Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-189/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-480/2023 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, М Ü Ə Y Y Ə N Е Т D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 9082.60 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10.83 manat məbləğində pulun və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-480/2023 saylı qərardadı ilə (K.Vəliyev) iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə həmin qərardaddan şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın surəti xx.xx.2023-cü il tarixdə onların elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Mövcud qanunvericilikdə tərəfin mediasiya iclasına çağırılması ilə bağlı sənədlərin məhkəməyə təqdim edilməməsinin iddianın baxılmamış saxlanılması üçün əsas olduğu nəzərdə tutulmamışdır. İddiaçı MMC tərəfindən iddianın məhkəməyə verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tələblərə əməl edilmişdir və hazırki vəziyyətdə iddianın baxılmamış saxlanılması üçün heç bir əsas yoxdur. Məhkəmə öz qərarında göstərmişdir ki, cavabdehin şəxsi məlumatlarında ünvanı tam göstərilmədiyi üçün məhkəmə tərəfindən ona göndərilən məktubların çatdırılması da mümkün olmur və bu da mediator tərəfindən göndərilmiş məktubların da cavabdehə çatdırılmadığına dəlalət edir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-480/2023 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 480/2023 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 31.05 2023-cü il tarixli, e-2-2(115)-480/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli, 2-2(115)-480/2023 saylı qərardadı ləğv edilməli və iş materialları işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X1 tərəfindən verilmiş arayışda göstərilir ki, 29 noyabr 2021-ci il tarixə təyin olunmuş ilkin mediasiya sessiyası barədə 5 iş günü öncə poçt vasitəsilə məlumatlandırılmış Cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. Poçt vasitəsilə məlumatlandırılma göstərilsə də, dəvət olunma haqda sənədin hansı ünvana göndərilməsini və onun Cavabdeh tərəfindən qəbul edilməsini bildirən məlumat arayışda qeyd olunmamışdır. Şəxsiyyət vəsiqəsi məlumatlarından göründüyü kimi Cavabdeh yaşayış yeri Samux rayonu göstərilmişdir. Göründüyü kimi ünvan tam göstərilməmişdir. İddia ərizəsində cavabdehin ünvanı kimi göstərilmiş Samux rayonu Nəbiağalı qəsəbəsinə göndərilən məhkəmə bildirişi də şəxsin həmin ünvanda yaşamaması səbəbi ilə məhkəməyə qaytarılmışdır. Onun mobil telefonuna sms bildirişi göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Göründüyü kimi Cavabdeh məhkəməyə çağırılması da poçt vasitəsilə mümkün olmamışdır. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişin təqdim edilməsini təsdiq edən sənəd şikayətə əlavə edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından da göründüyü kimi ilkin mediasiya sessiyası keçirilməsi barədə Cavabdeh məlumatlandırılmış lakin o, ilkin mediasiya sessiyasına gəlməmişdir. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh həqiqətən də Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatdadır. Ona göndərilmiş məhkəmə bildişini almasa da, SMS vasitəsilə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır. Hətta cavabdehin özü və vəkili xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş, cavabdeh məhkəmə iclasında yaşadığı ünvan kimi Samux rayonu Nəbiağalı qəsəbəsini göstərmişdir. Cavabdeh Vəkil xx.xx.2023-cü il tarixdə verdiyi etibarnamədə də onun qeydiyyat ünvanı kimi Samux rayonu, Nəbiağalı qəsəbəsi göstərilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda düzgün nəticəyə gəlməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-480/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün yenidən Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-480/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün yenidən Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov İslam Həsənov
Məhkəmə qərarları › İş №2-2(104)-189/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-189/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver