Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-265/2025 10.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1293/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1293/2025 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1293/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barəsində yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1241.25 (bir min iki yüz qırx bir manat iyirmi beş qəpik) manat borc və 33 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış xx.xx.2023-ci tarixli, 211.18.59.164 saylı “Şəkər çuğunduru üzrə Qarışıq Müqavilə”sinə əsasən cavabdeh 5.93 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkibbecərməyi və istehsal etdiyi məhsulu "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Cəmiyyət tərəfindən Cavabdehə 2240 (iki min iki yüz qırx) manat dəyərində şəkər çuğunduru toxumu, 1346.67 (bir min üç yüz qırx altı manat altımış yeddi qəpik) manat dəyərində dərman, 840 (səkkiz yüz qırx) manat dəyərində gübrə, 2407.58 (iki min dörd yüz yeddi manat əlli səkkiz qəpik) manat dəyərində isə aqrotexniki xidmət satılmışdır. Nəticədə cavabdehin cəmiyyətə 6834.25 (altı min səkkiz yüz otuz dörd manat iyirmi beş qəpik) manat borcu yaranmışdır. Cavabdeh tərəfindən isə cəmiyyətə 5593 (beş min beş yüz doxsan üç) manat dəyərində məhsul təhvil verilmişdir. Təhvil verilmiş məhsulun dəyəri hissəsində cavabdehin borcu azaldılmışdır. Son olaraq cavabdehin cəmiyyətə 1241.25 (bir min iki yüz qırx bir manat iyirmi beş qəpik) manat borcu qalmışdır. Cavabdehin borclu olması təhvil-təslim aktlarında və ödəniş tapşırıqlarında öz əksini tapmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, qətnaməni qəbul etmirlər. Belə ki, iş materialında təqdim edilmiş sübutlar və iddiaçı ilə cavabdeh arasında bağlanan müqavilə Gəncə Kommersiya Məhkəməsi tərəfindən yanlış təhlil edilmişdir. İlk olaraq bildirilir ki, iddiaçı tərəf müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Müqavilənin predmetində göstərilən bütün öhdəliklər – toxum, dərman, gübrə və aqrotexniki xidmətlərin satışı vaxtında olmuşdur. Həmin sübutlar iş materialında öz əksini tapmış və məhkəmə iclası zamanı cavabdeh hakim tərəfindən verilən suallara cavab olaraq həmin işləri qəbul etdiyini bildirmişdir. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Buna görə də hesab edirlər ki, iddia təmin edilməli idi. Məhkəmə hesab edir ki, çuğundurun yığımı ilə bağlı iddiaçı müqavilə öhdəliklərini pozmuşdur. Belə ki, şəkər çuğundurunun yığımını vaxtında həyata keçirməmiş və nəticədə məhsul çürümüşdür. Bununla bağlı bildirilir ki, müqavilənin 5.4-ci maddəsi hakim tərəfindən yanlış təhlil edilmişdir. Müqavilənin 5.4-cü bəndində qeyd olunur ki, şəkər çuğundurunun yığımının başlanması və son təhvil tarixləri Alıcı tərəfindən müəyyənləşdirilir və 20 gün əvvəl Fermerə hazırki müqavilənin son hissəsində göstərilən ünvan və ya telefon vasitəsilə bildirilir. İddaçı tərəf cavadehin sahəsini yığmamışdan öncə cavabdehi telefon vasitəsilə məlumatlandırmışdır. Müqavilədə heç bir müddəasında məhsulun yığılması ilə bağlı dəqiq tarix qeyd edilməmişdir. Buna görə də məhsulun yığımının gecikməsi ilə bağlı məhkəmənin gəldiyi qənaət tam əsassızdır. Sadəcə cavabdehin əkin sahəsinə düşən xəstəlilk məhsulun çürüməsinə səbəb olmuşdur. Bu da həm məhsulun çəkisinə həm də şəkərlilik dərəcəsinə mənfi təsir göstərmişdir. Nəticədə hər hektardan 30-40 ton arası məhsul verməsi əvəzinə 19 ton məhsul təhvil vermişdir. Buna görə də hesab edirlər ki, məhkəmə yanlış qənaətə gəlmişdir. İddiaçı MMC-nin Tərtər rayonu üzrə nümayəndəsi ilə əlaqə saxlanılmış və fermerin probleminin həll olunmasının vacibliyi bildirilmişdir. Zavod nümayəndəsi öz növbəsində həmin ərazidə kombayn olmadığını və yaxın günlərdə kombaynla təmin olunacağını bildirmişdir. Lakin 20 oktyabr 2024-cü il tarixdə fermer yenidən telefon vasitəsi ilə əlaqə saxlayaraq hələ də kombaynla təmin olunmadığını bildirmişdir. DAİM direktoru tərəfindən yenidən İddiaçı MMC-nin Tərtər rayonu üzrə nümayəndəsi ilə əlaqə saxlanılmış, fermerin müraciətinə baxılmamasının səbəbi öyrənilmişdir. Zavod nümayəndəsi tərəfindən səbəb olaraq rayon ərazisində hələdə kombayn olmadığını, yaxın günlərdə kombaynla təmin olunacağı bildirilmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X2 verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, əkin sahəsi kiçik olduqda adətən fermer çuğunduru əl əməyindən istifadə etməklə yığıb təhvil verir. Lakin əkin sahəsi böyük olduqda alıcının texnikasından istifadə edilməklə məhsul yığılır. Hazırkı halda cavabdeh çuğunduru 5 ha ərazidə əkmiş, cavabdehin borclu qalmasının səbəbi heç də texnika ilə gec təmin olunması yox, məhsulda xəstəlik səbəbindən çürümənin baş verməsi olmuşdur. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci tarixli, 211.18.59.164 saylı “Şəkər çuğunduru üzrə Qarışıq Müqavilə”sindən görünür ki, müqaviləyə əsasən cavabdeh 5.93 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.4-cü bəndində qeyd olunur ki, şəkər çuğundurunun yığımının başlanması və son təhvil tarixləri Alıcı tərəfindən müəyyənləşdirilir və 20 gün əvvəl Fermerə hazırki müqavilənin son hissəsində göstərilən ünvan və ya telefon vasitəsilə bildirilir. Müqavilənin icrası ilə əlaqədar cəmiyyət tərəfindən cavabdehə 2240 (iki min iki yüz qırx) manat dəyərində şəkər çuğunduru toxumu, 1346.67 (bir min üç yüz qırx altı manat altımış yeddi qəpik) manat dəyərində dərman, 840 (səkkiz yüz qırx) manat dəyərində gübrə, 2407.58 (iki min dörd yüz yeddi manat əlli səkkiz qəpik) manat dəyərində isə aqrotexniki xidmət satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Tərtər X4 Mərkəzinin 30 iyul 2025-ci il tarixli 3-22-3-59/2-49/2025 nömrəli məktubundan görünür ki, cavabdeh Köçərli kənd sakini Cavabdeh 05 oktyabr 2024-cü il tarixdə Tərtər X4 Mərkəzinə telefon vasitəsi ilə zəng edərək rayonun Köçərli kənd ərazisində yerləşən 5 ha çuğundur sahəsində çürümə başladığını və onun yerində təcili yığım aparılması üçün kombaynla təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı MMC-nin Tərtər rayonu üzrə nümayəndəsi ilə əlaqə saxlanılmış və fermerin probleminin həll olunmasının vacibliyi bildirilmişdir. Zavod nümayəndəsi öz növbəsinədə həmin ərazidə kombayn olmadığını və yaxın günlərdə kombaynla təmin olunacağını bildirmişdir. Lakin 20 oktyabr 2024-cü il tarixdə fermer yenidən telefon vasitəsi ilə əlaqə saxlayaraq hələ də kombaynla təmin olunmadığını bildirmişdir. DAİM direktoru tərəfindən yenidən İddiaçı MMC-nin Tərtər rayonu üzrə nümayəndəsi ilə əlaqə saxlanılmış, fermerin müraciətinə baxılmamasının səbəbi öyrənilmişdir. Zavod nümayəndəsi tərəfindən səbəb olaraq rayon ərazisində hələ də kombayn olmadığını, yaxın günlərdə kombaynla təmin olunacağı bildirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci tarixli, 211.18.59.164 saylı “Şəkər çuğunduru üzrə Qarışıq Müqavilə”sinə əsasən cavabdeh 5.93 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkibbecərməyi və istehsal etdiyi məhsulu "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Cəmiyyət tərəfindən cavabdehə 2240 (iki min iki yüz qırx) manat dəyərində şəkər çuğunduru toxumu, 1346.67 (bir min üç yüz qırx altı manat altımış yeddi qəpik) manat dəyərində dərman, 840 (səkkiz yüz qırx) manat dəyərində gübrə, 2407.58 (iki min dörd yüz yeddi manat əlli səkkiz qəpik) manat dəyərində isə aqrotexniki xidmət satılmışdır. Nəticədə cavabdehin cəmiyyətə 6834.25 (altı min səkkiz yüz otuz dörd manat iyirmi beş qəpik) manat borcu yaranmışdır. Cavabdeh tərəfindən isə cəmiyyətə 5593 (beş min beş yüz doxsan üç) manat dəyərində məhsul təhvil verilmişdir. Təhvil verilmiş məhsulun dəyəri hissəsində cavabdehin borcu azaldılmışdır. Son olaraq cavabdehin cəmiyyətə 1241.25 (bir min iki yüz qırx bir manat iyirmi beş qəpik) manat borcu qalmışdır. Cavabdehin borclu olması təhvil-təslim aktlarında və ödəniş tapşırıqlarında öz əksini tapmışdır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin izahatlarından, şahid ifadələrindən və işin faktiki hallarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh qabaqcadan şəkər çuğunduru məhsulunda çürümə başladığından təcili yığılması ilə bağlı iddiaçını məlumatlandırsa da, iddiaçı tərəfindən cavabdeh vaxtında yığım kombaynı ilə təmin olunmamış və yalnız dekabr ayının əvvəllərində cavabdehin əkin sahəsində olan məhsul yığılmışdır. İddiaçının vaxtında cavabdehi kombaynla təchiz etməməsi səbəbindən və yığım gec olduğundan yüksək məhsul əldə edilə bilməmişdir. Nəticədə isə fermerin şirkətə borcu yaranmışdır. Şirkət fermeri zamanında yığım kombaynı ilə təmin etməli olduğu halda bunu etməmiş və nəticədə müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin borcu iddiaçının onu vaxtında yığım kombaynı ilə təmin etməməsi ilə əlaqədar olduğundan iddiaçı borcun cavabdehdən tələb edilməsini tələb etməkdə haqlı olmamışdır. Çünki cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək məhsulun yetişdirilməsi ilə bütün aqrotexniki tədbirləri görmüşdür. Lakin məhsul gec yığıldığından yüksək məhsuldarlıq əldə edilə bilməmişdir. Bu halda isə cavabdehin hər hansı müqavilə öhdəliyini pozmasından söhbət belə gedə bilməz. Ona görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq və təqdim olunmuş sübutlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı təşkilat cavabdeh fermeri zamanında yığım kombaynı ilə təmin etməli olduğu halda bunu etməmiş və nəticədə müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. X5 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsi cavabdehin borclu qalmasının səbəbini məhsulun çürüməsi ilə bağlı olması, çürümənin isə məhsulun gec yığılması ilə yox, məhsulda xəstəliyin olması səbəbindən baş verdiyini bildirsə də, onun həmin dəlili izahatından başqa işdə olan hər hansı sübutla təsdiq olunmur. Odur ki, kollegiya cavabdehin yetişdirdiyi məhsulun çürüməsinin səbəbinin məhsulun zamanında yığılmamasına dair birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1293/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1293/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-265/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-265/2025
10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver