Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-241/2025 14.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçınə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-159/2025 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-159/2025 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdehndən 56997 (əlli altı min doqquz yüz doxsan yeddi) manat 58 (əlli səkkiz) qəpik borc, 260 (iki yüz altmış) manat 99 (doxsan doqquz) qəpik dövlət rüsumu və 500 (beş yüz) manat hüquqi yardım göstərilməsinə dair xidmət haqqının tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2024-cü il tarixli B/30 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərcinin ilk iddia üzrə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(115)-159/2025 saylı qətnaməsinin İddiaçı tərəfindən verilmiş iddia tələbinin təmin edilməmiş hissəsində, qarşılıqlı iddianın isə təmin edilmiş hissəsində ləğv edərək ilkin iddianın tam olaraq təmin edilməsinə, qarşılıqlı iddianın isə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-159/2025 saylı qətnaməsinin qismən, yəni ilkin iddianın təmin olunan hissəsinə münasibətdə ləğv edib, həmin hissədə də, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 56997,58 manat əsas borc, 17160 manat cərimə borcu, ödənilmiş 312 manat dövlət rüsumu, hüquqi yardım göstərilməsinə dair 1531 saylı müqaviləyə əsasən ödənilmiş 1500 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 75969,58 manatın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq, satıcı İddiaçı alıcı Cavabdeh MMC sifarişi əsasında müxtəlif adlarda avtomobil şinlərinin müqavilənin qiymət razılaşması protokoluna uyğun olaraq satılmasını öhdəsinə götürmüşdür. Ümumulikdə ƏDV daxil olmaqla 321375,65 manat dəyərindən mallar alıcıya satılmışdır. Satılmış malların keyfiyyəti və kəmiyyəti barədə alıcıdan heç bir pretenziya daxil olmamışdır. 24 sentyabr 2024-cü il tarixə cavabdehin 56997,58 manat borcu qalmaqdadır. Tərəflər arasında təsdiq edilmiş 27 iyul 2024-cü il tarixli üzləşmə aktına əsasən borc məbləği təsdiq olunmuşdur. Borcun ödənilməsinə dair 09 oktyabr 2024-cü il tarixdə poçt xidməti vasitəsi ilə pretenziya məktubu göndərilməsinə və cavabdeh tərəfindən 14 oktyabr 2024-cü il tarixdə alınmasına baxmayaraq, qeyd olunan borc məbləği ödənilməmişdir. Cavabdeh MMC 03 dekabr 2024-cü il tarixdə İddiaçınə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılmasını, tərəflər arasında bağlanmış 04 yanvar 2023-cü il tarixli B/28 nömrəli müqavilə üzrə İddiaçı ödəmədiyi 45603 manat borcun, vurduğu zərərə görə 9200,60 manatın və ödənilmiş 254,41 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli qərardadları ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı verilmiş qarşılıqlı iddianın tərəflər arasında bağlanmış 04 yanvar 2023-cü il tarixli B/28 nömrəli müqavilə üzrə İddiaçıin ödəmədiyi 45603 manat borcun, vurduğu zərərə görə 9200,60 manatın tutulması hissəsinin hazırkı iş üzrə məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması, iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçınə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair hissədə isə qarşılıqlı iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması qərara alınmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onlar arasında 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmin müqavilə onun tərəfindən imzalanmamışdır və bu müqavilədən xəbəri yoxdur. Eyni zamanda müqavilə Cavabdeh MMC tərəfindən bağlansaydı, onda Cəmiyyətin direktoru Nümayəndə3 tərəfindən möhürlə təsdiqlənərdi. Həmçinin İddiaçı ilə onun arasında 27 iyul 2024-cü il tarixli üzləşmə aktı tərtib olunmamış, Cəmiyyətin direktoru tərəfindən imzalanmamış və möhürlə təsdiqlənməmişdir. Qiymətlərin razılaşdırma protokollarında onun soyadının qarşısında olan biri-birindən fərqli imzalar da Cəmiyyətin direktoruna məxsus deyildir və möhürlə təsdiq olunmamışdır. Ona görə də 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqısatqı müqaviləsi etibarsız sayılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, ona görə də ilkin iddia tələbinin rədd edilməsi hissədə, həmçinin qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməli və ilkin iddia tələbinin tam olaraq təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərə əsasən tərəflər arasında müqavilə olması, təqdim edilən müqavilənin tərəflər arasında münasibətlərin tənzimlədiyini, tərəflər həmin müqavilə üzrə bir-birlərinə mal göndərmələri, ödəniş etmələri təsdiq edilir. Tərəflər arasında ******* manat dəyərində mal dövriyyəsi olmuş, 20 illik bir etibarlı münasibət formalaşmışdır. Mal dövriyyəsi üzrə götürülmüş malların 95 faizini ödədikləri halda hazırki vəziyyətdə müqavilədəki imzanın ona məxsus olmamasını bildirsə də, onda sual yaranır ki, bu qədər pulları nə əsasında ödənilmişdir. Onlar tərəfindən təqdim edilmiş dəlillər tam olaraq araşdırılmamışdır. Mülki iş materiallarında kifayət qədər sübut olmasına baxmayaraq həmin halların cavabdeh tərəfindən sübut edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə sadəcə mülahizələrə və mötəbər olmayan ifadələrə əsaslanaraq sübut qismində təqdim olmuş dəlillərin işlə əlaqəsinin olub olmamasını araşdırmamışdır. Maddi və prossesual hüquq normalarına, plenum qərarlarına istinad etsə də onlara uyğun qətnamə çıxarmamış, bununla da işin nəticəsinin işin hallarına uyğun olmayan qətnamə çıxarmışdır. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissəsində qanuni və əsaslı olsa da, ilkin iddianın təmin olunması hissəsində tam əsaslı deyildir. Ona görə də, qətnamə aşağıdakılara əsasən həmin hissədə, yəni ilkin iddianın təmin olunan hissəsində ləğv edilərək, həmin hissədə də, iddianın təmin olunmamasına dair qətnamə çıxarılmalıdır. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam araşdırıb, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, habelə qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamaqla, prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, iş üzrə faktiki sübutlar ondan ibarətdir ki, Cavabdeh MMC ilə iddiaçının arasında 05 yanvar 2024cü il tarixli müqavilə bağlanmamışdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müqaqvilədə, üzləşmə Aktı və qiymət razılaşma protokollarında olan imzalar Nümayəndə3 məxsus olmamış və həmin faktlar mötəbər ekspertiza rəyi ilə təsdiq edilmişdir. Məhkəmə öz qətnaməsində doğru olaraq həmin sənədlərə əsaslanaraq qeyd etmişdir ki, tərəflər arasında yazılı müqavilənin bağlanması müəyyən edilməmişdir. Məhkəmə tərəflərin arasında şifahi qaydada alqı-satqı münasibətlərinin olması barədə nəticəyə gəlmiş və bunun təsdiqi olaraq iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr və həmin qaimələr uzrə ödənişləri əsas götürmüşdür. Bununla bağlı cavabdeh Nümayəndə3 məhkəmədə ağlabatan və inandırıçı dəlil olaraq qeyd etmişdir ki, 2024-cü ildə onların arasında müqavilə rəsmiləşməsə də, aralarında olan şifahi razılaşma əsasında İddiaçı ona ödəyəcəyi 56997,58 manat pulu verəcəyinə söz verdiyi üçün, onların arasında mal alma və pul ödəmə münasibətləri davam etmişdir. Məhkəmə qətnaməsində qeyd edilən, 2024-cü ilin may-sentyabr aylarını əhatə edən, qaimələr əsasında edilmiş ödənişlər olmuşdur. 2024-cü ilin sentyabr ayından sonra iddiaçı ilə aralarında narazılıqlar yaranmış, İddiaçı ona ödəyəcəyi 56997,58 manat məbləği ödəmədiyinə görə, bundan sonra aralarında şifahi qaydada icra edilən mal alqı-satqı dayandırılmışdır. Nümayəndə3 məhkəmədə birmənalı olaraq bildirmişdir ki, iddiaçının tələb etdiyi məbləğə aid malları o almamışdır. Qaimələr üzrə ödədiyi pullar isə faktiki aldığı malların dəyəridir. İddiaçı borclu qaldığı bonus məbləğini ödəməmək üçün həmin iddianı qaldırmışdır. Ona görə də, hesab edir ki, İddiaçı ödənilməsini tələb etdiyi qaimələr üzrə ona mal göndərdiyini rəsmi sənədlərlə və sair sübutlarla sübut edə bilmədiyi üçün, onun tələbinin təmin edilməsi əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş sayılmalıdır. Məhkəmənin müəyyən etdiyi hal odur ki, onun adından əvvəlki elektron qaimələr üzrə ödənişlər edildiyinə görə tələb olunan məbləğdə mal alınmışdır və o, borclu qalmışdır. Hesab edir ki, həmin hal sübut edilməmiş sayılmalıdır. Çünki o, məhkəmədə birmənalı olaraq bildirmişdir ki, 2024-cü ilin yanvarında onların arasında müqavilə bağlanmasa da, İddiaçı ona bonus məbləğini ödəyəcəyinə söz verdiyinə görə, aralarında şifahi alqı-satqı hərəkətlərinə yol verilmiş və o, 2024-cü ilin maysentyabr aylarında az miqdarda malların ödənişini etmişdir. İddiaçının tələb etdiyi məbləğdə malları o almamışdır. Ona görə də, iddiaçının pulunu tələb etdiyi malların hər hansı bir şəraitdə ona göndərilməsi, təqdim olunması və qəbul edilməsi, onun tərəfindən başqa sübutlarla təsdiq olunmadığı üçün, tələb olunan malların pulunun onun tərəfindən ödənilməməsi halı sübut edilməmiş sayılmalıdır. Prosessual məsələlər və proses iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qayda xəbərdar edilmiş tərəflərdən ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təkrar təxirə salınmasınıl xahiş etmişdir. Məhkləmə kollegiyası ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsinin məhkəmə iclasına gələməməsinin səbəbini üzrsüz sayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Vəkil ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilməməsini, özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin eidlməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edib, özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat vermiş və onların apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk iddia üzrə iddiaçının və ilk iddia üzrə cavabdehin nümayəndəsinin izahatlarını dinəyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya araşdırmasının hədləri ilə bağlı kollegiya qeyd edir ki, ilk iddia üzrə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin edilməmiş hissəsində, qarşılıqlı iddianın isıə təmin edilmiş hissəsində, ilk iddia üzrə cavabdeh isə həmin qətnaməni ilk iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən məhkəmə həmin qətnamənin əsaslılığını mübahisələndirilən hissədə, qanunvericiliyin maddi və prosessual normalarına düzgün əməl edilib-edilməməsi hissəsində isə tam yoxlayır. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasındakı mübahisə alğı-satqı müqaviləsi üzrə yaranmış borc tələbi və alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC-nin direktoru Nümayəndə3 arasında bağlanmış 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli təkərləri və akkumulyatorları alıcıya satmağı, alıcı isə müqavilədə müəyyən olunmuş şərtlər daxilində malın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05 yanvar 2024-cü il tarixli, 07 yanvar 2024-cü il tarixli, 09 yanvar 2024-cü il tarixli, 15 yanvar 2024-cü il tarixli, 17 yanvar 2024-cü il tarixli, 22 yanvar 2024-cü il tarixli, 23 yanvar 2024-cü il tarixli, 09 fevral 2024-cü il tarixli, 13 fevral 2024-cü il tarixli, 23 fevral 2024-cü il tarixli, 29 fevral 2024-cü il tarixli, 04 mart 2024-cü il tarixli, 05 mart 2024-cü il tarixli, 06 mart 2024-cü il tarixli, 11 mart 2024-cü il tarixli, 15 mart 2024-cü il tarixli, 18 mart 2024-cü il tarixli, 25 mart 2024-cü il tarixli, 26 mart 2024-cü il tarixli, 29 mart 2024-cü il tarixli, 01 aprel 2024-cü il tarixli, 02 aprel 2024-cü il tarixli, 05 aprel 2024-cü il tarixli, 08 aprel 2024cü il tarixli, 09 aprel 2024-cü il tarixli, 25 aprel 2024-cü il tarixli, 27 aprel 2024-cü il tarixli, 01 may 2024-cü il tarixli, 15 may 2024-cü il tarixli, 22 may 2024-cü il tarixli, 23 may 2024-cü il tarixli, 27 may 2024-cü il tarixli, 07 iyun 2024-cü il tarixli və 10 iyun 2024-cü il tarixli qiymətlərin razılaşdırma protokollarından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən malın adı, ölçü vahidi və qiyməti razılaşdırılmışdır. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2024-cü il tarixli qaimə üzrə 15602,8994 manat və 26911,6473 manat, xx.xx.2024-cü il tarixli qaimə üzrə 348,5 manat və 751,9998 manat, xx.xx.2024-cü il tarixli qaimə üzrə 30876,3443 manat, xx.xx.2024-cü il tarixli qaimə üzrə 14318,899 manat, xx.xx.2024-cü il tarixli qaimə üzrə 5052,0001 manat məbləğində elektron qaimələr İddiaçı tərəfindən "xxxx" MMCyə göndərilmiş və elektron qaimələr təsdiq edilmişdir. İş materiallarında olan müştəri sifarişi haqqında 05 yanvar 2024-cü il tarixli qaiməyə əsasən 134 ədəd, 07 yanvar 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd, 15 yanvar 2024-cü il tarixli qaiməyə əsasən 8 ədəd, 16 yanvar 2024-cü il tarixli qaiməyə əsasən 24 ədəd, 20 yanvar 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd, 23 yanvar 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd, 08 fevral 2024-cü il tarixli qaiməyə əsasən 214 ədəd, 13 fevral 2024-cü il tarixli qaiməyə əsasən 2 ədəd, 22 fevral 2024-cü il tarixli qaiməyə əsasən 100 ədəd, 96 ədəd, 204 ədəd, 28 fevral 2024-cü il tarixli qaiməyə əsasən 121 ədəd, 04 mart 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd, 05 mart 2024-cü il tarixli qaiməyə əsasən 256 ədəd, 11 mart 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd, 14 mart 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd, 16 mart 2024-cü il tarixli qaiməyə əsasən 111 ədəd, 25 mart 2024-cü il tarixli qaiməyə əsasən 202 ədəd, 02 aprel 2024-cü il tarixli qaiməyə əsasən 4 ədəd və 03 aprel 2024-cü il tarixli qaiməyə əsasən 46 ədəd müxtəlif adlı mallar İddiaçı tərəfindən Cavabdehnə təhvil verildiyi qeyd edilmişdir. İş materiallarında olan bank vasitəsilə köçürmə qəbzlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDW 736859 nömrəli qaimə üzrə 277,97 manat, xx.xx.2024-cü il tarixli EBDW nömrəli qaimə üzrə 11059,32 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDW 741160 nömrəli qaimə üzrə 6525,43 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDW 741160 nömrəli qaimə üzrə 1016,95 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDW 741160 nömrəli qaimə üzrə 2542,37 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDW 741160 nömrəli qaimə üzrə 2542,37 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDX 513857 nömrəli qaimə üzrə 861,53 manat, xx.xx.2024-cü il tarixli EBDY 470054 nömrəli qaimə üzrə 27358,39 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDX 741160,797416 nömrəli qaimə üzrə 10189 manat, xx.xx.2024cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDW 736859, EBDZ 394570 nömrəli qaimə üzrə 8406,11 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDY 716811, EBDZ 394892, 394396 nömrəli qaimə üzrə 24626,10 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024cü il tarixli EBDX 074132, 226792, 517551 nömrəli qaimə üzrə 3974,57 manat, xx.xx.2024-cü il tarixli EBDZ 912919 nömrəli qaimə üzrə 1326,27 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBEA 004409 nömrəli qaimə üzrə 6491,53 manat, xx.xx.2024-cü il tarixli EBDZ 912919 nömrəli qaimə üzrə 486,95 manat, xx.xx.2024-cü il tarixli EBDZ 694730 nömrəli qaimə üzrə 6038,13 manat, xx.xx.2024-cü il tarixli EBEA 004409 nömrəli qaimə üzrə 6228,81 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBEA 079600 nömrəli qaimə üzrə 17450,51 manat, xx.xx.2024-cü il tarixli EBEA 004409 nömrəli qaimə üzrə 346,10 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBEA 782888 nömrəli qaimə üzrə 9240,80 manat, xx.xx.2024-cü il tarixli EBEA 079600 nömrəli qaimə üzrə 8474,83 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBEA 265217, MT**********22 nömrəli qaimə üzrə 11470.87 manat, xx.xx.2024-cü il tarixli MT **********74 nömrəli qaimə üzrə 44,75 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********05 nömrəli qaimə üzrə 3826,08 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********16 nömrəli qaimə üzrə 4150 manat, xx.xx.2024-cü il tarixli MT**********95 nömrəli qaimə üzrə 429,32 manat, xx.xx.2024-cü il tarixli MT **********05 nömrəli qaimə üzrə 12067,58 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********54, MT**********26 nömrəli qaimə üzrə 652,20 manat. xx.xx.2024-cü il tarixli MT**********16 nömrəli qaimə üzrə 1628,98 manat, xx.xx.2024-cü il tarixli MT**********05 nömrəli qaimə üzrə 907,62 manat, xx.xx.2024-cü il tarixli MT**********53 nömrəli qaimə üzrə 504,24 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********86 nömrəli qaimə üzrə 518,64 manat, xx.xx.2024-cü il tarixli MT **********55, 11076352 nömrəli qaimə üzrə 932,62 manat, xx.xx.2024-cü il tarixli MT **********92 nömrəli qaimə üzrə 22806,48 manat, xx.xx.2024-cü il tarixli MT **********54 nömrəli qaimə üzrə 1652,54 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********54 nömrəli qaimə üzrə 1694,92 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********54 nömrəli qaimə üzrə 1067,80 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********54 nömrəli qaimə üzrə 847,46 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT **********754 nömrəli qaimə üzrə 1949,15 manat pul köçürülmüşdür. İş materiallarında olan 27 iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin direktoru İddiaçınə müqavilə üzrə 59499,32 manat məbləğində borcunun olması ilə bağlı üzləşmə aktına imza çəkmişdir. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdehnə İddiaçınə müqavilə üzrə borclu olduğu 57239,32 manatın və ona hesablanmış 17160 manat penyanın 5 təqvim günü ərzində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli 4/189 nömrəli ekspert rəyindən görünür ki:
1. Ekspertizaya təqdim edilmiş İddiaçı ilə Cavabdeh MMC-nin direktoru Nümayəndə3 arasında bağlanmış 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli Alqı-satqı müqaviləsində “ALİCİ” hissəsində “Nümayəndə3” qrafasındakı imza; 05 yanvar 2024-cü il tarixli (əlavə 024031), 07 yanvar 2024-cü il tarixli (əlavə 024087), 09 yanvar 2024-cü il tarixli (əlavə 023071), 09 yanvar 2024-cü il tarixli (əlavə 024043), 15 yanvar 2024-cü il tarixli (əlavə 024383), 17 yanvar 2024-cü il tarixli (əlavə 024497), 22 yanvar 2024-cü il tarixli (əlavə 024625), 23 yanvar 2024-cü il tarixli (əlavə 024718), 09 fevral 2024-cü il tarixli (əlavə 025295), 13 fevral 2024-cü il tarixli (əlavə 025444), 23 fevral 2024-cü il tarixli (əlavə 025745), 23 fevral 2024-cü il tarixli (əlavə 025748), 23 fevral 2024-cü il tarixli (əlavə 025749) və 29 fevral 2024-cü il tarixli (əlavə 025979) qiymətlərin razılaşdırma protokollarında “Direktor vəzifəsini icra edən şəxs Nümayəndə3” qrafasındakı imzalar; 05 yanvar 2024-cü il tarixli 024043 nömrəli, 07 yanvar 2024-cü il tarixli 024087 nömrəli, 15 yanvar 2024-cü il tarixli 024383 nömrəli, 16 yanvar 2024-cü il tarixli 024497 nömrəli, 20 yanvar 2024-cü il tarixli 024625 nömrəli, 23 yanvar 2024-cü il tarixli 024718 nömrəli, 08 fevral 2024-cü il tarixli 025295 nömrəli, 13 fevral 2024-cü il tarixli 025444 nömrəli, 22 fevral 2024-cü il tarixli 025745 nömrəli, 22 fevral 2024-cü il tarixli 025748 nömrəli, 22 fevral 2024-cü il tarixli 025749 nömrəli, 28 fevral 2024-cü il tarixli 025979 nömrəli, 04 mart 2024-cü il tarixli 026114 nömrəli, 05 mart 2024-cü il tarixli 026175 nömrəli, 11 mart 2024-cü il tarixli 026305 nömrəli, 16 mart 2024-cü il tarixli 026539 nömrəli, 25 mart 2024-cü il tarixli 026675 nömrəli, 25 mart 2024-cü il tarixli 026712 nömrəli, 02 aprel 2024-cü il tarixli 026962 nömrəli və 03 aprel 2024cü il tarixli 027061 nömrəli müştəri sifarişi haqqında qaimələrdə “Təhvil aldı” qrafalarındakı imzalar- Nümayəndə3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur;
2. Ekspertizaya təqdim edilmiş 04 mart 2024-cü il tarixli (əlavə 026114), 05 mart 2024cü il tarixli (əlavə 026161), 06 mart 2024-cü il tarixli (əlavə 026175), 11 mart 2024-cü il tarixli (əlavə 026305), 15 mart 2024-cü il tarixli (əlavə 026478), 18 mart 2024-cü il tarixli (əlavə 026539), 25 mart 2024-cü il tarixli (əlavə 026675), 25 mart 2024-cü il tarixli (əlavə 026707), 26 mart 2024-cü il tarixli (əlavə 026712), 29 mart 2024-cü il tarixli (əlavə 026767), 01 aprel 2024-cü il tarixli (əlavə 026922), 02 aprel 2024-cü il tarixli (əlavə 026962), 05 aprel 2024-cü il tarixli (əlavə 027061), 08 aprel 2024-cü il tarixli (əlavə 027240), 09 aprel 2024-cü il tarixli (əlavə 027312), 25 aprel 2024-cü il tarixli (əlavə 027809), 27 aprel 2024-cü il tarixli (əlavə 027900), 01 may 2024-cü il tarixli (əlavə 027228), 15 may 2024-cü il tarixli (əlavə 028504), 15 may 2024-cü il tarixli (əlavə 028505), 22 may 2024-cü il tarixli (əlavə 028774), 23 may 2024-cü il tarixli (əlavə 028842), 27 may 2024-cü il tarixli (əlavə 028809), 07 iyun 2024-cü il tarixli (əlavə 9003155) və 10 iyun 2024-cü il tarixli (əlavə ********) qiymətlərin razılaşdırma protokollarında “Direktor vəzifəsini icra edən şəxs Nümayəndə3” qrafasındakı imzaların və 27 iyul 2024-cü il tarixli üzləşmə aktındakı “Nizami-H MMC Direktor:” qrafasındakı imzanın- Nümayəndə3 tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən edilməsi mümkün olmadı. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ilk iddia üzrə İddiaçı ilə Cavabdeh MMC arasında 20 ilə yaxın müddət ərzində avtomobil şinlərinin alğı-satqısından irəli gələn ticarət əlaqələri olmuş, bağlanmış alğı-satqı müqavilələrinə əsasən İddiaçı Cavabdeh MMC-yə dəyərini sonradan ödəmək şərti ilə müxtəlif adlarda avtomobil şinləri satmış, sonuncu isə müqavilə şərtlərinə uyğun olaraq aldığı malların dəyərini iddiaçıya ödəmişdir. Hazırda ilk iddia üzrə iddiaçı Cavabdeh MMC-yə sonuncu dəfə 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsi bağladığnı və həmin müqavilə əsasında ümumulikdə ƏDV daxil 321375,65 manat dəyərində malları cavabdehə satdığını, cavabdehin satılmış mallarların kəmiyyət və keyfiyyəti ilə bağlı heç bir etirazının olmadığını, həmin malların dəyərindən ƏDV daxil 264378,07 manat ödənildiyini, 24 sentyabr 2024-cü il tarixə cavabdehin 56997,58 manat borcu qaldığını qeyd edərək həmin borcun və əsas borca hesablanmış 17160,0 manat cərimənin cavabdehdən xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçı ilə yazılı müqavilə bağlamadığını, işdəki 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsində alıcı qrafasındakı imzanın, həmçinin müvafiq şəkildə qiymətlərin razılaşdırılması protokollarında və üzləşmə aktındakı imzanın cavabdeh hüquqi şəxsin direktoruna məxsus olmadığını bildirsə də, iddiaçıdan şifahi razılaşma əsasında 2024-cü ilin sentyabr ayınadək mallar aldığını inkar etməmiş, lakin onların dəyərini ödədiyini və iddiaçıya borcunun qalmadığını bildirmişdir. Məhkəmə iclasında həm də müəyyən olunmuşdur ki, iş üzrə tərəflər arasında bağlanmış 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsində alıcı qrafasındakı imza, həmçinin işdəki qiymətlərin razılaşdırılması protokollarının bəzilərində alıcı hissəsindəki imzaların Cavabdeh MMC-nin direktoru Nümayəndə3 tərəfindən yox, digər şəxs tərəfindən icra edildiyi, qiymətlərin razılaşdırılması protokollarının bəzilərində və xx.xx.2024-cü il tarixli üzləşmə aktında alıcı hissəsində imzanın Cavabdeh MMC-nin direktoru Nümayəndə3 tərəfindən icra edildiyi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə İddiaçı Cavabdeh MMC ilə alqı-satqı müqaviləsi bağladığını, müqavilə üzrə ona mal satdığını, alıcı malı qəbul etsə də aldığı malın pulunu tam ödəmədiyini bildirmişdir. Cavabdeh isə iddiaçı ilə yazılı müqavilə bağlamadığını, ondan mal aldığını, lakin aldığı malın pulunu ödədiyini bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsində, qiymətlərin razılaşdırma protokollarında, müştəri sifarişi haqqında qaimələrdə və üzləşmə aktındakı imzaların Cavabdeh MMC-nin səlahiyyətli şəxsi tərəfindən icra olunub-olunmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2025-ci il tarixli 4/189 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş müqavilədə, on üç ədəd qiymətlərin razılaşması protokolunda, mal satışına dair qaimələrdə olan imzalar Nümayəndə3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur, 25 ədəd qiymətlərin razılaşması protokolunda, üzləşmə aktında olan imzaların Nümayəndə3 tərəfindən icra olunub-olunmaması müəyyən edilməmişdir. İddiaçı Cavabdeh MMC ilə aralarında yazılı alqı-satqı müqaviləsi üzrə münasibətlərin yarandığını bildirsə də, tərəflər arasında yazılı qaydada alqı-satqı müqaviləsinin bağlanması müəyyən edilmir. Lakin İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş elektron qaimələr, həmin qaimələr üzrə müəyyən ödənişlərin edilməsi, habelə məhkəməyə təqdim edilməyən və ödənişlər edilmiş qaimələr onu deməyə əsas verir ki, tərəflər arasında şifahi qaydada da olsa alqı-satqı münasibətləri yaranmışdır. Belə ki, İddiaçı tərəfindən göndərilmiş 15602,8994 manat məbləğində xx.xx.2024-cü il tarixli MT **********54 nömrəli qaimə üzrə xx.xx.2024-cü il tarixdə 1652,54 manat, xx.xx.2024-cü il tarixdə 1694,92 manat, xx.xx.2024-cü il tarixdə 1067,80 manat, xx.xx.2024-cü il tarixdə 1949,15 manat, xx.xx.2024-cü il tarixdə 847,46 manat ödəniş edilmişdir. 26911,6473 manat məbləğində xx.xx.2024-cü il tarixli MT 2405 10670292 nömrəli qaimə üzrə xx.xx.2024-cü il tarixdə 22806,48 manat ödəniş edilmişdir. 348,5 manat və 751,9998 manat məbləğində xx.xx.2024-cü il tarixli MT 2405 11067755 və 11076352 nömrəli qaimə üzrə xx.xx.2024-cü il tarixdə 932,62 manat ödəniş edilmişdir. Digər, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən elektron qaimələr İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş və elektron qaimələr təsdiq edilmiş, lakin ödənişlər edilməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuş, alıcı satıcıdan mal almış və ödənişlər həyata keçirmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında malın təhvil verilib-ödənilməsi elektron qaimələr üzrə həyata keçirilmişdir. Belə olan halda digər ödənilməyən qaimələr (ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilən) üzrə malın alıcıya verilməsi öz təsdiqini elektron qaimənin alıcı tərəfindən təsdiq edilməsi ilə tapır. Ona görə də ilk iddia üzrə iddiaçı verdiyi malın pulunu ilk iddia üzrə cavabdehdən tələb etməkdə haqlıdır və 56997,58 manat borc ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməlidir. Tərəflərin cərimənin ödənilməsi ilə bağlı razılaşması iş materialları ilə müəyyən edilmir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqaviləni ilk iddia üzrə cavabdehin səlahiyyətli şəxsi imzalamamışdır. Belə olan halda ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehin cərimə ilə bağlı razılığa gəldiyinə dair məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də cərimənin ödənilməsi hissəsində ilk iddia tələbi təmin edilə bilməz. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh MMC ilə yazılı müqavilə bağladığına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Təqdim edilmiş müqavilə ekspertə təqdim edilmiş ekspert tərəfindən müqavilədə olan imzanın ilk iddia üzrə cavabdehin səlahiyyətli şəxsinin imzası olmaması barədə rəy vermişdir. Məhkəmə hesab edir ki, əqdin subyekt tərkibinə dair şərtlər pozulmuş, satıcı tərəfindən tərtib edilən müqavilə alıcı tərəfindən imzalanmamışdır. Ona görə də qeyd edilən yazılı müqavilə etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İlk iddia üzrə cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsini mübahisələndirsə də, əvvəlki illərdə və 2024-cü ildə tərəflər arasında mal alğı-satqısının mövcud olması işin mübahisəsiz halıdır. Mübahisələndirilən hal ondan ibarətdir ki, ilk iddia üzrə cavabdeh iddiaçının tələb etdiyi borcu etiraf etmir və şifahi razılaşma əsasında almış olduğu malların dəyərini tam olaraq ödədiyini bildirir. Halbuki işdəki iddiaçı tərəfindən göndərilmiş və cavabdeh tərəfrindən təsdiq edilmiş elektron qaimələrlə cavabdehin iddiaçıya mal satışından borclu qaldığı 56997,58 manatı ödəmədiyi təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi ilk iddia üzrə İddiaçı Cavabdeh ilə alqı-satqı müqaviləsi bağladığını, müqavilə üzrə ona mal satdığını, alıcı malı qəbul etsə də aldığı malın pulunu tam ödəmədiyini bildirsə də, cavabdeh iddiaçı ilə müqavilə bağlamadığını, ondan müqavilə əsasında mal almadığını və iddiaçıya hər hansı borcunun yaranmadığını bildirmişdir. Hazırkı vəziyyətdə ilk iddia üzrə iddiaçı cavabdehlə mal alğı-satqısına dair müqavilənin bağlandığını, müqaviləyə əlavələrin (qiymətlərin razılaşdırılması protokollrının) cavabdeh (müştəri) tərəfindən imzalandığını, cavabdeh (müştəri) tərəfindən mal sifariş edildiyini, malların cavabdehə (müştəriyə) təhvil verildiyini sübut etmə vəzifəsi ilk iddia üzrə iddiaçının üzərinə düşür. Ona görə ki, qeyd olunan sənədlərdə müştəri qrafalarındakı imzaların cavabdehə məxsus olduğunu müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanların araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən İddiaçı tərəfindən təqdim edilmiş 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqısatqı müqaviləsindəki “Alıcı” qrafasındakı, qiymətlərin razılaşdırma protokollarındakı, Müştəri Sifarişi haqqında qaimələrdə “Təhvil aldı” qrafalarındakı, Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalarda “Təhvil aldım” qrafalarındakı və üzləşmə aktındakı imzaların Cavabdeh MMC-nin səlahiyyətli şəxsi tərəfindən icra olunubolunmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə müqavilədə olan imzanın ilk iddia üzrə cavabdehin səlahiyyətli şəxsinin imzası olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında ifadə olunmuş mövqeyinə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilmiş elektron vergi-hesab fakturaları özü-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İlk iddia üzrə iddiaçı məhkəməyə elektron qaimələri təqdim edib həmin qaimələri alıcının təsdiq etdiyini bildirmiş və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli qaimə üzrə 15602,8994 manat və 26911,6473 manat, xx.xx.2024-cü il tarixli qaimə üzrə 348,5 manat və 751,9998 manat, xx.xx.2024-cü il tarixli qaimə üzrə 30876,3443 manat, xx.xx.2024-cü il tarixli qaimə üzrə 14318,899 manat, xx.xx.2024-cü il tarixli qaimə üzrə 5052,0001 manat məbləğində elektron qaimələr İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş və elektron qaimələr təsdiq edilmişdir. KAAN” Şirkəti tərəfindən göndərilmiş 15602,8994 manat məbləğində xx.xx.2024-cü il tarixli MT **********54 nömrəli qaimə üzrə Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 1652,54 manat, xx.xx.2024-cü il tarixdə 1694,92 manat, xx.xx.2024-cü il tarixdə 1067,80 manat, xx.xx.2024-cü il tarixdə 1949,15 manat, xx.xx.2024-cü il tarixdə 847,46 manat ödəniş edilmişdir. 26911,6473 manat məbləğində xx.xx.2024-cü il tarixli MT **********92 nömrəli qaimə üzrə xx.xx.2024-cü il tarixdə 22806,48 manat ödəniş edilmişdir. 348,5 manat və 751,9998 manat məbləğində xx.xx.2024-cü il tarixli MT **********55 cə 11076352 nömrəli qaimə üzrə xx.xx.2024-cü il tarixdə 932,62 manat ödəniş edilmişdir. Göründüyü kimi tərəflər arşında yazılı müqavilə olmasa da faktiki olaraq tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmuş, alıcı satıcıdan mal almış və ödənişlər həyata keçirmişdir. Tərəflər arasında malın təhvil verilib-ödənilməsi elektron qaimələr üzrə həyata keçirilmişdir. Belə olan halda digər ödənilməyən qaimələr (ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilən) üzrə malın alıcıya verilməsi öz təsdiqini elektron qaimənin alıcı tərəfindən təsdiq edilməsi ilə tapır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının təqdim etdiyin qaimələr üzrə Cavabdeh MMC-nin 56997,58 manat borcu qaldığından birinci instansiya məhkəməsi ilk iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. İlk iddianın cərimə borcu ilə bağlı hissəsi ilə məhkəmə kollegiyası qeyd edir ki, gecikdirmə ilə bağlı qarşılıqlı iddia üzrə cavabdehin hər hansı öhdəiliyinin olması iş materialların ilə müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə İddiaçı Cavabdeh MMC arasında bağlanmış 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqısatqı müqaviləsindəki imzaların Cavabdeh MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanması öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. İlk iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlillərində göstərilir ki, iş materiallarında olan ödəniş sənədləri tərəflər arasında mal alğı-satqısına dair müqavilənin olduğunu təsdiq etdiyi halda məhkəmə onlar tərəfindən təqdim edilmiş dəllilləri tam olaraq araşdırmamışdır. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, əqdlər şifahi və yazılı formada bağlanır. Hazırkı halda ilk iddia üzrə iddiaçı məhkəməyə 05 yanvar 2024-cü il tarixli B/30 nömrəli alqı-satqı müqaviləsini təqdim edərək həmin müqavilənin cavabdehlə bağlandığını bildirir. Cavabdeh müqavilənin alıcı qrafasındakı imzanın cavabdehin səlahiyyətli şəxsi tərəfindən imzalanmadığını bildirdiyinə görə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyi ilə tədqiq olunan müqavilənin alıcı qrafasındakı imzanın Cavabdeh MMC-nin direktoru Nümayəndə3 tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Lakin bununla belə ilk iddia üzrə cavabdehin iddiaçıdan mübahisələndirilən dövr ərzində mallar almaqla tam olmasa da ödənişlər etdiyi təsdiqini tapdığına görə birinci instansiya məhkəməsi iddia tələbini əsas borc hissəsində təmin etməkdə haqlı olmuş, tərəflər arasındakı razılaşmada öhdəliyi vaxtında icra etmədiyinə görə cərimənin təyin edilməsi müəyyən olunmamışdır. İlk iddia üzrə cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Cavabdeh MMC-nin direktoru Nümayəndə3 məhkəmədə birmənalı olaraq bildirmişdir ki, 2024-cü ilin yanvarında onların arasında müqavilə bağlanmasa da, İddiaçı ona bonus məbləğini ödəyəcəyinə söz verdiyinə görə, aralarında şifahi alqı-satqı hərəkətlərinə yol verilmiş və o, 2024-cü ilin may-sentyabr aylarında az miqdarda malların ödənişini etmişdir. İddiaçının tələb etdiyi məbləğdə malları o almamışdır. Məhkəmə ilk iddianı əsassız təmin etmişdir. Kollegiya cavabdehin şikayətinin həmin dəlili ilə razılaşmır. Belə ki, cavabdehin nümayəndəsinin izahatından da göründüyü kimi aralarında şifahi alğı-satqı hərəkətlərinə yol verilmiş və cavabdeh 2024-cü ilin may-sentyabr aylarında az miqdarda malların ödənişini etmişdir. İş materiallarındakı elektron qaimələrdən və ödəniş sənədlərindən də görünür ki, cavabdeh iddiaçıdan aldığı malların hamısının dəyərini ödəməmişdir. İddiaçı da məhz ödənilməmiş malların dəyərini cavabdehdən tələb edir. Qəbul etdiyi elektron qaimələr üzrə ödənişin tam olaraq həyata keçirildiyini sübut etmək vəzifəsi də ilk iddia üzrə cavabdehin (alıcının) üzərinə düşür ki, cavabdeh də məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehin apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin şikayətlə mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, hər iki apellyasiya şikayəti təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(115)-159/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası,
Qət etdi:
İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-159/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.