Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-214/2024 23.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e-2-2(115)-1321/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Həbib oğlu Cavabdeh (üçüncü şəxslər Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14 saylı Ərazi vergilər İdarəsi və Şəmkir rayon 1 saylı notariat kontoru) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarış ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda təsdiqlənmiş “X4 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2014-cü il tarixli **********047600 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X4 klubu” 100 faiz pay ilə ona məxsus olmuşdur. Onunla Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən “X4 klubu”ndakı 100 faiz payı ******* manata satılmışdır. Lakin müqavilə bağlanarkən alğı-satqı müqaviləsində qeyd olunan ******* manat məbləğində pul Cavabdeh tərəfindən ona, yəni İddiaçı ödənilməmişdir Bununla da, müqavilənin mühüm şərti pozulmuşdur. Onun vəkili Dövlət Notariat Arxivinə xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə dair notariat işinin əldə edilməsi üçün sorğu göndərmiş, lakin indiyə kimi sorğuya cavab verilməmişdir. Məhkəmə hazırlıq iclasında sorğuya cavab tərəfindən təqdim olunacaqdır. Göründüyü kimi tərəfindən əmlak alıcıya təhvil verilsə də alıcı Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əvəzində müəyyənləşdirilmiş ******* manat məbləğində pul məbləğini ödəməmişdir. Bununla da ona əvəzsiz olaraq mülkiyyətindən məhrum olmuşdur. Bundan əvvəl, Şəmkir Rayon Məhkəməsində mübahisəli əmlakla bağlı işə baxılsa da, hazırki mülki işdə həm iddianın əsası, həm də tərəflər dəyişmişdir. Belə ki, hazırki işdə artıq Cavabdeh alğı-satqı müqaviləsinin nəticəsində ona heç bir pul məbləği ödəmədiyini öz ərizəsində etiraf edir. Hətta bununla əlaqədar olaraq xx.xx.2019- cu il tarixdə ərizə vermişdir. Beləliklə, hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Şəmkir Rayon Notariat Kontorunda təsdiqlənmiş “X4 klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2014- cü il tarixli müqavilə etibarsız hesab edilməli və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2014-cü il tarixli **********047600 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Şəmkir Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 2(076)-2022/2024 nömrəli qərardadı ilə İddiaçı Həbib oğlunun Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 2-2(115)-1321/2024 saylı qərardadı ilə (hakim R.Qələndərzadə) İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair kommersiya işinin icraatına xitam verilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək Gəncə Kommmersiya Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 2-2(115)-1321/2024 nömrəli qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normalarının tələbi pozularaq icraata xitam verilmişdir. Belə ki, MPM-nin 82.3-cü maddəsində qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilə bilməməsi qeyd edilmişdir. Yəni həmin işdə iştirak edən tərəflərin tərkibi ilə hazırki işdə olan tərəflərin tərkibi fərqlidir. Tərəflər fərqli olduğuna görə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli 2(104)- 4017/2018 nömrəli qətnaməsi hazırki işdə preyudisial əhəmiyyətli hal kimi qəbul edilə bilməz. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşə məhkəmədə baxılarkən maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Şəmkir Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(076)-2022/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e-2-2(115)- 1321/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-1321/20224saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(104)-4017/2018 nömrəli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2(076)-2795/2018 saylı qətnaməsi ilə X2 iddiası təmin edilmiş, cavabdeh İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Şəmkir rayon Notariat Kontorunda təsdiqlənmiş “X4 Klubu”ndakı 100 faiz payın satılmasına dair 22 oktyabr 2014-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən cavabdeh İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli, **********20386000 kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın və Cavabdeh verilmiş xx.xx.2014-cü il tarixli, **********047600 saylı kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ******* manat məbləğində pulun alınıb Cavabdeh verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(076)-2795/2018 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən qətnamə ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2(076)- 2795/2018 saylı qətnaməsinin təmamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddiaçı X2 cavabdehlər İddiaçı, Cavabdeh, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi və üçüncü şəxs Şəmkir rayon Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab olunması və çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 26 dekabr 2018-ci il tarixli 2(104)-4017/2018 nömrəli Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə hazırki məhkəmə mübahisəsinin predmeti olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığı müəyyən edilmişdir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi etibarlı hesab edilmişdir. İddiaçı Cavabdeh alqısatqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyini əsas gətirərək məhkəməyə müraciət etmişdir. Halbuki sözügedən qətnamə ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə “X4 Klubu”nun nizamnamə kapitalındakı 100 faiz payı alqı-satqı müqaviləsi əsasında onun həmin tarixdəki mülkiyyətçisi olan İddiaçı ******* manata aldığı, payın dəyərini tam ödədiyi müəyyən olunur. Belə olan halda işin mahiyyəti ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli 2(104)-4017/2018 nömrəli qətnaməsindən də göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarlı hesab edilmişdir. Lakin mübahisələndirilən müqavilənin etibarlılığı məhkəmə qatnaməsi ilə müəyyən edildiyindən və qətnamə qanuni qüvvəyə minməsinə baxmayaraq iddiaçı həmin müqaviləni yenidən mübahisələndirmiş, həmin tələb üzrə buna görə də birinci istansiya məhkəməsi hazırki iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 21 avqust 2024-cü il tarixli e-2-2(115)-1321/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-214/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-214/2024
23.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver