Məhkəmə qərarları › İş №2-2(104)-248/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-248/2023

29.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-248/2023 29.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi ilə bağlı kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli, e-2-2(115)-2071/2023 saylı qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli, e-2-2(115)-2071/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) ərizənin təmin edilməsi, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 49218 manat 45 qəpik, Dövlət Sosial Müdafiə Fonduna olan 9 manat 41 qəpik olmaqla, ümumilikdə 49227 manat 86 qəpik məbləğində borcu ödənilənədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxs (doğulduğu tarix - xx xxxxxx 1984-cü il, doğulduğu yer – Azərbaycan, Gəncə şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli, e-2-2(115)-2071/2023 saylı qətnaməsini ləğv edərək ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə 49218 manat 45 qəpik məbləğində, Dövlət Sosial Müdafiə Fonduna olan 9 manat 41 qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxxxx 1984-cü il, doğulduğu yer – Azərbaycan, Gəncə şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 49218 manat 45 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 1383,82 manat; faizlər üzrə 468,98 manat; maliyyə sanksiyası üzrə 47365,65 mana) Dövlət Sosial Müdafiə Fonduna 9 manat 41 qəpik olmaqla, ümumilikdə 49227 manat 86 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********741500, xx.xx.2019-cu il tarixli **********251600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, qoyulmuş məhdudiyyət vətəndaşın müdafiə olunan maraqları ilə mütənasib olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, sözü gedən borc qüvvəsini itirmiş borcdur. Çıxarılan qətnamə ilə onun digər konstitusiya hüquq və azadlıqlarımın pozulmasına səbəb olmuşdur. Göründüyü kimi ərizəçi hal-hazırda da sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Fəaliyyət növü ilə əlaqədar olaraq şirkətin daha da gəlir əldə edilməsi məqsədi ilə müxtəlif beynəlxalq müqavilələrin bağlanmasında ölkəni tərk etmək zərurəti yaranır. Lakin qoyulmuş məhdudiyyətlə onun digər hüquqları məhdudlaşdırılmışdır. İcra orqanının rəhbəri Maraqlı şəxs olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 49218 manat 45 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 1383,82 manat; faizlər üzrə 468,98 manat; maliyyə sanksiyası üzrə 47365,65 manat) Dövlət Sosial Müdafiə Fonduna 9 manat 41 qəpik olmaqla, ümumilikdə 49227 manat 86 qəpik borcu vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndini, Vergi Məcəlləsinin 16.1.1, 77.1, 23.1.15-3-cü maddələrini əldə rəhbər tutaraq hesab etmişdir ki, hüquqi şəxsin dövlət büdcəsinə və dövlət sosial müdafiə fonduna olan borcunun ödənilməsini təmin etmək məqsədi ilə icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ərizəçi vergi orqanının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Maraqlı şəxs ölkədən çıxmaq hüququna müvəqqəti məhdudiyyət qoyulması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ olmamışdır. Belə ki, cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan borcların tələbetmə müddəti ötmüşdür və həmin borclar vergi orqanı tərəfindən silinməlidir. Belə ki, faiz hesablanma məqsədləri üçün şəxsi hesab vərəqəsindən görünür ki, cəmiyyətin hazırkı borcları xx.xx.2017-ci il tarixli məsuliyyətə cəlb etmə qərarına əsasən hesablanmış 145,867.72 manat (2016-cı ilin mənfəət vergisi üzrə 52625.52 manat və VM-nin 58.3-cü maddəsinə əsasən bank hesabında sərəncam olduğu halda kassadan pul vəsaitinin məxaric edilməsinə görə 93242.20 manat) maliyyə sanksiyasının qalıq hissəsidir. VM-nin 85.4-cü maddəsinə əsasən vergilər üzrə tələbetmə müddəti 5 ildir və VM-nin 93.1-ci maddəsinə əsasən tələbetmə müddəti ötmüş borc ümdisiz borc qismində silinməlidir. Göründüyü kimi, 180 manat maliyyə sanksiyası istisna olmaqla, geridə qalan 47225.65 manat maliyyə sanksiyası üzrə tələb etmə müddəti ötmüşdür. Çünki hesablama xx.xx.2017-ci il tarixdə həyata keçirilmiş və 5 illik tələbetmə müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Göstərilənlərə əsasən, cəmiyyətin şəxsi hesab vərəqəsində tələb etmə müddəti ötmüş 47225.65 manat maliyyə sanksiyasının ümidsiz borc qismində silinməli olduğundan və nəticə etibarilə Maraqlı şəxs üzərində heç bir vergi öhdəliyi və maliyyə sanksiyası olmadığından onun haqqında ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə ləğv edilməlidir. Həmçinin məhkəmənin nəzərinə çatdırım ki, cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan borcun ümidsiz borc qismində silinməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı maraqlı şəxsi və ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, icra orqanının rəhbəri Maraqlı şəxs olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 49218 manat 45 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 1383,82 manat; faizlər üzrə 468,98 manat; maliyyə sanksiyası üzrə 47365,65 mana) Dövlət Sosial Müdafiə Fonduna 9 manat 41 qəpik olmaqla, ümumilikdə 49227 manat 86 qəpik borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 23.1.15-3-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Kollegiya qeyd edir ki, maraqlı şəxs apellyasiya şikayətində vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 47225.65 manat maliyyə sanksiyası üzrə borcun tələb etmə müddətinin ötürüldüyünü bildirmiş, lakin həmin borcu mübahisələndirməsi barədə hər hansı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılanda vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 49218 manat 45 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 1383,82 manat; faizlər üzrə 468,98 manat; maliyyə sanksiyası üzrə 47365,65 mana) Dövlət Sosial Müdafiə Fonduna 9 manat 41 qəpik olmaqla, ümumilikdə 49227 manat 86 qəpik borcu borcu olduğuna və həmin borcu könüllü olaraq ödəmədiyinə görə məhkəmə ərizəni təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli, e-2-2(115)-2071/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar