Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(104)-19/2025 23.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kommersiya işi üzrə QƏTNAMƏSI Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1. 2.
3. ##.##.2021-ci il tarixli “Qiymətlərin razılaşdırma protokolundan” görünür ki, satıcı və alıcı veriləcək malların və göstəriləcək iş və xidmətlərin qiymətini əvvəlcədən razılaşmışlar.
4. 27 Aprel 2021-ci il tarixli, PAM******** nömrəli ödəniş tapşırığı əsasən 200 manat, 31 May 2021-ci il tarixli, PAM******** nömrəli ödəniş tapşırığı əsasən 140 manat, # #### 2021-ci il tarixli, РАМ******** nömrəli ödəniş tapşırığı əsasən 80 manat İddiaçı MMC-nin bank hesabından Cavabdeh hesabına köçürülmüşdür. 5. 6.
7. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh ünvanlanan məktub sonuncuya ##.##.2023-ci il tarixdə təhvil verilmişdir. 8.
10. Məhkəmə kollegiyasının müvafiq sorğusuna əsasən “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli, ****/***/***** nömrəli cavab məktubuna Cavabdeh adına aşkar olunan fermer kart hesablarından mədaxil əməliyyatları üzrə çıxarışlar təqdim edilmişdir. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh adına aşkar olunan fermer kart hesabına ##.##.2021-ci il tarixdə 200 manat, ##.##.2021-ci il tarixdə 140 manat, ##.##.2021-ci il tarixdə 80 manat və ##.##.2021-ci il tarixdə 35,23 manat mədaxil olmuşdur.
1. Ekspertizaya təqdim edilmiş №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, 05.08.21-ci tarixli qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə Cavabdeh adından olan imzalar - X1 tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş ##.##.2020-ci il tarixli qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, N****** qəbzdə, N****** qəbzdə, 06.08.21-ci il tarixli qəbzdə, №****** qəbzdə Cavabdeh adından olan imzalar - Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur.
3. Ekspertizaya təqdim edilmiş №****** qəbzdə Cavabdeh adından olan imzanın - Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.
- 2020-сi il üzrə З656.88 mаnаt, - 2021-сi il üzrə 6787.59 manat müəyyən edilir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
15. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh “iddiaçı”nın xeyrinə 11289,53 manat dəyərində borcun və 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağdam Filialı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Əfətli kəndi ərazisində 2.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “Iddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “Iddiaçı”dan 7769.23 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 19,0 manat məbləğində 1-ci şum, 138.0 manat məbləğində rotosion mala, 34.00 manat məbləğində mala, 30,0 manat məbləğindəçiyid səpini, 156,0 manat məbləğində dərman səpini, 420.0 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 6446.23 manat məbləğində gübrə/dərman, 110.0 manat məbləğində sdahədaxili kanal çəkilişi, 416.0 manat məbləğində kultivasiya,cəmi: 7769.23 manat məbləğindəişlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 246.58 manat məbləğində 352.26 kq xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 7522.65 manat, ötən ildən qalan 3766.88 manat borcu nəzərə almaqla cəmi: 11289.53 məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “Iddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir.
17. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ekspert ancaq iş və xidmətlərin yerinə yetirilməsi haqqında aktın birinə münasibətdə rəy verib. Ekspert rəyi digər sübut və sənədlərlə birlikdə qiymətləndirilməlidir. Akta digər şəxslər də imza atıb, onlar məhkəmədə şahid qismində dindirilməlidir. Əlavə etmək istərdi ki, fermer olmayanda sahədə aktı orada iştirak edən şəxslərə imzaladılır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh Cavabdeh bildirmişdir ki, 2 ha əraziyə 12000 manat məbləğində xərcin çəkilməsi inandırıcı deyildir. Aktların yarısını o, imzalamışdır. Borcu təsdiq etmir. Eyni zamanda iş və xidmətlərin yerinə yetirilməsi aktında olan imzanın onun tərəfindən imzalanmadığını ekspert rəyi ilə sübut olunmuşdur. Odur ki, borcu olmadığından iddianın rədd edilməsini xahiş etdi. 2018-ci ildə müqavilə olub, borcu bağlamışdır. 2020-ci ildə pambıq olmayıb. 2019-un dekabr ayında müqavilə olmamışdır. Onlar müqavilə imzalayandan bir gün sonra Sahil müəllimin yerinə başqa şəxs müdir təyin edilmişdir.
19. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
20. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı MMC-nin Ağdam Filialı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən yaranmış borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etsə də, cavabdehin izahatı və Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2024-cü il tarixli rəyi ilə iş materiallarında olan, həmçinin iddiaçının tələbin əsası kimi irəli sürdüyü ##.##.2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktında “fermer” qrafasında olan imzanın Cavabdeh tərəfindən çəkilmədiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır. Çünki həmin akt tərəflər arasında bağlanmış müqavilə üzrə mövsümün sonunda qarşılıqlı şəkildə tərtib olunur, mövsüm ərzində görülmüş bütün işlər barədə məlumat qeyd olunur və tərəflərin hər biri akta imza etməklə razılıqlarını bildirirlər. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında həmin akta imza etmədiyini bildirmiş və iş üzrə təqdim olunmuş ekspert rəyindən də göründüyü kimi həqiqətən cavabdeh həmin akta imza etməmiş və ümumiyyətlə həmin aktdan heç bir məlumatı olmamışdır. Belə olan təqdirdə onun iddiaçı qarşısında hər hansı öhdəliyindən söhbət gedə bilməz. Ona görə də iddia rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehə qarşı irəli sürülmüş tələbin yalnız məhkəmə-xətşünaslıq ekspertizasının rəyi əsasında rədd etmişdir. Lakin məhkəmə iş üzrə təqdim edilmiş mühasibat sənədlərinə əsaslanmadan və bu iş üzrə araşdırma aparmadan yekun qərar qəbul etmişdir. Məhkəmə 903,00 manat məbləğində aqrotexniki işlərin, 420,00 manat məbləğində avans vəsaitin, 6446,23 manat məbləğində gübrə və dərmanın sərf edildiyini müəyyən edən mühasibat sənədlərinə qiymət verməmişdir. Məhkəmə araşdırması zamanı iş və xidmətlərin görülməsinə dair aktda imza etmiş şəxslərin şahid qismində məhkəməyə dəvət edilib dindirilmələri və işin hallarının tam və hərtərəfli araşdırılması baxımından əhəmiyyət kəsb edir. Borclu şəxsə pambığın becərilməsi ilə bağlı avans vəsaitin verilməsi işin təkzib edilməz hallarından hesab edilsə də, mülkiyyətində (icarəsində) olan torpaq sahəsində işlərin görülməsi və xidmətlərin göstərilib-göstərilməməsi vəsatətdə adları qeyd edilən şəxslərin izahatları ilə öz təsdiqini tapa bilər. Hesab edirlər ki, şahidlərin dindirilməsindən imtina edilməsi işin faktiki hallarının hakim tərəfindən araşdırılmadan məhkəmə müdafiəsi hüququnun da pozulmasına səbəb olmuşdur. Avans vəsaitin alınması və işlərin görülməsi borclu tərəfindən təsdiq edilsə də, məhkəmə qətnaməsində həmin hala qiymət verilməməsi işin faktiki hallarının aydınlaşdırılmamasına və qanunsuz məhkəmə qətnaməsinin qəbul edilməsinə səbəb olmuşdur.
a) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron Məhkəmə”-də olan şəxsi kabineti vasitəsilə məhkəmə kollegiyasına məktub ünvanlayaraq, apellyasiya şikayətini müdafiə etdiklərini və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası IPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə gəlinmiş nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların tam aydınlaşdırılmaması ilə qəbul olunmuşdur.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilən xüsusatları araşdıraraq, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, iddia digər hissələrdə təmin edilməməlidir.
33. Işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC-nin Ağdam filialı tərəfindən Ağdam rayonu, Əfətli kəndində yerləşən 2.00 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur.
35. Iddianı rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin izahatı və Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2024-cü il tarixli rəyi ilə iş materiallarında olan, həmçinin iddiaçının tələbin əsası kimi irəli sürdüyü ##.##.2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktında “fermer” qrafasında olan imzanın Cavabdeh tərəfindən çəkilmədiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə qeyd etmişdir ki, Cavabdeh iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır.
36. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsidir və mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinin tələbləri çərçivəsində həll olunmalıdır.
37. Belə ki, həmin maddəyə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
38. Məhkəmə kollegiyası ilk öncə iddianın ötən illərin borcu olan 3766,88 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
39. Belə ki, iş materiallarında olan ##.##.2021-ci il tarixli “Iş və xidmətlərin yerinə yetirilməsi” aktına əsasən İddiaçı MMC-nin Ağdam filialının direktoru şahid4, baş mühasibi A.S.Şəfiyeva, mexanik dispetçeri şahid3, baş aqranomu şahid5 və fermer Cavabdeh iştirakı ilə Cavabdeh ilə İddiaçı MMC-nin Ağdam filialı arasında bağlanmış ** nömrəli müqavilənin icrası ilə bağlı ##.##.2021-ci il tarixinə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və təsdiq edilmişdir ki, İddiaçı MMC tərəfindən cavabdehə 576.70 manat aqrotexniki xidmətlər göstərilmiş, 2160 manat avans, 1111,21 manat dəyərində dərman, gübrə, azot və pestisitlər və 332,80 manat dəyərində əkin üçün toxumluq çiyid verilmiş, cavabdeh tərəfindən isə 523,82 manat dəyərində xam pambıq iddiaçıya təhvil verilmişdir.
40. Beləliklə, həmin akta əsasən cavabdehin 3656,88 manat qalıq borcu müəyyən edilmiş və aktın doğruluğu üzləşmədə iştirak edən İddiaçı MMC-nin Ağdam filialının əməkdaşları ilə yanaşı fermer Cavabdeh tərəfindən təsdiq edilmişdir. Deməli cavabdeh həmin aktı imzalamaqla ötən ildən qalan 6284 manat qalıq borcunun olduğunu təsdiq etmişdir.
41. Məhkəmə kollegiyasının müvafiq sorğusuna əsasən “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli, ****/***/***** nömrəli cavab məktubuna əsasən təqdim edilmiş Cavabdeh adına aşkar olunan fermer kart hesablarından mədaxil əməliyyatları üzrə çıxarışdan görünür ki, həmin kart hesabına ##.##.2020-##.##.2020-ci il üzrə ümumilikdə 2400 manat mədaxil olmuşdur. Qeyd olunan hallar ona 2020-ci il üzrə avans məbləğinin verildiyini təsdiq edir.
43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra edilməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh həmin müqavilə üzrə yaranmış 3656,88 manat borcunu iddiaçıya ödəməlidir.
44. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə apellyasiya şikayətinin dəlilləri tam əsaslı sayılmalıdır.
45. Məhkəmə kollegiyası tələbin ##.##.2021-ci il tarixli “xam-pambığın alğı-satqı müqaviləsi” üzrə 7522,65 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
46. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli “Xam pambığın alqısatqısına dair” müqaviləyə əsasən İddiaçı MMC-nin Ağdam filialı Cavabdeh məxsus Ağdam rayonu, Əfətli kəndi ərazisində 2 hektar sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirməyi, “satıcı” yetişdirdiyi yüksək keyfiyyətli xam pambığı bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “alıcı”ya təhvil verməyi, “alıcı” isə məhsulu qəbul etməyi və onun dəyərini “satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla ona ödəməyi öhdəsinə götürmüşdür.
47. Həmçinin, ##.##.2021-ci il tarixli “Qiymətlərin razılaşdırma protokolundan” görünür ki, satıcı və alıcı veriləcək malların və göstəriləcək iş və xidmətlərin qiymətini əvvəlcədən razılaşmışlar.
48. 27 Aprel 2021-ci il tarixli, PAM******** nömrəli ödəniş tapşırığı əsasən 200 manat, 31 May 2021-ci il tarixli, PAM******** nömrəli ödəniş tapşırığı əsasən 140 manat, # #### 2021-ci il tarixli, РАМ******** nömrəli ödəniş tapşırığı əsasən 80 manat İddiaçı MMC-nin bank hesabından Cavabdeh hesabına köçürülmüşdür.
49. Məhkəmə kollegiyasının müvafiq sorğusuna əsasən “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli, ****/***/***** nömrəli cavab məktubuna əsasən Cavabdeh adına aşkar olunan fermer kart hesablarından mədaxil əməliyyatları üzrə təqdim edilmiş çıxarışlardan görünür ki, Cavabdeh adına aşkar olunan fermer kart hesabına ##.##.2021-ci il tarixdə 200 manat, ##.##.2021-ci il tarixdə 140 manat, ##.##.2021-ci il tarixdə 80 manat mədaxil olmuşdur. Qeyd olunan hallar ona 2021-ci il üzrə avans məbləğinin verildiyini təsdiq edir.
51. Işin birinci instansiya məhkəməsindəki icraatı zamanı qeyd edilən imza cavabdeh tərəfindən mübahisələndirildiyindən məhkəmə tərəfindən xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertiza nəticəsində təqdim edilmiş ## ##### 2024-cü il tarixli, *-**-**/*-*/*** nömrəli rəydə ##.##.2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktının 3-cü vərəqinin aşağı hissəsində doğruluğunu imzalarımızla təsdiq edirik bölməsinin fermer qrafasındakı Q. Məmmədov yazıları və onun qarşısındakı imzanın Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd edilmişdir.
52. Buna baxmayaraq, iş materiallarında olan müvafiq tarixli və nömrəli Malların fiziki şəxslərə təhvil-qəbul qəbzləri və aktlarla pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin, eləcə də müvafiq malların cavabdeh tərəfindən qəbul edildiyi müəyyən olunmuşdur.
53. Cavabdeh həmin qəbz və aktlardakı imzaları da mübahisələndirmiş, bununla bağlı məhkəmə kollegiyası tərəfindən müvafiq ekspertiza təyin edilmiş və əldə edilmiş ## ##### 2025-ci il tarixli, *-**-**/*-*/*** nömrəli rəyi ilə müəyyən edilmişdir ki:-
1. Ekspertizaya təqdim edilmiş №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, 05.08.21-ci tarixli qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə, №****** qəbzdə Cavabdeh adından olan imzalar - X1 tərəfindən icra olunmuşdur.
54. Beləliklə, qeyd edilən rəyin 1-ci bəndində göstərilmiş müvafiq nömrəli qəbzlərdəki imzanın cavabdehə məxsusluğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır.
55. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, ##.##.2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktı cavabdeh tərəfindən imzalanmasa da, ekspert rəyində qeyd edilən müvafiq nömrəli qəzlər cavabdeh tərəfindən imzalandığına görə pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin, eləcə də müvafiq malların cavabdeh tərəfindən qəbul edildiyi öz təsdiqini tapmışdır.
56. Bundan sonra, cavabdeh tərəfindən imzalanmış müvafiq qəbzlər üzrə borcun müəyyən edilməsi zərurəti yaranmış və Alternativ Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, ** nömrəli mütəxəssis rəyində cavabdehin İddiaçı MMCyə olan borcu 2021-сi il üzrə 6787.59 manat, həmçinin 2020-сi il üzrə З656.88 mаnаt olmaqla ümumi borcun 10444.47 (on dörd min dörd yüz qırx doqquz) manat olduğu müəyyən edilmişdir.
57. Beləliklə, işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda qeyd edilən əsaslardan dolayı əsaslı olmamışdır.
58. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)- ***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 10.444,47 (on min dörd yüz qırx dörd manat, qırx yeddi qəpik) manat məbləğində pul və tələbin təmin olunmuş hissəsinə münasibətdə 185 (bir yüz səksən beş) manat məbləğində mediasiya xərci tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia və apellyasiya şikayəti digər hissələrdə təmin edilməməlidir.
59. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə iddianın qiyməti on min manatdan yuxarı olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulur.
60. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti qismən təmin edilsin.
Cavabdeh Cavabdeh 10.444,47 (on min dörd yüz qırx dörd manat, qırx yeddi qəpik) manat məbləğində pul və tələbin təmin olunmuş hissəsinə münasibətdə 185 (bir yüz səksən beş) manat məbləğində mediasiya xərci tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin, iddia digər hissələrdə təmin edilməsin. Apellyasiya şikayəti digər hissələrdə təmin edilməsin. Məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsindən qətnamə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.