Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-230/2023 10.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 31 avqustl 2023-cü il tarixli, e-2-2(115)-209/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 02 iyun 2020-ci il tarixli alğı-satqı müqaviləsinə və ona edilmiş 02 iyun 2020-ci il tarixli 1 nömrəli, 01 iyul 2020-ci il tarixli 2 nömrəli, 21 iyul 2020-ci il tarixli 3 nömrəli və 30 iyul 2020-ci tarixli 4 nömrəli əlavələrə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 100406 manat, 6626 manat cərimə, 30,40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 700 manat məbləğində haqqın, ümumilikdə 107762,40 manatın tutularaq, iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, e-2-2(115)-209/2021 saylı (hakim K.Vəliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdehndən 100406 (yüz min dörd yüz altı) manat əsas borc, 1626 (min altı yüz iyirmi altı) manat penya olmaqla, cəmi 102.032 (yüz iki min otuz iki) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutlaraq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə təyin edilməmsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, e-2-2(115)-209/2021 saylı (hakim K.Vəliyev) əlavə qətnaməsi ilə Cavabdehndən hüquqi yardımla əlaqədar ödənilmiş 700 (yeddi yüz) manat məbləğində haqqın tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, e-2-2(115)-209/2021 saylı qətnaməsindən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, e-2-2(115)-209/2021 saylı qətnaməsinin qismən iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, e-2-2(115)- 209/2021 saylı qətnaməsindən şikayət verməklə yanaşı, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə də məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin qətnamə və onunla bağlı məhkəmələrdən xəbəri olmamışdır. Adı çəkilən qətnamənin mövcudluğu cavabdeh tərəfə xx.xx.2023-cü il tarixdə Sabunçu rayon icra şöbəsinə çağırıldıqda məlum olmuş və həmin gün qətnamənin surəti cavabdehin nümayəndəsinə (direktoruna) təqdim edilmişdir. Göründüyü kimi qətnamənin elan edildiyi xx.xx.2021-ci il tarixdən uzun müddət keçməsinə baxmayaraq, cavabdehə qətnamə xx.xx.2023-cü il tarixdə rəsmən təqdim edilmişdir. Ona görə də cavabdehin həmin qətnamədən qanunvericilikdə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin axımı xx.xx.2023-cü il tarixdən başlanmış olur. Yuxarıda sadalananları nəzərə alıb, X4 e-2-2(115)-209/2021 saylı, xx.xx.2021-ci tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətin, qətnamənin elan olunduğu tarixə nisbətdə müddətin ötürülməsinin üzürlü, qətnamənin onlara rəsmi təqdim edildiyi tarixə nisbətdə isə apellyasiya şikayəti vermə müddətinin ötürülməmiş hesab edilib baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılması xahiş edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, e-2-2(115)-209/2021 nömrəli qəradadı ilə Cavabdeh MMC-nin ötürülmüş müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi, apellyasiya şikayətinin geri qaytarılması və cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, e-2-2(115)- 1431/2022 nömrəli qəradadından narazı qalan Cavabdeh MMC tərəfindən şikayət verilmiş, Gəncə Kommersiya Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 209/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad ləğv edilməli, vəsatət təmin ediməlidir. Belə ki, birinci instansiya məhkəmə aktlarından apellyasiya şikayəti verilməsi üçün ilk növbədə məhkəmə aktının əldə etməsi lazımdır. Eyni zamanda məhkəmə aktından apellyasiya şikayətinin bir ay müddətində verilməsi tələbi ilə çıxış etməmişdən əvvəl məhkəmə aktının tərəfə təqdim edilməsi (lazımı qaydada çatdırılması) vacibdir. Məhkəmə qərardadın əsası kimi istinad etdiyi ilk bəndində Cavabdeh MMC-nin ünvanına göndərilmiş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-209/2021 saylı qətnaməsinin geri qaytarıldığını qeyd etməklə, qətnamənin cavabdehə lazımı qaydada çatdırılmadığını özü müəyyən etmişdir. Cavabdeh tərəfin məhkəmədə iştirak etmədiyi mübahisə olunmur. Cavabdehin məhkəmədə iştirak etmədiyi bildirişlərin və qətnamənin göndərildiyi ünvan üzrə çatdırılmadığı bəllidir. Bu da cavabdeh tərəfin qətnamədən məlumatlı olmadığını göstərir. Bu baxımdan, yəni şikayətin 2-4-cü bəndlərində qeyd edilən mübahisəsiz hallara görə qətnamənin elan olunduğu tarixə nisbətdə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin ötürüldüyü, qətnamənin ona təqdim edilmədiyi səbəbindən üzürlü hesab edilməlidir. Nə qədər ki, cavabdeh qətnamədən məlumatsız idi, apellyasiya şikayətinin verilməməsi onun iradəsindən asılı olmamışdır. Daha sonra məhkəmə qətnamənin X10 tərəfindən alındığı və onu cavabdehin nümayəndəsi kimi təqdim etmişdir. Mübahisəsiz məsələdir ki, cavabdehin nümayəndə qismində təmsil etməsi üçün lazımı qaydada təsdiqlənmiş etibarnamə mövcud olmalıdır. Lakin iş materiallarında Cavabdeh MMC-nin təmsil edilməsi üçün X6 adına etibarnamə mövcud deyildir. MMC-nin təmsilçisi (qanuni nümayəndəsi) də olmamışdır. Bu baxımdan yəni qətnamənin hansısa X7 verildiyi halda belə, qətnamənin cavabdehə rəsmi təqdim edilməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi qətnamənin cavabdehə rəsmi təqdim edilməsi ilə bağlı məhkəmənin öz tərəfindən müəyyən edilmiş və şikayət olunan qərardadda qeyd etdiyi dəlillərin özü cavabdehin qətnamədən apellyasiya şikayətinin vaxtında verilməməsi ilə bağlı səbəblərin üzürlü olduğunu və onun iradəsindən asılı olmadığını göstərir. Qeyd olunanlar cavabdehin apellyasiya şikayətinin verilməsi müddəti ilə bağlı verdiyi vəsatətin təmin edilməsi üçün yetərli əsaslar olduğu aşkar vəziyyətdir. Lakin məhkəmə qərardadı qəbul edərkən qətnamənin rəsmi təqdim edilməsi ilə bağlı prosessual qanunvericiliyin tələblərini nəzərə almaması, nəticəsi düzgün olmayan qərardadın qəbul edilməsinə səbəb olmuşdur. Bu da barəsində şikayət verilən qərardadı hüquqi əsassız hesab edilib, ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialalrından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-209/2021 saylı qətnaməsi məhkəmə qəbzi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi X7 verilmişdir. X1 təsdiq edən sənəd isə Cavabdeh MMC-nin təsisçisi X3 onun həmin hüquqi şəxsin müdiri (direktoru) təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli, 01 nömrəli əmri olmuşdur. Cavabdeh həmin şəxsin etibarnaməsi olmamasını əsas gətirərək səlahiyyətli nümayəndə olmadığını iddia etmişdir ki, cavabdehin qeyd olunan şikayətinin dəlili əsassız olmuşdur. Belə ki, Mülki Məcəllənin 91.1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; Həmin Məcəllənin 91-2.3-cü maddəsinə əsasən Cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Hazırkı işin hallarına görə isə qətnaməni əldə etmiş X10 Cavabdeh MMC-nin təsisçisi X5 tərəfindən icra orqanının rəhbəri qismində təyin edilmişdir ki, hüquqi şəxsin adından iştirak etmək üçün müvafiq etibarnaməyə zərurət olmamışdır. Hərçənd ki, hüquqi şəxsin adından iştirak etmək üçün başqa şəxslərə etibarnamə verilməsi də icra orqanının rəhbəri tərəfindən icra edilir. Buna görə də məhkəmə kollegiyası qətnamənin hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə verilməməsi il bağlı şikayətin dəlilini əsassız hesab etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnaməni əldə etmədiyini iddia etdiyi halda qətnamənin rəsmi qaydada verilməsi ilə bağlı Gəncə Kommersiya Məhkəməsinə müraciət etməməsinin səbəblərinə, o cümlədən qənaməni xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin rəhbəri kimi qəbul etmiş X2 və hüquqi şəxsə aidiyyətinə dair hər hansı bir dəlil irəli sürməmişdir. Həmçinin, şikayətində qətnamənin X7 verildiyi halda belə qətnamənin cavabdehə rəsmi qaydada təqdim edilməsi kimi qiymətləndirilmədiyini qeyd etmişdir ki, bununla da cavabdehə qənamə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada verilmiş olması təsdiq olunmuşdur. Lakin, cavabdeh qətanamədən qanunla müəyyən edilmiş müddətdə şikayət verməməsinin üzrlü səbəbləri ilə bağlı hər hansı bir əsas gətirə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosesessual Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Kommersiya Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, e-2-2(115)-209/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, e-2-2(115)-209/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-230/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-230/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver