Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-238/2025 19.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçınə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” ilə bağlı qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-167/2025 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-167/2025 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı 16 mart 2024-cü il tarixli B/74 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərcinin ilk iddia üzrə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(115)-167/2025 saylı qətnaməsinin İddiaçı tərəfindən verilmiş iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edərək ilk iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 85466,05 manat əsas borc, 12810 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 385 manat, hüquqi yardım göstərilməsinə dair 1530 saylı müqaviləyə əsasən ödənilmiş 1500 manat məbləğində pul olmaqla, ümumilikdə 100161,05 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 16 mart 2024cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq, satıcı İddiaçı alıcı Cavabdeh sifarişi əsasında müxtəlif adlarda avtomobil şinlərinin müqavilənin qiymət razılaşması protokoluna uyğun olaraq satılmasını öhdəsinə götürmüşdür. Ümumlikdə ƏDV daxil olmaqla 85466,05 manat dəyərində mallar alıcı Cavabdeh satılmışdır. Satılmış malların keyfiyyəti və kəmiyyəti barədə alıcı Cavabdeh heç bir pretenziya daxil olmamışdır. 24 sentyabr 2024-cü il tarixə cavabdehin 85466,05 manat borcu qalmışdır. Tərəflər arasında təsdiq edilmiş 27 iyul 2024-cü il tarixli üzləşmə aktına əsasən borc məbləği təsdiq olunmuşdur. Borcun ödənilməsinə dair 09 oktyabr 2024-cü il tarixdə poçt vasitəsi ilə pretenziya məktubu göndərilməsinə və cavabdeh tərəfindən 23 oktyabr 2024-cü il tarixdə alınmasına baxmayaraq qeyd olunan borc məbləği ödənilməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsinə, 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçındən alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onun arasında 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmin müqavilə onun tərəfindən imzalanmamışdır və bu müqavilədən xəbəri yoxdur. Həmçinin İddiaçı ilə onun arasında 27 iyul 2024-cü il tarixli üzləşmə aktı tərtib olunmamış və onun tərəfindən imzalanmamışdır. Qiymətlərin razılaşdırma protokollarında onun soyadının qarşısında olan biri-birindən fərqli imzalar da ona məxsus deyildir. Ona görə də 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə ilkin iddianı rədd edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında ifadə olunmuş mövqeyinə istinad etmişdir, həmin qərarın mövqeyinə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilmiş elektron vergi-hesab fakturaları özü-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddianın əsasını yalnız cavabdeh şəxsə ünvanlanmış elektron vergi-hesab fakturaları olmamış, digər sübutlarla da tərəflər arasında mülki hüquq münasibətlərinin mövcud olması, cavadebhin 85466,05 manat borcunun olması öz təsdiqini tapmışdır. Belə ki, satılan mallar Bakı şəhərindən göndərilmiş, mallar çatan zaman Gəncə şəhərində mağazada olan şəxs onları təhvil alıb sənədə imza etmişdir. Hər təhvil-təslim aktında həmin şirkətin direktorunun axtarılıb tapılması mümkün olmaya bilər, şirkət direktoru və ya sahibkar şəxs gün ərzində anbarın qarşısında durub sifariş üzrə gələn malları gözləmir. Həmin mallar sürücülər tərəfindən çatdırılır və onlar qarşılayan şəxslərə, anbara malları təhvil verib müvafiq aktlara imza etdirirlər. Ona görə də həmin aktlarda sahibkarın imzası olmaması, onlarla işləyən hər hansı bir şəxsin imzasının olması təbii bir haldır. Müqaviləyə gələndə isə ekspert müəyyən nəticəyə gələ bilməmişdir. Mülki Məcəllənin alqı-satqı müqaviləsinin yazılı olmasına dair imperativ tələbi yoxdur. Bu müqavilə şifahi də ola bilər. O cümlədən Cavabdeh elektron kabinetinə mallara uyğun qaimələr göndərilmişdir. Bu müqavilə üzrə Cavabdeh ödəniş etməmişdir, lakin qaimələri təsdiq etmişdir, sadəcə 1 qaiməni geri qaytarmışdır. Həmçinin cavabdeh ifadəsində əsas məqamlarda birinə toxunmuşdur. Belə ki, ifadəsində qeyd etmişdir ki, təkər satışı ilə məşğuldur. İddiaçı tanısa da həmin şirkətdən mal almamışdır. “Lassa” brendli təkərləri ancaq "xxxx" MMC-dən alıb satmışdır. İddiaçındən ona vurulan qaimələrdən məlumatlı olmamışdır. Qaiməni düzəliş üçün İddiaçınə o göndərməmişdir. Asan imzasından ancaq özü istifadə etmiş, başqa şəxs istifadə etməmiş, heç kəsə etibar edib verməmişdir. "xxxx"MMC-dən mal alarkən yazılı müqavilə bağlamamışdır. O başqa şəxslərlə də əqdləri şifahi qaydada bağlamışdır. “Lassa” brendli təkərləri alıb üstünə 3-5 manat qoyub satmışdır. Malı hansı qiymətə aldığını xatırlamır, çünki təkərlər başqa-başqa ölçülərdə olur. Mağazasında “lassa” brendli təkərlər az da olsa qalmışdır. Hazırda olan həmin təkərləri başqa şəxslərdən almışdır. Şəmkirdən Miri adlı şəxs, Bərdədən isə adını xatırlamadığı şəxs gətirmişdir. "xxxx" MMC-dən axırıncı dəfə 2023-cü ildə “Lassa” brendli təkər almışdır. Göründüyü kimi cavavdeh şəxs ifadəsində qeyd edir ki, qaiməni düzəliş üçün İddiaçınə o göndərməmişdir. Asan imzasından ancaq özü istifadə etmiş, başqa şəxs istifadə etməmiş, heç kəsə etibar edib verməmişdir. Qeyd edilən qaiməyə düzəliş edilməsi öz-özlüyündə tam olaraq iddianı sübut etmiş olur. Belə ki, Cavabdeh ancaq “Asan imza”dan özü istifadə etdiyi üçün deməli həmin qaiməyə düzəlişi də özü tərəfindən edilibdir, yəni ona göndərilmiş qaimələrdən və ona göndərilən mallarda xəbərsiz olması mümkünsüz məsələdir, vermiş olduğu ifadə həqiqəti əks etdirmir. Cavabdeh qaimələr üzrə mallar göndərilir, razı olmadığı hissə üzrə öz düzəlişini edir, digər qaimələr üzrə hər hansı bir etirazı olmadığı üçün qəbul edir, həmin qaimələrə dair hər hansı bir pretenziyası olmur. Görünən odur ki, Oruc Əmərhov “Asan imza”sından aktiv istifadə edir, ora gələn qaimələri izləyir, yanlış olduqda isə onlara düzəliş edir. İddia ərizəsində qeyd edilən mallar Cavabdeh təhvil verilməsəydi, necə ki, qaimənin birinə düzəliş etmişdirsə eyni formada da həmin malların ona təhvil verilməməsi ilə bağlı etiraz edər, həmin qaimələri geri qaytarardı. Bundan əlavə məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 da qeyd edilən malların cavabdeh şəxsə təhvil verildiyini qeyd etmişlər. Bundan əlavə Cavabdeh vergi hesablarında qeyd edilən qaimələr üzrə vergi dövriyəsi göstərilmiş olmalıydı ki, məhkəmə bununla bağlı hər hansı sübut əldə etməmişdir. Təqdim edilmiş dəlillər tam olaraq araşdırlmamışdır. Mülki iş materiallarında kifayət qədər sübut olmasına baxmayaraq həmin halların cavabdeh tərəfindən sübutedilməməsi qənayətinə gəlmişdir. Prosessual məsələlər və proses iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh özü məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinin müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk iddia üzrə iddiaçının və ilk iddia üzrə cavabdehin nümayəndəsinin izahatlarını dinəyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya araşdırmasının hədləri ilə bağlı kollegiya qeyd edir ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin edilməmiş hissəsində mübahisələndirdiyindən məhkəmə həmin qətnamənin əsaslılığını mübahisələndirilən hissədə, qanunvericiliyin maddi və prosessual normalarına düzgün əməl edilib-edilməməsi hissəsində isə tam yoxlayır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli təkərləri və akkumulyatorları alıcıya satmağı, alıcı isə müqavilədə müəyyən olunmuş şərtlər daxilində malın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli, 18 aprel 2024-cü il tarixli, 27 aprel 2024-cü il tarixli, 02 may 2024-cü il tarixli, 08 may 2024-cü il tarixli, 10 may 2024-cü il tarixli və 21 may 2024cü il tarixli qiymətlərin razılaşdırma protokollarından görünür ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən malın adı, ölçü vahidi və qiyməti razılaşdırılmışdır. İş materiallarında olan 18 aprel 2024-cü il tarixli elektron qaimələrə əsasən 29772,7414 manat, 9061 manat, 19 aprel 2024-cü il tarixli elektron qaiməyə əsasən 327,9999 manat, 29 aprel 2024-cü il tarixli elektron qaimələrə əsasən 14292,5467 manat, 11054,8991 manat, 06 may 2024cü il tarixli elektron qaiməyə əsasən 560,9998 manat, 10 may 2024-cü il tarixli elektron qaiməyə əsasən 19728,8501 manat, 13 may 2024-cü il tarixli elektron qaiməyə əsasən 825,0001 manat və 23 may 2024-cü il tarixli elektron qaiməyə əsasən 170 manat dəyərində malların qaimələri İddiaçı tərəfindən Cavabdeh ötürülmüş, həmin qaimələr sistem tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan müştəri sifarişləri haqqında 15 aprel 2024-cü il tarixli qaimələrə əsasən 76 və 313 ədəd, 18 aprel 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd, 23 aprel 2024-cü il tarixli qaiməyə əsasən 163 ədəd, 26 aprel 2024-cü il tarixli qaiməyə əsasən 64 ədəd, 06 may 2024cü il tarixli qaiməyə əsasən 148 ədəd və 10 may 2024-cü il tarixli qaiməyə əsasən 6 ədəd müxtəlif adlı mallar İddiaçı tərəfindən Cavabdeh təhvil verildiyi qeyd edilmişdir. İş materiallarında olan 27 iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçınə müqavilə üzrə 85466,05 manat məbləğində borcunun olması ilə bağlı olaraq üzləşmə aktına imza etmişdir. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçınə müqavilə üzrə borclu olduğu 85466,05 manatın 5 təqvim günü ərzində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli 4/220 nömrəli ekspert rəyindən görünür ki:
1. Ekspertizaya təqdim edilmiş İddiaçı ilə Cavabdeh adlarından olan 27 iyul 2024-cü il tarixli üzləşmə aktında “F/Ş: Cavabdeh” qrafasının aşağı hissəsindəki imza, 15 aprel 2024-cü il tarixli 027437 nömrəli, 15 aprel 2024-cü il tarixli 027438 nömrəli, 18 aprel 2024cü il tarixli 027565 nömrəli, 23 aprel 2024-cü il tarixli 027735 nömrəli, 26 aprel 2024-cü il tarixli 027853 nömrəli, 06 may 2024-cü il tarixli 028223 nömrəli Müştəri Sifarişi haqqında qaimələrdə “Təhvil aldı” qrafalarındakı imzalar- Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur;
2. Ekspertizaya təqdim edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsində “ALİCİ” hissəsində “Cavabdeh” qrafasındakı imzanın; 16 aprel 2024-cü il tarixli (əlavə 027437), 16 aprel 2024-cü il tarixli (əlavə 027438), 18 aprel 2024-cü il tarixli (əlavə 027565), 27 aprel 2024-cü il tarixli (əlavə 027735), 27 aprel 2024-cü il tarixli (əlavə 027853), 02 may 2024-cü il tarixli (əlavə 028061), 08 may 2024-cü il tarixli (əlavə 028223), 10 may 2024-cü il tarixli (əlavə 028326), 21 may 2024-cü il tarixli (əlavə 027754) qiymətlərin razılaşdırma protokollarında “ALİCİ” hissəsində “Cavabdeh” qrafasının aşağı hissəsindəki imzaların; 18 aprel 2024-cü il tarixli MT2404 seriyalı 00539576 nömrəli, 18 aprel 2024-cü il tarixli MT2404 seriyalı 00539578 nömrəli, 19 aprel 2024-cü il tarixli MT2404 seriyalı 00577905 nömrəli, 29 aprel 2024-cü il tarixli MT2404 seriyalı 00854790 nömrəli, 29 aprel 2024-cü il tarixli MT2404 seriyalı 00855082 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalardan “Təhvil aldım” qrafalarındakı imzaların və 10 may 2024-cü il tarixli 028326 nömrəli Müştəri Sifarişi haqqında qaimədə “Təhvil aldı” qrafasındakı imzanın- Cavabdeh tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən edilməsi mümkün olmadı. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh ilə 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsi bağlandığını və həmin müqavilə şərtlərinə uyğun olaraq, satıcı İddiaçı alıcı Cavabdeh sifarişi əsasında müxtəlif adlarda avtomobil şinlərinin müqavilənin qiymət razılaşması protokoluna uyğun olaraq satılmasını öhdəsinə götürdüyünü, ümumlikdə ƏDV daxil olmaqla 85466,05 manat dəyərində malların alıcı Cavabdeh satıldığını, satılmış malların keyfiyyəti və kəmiyyəti barədə alıcı Cavabdeh heç bir pretenziya daxil olmadığını, 24 sentyabr 2024-cü il tarixə cavabdehin 85466,05 manat borcu qaldığını qeyd edərək həmin məbləğdə pulun Cavabdeh iddiaçının xeyrinə tutulmasını xahiş etmiş olsa da, məhkəməyə təqdim olunmuş 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsindəki, qiymətlərin razılaşdırılması protokollarındakı imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsinin mümkün olmadığı, iddiaçının istinad etdiyi 27 iyul 2024-cü il tarixli üzləşmə aktında Cavabdeh qrqfasındakı imzanın, müştəri sifarişi haqqında qaimələrdə “Təhvil aldı” qrafasındakı imzaların Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu, ötürülmüş elektron qaimələrin cavabdeh tərəfindın yox, sistem tərəfindən qəbul olunduğu, elektron qaimələr üzrə cavabdeh tərəfindən ödənişin aparılmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən təqdim edilmiş 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqısatqı müqaviləsindəki “Alıcı” qrafasındakı, qiymətlərin razılaşdırma protokollarındakı, Müştəri Sifarişi haqqında qaimələrdə “Təhvil aldı” qrafalarındakı, Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə- fakturalarda “Təhvil aldım” qrafalarındakı və üzləşmə aktındakı imzaların Cavabdeh tərəfindən icra olunub-olunmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli 4/220 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının təqdim etdiyi üzləşmə aktında, Müştəri Sifarişi haqqında qaimələrdə olan imzaların Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunduğu, digər sənədlərdə isə imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir. İddiaçı Cavabdeh ilə aralarında alqı-satqı müqaviləsi üzrə münasibətlərin yazılı müqavilə əsasında yarandığını, alıcıya mal satılmasını, malın alıcıya təhvil verildiyini bildirsə də, həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə elektron qaimələri təqdim edib həmin qaimələri alıcının təsdiq etdiyini bildirsə də elektron qaimələrdə olan imzaların Cavabdeh məxsus olması müəyyən edilməmiş, həmin elektron qaimələr alıcının özü tərəfindən deyil, sistem tərəfindən təsdiqlənmişdir. Qaimələr üzrə hər hansı ödəniş aparılmamışdır. Qeyd edilən elektron qaimələr özüözlüyündə malların təqdim olunmasını təsdiq etmir. Çünki qaimələr digər iş materialları ilə təsdiq edilmir. Dindirilmiş şahidlər də Cavabdeh Nizami müəllimin işçisi kimi tanıdıqlarını bildirərək ona mal verdiklərini qeyd etmişlər. Onun özünə müqavilə üzrə mal təhvil vermələri ilə bağlı hər hansı fikir səsləndirməmişlər. Göründüyü kimi İddiaçı Cavabdeh mal satması və təhvil verməsi iş materialları ilə təsdiq edilmir. Ona görə də ilk iddia tələbi təmin edilməməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli 4/220 nömrəli ekspert rəyi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqı-satqı müqaviləsində “ALİCİ” hissəsində “Cavabdeh” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunubolunmamasının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan təqdirdə məhz həmin müqavilənin Cavabdeh tərəfindən imzalanmaması, etibarsız olması qənaətinə gəlmək mümkün deyildir. Ona görə də qarşılıqlı iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi ilk iddia üzrə İddiaçı Cavabdeh ilə alqı-satqı müqaviləsi bağladığını, müqavilə üzrə ona mal satdığını, alıcı malı qəbul etsə də aldığı malın pulunu ödəmədiyini bildirsə də, cavabdeh iddiaçı ilə müqavilə bağlamadığını, ondan mal almadığını və iddiaçıya hər hansı borcunun yaranmadığını bildirmişdir. Hazırkı vəziyyətdə ilk iddia üzrə iddiaçı cavabdehlə mal alğı-satqısına dair müqavilənin bağlandığını, müqaviləyə əlavələrin (qiymətlərin razılaşdırılması protokollrının) cavabdeh (müştəri) tərəfindən imzalandığını, cavabdeh (müştəri) tərəfindən mal sifariş edildiyini, malların cavabdehə (müştəriyə) təhvil verildiyini sübut etmə vəzifəsi ilk iddia üzrə iddiaçının üzərinə düşür. Ona görə ki, qeyd olunan sənədlərdə müştəri qrafalarındakı imzaların cavabdehə məxsus olduğunu müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanların araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən İddiaçı tərəfindən təqdim edilmiş 16 mart 2024-cü il tarixli B/74 nömrəli alqısatqı müqaviləsindəki “Alıcı” qrafasındakı, qiymətlərin razılaşdırma protokollarındakı, Müştəri Sifarişi haqqında qaimələrdə “Təhvil aldı” qrafalarındakı, Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalarda “Təhvil aldım” qrafalarındakı və üzləşmə aktındakı imzaların Cavabdeh tərəfindən icra olunub-olunmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə iddiaçının təqdim etdiyi üzləşmə aktında, Müştəri Sifarişi haqqında qaimələrdə olan imzaların Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunduğu müəyyən olunmuş, digər sənədlərdə isə imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında ifadə olunmuş mövqeyinə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilmiş elektron vergi-hesab fakturaları özü-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddiaçı məhkəməyə elektron qaimələri təqdim edib həmin qaimələri alıcının təsdiq etdiyini bildirsə də, elektron qaimələrdə olan imzaların Cavabdeh məxsus olması müəyyən edilməmiş, həmin elektron qaimələr alıcının özü tərəfindən deyil, sistem tərəfindən təsdiqlənmişdir. Qaimələr üzrə hər hansı ödəniş aparılmamışdır. Göründüyü kimi İddiaçı Cavabdeh hər hansı malın təhvil verilməsi barədə məhkəməyə sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi il iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin yazılı olmasına dair imperativ tələbi yoxdur, bu müqavilə şifahi də ola bilər. Kollegiya şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, doğrudur Mülki Məcəllənin alqı-satqı müqaviləsinin yazılı olmasına dair imperativ tələbi yoxdur. Lakin MPM-in tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda isə iddiaçı cavabdehlə qeyd olunan müqavilənin bağlandığını və ona müqavilə şərtlərinə uyğun olaraq malların verildiyini sübut edə bilməmişdir. Şikayətin digər dəlilində göstərilir ki, satılan mallar Bakı şəhərindən göndərilmiş, mallar çatan zaman Gəncə şəhərində mağazada olan şəxs onları təhvil alıb sənədə imza etmişdir. Şikayətin həmin dəlili ilə bağlı kollegiya qeyd edir ki, işdəki sənədlərlə malların ilk iddia üzrə cavabdehə təhvil verildiyi sübut olunmur. Ona görə də gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınması üçün malları qəbul edən şəxs imza ilə yanaşı adını, soyadını və vəzifəsini də göstərməlidir ki, iddiaçı sübut üçün həmin hallara istinad edə bilsin. Şikayətin növbəti dəlilində qeyd olunur ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 da qeyd edilən malların cavabdeh şəxsə təhvil verildiyini qeyd etmişlər. Lakin iş materialları ilə qeyd olunan malların iddiaçı tərəfindən cavabdehə təhvil verildiyi sübuta yetmədiyinə görə məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin şikayətlə mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-167/2025 xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 391/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası,
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-167/2025 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.