Məhkəmə qərarları › İş №2-2(104)-209/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-209/2023

30.08.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-209/2023 30.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi ilə bağlı kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1053/2023 saylı qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1053/2023 saylı 04. qətnaməsi ilə (hakim K.Vəliyev) ərizənin təmin edilməsi, xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 81,96 manat, İcbari Tibbi Sığorta Fonduna 13,59 manat, dövlət büdcəsinə 3236,38 manat olmaqla, ümumilikdə 3331,93 manat məbləğində borc ödənilənədək Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1053/2023 saylı qətnaməsini ləğv edərək ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizəsi ilə məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 3236,38 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 81,96 manat, İcbari Tibbi Sığorta Fonduna olan 13,59 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 81,96 manat, İcbari Tibbi Sığorta Fonduna 13,59 manat, dövlət büdcəsinə 3236,38 manat məbləğində (o cümlədən, vergilər üzrə 2884,31 manat, faizlər üzrə 352,07 manat) olmaqla, ümumilikdə 3331,93 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********109600, xx.xx.2023-cü il tarixli **********554900, xx.xx.2023-cü il tarixli **********578900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi 12 saylı ƏVİ-nin qərar verərkən vergi Məcəlləsinin maddələrinin düzgün tətəbiq edilib edilməməsini aydınlaşdırmaqdansa, məhkəmə qərarının təsviri hissəsində Vergi Məcəlləsinin iddiaya aidiyyatı olmayan maddələrinin göstətərək, verginin necə hesablanmasından yayınaraq, onun haqqında qanunsuz qərar qəbul etmişdir. Vergi İdarəsi ona **********460800 qeydiyyat nömrəli xəbərdarlıq məktubu göndərərək, dövlət büdcəsinə 3394,45 manat borcnun olduğunu, onu 5 gün müddətində ödəməsə ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılacağını qeyd etmişdirq. Əvvala onun ölkədən çıxmağını Nazirlər Kabinetinin sədri qadağa qoyub. İkincisi isə onun dövlət büdcəsinə heç bir borcu yoxdur. Bunu sadə vergi əməkdaşı olmayan şəxsdə hesablaya bilər. Belə ki, 2021-ci ildən etibarən fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə tikinti materialları olan şebel, qum istehsalı ilə məşğul olmuşdur. Yəni Gəncə şəhərində Gəncə çayının kənarına atılan qazıntıları yığaraq qazıntılardan alınan tullantılardan, icarəyə götürdüyü drabilkada qıraraq daş, qum, çınqıl istehsal edərək, elektron qaimə vasitəsilə müvafiq təşkilatlara satmışdır. Bununla əlaqədar olaraq, vergi orqanı tərəfindən ona 3937.57 manat gəlir vergisi, 1411 manat 16 qəpik sadələşmiş vergi hesablanmışdır. Onun tərəfindən 2022-ci və 2023-cü illərə gördüyü işlərə görə yaranmış sadələşmiş vergi öhdəliklərini ödəmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1053/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş mаteriаlınа əlаvə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim оlunmuş sənədlərdən görünür ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 81,96 manat, İcbari Tibbi Sığorta Fonduna 13,59 manat, dövlət büdcəsinə 3236,38 manat məbləğində (o cümlədən, vergilər üzrə 2884,31 manat, faizlər üzrə 352,07 manat) olmaqla, ümumilikdə 3331,93 manat borcu vardır. İş mаteriаlınа əlаvə edilmiş xx.xx.2023-cü il tarixli **********109600, xx.xx.2023-cü il tarixli **********554900, xx.xx.2023-cü il tarixli **********578900 nömrəli bildirişlərdən görünür ki, maraqlı şəxsə borcunun ödənilməsi barədə bildiriş göndərilmişdir. İş mаteriаlınа əlаvə edilmiş Şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs xx.xx.1988-ci ildə Gəncə şəhərində doğulmuşdur. Qeydiyyat ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 2tusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 23.1.15-3-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Kollegiya qeyd edir ki, maraqlı şəxs dövlət büdcəsinə borcunun olmadığını vurğulasa da, iş materiallarında olan şəxsi hesab vərəqəsinin surətindən görünür ki, onun həqiqətən də vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 81,96 manat, İcbari Tibbi Sığorta Fonduna 13,59 manat, dövlət büdcəsinə 3236,38 manat məbləğində (o cümlədən, vergilər üzrə 2884,31 manat, faizlər üzrə 352,07 manat) olmaqla, ümumilikdə 3331,93 manat ödənilməmiş vergi borcu vardır. Kollegiya həmçinin qeyd edir ki. ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl vergi ödəyicisi olan maraqlı şəxsə dövlət büdcəsinə borcunun olması ilə bağlı bir neçə dəfə yazılı qaydada bildiriş göndərmiş, maraqlı şəxs isə vergi orqanının qərarını mübahisələndirməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılanda vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 81,96 manat, İcbari Tibbi Sığorta Fonduna 13,59 manat, dövlət büdcəsinə 3236,38 manat məbləğində (o cümlədən, vergilər üzrə 2884,31 manat, faizlər üzrə 352,07 manat) olmaqla, ümumilikdə 3331,93 manat borcu “olduğuna görə məhkəmə ərizəni təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-672/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar