Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-234/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-606/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, cavabdehlər ona müraciət edərək kənd təsərrüfatı avadanlıqıqları lazım olduğunu bildirərək ondan 26.000 manat dəyərində avadanlıqlar götürsələr də, cəmi 2000 manat pul ödəmişdilər. İddiaçının ərizəsində qeyd edilənə əsasən Cavabdeh2 ona 24.000 manat borclu olması barədə özü tərəfindən imzalanmış yazılı qəbz vermişdir. Bundan əlavə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıdan birinci dəfə kiloqramı 120 manat olan 47 kq çəkidə (47 kq x 120 m= 5640 m) və ikinci dəfə kiloqramı 100 manat olan 19 kq (19 kq x 100 m = 1900 m) soğan toxumu, iki dəfəyə cəmi kiloqramı 5 manat olan 75 kq (75 kqx 5 m-= 375 m) yonca toxumu, soğanın yaşıllaşması üçün 100 manat dəyərində dərman, 1500 manat dəyərində damcılama üçün rezin boru, 600 kq çəkidə 120 manat dəyərində taxıl (600 kq x 0,20 q = 120) götürmüşlər. Həmçinin, cavabdehlərin xahişləri ilə 6 ay müddətində onların sahəsində dərmanlama işləri aparmışdır. Cavabdehlərlə aralarında olan razılaşmaya əsasən buna görə ona 1300 manat ödəməli idilər. Beləliklə cavabdehlərin ona ümumilikdə 34.935 manat borcu vardır. Cavabdehlərlə aralarında dəfələrlə borcun ödənilməsi ilə bağlı söhbətlər olmuşdur. Lakin, onlar hər dəfə müxtəlif bəhanələr gətirərək borcu ödəməmişlər. Buna görə də iddiaçı yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 34455 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı kənd təsərrüfatında istifadə olunan avadanlıqların satışı ilə məşğul olur. 2016-cı ildə əmisi oğlu Nizami ona müraciət edərək kənd təsərrüfatı avadanlıqıqları lazım olduğunu bildirmiş. Nizami oğlu Bakir birlikdə ondan 26.000 manat dəyərində avadanlıqlar götürmüşdülər, lakin cəmi 2000 manat pul ödəmişdilər. Nizami ona 24.000 manat borclu olması barədə yazılı qəbz vermişdi. Həmin qəbz Nizaminin gəlini tərəfindən yazılmış və Nizami tərəfindən imzalanmışdı. Bundan əlavə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ondan birinci dəfə kiloqramı 120 manat olan 47 kq çəkidə (47 kq x 120 m= 5640 m) və ikinci dəfə kiloqramı 100 manat olan 19 kq (19 kq x 100 m = 1900 m) soğan toxumu, iki dəfəyə cəmi kiloqramı 5 manat olan 75 kq (75 kqx 5 m-= 375 m) yonca toxumu, soğanın yaşıllaşması üçün 100 manat dəyərində dərman, 1500 manat dəyərində damcılama üçün rezi boru, 600 kq çəkidə 120 manat dəyərində taxıl (600 kq x 0,20 q = 120) götürüblər. Həmçinin, cavabdehlərin xahişləri ilə 6 ay müddətində onların sahəsində dərmanlama işləri aparmışdır. Cavabdehlərlə aralarında olan razılaşmaya əsasən buna görə ona 1300 manat ödəməli idilər. Beləliklə cavabdehlərin ona ümumilikdə 34.935 manat borcu vardır. Cavabdehlərlə aralarda dəfələrlə borcun ödənilməsi ilə bağlı söhbətlər olmuşdur. Onlar hər dəfə müxtəlif bəhanələr gətirərək borcu ödəməmişlər Ağdam Rayon Məhkəməsinin 2(013)-941/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh2 24000 manat, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9155 manat pulun tutularaq İddiaçı verilməsi və Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 189,47 manat dövlət rüsumunun tutulması, iddianının qalan 1300 manat tələbinə dair hissəsində rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verimiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-194/2023 saylı qərardadı ilə Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-941/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-941/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-606/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin borcun etirafını göstərən sənəd kimi iddiaçı tərəfindən təqdim edilmiş olan qəbzdəki imzanın Cavabdeh2 məxsus olması ekspert rəyi ilə təsdiqini tapmamışdır. İddiaçı tərəfindən başqa bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi halı mövcuddur. Belə ki, iddiaçı ərizəsində kənd təsərrüfatı avadanlıqlarının 2016-cı ildə, izahatında isə 2015-ci ildə satdığını bildirir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində 2012-ci ildə iddiaçıdan toxum aldığını qeyd edir. Hər iki tərəfin bildirdiklərinə görə onlar arasında mövcud olmuş müqavilə münasibətləri 2016-cı ildən sonrakı illərdə davam etməmişdir. Tərəflər məhkəməyə yazılı müqavilə və yaxud malların təhvil verilməsini təsdiq edən yazılı sənəd təqdim etməmişlər. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının təqdim etdiyi xx.xx.2016-cı il tarixli qəbzdəki imzanın Cavabdeh2 məxsus olması ekspert rəyi ilə təsdiqini tapmamışdır. Təsdiqini tapmış olduğu təqdirdə də, tələbin iddia müddətinin ötürülməsi səbəbi ilə əsassızlığını aradan qaldırmır. Belə ki, iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdə kəsilmiş olduğu halda, iddia müddəti həmin tarixdən yenidən başlayaraq üç il davam edə bilərdi. İddiaçı izahatında bildirmişdir ki, satdığı malların dəyərini 2015-ci ilin payız aylarında cavabdeh satacağı məhsullardan əldə etmiş olduğu gəlir hesabına ödəməli idi. Lakin, həmin il onun təsərrüfatı ziyana uğramışdır. Lakin sorakı illərdə də pulu ödəməmişdr. İddiaçının bildirdiklərinə görə cavabdehin öhdəliyinin icrası həmin ilin payızında əldə edilə biləcək məhsulların satışından asılı edilmişdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, Mülki Məcəllənin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Bütün hallarda iddia tələbi 2016-cı ildən sonrakı üç ili əhatə edir. İddiaçı 30 mart 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı apellyasiya şikayəti vermiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-606/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam rayonu, Mərzili kəndindən məcburi köçkün düşərək ailə üzvləriylə birlikdə Ağdam Rayonu, Ergi ərazisində məskunlaşmışdır. Cavabdeh2 ilə əmioğludur, Cavabdeh1 isə Nizaminin oğludur. Bildirir ki, Ağdam rayonu, Mərzili kəndində kənd təsərrüfatında istifadə olunan avadanlıqların satışı ilə məşğul olur. 2016-cı ildə əmisi oğlu Nizami ona müraciət edərək kənd təsərrüfatı avadanlıqları lazım olduğunu bildirmişdir. Nizami, oğlu Bakirlə birlikdə ondan 26.000 manat dəyərində avadanlıqlar götürdülər və ona cəmi 2000 manat pul ödədilər. Pulun 24.000 manatını isə ödəyəcəyini bildirdilər. Nizami ona 24.000 manat borclu olması barədə yazılı qəbz verdi. Həmin qəbz Nizminin gəlini tərəfindən yanlarında yazıldı və Nizami tərəfindən imzalandı. Bundan əlavə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ondan birinci dəfə kiloqramı 120 manat olan 47 kq çəkidə (47 kq x 120 m = 5640 m) və ikinci dəfə kiloqramı 100 manat olan 19 kq (19 kq x 100 m = 1900 m) soğan toxumu, iki dəfəyə cəmi kiloqramı 5 manat olan 75 kq (75 kq x 5 m = 375 m) yonca toxumu, soğanın yaşıllaşması üçün 100 manat dəyərində dərman, 1500 manat dəyərində damcılama şlankı, 600 kq çəkidə 120 manat dəyərində taxıl (600 kq x 0,20 q = 120 m) götürüblər. Həmçinin onun traktoru var. Cavabdehlərin xahişləri ilə 6 ay müddətində onların sahəsində dərmanlama işləri aparmışdır. Cavabdehlərlə aralarında olan razılaşmaya əsasən buna görə ona 1300 manat ödəməli idilər. Beləliklə cavabdehlərin ona ümumilikdə 34.935 manat borcu vardır. Əlavə olaraq bildirir ki, cavabdehlər ona 480 manat dəyərində uzunluğu 60 metr olan artezian borusu vermişdir. Həmin pulu o, cavabdehlərə borcludur. Ona görə də cavabdehlərdən tələb etdiyi 34.935 manatdan 480 manat çıxır və cavabdehlərin ona 34.455 manat borcları qalmışdır. Cavabdehlərlə aralarında dəfələrlə borcun ödənilməsi ilə bağlı söhbətlər olmuşdur. Onlar hər dəfə müxtəlif bəhanələr gətirərək borcu ödəməmişlər. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. İddiaçı vəkili Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə oların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində kənd təsərrüfatı avadanlıqlarının 2016-cı ildə, izahatında isə 2015-ci ildə satdığını bildirir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində 2012-ci ildə iddiaçıdan toxum aldığını qeyd edir. Hər iki tərəfin bildirdiklərinə görə onlar arasında mövcud olmuş müqavilə münasibətləri 2016-cı ildən sonrakı illərdə davam etməmişdir. Tərəflər məhkəməyə yazılı müqavilə və yaxud malların təhvil verilməsini təsdiq edən yazılı sənəd təqdim etməmişlər. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının təqdim etdiyi xx.xx.2016-cı il tarixli qəbzdəki imzanın Cavabdeh2 məxsus olması ekspert rəyi ilə təsdiqnini tapmamışdır. Həmçinin iddia tələbini rədd edən birinci instansiya məhkəməsi öz mövqeyini həm iddia edilən borcun mövcud olmaması, həm də belə borcun mövcud olacağı təqdirdə iddia müddətinin artıq ötürülməsi ilə əsaslandırmışdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd edir ki, iddia edilən borc öz təsdiqini tapmış olduğu təqdirdə də, tələbin iddia müddətinin ötürülməsi səbəbi ilə əsassızlığını aradan qaldırmır. Belə ki, iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdə kəsilmiş olduğu halda, iddia müddəti həmin tarixdən yenidən başlayaraq üç il davam edə bilərdi. İddiaçı izahatında bildirmişdir ki, satdığı malların dəyərini 2015-ci ilin payız aylarında cavabdeh satacağı məhsullardan əldə etmiş olduğu gəlir hesabına ödəməli idi. Lakin, həmin il onun təsərrüfatı ziyana uğramışdır. Lakin sorakı illərdə də pulu ödəməmişdr. İddiaçının bildirdiklərinə görə cavabdehin öhdəliyinin icrası həmin ilin payızında əldə edilə biləcək məhsulların satışından asılı edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya birinci instansiya məhkəməsinin əsaslanmasına qiymət verərək göstərir ki, iddianın qeyd edilən iki əsasla rədd edilməsi yol verilməzdir. Belə ki, əgər birinci instasiya məhkəməsi iddia edilən borcun olmadığı nəticəsinə gəlirsə artıq mövcud olmayan borca iddia müddətinin tətbiq edilməsindən söz gedə bilməz. Belə olan zaman iddia müddətinin tətbiq edilməsi barədə ərizə təmin edilməməli idi. Bundan başqa iş materiallarında olan 15 dekabr 2022-ci il tarixli, 4/1688 saylı ekspert rəyindən görünür ki, əksi ekspertizaya təqdim edilmiş, X1 borc alınması barədə xx.xx.2016-cı il tarixli qəbzin kserosürətinin sonunda “Cavabdeh2” yazılarının qarşısındakı imza - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda həmin borcun mövcud olması öz təsdiqini tapmadığından və iddiaçı bu barədə birinci instansiya məhkəməsinə borcun mövcud olmasına dair digər sənədlər təqdim etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, borc mövcud olmadığından iddia həmin əsasa görə rədd edilməli idi. Məhkəmə kollegiyası xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etdiyi qəbz artıq yuxarıda qeyd edilən ekspert rəyi ilə öz mötəbərliyini itirmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərir ki, iddia tələbi sübutların yetərsizliyi baxımından əsassızdır. Çünki iddiaçının qeyd olunan hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Onun iddiasının əsası yalnız özünün subyektiv mülahizələri ilə məhdudlaşır. Bu isə iddianın təmin edilməsi üçün yetərsizdir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına əməl olunmadığına görə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmamalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-606/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-234/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-234/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver