Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-194/2024 25.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 883/2024 saylı qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-883/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən 6300 manat əsas borc, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 88 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2- 2(115)-883/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6300 manat əsas, öhdəliyin icra edilmədiyinə görə 900 manat cərimə borcu, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 1300 manat və ödənilmiş 105 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs İddiaçıla ilə Cavabdeh MMC arasında xx.xx.2023-ci il tarixində 001-DEK-2023 saylı xidməti müqavilə bağlanmış və həmin müqaviləyə əsasən fiziki şəxs İddiaçı Cavabdeh MMC-yə sertifikat alınmasına dəstək göstərərək ona 3 sertifikat almışdır. Müqavilə şərtlərinə görə 2 dəfəyə 9300 manat ödəməli olan Cavabdeh MMC müqavilə bağlandıqdan sonra 3000 manat ödəniş etmiş, lakin sertifikat alındıqdan sonra ödəməli olduğu 6300 manatı aylardır müxtəlif bəhanələrlə ödəməkdən imtina edir. Görülmüş işlər tamamlanmış işlər təhvil verilmiş, hətta cavabdeh həmin sertifikatlardan istifadə edərək tenderdə belə iştirak etmiş, lakin ödənişi etməkdən boyun qaçırır. Dəfələrlə bununla bağlı cavabdeh xəbərdarlıq edilsə də, buna məhəl qoymamış və xx.xx.2024-cü il tarixdə elektron qaimə kəsilib və yenidən xəbərdarlıq edilmiş, lakin heç bir müsibət nəticə verilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, tenderdə iştirak etmək üçün İSO sertifikatlarına ehtiyacları olduğundan fiziki şəxs İddiaçıla xx.xx.2023-ci il tarixində 001- DEK-2023 saylı xidmət müqaviləsi bağlanmışdır. Bunula bağlı fərdi sahibkar İddiaçı ilkin olaraq 3000 manat avans ödənilmişdir. Bundan əlavə Müqavilənin şərtlərinə əsasən İddiaçı "xxxx" MMC-yə İSO sertifikatlarını almalı və MMC-nin işçilərinə kurs keçirməli idi. Lakin üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, həmçinin "xxxx" MMC Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tenderdə iştirak etmək üçün hazırlanmış sertifikatlarla tenderdə iştirak edən zaman məlum olmuşdur ki, fərdi sahibkar İddiaçı tərəfindən hazırlanan sertifikatlar saxtadı və "xxxx" MMC qalib olduğu tenderdən uzaqlaşdırılmışdır. Bu halda onların sahibkar fəaliyyətinə, işgüzar nüfuzlarına və imicinə böyük zərbə vurmuşdur. Bunula bağlı dəfələrlə fərdi sahibkar İddiaçı müraciət olunmuş və ondan verilmiş avansın geri ödənilməsi tələb edilməsinə baxmayaraq tələblərinə müsbət cavab verməmişdir. İşin hallarına baxarkən müəyyən olunur ki, məhkəmə işin araşdırılmasında onların mövqeyini nəzərə almamışdır. Belə ki, məhkəmənin iclasının keçirilmə vaxtı barədə məlumat elektron məhkəmə sistemi vasitəsilə "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilmiş, lakin “Asan imza”nın işləməməsi səbəbindən elektron kabinetə giriş məhdudlaşmışdır. Bu səbəbdən də "xxxx" MMC olaraq iş üzrə həm qarşılıqlı iddia vermək həm də öz etiraz və dəlillərini təqdim etmək imkanından məhrum olmuşlar. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, şirkət olaraq tenderdə iştirak etmək üçün İSO sertifikatlarına ehtiyacları olduğundan İddiaçıla tanış olmuş, sonuncu tenderdə iştirak etmək üçün tələb olunan şərtlər toplusu ona təqdim olunduqdan sonra tələb olunan İSO sertifikatlarının alınmasında köməklik edəcəyini vəd etmiş və müvafiq xidmət müqaviləsi elə iddiaçının özü tərəfindən hazırlanaraq imzalanması üçün təqdim edilmiş, iddiaçıya inamı yarandığına, həm də vaxt məhdudiyyəti olduğuna görə xidmət müqaviləsini oxumadan imzalamış, sertifikatlar hazırlanıb onlara təqdim edildikdən sonra tender şərtlərində göstərilənlərdən fərqli olduğunu görüb o barədə iddiaçıya bildirdikdə, sonuncu həmin sertifikatların keçərli olduğunu onlara bildirmişdir. Bu səbəbdən də onlar heç bir şübhələri olmadan tenderə qoşulmuşlar. Aralarındakı razılaşmaya əsasən müqavilə üzrə İddiaçı ilkin olaraq 3000 manat avans ödəmişdir. Müqavilənin şərtlərinə əsasən İddiaçı "xxxx" MMC-ni zəruri İSO sertifikatları ilə təmin etmələ yanaşı, həm də şirkətin əməkdaşları üçün müvafiq təlimlər təşkil etməli idi. Lakin qarşı tərəf üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Çünki müraciət zamanı tenderdə qalib olmaq üçün zəruri olan bütün tələblərə cavab versələr də sonradan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən rəsmi məlumat verildi ki, onların təqdim etdiyi sertifikatlar Azərbaycan Respublikasının qanunvericiliyi üzrə tələb olunan standartlara cavab vermir. Buna görə də "xxxx" MMC tender müsabiqəsindən kənarlaşdırıldı. Hesab edirlər ki, İddiaçı tərəfindən təqdim edilmiş sertifikatlar saxtadır. Tender müsabiqəsi zamanı sertifikatların qəbulundan imtina nəticəsində şirkətin sahibkarlıq fəaliyyətinə, işgüzar nüfuzuna və imicinə böyük zərbə vurulmuşdur. Dəfələrlə İddiaçı müraciət edərək ona ödədiyi avansı geri qaytarmasını tələb etsələr də təqdim etdiyi sertifikatların həqiqi olduğunu iddia edərək müqavilə üzrə ödənişin geri qalan hissəsini ödəməyi onlardan tələb etmişdir. Hesab edirlər ki, işə baxan məhkəmənin iddia tələbini təmin etməsi qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında xx.xx.2023-ci il tarixində bağlanmış müqaviləyə əsasən o, qarşı tərəfə tələb etdiyi sertifikatların alınmasına dəstək göstərərək ona 3 sertifikat alıb təqdim etmişdir. Sertifikatların alınıb verilməsi ilə bağlı xidmət müqaviləsi onun tərəfindən hazırlanmışdır və hesab edir ki, cavabdeh tərəfə təqdim edilmiş sertifikatlar müvafiq işlərin görülməsinə hüquq əldə etmək üçün Azərbaycan Respublikasının ərazisində keçərlidir. Müqavilə şərtlərinə görə 2 dəfəyə 9300 manat ödəməli olan Cavabdeh MMC müqavilə bağlandıqdan sonra cəmi 3000 manat ödəniş etmiş, lakin sertifikat alındıqdan sonra ödəməli olduğu 6300 manatı isə müxtəlif bəhanələrlə ödəməkdən imtina etmişdir. O, müqavilə üzrə qəbul etdiyi zəruri sertifikatların təhvil verilməsi öhdəliyini icra etmiş, hətta cavabdeh həmin sertifikatlardan istifadə edərək tenderdə iştirak etmiş, lakin cavabdeh ödənişi etməkdən boyun qaçırmışdır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Tibb Universitetinin 1 saylı Tədris binasının 3-cü və 4-cü mərtəbələrində cari təmir işlərinin satın alınmasına dair açıq tenderin əsas şərtlər toplusundan görünür ki, iştirakçılar tenderdə iştirak etmək üçün tender şərtlərində göstərilmiş digər sənədlərlə yanaşı icraçı işlərin yerinə yetirilməsinə dair tələb olunan müvafiq sertifikatlara malik olmalıdır (AZS İSO 9001:2020 AZS İSO 1401:2021, AZS İSO 450001:2021 sertifikatları). İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixində 001-DEK-2023 saylı xidməti müqavilədən görünür ki, “sifarişçi” İSO 9001:2015 X4, İSO 14001:2015 X6 Sistemi, İSO 45001:2018 İş Sağlamlığı və X1 üzrə sertifikatlaşdırma prosesinə dəstək xidmətini sifariş verib “icraçı”ya razılşadırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçı”nin müəyyən etdiyi qaydada İSO 9001:2015 X4, İSO 14001:2015 X6 Sistemi, İSO 45001:2018 İş Sağlamlığı və X1 üzrə setifikatlaşdırma prosesinə dəstək xidmətləri göstərməyi öhdəsinə götürməyi təmin edir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən layihənin 1-ci audit ili üçün ümumi dəyəri 9300 manat təşkil edir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan e-qaimədə qeyd edilir İş materiallarında olan xx.xx.2023-cü il tarixli EBDU 882557 nömrli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən 3000 manat, xx.xx.2024-cü il tarixli 294326 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən isə 6300 manat məbləğində xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı 3000 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, 2023-cü ildə Azərbaycan Tibb Universitetinin 1 saylı Tədris binasının 3-cü və 4-cü mərtəbələrində cari təmir işlərinin satın alınmasına dair açıq tender elan edilmiş, bunun üçün tender iştirakçılarının müəyyən şərtlərə cavab verən, o cümlədən AZS İSO 9001:2020, AZS İSO 14001:2021, AZS İSO 45001:2021 - kimi sertifikatlara malik vergi ödəyicisinin iştirak etmək hüququnun olduğu bildirilmişdir. Cavabdeh MMC elan edilmiş tenderdə iştirak etmək istədiyinə, lakin müvafiq sertifikatlara malik olmadığına görə bu kimi fəaliyyətlə, yəni sertifikatlaşmaya dəstəklə məşğul olan fiziki şəxs İddiaçıla tanış olmuş, tender şərtləri ona təqdim olunmuş, sonuncu ilə Cavabdeh MMC arasında xx.xx.2023-ci il tarixində 001-DEK-2023 saylı Xidmət müqaviləsi bağlanmış, hansı ki, həmin müqavilənin özü də İddiaçı özü tərəfindən tərtib edilmiş və həmin müqaviləyə əsasən fiziki şəxs İddiaçı Cavabdeh MMC-yə sertifikat alınmasına dəstək göstərərək ona 3 sertifikat almışdır. Müqavilə şərtlərinə görə 2 dəfəyə 9300 manat ödəməli olan Cavabdeh MMC müqavilə bağlandıqdan sonra 3000 manat ödəniş etmiş, lakin iddiaçı tender şərtlərində göstərilmiş tələblərə cavab verən sertifikatları yox, müqaviləyə daxil etdiyi İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018 sertifikatları təhvil vermiş, nəticədə sertifikatlar tender şərtlərinə uyğun olmadığına görə tenderin təşkilatçısı tərəfindən ona imtina olunmuşdur. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Tərəflər arasında bağlanılmış müqavilənin 5.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan e-qaimədə qeyd edilir. Göründüyü kimi tərəflər öz aralarında bağladığı müqavilədə hesablaşma qaydası kimi elektron qaiməni əsas götürmüşlər. İş materiallarında olan elektron qaimələrdən göründüyü kimi Müqavilədə Layihənin 1-ci audit ili üçün müəyyən olunmuş ümumi dəyəri 9300 manat olan xidmətlər göstərilmişdir. Göstərilən xidmətlərin dəyəri 3000 manat olan hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 6300 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbinin 900 manat məbləğində cərimə tələb edilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən nəzərə almamışdır ki, müqavilədə dəbbə pulunun tutulması müəyyənləşdirilməmişdir. İş materiallarına əlavə edilmiş 207İNTL240791023 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, Bakı şəhəri 9 saylı Vəkil Bürosuna hüquqi yardıma görə 1300 manat məbləğində vəkil haqqı ödənilmişdir. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 1300 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. İşə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldığından vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 500 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən 88 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 17 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırki iş materiallarından göründüyü kimi Cavabdeh MMC təmir işləri ilə məşğul olur və tenderə iştirak etmək üçün müvafiq sertifikatların alınması üçün İddiaçı müraciət etmiş, İddiaçı isə öz növbəsində tenderin şərtlərində göstərilən sertifikatlarla cavabdehi təmin etmək əvəzinə özündə olan sertifikatlara uyğun müqavilə tərtib edərək cavabdehə imzalatmışdır. Nəticədə cavabdeh tenderdə qalib gəlsə də sertifikatların uyğunsuzluğu nəticəsində tenderdən kənarlaşdırılmışdır. Göründüyü kimi iddiaçı cavabdehə AZS İSO 9001:2020, AZS İSO 14001:2021, AZS İSO 45001:2021 setifikatlaşdırma prosesinə dəstək xidmətləri göstərməli olduğu halda özü hazırladığı müqavilədə sertifikatlarının İSO 9001:2015 X4, İSO 14001:2015 X6 Sistemi, İSO 45001:2018 İş Sağlamlığı və X1 üzrə setifikatlaşdırma prosesinə dəstək xidmətləri göstərməyi öhdəsinə götürmüş, halbuki tenderdə iştirak edilməsi üçün həmin sertifikatlar uyğun deyildi. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə lazım olan setifikatlaşdırma prosesinə dəstək xidmətləri göstərilmədiyindən iddia tələbi təmin edilıməməlidir. İddia tələbi təmin edilmədiyindən iddianın verilməsi ilə bağlı xərclər iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməli olması nəticəsinə gələrkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası МPМ-in 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-883/2024 saylı qətnaməsi qismən – iddianın təmin edilmiş cavabdeh "xxxx" MMC-dən 6300 manat əsas borc, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 88 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-194/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-194/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver