Məhkəmə qərarları › İş №2-2(104)-251/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-251/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-251/2023 13.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, ödənilməmiş 81436,53 manat pulun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 2000 manat pulun, 400 manat mediasiya xərcinin, ümumilkdə 83836.53 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 81436,53 (səksən bir min dörd yüz otuz altı manat əlli üç qəpik) manat borcun, hüquqi yardımla bağlı ödənilmiş 300(üç yüz) manat və 400(dörd yüz) manat mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi, Cavabdehndən 334.31(üç yüz otuz dörd manat otuz bir qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, həmçinin şikayət vermək üçün qanunla müəyyən olunmuş müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilərək buraxılmış müddətin bərpası barədə vəsatət təqdim etmişdir. Müddətin bərpası barədə vəsatəti onunla əsaslandırılmışdır ki, Cavabdehlər sırasında göstərilsə də, məhkəmələr barəsində lazımı qaydada xəbərdar edilmədiyindən, qətnamədən və məhkəmə proseslərindən xəbərləri olmamışdır. Adı çəkilən qətnamənin mövcudluğu cavabdeh tərəfə xx.xx.2023-cü il tarixdə Sabunçu rayon İcra Şöbəsinə çağırıldıqda məlum olmuş və həmin gün qətnamənin surəti cavabdehin nümayəndəsinə təqdim edilmişdir. Göründüyü kimi qətnamənin elan edildiyi xx.xx.2023-cü il tarixdən 4 ay müddət keçməsinə baxmayaraq cavabdehə qətnamə xx.xx.2023-cü il tarixdə rəsmən təqdim edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qərardadı ilə Cavabdeh ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh xx.xx.2023-cü il tarixdə şikayət vermiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qərardadının ləğv edilməsini, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(115)-125/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin müddətinin ötürülməsinin üzrlü hesab edilərək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh hüquqi şəxsdir, ona və rəhbərinə aid bütün məlumatlar, o cümlədən əlaqə telefon nömrələri vahid elekton sistemdə mövcuddur. Lakin adı çəkilən qətnamənin çıxarıldığı və daha sonra da elektron kabinetdə yerləşdirildiyi barədə cavabdehə SMS xəbərdarlıq göndərilməmişdir. Cavabdeh qətnamədən məlumatsız olduğundan, apellyasiya şikayətinin verilməməsi onun iradəsindən asılı olmamışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 125/2023 saylı qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməli Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(115)-125/2023 saylı və xx.xx.2023-cü il tarixli qərardadları ləğv edilərək yeni qərardad çıxarılmalı, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilərək sözügedən qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi göndərilən məlumata dair çıxarışdan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Ona görə də, Gəncə Kommersiya Məhkəməsinin qətnaməsi həmin tarixdə ona çatdırılmış sayılır. Elektron kabinetin istifadəçisi tərəfindən sənəd dərhal da oxuna bilər, bir neçə gün sonra da oxuna bilər və yaxud sənədin oxunmadığı hallar da ola bilər. Sənədin hansı tarixdə oxunmasından və yaxud onun oxunmamasından asılı olmayaraq müddətin axımı onun yerləşdirildiyi gündən hesablanır. Əgər iddia qismən də olsa təmin edilmişdirsə məhkəmə onun qüvvəyə mindiyi günü müəyyən etməklə çıxarılmış qətnamənin icrası barədə lazımı prosessual hərəkətləri yerinə yetirməlidir. Müvafiq çıxarışdan görünür ki, Cavabdeh şəxsi elektron kabinetinə yerləşdirilmiş məhkəmə qətnaməsinin oxunması barədə məlumat yoxdur. Qətnamə bundan sonra da elektron kabinetdə oxunmayacağı halda, elektron kabinet istifadəçisi tərəfindən sənədin hansı tarixdə oxunacağı gözlənilməli deyildir. Buraxılmış müddəti o halda bərpa edilir ki, bu vəziyyət üzrlü səbəblərdən baş vermiş olsun. Yəni, şikayətin vaxtında verilməməsi şəxsin iradəsindən asılı olmayan səbəblərlə əlaqəli olmalıdır. İş üzrə proses iştirakçısı prosessual hərəkəti vaxtında yerinə yetirməmişdirsə, bunun üzrlü səbəblərini məhkəməyə təqdim etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, müddətin ötürülməsinə səbəb olan hallar hüquqi şəxsin iradəsindən asılı olan hallardır. Odur ki, müddətin bərpasından imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 357.1 və 357.2-ci maddələrinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual müddətin bərpasına dair ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli verilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh hüquqi ünvanı dəyişmiş, əvvəlki hüquqi ünvanı ünvan 1ar Xəlilov (ünvan 3 ünvana bildiriş göndərilməklə məhkəməyə çağırılmamışdır. Bundan başqa məhkəmə prosessual müddətin bərpa edilməsindən imtina edilməsinə dair gəldiyi nəticəni xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qətnaməsinin xx.xx.2023-cü il tarixdə Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsi ilə əsaslandırmış olsa da, lakin bu barədə məlumatın elektron qaydada (elektron poçt və SMS vasitəsilə) cavabdehə çatdırılmamasına əhəmiyyət verməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsini tənzimləyən 135.6-cı maddəsində göstərilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Belə olduğu halda kollegiya hesab edir ki, Cavabdeh tərəfindən qeyd olunan qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət üzrlü səbəbdən buraxılmışdır. Cavabdeh ərizə ilə müraciət edərək buraxılmış müddətin bərpa edilməsini və şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində təsbit olunmuş İnsan və vətəndaş hüquqularının müdafiəsi adlanan maddəsində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsində isə göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 08 may 2008-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı hüquqi mövqeyini aşağıdakı qaydada nümayiş etdirmişdir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli Qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etməmiş cavabdehin prosessual müddətin bərpasına dair ərizəsini təmin etməməklə, onu yuxarı məhkəmə instansiyasına müraciət etmək, bununla da, onun apellyasiya instansiyası məhkəməsində öz hüquq və azadlıqlarını müdafiə etmək hüququndan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-125/2023 saylı xx.xx.2023-cü il tarixli və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadları ləğv edilərək yeni qərardad çıxarılmalı, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilərək sözügedən qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0 və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 133, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-125/2023 saylı xx.xx.2023-cü il tarixli və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək yeni qərardad çıxarılsın. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilsin və baxılması üçün Kommersiya Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar