtməkdən yаyınır. Qеyd оlunаn mаllаrın hеç biri Bаyrаmоv Sərdаr Hümbət оğlu tərəfindən qəbul еdilməmişdir. О, cümlədən onun fəаliyyəti оlmаdığındаn sаhibкаr оlаrаq fəаliyyəti dаyаndırılmışdır. Bеlə оlаn hаldа onun iddiаçıdаn mаl аlmаğı mümкün dеyil. Göstərilənlər оnu dеməyə əsаsə vеrir кi, onunla iddаçı аrаsındа hеç bir qаrşılıqlı аlqı-sаtqı müqаviləsi bаğlаnmаmış və irаdə ifаdəsi оlаrаq hər hаnsı mаlın аlınmаsı həyаtа кеçirilməmiş, iddiаçı ilə аrаlarında hеç bir öhdəliк münаsibəti yаrаnmаmış, hеç bir nisyə mаl аlınmаmışdır. Qеyd оlunаn istiхаnа Bаyrаmоv Sərdаr Hümbət оğlu tərəfindən Кərimzаdə Nizаmiyə şifаhi əqd əsаsındа icаrəyə vеrilmiş və həmin istiхаnа оnun tərəfindən istifаdə еdilmişdir. Məhкəmədə Кərimzаdə Nizаminin cəlb еdilərəк dindirilməsi məhкəmədən xаhiş еdilsə də sonuncunun iştirakı təmin edilməmiş, mаddi hüquq nоrmаlаrının tətbiqində səhvə yоl vеrilməsi ilə nəticələnmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 may 2021-ci il tarixli 21/20 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC alıcı Cavabdeh bu müqavilənin əlavələrində (qiymət razılaşdırılma protokolu) qeyd olunmuş məhsulla tərəflər arasında müəyyən edilmiş müddətdə təmin etməyi, alıcı isə həmin malı qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materillarında olan xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 17452,75 manat xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 2250 manat, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 12118,50 manat dəyərində malların İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilməsi barədə elektron qaimələr ötürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh işlərin aparılması ilə bağlı X3 etibarnamə vermişdir. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4/1500 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 154-159-cu vərəqələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh adlarından olan 16 may 2021-ci il tarixli 21/20 saylı alqı-satqı müqaviləsinin sonunda “Direktor: Cavabdeh” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 154-159-cu vərəqələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh adlarından olan 16 may 2021-ci il tarixli 21/20 saylı alqı-satqı müqaviləsinin sonunda “Direktor: Cavabdeh” qrafasındakı imzada - oxşadılmaqla icra olunması əlamətləri müşahidə olunmadı. Ekspertiza tədqiqatının dəyəri 133 manat təşkil edir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 16 may 2021-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı "xxxx" MMC alıcı Cavabdeh məhsulla təmin etməyi, alıcı isə həmin malı qəbul edib malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, məhsulları cavabdehə vermiş, cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, aldığı məhsulun pulunu ödəməmiş və onun iddiaçıya 31821 manat 25 qəpik borcu yaranmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim edilən malların Cavabdeh deyil, sonuncunun etibarnamə verdiyi və icarə müqaviləsi bağladığı, Cavabdeh məxsus istixananı idarə edən və bütün işlərin görülməsi həvalə edilmiş X4 tərəfindən təhvil alındığını, malın pulunu ödəmək vəzifəsinin də X3 aid olduğunu bildirməklə iddia üzrə cavabdehliyi X2 daşıdığını qeyd etmişdir. Məhkəmə bildirir ki, alqı-satqı müaviləsi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış, satıcı malları xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimələrə əsasən Cavabdeh təhvil verilmiş, ötürülən həmin elektron qaimələr cavabdeh tərəfindən qəbul edilərək təsdiq edilmişdir. Bundan başqa cavabdehin nümayəndəsi izahatında iddiaçı tərəfindən göndərilən malların cavabdehə məxsus olan Bakı şəhərində yerləşən istixanaya verildiyini qeyd etmişdir. Malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi işdə olan sənədlər və tərəflərin izahatı ilə təsdiq edilir. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdehin nümayəndəsi cavabdehə məxsus istixananı icarə müqaviləsi əsasında işlədən şəxs tərəfindən malların təhvil alındığını, onun cavabdehlik daşıdığını göstərsə də məhkəməyə bununla bağlı hər hansı sənəd təqdim etməmişdir. Məhkəməyə təqdim edilən etibarnamə isə cavabdehin adından müəyyən işlərin görülməsi ilə bağlıdır ki, həmin etibarnamə malların təhvil verilməsindən sonra verilmişdir. Cavabdeh isə istixananı X3 verilməmişdən qabaq cavabdehin özü tərəfindən işlədildiyini və iddiaçının verdiyi malların istixanada olduğunu bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir, etibarnamə malların verilməsi ilə eyni vaxtda verilmiş olsaydı belə etibarnamə əsasında işlərin görülməsi həvalə edilmiş şəxsin malları təhvil alması müqavilə üzrə alıcını malın pulunu ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması satıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, satıcı malları verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 3200 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 31821 manat 25 qəpik əsas borc, 500 manat cərimə borcu olmaqla, cəmi 32321 manat 25 qəpik məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin alqı-satqı müqaviləsi ilə bağlı gəldiyi nəticə o halda doğru olardı ki, bağlanmış müqavilə tərəflərin iradəsinə və qanunvericiliyin tələblərinə uyğun olsun. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qanunvericiliyin istinad olunan normalarının məzmunundan göründüyü kimi müqavilə mülki hüquq və vəzifələrin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. İş materiallarındakı müqavilə yazılı qaydada bağlandığına görə tərəflərin imzası ilə təsdiq olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının istinad etdiyi alqı-satqı müqaviləsi yazılı qaydada bağlanmış olsa da, həmin müqavilədə alıcı qrafasındakı imzalar Cavabdeh məxsus deyildir. Göründüyü kimi iddiaçı tərəfindən onunla Cavabdeh arasında bağlanmıs 16 may 2021-ci il tarixli Alqı-Satqı müqaviləsi mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına uyğun deyildir. Beləliklə də, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin öhdəliyinin yaranması üçün əsas kimi göstərilən 16 may 2021-ci il tarixli Alqı-Satqı müqaviləsi cavabdeh tərəfindən imza edilməmişdir. Borc tələbi isə müqavilə üzrə yaranan öhdəlikdir. Həmin müqavilədəki “Alıcı” qrafalarındakı imzalar cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi müqavilədə, cavabdehin imzasının olmaması isə o deməkdir ki, həmin tələb üzrə cavabdehin öhdəliyi yaranmamışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 may 2021-ci il tarixli 21/20 saylı alqı-satqı müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, “Satıcı” tərəflər arasında razılaşdırılmış müddətlərdə malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə görə “satıcı” malın təhvil verilməsini tərəflərin hər ikisinin imzaladığı təhvil-təslim aktı ilə rəsmiləşdirir. Mallar “Alıcı”nın nümayəndəsi tərəfindən vizual yoxlanıldrqdan və təsdiq olunduqdan sonra imzalanmış Təhvil-Təslim aktı əsasında çatdırılmış və ilkin olaraq təhvil alınmış hesab edilir. Alıcı təsdiqlənmiş sifariş üzrə təqdim edilən Məhsullanrı təhvil almağı, təhvil alan zaman qablaşdırılmaların vəziyyətini, bağlamaların sayını və tamlığını vizual (göz ilə) yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya malın təhvil-təslim edilməsinə dair aktların məhkəməyə təqdim edilməsi rəsmi olaraq təklif edilsə də (məktub göndərilməklə), iddiaçı tərəf malların həqiqətən də cavabdehə təqdim edildiyini təsdiq edən təhvil-təslim aktlarını, həmçinin həmin xüsusatı təsdiq edən digər hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi iddiaçı iddia ərizəsində göstərdiyi 31821,25 manat məbləğində malın müqavilə şərtlərinə uyğun olaraq cavabdehə həqiqətən də təhvil verildiyini sübuta yetirə bilməmişdir. Belə olan halda Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 16 may 2021ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mallar alması öz təsdiqini tapmadığından iddia tələbi təmin edilməməli, iş üzrə 133,0 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasınıən MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-181/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 133 (bir yüz otuz üç) manat ekspertiza xərci iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi”, X1, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar