Məhkəmə qərarları › İş №2-2(104)-180/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-180/2023

05.07.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-180/2023 05.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3, Maraqlı şəxs və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi ilə bağlı kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2-2(115)-672/2023 saylı qətnaməsindən maraqlı şəxsin vəkili Vəkil verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə mürаciət edərək, fiziki şəxs Maraqlı şəxs və hüquqi şəxs “Dəmirçi” Kooperativinin dövlət büdcəsinə 2310,81 manat, Dövlət Sosial Müdafiə Fonduna 488,54 manat, İşsizlikdən Sığorta Fonduna 3,57 manat, İcbari Tibbi Sığorta Fonduna 28,47 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-672/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ərizənin təmin edilməsi, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 488,54 manat, İşsizlikdən Sığorta Fonduna 3,57 manat, dövlət büdcəsinə 3,45 manat, İcbari Tibbi Sığorta Fonduna 28,47 manat, “Dəmirçi” Kooperativinin dövlət büdcəsinə 2307,36 manat olmaqla, ümumilikdə 2831,39 (iki min səkkiz yüz otuz bir manat otuz doqquz qəpik) manat məbləğində borcu ödənilənədək Maraqlı şəxs (doğulduğu tarix xx xxxx 1952-ci il, doğulduğu yer Goranboy rayonu Xəsədərli kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Maraqlı şəxsin vəkili Vəkil apellyasiya şikayəti verərək iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-672/2023 saylı qətnaməsini ləğv edərək ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 488,54 manat, İşsizlikdən Sığorta Fonduna 3,57 manat, dövlət büdcəsinə 3,45 manat məbləğində (o cümlədən, faizlər üzrə 3,45 manat), İcbari Tibbi Sığorta Fonduna 28,47 manat, “Dəmirçi” Kooperativinin (VÖEN: **********) dövlət büdcəsinə 2307,36 manat məbləğində (o cümlədən, vergilər üzrə 1813,96 manat. faizlər üzrə 493,4 manat) olmaqla, ümumilikdə 2831,39 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxsin vəkili Vəkil apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, Maraqlı şəxs tərəfindən 14 iyun 2006-cı il tarixdə “Dəmirçi” Kooperativinin yerləşdiyi 0,19 ha torpaq sahəsini “Torpağın satılmasına dair” müqavilə əsasında X4 7900 (yeddi min doqquz yüz) AZN-ə satmış və X1 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH №0000474 saylı, **********42 reyestr nömrəli, 21060090 qeydiyyat nömrəli və xx.xx.2006-cı il qeydiyyat tarixli çıxarış verilmişdir. Həmin tarixdən hal-hazıra kimi “Dəmirçi” Kooperativi fəaliyyətini dayandırmış və fəaliyyət göstərməmişdir. Bu barədə Maraqlı şəxs məhkəməyə çıxarışı və Vergi orqanına yazdığı ərizəni və cavab məktubunu göstərsə də, yazılı sübutlar “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilə bilmədiyindən məhkəmə həmin sənədləri qəbul etməmişdir. Hazırda apellyasiya şikayətinə əlavə olunmuş vergi orqanına yazılmış ərizədən görünür ki, “Dəmirçi” Kooperativinin "xxxx" QSC ilə heç bir müqaviləsinin olmamasını və heç bir iş görülməməsini, əgər bununla bağlı vergi orqanında hər hansı təsdiqedici sənəd varsa təqdim edilməsini, əks halda hesablanmış vergi məbləğinin silinməsinə göstəriş verilməsi xahiş etmişdir. 12 saylı Ərazi Vergilər İdarəsinin rəisi Şahin Eyyubov tərəfindən yazılan cavab məktubunda borcun olub-olmamasının aydınlaşdırılması üçün aidiyyəti üzrə "xxxx" QSC-nə müraciət etməyi Maraqlı şəxs tövsiyyə edilmişdir. Gəncə Kommersiya Məhkəməsi işi obyektiv və hərtərəfli araşdırmamış ərizəçi 12 Ərazi Vergilər Baş İdarəsinin ərizəsinin əsassız olaraq təmin etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Maraqlı şəxs və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ərizənin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-672/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı maraqlı şəxsi və ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumat cədvəlindən görünür ki, hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim оlunmuş sənədlərdən görünür ki, vergi ödəyiciləri olan Maraqlı şəxs və “Dəmirçi” Kooperativinin Dövlət Sosial Müdafiə Fonduna, dövlət büdcəsinə, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna 2831,39 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********516300, xx.xx.2022-ci il tarixli **********245700 nömrəli, xx.xx.2023-cü il tarixli **********418900 nömrəli, xx.xx.2022-ci il tarixli **********478800 nömrəli bildirişlərdən görünür ki, vergi ödəyicisinə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs doğum tarixi və yeri xx.xx.1952-ci il, ünvan 1 ünvanı ünvan 2ının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 23.1.15-3-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Kollegiya qeyd edir ki, maraqlı şəxs iş materiallarına əsasən dövlət büdcəsinə ödənilməmiş borclarının olduğunu mübahisələndirməmişdir, özünün və rəhbəri olduğu müəssisənin hazırda ödənilməmiş vergi borcu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Qanunvericiliyin istinad olunan normalarının məzmunundan da göründüyü kimi, hüquqi şəxsin icra orqanında təmsil olunan şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Qeyd olunmalıdır ki, hüquqi şəxsin hesablanmış vergi borcu və maliyyə sanksiyasının ödənilməsinin təmin edilməsi hüquqi şəxsin icra orqanının borcudur. Həm də qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan borc icra orqanının rəhbərinin borcu kimi yox, hüquqi şəxsin borcu kimi müəyyən olunmuşdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılanda vergi ödəyicisi olan “Dəmirçi” Kooperativi İşsizlikdən Sığorta Fonduna, İcbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna borcu olduğuna, maraqlı şəxs isə həmin müəssisənin rəhbəri olduğuna, həm də onun özünün Dövlət büdcəsinə ödənilməmiş vergi borcu olduğuna görə məhkəmə ərizəni təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-672/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov Rafiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar