Məhkəmə qərarları › İş №2-2(104)-171/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-171/2025

06.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-171/2025 06.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı əmlak tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədova Günel Zakir qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə, “əmlak tələbinə" dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-3/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddiaçı və Cavabdeh arasında bağlanmış 01 mart 2017-ci il tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqaviləyə əsasən, tərəflər mülkiyyət, istifadə, icarə, sahibkarlıq fəaliyyətindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etmək yolu ilə birgə faydalanmaq məqsədilə və məhsuldar fəaliyyət göstərmək üçün birgə fəaliyyət qərarına gəlmişlər və birgə fəaliyyət göstərməklə birlikdə mənfəət əldə etmək məqsədi ilə "xxxx" MMC adlı hüquqi şəxs təsis edib, dövlət qeydiyyatından keçirməklə, həmin hüquqi şəxsi idarə etmək üçün öz qüvvələrini birləşdirməyi öhdələrinə götürmüşlər.

2. İddiaçı və “X2 X1 sanaye və Ticaret LTD” Şirkəti arasında bağlanmış 30 mart 2017-ci il tarixli, 1 nömrəli müqaviləyə əsasən, tərəflər ünvan 1 ünvanında yerləşən ərazidə İddiaçı mülkiyyətində olan Əmlak Kompleksinin bazası əsasında birgə mebel istehsal sahəsi yaradılmasına dair razılaşmışlar.

3. Müqavilənin 1.2-ci bəndinə əsasən, birinci təsisçi olaraq fərdi qaydada fəaliyyət göstərən sahibkar İddiaçı investisiya olaraq onun mülkiyyətində olan 1,844 ha torpaq sahəsində, ünvan 2 ünvanında yerləşən dəyəri ******* manat olan Əmlak Kompleksini investisiya olaraq qoymağı, ikinci təsisçi “X2 X1 sanaye və Ticaret LTD” Şirkəti isə ümumi dəyəri 650450 ABŞ dolları olan texnoloji avadanlığı (1 saylı əlavə) investisiya olaraq, mebel istehsal etmək məqsədi ilə yaradılmış həmin ünvanda yerləşən birgə mebel istehsal sahəsinə göndərməyi öhdəsinə götürmüşdür.

4. 19 aprel 2017-ci il tarixli İN/İTS-53/2017 nömrəli “İnvestisiya təşviqi sənədi” və xx.xx.2017-ci il tarixli İN/TS-295/2017 nömrəli, xx.xx.2017-ci il tarixli İN/TS-329/2017, xx.xx.2017-ci il tarixli İN/TS-464/2017, xx.xx.2017-ci il tarixli İN/TS-549/2017, xx.xx.2017-ci il tarixli İN/TS-778/2017 nömrəli təsdiqedici sənədlərə əsasən, İddiaçı ünvan 3 ünvanında mebel istehsalı sahəsində investisiyaya görə avadanlıqların və qurğuların ölkəyə idxalı ilə əlaqədar vergi və gömrük güzəştlərindən istifadə hüququ verilmişdir.

5. xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli gömrük bəyannamələrinə əsasən, “X3 X1 Sanaye və Ticarət LTD” Şirkəti tərəfindən göndərilmiş avadanlıqlar -1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı, 1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı "NET MAK 2000 markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinası İddiaçı tərəfindən qəbul edilmişdir.

6. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixli qərarına əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə nizamnamə kapitalı 2 200 000 manat olan "xxxx" MMC yaradılmışdır.

7. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışa əsasən, "xxxx" MMC 12 dekabr 2017-ci il tarixində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalın 50 faizi Cavabdeh, 50 faizi isə İddiaçı məxsusdur.

8. "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının 02 avqust 2020-ci il tarixli qərarına əsasən, cəmiyyətin nizamnamə kapitalı azaldılaraq 100 (bir yüz) manat həcmində pul şəklində - İddiaçı – 50 manat, 50 pay pul şəklində, Cavabdeh 50 manat, 50 pay pul şəklində müəyyən edilmişdir.

9. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin verdiyi çıxarışa əsasən, "xxxx" MMC 20 avqust 2020-ci il tarixində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalının 50 faizi Cavabdeh, 50 faizi isə İddiaçı məxsusdur.

10. "xxxx" MMC-nin direktoru Cavabdeh və İddiaçı tərəfindən imzalanmış 15 sentyabr 2020-ci il tarixli təhvil aktına əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Gəncə şəhəri, Kəpəz rayonu, X4 küçəsi 72 ünvanında yerləşən birinci təsisçinin mülkiyyətində olan ümumi 17883 ha torpaq sahəsinin 1.24 ha hissəsi və həmin hissənin üzərində yerləşən ümumi sahəsi 2136 kv.m olan qeyri-yaşayış binası (anbar binası) "xxxx" MMC-yə təhvil verilmişdir.

11. "xxxx" MMC və Cavabdeh tərəfindən imzalanmış təhvil aktının əlavəsinə əsasən, 1 mart 2017-ci il tarixli birgə (ortqalıq) fəaliyyəti haqqında müqavilənin icrası ilə əlaqədar olaraq, 3 ədəd kəsən və doğrayan dəzgah, 6 ədəd boya pompası, 6 ədəd toz tutan aparat, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 150 ədəd konveer-L 300, 2 ədəd fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgahı, 1 ədəd Uİ boya dəzgahı, 1 ədəd fincanlı figur açan CNC dəzgah, 1 ədəd avtomatik son qat boya vuran dəzgah, 1 ədəd çoxlu deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı, 1 ədəd yatar dairə makinası, 3 ədəd serit testere makinası, 1 ədəd serit sileme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd dörtləmə makinası, 1 ədəd ahşap kofya makinası, 1 ədəd balon zimparası, 1ədəd ahşap freze makinası, 1 ədəd deg drive küçük balon zimpara makinası, 2 ədəd rulanya makinası, 1 ədəd menteşe delik delme makinası, 1 ədəd tek kafa delik delme makinası, 1 ədəd yatar dairə makinası, 1 ədəd freze yatar makinası, 2 ədəd kompressor, 2 ədəd manual transpalet, 1 ədəd manual tek kafa delik makinasını "xxxx" MMC Cavabdeh təhvil almışdır.

12. "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarına əsasən, Cavabdeh cəmiyyətin nizamnamə kapitalına əlavə maya qoyuluşu barədə ərizəsi qəbul edilərək ona məxsus 820.000 manat dəyərində dəzgah və avadanlıqlar cəmiyyətin nizamnamə kapitalına qoyulmuş, təsisçilərin nizamnamə kapitalındakı payları İddiaçı – 50 manat pul şəklində, 820 000.00 əmlak şəklində, 50 pay, Cavabdeh 50 manat pul şəklində, 820 000.00 əmlak şəklində, 50 pay müəyyən edilmişdir.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli 103 nömrəli sərəncamına əsasən, fərdi sahibkar İddiaçı verilmiş 19 aprel 2017-ci il tarixli İN/İTS-53/2017 nömrəli investisiya təşviqi sənədi və bu sənəd əsasında sahibkara təqdim olunmuş xx.xx.2017-ci il tarixli İN/TS-295/2017 nömrəli, xx.xx.2017-ci il tarixli İN/TS- 329/2017, xx.xx.2017-ci il tarixli İN/TS-464/2017, xx.xx.2017-ci il tarixli İN/TS-549/2017, xx.xx.2017-ci il tarixli İN/TS-778/2017 nömrəli təsdiqedici sənədlər ləğv edilmişdir.

14. Gəncə Kommersiya Məhkəməsinn xx.xx.2021-ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsi ilə 01 mart 2017-ci il tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilə ləğv edilmiş, qətnamənin həmin hissəsi qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsində icraat:

15. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı, 1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı "NET MAK 2000 markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinasının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ildə iddiaçı Cavabdeh ilə şərikli mebel istehsalı fəaliyyəti göstərmək qərarına gəlmiş, bu məqsədlə Cavabdeh rəhbəri olduğu X3 X1 Sanaye və Ticarət LTD Şirkəti ilə aralarında xx.xx.2017-ci il tarixli 1 nömrəli müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən o, özünə məxsus Gəncə şəhəri, X4 küçəsi, 72 A saylı ünvanda yerləşən əmlak kompleksini qarşı tərəf isə mebel istehsalı avadanlıqlarını birgə fəaliyyət üçün ayırmalı, birgə istehsal sahəsi yaradılmalı və birgə istehsalın həyata keçirilməsi məqsədilə invetisiya təşviqi sənədi alınmalı idi. xx.xx.2017-ci il tarixli 1 nömrəli müqaviləyə uyğun olaraq 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı "NET MAK” 2000 markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinası X3 X1 Sanaye və ticarət LTD Şirkəti tərəfindən ona göndərilmiş və adıçəkilən dəzgah və avadanlıqlar 2017 aprel-2017 noyabr tarixlərində Azərbaycan Respublikasına idxal edilmişdir. Eyni zamanda o, müqavilə şərtlərini icra edərək investisiya təşviqi sənədinin alınması üçün İqtisadiyyat Nazirliyinə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2017-ci il tarixli İnvestsiya təşviqi sənədi verilmiş və dəzgah və avadanlıqlar xx.xx.2017-ci il tarixli İnvestsiya təşviqi sənədinə uyğun olaraq alınmış xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli təsdiqedici sənədlər əsasında heç bir vergi və gömrük rüsumu ödənilmədən Azərbaycan Respublikasına idxal edilmişdir. Lakin dəzgahlar tam olaraq Azərbaycan Respublikasına idxal edildikdən sonra cavabdeh 30 mart 2017-ci il tarixli müqaviləni pozaraq və Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınmasını bəhanə edərək ortaq şirkət yaradılmasını təkid etmişdir. Eləcə də, onu aldadaraq bildirmişdir ki, təşviq sənədi aidiyyəti qaydada yeni yaradılmış müəssisəyə keçiriləcəkdir. Daha sonra cavabdehin tələb və təkidilə paylar 50 faiz olmaqla cavabdehin və onun ortaq təsisçiliyi ilə xx.xx.2020-ci il tarixdə "xxxx" MMC yaradılmış və cavabdeh həmin müəssisənin direktoru təyin olunmuşdur. Yuxarıda göstərilən dəzgahlar cavabdehin adınıdan "xxxx" MMC-nin nizamnamə kapitalına pay şəkilində qoyulmuşdur. Bundan sonra cavabdeh ona qarşı Gəncə Kommerisya Məhkəməsinə iddia qaldıraraq sözügedən dəzgah və avadanlıqların bu mümkün olmadıqda isə onların dəyərinin ödənilməsi ilə bağlı iddia qaldırmışdır. Hazırda isə cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli İnvestsiya təşviqi sənədinə uyğun olaraq alınmış xx.xx.2017-ci il tarixli, xx.xx.2017- ci il tarixli, xx.xx.2017-ci il tarixli xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli Təsdiqedici sənədlərin ləğv edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət olunmuşdur. Beləliklə, cavabdeh bir daha sübut etmiş olur ki, onun niyyəti birgə istehsal fəaliyyəti ilə məşğul olmaq olmamış, onun adına alınmış təsdiqedici sənədlər əsasında gömrük rüsumlarından və vergi ödənişlərindən azad şəkildə Azərbaycan Respublikasına gətirilmiş dəzgahlara rahat şəkildə sahiblənmək olmuşdur. Cavabdehin onu dəfələrlə aldatmağına, onunla ədavət apardığına, müxtəlif instansiyalara haqsız şikayətləri etdiyinə görə artıq cavabdehlə hər hansı sahədə əməkdaşlıq aparmağı mümkünsüz hala dönşmüşdür. Bu səbəbdən yuxarıda adı çəkilən dəzgahların X3 X1 Sanaye və Ticarət LTD Şirkətinə geri qaytarılması və bu şəkildə işlərin yekunlaşdırılması qərarına gəlmişdir. Odur ki, heç bir hüquqi əsas (alqı-satqı, barter, bağışlama və s) olmadan cavabdeh tərəfindən təhvil alınmış 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı "NET MAK 2000 Markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinasının 1 gün ərzində geri qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. İşin mediasiya qaydasında həlli ilə bağlı tərəfindən Gəncə 1 saylı mediasiya təşkilatına müraciət olunmuş, xx.xx.2023-cü il tarixli mediasiya iclasında cavabdehin nümayəndəsi mediasiya prosesinin davam etdirilməsinə etiraz etmişdir. Eləcə də, tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilərək yuxarıda sözükeçən dəzgah və avadanlıqların geri qaytarılması tələb olunsa da, sonuncu tələbinə qarşılıq verməmişdir.

17. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-3/2025 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, iddiaçının tələb etdiyi əmlaklar cavabdehin qanunsuz sahibliyində deyil, "xxxx" MMC-nin nizamnamə kapitalında olmaqla cəmiyyətin qanuni sahibliyində və istifadəsindədir, qeyd olunan əmlaklar "xxxx" MMC-nin nizamnamə kapitalına hazırki iş üzrə tərəflər olan təsisçilərin qərarı ilə keçmişdir.

19. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 181.1 və 181.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.

20. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə deyil, “X2 X1 sanaye və Ticaret LTD” Şirkəti ilə birgə mebel istehsal sahəsi yaradılmasına dair razılaşmaya gəlmişlər. Belə ki, bu razılaşmada iştirak edən şəxslər həmin əmlakın (mübahisəli dəzgah və avadanlıqların) mülkiyyət hüququnun daşıyıcılarıdır. Əqddə adı keçməyən şəxslərin həmin əmlakla bağlı sərəncam vermək hüququ yoxdur. Cavabdeh “X2 X1 sanaye və Ticaret LTD” Şirkətinin təsisçisi və rəhbəri olması sonuncunun mülkiyyət hüququnun Cavabdeh keçməsinə əsas gətirmir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hüquqi şəxs müstəqil mülkiyyət hüququ subyekti kimi çıxış edir. Bu, o deməkdir ki, hüquqi şəxsə məxsus əmlak yalnız hüquqi şəxs adından idarə edilir. Hüquqi şəxs, həmçinin, Mülki Məcəllənin 43-cü maddəsinə əsasən, öz adından hüquq və vəzifələr əldə edir, məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış edir. Beləliklə, “X2 X1 Sanaye və Ticaret LTD” Şirkətinin təsisçisi və ya rəhbəri olan Cavabdeh hüquqi şəxsə məxsus əmlak üzərində şəxsi mülkiyyət hüququ yoxdur. Hüquqi şəxsə məxsus əmlak hüquqları onun təsisçisinin və ya rəhbərinin şəxsi mülkiyyətinə aid edilə bilməz. Hətta rəhbərin və ya təsisçinin dəyişməsi belə, hüquqi şəxsə məxsus əmlak hüquqlarını dəyişdirmir. Mülkiyyət hüququ hüquqi şəxsə məxsusdur və rəhbərin və ya təsisçinin dəyişməsi həmin əmlakın hüquqi şəxsə aid olmasına təsir göstərmir. “X2 X1 Sanaye və Ticaret LTD” Şirkətinə məxsus əmlak üzərində mülkiyyət hüququ yalnız bu hüquqi şəxsə məxsusdur. Təsisçi və ya rəhbərin bu hüquqları şəxsi şəkildə özgəninkiləşdirərək öz adından başqa hüquqi şəxs olan "xxxx" MMC-nin nizamnamə kapitalına qoyması və istifadə etməsi qanunvericiliyə uyğun deyil. Mülkiyyət hüququ yalnız qanunla və ya qanuni əsaslarla təsdiq edilmiş hallarda yaranır. Cavabdeh adıçəkilən əmlak üzərində şəxsi mülkiyyət hüququnun yaranmasına dair hər hansı qanuni (hüquqi) əsasın mövcud olmaması onun bu əmlakı sərəncam vermək hüququnu inkar edir. “X2 X1 sanaye və Ticaret LTD” Şirkətinin İddiaçı qarşı hazırki mübahisə predmeti olan dəzgah və azadanlıqları tələb etməsinə iş üzrə yekun məhkəmə aktı da mövcuddur. İddia tələbini rədd edərkən məhkəmənin əsaslandığı məqamlardan biri İddiaçı mebel layihəsi üzrə verilmiş icazələr-təşviq sənədi və bu sənəd əsasında sahibkara təqdim olunmuş təsdiqedici sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli 103 nömrəli Sərəncamı ilə ləğv edilməsi olmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, icazələr-təşviq sənədinin ləğvi onların əvvəlki dövrdə yaratdığı hüquqi nəticələri aradan qaldırmır. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2267/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarında da qeyd olunduğu kimi, adıçəkilən icazələr-təşviq sənədinin ləğv olunmasının səbəbi həmin icazə şərtlərinin pozulmasıdır. Konkret olaraq, məlum olmuşdur ki, İddiaçı investisiya layihəsində göstərilən ünvan üzrə faktiki olaraq fəaliyyət göstərməmiş, həmin ünvanda yerləşən əmlak kompleksi isə onun tərəfindən deyil, "xxxx" MMC-nə icarəyə verilib. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən Lisenziyanın (icazənin) sahibi lisenziyadan (icazədən) yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Lisenziyanın (icazənin) qüvvəsi lisenziya (icazə) sahibinin təsisçi (iştirakçı) olduğu hüquqi şəxslərə, habelə lisenziyanın (icazənin) sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. Bundan əlavə, eyni məhkəmə qərarında bildirilir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş işçilər 2018-2021-ci il tarixlərində İddiaçı ilə, 2021-2023-cü il tarixlərində "xxxx" MMC ilə işlədiklərini və işləməyə başladıqları gündən müəssisədə eyni avadanlıqlardan istifadə olunduğunu bildirmişlər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hazırda "xxxx" MMC tərəfindən istifadə olunan dəzgah və avadanlıqlar xx.xx.2017-ci il tarixli 1 nömrəli müqavilə əsasında “X3 X1 Sanaye və Ticarət LTD” Şirkətindən alınmış və həmin tarixdən müəssisədə quraşdırılmış eyni avadanlıqlardır. Qeyd edilənlərdən göründüyü kimi Bakı İnzibati Məhkəməsinin qərarına əsasən icazələr-təşviq sənədinin ləğv edilməsi avadanlıqların İddiaçı ilə “X3 X1 Sanaye və Ticaret LTD” şirkəti arasında olan razılaşmanın hüquqi qüvvəsini aradan qaldırmır. Belə ki, təşviq sənədinin ləğvi yalnız sahibkar tərəfindən icazə şərtlərinin pozulması; yəni həmin icazələrin İddiaçı verilməsinə baxmayaraq, layihədə göstərilən əmlak və avadanlıqlar onun tərəfindən deyil 3-cü şəxs "xxxx" MMC tərəfindən istifadə olunması olmuşdur. Nə qədər ki, Bakı İnzibati Məhkəməsində tərəfimizdən irəli sürülmüşdür ki, layihədə göstərilən əmlak və avadanlıqların "xxxx" MMC tərəfindən istifadəsi, hüquqi şəxsin rəhbərinin Cavabdeh olması faktından irəli gəlir və bu əsasla təşviq sənədlərinin ləğvi qanunsuzdur, məhkəmə bu arqumenti rədd etmişdir. Bakı İnzibati Məhkəməsi, İqtisadiyyat Nazirliyinin mövqeyini əsaslı hesab edərək qərara gəlmişdir ki, layihədə göstərilən əmlak və avadanlıqların eyniləşdirilməsi, onların hüquqi şəxslərin rəhbərinin eyni şəxs – Cavabdeh olması səbəbilə Cavabdeh sərəncamında olan əmlak kimi qəbul edilməsi, habelə bu əmlakın Cavabdeh adından "xxxx" MMC-nin nizamnamə kapitalına qoyulması qanuni əsas yaratmır. Bu fakt bir daha təsdiq edir ki, "Cavabdeh" və "X3 X1 Sanaye və Ticaret LTD" şirkətləri hüquq münasibətlərində tamamilə fərqli subyektlərdir. Bu şəxslərin eyniləşdirilməsi, eləcə də “X3 X1 Sanaye və Ticaret LTD”-ə məxsus əmlakın Cavabdeh aid olduğunun iddia edilməsi hüquqi baxımdan əsassızdır. Lakin, Gəncə Kommersiya Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş və məhkəmə təcrübəsində əsaslı əhəmiyyətə malik olan preyudisial aktlar — xüsusilə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2267/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarı (hansı ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2287/2024 saylı, 16 avqust 2024-cü il tarixli qərarı və Ali Məhkəmənin 2-1(102)-252/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qərarları ilə qüvvədə saxlanılmışdır) — nəzərə alınmadan, həmin aktların nəticə hissəsi səhv tövsif edilmiş və yanlış hüquqi qiymətləndirilmə aparılmışdır. Məhkəmə həmin qərarların əsaslandırma hissəsinə isə tamamilə istinad etmədən öz qərarını formalaşdırmışdır. Bu yanaşma isə yalnız Mülki-Prosessual Məcəllənin deyil, eyni zamanda ədalətli məhkəmə araşdırması hüququnun (Konstitusiyanın 60-cımaddəsi və Avropa İnsan HüquqlarıKonvensiyasının 6-cı maddəsi) pozulması deməkdir. Çünki məhkəmənin preyudisial aktlara məhəl qoymaması hüquqi sabitlik və hüquqi əminlik prinsiplərinə ziddir. Bundan əlavə, preyudisial məhkəmə aktları yalnız hüquqi baxımdan deyil, həmçinin faktoloji həqiqətlərin təsbit olunması baxımından da xüsusi əhəmiyyətə malikdir. Bu səbəbdən, həmin aktlarda formalaşmış hüquqi mövqelər və müəyyən edilmiş faktiki halların Gəncə Kommersiya Məhkəməsi tərəfindən preyudisial hal kimi qəbul edilməsi və müvafiq hüquqi qiymət verilməsi zəruridir. Təəssüf ki, Gəncə Kommersiya Məhkəməsi yalnız birinci instansiya məhkəməsinin deyil, həmçinin apellyasiya və kassasiya instansiyalarının müvafiq qərarlarında əksini tapmış hüquqi mövqeləri tam şəkildə nəzərə almamış, onlara heç bir hüquqi əhəmiyyət verməmişdir. Bu isə hüquqi sabitliyi sarsıdan və məhkəmə sisteminin öz qərarları ilə ziddiyyət təşkil edən vəziyyət yaratmışdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.

22. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

24. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlı olan iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. 90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir.

95. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. 96.1. Məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarı: «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası işin hallarına dair məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. İşin halları ilə müəyyən edilir ki, iddiaçı və cavabdehin rəhbəri olduğu “X2 X1 sanaye və Ticaret LTD” Şirkəti ilə 30 mart 2017-ci il tarixli 1 nömrəli müqavilə bağlayaraq birgə mebel istehsal sahəsi yaradılmasına dair razılığa gəlmişlər və müqavilə şərtlərinə əsasən iddiaçı ona məxsus əmlak kompleksini, cavabdeh isə şirkətin adından mebel istehsalı avadanlıqlarını birgə fəaliyyət üçün ayırmalı, yaradılacaq hüquqi şəxsin nizamnamə kapitalı formalaşdırılmalı və təşviq sənədi alınmalı idilər. Daha sonra tərəflər birlikdə mebel istehsalı ilə məşğul olmaq və bundan mənfəət əldə etmək niyyəti ilə nizamnamə kapitalında bərabər paylarla "xxxx" MMC-ni təsis etmişlər. Belə ki, tərəflər arasında bağlanmış “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqaviləyə əsasən, göndərilmiş avadanlıqlar 2017-ci ilin dekabr ayında təsis edilmiş "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilmiş, 2020-ci ilin avqust ayında isə "xxxx" MMC-nin nizamnamə kapitalı azaldılaraq mebel istehsalı üçün olan həmin avadanlıqlar yeni yaradılmış "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilməklə, həm də həmin MMC-nin istifadəsinə verilmişdir.

30. Hazırda iddiaçı məhkəməyə müraciət edərək mübahisəli avadanlıqların cavabdehdən alınaraq ona verilməsini xahiş etmiş, tələbi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etdiyi əmlaklar cavabdehin qanunsuz sahibliyində deyil, "xxxx" MMC-nin nizamnamə kapitalında olmaqla cəmiyyətin qanuni sahibliyində və istifadəsindədir, qeyd olunan əmlaklar "xxxx" MMC-nin nizamnamə kapitalına hazırki iş üzrə tərəflər olan təsisçilərin qərarı ilə keçmişdir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, hazırki mübahisənin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir və həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Belə ki, iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyanın mülkiyyətçisi olmasını və tələb edilən anda əşyanın cavabdehin sahibliyində olduğunu sübut etməli, cavabdehin əşyaya sahibliyi qanunsuz olmalıdır.

32. Göründüyü kimi iddiaçı yuxarıda qeyd edilən şərtlər üzrə sübutlar təqdim etməmişdir. Belə ki, işdə olan sənədlərdən məlum olur ki, tələb olunan əşyaların mülkiyyətçisi “X2 X1 sanaye və Ticaret LTD” Şirkətidir.

33. 30 mart 2017-ci il tarixli, 1 nömrəli İddiaçı və “X2 X1 sanaye və Ticaret LTD” Şirkəti arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən, birinci təsisçi olaraq fərdi qaydada fəaliyyət göstərən sahibkar İddiaçı investisiya olaraq onun mülkiyyətində olan Əmlak Kompleksini investisiya olaraq qoymağı, ikinci təsisçi “X2 X1 sanaye və Ticaret LTD” Şirkəti isə ümumi dəyəri 650450 ABŞ dolları olan texnoloji avadanlığı (1 saylı əlavə) investisiya olaraq, mebel istehsal etmək məqsədi ilə yaradılmış həmin ünvanda yerləşən birgə mebel istehsal sahəsinə göndərməyi öhdəsinə götürmüşdür.

34. xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli gömrük bəyannamələrinə əsasən, “X3 X1 Sanaye və Ticarət LTD” Şirkəti tərəfindən göndərilmiş avadanlıqlar -1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı, 1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı "NET MAK 2000 markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinası İddiaçı tərəfindən qəbul edilmişdir.

35. Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri və təşviq sənədlərindən malların iddiaçının adına gəldiyi görünsə də, bu hal iddiaçının həmin malların mülkiyyətçisi olmasını deməyə əsas vermir. Belə ki, Mülki Məcəllənin 181.4-cü maddəsinə əsasən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti).

36. Mübahisələndirilən avadanlıqların iddiaçıya alqı-satqı, dəyişdirmə, bağışlama və ya əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd üzrə verilməsi, həmçinin iddiaçının həmin avadanlıqlara beş il fasiləsiz öz mülkiyyəti kimi sahiblik etməsinə dair sübutlar məhkəməyə təqdim edilmədiyi müddətdə iddiaçı tərəfin qeyd olunan dəlilləri əsassızdır.

37. Belə olan halda həmin əmlakların qaytarılmasını tələb etmək hüququ da “X2 X1 sanaye və Ticaret LTD” Şirkətinə məxsusdur.

38. Maddi hüquq normasının digər dispozitiv şərtlərinə münasibətdə qeyd edilir ki, həmin əşyaların tələb edilən anda cavabdehin istifadəsində və sahibliyində olması da təsdiq edilmir. Belə ki, iddiaçının tələb etdiyi avadanlıqlar tərəflərin bərabər paylara malik olduqları "xxxx" MMC-nin qanuni istifadəsindədir.

39. İş materiallarında olan "xxxx" MMC və Cavabdeh tərəfindən imzalanmış təhvil aktının əlavəsinə əsasən, 1 mart 2017-ci il tarixli birgə (ortqalıq) fəaliyyəti haqqında müqavilənin icrası ilə əlaqədar olaraq, 3 ədəd kəsən və doğrayan dəzgah, 6 ədəd boya pompası, 6 ədəd toz tutan aparat, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 150 ədəd konveer-L 300, 2 ədəd fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgahı, 1 ədəd Uİ boya dəzgahı, 1 ədəd fincanlı figur açan CNC dəzgah, 1 ədəd avtomatik son qat boya vuran dəzgah, 1 ədəd çoxlu deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı, 1 ədəd yatar dairə makinası, 3 ədəd serit testere makinası, 1 ədəd serit sileme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd dörtləmə makinası, 1 ədəd ahşap kofya makinası, 1 ədəd balon zimparası, 1ədəd ahşap freze makinası, 1 ədəd deg drive küçük balon zimpara makinası, 2 ədəd rulanya makinası, 1 ədəd menteşe delik delme makinası, 1 ədəd tek kafa delik delme makinası, 1 ədəd yatar dairə makinası, 1 ədəd freze yatar makinası, 2 ədəd kompressor, 2 ədəd manual transpalet, 1 ədəd manual tek kafa delik makinasını "xxxx" MMC Cavabdeh təhvil almışdır.

40. Beləliklə iş materiallarındakı sübutlara, o cümlədən tərəflər arasında bağlanmış “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqaviləyə əsasən mübahisəli avadanlıqlar yeni yaradılacaq müəssisənin nizamnamə kapitalının formalaşdırılması məqsədi ilə göndərilmiş və 2017-ci ilin dekabr ayında təsis edilmiş "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilmiş, 2020-ci ilin avqust ayında "xxxx" MMC-nin nizamnamə kapitalı azaldılaraq mebel istehsalı üçün olan həmin avadanlıqlar yeni yaradılmış "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilməklə, həm də həmin MMC-nin istifadəsinə verilmişdir. İddiaçının tələb etdiyi avadanlıq artıq cavabdehin yox, "xxxx" MMC-nin istifadəsindədir.

41. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin verdiyi çıxarışdan görünür ki, "xxxx" MMC 20 avqust 2020-ci il tarixində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalının 50 faizi Cavabdeh, 50 faizi isə İddiaçı məxsusdur.

42. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

43. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

44. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2023cü il tarixli 103 nömrəli sərəncamına əsasən, fərdi sahibkar İddiaçı verilmiş 19 aprel 2017ci il tarixli İN/İTS-53/2017 nömrəli investisiya təşviqi sənədi və bu sənəd əsasında sahibkara təqdim olunmuş xx.xx.2017-ci il tarixli İN/TS-295/2017 nömrəli, xx.xx.2017-ci il tarixli İN/TS-329/2017, xx.xx.2017-ci il tarixli İN/TS-464/2017, xx.xx.2017-ci il tarixli İN/TS- 549/2017, xx.xx.2017-ci il tarixli İN/TS-778/2017 nömrəli təsdiqedici sənədlər də ləğv edilmişdir.

45. İş materiallarında olan Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)252-2025 saylı qərarı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli 103 nömrəli sərəncamının ləğvinə dair iddiaçının tələbinin təmin edilməməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin aktları dəyişdirilmədən saxlanılmış, həmin qərarda da qeyd edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında əldə edilmiş razılaşmaya əsasən, (avadanlıqların idxal edilməsi zamanı ödənilməli vergi və gömrük rüsumlarından azad olma məqsədilə) investisiya təşviqi sənədi tərəflərin birgə təsis etdiyi "xxxx" MMC-nin adına əldə edilməli və avadanlıqlar da məhz "xxxx" MMC tərəfindən istifadə edilməli idi. Lakin həmin sənəd "xxxx" MMC-nin adına deyil, iddiaçının adına əldə edilmişdir. Avadanlıqlar ölkəyə birgə fəaliyyət müqaviləsi əsasında idxal edilmiş, yəni iddiaçı tərəfindən “X2 X1 sanaye və Ticaret LTD” Şirkətinə ödəniş həyata keçirilməmişdir (həmin şirkətin də təsisçisi Cavabdehdır). Eyni zamanda, daha sonra "xxxx" MMC-nin adına da investisiya təşviqi sənədi əldə edilmişdir və həmin avadanlıqlar hazırda "xxxx" MMC tərəfindən istifadə olunur və avadanlıqlar faktiki olaraq "xxxx" MMC-nin istifadəsindədir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın mübahisə predmeti olan sərəncamları verməkdə haqlı olmuşdur, sərəncamların ləğvi üçün əsas yoxdur.

46. Beləliklə apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-3/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar