Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-185/2025 25.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi, Şəmkir rayon 1 saylı Notariat Kontoru və Bakı şəhəri 41 saylı Notariat ofisi) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdeh(lər)) (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi, Şəmkir rayon 1 saylı Notariat Kontoru və Bakı şəhəri 41 saylı Notariat ofisi) qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-827/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. xx.xx.2001-ci il tarixdə 8/1-49 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Şəmkir bölgə şöbəsində dövlət qeydiyyatına alınmış “X4 Klubu”nun Nizamnaməsi ilə müəyyən edilir ki, klubun yeganə təsisçisi iddiaçı olmuşdur.
2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, **********386000 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən, “X4 Klubu”nun nizamnamə kapitalı ******* manatdan ibarətdir. Klubun yeganə təsisçisi İddiaçı olmaqla nizamnamə kapitalındakı payı 100 faizdən ibarətdir. Klubun qanuni təmsilçisi X1r.
3. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda təsdiqlənmiş “X4 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2014-cü il tarixli alğısatqı müqaviləsinə əsasən, iddiaçı “X4 klubu”ndakı özünə məxsus olan 100 faiz payını Cavabdeh1 ******* manata satmışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Şəmkir bölgə şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə 8/1-49 nömrə ilə dövlət qeydiyyatına alınmış “X4 Klubu”nun Nizamnaməsinə edilmiş dəyişikliklərdən görünür ki, Nizamnamənin 1.1, 1.4 və 3.1-ci bəndlərində dəyişiklik edilmiş və dəyişikliyə əsasən klubun təsisçisi və əmlak mülkiyyətçisinin Cavabdeh1 olmaqla nizamnamə kapitalının 100 faizə malik olmasından, nominal dəyəri 12500 manat olan 100 paydan ibarət olmasından ibarət olmuş və Azərbaycan Vergilər Nazirliyinin 14 saylı Ərazi vergilər İdarəsində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********280300 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, “X4 Klubu”nun nizamnamə kapitalı ******* manatdan ibarətdir. Klubun yeganə təsisçisi və qanuni təmsilçisi Cavabdeh1 olmaqla nizamnamə kapitalındakı payı 100 faizdən ibarətdir.
6. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda təsdiqlənmiş “X4 Klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 Kərim oğlu cəmiyyətin nizamnamə kapitalının 100 faizini təşkil edən hər birinin nominal dəyəri 12500 manat olan 100 payı alıcı Cavabdeh2 ******* manata satmışdır.
7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********394600 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən, “X4 Klubu”nun nizamnamə kapitalı ******* manatdan ibarətdir. Klubun yeganə təsisçisi və qanuni təmsilçisi Cavabdeh2 olmaqla nizamnamə kapitalındakı payı 100 faizdən ibarətdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(104)-4017/2018 nömrəli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2(076)-2795/2018 saylı qətnaməsi ilə X2 iddiası təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 arasında bağlanmış və Şəmkir rayon Notariat Kontorunda təsdiqlənmiş “X4 Klubu”ndakı 100 faiz payın satılmasına dair 22 oktyabr 2014-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən cavabdeh İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli, **********20386000 kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın və Cavabdeh1 verilmiş xx.xx.2014- cü il tarixli, **********047600 saylı kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ******* manat məbləğində pulun alınıb Cavabdeh1 verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(076)-2795/2018 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(104)-4017/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2(076)-2795/2018 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddiaçı X2 cavabdehlər İddiaçı, Cavabdeh1, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi və üçüncü şəxs Şəmkir rayon Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab olunması və çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-2021/2020 nömrəli qərardadından görünür ki, İddiaçı ərizə ilə müraciət edərək iddiadan imtina etdiyindən İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoru, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru, 14 saylı Ərazi Vergilər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alqı-satqı müqaviləsinin və onun əsasında aparılmış hərəkətlərin ləğv edilməsi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 2-2(104)-185/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-827/2025 nömrəli qətnaməsi qismən – “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2014-cü il tarixli **********047600 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh2 verilmiş kommersiya hüquqi şəxslərin dövlət reystrindən çıxarışın ləğv edilməsi” hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda təsdiqlənmiş “X4 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2014-cü il tarixli **********047600 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X4 klubu” 100 faiz pay ilə ona məxsus olmuşdur. Onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğısatqı müqaviləsinə əsasən "X4 klubu”ndakı 100 faiz payı ******* manata satılmışdır. Lakin, müqavilə bağlanarkən alğı-satqı müqaviləsində qeyd olunan ******* manat məbləğində pul Cavabdeh1 tərəfindən ona, yəni İddiaçı ödənilməmişdir. Bununla da, müqavilənin mühüm şərti pozulmuşdur. Onun vəkili Dövlət Notariat Arxivinə xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə dair notariat işinin əldə edilməsi üçün sorğu göndərmiş, lakin indiyə kimi sorğuya cavab verilməmişdir. Göründüyü kimi tərəfindən əmlak alıcıya təhvil verilsə də alıcı Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əvəzində müəyyənləşdirilmiş ******* manat məbləğində pul məbləğini ödəməmişdir. Bununla da ona əvəzsiz olaraq mülkiyyətindən məhrum olmuşdur. Bundan əvvəl, Şəmkir Rayon Məhkəməsində mübahisəli əmlakla bağlı işə baxılsa da, hazırki mülki işdə həm iddianın əsası, həm də tərəflər dəyişmişdir. Belə ki, hazırki işdə artıq Cavabdeh1 alğı-satqı müqaviləsinin nəticəsində ona heç bir pul məbləği ödəmədiyini öz ərizəsində etiraf etmişdir. Hətta bununla əlaqədar olaraq xx.xx.2019-cu il tarixdə ərizə də vermişdir. Beləliklə, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəmkir Rayon Notariat Kontorunda təsdiqlənmiş "X4 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2014-cü il tarixli müqavilə etibarsız hesab edilməli və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2014-cü il tarixli **********047600 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış ləğv edilməlidir.
14. Şəmkir Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 2(076)-2022/2024 nömrəli qərardadı ilə, İddiaçı Həbib oğlunun Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
15. Bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda təsdiqlənmiş "X4 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2014-cü il tarixli **********047600 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda təsdiqlənmiş “X4 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh2 verilmiş kommersiya hüquqi şəxslərin dövlət reystrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçının nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclaslarında izahatında qeyd etmişdir ki, “X4 Klubu” da qardaşı İddiaçı tərəfindən xx.xx.2001-ci il tarixdə yaradılaraq dövlət qeydiyyatına aldırılmışdır. Futbol klubu 100% payla qardaşına məxsus olmuşdur. Futbol klubunun fəaliyyəti üçün stadion tikilmiş, inzibati bina, hakimlərin məşqçilərin və oyunçuların soyunub-geyinmə otaqları və s. şərait yaradılmışdır. Futbol klubunu qeydiyyata aldırarkən audit tərəfindən həmin ərazi ******* manat qiymətləndirilmişdir. 2014-cü ildə Şəmkir rayonun keçmiş icra başçısı Alimpaşa Məmmədov onu dəvət edərək stadionu almaq istədiklərini bildirmişdir. Eyni zamanda bir sıra yüksək vəzifəli şəxslərin adalarını çəkmiş və bildirmişdir ki, obyekti satmasanız onsuz da əlinizdən alınacaq. "X4 klubu” qardaşı İddiaçı mülkiyyətində olmuşdur. Ona görə də qardaşının “X4 klubu”nda olan payının alğı-satqısını həyata keçirmək üçün notariusa getməli olduğunu bildirmişlər. Özü də vəzifəli şəxs olmuş, ona görə də qardaşına bildirmişdir ki, “X4 klubu”nda olan payının alğı-satqısı üçün notariusa getsin. Qardaşı da həyat yoldaşı ilə birlikdə Şəmkir rayon Notariat Kontoruna gedib və orada alğı-satqı müqaviləsini imzalamışdırlar. Lakin, notarial qaydada alğı-satqı müqaviləsi bağlanmasına baxmayaraq hər hansı bir ödəniş edilməmiş və notariusun depozit hesabına da pul qoyulmamışdır. Ona isə deyilmişdir ki, tezliklə müqavilədə göstərilən məbləğ ödəniləcəkdir. Sonradan heç bir ödəniş olunmamış və onları aldatmışlar. Qardaşı müqavilədə göstərilən pulu tələb etmiş, hətta bununla bağlı aidiyyəti orqanlara müraciət edilmiş və məsələ mətbuatda işıqlandırılmışdır. Bundan sonra qardaşına təzyiqlər başlamış və ölkəni ailəsi ilə birlikdə tərk etmək məcburiyyətində qalmışdır. Alğı-satqı müqaviləsində göstərilən pul məbləği cavabdeh tərəfindən ödənilməmişdir.
17. İddiaçının vəkili Nümayəndə1 əvvəlki məhkəmə iclasında izahatlarında bildirmişdir ki, “X4 klubu”nun 100% təsis payı üzrə iddiaçıya məxsus olmuşdur. xx.xx.2014cü il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçı “X4 klubu”ndakı 100 faiz payı ******* manata cavabdehə satmışdır. Lakin, cavabdeh tərəfindən müqavilədə göstərilən pul məbləği ödənilməmişdir. Bunu cavabdeh əvvəlki məhkəmə iclasında öz izahatında etiraf etmişdir. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə münasibətdə bildirmişdir ki, əvvəllər Bakı Kommersiya Məhkəməsinin icraatında hazırki iş üzrə iddiaçı və cavabdehlər arasında alğı-satqı müqavilələrinin və onların əsasında aparılmış hərəkətlərin ləğv olunması tələbinə dair iş olmuş və iddiaçının ərizəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Tərəflər eyni olsa belə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə iddia tələbi hazırki iş üzrə iddia tələbindən fərqlidir. Bir daha iddia tələblərini müdafiə edirlər və iddia ərizəsində qeyd olunan müqavilələrin etibarsız hesab edilməsini və çıxarışların ləğv olunmasını xahiş edirlər. Həmçinin cavabdeh etiraf edib ki, ******* (bir milyon iki yüz əlli min) manat məbləğində pul vəsaiti iddiaçıya verilməmişdir. Daha sonra Cavabdeh1 həmin payı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh2 satmışdır. Həmin müqavilə də formal olaraq bağlanıb. Çünki həmin müqavilə üzrə də Cavabdeh1 hər hansı pul məbləği verilməmişdir. Bununla da Cavabdeh2 vicdanlı alıcı ola bilməz.
18. Cavabdeh1 məhkəmə hazırlıq iclasında iştirak edən zaman verdiyi izahatda bildirmişdir ki, 2013-cü ildən şəhər təsərüfatında işçi olmuşdur. Müdirləri ona bildirmişdir ki, müvəqqəti adına əmlak alınacaq sonra adından çıxarılaraq başqa şəxin adına rəsmiləşdirləcəkdir. O, da razılıq vermişdir. Alğı-satqıda tərəf kimi iştirak etmiş və müqaviləni imzalamışdır. Alğı-satqı zamanı sənədlər onun adına sənədləşdirilib, lakin əmlakın alınması ilə bağlı pul ödəməmiş və pulun ödənilib-ödənilməməsi ilə bağlı məlumatı da olmamışdır.
19. Cavabdehlərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, onlar məhhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxmışdır.
20. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-827/2025 nömrəli qətnaməsi (hakim Ramiq Qələndərzadə) ilə, iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməməsi qət edilmişdir.
21. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının iddia tələbi iki hissədən ibarətdir. Belə ki, iddiaçının iddia tələbinin birinci hissəsi onunla Cavabdeh1 arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda təsdiqlənmiş "X4 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, **********047600 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə olmuşdur.
22. Məhkəmə ilk öncə iddia tələbinin birinci hissəsi ilə bağlı hüquqi dəyərləndirmə aparmağı zəruri hesab etmişdir. Belə ki, iddiaçı öz iddia ərizəsində “X4 Klubu”nda olan 100 faiz payını xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən ******* manata Cavabdeh1 satdığını bildirmişdir. Müqaviləyə əsasən o öz öhdəliyini yerinə yetirərək əmlakı alıcıya təhvil versə də, alıcı Cavabdeh1 müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək müəyyənləşdirilmiş ******* manat məbləğində pulu ona ödəməmişdir.
23. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə onun üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinə istinad edərək aralarında bağlanılmış alğı-satqı müqaviləsinin etibarsızlığını tələb edir. Məhkəmə hesab edir ki, belə bir əsaslandırma hüquqi cəhətdən müqavilənin etibarsızlığına səbəb olan hal deyildir.
24. Belə ki, tərəflər arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə, tərəflərin iradəsi əsasında bağlanmış və müqavilənin etibarsız hesab edilməsini şərtləndirən hallar mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331-336-cı maddələrinə əsasən, müqavilənin etibarsız hesab edilməsi üçün müqavilənin məcburi qaydada bağlanması, aldatma, zor tətbiqi, hüquqi şəxsin və ya vətəndaşın iradə azadlığının pozulması, yaxud qanunla qadağan edilmiş məqsədlər üçün bağlanması kimi hallar olmalıdır. İş materiallarından və tərəflərin izahatlarından belə nəticəyə gəlinir ki, iddiaçının irəli sürdüyü arqumentlər bu hallardan heç birinə əsaslanmır və müqavilənin etibarsızlığı üçün hüquqi əsas yaratmır. Tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli müqavilənin etibarsızlığı üçün heç bir hüquqi əsas olmadığından həmin müqavilə əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2014-cü il tarixli **********047600 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsinin də heç bir əsası yoxdur.
25. Məhkəmə iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda təsdiqlənmiş “X4 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh2 verilmiş kommersiya hüquqi şəxslərin dövlət reystrindən çıxarışın ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi həmin hissədə kəsici müddət tətbiq edilməklə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
26. İş materiallarından göründüyü kimi “X4 Klubu”nun nizamnamə kapitalındakı 100 faiz payın alğı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında müqavilə xx.xx.2019-cu il tarixdə bağlandığı halda, iddiaçı həmin müqavilənin etibarsızlığına dair iddia tələbi ilə məhkəməyə həmin müqavilənin bağlanmasından 5 ildən çox vaxt keçdikdən sonra xx.xx.2025-ci il tarixdə müraciət etmişdir.
27. İş materiallarında olan Bakı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-2021/2020 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoru, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru, 14 saylı Ərazi Vergilər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alqı-satqı müqaviləsinin və onun əsasında aparılmış hərəkətlərin ləğv edilməsi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilmişdir.
28. Göründüyü kimi İddiaçı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış “X4 Klubu”nun nizamnamə kapitalındakı 100 faiz payın alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilədən məlumatı olmuş və hətta həmin müqavilənin ləğvi ilə bağlı məhkəməyə də müraciət olunmuşdur. Lakin sonradan iddiaçı iddia tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilmişdir. İddiaçı 2020-ci ildən həmin müqavilədən məlumatlı olsa da yalnız 5 ildən sonra həmin müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı 1 illik mübahisələndirmə müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia tələbi həmin hissədə də rədd edilməlidir.
29. Nəticə etibarilə, iddianın təmin edilməməsi və müqavilənin qüvvədə saxlanması mülki dövriyyənin sabitliyi, müqavilə azadlığı və hüquqi münasibətlərin qorunması prinsiplərinə tam uyğun hesab olunur.
30. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir.
31. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, 93.1, 93.2, 324.1, 337.1, 337.2, 385.1, 372.2, 389.1, 390.1 və 567-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və X3rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı və “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233 və 360-ci maddələrinə istinad etmişdir.
32. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyəmüraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-827/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
33. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin gəldiyi bu qənaətin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddia ərizəsində də qeyd edildiyi kimi İddiaçı ilə Cavabdeh1 arasında “X4 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi bağlanarkən alğı-satqı müqaviləsində qeyd olunan ******* manat məbləğində pul sonuncu tərəfindən İddiaçı ödənilməmişdir. Hətta iş materiallarında olan Cavabdeh1 xx.xx.2019-cu il tarixli ərizəsi də bunu bir daha təsdiq edir. Həmin ərizədə Cavabdeh1 qeyd edir ki, alqı-satqı müqaviəsi ilə bağlı İddiaçı pul vəsaiti verməmişdir. Göründüyü kimi burada müqavilənin əsas şərti olan əmlakın alıcıya təhvil verilməsi baş tutsada, pul məbləğinin alıcı tərəfindən satıcıya ödənilməsi şərti pozulmuşdur. Başqa sözlə, alıcı Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əvəzində müəyyənləşdirilmiş ******* manat məbləğində pul məbləğini ödəməmişdir. Bununla da İddiaçı əvəzsiz olaraq öz mülkiyyətindən məhrum olmuşdur. Bundan əlavə, əvvəllər Bakı Kommersiya Məhkəməsinin icraatında tərəflər arasındakı mübahisənin nəticəsində iddiaçının ərizəsinə əsasən iş üzrə icraata xitam verilsə də, həmin ərizə iddiaçıya edilmiş təzyiq nəticəsində yazılmışdır. Bununla əlaqədar müxtəlif orqanlara çoxsaylı şikayətlər yazılmış, məsələ mətbuatda işıqlandırılmışdır. Bundan sonra iddiaçıya təzyiqlər başlamış və ölkəni ailəsi ilə birlikdə tərk etmək məcburiyyətində qalmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, “X4 Klubu” da qardaşı İddiaçı tərəfindən xx.xx.2001-ci il tarixdə yaradılaraq dövlət qeydiyyatına aldırılmışdır. Futbol klubu 100% payla qardaşına məxsus olmuşdur. Futbol klubunun fəaliyyəti üçün stadion tikilmiş, inzibati bina, hakimlərin məşqçilərin və oyunçuların soyunub-geyinmə otaqları və s. şərait yaradılmışdır. Futbol klubunu qeydiyyata aldırarkən audit tərəfindən həmin ərazi ******* manat qiymətləndirilmişdir. 2014-cü ildə Şəmkir rayonun keçmiş icra başçısı Alimpaşa Məmmədov onu dəvət edərək stadionu almaq istədiklərini bildirmişdir. Eyni zamanda bir sıra yüksək vəzifəli şəxslərin adalarını çəkmiş və bildirmişdir ki, obyekti satmasanız onsuz da əlinizdən alınacaq. “X4 klubu” qardaşı İddiaçı mülkiyyətində olmuşdur. Qardaşı isə həmin zaman Rusiya Federasiyasında olmuş və alqı-satqının rəsmiləşdirilməsi üçün Azərbaycana gəlmişdir. Özü də vəzifəli şəxs olmuş, ona görə də qardaşına bildirmişdir ki, “X4 klubu”nda olan payının alğı-satqısı üçün notariusa getsin. Qardaşı da həyat yoldaşı ilə birlikdə Şəmkir rayon Notariat Kontoruna gedib və orada alğı-satqı müqaviləsini imzalamışdırlar. Lakin, notarial qaydada alğı-satqı müqaviləsi bağlanmasına baxmayaraq hər hansı bir ödəniş edilməmiş və notariusun depozit hesabına da pul qoyulmamışdır. Buna görə də hazırda əsas tələbləri satılmış əmlakın məbləğinin ödənilməsini istəyir. Lakin, cavabdehlər ödənişi etməkdən imtina edirlər. Müqavilənin və çıxarışların ləğvi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etsələrdə sonradan onlara təziqlər olduğundan iddiadan imtina etmişlər. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
36. İddiaçı, cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişləri. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 1.2. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək Mülki Məcəllənin vəzifələri sırasındadır.
38. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
39. Maddə 6.1. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləri sırasındadır.
40. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
41. Maddə 93.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər.
42. Maddə 93.2. Cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir.
43. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir.
44. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
45. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
46. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
47. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
48. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
49. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
50. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
51. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
52. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
53. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
54. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
55. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı
56. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərar
57. “... qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. ... ... etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı:
58. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir.
59. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
60. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
61. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
62. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
67. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
68. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
69. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
70. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
71. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
75. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi, Şəmkir rayon 1 saylı Notariat Kontoru və Bakı şəhəri 41 saylı Notariat ofisi) qarşı iddianın – “çıxarışların ləğv edilməsi” hissələrində iş üzrə icraata xitam verilmişdir.
76. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddianın çıxarışılın ləğv olunması hissələrində iş üzrə icraata xitam verildiyindən, iddianın yalnız alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissələri üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
78. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
79. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-827/2025 nömrəli qətnaməsi iddianın – alğı-satqı müqavilələrinin etibarısz hesab edilməsi – hissələrində dəyişdirilmədən saxlanılmalıdır.
80. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, təqdim edilmiş sənədləri, dövlət reyestrindən çıxarışları və digər sübutları hərtərəfli araşdıraraq müəyyən etmişdir ki, iddiaçı ilə cavabdehlər arasında 22 oktyabr 2014-cü il tarixində bağlanmış alğı-satqı müqaviləsi predmeti “X4 Klubu” MMC-nin nizamnamə kapitalında payın ötürülməsi olmuşdur. Müqaviləyə əsasən, payın alıcıya verilməsi qarşılığında 1.250.000 (bir milyon iki yüz əlli min) manat məbləğində ödənişin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sonrakı dövrdə, xx.xx.2019-cu ildə Mustafayev həmin payı Cavabdeh2 satmış, bu müqavilə Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda təsdiqlənmiş və dövlət reyestrində müvafiq dəyişiklik edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, 2014-cü il müqaviləsinin ödəniş edilmədiyi üçün, eləcə də öz iradəsinin təhrif olunması səbəbindən etibarsız hesab edilməsini, nəticə etibarilə isə 2019-cu il müqaviləsinin də etibarsız sayılmasını və hər iki reyestr çıxarışının ləğv olunmasını tələb etmişdir.
81. Mülki qanunverciliyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri).
82. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
83. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).
84. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni araşdıraraq məhkəmə müəyyən etmişdir ki, ilk öncə mübahisə aşağıdakı tələblərlə bağlı olmuşdur: - 22 oktyabr 2014-cü il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda təsdiqlənmiş, “X4 Klubu” MMC-nin nizamnamə kapitalında 100 faiz payın satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - həmin müqavilə əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2014-cü il tarixli, **********047600 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın ləğv edilməsi; - Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda təsdiq edilmiş, “X4 Klubu” MMC-nin nizamnamə kapitalında 100 faiz payın satılmasına dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - həmin müqavilə əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın ləğv edilməsi.
85. Apellyasiya instansiyası iddianın – alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi – hissələri ilə bağlı iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddia tələbi üzrə əsas mübahisə predmeti xx.xx.2014-cü il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda təsdiq edilmiş, “X4 Klubu” MMC-nin nizamnamə kapitalında 100 faiz payın alğı-satqısı haqqında müqavilə, həmçinin onun əsasında baş vermiş xx.xx.2019-cu il tarixli Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda təsdiqlənmiş alqı-satqı müqaviləsidir.
86. İddiaçının müqavilənin etibarsız sayılması barədə irəli sürdüyü əsas arqument ondan ibarətdir ki, xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş 1.250.000 (bir milyon iki yüz əlli min) manat məbləğində pul vəsaiti faktiki olaraq ödənilməmişdir.
87. Mülki hüquqda müqavilənin bağlanması və onun icrası bir-birindən ayrı hüquqi mərhələlərdir. Müqavilə bağlanarkən tərəflərin qarşılıqlı və uyğun iradə ifadəsi baş verir və müqavilə qüvvəyə minir (MM-in 324-cü maddəsi). Müqavilə qüvvəyə mindikdən sonra tərəflər üzərinə öhdəliklər götürürlər və bu öhdəliklərin yerinə yetirilməsi artıq məcburi olmaqla icra məsələsidir (MM-in 399-cu maddəsi).
88. Əgər, tərəflərdən biri öhdəliyini icra etmirsə, bu hal müqavilənin etibarsızlığı deyil, öhdəliyin pozulması nəticəsində yaranan məsuliyyət formasıdır. Belə vəziyyətdə digər tərəfin hüquqları müqavilənin məcburi icrası, pul vəsaitinin tutulması, dəbbə pulu və faizlərin ödənilməsi, yaxud zərərin əvəzinin tələb olunması vasitəsilə təmin edilir.
89. Mülki Məcəllənin 14-cü fəslinin maddələrində əqdin etibarsız olmasına səbəb olan hallar konkret sadalanmışdır: - aldatma; - hədə-qorxu və ya zor tətbiqi; - şəxsin iradə azadlığının pozulması; - qanunla qadağan olunmuş məqsəd; - əməliyyat qabiliyyəti olmayan şəxs tərəfindən bağlanmış əqd və s.
90. Bu maddələrdən göründüyü kimi, ödənişin edilməməsi və ya öhdəliyin sonradan icra olunmaması müqavilənin etibarsızlıq əsası kimi nəzərdə tutulmamışdır. Belə hallarda müqavilə qüvvədə qalır, lakin icra edilmədiyinə görə qarşı tərəf borcun tutulmasını və digər mülki məsuliyyət tədbirlərini tələb edə bilər. Öhdəliyin pozulması faktı müqavilənin etibarsızlığını doğurmur. Belə hallarda məhkəmə yalnız öhdəliyin icrasına dair mübahisəyə baxa bilər. Etibarsızlıq üçün isə xüsusi sübutlar – iradə azadlığının olmaması, aldatma, zor və ya digər qanuni əsaslar tələb olunur.
91. Müqavilə münasibətlərində hüquqi sabitlik və iqtisadi dövriyyənin qorunması mühüm əhəmiyyət daşıyır. Əgər, hər bir öhdəlik pozuntusu müqavilənin etibarsızlığına gətirib çıxarsaydı, bu, hüquqi sabitliyi pozar və dövriyyədə etimadsızlıq yaradardı. Buna görə də qanunverici ödənişin həyata keçirilməməsini etibarsızlıq əsası kimi deyil, mülki məsuliyyət əsası kimi müəyyən etmişdir.
92. İş materiallarında ödənişin tam və ya qismən həyata keçirilməməsi barədə iddiaçı tərəfindən arqument irəli sürülmüşdür. Lakin bu hal, yuxarıda göstərildiyi kimi, müqavilənin bağlanma anının etibarlılığına təsir etmir. Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış, notariat qaydasında təsdiqlənmiş və dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən, öhdəliyin sonrakı icra olunmaması müqavilənin hüquqi qüvvəsini şübhə altına almır və etibarsızlıq əsası hesab edilə bilməz.
93. Mülki Məcəllənin 407-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş hallarda müqavilə yazılı formada bağlanmalı və notariat qaydasında təsdiq edilməlidir. Kommersiya hüquqi şəxslərin paylarının alğı-satqısı üzrə əməliyyatlar isə məhz notariat qaydasında təsdiqlənməlidir. İş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli alğısatqı müqaviləsi Şəmkir rayon notariat kontorunda təsdiq edilmiş, tərəflərin tam fəaliyyət qabiliyyətli olduqları, mülki hüquqlar əldə etmək və icra etmək, öhdəliklər götürmək imkanına malik olduqları təsdiq edilmişdir. Həmçinin müqavilənin notariat qaydasında təsdiqi zamanı notarius tərəfindən tərəflərin şəxsiyyəti, fəaliyyət qabiliyyəti və müqavilə bağlamaq səlahiyyəti yoxlanılmışdır. Bu da tərəflərin müqaviləni qanuni əsaslarla bağladıqlarını təsdiqləyir.
94. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, müqavilə tərəflərin qarşılıqlı və uyğun iradə ifadəsi ilə bağlanır. Müqavilədə tərəflərin imzaları onların razılığının göstəricisi olub, azad iradələrinin yazılı formada ifadəsi hesab olunur.
95. İddiaçının sonradan isə arqument kimi irəli sürdüyü müqavilənin təzyiq və ya hədə-qorxu altında bağlandığı barədə iddiası isə sübut olunmamışdır. İş materiallarında belə təzyiqin mövcudluğunu təsdiq edən inandırıcı yazılı sübut və ya şahid ifadəsi yoxdur. Əksinə, müqavilə tərəflərin könüllü imzaları ilə təsdiqlənmiş, notarius tərəfindən də onların razılığı qeydə alınmışdır.
96. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə, tərəflərin iradəsi əsasında bağlanıb və müqavilənin etibarsız hesab edilməsini şərtləndirən hallar mövcud deyil. Mülki Məcəlləsinin 331-336-cı maddələrinə əsasən, müqavilənin etibarsız hesab edilməsi üçün müqavilənin məcburi qaydada bağlanması, aldatma, zor tətbiqi, hüquqi şəxsin və ya vətəndaşın iradə azadlığının pozulması, yaxud qanunla qadağan edilmiş məqsədlər üçün bağlanması kimi hallar olmalıdır. Hazırda iddiaçının irəli sürdüyü arqumentlər isə bu hallardan heç birinə əsaslanmır və müqavilənin etibarsızlığı üçün hüquqi əsas yaratmır.
97. Məhkəmə həmçinin nəzərə alır ki, müqavilə bağlandıqdan sonra əməliyyat nəticəsində mülkiyyət hüququnun dəyişdirilməsi dövlət reyestrinə daxil edilmiş və hüquqi nəticələr doğurmuşdur. Sonrakı illərdə həmin payın başqa şəxsə satılması faktı da göstərir ki, müqavilə real iradə əsasında bağlanmış və tərəflər onun nəticələrini qəbul etmişlər.
98. Bununla da, qanunvericiliyin forma tələblərinə əməl olunmuş və müqavilənin bağlanması prosesi hüquqi baxımdan qanuni qaydada həyata keçirilmişdir.
99. İddiaçının ikinci arqumenti isə ondan ibarət olmuşdur ki, o, xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsini təzyiq və hədə-qorxu altında bağlamışdır.
100. Mülki Məcəllənin yuxarıda qeyd edilən norma və müddəalarına əsasən, şəxs zorakılıq və ya hədə-qorxu nəticəsində müqavilə bağlamış olarsa, həmin müqavilə etibarsız sayıla bilər. Lakin, qanunverici bu halların sübut olunmasını zəruri şərt kimi müəyyən etmişdir. Başqa sözlə, müqavilənin hədə və ya zorakılıq nəticəsində bağlanmasını iddia edən tərəf bu halları təsdiqləyən konkret və inandırıcı sübutlar təqdim etməlidir.
101. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-2021/2020 nömrəli qərardadı da təsdiqləyir ki, İddiaçı 2020-ci ildə cavabdehlərə qarşı məhz həmin müqavilənin və onun əsasında aparılmış hərəkətlərin ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, lakin sonradan iddia tələbindən imtina etmişdir.
102. Bu hal göstərir ki, iddiaçı 2014-cü il tarixli müqavilənin nəticələrinin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Əgər müqavilə həqiqətən hədə-qorxu və ya təzyiq altında bağlanmış olsaydı, iddiaçı bu barədə arqumentləri məhz həmin vaxt irəli sürə bilərdi. Lakin iddiaçı 2020-ci ildə belə iddia ilə çıxış etməmiş, əksinə, iddiasından könüllü imtina etmişdir.
103. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, müqavilənin hədə-qorxu və ya zorakılıq nəticəsində bağlandığı barədə iddialara istinad etmək üçün bir illik kəsici müddət nəzərdə tutulmuşdur. İddiaçı müqavilənin bağlandığı tarixdə şəxsən iştirak etmiş, onun şərtlərindən xəbərdar olmuş və müqaviləni imzalamışdır. Hətta 2020-ci ildə bu müqavilənin mövcudluğunu tam qəbul etməklə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, iddiaçı yalnız 2025-ci ildə, yəni kəsici müddəti dəfələrlə ötürdükdən sonra təkrar müraciət etmişdir.
104. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddiadan imtina etmələrini həmin zaman ona təzyiq və hədə qorxuların nəticəsində olmasını bildirsə də, bu barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Halbuki, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
105. Məhkəmə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsini təzyiq və hədə-qorxu altında bağlaması barədə arqumenti əsassızdır. Bu barədə iş materiallarında heç bir sübut təqdim edilməmiş, əksinə, müqavilənin könüllü və azad iradə ilə bağlandığı notariat qaydasında təsdiq edilmişdir. Bundan başqa, iddiaçı hədə qorxu nəticəsində bağladığını iddia etdiyi müqaviləni 2020-ci ildə mübahisələndirmiş və sonradan imtina edərək yalnız 2025-ci ildə yenidən müraciət etmişdir ki, hətta müqavilə hədə qorxu və ya təzyiq nəticəsində bağlanmışdırsa belə iddiaçı Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilmiş bir illik kəsici müddəti ötürmüşdür.
106. Qeyd edilməlidir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən və əhəmiyyətsiz əqdlərdir.
107. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
108. Beləliklə, mübahisələndirmə dedikdə - əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur.
109. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər.
110. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur.
111. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
112. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
113. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır.
114. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
115. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 12 mart 2020-ci il tarixli Qərarında da ifadə edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
116. Bununla yanaşı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, mübahsə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur.
117. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
118. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
119. Digər tərəfdən, iddia tələbinin – xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi (bəyan edilən predmet – “X4 Klubu” MMC-də 100% payın satışı) hüquqi cəhətdən xx.xx.2014-cü il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin nəticəsi olaraq təzahür eddir və xx.xx.2014-cü il tarixli müqavilənin mübahisələndirilməsinin nəticəsindən asılıdır. Bu zəncirvari bağlılıq iş materiallarında həm müqavilələrin ardıcıllığı, həm də mülkiyyət dəyişikliyinin reyestrə daxil edilməsi yolu ilə aydın surətdə öz təsdiqini tapmışdır.
120. Mülki hüquqda ilkin (köklü) alğı-satqı müqaviləsi əsasında yaranmış mülkiyyət hüququ onun sahibi tərəfindən üçüncü şəxsə ötürülə bilər; bu halda sonrakı (törəmə) alğısatqı müqaviləsinin hüquqi varlığı və qanuniliyi ilkin əməliyyatın qanuniliyi ilə sıx bağlıdır. Əgər ilkin əqd qanuni nəticə doğurub və alıcı həmin nəticə əsasında mülkiyyət hüququ əldə edibsə, o, həmin mülkiyyət hüququ ilə sərbəst şəkildə əməl etmə — o cümlədən satış əməliyyatı həyata keçirmə — səlahiyyətinə malik olur. Buna görə də sonrakı satış əməliyyatının qanuniliyi ilkin əməliyyatın hüquqi statusundan asılıdır.
121. İş materiallarından aydın olur ki: - xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənmiş və onun nəticəsi olaraq 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh1-nın adına müvafiq reyestr çıxarışı verilmişdir; - Cavabdeh1-in reyestrə daxil edilmiş mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə Cavabdeh2-ə qarşı yeni alğı-satqı müqaviləsi bağlanmış və bu əməliyyat Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiqlənmişdir; - sonrakı müqavilə də reyestrə daxil edilmiş və Cavabdeh2-in adına uyğun çıxarış verilmişdir.
122. Bu ardıcıllıq göstərir ki, 2019-cu il müqaviləsi fiziki olaraq Cavabdeh1 2014-cü il müqaviləsi nəticəsində əldə etdiyi hüquqa əsasən bağlanmışdır. Belə olan halda, 2019-cu il müqaviləsinin qanuniliyini ayrıca və müstəqil qiymətləndirməkdən əvvəl ilkin 2014-cu il müqaviləsinin qanuniliyinin və etibarlılığının müəyyən edilməsi məntiqi və hüquqi baxımdan zəruridir.
123. Apellyasiya məhkəməsi əvvəlki hissələrdə və iş materiallarına istinadla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli müqavilə qanunvericiliyin forma və məzmun tələblərinə uyğun bağlanmış, notariat qaydasında təsdiqlənmiş və etibarlı hesab edilmişdir. İlkin əqd etibarlı olduğuna görə, onun nəticəsi — yəni Cavabdeh1-ın həmin pay üzərində əldə etdiyi mülkiyyət hüququ — hüquqi cəhətdən mövcuddur və sonra bağlanmış alğısatqı müqaviləsi onun legitmək hüququ əsasında həyata keçirilmişdir.
124. Beləliklə, 2014-cü il müqaviləsinin etibarlılığı 2019-cu il müqaviləsinin qanuniliyinin əsasını təşkil edir: ilkin hüququn mövcudluğu və etibarı olmadan sonrakı ötürmə hüquqi nəticə doğura bilməz; əksinə, ilkin əqd etibarlı olduğu halda sonrakı alğısatqı əməliyyatı müvafiq hüquqi halda aparılmışdır.
125. Qanun üzrə sonrakı əməliyyatların ləğvi başlıca olaraq ilkin əməliyyatın etibarsızlığına əsaslanır. Əgər, ilkin müqavilə etibarlı hesab olunubsa, sonrakı müqavilənin müstəqil şəkildə ləğv olunmasını əsaslandıracaq yeni və xüsusi hallar — məsələn, sonrakı müqavilənin bağlanması zamanı ayrı-ayrı təzyiq, aldatma və ya digər etibarsızlıq halları — iş materiallarında konkret və inandırıcı surətdə sübuta yetirilməlidir. İşdə bu cür yeni və müstəqil sübutlar mövcud deyildir.
126. Buna görə də, ilkin müqavilənin etibarlılığı mövcud olduqda, sonrakı müqavilənin etibarsız sayılması üçün ayrıca və xüsusi, müstəqil və inandırıcı sübutun olmaması halında 2019-cu il müqaviləsi də qanuni hesab edilməlidir.
127. Beləliklə, 2014-cü il müqaviləsinin etibarlılığı təsdiqləndiyi üçün, həmin müqavilə əsasında yaranmış mülkiyyət hüququndan törəyən 2019-cu il tarixli müqavilə də qanuni hesab edilməlidir. İş materiallarında 2019-cu il müqaviləsinin ayrıca etibarsızlığına əsas verə biləcək hər hansı sübut təqdim olunmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə ayrıca hüquqi qiymət verilməsinə ehtiyac yoxdur və həmin müqavilə ilkin müqavilənin hüquqi nəticəsi kimi qüvvədədir.
128. Eyni zamanda, məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini araşdıraraq müəyyən etmişdir ki, xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini şərtləndirən hallar mövcud olmaması, 04 may 2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə isə birinci instansiya məhkəməsi iddianı kəsici müddətin ötürülməsi əsası ilə rədd etmişdir.
129. Doğrudur ki, birinci instansiya məhkəməsinin tətbiq etdiyi hüquqi tam olaraq işin mahiyyətinə uyğun olmasa da, çıxarılan nəticə mahiyyət etibarilə doğrudur.
130. Belə ki, qeyd edilən xüsusatların nəticəsində “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərinin pozulması ilə nəticələnə bilər.
131. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında da qeyd etmişdir ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar).
132. Həmçinin, hüquqi müəyyənlik prinsipi də nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasında (məsələn, Brumărescu Rumıniyaya qarşı işində) vurğulanmışdır ki, məhkəmə qərarlarının sabitliyi və hüquqi münasibətlərin yekun həlli hüquqi müəyyənlik prinsipinin tərkib hissəsidir. İddiaçının eyni hüquqi münasibət üzrə dəfələrlə müraciəti bu prinsipə zidd olardı.
133. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması tam işin hallarına uyğun olmasa da, kəsici müddətin ötürülməsi, ilkin müqavilənin etibarlılığı, prosessual qənaət və hüquqi müəyyənlik prinsipləri baxımından iddianın rədd edilməsi mahiyyətcə doğrudur. Bu səbəbdən də məhkəmə birinci instansiya məhkəməsinin nəticə etibarı ilə doğru gəlinmiş nəticəsini formal mülahizələrə görə ləğv olunmasını zəruri hesab etmir.
134. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
135. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın – alğı-satqı müqavilələrinin etibarısz hesab edilməsi –hissələrində dəyişdirilmədən saxlanılmalıdır.
136. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.
137. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-827/2025 nömrəli qətnaməsi – “xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin və xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.