Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-217/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-21/2024 saylı qərardadından ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə əsas məbləğ üzrə 10950 manat borcun, 1800 manat cərimənin, iddiaçının mülkiyyətində olan avadanlığa vurulmuş ziyana görə 300 manat məbləğində zərərin əvəzinin və Gəncə 1 saylı Medasiya Təşkilatına ödənilmiş 210 manat rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Az Estetik” Məhdud Məsuliyyəti Cəmiyyəti ilə arasında bağlanmış 06 avqust 2021 -ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və onun tərəfindən ödənilmiş 27000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-21/2024 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) ilk iddianın qismən təmin edilməsi, 10950 manat əsas borc, 300 manat cərimə borcu olmaqla cəmi 11250 manat məbləğində borc və ödənilmiş 210 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, ilk iddia üzrə ödənilməli olan 123 manat 75 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh İddiaçınə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, 505 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İlk iddia üzrə Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 21/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilərək işə apellyasiya qaydasında yenidən baxılması, apellyasiya şikayətinin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-21/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermək üçün müddəti üzürlü səbəbdən ötürmüşdür. Belə ki, səhhəti ilə əlaqədar olaraq bir aydan artıq müddətdir ki, müayinə və müalicələrdə olduğu üçün məhkəmə qətnaməsi anası tərəfindən xx.xx.2024-cü il tarixdə alınmışdır. Həmin qətnamədən sonuncu şikayət vermə müddəti xx.xx.2024-cü il tarixi olsa da, səhhəti ilə əlaqədar keçirdiyi əməliyyat və həkim müalicə, müayinələri ilə bağlı ancaq xx.xx.2024-cü il tarixinə dövlət rüsumunu ödəyib və apellyasiya şikayətini yazdırıb, həmin tarixə çatmışdır. Bununla da 7 gün müddətinə prosessual müddəti üzürlü səbəbdən ötürmüşdür. Odur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 21/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldığından həmin müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. İlk iddia üzrə iddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəməyə etiraz göndərərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2-2(115)-21/2024 saylı kommersiya işi üzrə xx.xx.2024-cü il tarixində yekun məhkəmə aktı qəbul edilmiş, qətnamə xx.xx.2024-cü il tarixində qanuni qüvvəyə minərək icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə yönləndirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-21/2024 saylı qətnaməsindən elektron qaydada apellyasiya şikayəti verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2- 2(11.5)-21/2024 saylı kommersiya işi üzrə xx.xx.2024-cü il qərardadı ilə Cavabdeh Qabil qızı tərəfindən müddət ötürüldüyünə görə və heç bir üzrlü səbəb qeyd edilmədiyinə görə verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Lakin iş üzrə Cavabdeh Qabil qızı yenidən xx.xx.2024-cü il tarixində prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə müraciət edərək ötürülmüş prosessual müddətin üzrlü hesab edilməsinə və müddəti bərpa edib şikayətinin aidiyyatı üzrə göndərilməsini xahiş etmişdir. Bu iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüş, bu səbəbdən müddətin bərpası ilə bağlı təqdim olunan ərizə Gəncə Kommersiya məhkəməsi tərəfindən təmin edilməməlidir. Cavabdeh fərdi sahibkar olduğundan onun VÖEN-ə bağlı elektron məhkəmə kabinetinə Gəncə Kommersiya məhkəməsinin qətnaməsinin göndərilməsi ilə bağlı xx.xx.2024-cü ildə rəsmi bildiriş yerləşdirilmişdir və qətnamədən şikayət vermə müddətinin axımı da həmin tarixdən başlamışdır. Hətta Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi poçtla da ünvanına göndərilmiş və xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdeh şəxsən Gəncə Kommersiya Məhkəməsinin qətnaməsini xx.xx.2024cü il tarixində təhvil almış, ancaq cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixində verilmişdir. Cavabdeh ötürülmüş müddətin bərpasına dair ərizəsində bildirmişdir ki, səhhəti ilə əlaqədar olaraq bir aydan artıq müddətdir ki, müayinə və müalicələrdə olub. Cavabdehin vəkili Vəkil1 birinci dəfə Cavabdeh adından apellyasiya şikayəti verərkən cavabdehin səhhəti ilə bağlı məlumatları təqdim etməmişdir. Hesab edirlər ki, cavabdehin vəkili etibarnamə üzrə qanuni nümayəndəsi olduğu üçün o, cavabdehin razılığını almaqla apellyasiya şikayəti vermək üçün müddət axımı bitmədən şikayətlə bağlı sənədləri təqdim edə bilərdi. Lakin verilmiş apellyasiya şikayətinin məhkəmə tərəfindən geri qaytarıldıqdan sonra cavabdeh tərəfindən üzrlü səbəb kimi səhhəti ilə bağlı sənədlərin məhkəməyə təqdim edilməsi həmin sənədlərin həqiqiliyi ilə bağlı sıra şübhələr yaradır. Bundan əlavə Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin bu iş üzrə apellyasiya şikayətinin geri qaytarıldığına dair qərardadını xx.xx.2024-cü il tarixində məhkəmə kabineti üzərindən təhvil almasına baxmayaraq, o, işə qarşı səhlənkar yanaşaraq xx.xx.2024-cü ildə yenidən müddətin ötürülməsilə bağlı ərizə verib. Halbuki müddətin ötürülməsinə görə ərizədə qeyd etdiyi səbəb üzrlü olsaydı, elektron məhkəmə kabinetinə qərardad yüklənən kimi vəkili və özü dərhal qərardadı aldığı tarixdən ərizəsini təqdim edə bilərdi. Ancaq o şikayətçi kimi hüquqlarının icrasına etinasız və laqeyd yanaşma nümayiş etdirmişdir və ötürülmüş müddətlə bağlı ərizənin 9 gün gec verilməsinə üzrlü sayılacaq səbəb göstərməmişdir. Həmçinin üzrlü səbəb kimi təqdim etdiyi sağlamlıq kağızlarına diqqət yetirdikdə aydın olur ki, bu, adi sağlamlıq yoxlanışı kimi sadəcə müayinə aktıdır, heç bir ağır xəstəliyin göstəricisi deyil. Belə həkim yoxlanışlarından tutduğu vəzifədən asılı olmayaraq yüzlərlə insan keçir, həmçinin öz hüquq və vəzifələrinə də məsuliyyətlə yanaşır. Bundan əlavə, təqdim olunmuş apellyasiya şikayətində ciddi həm texniki, həm də mahiyyət üzrə səhvlərə yol verilmiş, Cavabdeh tərəfindən yazılmış şikayətdə nə qətnamənin nömrəsi, nə də qətnamənin çıxarıldığı tarix düzgün qeyd edilməmiş, həmçinin “Cavabdeh “Azəriqaz” istehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmışdır” kimi qeyd olunan işlə əlaqəsi olmayan məlumat yazılmışdır. Odur ki, xx.xx.2024-cü il tarixli qətnamədən cavabdeh tərəfindən şikayət vermək üçün nəzərdə tutulan müddətin ötürüldüyünü nəzərə alaraq apellyasiya şikayətinin mümkün sayılmadan geri qaytarılmalı olduğu qənaətindədirlər. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-21/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-21/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmişdir. İlk iddia üzrə Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və Gəncə Kоmmеrsiyа Məhkəməsinin qətnаməsindən vеrdiyi аpеllyаsiyа şikаyətinin аidiyyаtı üzrə Gəncə Аpеllyаsiyа məhkəməsinə göndərilməsinə dаir qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərаrdаdındа АR Mülki Prоsеssuаl Məcəllənin 133.1-ci mаddəsinə əsаslаnаrаq müddətin bərpаsınа dаir məhkəməyə təqdim еdilmiş хəstəliyi ilə bаğlı sənədləri düzgün qiymətləndirilməyərək, əsаssız оlаrаq müddətin bərpаsınа dаir ərizəsi təmin еdilməmişdir. Məhkəmə qərаrdаdındа, ümumiyyətlə təqdim еdilmiş kеçirilmiş хəstəliyi ilə bаğlı vəziyyətini, müаyinə sənədlərini, müаyinənin müddətini qətnаmə çıхаrıldıqdаn sоnrа həkim nəzаrətində оlmаğı və əməliyyat оlunmаğı ilə bаğlı tibbi sənədləri düzgün qiymətləndirməyərək, həmin sənədlərə bеlə istinаd еtməmişdir. Yаlnız iddiаçının qərəzli mövqеyindən çıхış еtmiş və onun qətnаməni аldığı müddəti bеlə qiymətləndirməmişdir. Məhkəmə qərаrdаdındа АR MPM-in 133-cü mаddəyə istinаd еdərək хəstəliyin üzürlü müddətlər siyаhısındа оlmаsını qеyd еtməsinə bахmаyаrаq, təqdim еtdiyi tibbi sənədləri qiymətləndirməmişdir. Məhkəmə hər vəcdlə məhkəmə qətnаməsindən şikаyətin vеrilməsinin qаrşısının аlınmаsınа çаlışır, bununlа dа onun şikаyət еtmək hüququnu pоzmаqlа, onun sаğlаmlıq vəziyyətini və tibbi nəzаrətlə müаyinədə оlmаğını düzgün оlаrаq qiymətləndirmir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-21/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-21/2024 saylı qərardadından ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-21/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-21/2024 saylı qətnaməsi ilk iddia üzrə Cavabdeh ünvanına poçt vasitəsi ilə göndərilmiş və xx.xx.2024-cü il tarixində anası tərəfindən təhvil alınmış, lakin o, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. İlk iddia üzrə Cavabdeh ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, həmin sənədlər sağlamlığın yoxlanışı üçün müayinə sənədləri olduğundan, sağlamlığın müvəqqəti itirilməsi və ya əməliyyat olunması barədə heç bir ciddi prosedur həyata keçirilmədiyindən göstərilən hallar sözügedən qətnamədən şikayət vermək üçün prosessual müddətin ötürülməsinə üzürlü səbəb ola bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(115)-21/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-21/2024 saylı qətnaməsi tərəflərə, o cümlədən ilk iddia üzrə Cavabdeh ünvanına poçt vasitəsi ilə göndərilmiş və xx.xx.2024-cü il tarixində anası tərəfindən təhvil alınmışdır və onun qətnamədən şikayət vermə müddətini buraxması işin mübahisəsiz halıdır. ilk iddia üzrə Cavabdeh tərəfindən müddətin bərpa edilməsi ilə bağlı ərizəsinə, habelə qərardaddan verilmiş şikayətə xəstə olması, həkim nəzarətində olması və əməliyyat olması ilə bağlı hər hansı sənəd əlavə edilmədiyindən birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətinin bərpasından imtina etməkdə haqlı olmuşdur. Göründüyü kimi ilk iddia üzrə Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-21/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddəti üzrsüz səbəbdən buraxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-21/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-217/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-217/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver