Məhkəmə qərarları › İş №2-2(104)-210/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-210/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-210/2024 16.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-361/2024 saylı qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-361/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdehndən 6150 manat əsas borc, 300 manat cərimə, 110 manat çəkilmiş mediasiya xərci, 19 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6579 manat tutularaq İddiaçınə ödənilməsi, Cavabdehndən 65,50 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-361/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilərək işə apellyasiya qaydasında yenidən baxılması üçün, apellyasiya şikayətinin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını müəyyən edərkən səhvə yol vermiş, düzgün nəticəyə gəlməmişdir. Nəticədə qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Bu səbəbdən də qətnamədən apellyasiya şikayəti verir. Lakin qətnamə çıxarıldıqdan sonra rəsmi qaydada poçt vasitəsilə cavabdehə təqdim olunmamışdır. Bu səbəbdən də qətnamənin mövcudluğundan məlumatı olmamış, yalnız icra məmuru tərəfindən bu barədə məlumatlandırılmışlar. Qətnamə elektron kabinetə yerləşdirildiyi üçün məhkəmə işin icra edilməsi üçün icra vərəqəsi göndərmişdir. Lakin cavabdeh olaraq qətnaməni rəsmi qaydada almamışlar. Bu səbəbdən də apellyasiya şikayətini gec vermişlər. Belə ki, Cavabdeh MMC uzun müddətdir ki, kommersiya fəaliyyəti göstərmir, bu səbəbdən də elektron kabinet izlənilmir. Nəticədə qətnamədən məlumatları olmamış və apellyasiya şikayəti üçün qanunda nəzərdə tutulmuş müddət üzrlü səbəbdən ötürülmüşdür. Odur ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-361/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldığından həmin müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf ərizəsini məhkəmə qətnaməsindən şikayətin prosessual müddət buraxılmaqla verilməsi, prosessual müddətin bərpa edilməsin üçün əsasların olmaması ilə əsaslandırmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-361/2024 saylı qərardadı ilə (hakim R.Qələndərzadə) Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-361/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh faktiki olaraq qətnamənin mövcudluğundan məlumatsız olmuşdur. Belə ki, qətnamə çıxarıldıqdan sonra rəsmi qaydada poçt vasitəsilə cavabdehə təqdim olunmamışdır. Bu səbəbdən də qətnamənin mövcudluğundan məlumatı olmamış, yalnız icra məmuru tərəfindən bu barədə məlumatlandırılmışlar. Qətnamə elektron kabinetə yerləşdirildiyi üçün məhkəmə işin icra edilməsi üçün icra vərəqəsi göndərmişdir. Lakin cavabdeh olaraq qətnaməni rəsmi qaydada almamışlar. Bu səbəbdən də apellyasiya şikayətini gec vermişlər. Cavabdeh MMC uzun müddətdir ki, kommersiya fəaliyyəti göstərmir, bu səbəbdən də elektron kabineti izlənilmir. Nəticədə, qətnamədən məlumatları olmamış və apellyasiya şikayəti üçün qanunda nəzərdə tutulmuş müddət üzrlü səbəbdən ötürülmüşdür. Məhkəmə isə əsasız olaraq bu səbəbi üzrlü hesab etməmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-361/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 361/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-361/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-361/2024 saylı qətnaməsi Cavabdeh elekron kabinet ünvanına xx.xx.2024-cü il tarixində göndərilmişdir. Cavabdeh isə apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermiş, bununla da, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Cavabdeh ərizəsində qətnamənin surətinin rəsmi qaydada poçt vasitəsilə cavabdehə təqdim olunmadığını, qətnamənin surətinin elektron kabinetə yerləşdirildiyi, lakin Cavabdeh MMC-nin uzun müddətdir ki, elektron kabineti izləmədiyinə görə qətnaməni rəsmi qaydada almadığını bildirsə də, bu hal qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzrlü hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-361/2024 saylı qətnaməsi Cavabdeh EMİS elektron məhkəmə sistemindəki elekron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir və onun qətnamədən şikayət vermə müddətini buraxması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən müddətin bərpa edilməsi ilə bağlı ərizəsi uzun müddətdir ki, elektron kabineti izləmədiyinə görə qətnamədən məlumatsız olması ilə əsaslandırrılmışdır ki, məhkəmə kollegiyası həmin dəlili qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə əsas verən hal kimi qiymətləndirmir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətinin bərpasından imtina etməkdə haqlı olmuşdur. Kollegiya həmçinin vurğulayır ki, cavabdeh keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olmuş olsa da, məhkəmə iclaslarına da hər hansı üzrlü səbəb göstərilmədən gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki. birinci instansiya məhkəməsi məhkəmə iclıaslarının vaxtı və yeri barədə məlumatı cavabdehin elektron kabinetinə yerləşdirməklə yanaşı cavabdehin mobil telefon nömrəsinə də SMS xəbərdarlığı göndərilmişdir. Göründüyü kimi Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-361/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddəti üzrsüz səbəbdən buraxmışdır və həmin müddətin bərpa edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-361/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar