Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-22/2025 15.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçınin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1241/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1241/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 86500 (səksən altı min beş yüz) ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə pul, 437 (dörd yüz otuz yeddi) manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 86500 ABŞ dolları məbləğində pulun və ödənilmiş 437 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 15 fevral 2023-cü il tarixində 300000 ədəd “X2” və 200000 ədəd “Harmony Rose” şampanların alğı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin ümumi dəyəri ******* ABŞ dolları təşkil edir. Müqavilənin 1-ci maddəsinə əsasən satıcı qiymət razılaşdırma protokolunda qeyd olunan malları alıcıya satışa təqdim edir, alıcı isə malları alır. Müqavilənin 3-cü maddəsinə əsasən alıcı hesab-fakturanın dəyərini 100 % əvvəlcədən ödəyir. Alıcı tərəfindən xx.xx.2023-cü il tarixində 80000 dollar, xx.xx.2023-cü il tarixində 40000 dollar, xx.xx.2023-cü il tarixində 40000 dollar, xx.xx.2023-cü il tarixində isə 75000 dollar məbləğində, ümumilikdə 235000 dollar məbləğində pul vəsaiti öncədən satıcıya ödənilmişdir. Lakin satıcı ona ödənilən pul məbləğinin qarşılığında alıcıya yalnız 148500 dollar dəyərində mal göndərmişdir. Alıcı dəfələrlə ödənilən pulun dəyərinə uyğun malları tələb etmiş və ya artıq ödənilən məbləği geri istəmişdir. Buna baxmayaraq satıcı aldığı pulun qarşılığında alıcıya malları göndərməmiş, eləcə də, artıq ödənilmiş məbləği geri qaytarmamışdır. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə məhkəmə elektron kabineti vasitəsi ilə, eləcə də, xx.xx.2024-cü il tarixində poçt vasitəsi ilə pulun qaytarılmasına dair pretenziya məktubu ünvanlanmışdır. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq cavabdeh tərəfindən cavab verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, cavabdehə 200000 ABŞ dolları məbləğində pul qabaqcdan ödəniş şəklində köçürülmüşdür. 200000 ABŞ dolları məbləğində pula uyğun mallar göndərilmiş, əlavə olaraq 80000 ABŞ dolları pul qalmışdır. “X1 ve Gida Pazarlama Sanayi Ticaret Anonim Şirketi”nin razılığı əsasında həmin mallar Gürcüstan Respublikasına göndərilmişdir. Razılaşmaya əsasən malın bir hissəsi buradan, qalan hissəsi isə Gürcüstan Respublikasından getməli idi. Həmçinin əlavə olaraq 44000 manatlıq etiket alınmışdır. Malların hazırlanması üçün əlavə xərclər çəkilmişdir, ona görə də iddiaçı onlara əlavə pul köçürməli idi ki, onlar da iddiaçıya müqavilə üzrə malları göndərsin. İddiaçı onlara 300000 ABŞ dolları əlavə pul köçürməli idi. Bundan əlavə 80000 ABŞ dolları depozit olaraq köçürülmüşdür. İddiaçı tərəf də müqavilə öhdəliyini tam yerinə yerirməmişdir. Onlar müqaviləni ******* ABŞ dolları dəyərində bağlamışlar, buna görə də onlar malların hazırlanması üçün xərclər çəkmişlər, iddiaçı isə pul vəsaitini az köçürmüşdür, ona görə də Cavabdeh MMC-yə 200000 ABŞ dolları ziyan dəymişdir. Məhkəmədə qaldırılan məsələlərin heç biri dəqiq araşdırılmamış və məhkəməmühahisabatlıq ekspertizası keçirilməmişdir. Əsas borc məbləğinin hansı əməliyyatlardan əmələ gəlməsi sualına məhkəmə-mühasibatlıq ekspertizası ilə araşdırlmalıdır və aydınlaşdırılmalıdır. Hesablama iddiaçı tərəfindən aparılıb. Bunu necə hesablayıb ya yox sübut təqdim etmir və əmsal göstəriciləri verə bilmir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının xx.xx.2025-ci saat 16:20-yə təyin edilmiş iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçi və cavabdeh tərəfin müvafiq şəkildə nümayəndələri məhkəmə iclasına gəlməmişlər. iddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçınin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1241/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı qiymətlərin razılaşdırma protokolunda adı və qiyməti qeyd olunan malları alıcıya satmağı, alıcı isə malları alıb qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən alıcı hesab-fakturanın dəyərini 100 % əvvəlcədən ödəyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, satıcı ******* ABŞ dolları dəyərində məhsulları (300000 ədəd “X2” və 200000 ədəd “Harmony Rose” şampanları) alıcıya təhvil verməyi, alıcı isə məhsulları qəbul edərək özünün müəyyən etdiyi qiymətlərə uyğun olaraq satış nöqtələrində satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3/23 nömrəli invoysa əsasən 27893,52 ABŞ dolları, xx.xx.2023-cü il tarixli 6/23 nömrəli invoysa əsasən 36090,30 ABŞ dolları, xx.xx.2023-cü il tarixli 5/23 nömrəli invoysa əsasən 27717,50 ABŞ dolları, xx.xx.2023-cü il tarixli 10/23 nömrəli invoysa əsasən 27893,52 ABŞ dolları, xx.xx.2023-cü il tarixli 11/23 nömrəli invoysa əsasən 27893,52 ABŞ dolları məbləğində malların invoysu Cavabdeh MMC tərəfindən İddiaçınə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1 nömrəli invoysa əsasən 235536 ABŞ dolları məbləğində malların invoysu Cavabdeh MMC tərəfindən İddiaçınə göndərilmişdir. İş materiallarında olan bank qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə 80000 ABŞ dolları, xx.xx.2023-cü il tarixində 40000 ABŞ dolları, xx.xx.2023-cü il tarixində 40000 ABŞ dolları, xx.xx.2023-cü il tarixində isə 75000 ABŞ dolları məbləğində, ümumilikdə 235000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan 24 iyul 2023-cü il tarixli aktlara əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 59022 ədəd məhsul təhvil verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında 15 fevral 2023-cü il tarixində ümumi dəyəri ******* ABŞ dolları təşkil edən 300000 ədəd “X2” və 200000 ədəd “Harmony Rose” şampanların alğı-satqısına dair müqavilə bağlanmışdır. Alıcı tərəfindən xx.xx.2023-cü il tarixində 80000 dollar, xx.xx.2023cü il tarixində 40000 dollar, xx.xx.2023-cü il tarixində 40000 dollar, xx.xx.2023-cü il tarixində isə 75000 dollar məbləğində, ümumilikdə 235000 dollar məbləğində pul vəsaiti öncədən satıcıya ödənilmiş, satıcı ona ödənilən pul məbləğinin qarşılığında alıcıya yalnız 148500 dollar dəyərində mal göndərmişdir. Alıcı dəfələrlə ödənilən pulun dəyərinə uyğun malları tələb etmiş və ya artıq ödənilən məbləği geri istəmişdir. Buna baxmayaraq satıcı aldığı pulun qarşılığında alıcıya malları göndərməmiş, eləcə də, artıq ödənilmiş məbləği geri qaytarmamışdır. Cavabdehə xx.xx.2024-cü il tarixində poçt vasitəsi ilə pulun qaytarılmasına dair pretenziya məktubu ünvanlanmışdır. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq cavabdeh tərəfindən cavab verilməmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı qiymətlərin razılaşdırma protokolunda adları və qiyməti qeyd olunan malları alıcıya satmağı, alıcı isə malları alıb qəbul etməyi öhdəsinə götürmüşdür. Satıcı tərəfindən alıcıya invoyslar təqdim olunmuş, alıcı satıcının hesabına əvvəlcədən 235000 ABŞ dolları məbləğində vəsait köçürmüşdür. Köçürülən məbləğ əsasında satıcı alıcıya 148500 ABŞ dolları dəyərində mal təhvil vermiş, köçürülən vəsaitin qalan 86500 ABŞ dolları məbləği üzrə mal göndərməmiş, nə də ki, həmin məbləği geri qaytarmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə malın alınması ilə bağlı köçürdüyü və mal göndərilmədiyi vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 86500 ABŞ dolları Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, 86500 ABŞ dolları məbləğində malın Gürcüstan Respublikasına göndərilməsi və ya həmin məbləğin depozit hesabda saxlanılması ilə bağlı, habelə əlavə vəsait köçürüldükdən sonra 86500 ABŞ dolları məbləğində malın təhvil veriləcəyi ilə bağlı tərəflərin razılaşmalarına dair işdə hər hansı sübut yoxdur və belə bir sübut da cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.2-ci maddəsinə əsasən alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 441.1-ci maddısinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, alğı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehin hesabına əvvəlcədən 235000 ABŞ dolları məbləğində vəsait köçürmüşdür. Köçürülən məbləğ əsasında satıcı alıcıya 148500 ABŞ dolları dəyərində mal təhvil vermiş, köçürülən vəsaitin qalan 86500 ABŞ dolları məbləği üzrə mal göndərmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin borcun düzgün hesablanmaması, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməli olmasına dair dəlili də razılaşmır. Ona görə ki, birincisi, cavabdeh məhkəməyə həmin dəlili təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İkincisi, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya şikayətinin digər dəlilində göstərilir ki, malların hazırlanması üçün əlavə xərclər çəkilmişdir, ona görə də iddiaçı onlara əlavə pul köçürməli idi. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, mal alğı-satqısı ilə bağlı tərəflər arasında müqavilə bağlanmış və müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilmişdir. Cavabdehin göstərdiyi hallar müqavilə şərti kimi nəzərdə tutulmmışdır. Əksinə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 3-cü bəndində göstərilir ki, alıcı hesab-faktura dəyərinin 100% əvvəlcədən ödənişini edəcəkdir. İşmateriallarından göründüyü kimi iddiaçı (Alıcı) hesab-fakturanın dəyəri olan 235000 ABŞ dolları cavabdehə qabqcadan ödəmiş olsa da, cavabdeh 86500 ABŞ dolları dəyərində malı iddiaçıya göndərməmişdir. Göründüyü kini apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1241/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-22/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-22/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver