Məhkəmə qərarları › İş №2-2(104)-25/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-25/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-25/2024 10.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X10 və cavabdehlər Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh4 qarşı icarə və alqı-satqı müqaviləsinin, çıxarışların qismən ləğv edilməsi və torpaq sahəsinin iddiaçının icarəsinə və istifadəsinə qaytarılması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-425/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən 3059,7 kv.m (0,306 ha) torpaq sahəsini Ticarət Passajına icarəyə verilməsinə dair xx.xx.2009-cu il tarixli 676 nömrəli icarə müqaviləsinin, həmin torpaq sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqaviləsinin, habelə həmin torpaq sahəsinin cavabdehlərdən Cavabdeh2 mülkiyyətinə verilməsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın qismən, 710.0 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi və 710.0 kv.m torpaq sahəsinin İddiaçı icarəsinə və daimi istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə göndərərək, əlavə olaraq Cavabdeh4 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın qismən, 710,0 kv m torpaq sahəsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-425/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023cüil tarixli e-2-2(115)-425/2023 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1997-ci ildə yaradılmış və şirkətin nizamnaməsi 04 iyun 1997-ci il tarixdə, 33965 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Bundan sonra, şirkətə 12 dekabr 1997- ci il tarixdə isə uçot vahidlərinin dövlət resyetrinə daxil edilməsi haqqında ******* saylı şəhadətnamə verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 5147 saylı xx.xx.1997ci il tarixli sərəncamı ilə “Passaj” tikinti mərkəzinin qarşısındakı ərazidə və bu sahənin Nizami küçəsi boyu piyada yolunda yaranmış antisanitariya vəziyyətini aradan qaldırmaq, göstərilən ərazidə alqı-satqı ilə məşğul olan vətəndaşları vergiyə cəlb etmək məqsədi il bu ərazidə kompleks yenidənqurma və abadlıq işləri aparılanadək “Passaj” ticarət mərkəzinin qarşısında və ətrafında müvəqqəti fəaliyyət göstərən satış yerlərinin idarə olunması hüququ İddiaçınə verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 186 saylı 02 aprel 2001-ci il tarixli sərəncamı ilə İddiaçınə “Passaj” ticarət mərkəzinin qarşısında pərakəndə şəklində fəaliyyət göstərən yarmarkanın yerində yenidənqurma işləri aparılmasına və orada müasir tipli ticarət yarmarkası təşkil edilməsinə icazə verilmişdir. 05 oktyabr 2002-ci il tarixli 31 saylı icarə müqaviləsi ilə “Passaj” ticarət Mərkəzinin qarşısında yerləşən 710 kv.m torpaq sahəsi ticarət yarmarkasının təşkili üçün 15 il müddətinə İddiaçınə icarəyə verilmişdir. Həmin icarə müqaviləsi, Azərbaycan Respublikası DTXK-nın Gəncə şəhər şöbəsində dövlət qeydiyyatına alınmışdır. Bundan sonra İddiaçı tərəfindən icarəyə götürülmüş torpaq sahəsində 106 ədəd ticarət köşkü tikilmiş və 28 ədəd ticarət köşkü birinci cərgədə yerləşdirilmişdir. İddiaçınə məxsus ticarət köşkləri ilə “Passaj” ticarət mərkəzi arasında 4 metr məsafə olmaqla tam bir-birindən ayrı sahələrdə yerləşmişlər. xx.xx.2006-cı il tarixdə DTXK Gəncə şəhər şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən İddiaçı istifadəsinə verilən 0.071 ha torpaq sahəsinə dair İddiaçınə torpaqdan daimi istifadə hüququna dair JN-1623 (kod ********) saylı torpaqdan daimi istifadə hüququna dair “Dövlət Aktı” işlənib verilmişdir. Bu göstərilən halları Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının hazırda da qüvvədə olan 03 dekabr 2004-cü il tarixli qətnaməsi ilə də müəyyən edilərək təsdiq edilmişdir. İddiaçı daimi istifadəsinə verilən 710.0 kv metr torpaq sahəsinin “Passaj” ticarət mərkəzinə verilmiş 1000 kv metr torpaq sahəsinə heç bir aidiyyatı yoxdur və bu torpaq sahələri bir-birindən ayrı olan torpaq sahələridir və bu qanuni qüvvəyə minmiş və hazırda da qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilərək təsdiq edilmişdir. Belə ki, 2009-cu ildə mövcud olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) onların xəbəri və məlumatı olmadan İddiaçı icarəsinə və daimi istifadəsinə verilən 710.0 kv.m torpaq sahəsində ətraf torpaqlara qatıb birlikdə cəmi 3059,7 kv.m (0,306 ha) torpaq sahəsini qanunsuz olaraq xx.xx.2009-cu il tarixli 676 nömrəli icarə müqaviləsi ilə Ticarət Passajın kollektivinə icarəyə vermiş və bundan 1 ay sonrada yəni xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsini Ticarət Passajının mülkiyyətinə verməklə özəlləşdirilmişdir. Hansı ki, Ticarət Passajının həmin vaxta kimi torpaq sahəsi cəmi 1000 kv.m olmuş və onların icarəsində və daimi istifadəsində olan 710.0 kv.m torpaq sahəsində qanunsuz olaraq Ticarət Passajının icarəsinə verilməklə onların adına özəlləşdirilmişdir. Hansı ki, həmin vaxt İddiaçı icarəsinə və daimi istifadəsinə verilən 710 kv m torpaq sahəsi bizim icarə və istifadə hüququları ilə yüklü olmuş və həmin torpaq sahəsinin özəlləşdirilməsi birinci növbədə onlara təklif olunmalı idi. Ancaq, onların bu üstünlük hüquqları pozulmuş və xəbərləri olmadan onların icarəsində olan torpaq sahəsi başqasına icarəyə verilməklə qanunsuz özəlləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın tələbinə görə özəlləşdirilən müəsisələr birinci növbədə onun işçilərinə, əmək kollektivinə təklif olunmalıdır. Çünki əmək kollektivi özəlləşdirilmədə üstünlük hüququna malikdirlər. İddiaçı icarəsinə və daimi istifadəsinə verilmiş 710,0 kv.m torpaq sahəsinin icarə haqqı o dövrdən başlayaraq, hal-hazıra kimi də onlar tərəfindən ödənilir. Bundan əlavə Ticarət Passajı hal-hazırda fəaliyyət göstərmir və ona aid olan tikililər sökülməklə fəalliyyətini dayandırmışdır və ancaq 3059,7 kv.m torpaq sahəsi qalır. Həmin torpaq sahəsi də hazırda Cavabdeh2 mülkiyyətindədir və bu barədə ona İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hesab edir ki, İddiaçı icarəsinə və daimi istifadəsinə verilmiş 710.0 kv.m torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpası üçün Gəncə şəhəri, V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən 3059,7 kv.m (0,306 ha) torpaq sahəsini Ticarət Pssajina icarəyə verilməsinə dair xx.xx.2009-cu il tarixli 676 nömrəli icarə müqaviləsi, həmin torpaq sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqaviləsi habelə həmin torpaq sahəsinin cavabdehlərdən Cavabdeh2 mülkiyyətinə verilməsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış qismən, 710.0 kv m torpaq sahəsi hissəsində ləğv edilməli və 710.0 kv m torpaq sahəsi İddiaçı icarəsinə və daimi istifadəsinə qaytarılmalıdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti İddiaçı direktoru X12 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı “torpaq sahəsinin icarə müqaviləsinin, alqı-satqı müqaviləsinin, habelə həmin torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi və sahəsinin icarəyə və daimi istifadəyə qaytarılması” tələbi barədə iddiasına qarşı xx.xx.2023-cü il tarixli yazılı etirazını məhkməyə göndərmiş və həmin etirazda göstərilir ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmuş, Gəncə şəhəri, V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən Ticarət Pasajının özəlləşdirilməsi ilə bağlı 30 dekabr 2008-ci il tarixdə keçirilmiş hərracda qeyd edilən əmlak hərracın qalibi Cavabdeh2 və əmək kollektivinin digər üzvlərinə satılmış və onlarla Komitə arasında qeyd edilən əmlakın alqı-satqısına dair xx.xx.2009-cu il tarixli, 1973 №-li müqavilə bağlanmışdır. Daha sonra Cavabdeh2 və əmək kollektivinin digər üzvlərinə ünvan 1 ünvanında yerləşən Ticarət Pasajının qanunvericiliklə müəyyən edilmiş qaydada satın almasına dair “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması barədə” xx.xx.2009-cu il tarixli, 004266 nömrəli Şəhadətnamə verilmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 27 noyabr 2008-ci il tarixli, 002548 Ne-li texniki pasporta əsasən Gəncə şəhəri, V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən Ticarət Pasajının ümumi torpaq sahəsi 3059.7 kv.m təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Qeyd olunan qanunvericilik normalarına uyğun olaraq Cavabdeh2 və əmək kollektivinin digər üzvləri tərəfindən Gəncə şəhəri, V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən ticarət pasajının binasına mülkiyyət hüququnu təsdiq edən sənəd və binanın yerləşdiyi 3059.7 kv.m torpaq sahəsinin onların istifadəsində olmasını təsdiq edən digər sənədlər təqdim edildikdən sonra onlarla Komitə arasında “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında” xx.xx.2009-cu il tarixli, 676 nömrəli müqavilə bağlanılmışdır. Bundan sonra xx.xx.2009-cu il tarixli 2074 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı” müqaviləsinə əsasən ünvan 1ndə yerləşən Ticarət Passajının torpaq sahəsi alıcı 009541 Cavabdeh2 və əmək kollektivinin digər üzvləri tərəfindən satın alınmışdır. Mülki Məcəllənin 241.1-ci maddəsinə əsəsən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyən edilmiş qaydada verilir. Həmin Məcəllənin 241.3-cü maddəsinə əsasən bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Torpaq Məcəlləsinin 66-cı maddəsinin birinci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 80-cı maddəsinin birinci bəndinin səkkizinci abzasına əsasən bu Məcəllə və digər normativ-hüquqi aktlarla müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini istifadəyə və ya icarəyə vermək torpaq mülkiyyətçisinin hüququdur. Torpaq sahəsinin özəlləşdirilərilməsi həyata keçirilərkən qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 10.42-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışım həyata keçirmək Komitənin səlahiyyətlərinə aid olmuşdur. Hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin icarəyə verilməsi və özəlləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və ədalətsiz olduğuna görə, eyni zamanda maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından, həmçinin məhkəmə qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan nəticələrə əsaslandırıldığından ləğv edilməlidir. Belə ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 157.8, 158.1, 158.1.2, 158.2, 158.4, 384.0.4, 571.1 və 572.2-ci maddələrinin bəzilərinə istinad edilsə də, həmin maddi hüquq normalarını düzgün tədbiq etməyərək pozuntuya yol vermiş, nəticədə iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir. Maddi hüquq norması olan MM-nin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən əmlakdan istifadə hüququda Mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Yenə həmin Məcəllənin 158.2 və 158.4-cü maddələrinə əsasən Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd edilən Məcəllənin 384.0 və 384.0.4-cü maddələrinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, belə tələblərə iddia müddəti şamil edilmir. Ancaq məhkəmənin qətnaməsindən görünür ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı mübahisəli 0,071 ha torpaq sahəsi üzərində hər hansı bir əmlak hüquqları yoxdur, habelə iddia müddətini əsassız tədbiq etməklə iddianı təmin etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, xx.xx.2006-cı il tarixdə DTXK Gəncə şəhər şöbəsi və X23 İnstitutu tərəfindən İddiaçı istifadəsinə verilən 0,071 ha torpaq sahəsinə dair İddiaçınə torpaqdan daimi istifadə hüququna dair JN-1623 (KOD ********) saylı Torpaqdan daimi istifadə hüququna dair “Dövlət Aktı” işlənib verilmiş və həmin “Dövlət Aktı” Azərbaycan Respublikası DT və XK-nin Gəncə şəhər Şöbəsində dövlət qeydiyyatına alınmışdır. O dövrdən bu günə kimi də, 0,071 ha torpaq sahəsinin vergisi İddiaçı tərəfindən ayba-ay ödənilir, yəni həmin torpaq sahəsinə sahiblik etməklə, torpaq sahəsi üzərində daimi istifadə hüququ olmaqla bu hüquq rəsmi dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi İddiaçı bu torpaq sahəsi üzərində mülkiyyət hüququna bərabər olan sahiblik və daimi istifadə hüququ olmasına baxmayaraq habelə İddiaçı bu iddia tələbinə iddia müddəti şamil edilmədiyi halda, məhkəmə əsassız olaraq iddia müddətini tədbiq etməklə iddianı rədd etmişdir. Bundan əlavə MM-nin 572.1-ci maddəsinə əsasən Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının məzmunundan görünür ki, İddiaçı icarə və daimi istifadə hüququ ilə yüklə olan 0,071 ha torpaq sahəsini Əmlak Məsələləri Dövlət Xidməti başqa şəxsə və şəxslərə icarəyə verə və ya sata bilməzdi. İddiaçı həmin müqavilələrin ləğv edilməsi barədə iddia qaldırmaqda subyektiv hüquqa malikdir. Ancaq Məhkəmə qətnaməsində bu maddi hüquq normalarını düzgün tədbiq etməyərək belə bir yalnış nəticəyə gəlmişdir ki, guya İddiaçı belə bir iddia qaldırmaqda subyektiv hüququ yoxdur və iddianı təmin etməmişdir. Hesab edir ki, məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tətbiqində və şərhində səhvə yol verməklə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə prosessual hüquq normalarının tələbinə düzgün əməl edilməmişdir. Belə ki, prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə tərəflərin təqdim etdiyi sübutları araşdırmalı, onlardan istifadə etməli, eyni zamanda hər tərəf məhkəmədə tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalı, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırılmalıdır. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamədən görünür ki, məhkəmə onların təqdim etdiyi sübutların bir hissəsini ümumiyyətlə araşdırmamış, sübutların bir hissəsini isə qətnamədə sadalasa da, qətnamənin sübutların qiymətləndirilməsi hissəsində bu sübutlara da, heç bir qiymət verməmiş, digər sübutlarla müqayisəli şəkildə təhlil edib qiymətləndirməmişdir. Belə ki, sübut növü kimi onlar məhkəməyə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarixli 1MK-5958/2004 nömrəli qətnaməsini, habelə bu qətnaməni öz qüvvəsində saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli 6K761 nömrıli Qərarını təqdim etmişlər. Hansı ki, qanuni qüvvədə olan həmin Qətnamə və Qərarla müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan 710.0 kv.m torpaq sahəsi ilə “Passaj” ticarət mərkəzinin istifadəsində olan 1000 kv.m torpaq sahəsi qonşu torpaq sahələri olmaqla aralarında 4 metr məsafə var. Deməli “Passaj” ticarət mərkəzinin istifadəsində olan torpaq sahəsi cəmi 1000 kv.m torpaq sahəsi olmuşdur. Ancaq sonradan “Passaj” ticarət mərkəzinin torpaq sahəsinin hansı torpaq sahələri hesabına 3059.7 kv.m olmasını məhkəmə müəyyən etməmiş və araşdırmamışdır. Məhkəmə MPM-nin 82.3-cü maddəsini bu qətnamə və qərara münasibətdə tətbiq etməli olduğu halda tətbiq etməmiş, bu qətnamə və qərardan 7-8 il sonra Çıxarılmış xx.xx.2012-ci il tarixli Ali Məhkəmənin Mülki Kollegiyasının qərarına tətbiq etməklə yalnışlığa yol vermişdir. Bundan əlavə onların iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, İddiaçı icarəsinə və daimi istifadəsinə verilmiş 710.0 kv.m torpaq sahəsində “Passaj” ticarət mərkəzinin torpaq sahəsinə qatıb qanunsuz olaraq icarəyə verilməklə sonradan özəlləşdirilmişdir. Tələbi 710.0 kv.m torpaq sahəsinin geri istifadələrinə qaytarılmasıdır. Yəni İddiaçı icarəsinə və daimi istifadəsinə verilmiş 710.0 kv.m torpaq sahəsinin hazırda cavabdehlərin mülkiyyətinə verilmiş 3059,7 kv.m torpaq sahəsinin tərkibində olub-olmamasını aydınlaşdırmaq, işin obyektiv həll edilməsi üçün zəruri əhəmiyyət kəsb edir. Bu isə yalnız ekspertiza rəyi ilə müəyyən edilə bilərdi. MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Prosessual hüquq normasının bu tələbini əldə rəhbər tutaraq biz Məhkəmədə İddiaçı icarəsinə və daimi istifadəsinə verilmiş710.0 kv.m torpaq sahəsinin cavabdehlərin mülkiyyətinə verilmiş 3059,7 kv.m torpaq sahəsinin tərkibində olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə yazılı qaydada əsaslandırılmış vəsatət versələr də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmiş iddianın mahiyyətini təşkil edən işin bu obyektiv halı məhkəmə tərəfindən araşdırılmamışdır. Nəzərə alsaq ki, əvvəlki Məhkəmə proseslərində belə ekspertiza keşirilməmişdir, onda hazırki məhkəmə prosesində belə bir ekspertiza keçirilib müvafiq ekspertiza rəyinin alınması işin tam, hərtərəfli və obyektiv araşdırılmasının zəruri şərti olmuşdur. Göründüyü kimi xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh4 nümayəndə vasitəsilə təmsil olunsalar da özləri, iddiaçının və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X20 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsinin qətnaməsinin dyişdirilmədən saxlanılmasını xahiş edərək göstərdi ki, mübahisəli ünvandakı 0,306 ha torpaq sahəsi “Passaj” ticarət mərkəzinin əmək kollektivinə satılmamışdan əvvəl torpaq sahəsinin hansısa hissəsi digər bir müəssisənin qanuni istifadəsində olmuş olsaydı, onda həmin torpaq sahəsi “Passaj” ticarət məkəzinin əmək kolletivinin adına özəlləşdirilə bilməzdi. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli iclaslarında iştirak etmiş İddiaçı direktoru X24 apellyasiya şikayətini müdafiə edib həmin şikayətin dəlillərinə uyğun izahat vermişdir. Əlavə olaraq göstərmişdir ki, Gəncə şəhəri V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən “Passaj” ticarət mərkəzinin qarşısındakı ərazidə və həmin sahənin Nizami küçəsi boyu piyada yolu hissəsində olan 710.0 kv.m torpaq sahəsi ticarət yarmarkasının təşkili üçün İddiaçınə verilmiş, xx.xx.2006-cı il tarixli dövlət aktına əsasən isə həmin torpaq sahəsi İddiaçı daimi istifadəsinə verilmişdir. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli sərəncamı ilə İddiaçınə 0,071 ha torpaq sahəsində təşkil edilmiş ticarət yarmarkasının yerində ticarət mərkəzinin tikintisinə icazə verilmiş, bu barədə müvafiq layihə sənədləri hazırlandıqdan sonra tikinti işlərinə başlanılmış, lakin Gəncə şəhəri İcra Hakimiyyətinin əvvəlki rəhbərliyi 2011-2012-ci illərdə inşa etdirdikləri tikilini tamamilə dağıtmışdır. Hesab edir ki, İddiaçınə daimi istifadə hüququ ilə məxsus olan 0,071 ha torpaq sahəsinin Əmlak Məsələri Dövlət Komitəsi tərəfindən Cavabdeh2 satılması qanunsuz olmuşdur. Odur ki, qətnaməni ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi - Vəkil4 da apellyasiya şikayətini müdafiə edib həmin şikayətin dəlillərinə uyğun izahat verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023cüil tarixli e-2-2(115)-425/2023 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini və tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 5147 saylı sərəncamının surətindən görünür ki, “Passaj” ticarət mərkəzinin qarşısındakı ərazidə və bu sahənin Nizami küçəsi boyu piyada yolunda yaranmış antisanitariya vəziyyətini aradan qaldırmaq, göstərilən ərazidə alğı-satqı ilə məşğul olan vətəndaşları vergiyə cəlb etmək məqsədi ilə bu ərazidə kompleks yenidənqurma və abadlıq işləri aparılanadək “Passaj” ticarət mərkəzinin qarşısında və ətrafında müvəqqəti fəaliyyət göstərən satış yerlərinin idarə olunması hüququ İddiaçınə verilmişdir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 186 saylı sərəncamının surətindən görünür ki, “Təminat“ şirkəti rəhbərliyinin məktubu nəzərə alınaraq “Passaj” ticarət mərkəzinin qarşısında pərakəndə şəkildə fəaliyyət göstərən yarmarkanın yerində yenidənqurma işlərinin aparılmasına və müasir tipli ticarət yarmarkasının təşkil edilməsinə icazə verilmişdir. İş materiallarında olan “Torpaqdan daimi istifadə hüququna dair” xx.xx.2006-cı il tarixdə dövlət aktı qeydiyyat kitabında 603 sayla qeydiyyata alınmış JN – 1623 KOD 20000002 saylı Dövlət aktına əsasən Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 5147 saylı və Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 186 saylı sərəncamları ilə satılmış, cizgidə göstərilən sərhəd daxilində 0,071 ha torpaq sahəsi daimi istifadə hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan müəssisənin (obyektin) alğı-satqısına dair xx.xx.2009-cu il tarixli 1973 saylı müqavilənin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi satır, alıcı Cavabdeh2 isə Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçələrinin kəsişməsində yerləşən Ticarət Passajını müqavilədə göstərilən şərtlərlə auksion satış qiyməti ilə 53456,25 manata alır. İş materiallarında olan “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 4266 saylı “Mülkiyyət hüququ haqqında” şəhadətnamə əsasında özəlləşdirilmiş ünvan 1ndə yerləşən Ticarət Passajının qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsi 3059,7 m2 təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən satıcı-Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi müqavilənin 1.1-ci bəndində göstərilən torpaq sahəsini 13769 manata satır, alıcı-Cavabdeh2 isə həmin torpaq sahəsininin tam dəyərini ödəməklə satın alır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən-X9 şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.306 kv.m olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini Cavabdeh2 mülkiyyətinə vermişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyetrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi ilə Nizami küçələrinin kəsişməsində (Ticarət Passajı) yerləşən 0.306 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən Cavabdeh4 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi ilə Nizami küçələrinin kəsişməsində Ticarət passajı Cavabdeh4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda göstərilir ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh2 arasında xx.xx.2009-cu il tarixli 1973 nömrəli müəssisənin (obyektin) alğı-satqı müqaviləsi və xx.xx.2009-cu il tarixli 2074 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 004266 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Vəli Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən ümumi sahəsi 630.1 kv.m olan Ticarət X1, X25, X31, X11, X21, X32, X17, X2; xx.xx.2009-cu il tarixli 001871 qeydiyyat nömrəli özəlləşdirilən müəssisə və obyektlərin, habelə, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnaməsinə əsasən Ticarət Passajının yerləşdiyi 3059,7 kv.m torpaq sahəsi Cavabdeh2, Əliyev İkram llham oğluna, X31, X11, X21, X32, X17, X2; Cavabdeh2 Şəmiddın qızının, X22, X26, X8, X18, X27, X13, X6 adlarına Gəncə şəhəri, Vəli Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində 0,306 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 630,1 kv.m olan qeyri-yaşayış binasına dair (Ticarət passajı) xx.xx.2009-cu il tarıxli ********** qeydiyyat nömrəli çıxarış veriimişdir; Gəncə şəhəri 4 saylı notariat kontorunun xx.xx.2009-cu il tarixli 4Ə-1-132 saylı alğısatqı müqaviləsinə əsasən Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Qaçaq Nəbi küçəsi 60 saylı evdə yaşayan Cavabdeh2, Gəncə şəhərl, X45 küçəsi, 2-ci döngə, 7 saylı evdə yaşayanlar X52 oglu və X40, Gəncə şəhəri, Məhrəsə bağı, ev 6, mənzil 11-də yaşayanlar X19 və X14, Gəncə şəhəri, Bayan kuçəsi ev 99-da yaşayan X33, Gəncə şəhəri, Cavadbəy Rəfibəyli küçəsi, ev 15 B-da yaşayan X41, Gəncə şəhəri, Məhrəsə bağı, ev 6, mənzil 18də yaşayan X28 bu əmlakı bütövlüklə Bakı şəhəri, Rəsulzadə qəsəbsi, Koroğlu küçəsi, 5ci döngə, ev 1-də yaşayan X3. Cavabdeh4 Vəli Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən bu qeyri-yaşayış bınasına dair xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir; Göstərilən ünvanda yerləşən tikililər söküldüyü üçün X16 Vəli Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən istifadə növü sahlbkarlıq olan 0.306 ha torpaq sahəsinə xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nomrəli çıxarış verilmişdir. Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2011-ci il tarixli 4Ə-1-62 saylı bağışlama müqaviləsinə əsasən Cavabdeh4 0.306 ha torpaq sahəsinin yarı hissəsini Bakı şəhəri, M.A.Əliyev küçəsi, ev 138, mənzil 9-da yaşayan X34 bağışlamışdır. Cavabdeh4 1/2 pay və X55 öglunun 1/2 pay adlarına Vəli Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən 0.306 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixti ********** qeydiyyat nömrəli çıxarış verilmişdir; Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli 4Ə-420 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 0.306 ha torpaq sahəsində olan payını Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Qaçaq Nəbi küçəsi, ev 60-da yaşayan Cavabdeh2 qızna bağışlamışdır. Cavabdeh2 1/2 pay və X29 1/2 pay adlarına Vəli Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən 0.306 ha forpaq sahəsinə dair 11.12. 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir; Gəncə şəhəri 3 saylı notariat kontorunun 08.02 2018-ci il tarixli 4Ə-42 saylı alqı-satqı müqaviləsinə əsasən X42 0.306 ha torpaq sahəsində olan payını Cavabdeh2 satmışdır. Cavabdeh2 Vəli Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən 0.306 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir; Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-315 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 0.306 ha torpaq sahəsini Cavabdeh4 bağışlamışdır. Cavabdeh4 Vəli Xuluflu küçəsi ilə Nizami küçəsinin kasişməsində yerləşən 0.306 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir; Bakı şəhəri 27 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 4Ə44 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 0.306 ha torpaq sahəsini X30 bağışlamışdır. X30 Vəli Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən 0.306 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir; Bakı şəhəri 27 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 4Ə-569 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X37 0.306 ha torpaq sahəsini Cavabdeh2 bağışlanmışdır. Cavabdeh2 Gəncə şəhəri, Vəli Xuluflu küçəsi ilə Nizami küçələrinin kəsişməsində (ticarət passajı) yerləşən 0.306 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarixli 1MK-5958/2004 nömrəli qətnaməsində göstərilir ki, İddiaçınə məxsus ticarət köşkləri “Passaj” Ticarət Mərkəzinə aid olmayan torpaq sahəsində yerləşir, ticarət köşklərinin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 710 kv.metrdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli 6k-761 nömrəli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 32/2012 nömrəli, 10 yanvar 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Gəncə şəhəri, V.Xuluflu ilə Nizami küçələrinin kəsişməsində yerləşən Ticarət passajı (ümumi sahəsi 630.1 kv.m) və həmin dövlət müəssisəsinin yerləşdiyi 3059.7 kv.m torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada adıçəkilən müəssisənin əmək kollektivinin üzvləri tərəfindən İİ Dövlət Proqramına uyğun olaraq özəlləşdirilmiş, həmin əmlaka dair əmək kollektivi üzvlərinə Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2009-cu il tarixli 004266 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Gəncə şəhəri, Nizami rayonu, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan qeyri-yaşayış binasını (ticarət passajı) və onun yerləşdiyi 0.306 ha torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada -Ticarət Passajının əmək kollektivinin üzvləri X33, Cavabdeh2, X19, X14, X41, X40, X38 və X28 tərəfindən özəlləşdirilmiş, bundan sonra onlar mülkiyyətçi kimi sərəncam vermək hüquqlarından istifadə edərək, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin daşınmaz əmlakı və yerləşdiyi torpaq sahəsini Cavabdeh4 satmışlar və əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. Qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin özəlləşdirilməsi, alqı-satqısı və Cavabdeh4 adına daşınmaz əmlakın dövlər reyestrində qeydiyyata alınma zamanı qanunvericiliyin tələblərinə tam əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 5147 nömrəli və xx.xx.2001-ci il tarixli 186 nömrəli sərəncamlarında İddiaçınə torpaq sahəsinin ayrılması ilə bağlı heç bir bəndin olmadığı təqdirdə, Gəncə şəhəri, Nizami rayonu İcra Hakimiyətinin xx.xx.2010-cu il tarixli 150 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Passaj” Ticarət Mərkəzinin qarşı tərəfində Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 186 nömrəli sərəncamına əsasən İddiaçı tərəfindən 0,071 ha torpaq sahəsində təşkil olunmuş ticarət yarmarkasının yerində razılaşdırılmış layihə əsasında ticarət mərkəzinin tikintisinə icazə verilməsi qanuna zidd hal kimi dəyərləndirilmişdir. Həmin qərardan həmçinin görünür ki, İddiaçı direktoru X5 Akif Şəmiddin oğluna, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Gəncə şəhər İcra hakimiyyətinə qarşı Gəncə şəhəri, V.Xuluflu ilə Nizami küçəsinin kəsişməsindəki Ticarət Passajının yerləşdiyi 0,30597 ha torpaq sahəsinin Cavabdeh4 mülkiyyətində olmasına dair xx.xx.2009-cu il tarixdə 880 inventar nömrə ilə hazırlanmış **********69-06301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun, eləcə də seriya MN № ******* qeydiyyat nömrəsi ********* olan xx.xx.2009-cu il tarixli çıxarışın qismən, yəni daimi istifadə hüquqları ilə İddiaçınə məxsus olan 0,071 ha torpaq sahəsinə aid hissəsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2011-ci il tarixli 2(044)15/2011 saylı qətnaməsi ilə İddiaçı direktoru X12 qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmış olsa da, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(104)-686/2011 saylı qətnaməsi ilə İddiaçı direktoru X12 Cavabdeh4 və qeyrilərə qarşı iddia tələbi rədd edilmiş, İddiaçı direktoru X24 və vəkili tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(104)-686/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 1997-ci ildə yaradılmış və şirkətin nizamnaməsi 04 iyun 1997-ci il tarixdə, 33965 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 5147 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə “Passaj” tikinti mərkəzinin qarşısındakı ərazidə və bu sahənin Nizami küçəsi boyu piyada yolunda yaranmış antisanitariya vəziyyətini aradan qaldırmaq, göstərilən ərazidə alqı-satqı ilə məşğul olan vətəndaşları vergiyə cəlb etmək məqsədi il bu ərazidə kompleks yenidənqurma və abadlıq işləri aparılanadək “Passaj” ticarət mərkəzinin qarşısında və ətrafında müvəqqəti fəaliyyət göstərən satış yerlərinin idarə olunması hüququ İddiaçınə verilmiş, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 186 saylı 02 aprel 2001-ci il tarixli sərəncamı ilə İddiaçınə “Passaj” ticarət mərkəzinin qarşısında pərakəndə şəklində fəaliyyət göstərən yarmarkanın yerində yenidənqurma işləri aparılmasına və orada müasir tipli ticarət yarmarkası təşkil edilməsinə icazə verilmişdir. İşdə olan məhkəmə qərarlarından göründüyü kimi 05 oktyabr 2002-ci il tarixli 31 saylı icarə müqaviləsi ilə “Passaj” ticarət Mərkəzinin qarşısında yerləşən 710 kv metr torpaq sahəsi ticarət yarmarkasının təşkili üçün 15 il müddətinə İddiaçınə icarəyə verilmişdir (İcarə müqaviləsinin lazımi qaydada təsdiq olunmuş surəti işə əlavə edilməmişdir). xx.xx.2006-cı il tarixdə DTXK Gəncə şəhər şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən İddiaçı istifadəsinə verilən 0.071 ha torpaq sahəsinə dair İddiaçınə torpaqdan daimi istifadə hüququna dair JN-1623 (kod ********) saylı torpaqdan daimi istifadə hüququna dair “Dövlət Aktı” işlənib verilmiş olsa da, lakin iddiaçı tərəfindən iddia ərizəsinə torpaq ayırma sənədləri əlavə edilməmiş, bu kimi sənədlər apellyasiya şikayətinə də əlavə edilməmiş, məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı direktoru istinad etdiyi 0,71 ha torpaq sahəsinin İddiaçınə ayrıldığını təsdiq edən torpaq ayırma sənədlərini məhkəməyə təqdim edə bilməmişdir. “Passaj” Ticarət Mərkəzi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh2 arasında arasında bağlanmış xx.xx.2009-cu il tarixli 1973 nömrəli müəssisənin (obyektin) alğı-satqı müqaviləsi və xx.xx.2009-cu il tarixli 2074 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin (3059,7 kv.m) alqı-satqı müqaviləsi əsasında “Passaj” Ticarət Mərkəzinin əmək kolletivinə satılmış, bundan sonra Passajının əmək kollektivinin üzvləri X33, Cavabdeh2, X19, X14, X41, X40, X38 və X28 notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin daşınmaz əmlakı və yerləşdiyi torpaq sahəsini Cavabdeh4 satmışlar. Sonralar həmin torpaq sahəsinin mülkiyyətçiləri bir neçə dəfə dəyişilmiş, hazırda həmin torpaq sahəsi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iş üzrə Cavabdeh2 məxsusdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı istifadəsində olan 710 kv.m torpaq sahəsi ilə “Passaj” Ticarət Mərkəzinə aid olan torpaq sahəsinin ayrı-ayrı torpaq sahələri olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Bu hal İddiaçı hazırkı iddia üzrə subyektiv hüququnun olmamasına dəlalət edir. Qeyd edilən məhkəmə qərarında müəyyən edilmiş hallar əvvəlki və hazırkı iş üzrə tərəf olan İddiaçınə və Cavabdeh4 münasibətdə preyudisial xarakter daşıyır. Məhkəmə onu da qeyd edir ki, məzmunlarından göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2009-cu il tarixli 676 saylı icarə və xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqavilələrinin bağlanması üçün Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2009-cu il tarixli 004266 qeydiyyat nömrəli şəhadətnamə əsas sənəd olmuşdur. Həmin şəhadətnamə qüvvədədir və yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2012-ci il tarixli qərarında 3059.7 kv.m torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada İİ Dövlət Proqramına uyğun olaraq özəlləşdirilməsi və həmin əmlaka dair xx.xx.2009-cu il tarixli 004266 qeydiyyat nömrəli şəhadətnamə verilməsi qeyd olunur. Qeyd edilənlərdən başqa məhkəmə onu qeyd edir ki, mübahisələndirilən xx.xx.2009-cu il tarixli 676 saylı icarə və xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqavilələri barədə məlumat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2012-ci il tarixli qərarının məzmununda yer almışdır. İddiaçı həmin iş üzrə tərəf olduğundan müqavilələrdən məlumatlı olmuşdur. Buna baxmayaraq 10 ildən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Cavabdeh tərəf isə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8 və 384.0.4-cü maddələrinin tələbləri baxımından hazırkı tələbə iddia müddətinin şamil edilmədiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırkı iddia tələbi iddia müddətinin şamil edilmədiyi tələblər kateqoriyasına aid edilmir. Belə ki, İddiaçı 710 kv.m torpaq sahəsinin mülkiyyətçisi deyildir və yaxud mülkiyyətçi olmasa da mülki qanunvericiliklə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs kimi mülkiyyətçinin hüquqlarını daşımır. Məhkəmə iddia tələbinin Cavabdeh2 və Cavabdeh4 adına verilmiş çıxarışların qismən ləğv edilməsi və torpaq sahəsinin iddiaçının icarəsinə və istifadəsinə qaytarılması hissəsi barədə onu qeyd edir ki, iddia tələbinin həmin hissələri müqavilələrin qismən ləğvi hissəsinə münasibətdə əlavə tələb xüsusiyyətini daşıyır. Əsas tələbin əssasızlığı əlavə tələbin də əsassızlığına gətirib çıxarır. Bundan başqa, hazırda mübahisələndirilən xx.xx.2009-cu il tarixli icarə və xx.xx.2009-cu il tarixli alqı-satqı müqavilələrindən sonra, yəni 2009, 2011, 2017, 2018, 2020-ci illərdə mübahisə predmetinə aid torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş müqavilələr və həmin müqavilələr əsasında verilmiş çıxarışlar mövcuddur ki, onların hər biri qüvvədədir. Əvvəlki müqavilələrin və çıxarışların qüvvədə olduğu vəziyyətdə onların əsasında verilmiş çıxarışların mübahisələndirilməsi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qətnaməni tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 50-ci maddəsində göstərilir ki;

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır.

2. Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzilistismar təşkilatlarına. Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Yuxarıda istinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaq sahəsi torpaq ayırma sənədləri əsasında ayrılır və tərəflər arasında bağlanmış müqavilə əsasında verilir. İddiaçı 0,71 ha torpaq sahəsinin daimi istifadəsinə verildiyini göstərmiş olsa da, lakin istinad etdiyi Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 5147 saylı və xx.xx.2001-ci il tarixli 186 saylı sərəncamlarında həmin torpaq sahəsinin İddiaçınə ayrıldığı göstərilməmiş, həmin sərəncamlarla “Passaj” ticarət mərkəzinin qarşısındakı ərazidə və bu sahənin Nizami küçəsi boyu piyada yolunda yaranmış antisanitariya vəziyyətini aradan qaldırmaq, göstərilən ərazidə alqı-satqı ilə məşğul olan vətəndaşları vergiyə cəlb etmək məqsədi ilə bu ərazidə kompleks yenidənqurma və abadlıq işləri aparılanadək “Passay” ticarət mərkəzinin qarşısında və ətrafında müvəqqəti fəaliyyət göstərən satış yerlərinin idarə olunması hüququ İddiaçınə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələrindən bəhs edən 1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etməkdir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Kollegiya qeyd edir ki, hər bir iddia tələbinə qiymət verilməmişdən əvvəl iddiaçının hazırkı iddianı irəli sürməsi üçün tələb olunan subyektiv hüquqa malik olub-olmadığı araşdırılmalıdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia ərizəsindən göründüyü kimi iddiaçı Gəncə şəhəri V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən 3059,7 kv.m (0,306 ha) torpaq sahəsini Ticarət Passajına icarəyə verilməsinə dair xx.xx.2009-cu il tarixli 676 nömrəli icarə müqaviləsinin, həmin torpaq sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqaviləsinin ləğvini xahiş etmiş, lakin həmin müqavilələr üzrə müqavilə tərəfi olması ilə bağlı məhkəməyə sübut təqdim etməmiş, məhkəmə iclasında da bu kimi hal müəyyən olunmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Gəncə şəhəri V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən 3059,7 kv.m (0,306 ha) torpaq sahəsini Ticarət Passajına icarəyə verilməsinə dair xx.xx.2009-cu il tarixli 676 nömrəli icarə müqaviləsinin, həmin torpaq sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqısatqı müqaviləsinin ləğvini tələb etməkdə subyektiv hüquqa malik olmamışdır. İddia tələbinin həmin torpaq sahəsinin cavabdehlərdən Cavabdeh2 mülkiyyətinə verilməsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın qismən, 710.0 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsi və 710.0 kv.m torpaq sahəsinin İddiaçı icarəsinə və daimi istifadəsinə qaytarılması hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, iddia tələbi Gəncə şəhəri V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən 3059,7 kv.m (0,306 ha) torpaq sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqaviləsinin ləğvi hissəsində təmin edilmədiyindən qalan hissələrdə tə təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 32/2012 nömrəli, 10 yanvar 2012-ci il tarixli qərarı ilə Gəncə şəhəri, Nizami rayonu, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan qeyri-yaşayış binasını (ticarət passajı) və onun yerləşdiyi 0.306 ha torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada - Ticarət Passajının əmək kollektivinin üzvləri X33, Cavabdeh2, X19, X14, X41, X40, X38 və X28 tərəfindən özəlləşdirilməsi, bundan sonra onlar mülkiyyətçi kimi sərəncam vermək hüquqlarından istifadə edərək, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin daşınmaz əmlakı və yerləşdiyi torpaq sahəsini Cavabdeh4 satmaqları və əmlakın sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsi və ümumilikdə qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin özəlləşdirilməsi, alqı-satqısı və Cavabdeh4, həmçinin Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlər reyestrində qeydiyyata alınma zamanı qanunvericiliyin tələblərinə tam əməl edildiyi, heç bir qanun pozuntusuna yol verilmədiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsi hazırkı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Odur ki, kollegiya apellyasiya şikayətinin məhkəmə tərəfindən Mülki Məcəllənin 157.8, 158.1, 158.1.2, 158.2, 158.4, 384.0.4, 571.1 və 572.2-ci maddələrinin bəzilərinə istinad edilsə də, həmin maddi hüquq normalarını düzgün tədbiq etməyərək pozuntuya yol verməsi, nəticədə iddianı təmin etməməklə səhv nəticəyə gəlməsi kimi dəlillərini əsassız sayır. Kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş üzrə ekspertiza keçirməkdən əsassız olaraq imtina etməsinə dair dəlilini də iddiaçının bu kimi iddia ilə müraciət etməkdə subyektiv hüquqa məxsus olmaması əsası ilə əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə sasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-425/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-425/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar