Məhkəmə qərarları › İş №2-2(104)-206/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-206/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-206/2025 19.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)- 872/2025 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-872/2025 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) ilk iddianın təmin edilməsi, Cavabdehndən 5500 manat məbləğində borc və 75 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 2- 2(115)-872/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı Cavabdehnə qarşı - Cavabdehndən 28 oktyabr 2024-cü il tarixli, 001 nömrəli müqavilə üzrə icra edilməli olan 5500 (beş min beş yüz) manat pul vəsaitinin, ödənilmiş 75 manat dövlət rüsumunun tutulması barədə iddiasının rədd edilməsi, Cavabdeh İddiaçı qarşı - İddiaçı ilə Cavabdeh arasında 28 oktyabr 2024-cü il tarixdə “Mersedes Benz” markalı, **- LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsinə dair sərnişin daşıma xidmətinin göstərilməsi haqqında 001 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 28 oktyabr 2024-cü il tarixli, 001 nömrəli müqavilə üzrə icra edilməli olan 5500 (beş min beş yüz) manat pul vəsaitinin, ödənilmiş 75 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 28 oktyabr 2024-cü il tarixdə mülkiyyətində olan və istifadəsində olan “Mersedes-Benz” markalı, **- LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsinə dair sərnişin daşıma xidmətinin göstərilməsi ilə bağlı 001 nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı müqavilənin qüvvədə olduğu dövr ərzində şifarişçinin tapşırığına əsasən mülkiyyətində və istifadəsində olan “Mercedes-Benz” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsi ilə sərnişin daşıma xidmətinin göstərilməsini, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını icraçıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, Xidmətlərin ümumi dəyəri 5500 (beş min beş yüz) manat təşkil etmişdir. Sifarişçi, icraçı tərəfindən təqdim edilmiş hesab-faktura və elektron qaimə əsasında, müqavilənin 2.1-ci bəndində göstərilmiş məbləği müqavilənin 5.2-ci maddəsində göstərilmiş tarixlərin bağlandığı günə qədər tam həcmdə icraçının hesabına bank köçürməsi ilə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, icraçı, Bakı şəhəri daxili sərnişin daşıma xidmətləri həyata keçirəcəkdir. Müqavilənin 5.2-ci bəndinə əsasən, Müqavilədə nəzərdə tutulan sərnişin daşıma xidməti xx.xx.2024-cü il tarixlərini əhatə edəcək, 11 gün ərzində həyata keçirilməlidir. İddiaçı tərəfindən mülkiyyətində və istifadəsində olan “Mersedes- Benz” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsi, Cavabdeh MMC tərəfindən COP-29 tədbiri ilə bağlı, müqavilə üzrə 11 gün müddətinə istifadəsində olmuşdur. Cavabdeh müqavilə üzrə icra etməli olduğu öhdəliklərin icra edilməsindən, yəni müqavilə üzrə ödənilməli olan 5500 manat məbləğində pul vəsaitinin ödənişindən qəsdən, qərəzli olaraq yayınır. Cavabdehə müqavilə üzrə ödənişin edilməsi ilə bağlı dəfələrlə müraciət edilmişdir, lakin heç bir nəticəsi olmamışdır. xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfə mübahisənin məhkəməyə qədər həlli məqsədilə pretenziya göndərilmiş, lakin cavabdeh şirkət bu günədək pretenziya məktubuna münasibət bildirməmiş,eyni zamanda, öhdəliklərin icrasından bu günədək imtina etmişdir. Hazırki mübahisə məhkəmə qaydasında həll edilərək cavabdeh ilə aralarında bağlanmış müqavilənin icrası təmin edilərək, cavabdehdən 5500 (beş min beş yüz) manatın tutulması təmin edilməlidir. Bundan başqa, Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 28 oktyabr 2024-cü il tarixdə “Mersedes-Benz” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsinə dair sərnişin daşıma xidmətinin göstərilməsi haqqında 001 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı göstərilən iddia tələbi əsassızdır. Buna görə də göstərilən iddia rədd edilməlidir. Həmçinin İddiaçı ilə Cavabdeh arasında 28 oktyabr 2024-cü il tarixdə “Mersedes-Benz” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsinə dair sərnişin daşıma xidmətinin göstərilməsi haqqında 001 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Belə ki, “Mersedes Benz” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsi İddiaçı qardaşı X4 faktiki idarəçiliyində və istifadəsində olmuş və İlkin Hüseynov həmin avtomobillə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 03-13 noyabr 2024- cü il tarixlərdə Bakı şəhərində keçirilən sammitində xarici ölkə səfirliklərindən birinə sərnişin daşıma xidməti göstərmiş və onun xidmət haqqı tam ödənilmişdir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 03-13 noyabr 2024- cü il tarixlərdə Bakı şəhərində keçirilən sammiti zamanı nə İddiaçı, nə də ki, onun qardaşı X7 ilə Cavabdeh arasında arasında hər hansı müqavilə olmamışdır. “COP-29”-la əlaqədar X5 tanımış və aralarında münasibətlər yaranmışdır. “COP-29” başa çatdıqdan sonra X7 ona bildirmişdir ki, “COP-29” zamanı sərnişin daşıma xidmətinə görə ona ödənilmiş xidmət haqqını atasına verməmişdir. Buna görə də sərnişin daşıma xidmətinə görə vəsait almalı olmasını atasına göstərməsi üçün formal olaraq görünüş üçün onunla müqavilə bağlanmasını xahiş etmişdir. Göstərdiyi kimi, artıq X5 tanıyırmış. Buna görə də onun atasına göstərərək atasının yanında vəziyyətdən çıxması üçün formal olaraq, görünüş üçün onunla müqavilə bağlanmasına razılıq vermişdir. Təxminən 2024-cü ilin noyabr ayının 20-si günü ilkin ona zəng edərək artıq müqavilə hazırlatdırdığını bildirmiş və imza etməyi xahiş etmişdir. Elə həmin gün Dövlət Statistika Komitəsinin qarşısında yolüstü görüşərək müqaviləni oxumadan imzalamışdır. İddiaçı ona qarşı iddia qaldırdıqdan və iddia ərizəsinin surətini aldıqdan sonra ona məlum olmuşdur ki, müqavilə geri tarixə tərtib edilmişdir. Yəni müqavilədə onun bağlanma tarixi 28 oktyabr 2024-cü il göstərilmişdir. Bir daha göstəririr ki, artıq “COP-29” başa çatmışdır. İddiaçı ilə Cavabdeh arasında 28 oktyabr 2024-cü il tarixdə “Mersedes-Benz” markalı, 77- LU-209 dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsinə dair sərnişin daşıma xidmətinin göstərilməsi ilə bağlı 001 nömrəli müqavilə İlkin Hüseynovun deməsinə sərnişin daşıma xidmətinə görə vəsait almalı olmasını atasına göstərməsi üçün formal olaraq görünüş üçün bağlanmışdır. İddiaçı görməmişdir, onu tanımır. Onunla hər hansı müqavilə, o cümlədən sərnişin daşıma xidmətinin göstərilməsi haqqında müqavilə bağlamamış və hər hansı münasibətləri olmamışdır. İddiaçı ilə Cavabdeh arasında 28 oktyabr 2024-cü il tarixdə “Mersedes-Benz” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsinə dair sərnişin daşıma xidmətinin göstərilməsi haqqında 001 nömrəli müqavilə hüquqi nəticə yaratmaq məqsədilə deyil formal olaraq görünüş üçün bağlandığından etibarsızdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Buna görə də həmin qətnamə ləğv edilərək, iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-872/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd еdilməsi əsası kimi ona istinad olunmuşdur ki, “tərəflər arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə, tərəflərin iradəsi əsasında bağlanıb və müqavilənin etibarsız hesab edilməsini şərtləndirən hallar mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331-336-cı maddələrinə əsasən, müqavilənin etibarsız hesab edilməsi üçün müqavilənin məcburi qaydada bağlanması, aldatma, zor tətbiqi, hüquqi şəxsin və ya vətəndaşın iradə azadlığının pozulması, yaxud qanunla qadağan edilmiş məqsədlər üçün bağlanması kimi hallar olmalıdır. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh iddiaçı tərəflə olan münasibətlərini inkar etmir, sadəcə həmin münasibətin həyata keçirilməsinin iddiaçının yaxın qohumları ilə baş tutduğunu bildirir, nəticə etibarı ilə tərəflər arasında müqavilə imzalanarkən hər hansı məcburi qaydada bağlanma, aldatma, zor tətbiqi, hüquqi şəxsin və ya vətəndaşın iradə azadlığının pozulması, yaxud qanunla qadağan edilmiş məqsədlər üçün bağlanması kimi hallar mövcud olmamışdır. İddiaçı həmin müqavilənin bağlanmasını inkar etmir. Cavabdehin dediyi hallar müqavilənin etibarsızlığı üçün əsas deyildir”. Birirnci instansiya məhkəməsinin göstərilən hallara əsaslanmaqla iddianın təmin edilməsi, qarşılıqlı iddianının isə rədd еdilməsinə dair gəldiyi nəticə əsassızdır. Məhkəmə araşdırması zamanı iddiaçının cavabdehlərə qarşı müqavilənin etibarsız hesab edilməsinin və şəhadətnamənin ləğv edilməsinin tələb edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında şərh etdiyi mövqeyini rəhbər tutmaqla hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının cavabdehlərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş matеriallarından göründüyü kimi, İddiaçı ona qarşı əsassız tələbi ilə əlaqədar 02 iyun 2025-ci tarixdə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, onun şikayəti asasında 18-ci Polis Bölməsində araşdırma aparılmışdır. Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin X1 09 iyun 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı İddiaçı qardaşı X4 izahatı alınmışdır. X7 onun qardaşı və hazırkı iş üzrə İddiaçı onu tanımadığını və onunla müqavilə bağlamadığını bildirmişdir. Onun şikayəti əsasında Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində aparılan araşdırma zamanı həmçinin İddiaçı izahatı alınmış və İddiaçı onu tanımadığını və onunla müqavilə bağlamadığını bildirmişdir. Beləliklə, qarşılıqlı iddianın əsası kimi istinad etdiyi İddiaçı ümumiyyətlə, onu tanımadığı, onunla hər hansı münasibətlər yaranmaması və beləliklə də İddiaçı ilə Cavabdeh arasında hər hansı müqavilənin bağlanmaması həm X4 və həm də hazırkı iş üzrə İddiaçı izahatı ilə etiraf edilmişdir. Göstərilənlərə əsasən, qarşılıqlı iddianın əsası kimi istinad etdiyi İddiaçı ümumiyyətlə, onu tanımadığı, onunla hər hansı münasibətlər yaranmaması və beləliklə də İddiaçı ilə Cavabdeh arasında hər hansı müqavilənin bağlanmaması həm X4 və həm də hazırkı iş üzrə İddiaçı izahatı ilə etiraf edildiyindən göstərilən faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, həmin faktlar işin mübahisəsiz qaydada sübut olunmuş xüsusatları kimi qəbul edilərək qiymətləndirilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsinə dair ilk iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-872/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 oktyabr 2024-cü il tarixdə mülkiyyətində olan və istifadəsində olan “Mersedes-Benz” markalı, **- LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsinə dair sərnişin daşıma xidmətinin göstərilməsi ilə bağlı 001 nömrəli müqavilədən görünür ki, icraçı müqavilənin qüvvədə olduğu dövr ərzində şifarişçinin tapşırığına əsasən mülkiyyətində və istifadəsində olan “Mercedes-Benz” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsi ilə sərnişin daşıma xidmətinin göstərilməsini, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını icraçıya ödəməyi öz öhdəsinə götürmüşdür (müqavilənin 1.1-ci bəndi). Müqavilənin 2.1-ci bəndinə əsasən, xidmətlərin ümumi dəyəri 5500 (beş min beş yüz) manat təşkil etmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, icraçı, Bakı şəhəri daxili sərnişin daşıma xidmətləri həyata keçirəcəkdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulan sərnişin daşıma xidməti xx.xx.2024-cü il tarixlərini əhatə edəcək, 11 gün ərzində həyata keçirilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 5500 manat dəyərində elektron qaimə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 28 oktyabr 2024-cü il tarixdə mülkiyyətində olan və istifadəsində olan “Mersedes- Benz” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsinə dair sərnişin daşıma xidmətinin göstərilməsi ilə bağlı 001 nömrəli müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən, icraçı müqavilənin qüvvədə olduğu dövr ərzində şifarişçinin tapşırığına əsasən mülkiyyətində və istifadəsində olan “Mercedes-Benz” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsi ilə sərnişin daşıma xidmətinin göstərilməsini, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını icraçıya ödəməyi öz öhdəsinə götürür. Müqaviləyə əsasən, Xidmətlərin ümumi dəyəri 5500 (beş min beş yüz) manat təşkil etmişdir. Müqaviləyə əsasən icraçı, Bakı şəhəri daxili sərnişin daşıma xidmətləri həyata keçirəcək və Müqavilədə nəzərdə tutulan sərnişin daşıma xidməti xx.xx.2024-cü il tarixlərini əhatə edəcək, 11 gün ərzində həyata keçirilməlidir. İddiaçı tərəfindən mülkiyyətində və istifadəsində olan “Mersedes-Benz” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı 2019-cü il buraxılışlı nəqliyyat vasitəsi, Cavabdeh MMC tərəfindən COP-29 tədbiri ilə bağlı, müqavilə üzrə 11 gün müddətinə istifadəsində olmuşdur. Cavabdeh müqavilə üzrə icra etməli olduğu öhdəliklərin icra edilməsindən, yəni müqavilə üzrə ödənilməli olan 5500 manat məbləğində pul vəsaitinin ödənişindən qəsdən, qərəzli olaraq yayınır. Cavabdehə müqavilə üzrə ödənişin edilməsi ilə bağlı dəfələrlə müraciət edilmişdir, lakin heç bir nəticəsi olmamışdır. İlk iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş xidmət göstərilmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 5500 manat borcu yaranmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçını ümumiyyətlə tanımadığını, ancaq onun qardaşını tanıdığını və sərnişin daşıma xidmətlərinin göstərilməsi ilə bağlı iddiaçının qardaşı ilə danışıqlarının olduğunu bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında sərnişin daşıma xidmətlərinin göstərilməsi ilə bağlı hər iki tərəfin imzası ilə təsdiq edilmiş müqavilə bağlanılmış və xidmətlər göstərilmişdir. Cavabdeh həmçinin izahatında müqavilədə qeyd olunan xidmətlərin göstərildiyini və göstərilmiş xidmətin dəyərinin tam şəkildə ödənildiyini bildirmişdir. Lakin cavabdeh tərəfindən göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, tərəflərin izahatı və elektron-qaimə faktura ilə ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 5500 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə, tərəflərin iradəsi əsasında bağlanıb və müqavilənin etibarsız hesab edilməsini şərtləndirən hallar mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331-336-cı maddələrinə əsasən, müqavilənin etibarsız hesab edilməsi üçün müqavilənin məcburi qaydada bağlanması, aldatma, zor tətbiqi, hüquqi şəxsin və ya vətəndaşın iradə azadlığının pozulması, yaxud qanunla qadağan edilmiş məqsədlər üçün bağlanması kimi hallar olmalıdır. İş materiallarından və tərəflərin izahatlarından belə nəticəyə gəlinir ki, iddiaçının irəli sürdüyü arqumentlər bu hallardan heç birinə əsaslanmır və müqavilənin etibarsızlığı üçün hüquqi əsas yaratmır. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh iddiaçı tərəflə olan münasibətlərini inkar etmir, sadəcə həmin münasibətin həyata keçirilməsinin iddiaçının yaxın qohumları ilə baş tutduğunu bildirir, nəticə etibarı ilə tərəflər arasında müqavilə imzalanarkən hər hansı məcburi qaydada bağlanma, aldatma, zor tətbiqi, hüquqi şəxsin və ya vətəndaşın iradə azadlığının pozulması, yaxud qanunla qadağan edilmiş məqsədlər üçün bağlanması kimi hallar mövcud olmamışdır. İddiaçı həmin müqavilənin bağlanmasını inkar etmir. Cavabdehin dediyi hallar müqavilənin etibarsızlığı üçün əsas deyildir. Nəticə etibarilə, iddianın təmin edilməməsi və müqavilənin qüvvədə saxlanması mülki dövriyyənin sabitliyi, müqavilə azadlığı və hüquqi münasibətlərin qorunması prinsiplərinə tam uyğun hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (Azərbaycan Respublikası MM-in 390.1-ci maddəsi). Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə cavabdeh sərnişin daşıma xidmətinin göstərilməsi ilə bağlı müqaviləyə əsasən ilk iddiaçıya göstərilmiş xidmətlərə görə 5500 (beş min beş yüz) manat pulu ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə mübahisə predmetinə aid olan xidmət müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilərək təsdiq olunduğu, həmin müqavilənin etibarsız hesab edilməsinə hər hansı qanuni əsasların mövcud olmadığı işin faktiki halları ilə müəyyən edilmişdir. Beləliklə də, qarşılıqlı iddia üzrə iddiaçı mübahisələndirdiyi əqdin etibarsızlığına səbəb ola biləcək hər hansı halların mövcud olduğunu məhkəmə iclasında sübut edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-872/2025-042 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar