Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-195/2024 16.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh və onun vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-701/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-701/2024 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın təmin edilməsi, 1 ədəd eni 4 metr, uzunluğu 11 metr, hündürlüyü 2.8 metr olan dondurma saxlamaq üçün anbar (motor qrupu) və ya onun dəyəri olan 25000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 218 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-701/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib, iddiaçı "xxxx" MMC-nin ona qarşı əmlak tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbarın (motor qrupunun) geri qaytarılması, bu mümkün olmadıqda isə əmlakın ümumi dəyərini təşkil edən 25000 ABŞ dolları pulun (qətnamə icra olunan tarixə dollar ekvivalentinə uyğun olaraq) və 218 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-nin istehsal etdiyi dondurma məhsullarının satışı ilə məşğul olmuş, bununla əlaqədar müəssisə tərəfindən Cavabdeh zəruri şərait yaradılmışdır. Belə ki, Gəncə şəhəri və ətraf rayonlarda satışın həyata keçirilməsi məqsədilə müəssisə tərəfindən Cavabdeh eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbar (motor qrupu) müvəqqəti istifadə üçün verilmişdir. Göstərilən əmlakın Cavabdeh müvəqqəti istifadəsinə verilməsi faktı 5 aprel 2007-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunur. Həmçinin xx.xx.2018 tarixində üzləşmə aparılmış və nəticədə tərtib olunan üzləşmə aktına əsasən yuxarıda adıçəkilən əmlakın qanunsuz olaraq Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Cavabdehlə müəssisə arasında olan alqı-satqı əməliyyatları artıq 2 ildir ki, dayandırılmışdır. Cavabdehdən dəfələrlə şifahi və yazılı qaydada yuxarıda adıçəkilən əmlakın geri qaytarılması və ya onun dəyərinin ödənilməsi tələb olunsa da, sonuncu əmlakın dəyərini ödəməmiş və əmlakı geri qaytarmamışdır. Odur ki, Cavabdeh qarşı eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25000 (iyirmi beş min) ABŞ dolları olan dondurma saxlamaq üçün anbarın (motor qrupunun) geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 25000 ABŞ dolları pulun müəssisəyə ödənilməsi tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışlar. Bundan əlavə, Cavabdeh xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilərək eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbarın (motor qrupunun) geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 25000 ABŞ dolları pulun 5 gün müddətində qaytarılması tələb edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə tələbi icra etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və mülki prossesual hüquq normaları kobudcasına pozulması ilə qəbul edilmiş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar subut edilməmişdir. Məhkəmə qətnaməsi dəlillərə və sübutlara əsasən qəbul edilməyib. Qətnamə ehtimallara əsasən qəbul edilmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi əsası olmayan sübutlara əsaslanmışdır. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını kobudcasına pozaraq xeyli əvvəl dəyərini ödədiyi həmin əmlakın iddiaçıya qaytarılması, olmazsa dəyərinin iddiaçıya ödəliməsi qənaətinə gəlmişdir. Halbuki mator qurupunun dəyərini iddiaçıya hələ 2017- 2018-ci illərdən əvvəl ödəməyinin 10-15 şahidi var. İddia müddətinin tətbiq edilməsinə görə verdiyi ərizəyə heç bir hüquqi qiymət və əhəmiyyət verilməmişdir. Gəncə Kommersiya Məhkəməsi Mülki Məcəllənin tələblərini pozaraq həmin münasibətlərə iddia müddətini tətbiq etməkdən imtina etmişdir. Məhkəmə onu dinləməmiş, iddiaçıya suallar verilməsinə şərait, imkan yaratmamış, kommersiya iş üzrə əsassız qətnamə qəbul etmişdir. Ona görə sözügedən qətnamə ləğv edilməlidr. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia müddətinin keçməsi səbəbindən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilir ki, guya İddiaçı MMC tərəfindən 2007-ci ildə Cavabdeh dondurma saxlamaq üçün motor qrupu verilmiş və guya 2007-ci ildə tərtib edilən üzləşmə aktında bu öz əksini tapmışdır. Mübahisə edilən əmlakın ona verilməsini sübut edən heç bir sənəd iş materiallarına əlavə edilməyib. Çünki belə bir sənəd yoxdur. Hətta belə bir hal baş versə belə, bu iş üzrə iddia müddəti ötürülmüşdür. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, 2007-ci ildə qurğunu götürmüşdür. Ancaq onun pulunu hissə-hissə ödəmiş və 2018-ci ildən sonra notor qrupuna görə borcu qalmamışdır. Lakin bu zaman heç bir sənədləşmə aparılmamışdır. Pulu verməsi ilə bağlı rəsmi sənəd yoxdur. İddiaçı ilə birgə fəaliyyətini 2020-ci idən dayandırmış, 2020-ci il və 2022-ci illərdəki üzləşmə aktlarında da həmin mötor qrupunun dəyərini tam ölaraq ödədiyindən dondurma saxlamaq üçün motor qrupun adı qeyd edilmir. Pulu hissə-hissə ödəmişdir. Axırıncı hissəsini 2018-ci ildə ödədiyi üçün akta qol çəkmişdir. 2020 və 2022-ci illərdəki aktlarda həmin qurğunun adı qeyd olunmamışdır. Bundan əvvəl iddiaçı ilə onun arasında dondurmaların ödənilməmiş pulu və ona təhvil verilmiş soyuducularla bağlı məhkəmə çəkişməsi olmuş, onda əlavə olaraq donduqma saxlamaq üçün motor qrupunun da qaldığı göstərilməmişdir. Odur ki, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, Gəncə şəhəri və ətraf rayonlarda satışın həyata keçirilməsi məqsədilə müəssisə tərəfindən Cavabdeh eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbar (motor qrupu) müvəqqəti istifadə üçün verilmişdir. Göstərilən əmlakın Cavabdeh müvəqqəti istifadəsinə verilməsi faktı 5 aprel 2007-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunur. Həmçinin xx.xx.2018 tarixində üzləşmə aparılmış və nəticədə tərtib olunan üzləşmə aktına əsasən yuxarıda adıçəkilən əmlakın qanunsuz olaraq cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı işdə iştirak edən cavabdehi, onun vəkilini və iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Belə ki, iş materiallarında olan xx.xx.2007-ci il tarixli üzləşmə aktından göürünür ki, Cavabdeh iddiaçı şirkətdən dəyəri 25000 dollar olan eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2,8 m olan dondurma saxlamaq üçün anbar verilmiş, bu hal və digər borclar barədə məlumatların qeyd olunduğu akt Cavabdeh imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli üzləşmə aktından görünür ki, ümumilikdə iddiaçının Cavabdeh dəyəri 25000 dollar olan dondurma saxlamaq üçün motor qrupu və mübahisəli 5500 manat pulu olduğu hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-16(115)-11/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borcu Cavabdeh istifadəsində olan dəyəri 25000 dollar olan eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2,8 m olan dondurma saxlamaq üçün anbarın üzrərinə həbs qoyulmuşdur. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli,xx.xx.2014-cü il tarixli üzləşmə aktlarından görünür ki, iddiaçının Cavabdeh dəyəri 25000 dollar olan dondurma saxlamaq üçün motor qrupu olduğu hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş xx.xx.2020-ci il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə 41186,66 manat borcu vardır. Əlavə olaraq öhdəliyində 74 ədəd İddiaçı MMC-yə məxsus soyuducular vardır. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 40000 manat borcu vardır. Əlavə olaraq öhdəliyində 66 ədəd İddiaçı MMC-yə məxsus soyuducu vardır. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin sonrakı məhkəmə instansiyası tərəfindən yalnız iddianın təmin edilməmiş öhdəliyin icrasının gecikdirilməsinə görə 4000 manat pul tələbi hissəsində ləğv edilmiş xx.xx.2023-cü il tarixli e-2-2(115)- 940/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və soyuducuların qaytarılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 40000,25 manat borc məbləğinin, 4000 manat faiz məbləğinin və qanunsuz olaraq istifadədə saxlanılan bir ədədinin dəyəri 350 manat olan 300 L -26 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314 L- 12 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400 L-31 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600 L-5 ədəd soyuducunun geri qaytarılması bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 30250 manat pulun və 400 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh 2004-cü ildən 2020-ci ilədək İddiaçı MMC-nin istehsal etdiyi dondurma məhsullarının satışı ilə məşğul olmuş, bununla əlaqədar müəssisə tərəfindən Cavabdeh dondurma məhsulları, həmçinin dondurmaların saxlanması üçün soyuducular verilmiş, qarşılıqlı fəaliyyətlə bağlı aralarında hər hansı müqavilə bağlanmamış, mal-material qalığı və dondurma məhsullarının ödənilməmiş dəyəri ilə bağlı aralarında yeganə sənəd üzləmə aktları tərtib edilmiş,tərəflər 2020-ci ildə qarşılıqlı fəaliyyəti dayandırdıqdan sonra cavabdehin iddiaçı qarşısında qaytarılmamış mal-material və aldığı dondurma məhsulların dəyərindən ödənilməmiş məbləğ qalmış, ona görə də iddiaçı müvafiq iddia ərizəsi məhkəməyə müraciət etmiş, iddia tələbi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-940/2023 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Hazırda isə iddiaçı yenidən iddia ərizəsi ilə müraciət edərək cavabdehdə 25000 ABŞ dolları dəyərində eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbarın (motor qrupunun) da qaldığını göstərmişdir. Halbuki dondurma saxlamaq üçün anbarın (motor qrupunun) iddiaçıda qaldığı, daha doğrusu dəyərinin ödənilmədiyi, yəni borc olaraq qaldığı işə əlavə edilmiş iş üzrə hər iki tərin təsdiq etdiyi üzləşmə aktı və işdə olan İddiaçı MMC-nin Cavabdeh qarşı iddiası üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-940/2023 saylı qətnaməsi ilə inkar olunur. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC tərəfindən eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbar (motor qrupu) müvəqqəti istifadə üçün verilmiş, tərəflər arasında olan alqı-satqı əməliyyatları dayandırılmasına rəğmən sözügedən əmlak qanunsuz olaraq Cavabdeh istifadəsindədir. Cavabdeh həmin əmlakın dəyərini ödədiyini bildirsə də, bunu təsdiq edən sübütları məhkəməyə təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında ziddiyətli izahat verərək, əvvəlcə borcu 2017-ci ildə ödədiyini, daha sonra hissə-hissə 2018-ci ilədək ödədiyini və buna görə də 2018-ci il tarixli üzləşmə aktında imzası olduğunu qeyd etdiyindən, eyni zamanda ödəniş olunduğunu təsdiq edən sənədi təqdim etmədiyindən sözügedən məbləğdə borcu ödədiyi halı təsdiq olunmur. Odur ki, iddia təmin edilməli, 1 ədəd eni 4 metr, uzunluğu 11 metr, hündürlüyü 2.8 metr olan dondurma saxlamaq üçün anbar (motor qrupu) və ya onun dəyəri olan 25000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 218 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə verilməlidir. Birinci instansiyanın gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 2013-2018-ci illərə aid üzləşmə aktında İddiaçı MMC-yə məxsus dəyəri 25000 dollar olan dondurma saxlamaq üçün motor qrupunun olması qeyd edilib, 2020-2022-ci illərə aid üzləşmə aktında isə həmin motor qrupunun Cavabdeh olması göstərilməmiş, o barədə İddiaçı MMC-nin Cavabdeh qarşı iddiası üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(115)-940/2023 saylı qətnaməsində də qeyd edilməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında ticarət münasibətləri şifahi qaydada aparıldığından və cavabdeh dondurma saxlamaq üçün motor qrupunun hissə-hissə 2018-ci ilədək ödədiyini və buna görə də 2018-ci il tarixdən sonrakı üzləşmə aktında motor qrupunun ona verilmişi barədə qeydlərin aparılmaması səbəbindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə səhv nəticəyə gəlmişdir. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmır və hesab edir ki, qətnamə ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-701/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-195/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-195/2024
16.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver