Məhkəmə qərarları › İş №2-2(104)-187/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-187/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-187/2023 01.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Muradov Rəhman Şaban oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pulun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2- 2(115)-1054/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 avqust 2019-cu ildə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (müqavilə üzrə “lizinq verən”) və cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (fərdi sahibkar) Cavabdeh (müqavilə üzrə “lizinq alan”) arasında bağlanmış MK 137 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, lizinq predmetinin geri qaytarılmasını və 27777,40 manat məbləğində borcun və 398 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2-2(115)-1054/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia təmin edilərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK 137 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, lizinq predmetinin geri qaytarılması və Cavabdeh 27777,40 (iyirmi yeddi min yeddi yüz yetmiş yeddi manat qırx qəpik) manat və 398 (üç yüz doxsan səkkiz) manat dövlət rüsumunun tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2-2(115)-1054/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin müqavilənin ləğv edilməsi və lizinq obyektinin geri qaytarılması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflər aralarında barışıq sazişi bağladıqlarını bildirib, barışıq sazişini təsdiq etməyi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasına təqdim olunmuş 01 sentyabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə bu günə olan 26.575,40 (iyirmi altı min beş yüz yetmiş beş manat qırx qəpik) manat borc məbləğini 01 oktyabr 2023-cü il tarixdən etibarən hər ay 400 (dörd yüz) manat olmaqla iddiaçı Global Leasing" Qapalı Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti isə borc məbləğinin tam ödənilməsindən sonra xx.xx.2019-cu il tarixli, MK137 nömrəli lizinq müqaviləsinin obyekti olan avadanlığı Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb, tərəflərə barışıq sazişinin məhkəmə tərəfindən təsdiqlənməsinin və bununla bağlı iş üzrə icraata xitam verilməsinin nəticələrini izah edib hesab edir ki, barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunmalı, Gəncə Kommersiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2-2(115)- 1054/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261, 263-264, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, qə r a r a a l d ı : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 26.575,40 (iyirmi altı min beş yüz yetmiş beş manat, 40 qəpik) manat borc məbləğini 01 oktyabr 2023-cü il tarixdən etibarən hər ay 400 (dörd yüz) manat olmaqla iddiaçı Global Leasing" Qapalı Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2019-cu il tarixli, MK137 nömrəli lizinq müqaviləsinin obyekti olan avadanlığı Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürür. Gəncə Kommersiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2-2(115)-1054/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar