Məhkəmə qərarları › İş №2-2(104)-253/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-253/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-253/2023 20.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-592/2023 saylı qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdehlər X3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X2 13 noyabr 2021 -ci il tarixli, 300 №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 21808 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 1522,19 manat məbləğində dəbbə pulunun, ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manatın müştərək qaydada tulularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, e-2-2(115)-592/2023 nömrəli qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi qismən təmin edilərək, cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada 21808 (iyirmi bir min səkkiz yüz səkkiz) manat məbləğində borc, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 22008 (iyirmi iki min səkkiz) manat borc və 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, e-2-2(115)-592/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Gəncə Kommersiya Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, e-2-2(115)- 592/2023 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(115)- 592/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməklə yanaşı, həmçinin Gəncə Kommersiya Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-592/2023 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin həm prosessual müddətin bərpasına dair ərizə verməsini, həm də qərardaddan şikayət verməsini, yəni müraciətlərinin ziddiyətli olmasını nəzərə alaraq, ilk öncə şikayətə baxılmasını qərara almışdır. Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, qeydiyyatda olduğu ünvanda deyil, ünvan 1 qəbul etmiş şəxs onun ailə üzvü və ya qohumu deyildir. Həmin qətnamədən Gəncə şəhəri üzrə İcra İdarəsinin bildirişi vasitəsi ilə xəbərdar olmuşdur. Bundan sonra rəsmi müraciət edərək, qətnaməni Gəncə Kommersiya Məhkəməsindən əldə etmişdir. Hesab edir ki, şikayəti əsassız olaraq geri qaytarılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2-2(115)- 592/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını arşadıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-592/2023 saylı qərardadı və həmin qərardadla bağlı 23 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-592/2023 saylı qərardadı ləğv edilməli və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələbinin yenidən yoxlanılması üçün Gəncə Kommersiya Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayətini geri qaytaran birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-592/2023 nömrəli qətnaməsinin surəti Cavabdeh2 qeydiyyatda olduğu ünvandan xx.xx.2023-cü il tarixdə “Könül” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Buna görə də apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Qərardaddan şikayət verən Cavabdeh2 məhkəmə qətnaməsini onun adından almış şəxs ilə nə kimi münasibətinin olmasına aydınlıq gətirmədən, məhkəmə sənədinin həmin şəxs tərəfindən ona verilib-verilməməsinin səbəblərini göstərmədən, həmin şəxsin onun ailə üzvü olmaması (yaşayış yeri üzrə ailə tərkibi haqqında sənəd təqdim etməklə) barədə sübut təqdim etmədən apellyasiya şikayətinin verilmə müddətini qətnamənin surətinin təkrarən verildiyi vaxtdan hesablayaraq təqdim etmişdir. Halbuki şikayət verən şəxs ilk növbədə xx.xx.2023-cü il tarixdə onun ünvanına çatdırılmış qətnamənin ona təqdim edilmədiyini sübuta yetirməlidir. Məhkəmə kollegiyası şikayəti təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh2 02 oktyabr 2023-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, qeyd olunan qətnamə qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün ona çatmamışdır. Qətnamə haqqında məlumatı Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən ona bildiriş göndərildikdən sonra almışdır. Buna görə həmin qətnamənin rəsmi olaraq ona verilməsini xahiş etmişdir. Cavabdehin müraciətinə əsasən qətnamə 05 oktyabr 2023-cü il tarixdə ona təqdim edilmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.7-ci maddəsinə əsasən məhkəmə aktının surətinin təkrarən verilməsinə görə 10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin, iş materiallarında cavabdehin məhkəmə aktının təkrarən əldə etməsinə görə dövlət rüsumu ödəməsi müəyyən edilməməkdədir. Buna görə də cavabdehin qətnaməni rəsmi qaydada almış hesab edən birinci instansiya məhkəməsinin qətnaməni təkrarən cavabdehə verərkən dövlət rüsumunun ödəməsini tələb etməməsi anlaşılan olmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə Cavabdeh2 qeydiyyatda olduğu ünvan 3 ünvanına məhkəmə bildirişləri göndərilsə də məhkəmə bildirişləri (poçt zərfləri səhifə 44 və 47) cavabdehə təqdim edilə bilməyərək poçt orqanı tərəfindən məhkəməyə geri qaytarılmışdır. Səhifə 47-də olan poçt zərfinin üzərində isə evin kirayədə olduğu və Cavabdeh2 həmin ünvanda yaşamadığı qeyd olunmuşdur. Lakin, qətnaməsinin poçt vasitəsi ilə həmin ünvana göndərildiyi təqdirdə isə həmin ünvandan Könül adlı şəxsin qətnaməni qəbul etməsi aydın olmamışdır. Cavabdeh şikayətində qeydiyyatda olduğu ünvanda deyil, ünvan 4məni qəbul etmiş şəxsin onun ailə üzvü və ya qohumu olmadığını qeyd etməklə, ailə üzvlərinə dair müvafiq arayışı da məhkəməyə təqdim etmişdir ki, həmin arayışda da Könül adlı ailə üzvünün olması müəyyən edilməməkdədir. Birinci instansiya məhkəməsi isə cavabdehin Könül adlı şəxsin onun ailə üzvü olmamasına dair sübut təqdim etmədiyini və Könül adlı şəxslə nə kimi münasibətinin olmasını şikayətində göstərmədiyini əsas gətirərək şikayəti təmin etməmişdir. Halbuki, apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 363-cü maddəsinin tələbini yoxlayarkən, o cümlədən verilmiş şikayətə baxarkən birinci instansiya məhkəməsi cavabdehi şifahi məhkəmə iclasına dəvət edib dinləməklə və sair prosessual hərəkətlər etməklə mövcud qeyri-müəyyənliyi və ya anlaşılmazlığı aradan qaldırmaqla, daha əsaslı nəticəyə gələ bilərdi. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnamənin Mülki Prosessual Məcəlləsinin 135.3 və 135.5-ci maddələrinin tələbi baxımından qətnamənin rəsmi qaydada verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı hesab olunmamaqdadır. Belə ki, Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən məhkəmə sənədi ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs verildikdə qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini göstərməlidir. Lakin, iş materiallarında olan poçt göndərişinin verilməsinə dair xəbərnamədə yalnız Könül adlı şəxs qeyd olunmaqla, soyadı və ünvan sahibinə olan münasibəti qeyd olunmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin qərardadı əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Kommersiya Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-592/2023 saylı qərardadı və həmin qərardadla bağlı 23 oktyabr 2023-cü il tarixli, e-2-2(115)- 592/2023 saylı qərardadı ləğv edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələbinin yenidən yoxlanılması üçün X1 geri qaytarılmalıdır. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar