Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-205/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-52/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-52/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 124166,81 manat məbləğində əsas borc, 410 manat mediasiya xərci və 5 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi, Cavabdeh 399,17 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2-2(115)-52/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tamamilə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 124166,81 manat məbləğində borcun, 10000 manat məbləğində cərimə, ümumilikdə 134166,81 manat, 410 manat mediasiya prosesi zamanı mediatora ödənilən məbləğ və 5 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (VÖEN: **********) ilə “GP Stock FEED (”hazırkı adı İddiaçı) Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında 17 yanvar 2019-cu il tarixli, DİS/17012019/2 nömrəli “Distribütorluq Müqaviləsi” bağlanmışdır. Cavabdeh ilə müqavilə bağlandıqdan sonra, iddiaçı "xxxx" MMC müqavilə ilə üzərinə götürdüyü ödəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş yem məhsullarını cavabdehə nisyə təhvil vermişdir və nəticədə nisyə götürdüyü yem məhsulları üzrə 124166,81 (bir yüz iyirmi dörd min yüz altmış altı manat səksən bir qəpik) manat məbləğində borcu yaranmışdır. Yem məhsullarının alınmasının üzərindən xeyli vaxt keçməsinə baxmayaraq borc cavabdeh tərəfindən indiyədək ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı həm poçt təşkilatı vasitəsilə, həmçinin vergi ödəyicisinin elektron kabinetinə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin bu vaxtadək həmin vəsait "xxxx" MMC-yə ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 150.1.7-ci maddəsinə əsasən, Cavabdeh mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün təklif göndərilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında mübahisənin mediasiya vasitəsilə həlli ilə bağlı tərəflər qarşılıqlı razılıq əldə etməmişlər. Cavabdeh "xxxx" MMC-yə olan 124166,81 (bir yüz iyirmi dörd min yüz altmış altı manat səksən bir qəpik) manat məbləğində borcunu hələ də ödəməmişdir. "xxxx" MMC-nin satmış olduğu müxtəlif çeşidli yem məhsullarının müqabilində ödəniş edilməmiş, şirkətə vəsait daxil olmamışdır. Bunun nəticəsində şirkət dövriyyə vəsaitini azaltmaq məcburiyyətində qalmış və bu da öz növbəsində müəssisənin gəlirinin əldən çıxmasına səbəb olmuşdur. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Buna uyğun olaraq cavabdehin şirkətlərinə 124166,81 (bir yüz iyirmi dörd min yüz altmış altı manat səksən bir qəpik) manat məbləğində vurmuş olduğu zərəri nəzərə alaraq cavabdehdən 10000 (on min) manat məbləğində dəbbə pulunun tutulması məqsədəuyğundur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları araşdırmamış, yalnız ekspert rəyinə istinad edərək ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehin mövqeyini əks edən halları araşdırmamışdır. Məhkəmə üzləşmə aktında cavabdehin borcunun silinməsinə dair iddiaçı tərəfin direktorunun və baş mühasibinin qeydi, imzası və möhürlə təsdiq edilməsini qiymətləndirməmiş, hüquqi mövqeyini qətnamədə əks etməmişdir. Eyni zamanda tərəflər arasında bağlanan iki müqavilənin mövcüd olması, müqavilənin hər səhifəsini imzalar ilə təsdiq edilən müqaviləyə hüquqi qiymət verməyən hakim səhifələri imzasız olan bəzi müddəaları qələmlə yazılan müqavilənin mötəbər etməkdə səhvə yol vermişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002 nömrəli “Distribyutorluq Müqaviləsi”-nin nəticəsi olaraq tərəflər xx.xx.2021-ci il tarixdə Üzləşmə aktı tərtib etmişdir. Həmin aktın sonunda “Silinmə cari ayda icra edilsin” sözlərini direktor Maşallah Tağıyev yazaraq imzalamış və mühasib Fuadın imzası, müəssisənin möhürü ilə təsdiq edilmişdir. Üzləşmə aktının əsli iş materiallarına əlavə edilmişdir. İstinad olunan üzləşmə aktından göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 002 nömrəli “Distribyutorluq Müqaviləsi” üzrə Cavabdeh əvvəlki "xxxx" MMC, hazırki İddiaçı MMC-yə borcu yoxdur. Cavabdeh (VÖEN **********) ilə "xxxx" MMC (VÖEN **********) arasında “Distribyutorluq müqaviləsi” 2018-ci ilin yanvarın 19-da imzalanmış, Bakı şəhəri və Şimal rayonlarında “FEED X2 Yem zavodu”nun (Ağdaş yem zavodu) istehsal etdiyi heyvan və quş yemlərinin satışı Cavabdeh həvalə edilmişdir. Tərəflər arasında eyni şərtlərlə Müqavilə 19 yanvar 2019-cu il tarixdə 002 № ilə “Distribyutorluq müqaviləsi” adında bağlanmışdır. Müqavilələrin şərtlərinə görə "xxxx" MMC müəyyən edilmiş məhsulları (müxtəlif çeşidli yemlər) istehsal edir və satış üçün “Distribyutor” adlandırılan Cavabdeh təqdim edir, distribyutor isə həmin məhsulların satışını Bakı və Şimal regionlarında təşkil edir. Distribyutor Cavabdeh müqavilələr üzrə 2018 və 2019-cu illər və 2020-ci ilin yanvar ayı ərzində "xxxx" MMC-dən aldığı məhsullar, həmçinin onun tərəfindən mal göndərənə alınmış malların dəyərinin ödənilməsinə (müqavilənin 2.5 bəndinə əsasən ödəniş köçürmə və ya nəğd şəkildə manatla həyata keçirilir) dair məlumatlar aşağıdakı cədvəllərdə illər üzrə göstərilmişdir. Eyni zamanda qeyd olunan hallara dair Auditorlar Palatasında YweD7j7S9E nömrəli xx.xx.2022-ci il tarixdə Auditor rəyi verilmişdir (auditor rəyinin əsli məhkəmə iş materiallarına əlavə edilmişdir). 2018-ci ildə malların distribyutora təhvil verilməsi haqqında müqaviləyə əlavələr, təhvil-qəbul aktları, qaimə fakturalar müraciət edən tərəfindən (CavabdehM) auditə təqdim edilməmişdir. Təqdim edilən, tərəflərin imzası və möhürü ilə təsdiqlənməyən, aylar üzrə üzləşmə aktları, malların tərəflərin imzası möhürü ilə təsdiqlənməyən, üzərində tarix, 2018-ci ildə "xxxx" MMC malları Cavabdeh yalnız topdansatış fakturaları ilə göndərilmişdir. Topdansatış fakturaları və üzləşmə aktları üzrə 2018-ci il Audit rəyində Cədvəl № 1-də 10 (on) sütun,14 (on dörd) sətir üzrə malın təqdim edildiyi aylar, malın miqdarı, dəyəri, endirim faizi, malın dəyəri (ödəniləcək məbləğ), ödənilən məbləğ, qalıq borc məbləğləri haqqında məlumatlar əks etdirilmişdir. Topdansatış fakturaları və üzləşmə aktları üzrə 2018-ci ildə aylar üzrə "xxxx" MMC-nin Cavabdeh təqdim etdiyi malların dəyəri, dövriyyəsi aşağıdakı kimidir: yanvar ayında 29 472,14 manat, fevral ayında 19 548,85 manat, mart ayında 568541,40 manat, aprel ayında 824 069,93 manat, may ayında 1 264 775,66 manat, iyun ayında 1 666 880,18 manat, iyul ayında 763 826,14 manat, avqust ayında 1 069 204,19 manat, sentyabr ayında 922 963,68 manat, oktyabr ayında 771 949,35 manat, noyabr ayında 766 243,82 manat, dekabr ayında 964 895,90 manat, ümumilikdə 2018-ci ildə 9 632 371,24 manat. Füzuli Cəfərov "xxxx" MMC-yə 9 045 759,25 manat ödəmiş, borc qalıq məbləği 586 611,99 manat təşkil etmişdir. Audit rəyində 2019-cu ildə "xxxx" MMC-nin Cavabdeh təqdim etdiyi mallara dair məlumatlar Cədvəl № 2-da əks edilmişdir. 2019-cu ildə aylar üzrə "xxxx" MMC-nin Cavabdeh təqdim etdiyi malların dəyəri, dövriyyəsi aşağıdakı kimidir: Cavabdeh xx.xx.2019-cu il tarixə qalıq borcu 586 611,99 manat təşkil etmiş, yanvar ayında 1 067 997,83 manat, fevral ayında 1 169 603,63 manat, mart ayında 1 503 451,98 manat, aprel ayında 1 495 275,71 manat, may ayında 1 374 504,08 manat, iyun ayında 1 127 447,35 manat, iyul ayında 1 293 691,36 manat, avqust ayında 657 458,94 manat, dekabr ayında 35 114,24 manat, ümumilikdə 2019-cu ildə 9 724 545,13 manat. Füzuli Cəfərov "xxxx" MMC-yə 10 032 661,97 manat ödəmiş, borc qalıq məbləği 278 495,15 manat təşkil etmişdir. Cavabdeh 2020-ci ilin yanvar ayında "xxxx" MMC-yə 154 371,31 manat pul ödəmişdir. Qalıq borc 124 123,84 manat təşkil etmişdir. Cavabdeh "xxxx" MMC-dən 2018- 2019-cu illər dövründə alıb satdığı malların ümumi dövriyyəsi 19 356 916,13 (9632371,24+9724545,13) manat olmuşdur. "xxxx" MMC 2018-2019-cu illər dövründə Cavabdeh satdığı malın ümumi məbləğinin 6%-i hissəsində pul və ya mal ödəmişdir. Lakin Müqavilənin 2.4.1-ci bəndinə görə "xxxx" MMC Cavabdeh ay ərzində satdığı malın ümumi məbləğinin 7%-i mal və ya pul şəkilində verməlidir. İki ilin mal dövriyyəsinin ümumi məbləği 19 356 916,13 manat olduğuna görə "xxxx" MMC-nin Cavabdeh 1% 193569 manat müəyyən edilir. Bundan əlavə Müqavilənin 2.4.2-ci bəndinə görə əgər Distribyutor (Cavabdeh) bu müqavilə ilə müəyyən edilən satış hədəfindən artıq satış edərsə, hədəfdən artıq satdığı malın ümumi məbləğinin 1%-i əlavə olaraq ona verilir. İki ilin mal dövriyyəsinin ümumi məbləği 19 356 916,13 manat olduğuna görə "xxxx" MMC-nin Cavabdeh 1% 193569 manat əlavə verməlidir. "xxxx" MMC Fizulu Cəfərova 387138 manat (2%) əlavələr ödəməli olduğuna görə 124 123,8 manat qalıq borc nəzərə alındıqdan sonra "xxxx" MMC Cavabdeh 263014,2 manat pul ödəməlidir. Cavabdeh (VÖEN **********) ilə "xxxx" MMC (VÖEN **********) arasında olan 2018-2019-cu illər dövründə mal mübadilələrinin nə qədər təşkil etməsi, həmin mal satış dövriyyəsinin 1% və 2% nə qədər müəyyən edilməsi məqsədilə ekspertiza rəyinin verilməsi zərurəti yaranmışdır. Lakin məhkəmə bunları araşdırmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh əlavə olaraq izah etdi ki, onun iddiaçıya 124 166,81 manat borclu olmasına dair məsələ ortaya çıxdıqda o, iddiaçı MMC-nin rəhbərliyi ilə xx.xx.2021-cl il tarixdə görüşmüş, həmin məsələ araşdırıldıqdan sonra MMC-nin direktoru qeyd edilən borcun cari ayda silinməsi ilə bağlı MMC-nin mühasibinə yazılı göstəriş vermişdir. 124 166,81 manatlıq borc tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002 saylı müqavilədən yox, iddiaçı tərəfin əslini təqdim edə bilmədiyi xx.xx.2019-cu il tarixli müqavilədən irəli gələn məbləğ olmuşdur. Halbuki onunla iddiaçı tərəf arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehlə müqavilə bağlamış "xxxx" MMC-nin adı sonradan dəyişdirilmiş və hazırda İddiaçı adlanır. İddia ərizəsinə cavabdehlə bağlanmış 17 yanvar 2019-cu il tarixli, DİS/17012019/2 nömrəli “Distribütorluq Müqaviləsi”-nin kserosurətini əlavə etmiş olsalar da, həmin müqavilənin əsli MMC-nin sənədlərində aşkarlanmadığına görə məhkəməyə təqdim edə bilmir. Cavabdehin təqdim etdiyi "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002 saylı müqavilə ilə bağlı isə bildirdi ki, həmin müqavilənin hansı şəraitdə bağlanmasına dair məlumatı yoxdur. "xxxx" MMC-nin istehsal sahəsi Ağdaş rayonunda yerləşmiş, MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri olduğundan müqavilələr gah Ağdaş rayonunda, gah da Bakı şəhərində bağlanırdı. İddiaçıya elektron qaimələr xx.xx.2017-ci il tarixli müqavilə üzrə göndərildiyinə görə hesab edir ki, 17 yanvar 2019-cu il tarixli, DİS/17012019/2 nömrəli müqavilə əsas kimi qəbul edilməlidir. İddiaçının nümayəndəsi cavabdsehlə 17 yanvar 2019-cu il tarixli, DİS/17012019/2 nömrəli müqavilə bağlandığı halda xx.xx.2019-cu il tarixdə eyni predmetlə bağlı müqavilənin yenidən bağlanma səbəbini izah edə bilmədi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı işdə iştirak edən cavabdehi, onun vəkilini və iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Belə ki, iş materiallarında olan Milli Gəlirlər Baş İdarəsinin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC hazırda İddiaçı kimi fəaliyyət göstərir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli, DİS/17012019/2 nömrəli Distribyutorluq müqaviləsinin kserosurətindən (müqavilənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti işə əlavə olunmamışdır və ya da baxış keçirilməsi üçün məhkəməyə təqdim olunmamışdır) görünür ki, İstehsalçı çeşidi bu müqavilənin əlavələri ilə müəyyən edilmiş yem məhsullarını istehsal edir və satış üçün distribyutora təqdim edir. Distribütor isə həmin məhsulların satışını Bakı və Şimal regionunda təşkil edir. Müqavilə üzrə Distribütorun minimal aylıq satış hədəfi 700 ton olaraq müəyyən edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən distribütora satılan nisyə mallar üçün 500000 manat məbləğində limit müəyyən edilir. Həmin Müqavilənin 2.3 və 2.3.1-ci bəndinə əsasən ay ərzində satdığı malın ümumi məbləğinin 6 %-i Distribyutora mal və ya faktura altı şəklində verilir. İş materiallarında olan olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2019-cu il tarixli, 002 nömrəli Distribyutorluq müqaviləsinin kserosurətindən (müqavilənin əslinə məhkəmə iclasında baxış keçirilərək işə əlavə olunur) görünür ki, İstehsalçı çeşidi bu müqavilənin əlavələri ilə müəyyən edilmiş məhsullarını istehsal edir və satış üçün Distribyutora təqdim edir. Distribyutor isə həmin məhsulların satışını Bakı və Şimal regionunda təşkil edir. Müqavilə üzrə Distribyutorun minimal aylıq satış hədəfi 700 ton olaraq müəyyən edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Distribyutora satılan nisyə mallar üçün 500 000 manat məbləğində limit müəyyən edilir. Həmin Müqavilənin 2.4 və 2.1.1-ci bəndinə əsasən ay ərzində satdığı malın ümumi məbləğinin 7 %-i Distribyutora mal və ya pul şəklində verilir. Müqavilənin 2.4.2-ci bəndinə əsasən əgər Distribyutor bu müqavilə ilə müəyyən edilən satış hədəfindən artıq satış edərsə, hədəfdən artıq satdığı malın ümumi məbləğinin 1 %-i əlavə olaraq ona verilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin 21 may 2024-cü il tarixli 9/1512 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi xx.xx.2019-cu il tarixli distribütorluq müqaviləsinin 2.3.1-ci bəndində göstərilən 6%-ə uyğun aparıldıqda borcun 124166,81 manat təşkil etməsi müəyyən olunur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 535 nömrəli üzləşmə aktının kserosurətindən (aktın əslinə məhkəmə iclasında baxış keçirilərək işə əlavə olunur) görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 1 oktyabr 2021-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək olan dövr üçün qarşılıqlı hesablaşma aparılmış, 1 oktyabr 2021-ci il və 31 oktyabr 2021-ci il tarixlərə Cavabdeh 124 166,81 manat borcunun olduğu, həmin üzləşmə aktında MMC-nin rəhbərliyi tərəfindən “silinmə cari ayda icra edilsin.” qeydi aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və 410 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə “GP Stock FEED (“hazırkı adı İddiaçı) Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 19 yanvar 2019-cu il tarixli, 002 nömrəli “Distribütorluq Müqaviləsi” bağlanmış, müqavilənin 2.4 və 2.1.1-ci bəndinə əsasən ay ərzində satdığı malın ümumi məbləğinin 7 %-nin Distribyutora mal və ya pul şəklində verilməsi, habelə müqavilənin 2.4.2-ci bəndinə əsasən Distribyutor bu müqavilə ilə müəyyən edilən satış hədəfindən artıq satış edəcəyi halda hədəfdən artıq satdığı malın ümumi məbləğinin 1 %-nin əlavə olaraq ona verilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə birlikdə müqavilə öhdliklərini icra etdikləri müddətdə cavabdeh 9 496 343,18 manat dəyərində mal satmış, 7% endirimli satış məbləği 8 831 599,16 manat təşkil etmiş, Cavabdeh 664 744,023 manat məbləğində (7 %) endirim edilmişdir. Lakin iddiaçı əslini və ya da lazımi qaydada təsdiq olunmuş surətini təqdim edə bilmədiyi 17 yanvar 2019-cu il tarixli, DİS/17012019/2 nömrəli Distribütorluq müqaviləsinin kserosurətinə istinad edərək Cavabdeh cəmi 537 528,86 manat məbləğində (6%) endirim edildiyini bildirmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli, DİS/17012019/2 nömrəli distribütorluq müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, müqavilədə nəzərdə tutulmuş yem məhsulları satış üçün cavabdehə təhvil verilmiş, lakin cavabdeh distribütorluq müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödənilməli olan məbləği vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 8958814,32 manat məbləğində mal verilmiş, bunun qarşılığında cavabdeh tərəfindən 7440781,12 manat bank ödənişi, 1290217,80 manat ƏDV ödənişi, 136139 manat kassa ödənişi edilmiş, cavabdehə bankdan 29757,83 manat və 5356,41 manat ƏDV geri qaytarılmış və cavabdehə 2623,83 manat endirim edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 may 2024cü il tarixli 9/1512 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi xx.xx.2019-cu il tarixli distribütorluq müqaviləsinin 2.3.1-ci bəndində göstərilən 6%-ə uyğun aparıldıqda borcun 124166,81 manat təşkil etməsi müəyyən olunur. Mötəbərliyi şübhə doğurmayan ekspert rəyi ilə iddiaçının tələb etdiyi əsas borc məbləği təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçı bu məbləği tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 10000 manat əldən çıxmış faydanın ödənilməsi ilə bağlı qeyd edir ki, iddiaçı bununla bağlı sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Birinci instansiyanın gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin izahatlarından və işin hallarından göründüyü kimi iddiaçı cavabdehlə 17 yanvar 2019-cu il tarixli, DİS/17012019/2 nömrəli “Distribütorluq Müqaviləsi” bağlanıldığını bildirsə də, həmin müqavilənin əsli məhkəməyə təqdim edilməmiş, tərəflər arasında xx.xx.2019-cu il tarixli 002 nömrəli Distribyutorluq müqaviləsi bağlanılmış və həmin müqavilənin 2.4.1-ci hissəsində ay ərzində satdığı malın ümumi məbləğinin 6 %-nin deyil, ay ərzində satdığı malın ümumi məbləğinin 7%-nin Distribyutora mal və ya pul şəklində verilməsi nəzərdə tutulmuş və həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixli 535 nömrəli üzləşmə aktından görünür ki, üzləşmə aktında Cavabdeh 124166,81 manat borcunun olması göstərilsə də, həmin aktda "xxxx" MMC-nin rəhbəri “silinmə cari ayda icra edilsin” qeydi yazaraq həmin qeyd imza və müəssisənin möhürü ilə təsdiq edilmişdir. Həqiqətən də cavabdehin ümumilikdə satmış olduğu malın ümumi məbləğinin 7 %-nin ona mal və ya pul şəklində ona verilməli olduğu nəzərə alınanda cavabdehin iddiaçıya borcunun qalmadığı müəyyən olunur. Bu isə cavabdehin izahatının daha inandırıcı olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınş Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə məhkəmə yalnız elə yazılı sənədləri mötəbər sübut kimi qəbul edir ki, onların həqiqiliyi şübhə doğurmur. Birinci instansiya məhkəməsi qanunvericiliyin istinad olunan normalarının təlblərinə riayət etməyərək həqiqiliyi şübhə doğuran sənədi (17 yanvar 2019-cu il tarixli, DİS/17012019/2 nömrəli müqavilənin kserosurətini) mötəbər sübut kimi qəbul edərək iddia tələbini əsas borc hissəsində təmin etmişdir. Halbuki cavabdeh həmin sənədin həqiqiliyini mübahisələndirir. Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında 17 yanvar 2019-cu il tarixli, DİS/17012019/2 nömrəli Distribütorluq müqaviləsi mövcud olmamış, tərəflər arasında xx.xx.2019-cu il tarixli 002 nömrəli Distribyutorluq müqaviləsi üzrə cavabdehin borcunun olmaması müəyyən edildiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia təmin edilməməli, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-52/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. 100 manat ekspertiza xərci İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-205/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-205/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver