Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-194/2025 25.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X1 Sanayi və Ticaret” Anonim şirkətinın cavabdeh Cavabdeh qarşı “pul” tələbinə iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi ilə, iddiaçı “X1 Sanayi və Ticaret” Anonim şirkətinin (bundan sonra –iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-817/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Malların satış müqaviləsinə əsasən, alıcı qismində çıxış edən “İddiaçı”, satıcı qismində çıxış edən cavabdeh iddiaçı şirkətə mal verməyi, şirkət isə həmin malı qəbul etməyi və dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşdür. Müqavilənin 3.4.3-cü bəndinə əsasən, bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alğı-satqısı həyata keçiriləcək malların haqqı satıcı tərəfindən təqdim ediləcək ödəniş sənədləri və təhvil-qəbul sənədi əsasında 15 təqvim günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir. 4.2-ci bəndinə əsasən, məhsullar göstərilən çatdırılma tarixində çatdırılmazsa, cavabdeh əvəlcədən aldığı ödənişi dərhal geri qaytarmalıdır. 5.2-ci bəndinə əsasən, ödəniş avans olaraq ödəniləcək və mallar 3 ay ərzində təhvil veriləcəkdir. 8.4-cü bəndinə əsasən, mallar göstərilən çatdırma tarixində çatdırılmazsa, cavabdeh şirkətə cərimə kimi 1.000 ABŞ dolları ödəməyə razı olmuşdur 9.3.4-cü bəndinə əsasən, satıcı, müqavilədə qeyd edilən vəzifələri yerinə yetirilməzsə və ya qismən yerinə yetirilərsə, satıcının qüsurundan qaynaqlanan zərərlərin ödəməsini istəyə bilər. 9.4-cü bəndinə əsasən, malların çatdırılması zamanı tam satış qiymətini ödəmək isə şirkətin öhdəliyidir. 11.1-ci maddəsinə əsasən, cavabdeh bu müqavilədən irəli gələn öhdəliklərini bu müqavilədə göstərilən tarixlərdə yerinə yetirməzsə, şirkət heç bir vaxt vermədən müqaviləni ləğv edə bilər. 12.1-ci maddəsinə əsasən, bu müqavilədən və ya onun maddələrinin şərhindən irəli gələn mübahisələr öncə danışıqlar yolu ilə həll edilməlidir, danışıqlar nəticəsiz qaldıqda isə mübahisələrin həlli üçün Türkiyə və Azərbaycan məhkəmələri və icra orqanları səlahiyyətlidir.
2. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə hər bir ödəniş 54000 ABŞ dolları olmaqla ümumilikdə 108000 ABŞ dolları məbləğində pul iddiaçı tərəfindən cavabdehə avans olaraq köçürülmüşdür.
3. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmiş və nəticədə avans olaraq ona ödənilmiş 108000 ABŞ dollarından xx.xx.2023-cü il tarixdə iddiaçıya 16000 ABŞ dolları pulu köcürmə yolu ilə iddiaçıya qaytarmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı “İddiaçı” və Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli “Malların satış müqaviləsi” üzrə cavabdehə ödənilmiş pul vəsaitindən qaytarılmamış 92.000 ABŞ dolları məbləğində əsas borcun, pulun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faiz borcu olaraq 15.000 (13.800 +1.200) ABŞ dollarının, müqavilə üzrə dəbbə pulu olaraq 1.000 ABŞ dollarının, cəmi 107.000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) hazırki iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumun əvəzi olaraq 475 manat, hüquqi xidmət göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 2000 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı “İddiaçı”nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsasladırılmışdır ki, iddiaçı “İddiaçı” və Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Malların satış müqaviləsi” bağlanmışdır. Bir tərəfdən alıcı qismində çıxış edən “İddiaçı”, digər tərəfdən satıcı qismində çıxış edən Cavabdeh xx.xx.2022-ci il tarixli “Malların satış müqaviləsi”nə əsasən aşağıdakı şərtlər üzrə razılığa gəlmişlər: 1.1. Cavabdeh iddiaçı şirkətə mal verməyi, şirkət isə həmin malı qəbul etməyi və dəyərini Cavabdeh ödəməyi öhdəllərinə götürürlər 1.2. Müqavilədə təsvir olunan mallar hesabfakturada qiymət və adla göstəriləcək. 1.3. Bu müqavilə çərçivəsində satılan malların adı, ölçüləri və növü müqaviləyə əlavə edilən vizuallarla müəyyən edilir. 1.5. Bu müqavilə çərçivəsində Cavabdeh şirkətin göstərdiyi ünvana cəmi 1.000 kubmetr taxta təhvil verəcək. 2.1. Müqavilə bütün səhifələri möhürləndikdən və sonuncu səhifə imzalandıqdan sonra qüvvəyə minir və qüvvədə qalır. 2.2. Müqavilə Cavabdeh malı şirkətin göstərdiyi ünvana çatdırana qədər etibarlıdır. 4.2. Məhsullar göstərilən çatdırılma tarixində çatdırılmazsa, Cavabdeh əvəlcədən aldığı ödənişi dərhal geri qaytaracaq. 5.1. Yuxarıda qeyd olunan malların (1.000 kubmetr taxta) ümumi qiyməti 250.000 ABŞ dollarıdır. 5.2. Ödəniş əvvəlcədən ödəniləcək, mallar 3 ay ərzində təhvil veriləcək. 8.1. Malların daşınması və çatdırılması Beynəlxalq Ticarət Palatasının müəyyən etdiyi Yerdə Çatdırılma (DAP) şərtlərinə uyğun olaraq həyata keçiriləcək. 8.2. Cavabdeh malın hazır olması və çatdırılma tarixi barədə şirkətə çatdırılma tarixindən bir həftə əvvəl elektron poçt və telefon vasitəsilə məlumat verəcəkdir. 8.4. Mallar göstərilən çatdırma tarixində çatdırılmazsa, Cavabdeh şirkətə cərimə kimi 1.000 ABŞ dolları ödəməyə razıdır. 8.5. Malların çatdırılması zamanı tərəflər çatdırılma müqaviləsi bağlayacaqlar. 9.2.1., 9.2.2., 9.2.3., 9.2.4., Müqavilədə müəyən edilmiş malları və hesab-fakturaları şirkətin göstərdiyi ünvan üzrə şirkətə çatdırmaq, mallar müqavilədə və onun əlavələrində müəyyən edilmiş keyfiyət və kəmiyyət amillərinə uyğun olmasını təmin etmək, malları müqavilədə göstərilən tarixdə Şirktərəfindən müəyyən edilmiş çatdırılma məntəqəsinə çatdırmaq, mallara aid bütün sənədləri və avadanlıqları malların çatdırılması ilə eyni tarixdə təqdim etmCavabdeh öhdəlikləridir. 9.4. Malların çatdırılması zamanı tam satış qiymətini ödəmək isə şirkətin öhdəliyidir. 11.1. Cavabdeh bu müqavilədən irəli gələn öhdəliklərini bu müqavilədə göstərilən tarixlərdə yerinə yetirməzsə, şirkət heç bir vaxt vermədən müqaviləni ləğv edə bilər. Bu halda şirkət, Cavabdeh hər hansı itkilərə görə kompensasiya tələb edə bilər. Hazırki iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli “İnvoys” sənədində göstərilənlərdən məlum olur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ctarixli Malların satış müqaviləsi çərçivəsində şirkət Cavabdeh 1 kubmetri 270 ABŞ dolları olmaqla, ümumilikdə 54.000 ABŞ dolları məbləğində kubmetr, 75.000 kq (kod – **********) taxta sifariş vermişdir. Sifariş Cavabdeh tərəfindən sifariş qəbul edilmiş, bu barədə sonuncu xx.xx.2022-ci il tarix “İnvoys” sənədinə imza etməklə, imzasını möhürü ilə təsdiq etmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş qəbzlərdən görünür ki, şirkət tərəfindən xx.xx.2022-ci il tarixdə 54.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 54.0ABŞ dolları, cəmi isə 108.000 ABŞ dolları məbləğində pulu avans şəkilində Cavabdeh, sonuncunun "xxxx" QSC-dəki bank hesabına köçürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyini, malları iddiaçı şirkətə təhvil verə bilməyəcəyini və şirkətdən aldığı pulu qaytaracağını bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh, onunla şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə ona ödənilmiş vəsaitindən xx.xx.2023-cü il tarixdə 16.000 ABŞ dollarını şirkətə geri qaytarmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı şirkət (Alıcı) və Cavabdeh (Satıcı) arasında xx.xx.2022-ci il tarixdə 250.000 ABŞ dollar məbləğində “Malların satış müqaviləsi” imzalınmışdır. Həmin müqavilə çərçivəsində şirkət xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh ümumilikdə 108.000 ABŞ dolları məbləğində pul köçürmüşdür. Müqavilə şərtlərinə görə, Cavabdeh aldığı pulun müqabilində 3 ay müddətində malları şirkətə çatdırmalı olduğu halda, malları ən geci 2022-ci ilin avqust ayının 27-dək şirkətə çatdırmamışdır. Cavabdeh şirkətlə əlaqə saxlayaraq,xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi barədə şirkətə məlumat vermişdir. Lakin buna baxmayaraq, o, şirkətdən aldığı 108.000 ABŞ dollarını vəsaiti özündə saxlayaraq, şirkətə qaytarmamışdır. Yalnız xx.xx.2023-cü il tarixdə Cavabdeh şirkətin ona mal üçün göndərdiyi 108.000 ABŞ dolları məbləğində puldan 16.000 ABŞ dollarını şirkətə qaytarmışdır. Hal-hazırda Cavabdeh şirkətə aid 92.000 ABŞ dolları məbləğində pulu özündə saxlamaqla, həmin vəsaiti şirkətə qaytarmaqdan imtina edir. Cavabdeh, onunla şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Malların sağış müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən şirkətə aid 92.000 ABŞ dolları məbləğirndə pulu qaytarmaqdan imtina etdiyi üçün şirkət hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh şirkətə qaytarmadığı vəsait 92.000 ABŞ dolları, qaytarlımadığı müddət isə 3 il (2022-2025- ci illər) təşkil edir. Bu qaydada hesablama aparıldıqda, müəyyən edilir ki, illik 5% olmaqla Cavabdeh 13.800 ABŞ dolları (92.000 ABŞ dolları x 5% = 4.600 ABŞ dolları x 3 il = 13.8ABŞ dolları) məbləğində faiz borcu tutularaq iddiaçı şirkətə ödənilməlidir. Bundan əlavə 16.000 ABŞ dollarını cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək (1 il 7 ay, 19 gün) özündə saxladığı üçün, həmin 16.000 ABŞ dollarına görə də illik 5% olaraq 1.200 ABŞ dolları da (16.000 ABŞ dolları x 5% = 800 ABŞ dolları x 1,5 il = 1.200 ABŞ dollar) pul da cavabdehdən tutularaq iddiaçı şirkətə ödənilməlidir. Bundan başqa, hesab edirlər ki, Cavabdeh iddiaçı şirkətin xeyrinə 1.000 ABŞ dolları dəbbə pulu da tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 8.4-cü bəndinə əsasən göstərilən mallar Cavabdeh tərəfindən çatdırması tarixində çatdırılmazsa, o, şirkətə cərimə olaraq 1.000 ABŞ dolları ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyicra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyməzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərvurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkzərərdən çox ola bilər (maddə 425.3). Göstərilənlərə əsasən hesab edirik ki, dəbbə pulu olaraq 1.000 ABŞ dolları məbləğində pulun tutulması barədə şirkətin Cavabdeh qarşı tam əəsaslıdır və təmin edilməlidir. Bunlardan əlavə bildirirlər ki, iddiaçı “İddiaçı”, hazırki mübahisə ilə bağlı hüquqi dəstək almaq məqsədilə "xxxx" MMC ilə xx.xx.2025-ci il tarixdə “Hüquqi xidmət göstərilməsi barədə” müqavilə bağlamışdır. Tərəflərin razılaşmasına gömüqavilənin qiyməti 2000 manat müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir (müqavilə və hesab-fakthazırki ərizəyə əlavə olunur). Bundan əlavə, işdə olan sənədlərdən görünür ki, “İddiaçı” hazırki iddia ərizəsinin verilməsi üçün 473,29 manat məbləğində dövlət rüsumu ödəmişdir.
6. Bundan sonra iddiaçının nümayəndəsi ərizə məhkəməyə müraciət edərək, cavabdehdən tutulmalı olan məbləğin texniki səhv olaraq 107000 ABŞ dolları göstərildiyini bildirmiş, tutulmalı olan məbləğin 108000 ABŞ dolları kimi nəzərə alınmasını xahiş etimişdir.
7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə hazırlıq iclasında izahatında bildirmişdir ki, tərəflər arasında razılıq olub ki, paletləri cavabdeh iddiaçıya verəcək. Həmin taxta materialları Rusiyadan göndərməyiblər deyə onlarda ödəniş edə bilməmişlər. Pul şəklində ödəniş etmək mümkün olmadığından paletləri iddiaçıya vermək üçün razılaşıblar.
9. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2025-ci il tarixli e-2-2(115)-817/2025 nömrəli qətnaməsi (hakim Ramiq Qələndərzadə) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 92000 ABŞ dolları məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 12757,67 ABŞ dolları, 1000 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 105757,67 ABŞ dolları məbləğində pul (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), həmçinin 469,79 manat dövlət rüsumu və 2000 manat məbləğində vəkil xərci tutularaq iddiaçı “X1 Sanayi və Ticaret” Anonim şirkətinə ödənilməsi, ödənilmiş 3,50 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən göndəriləcək mallara görə iddiaçı tərəfindən qabaqcadan 108000 ABŞ dolları Cavabdeh ödənilmişdir. Lakin cavabdeh müqaviləyə əsasən dəyəri ödənilmiş malları iddiaçıya ödənişi aldıqdan sonra 3 ay ərzində təhvil verməli olduğu halda təhvil verməmiş, daha sonra cavabdeh şirkətlə əlaqə saxlayaraq xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi barədə məlumat vermişdir.
11. Cavabdeh iddiaçıdan aldığı 108000 ABŞ dolları vəsaitdən 16000 ABŞ dolları vəsaiti şirkətə geri qaytarmışdır. Hal-hazırda cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirməmiş və nəticədə onun 92000 ABŞ dolları borcu yaranmışdır.
12. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, dekontlar və təhvil-təslim aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 92000 ABŞ dolları pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə iddia tələbinin 1000 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsinə münasibətdə tərəflərin mənafelərini nəzərə alıb cərimə məbləğinin tam təmin edilməsini ədalətli və qanuni hesab etmişdir.
14. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 15000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.
15. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci və xx.xx.2022ci il tarixlərində ümumilikdə cavabdehə köçürülmüş 108000 ABŞ dolları pul vəsaitinin 16000 ABŞ dolları cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçıya geri qaytarılmışdır. Müqaviləyə əsasən malların dəyəri qabaqcadan ödənildikdən 3 ay ərzində, yəni xx.xx.2022-ci il tarixdə təhvil verilməli olduğu halda, təhvil verilməmişdir. Yalnız malların dəyərinə görə qabaqcadan ödənilmiş 108000 ABŞ dollarının 16000 ABŞ dolları 478 gün gecikdirilməklə xx.xx.2023-cü il tarixində iddiaçıya geri qaytarılmışdır. Həmin dövr üçün gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış məbləğ 1047,53 ABŞ dollarıdır (16000x5%/365 gün x 478).
16. Cavabdeh tərəfindən 92000 ABŞ dolları pulun gecikdirilməsinə görə isə xx.xx.2022- ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr nəzərə alınmalıdır. Həmin dövr üçün gecikdirilmiş 929 gün təşkil edir. Belə olan halda 92000 ABŞ dolları üçün gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış məbləğ 11710,14 ABŞ dolları təşkil edir (92000x5%/365 gün x 929)
17. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5%lə hesablanmış ümumilikdə 12757,67 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulması hissəsində əsaslı hesab edilməlidir.
18. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 439.1, 440.1, 442, 442.1, 445.7, 448.1, 448.2, 460.1, 462.1, 567.1, 599.1, 599.3 və 599.4-cü maddələrinə, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-817/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ödəliyin icrası üçün Rusiya Federasiyasından taxta materiallar gəlməlidir. İddiaçı özü də bilir ki, ödəliyin icrası məhz həmin materialların vaxtında gəlməsindən asılıdır. Rusiya Federasiyasında gedən proseslərlə bağlı öhdəliyin bir müddət icrası mümkün olmamışdır. Lakin, müəyyən müddət keçdikdən sonra yaranmış çətinliklər aradan qalxmışdır. Həmin problemlər aradan qalxdıqdan dərhal sonra onlar öhdəliyin icarsı barədə qarşı tərəfə məlumat vermişlər. Qarşı tərəf də onlarla razılaşmışdır. İddiaçıyla öhdəliyin icrasının alternativ üsulları nəzərdən keçirilmiş və razılaşdırılmışdır. Lakin, iddiaçı tərəfin hərəkətsizliyi səbəbindən öhdəliyin icrası mümkün olmamışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. İddiaçı apellyasiya şikayətinə etirazla məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-817/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. İddiaçı etirazını onunla əsaslandırılmışdır ki, işdə olan sənədlərdən də göründüyü kimi, “İddiaçı” və Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “Malların satış müqaviləsi” bağlanmışdır. Bir tərəfdən alıcı qismində çıxış edən “İddiaçı”, digər tərəfdən isə satıcı qismində çıxış edən Cavabdeh xx.xx.2022-ci il tarixli “Malların satış müqaviləsi”nin şərtlərinə görə Cavabdeh iddiaçı Şirkətə mal verməyi, Şirkət isə həmin malı qəbul etməyi və dəyərini Cavabdeh ödəməyi, müqavilə çərçivəsində Cavabdeh tərəfindən Şirkətin göstərdiyi ünvana cəmi 1.000 kubmetr taxta təhvil verilməsi, malların vaxtında çatdırılmadığı halda Cavabdeh əvəlcədən aldığı ödənişin dərhal geri qaytarrılacağı barədə öhdəliklər götürmüşlər. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı Şirkət (Alıcı) və Cavabdeh (Satıcı) arasında xx.xx.2022-ci il tarixdə 250.000 ABŞ dolları məbləğində “Malların satış müqaviləsi” imzalınmışdır. Həmin müqavilə çərçivəsində Şirkət xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh ümumilikdə 108.000 ABŞ dolları məbləğində pul köçürmüşdür. Müqavilə şərtlərinə görə, Cavabdeh aldığı pulun müqabilində 3 ay müddətində malları Şirkətə çatdırmalı olduğu halda, malları ən geci 2022-ci ilin avqust ayının 27-dək Şirkətə çatdırmamışdır. Cavabdeh Şirkətlə əlaqə saxlayaraq, xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi barədə Şirkətə məlumat vermişdir. Lakin buna baxmayaraq, o, Şirkətdən aldığı 108.000 ABŞ dollarını vəsaiti özündə saxlayaraq, Şirkətə qaytarmamışdır. Yalnız xx.xx.2023-cü il tarixdə Cavabdeh Şirkətin ona mal üçün göndərdiyi 108.000 ABŞ dolları məbləğində puldan 16.000 ABŞ dollarını Şirkətə qaytarsa da, 92.000 ABŞ dolları məbləğində pul bu günə kimi Cavabdeh tərəfindən Şirkətə qaytarılmamışdır. Hazırda apelyasiya şikayəti verən cavabdeh tərəf də iddiaçı Şirkət qarşısında müqavilə üzrə icra edilməmiş öhdəliyinin olduğunu, mallara görə ona ödənilmiş 92.000 ABŞ dollarının bu günə qədər onda qaldığını və Şirkətə qaytarmadığını mübahisələndirmir. Cavabdeh bildirir ki, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər, ondan asılı olmayan səbəblərdən icra olunmamışdır. Belə ki, cavabdeh, iddiaçıya satılması barədə öhədlik götürdüyü malları (taxtalar) Rusiya Federasiyasından gətirməli idi, lakin həmin ölkədə baş verən məlum hadisələrlə bağlı malları vaxtında gətirə bilməmişdir. Həmin çətinliklər aradan qalxdıqdan sonra isə iddiaçı malları almaq üçün hərəkətsizlik göstərmişdir. Bununla bağlı bildirmişlər ki, malların (taxtanın) alqı-satqısı barədə müqavilə iş üzrə tərəflər arasında 2022-ci ilin aprel ayının 16-da bağlanmışdır. Cavabdehin şikayətdə istinad etdiyi proseslər (Rusiya-Ukrayna müharibəsi) isə müqavilə bağlandığı vaxidan 1 ay 22 gün əvvəl, yəni xx.xx.2025-ci il tarixdə başlanmışdır. Başqa sözlə müqavilə bağlandığı vaxt cavabdehə malların icrac olunduğu ölkənin müharibə şəraitində olması cavabdehə bəlli idi. Bundan başqa, cavabdeh tərəf alqı-satqı müqaviləsinin predmeti olan malların məhz Rusiya Federasiyasından gətiriləcəyini, malların gətirilməməsinin obyektiv səbəblərdən baş verdiyini təsdiq edən mötəbər sübutları (məsələn Rusiya Federasiyasının şirkəti ilə bağladığı müqavilə, verdiyi sifariş, etdiyi ödəniş və sair) məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci və 14.2-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz ehtirazını, dəlilini təsdiq edən sübutları məhkəməyə təqdim etməli, məhkəmə isə həmin sübutlar əsasında araşdırma aparmalıdır. Göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları məhkəmə təqdim etmədiyi üçün və həmin dəlillər iş materialları ilə öz təsdiqini tapmadığı üçün əsassızdır və təmin edilməməlidir. Cavabdehin apellyasiya şikayətində ifadə olunmuş digər dəlili isə ondan ibarətdir ki, onun tərəfindən mallar sonradan Rusiya Federasiyasından gətirilmiş, idiaçıya təklif olunmuş, lakin iddiaçı hərəkətsizlik göstərmiş, bu səbəbdən də mallar iddiaçıya təhvil verilməmişdir. Hesab edir ki, apelyasiya şikayətinin bu dəlili də əsassızdır və formal xarakter daşıyır. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində müqavilənin bütün mühüm şərtləri, o cümlədən malların göndərilməsi qaydası, çatdırılma yeri və sair şərtlər öz əksini tapmışdır. Həmin şərtlərdən biri də cavabdehin malın hazır olması və çatdırılma tarixi barədə şirkətə çatdırılma tarixindən bir həftə əvvəl elektron poçt və telefon vasitəsilə məlumat verməli olması barədə şərtdir. Lakin, Cavabdeh malların hazır olması, habelə malları çatdıracağı vaxt barədə iddiaçıya ilə hər hansı məlumat verməmişdir. Cavabdeh bu dəlilini də təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Bildirir ki, hazırki apellyasiya şikayətini verməkdə cavabdehin niyyəti məhkəmə prosesini lüzümsuz uzatmaq, məsuliyyətdən yayınmaqdır. Çünki, cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehdə belə bir sübut da yoxdur. Cavabdehin dəlilləri formal mülahizə xarakter daşıyır. Gəncə Kommersiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
26. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
30. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
31. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
32. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
33. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
34. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
35. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
36. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
37. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
40. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
42. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
43. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
44. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
45. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkünolmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
46. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
47. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
48. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (xx.xx.2023-cü il tarixdədək qüvvədə olan redaksiya).
49. Maddə 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.
50. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
51. Maddə 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.
52. Maddə 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.
53. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
54. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
55. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
56. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
57. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
58. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
59. Maddə 599.4. Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı
60. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu
61. Maddə 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
62. Maddə 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 14 dekabr 2023-cü il tarixli, 16/2023 nömrəli Qərarı
63. Bənd 2.2. Xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-in 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır.
64. Bənd 2.8. Nəzərə alınmalıdır ki, MPM-in 450-ci maddəsində müəyyən edilmiş qaydada xarici elementli kommersiya mübahisələri üzrə Azərbaycan Respublikasının məhkəməsi beynəlxalq səlahiyyətə malik olmasa belə, tərəflər Azərbaycan Respublikası məhkəməsinin belə səlahiyyətə malik olmasını müəyyən edə (proroqasiya sazişi) və ya konkret mübahisə üzrə xarici dövlətin məhkəməsinin (deroqasiya sazişi) beynəlxalq səlahiyyətli olması barədə razılığa gələ bilərlər (müqavilə aidiyyəti).
65. Bənd 2.10. Qeyd olunanlara əsasən, məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
66. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 28. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
72. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
73. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
74. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
75. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
76. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
80. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsədə, əslində o, qətnaməni iddianın təmin edilmiş hisssinə münasibətdə mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən təmin edilmiş hissələrdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
81. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən iddianın – “gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi” hissələrində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
82. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Malların satış müqaviləsinə əsasən alıcı qismində çıxış edən iddiaçı, satıcı qismində çıxış edən cavabdeh iddiaçı şirkətə taxta satmağı, iddiaçı isə həmin malı qəbul etməyi və dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən göndəriləcək mallara görə iddiaçı tərəfindən qabaqcadan 108.000 ABŞ dolları cavabdehə ödənilmişdir. Lakin, cavabdeh müqaviləyə əsasən dəyəri ödənilmiş malları iddiaçıya ödənişi aldıqdan sonra 3 ay ərzində təhvil verməli olduğu halda təhvil verməmiş və xx.xx.2023-cü il tarixdə iddiaçıdan aldığı puldan 16000 ABŞ dollarını sonuncuya qaytarmışdır.
83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra – xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
84. 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
85. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli, 16/2023 nömrəli “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarının 2.2-ci bəndində göstərilmişdir ki, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-in 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir.
86. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli mal satış müqaviləsinin 12-ci bəndində belə şərt nəzərdə tutulmuşdur: bu müqavilədən və ya onun maddələrinin şərhindən irəli gələn mübahisələr öncə danışıqlar yolu ilə həll edilməlidir, danışıqlar nəticəsiz qaldıqda isə mübahisələrin həlli üçün Türkiyə və Azərbaycan məhkəmələri və icra orqanları səlahiyyətlidir.
87. Beləliklə, tərəflər müqavilədə açıq şəkildə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini tanımışlar. Həmçinin, iddiaçı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə istinad etmişdir. Bu baxımdan, tələb müqavilədən əmələ gəldiyindən və tərəflər müqavilədə yaranacaq mübahisələrin həlli üçün Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətini razılaşdırdıqlarından, apellyasiya məhkəməsi hesab edir ki, işə baxılmasında məhkəmə beynəlxalq səlahiyyətə malikdir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll edilməlidir.
88. İlk növbədə qeyd edilməlidir ki, müqavilə dedikdə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür.
89. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
90. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
91. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
92. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
93. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edirlər. Alğı-satqı müqaviləsini bağlayan şəxslərin iqtisadi maraqları onda ifadə olunur ki, bir tərəf – satıcı müqavilədə nəzərdə tutulmuş pul məbləğini alaraq müvafiq əmlakı alıcıya təhvil verməkdə maraqlıdır, digər tərəf – alıcı isə müqavilə üzrə əvəzini ödədiyi malı əldə edərək ondan faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qarşılıqlı şəkildə qorunur.
94. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakter daşıyır və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddətdə dəyişdirilməsinin və ya ləğv edilməsinin mümkünlüyünü də nəzərdə tutur.
95. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması üçün alğı-satqı müqaviləsinin bağlanması əsas şərtdir. Çünki, məhz müqavilə bağlandığı halda, satıcının müvafiq əmlakı təhvil vermək, alıcının isə əvəzində ödəniş etmək borcu yaranır. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə, öhdəliyin yaranmasını şərtləndirən, onun mövcudluğuna dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən çox rast gəlinən əsas müqavilədir.
96. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Alğısatqı münasibətlərində də bu prinsip tətbiq olunur və tərəflər arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra müvafiq öhdəliklər – satıcının əmlakı təhvil vermək, alıcının isə ödəniş etmək borcu – hüquqi qüvvə qazanır ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış və tərəflərin həqiqi maraqlarına uyğun olmuşdur.
97. Məhkəmə hesab edir ki, iş üzrə mövcud hallara Azərbaycan Respublikasının Mülki Məcəlləsinin alğı-satqı müqaviləsinə dair müddəalarının tətbiqi tam əsaslıdır.
98. Birincisi, Mülki Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə əşyanı qəbul edib müqabilində müəyyənləşdirilmiş qiyməti ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixli mal satış müqaviləsi bağlanmış, alıcı olan iddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək ümumilikdə 108.000 ABŞ dolları məbləğində qabaqcadan (avans) ödəniş etmişdir. Beləliklə, alıcı öz öhdəliyini icra etmiş, satıcı isə müqavilədə nəzərdə tutulan ödənilən məbləğə münasibətdə əsas öhdəliyini – malları xx.xx.2022-ci ilədək təhvil vermək vəzifəsini – icra etməmişdir. Bu, Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulmuş müqavilə balansının pozulmasıdır.
99. İkincisi, Mülki Məcəllənin 599.1-ci maddəsi qabaqcadan ödəniş hallarını tənzimləyir və alıcının ödənişi müqavilədə müəyyən olunmuş müddətdə etməsini tələb edir. İş materiallarına əsasən, iddiaçı şirkət müqavilə üzrə göstərilmiş müddətdə ümumi ödəniləcək məbləğin bir hissəsini icra etmişdir.
100. Üçüncüsü, Mülki Məcəllənin 599.3-cü maddəsinə görə, satıcı qabaqcadan ödənişi almasına baxmayaraq malları müqavilə üzrə müəyyən edilmiş müddətdə təqdim etmədikdə, alıcı ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Hazırkı işdə də satıcı olan cavabdeh tərəfindən müqavilə üzrə mallar təhvil verilməmiş, yalnız 16.000 ABŞ dolları uzun müddət sonra – xx.xx.2023-cü ildə geri qaytarılmışdır. Qalan 92.000 ABŞ dolları isə qaytarılmamışdır. Bu halda, iddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququ tam qanuni əsaslara malikdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh tərəf müqavilə öhdəlikləri pozmaqla qeyd edilən vaxtda malları təhvil verməmişdir.
101. İddiaçı 16000 ABŞ dollarının xx.xx.2023-cü il tarixdə qaytarıldığını iddia etsə də məhkəmə qeyd edir ki, işə əlavə edilmiş ödəniş sənədindən müəyyən olunduğu kimi cavabdeh xx.xx.2023-cü il tarixdə banka ödəniş etmiş xx.xx.2023-cü il tarixdə isə ödəniş iddiaçının hesabına köçürülmüşdür.
102. Məkhəmə qeyd edir ki, birinci instasniya məhkəməsi haqlı olaraq cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri pozduğu qənaətinə gələrək müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması nəticəsinə gəlmişdir ki, cavabdehdən iddiaçıın xeyrinə 92000 ABŞ dolları pul tutulmalıdır.
103. İddia tələbinin 1000 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, birinci instansiyası məhkəməsi cərimənin tutulması hissəsində də düzgün nəticəyə gəlmişdir.
104. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
105. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur (Mülki Məcəllə 463.1 və 463.2).
106. Tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü bəndinə əsasən, mallar göstərilən çatdırma tarixində çatdırılmazsa, cavabdeh şirkətə cərimə kimi 1.000 ABŞ dolları ödəməyə razı olmuşdur.
107. Göründüyü kimi, cərimə borcunun ödənilməsinə dair tərəflər arasında yazılı qaydada razılaşma mövcud olmuş və cavabdeh öhdəliyini icra etmədiyindən iddiaçının cərimə tələb etmək hüququ yaranmışdır.
108. Mülki Məcəlləsinin 390-cı maddəsi müqavilə azadlığı prinsipini təsbit edir və tərəflərə müqavilənin məzmununu azad şəkildə müəyyən etmək imkanı verir. Bu prinsipə uyğun olaraq məhkəmə müqavilə tərəflərinin qarşılıqlı razılığı ilə müəyyən edilmiş hüquq və öhdəlikləri pozmamalı, tərəflərin razılaşmasına uyğun olmayan nəticələr yaratmamalıdır. Bu cəhət müqavilə hüququnun əsas, prioritet normalarından biridir və məhkəmənin müqavilə mətninin konkret sözlərinə və tərəflərin iradəsinə uyğun qərar verməsini tələb edir.
109. Nəzərə alınmalıdır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. MM-in “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
110. Digər tərəfdən, Mülki Məcəllənin dəbbə pulu (cərimə, penya) ilə bağlı müddəaları konkret hüquqi rejimi müəyyən edir: dəbbə pulu — müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməsinə görə müəyyən edilən məbləğdir. Bu nisbətdə, müqavilədə dəbbə pulu tətbiqinə dair konkret norma olduqda məhkəmə tərəflərin müqavilə ilə müəyyən etdikləri cərimə mexanizmini qüvvədə saxlamalıdır; lakin əksinə, müqavilə yalnız faktiki zərərin ödənilməsini nəzərdə tutursa və dəbbə mexanizmi müəyənləşdirilməyibsə, məhkəmə tərəflərin iradəsinə zidd olaraq əlavə cərimə tətbiq edə bilməz. Başqa sözlə, dəbbə təyin etmək üçün müqavilədə bunun açıq və konkret nəzərdə tutulması zəruridir. 111.Nəzərə alınmalıdır ki, məhkəmə müqavilənin açıq məzmunundan kənara çıxmaqla tərəflər tərəfindən nəzərdə tutulmamış iqtisadi və ya cərimə xarakterli ödənişlər tətbiq edə bilməz. Müqavilə azadlığı və müqavilə şərhlərinin idxalı ilə bağlı prinsipial yanaşma ilə təsdiq edilmişdir: məhkəmə yalnız müqavilə mətninin məna və tərəflərin iradəsinə uyğun qərar qəbul etməlidir; müqavilədə nəzərdə tutulmayan məsuliyyət növləri məhkəmə tərəfindən yaradılmamalıdır. Bu əsasda, birinci instansiyası məhkəməsi cərimə borcunun tutulması və onun məbləğinin ağlabatanlığı baxımından irəli sürdüyü əsaslandırma qənaətbəxşdir.
112. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin məzmununa uyğun olaraq cavabdeh tərəfindən ödənilmiş 108.000 ABŞ dolları pul vəsaiti üzrə müqavilə şərtlərinə riayət edilmədiyini, cərimənin məbləğini və tutulmalı olmasını, müqavilə üzrə malların xx.xx.2022-ci il tarixədək təhvil verilməli olması düzgün müəyyən etsə də, cavabdeh tərəfindən qaytarılan 16000 ABŞ dollarının qaytarılma tarixini düzgün müəyyən etmədiyindən borc məbləğinə MM-445.7-ci maddəsinə əsasən hesablanmalı olan pul məbləğində düzgün nəticəyə gəlməmişdir.
113. Qeyd olunduğu kimi, cavabdeh 16000 ABŞ dollarının iddiaçıya qaytarılmasını xx.xx.2023-cü il tarixdə həyata keçirsə də ödəniş iddiaçının hesabına xx.xx.2023-cü il tarixdə yatırılmış və bu cavabdehin təqsirindən baş verməmişdir.
114. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra olunmaması nəticəsində pul vəsaitinin tutulması üzrə gecikdirilmiş dövrə faiz hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixdək qüvvədə olan 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
115. Həmçinin, Mülki Məcəllənin 599.4-cü maddəsində göstərilir ki, “satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda, əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir”.
116. Müqavilə münasibətləri üzrə tərəflərin hüquq və vəzifələri də məhz qeyd edilən maddələrin tələbləri ilə uzlaşır və gecikdirilmiş pul məbləği üzrə kreditorun faiz tələb etmək hüququnu təsdiq edir.
117. Cavabdeh iddiaçıdan aldığı pul vəsaitini qaytarmayaraq özündə saxlamışdır ki, iddiaçının pulun qaytarılmadığı müddət üçün illik beş faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır.
118. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış 16.000 ABŞ dollarını ayrıca götürərək 478 gün üzrə hesablamış və bu məbləğ üçün 1.047,53 ABŞ dolları faiz müəyyən etmiş, qalan 92.000 ABŞ dollarını isə ayrıca götürərək xx.xx.2022–xx.xx.2025 dövrünü bütövlükdə (929 gün) nəzərə almışdır. Bu qaydada ümumi məbləğ 12.757,67 ABŞ dolları müəyyən edilmişdir.
119. İş üzrə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ödənilməli olan 108.000 ABŞ dolları məbləğində pul öhdəliyi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək icra edilməmişdir. Bu dövr üzrə hesablanmış faiz aşağıdakı kimi müəyyən edilmişdir: - xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan bir illik müddət üçün 108.000 ABŞ dollarına illik 5% hesabı ilə faiz məbləği 5.400 (beş min dörd yüz) ABŞ dolları təşkil edir; - xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinədək olan 110 (yüz on) gün müddət üçün gündəlik faiz məbləği 14,79 ABŞ dolları (5400 /365 gün = 14,79 bir günlük) olmaqla ümumilikdə 1.626,9 ABŞ dolları (14,79 bir günlük x 110 gün = 1626,9) təşkil edir
120. Beləliklə, göstərilən dövr üzrə ümumi faiz məbləği 5.400 + 1.626,9 = 7.026,9 (yeddi min iyirmi altı dollar doxsan sent) ABŞ dolları təşkil edir.
121. Digər tərəfdən, xx.xx.2023-cü il tarixindən etibarən ödənilməli olan pul öhdəliyinin məbləği 92.000 (doxsan iki min) ABŞ dolları olmuş, həmin məbləğ xx.xx.2025ci il tarixinədək qaytarılmamışdır. Bu dövr üzrə faiz hesablaması aşağıdakı kimidir: - xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan bir illik müddət üçün 92.000 ABŞ dollarına illik 5% hesabı ilə faiz məbləği 4.600 (dörd min altı yüz) ABŞ dolları təşkil edir; - xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan 87 (səksən yeddi) gün üçün gündəlik faiz məbləği 12,60 ABŞ dolları (4600 illik / 365 gün = 12,60 gündəlik) olmaqla, ümumilikdə 1.096,2 ABŞ dolları (12,60 gündəlik x 87 gün = 1096,2) təşkil edir.
122. Nəticə etibarilə, xx.xx.2023–xx.xx.2025 dövrü üzrə ümumi faiz məbləği 4.600 + 1.096,2 = 5.696,2 ABŞ dolları təşkil etmişdir. Bütövlükdə hər iki dövr üzrə hesablanan faizlərin ümumi məbləği 7.026,9 + 5.696,2 = 12.723,10 ABŞ dollarıdır.
123. Beləliklə, birinci instansiya məhkəməsinin hesablama üsulu və müddəti ümumi məbləğin düzgün müəyyən edilməsinə ciddi təsir göstərməsə də, tətbiq edilmiş metod tam dəqiq hesab edilə bilməz. Doğru yanaşma – bütün öhdəlik üzrə müddətlərin ardıcıllıqla (ay və günlərə) bölünməsi, əvvəl 108.000 ABŞ dolları üzrə xx.xx.2022–xx.xx.2023, daha sonra isə 92.000 ABŞ dolları (16.000 ABŞ dolları xx.xx.2023-cü il tarixdən qaytarıldığından) üzrə xx.xx.2023–xx.xx.2025 (məhkəməyə müraciət tarixi) dövrlərinin ayrıca nəzərə alınmasıdır. Bu üsul həm Mülki Məcəllənin 445.7 və 599.4-cü maddələrinin tələblərinə uyğundur, həm də faizlərin dəqiq hesablanmasını təmin edir.
124. Apellyator şikayətinin dəlillərində öhdəliklərini yerinə yetirə bilməmələri şəraitin dəyişdiyini və gedən proseslərlə bağlı malların Rusiya Federasiyasından gec gəlməsi barədə dəlili ilə bağlı məhkəmə hesab edir ki, göstərilən dəlil əsassızdır. Çünki, cavabdeh tərəf qeyd edilən halları bildirsə də, həmin halları təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir.
125. Bundan başqa cavabdehin gətirdiyi arqument özlüyündə iddiaçıdan aldığı pulun geri qaytarılmaması üçün əsas deyildir.
126. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 2018-ci il 7 sentyabr tarixli qərarında müəyyən edilmişdir ki: Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.
127. Bununla əlaqədar məhkəmə MM-in 5.3, 560.1, 560.2, 560.3, 560.3.2 və 560.3.4-cü maddələrinə istinadən hesab edir ki, borclu cavabdehin müqavilə üzrə öhdəlikləri lazımi qaydada yerinə yetirərək malları tam şəkildə iddiaçıya vaxtında vermək əvəzinə, yuxarı məhkəmə instansiyasına sözügedən əsassız dəlillərə istinad etməsi cavabdehin vicdanlılıq prinsipini pozması və öz hüquqlarından sui-istifadə etməsi kimi qiymətləndirilməlidir.
128. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
129. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
130. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
131. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5% miqdarda faizlərin hesablanması – hissəsində ləğv edilməli və həmin hissəsədə iddia qismən təmin edilməklə cavabdehdən 12.723,10 ABŞ dolları tutulmalı, qətnamə digər hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.
132. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə münasibətdə 463,31 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan 9,98 manat isə iddaçının özünə aid edilməlidir.
133. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
134. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-817/2025 nömrəli qətnaməsi qismən, yəni gecikdirilmiş vaxt üçün hesablanmış 12757,67 ABŞ dollarının tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. Cavabdeh ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsinə uyğun Azərbaycan manatı ilə gecikdirilmiş vaxt üçün hesablanmış 12.723,10 ABŞ dolları məbləğində pul olmaqla cəmi 105723,10 ABŞ dolları, həmçinin 463,31 manat ödənilmiş dövlət rüsumu iddiaçı “X1 Sanayi və Ticaret” Anonim şirkətinin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə iddiaçı tərəfindən (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.