Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-232/2025 09.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və X2 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 və Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin (bundan sonra – ərizəçi) Maraqlı şəxs (bundan sonra – maraqlı şəxs) “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-583/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. Vergi ödəyiciləri olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3,88 manat, İşsizlikdən sığorta fonduna 3,94 manat, dövlət büdcəsinə 1,01 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 1,01 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1,39 manat, İşsizlikdən sığorta fonduna 7,46 manat, İcbari Tibbi Sığorta Fonduna, 24 manat, dövlət büdcəsinə 648,6 manat məbləğində (o cümlədən, vergilər üzrə 105,21 manat, faizlər üzrə 543,39 manat), Maraqlı şəxs (VÖEN: **********) işsizlikdən sığorta fonduna 7,01 manat, dövlət büdcəsinə 5509,92 manat məbləğində (o cümlədən, vergilər üzrə 3554,84 manat, faizlər üzrə 1915,08 manat, maliyyə sanksiyası üzrə 40 manat), Dövlət Sosial Müdafiə Fonduna 2,01 manat olmaqla, ümumilikdə 6185,46 manat məbləğində borcu yaranmışdır.
2. Hüquqi şəxslərin qeydiyyat sənədlərinə əsasən, Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəridir.
3. Vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarla, vergi ödəyicisi Maraqlı şəxs oğlu (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
4. Vergi orqanı vergi ödəyicisinə xəbərdalıqlarla müraciət edərək borcun ödənilməsi tələb etmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 6159,53 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 7,28 manat, İşsizlikdən sığorta fonduna olan 18,41 manat, İcbari Tibbi Sığorta Fonduna olan ,24 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix xx xxxxxxxx 1965-ci il, Doğulduğu yer AZƏRBAYCAN, GƏDƏBƏY, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3,88 manat, İşsizlikdən sığorta fonduna 3,94 manat, dövlət büdcəsinə 1,01 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 1,01 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1,39 manat, İşsizlikdən sığorta fonduna 7,46 manat, İcbari Tibbi Sığorta Fonduna ,24 manat, dövlət büdcəsinə 648,6 manat məbləğində (o cümlədən, vergilər üzrə 105,21 manat, faizlər üzrə 543,39 manat), Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 7,01 manat, dövlət büdcəsinə 5509,92 manat məbləğində (o cümlədən, vergilər üzrə 3554,84 manat, faizlər üzrə 1915,08 manat, maliyyə sanksiyası üzrə 40 manat) , Dövlət Sosial Müdafiə Fonduna 2,01 manat olmaqla, ümumilikdə 6185,46 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********121500, xx.xx.2024-cü il tarixli **********329400, xx.xx.2024-cü il tarixli **********675700 xx.xx.2023-cü il tarixli **********396800, xx.xx.2023cü il tarixli **********613600, xx.xx.2024-cü il tarixli **********277600, xx.xx.2024-cü il tarixli **********473000, xx.xx.2023-cü il tarixli **********249200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs GƏDƏBƏY RAYONU, GƏDƏBƏY ŞƏHƏRİ, Q.ƏHMƏDLİ KÜÇƏSİ, EV 84, A ünvanında yaşayır.
7. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmidir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxmışdır.
8. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-583/2025 nömrəli qətnaməsi ilə (hakim Ramiq Qələndərzadə), ərizənin təmin edilməsi, Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi AA*******) ölkədən getmək hüququ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3,88 manat, İşsizlikdən sığorta fonduna 3,94 manat, dövlət büdcəsinə 1,01 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 1,01 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1,39 manat, İşsizlikdən sığorta fonduna 7,46 manat, İcbari Tibbi Sığorta Fonduna ,24 manat, dövlət büdcəsinə 648,6 manat məbləğində (o cümlədən, vergilər üzrə 105,21 manat, faizlər üzrə 543,39 manat), Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 7,01 manat, dövlət büdcəsinə 5509,92 manat məbləğində (o cümlədən, vergilər üzrə 3554,84 manat, faizlər üzrə 1915,08 manat, maliyyə sanksiyası üzrə 40 manat), Dövlət Sosial Müdafiə Fonduna 2,01 manat olmaqla, ümumilikdə 6185,46 manat məbləğində borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılması, Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir.
9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, vergi ödəyiciləri olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3,88 manat, İşsizlikdən sığorta fonduna 3,94 manat, dövlət büdcəsinə 1,01 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 1,01 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1,39 manat, İşsizlikdən sığorta fonduna 7,46 manat, İcbari Tibbi Sığorta Fonduna ,24 manat, dövlət büdcəsinə 648,6 manat məbləğində (o cümlədən, vergilər üzrə 105,21 manat, faizlər üzrə 543,39 manat), Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 7,01 manat, dövlət büdcəsinə 5509,92 manat məbləğində (o cümlədən, vergilər üzrə 3554,84 manat, faizlər üzrə 1915,08 manat, maliyyə sanksiyası üzrə 40 manat), Dövlət Sosial Müdafiə Fonduna 2,01 manat olmaqla, ümumilikdə 6185,46 manat borcu vardır. Vergi orqanının müraciətlərinə baxmayaraq borc ödənilməmişdir ki, qanunla vergi ödəyicisi fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun borcun ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür.
10. Məhkəmə hesab etmişdir ki, vergi ödəyicilərinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və onlar, qeyd olunan öhdəliklərin yerinə yetirilməsi üçün cavabdeh olduğundan ərizə təmin edilməli və borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1 və 78.1-ci maddələrinə, Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-5.2.2-ci maddəsinə, “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1, 355-5.2, 355-7.3 və 355-7.4-cü maddələrinə istinad etmişdir.
12. Maraqlı şəxs apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmış və borcun mövcudluğu arşdırılmamışdır. Bu səbəbdən subutlarının təqdim edilməsi üçün zəmin olmamışdır. Belə ki, onun təqdim edəcəyi bu sübut olmuşdur ki, o Azərbaycan Respublikası vətəndaşı olaraq, Azərbaycan Respublikası Konstitusiyasının İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e -2-2(115)-583/2025 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Konstitusiyasının İİİ hissəsisnə əsasən, qanuni surətdə onun Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilmək hüququnu pozmuşdur. Apellyasiya şikayətində onu da əlavə edir ki, Ərizəçinin tələbində göstərdiyi xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3,88 manat, İşsizlikdən sığorta fonduna 3,94 manat, dövlət büdcəsinə 1,01 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 1,01 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1,39 manat, İşsizlikdən sığorta fonduna 7,46 manat, İcbari Tibbi Sığorta Fonduna 0,24 manat, dövlət büdcəsinə 648,6 manat məbləğində (o cümlədən, vergilər üzrə 105,21 manat, faizlər üzrə 543,39 manat), Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 7,01 manat, dövlət büdcəsinə 5509,92 manat məbləğində (o cümlədən, vergilər üzrə 3554,84 manat, faizlər üzrə 1915,08 manat, maliyyə sanksiyası üzrə 40 manat), Dövlət Sosial Müdafiə Fonduna 2,01 manat olmaqla, ümumilikdə 6185,46 manat borcu olduğunu araşdırmadan ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Halbuki, ərizəçi 14 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən onun 6000 manat maliyyə sanksiyası tətbiq etməsi əsassız olduğu halda, ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüququ şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs 6185,46 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkincisi istəyir ki, Maraqlı şəxs İkaram oğlunun səhhətində ciddi problemləri olduğundan müalicə məqsədi ilə mütəmadi olaraq ölkə xaricinə çıxmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Maraqlı şəxsin nümayəndəsi (vəkili) məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, vergi borcu artıq hesablanmış, qeyd edilən borclar mövcud deyildir. Belə ki, vergi ödəyəcisi daimi olaraq hesabatları vermişdir. Bununla bağlı onlara kameral yoxlama açılmış, lakin onların bu barədə heç bir məlumatı olmamışdır. Onlar bir neçə dəfə vergi orqanına borcun hesablanması barədə təqdim edilməsi üçün müraciət etmişlər və hazırda onlara yeni olaraq təqdim edilmiş, bundan sonra inzibati məhkəmə qaydasında qərarı mübahisələndirmişlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirmişdir ki, maraqlı şəxsin və onun rəhbərlik etdiyi hüquqi şəxslərə məxsus şəxsi hesab vərəqələrində göstərilən borc məbləğləri ödənilməmişdir. Bununla bağlı qəbul edilmiş qərarlar məlumat üçün vergi ödəyicisinin elektron kabinetinə məlumat olaraq göndərilmişdir. Eyni zamanda, inzibati məhkəmədə vergi orqanı tərəfindən qəbul edilmiş qərarın ləğvi barədə iddia qaldırmışlar, lakin iddia ərizələri qeyri-müəyyən olmaqla vergi orqanı tərəfindən qəbul edilmiş hansı tarixdə hansı nömrəli qərarın olması müəyyən edilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 28. Azadlıq hüququ
19. İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. ...
20. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ...
21. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri
22. İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanunu
23. Maddə 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci, 33-cü, 49-cu, 50ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
24. Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
25. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;
26. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;
27. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
28. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
29. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X6 (X8) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarı
30. “...borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır...”
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 10. Müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələridir.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 15-5.2.2. Sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir.
“İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikasının Qanunu
33. Maddə 6.2.2 və 6.2.3. İşçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
34. Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
41. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-583/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Beləliklə, işin halları ondan ibarətdir ki, vergi ödəyiciləri olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3,88 manat, İşsizlikdən sığorta fonduna 3,94 manat, dövlət büdcəsinə 1,01 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 1,01 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1,39 manat, İşsizlikdən sığorta fonduna 7,46 manat, İcbari Tibbi Sığorta Fonduna, 24 manat, dövlət büdcəsinə 648,6 manat məbləğində (o cümlədən, vergilər üzrə 105,21 manat, faizlər üzrə 543,39 manat), Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 7,01 manat, dövlət büdcəsinə 5509,92 manat məbləğində (o cümlədən, vergilər üzrə 3554,84 manat, faizlər üzrə 1915,08 manat, maliyyə sanksiyası üzrə 40 manat), Dövlət Sosial Müdafiə Fonduna 2,01 manat olmaqla, ümumilikdə 6185,46 manat borcu vardır.
46. Vergi orqanı tərəfindən borcun ödənilməsi məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsinə uyğun bildirişlər göndərilmiş, lakin müəyyən edilmiş müddət ərzində borcun ödənilmədiyi təsbit edilmişdir. Bu səbəbdən ərizəçi, borcun ödənilməsini təmin etmək məqsədilə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmişdir.
47. Birinci instansiya məhkəməsi ərizəni təmin etməklə, Maraqlı şəxs borc ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, eləcə də ondan 100 manat dövlət rüsumu dövlət gəlirinə tutulmuşdur.
48. Maraqlı şəxs apellyasiya şikayətində bildirmişdir ki, işə onun iştirakı olmadan baxılmış, borcun məbləği araşdırılmamış və tətbiq edilən tədbir onun Konstitusiyanın 28-ci maddəsində təsbit olunmuş hərəkət azadlığı hüququnu əsassız şəkildə məhdudlaşdırmışdır. Həmçinin, o, səhhətinə görə xaricə getməli olduğunu və bu məhdudiyyətin onun hüquqlarını pozduğunu qeyd etmişdir.
49. Məhkəmə müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar tam və obyektiv şəkildə araşdırılmış, ərizəçinin tələbləri qanuni hesab edilmişdir. İş materiallarından görünür ki, maraqlı şəxsin rəhbərlik etdiyi şirkətlərin və vergi ödəyicisi kimi özünün dövlət büdcəsi və müvafiq fondlar qarşısında mövcud olan borcları sənədlərlə təsdiq olunmuş, həmin borcların ödənilmədiyi sübuta yetirilmişdir.
50. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş vergiləri və digər dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borcludur. Vergi Məcəlləsinin 16.1.1-ci, 23.1.15-3-cü, 77.1-ci və 78.1-ci maddələri ilə vergi ödəyicisinin vergi öhdəliklərini müəyyən edilmiş qaydada və müddətdə yerinə yetirməsi məcburi vəzifə kimi təsbit olunmuşdur. Bu öhdəliklərin icra edilməməsi halında isə vergi orqanının, borcun ödənilməsini təmin etmək məqsədilə fiziki şəxsin və ya hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququ vardır.
51. İş materiallarından göründüyü kimi, Maraqlı şəxs "xxxx" və "xxxx" MMC-lərin icra orqanının rəhbəridir. Eyni zamanda maraqlı şəxs özü fərdi sahibkar statusuna malik olan vergi ödəyicisidir. MMC-lərin və onun özünün dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta və İşsizlikdən Sığorta fondlarına ümumilikdə 6185,46 manat məbləğində borc yaranmışdır. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin uyğun olaraq bildirişlər göndərilmiş, lakin borc müəyyən edilmiş müddətdə ödənilməmişdir.
52. Apellyasiya şikayətində göstərilən dəlillərdən biri də insan hüquqları ilə bağlı beynəlxalq normalara, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasına və “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakta istinadlarla hərəkət azadlığının pozulması barədədir.
53. Lakin qeyd edilməlidir ki, həmin azadlıq mütləq hüquq və azadlıqlara aid deyildir və demokratik cəmiyyətdə müəyyən edilmiş ümumdavranış qaylarına uyğun dövlət və ictimai maraqların qorunması məqsədi ilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Mülki Prosessual Məcəlləsi bu məqsədlə dövlətin maliyyə maraqlarını və vergi intizamını qorumaq üçün məhdudiyyət tədbirlərinin tətbiqini nəzərdə tutur.
54. Apellyasiya məhkəməsi qeyd edir ki, maraqlı şəxsin hərəkət azadlığı hüququnun müvəqqəti məhdudlaşdırılması Konstitusiyanın 28-ci maddəsinə zidd deyil, çünki bu tədbir qanunla nəzərdə tutulmuş, zəruri və mütənasib xarakter daşıyır. Bu məhdudiyyətin məqsədi şəxsin dövlət qarşısında olan borc öhdəliklərini icra etməsini təmin etməkdir və borc ödənildiyi andan həmin məhdudiyyət qüvvədən düşür.
55. Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsi, eləcə də “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsi də hərəkət azadlığına qoyulan məhdudiyyətlərin qanunla müəyyən edilmiş, ictimai maraqlarla əsaslandırılmış və demokratik cəmiyyətdə zəruri olduqda tətbiqinə yol verir. Beləliklə, vergi borcuna görə müvəqqəti xaricə çıxış məhdudiyyəti həmin beynəlxalq normalarla da uzlaşır.
56. Bundan əlavə, maraqlı şəxsin apellyasiya şikayətində göstərilən “borcun araşdırılmaması” və “işə iştirakı təmin edilmədən baxılması” dəlillər məhkəmə tərəfindən əsassız hesab olunur.
57. Məhkəmə materiallarından görünür ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin maraqlı şəxs iclasda iştirak etməmiş, bu isə işin baxılmasına prosessual maneə yaratmamışdır.
58. İş materiallarına əlavə edilmiş məhkəmə bildirişin kötüyündən və xx.xx.2025-ci il tarixli məhkəmə baxışı iclasının protokolu ilə maraqlı şəxsin məhkəmə iclasında iştirak etməyi və məhkəmə iclası barədə məlumatı olması müəyyən olunmuşdur (iş vərəqi 49- 51).
59. Apellyasiya şikayətinin digər dəlili kimi hesablanmış vergi borcunun düzgün olmaması, artıq hesablamaların həyata keçirilməsi və habelə, vergi ödəmə növünün düzgün qeyd edilməməsi irəli sürülmüşdür.
60. Məhkəmə bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələrlə bağlı vergi orqanlarından elektron və (və ya) kağız daşıyıcılarda üzləşmə aktı tələb etmək hüququ vardır. Maraqlı şəxs vergi ödənişləri və digər ödəmələrə dair müvafiq vergi orqanı ilə üzləşmə aparmalı, eyni zamanda mübahisələndirməlidir.
61. Hazırki halda maraqlı şəxs hesablanmış vergi borcları və digər ödəmələrinin məbləğinin mübahisələndirilməsi və iddiasının uğurlu olmasına dair məhkəməyə sübut təqdim etməmişdir.
62. Odur ki, hüquqi və fiziki şəxsin dövlət büdcəsinə borcunun olmaması ilə bağlı sübutlar mövcud olmadığından və iş materialları ilə hüquqi şəxsin borcunun mövcudluğu təsdiqini tapdığından hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilməsinə yönələn məqsədə cavab verir.
63. Eyni zamanda, müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarla, vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) “riskli vergi ödəyicisi” hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.69, 13.2.70, 13.2.82-ci maddələrinə və “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarına əsasən, riskli vergi ödəyicisi statusunun verilməsi vergi ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməməsi və ya saxtalaşdırma, vergi intizamının pozulması, dövriyyələrin gizlədilməsi və s. hallar barədə əsaslı şübhələr yarandıqda tətbiq olunur. Belə statusun müəyyən edilməsi həmin şəxsin vergi intizamının aşağı olduğunu, öhdəliklərinin icrasında etibarsız davranış meyillərini və dövlət qarşısında yaranmış riskləri göstərir.
64. Bu baxımdan, vergi orqanının borcun ödənilməsini təmin etmək məqsədilə ərizə ilə məhkəməyə müraciət etməsi və maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb etməsi qanuni, məqsədəuyğun və zəruri tədbir kimi qiymətləndirilməlidir.
65. Məhkəmə hesab edir ki, riskli vergi ödəyicisi statusu da daxil olmaqla toplanmış məlumatlar və təqdim edilmiş sübutlar ərizənin təmin edilməsini tam əsaslandırmış, məhkəmənin qənaətinə gəlməsi üçün kifayət qədər əsaslar yaratmışdır.
66. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdə Maraqlı şəxs (VÖEN: **********) və onun rəhbərlik etdiyi hüquqi şəxslərə məxsus şəxsi hesab vərəqələrində göstərilən borc məbləğləri aşağıdakı kimi olmuşdur: Maraqlı şəxs məxsus şəxsi hesab vərəqəsində ödənilməli borc – 9.212,83 (doqquz min iki yüz on iki manat səksən üç qəpik); "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) məxsus şəxsi hesab vərəqəsində ödənilməli borc – 716,62 (yeddi yüz on altı manat altmış iki qəpik); "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) məxsus şəxsi hesab vərəqəsində ödənilməli borc – 31,11 (otuz bir manat on bir qəpik) məbləğində göstərilmişdir.
67. Beləliklə, şəxsi hesab vərəqələrində qeyd olunan borcların ümumi məbləği 9.960,56 manat təşkil etsə də, vergi orqanı məhkəməyə müraciət edərkən bu borcun yalnız bir hissəsini – 6.185,46 manat məbləğində olan hissəsinin ödənilməsini təmin etmək məqsədi ilə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasını tələb etmişdir.
68. Məhkəmə hesab edir ki, ərizəçinin yalnız daha az məbləğdə borcu tələb etməsi vergi orqanının səlahiyyətlərini aşmaması və təqdim etdiyi tələbi mövcud və təsdiq olunmuş borc məbləği ilə məhdudlaşdırması kimi qiymətləndirilməlidir. Bu hal, əksinə, ərizəçinin mövqeyinin obyektivliyini göstərir və borc məbləğinin müəyyən edilməsində ehtiyatlı, balanslaşdırılmış yanaşmanın tətbiq olunduğunu təsdiqləyir.
69. Bu baxımdan, vergi orqanının tələb etdiyi məbləğin şəxsi hesab vərəqələrində göstərilən ümumi borcdan az olması ərizənin əsassızlığına deyil, əksinə, tələb olunan borcun hüquqi cəhətdən təsdiq olunmuş hissə ilə məhdudlaşdırılmasına dəlalət edir.
70. Belə olan halda yalnız borc məbləği tam ödənildikdən və ya hər hansısa formada hüquqi şəxsin hesabından silindiyi təqdirdə hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququna tətbiq edilmiş məhdudiyyət götürülə bilər.
71. Ödənilməmiş borc əsasında fərdin ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız borcun qaytarılmasına xidmət etdikdə əsaslandırıla bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, § 122).
72. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilə bilər.
74. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 355-7, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Maraqlı şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-583/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.