Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-38/2025 10.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli e-2-2(115)-738/2024 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 68750 manatın, 26250 manat mənəvi zərərin və ödənilmiş 375 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli e-2-2(115)-738/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 68750 manat pul və 296 manat 95 qəpik dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə Cavabdeh1 31 oktyabr 2024-cü il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-738/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin Cavabdeh1 münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e2-2(115)-738/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını üzürlü hesab edərək müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən Goranboy rayon İcra şöbəsinə dəvət edildikdən sonra ona məlum olmuşdur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-738/2024 saylı qətnaməsi ilə ondan 68750 manat pul və 296 manat 95 qəpik dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Halbuki qətnamənin çıxarılmasından məlumatı olmamış və qətnamə rəsmi qaydada ona təqdim edilməmişdir. Vəkillə müqavilə bağladıqdan sonra xx.xx.2024-cü il tarixdə vəkil vasitəsi ilə qətnaməni əldə etdikdən sonra apellyasiya şikayəti vermişdir. Belə ki, sözügedən iş üzrə elektron məhkəmə sisteminə əlavə edilmiş xəbərnamədən də göründüyü kimi qətnamə bacısı Züleyxa Mustafayeva tərəfindən qəbul edilmişdir. Halbuki ailə üzvləri ilə (atası, bacısı və digərləri) aralarında münaqişəli vəziyyət olduğundan 2024-cü ilin iyul ayından etibarən o, evdən qovulmuşdur və həmin vaxtdan indiyədək Bakı şəhərində yaşamışdır. Bu səbəbdən ünvana göndərilən qətnamə ailə üzvləri tərəfindən ona çatdırılmamışdır. Hətta, o ailə üzvləri tərəfindən özünə məxsus qeyri-yaşayış sahəsindən də çıxarılmış və qeyri-yaşayış sahəsinə daxil olmağına maneələr yaradılmışdır. Bu səbəbdən Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(045)-37/2024 saylı qərardadı ilə onun müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilərək “Medlife MMC” Hospitalın təsisçisi və direktoru Şahid1 (eyni zamanda digər ailə üzvləri - ata Cavabdeh2, ana X5 və bacı X3) tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 5117,4 kv.m olan və Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinə, yəni “Medlife MMC”-nin yerləşdiyi qeyri-yaşayış sahəsinə Cavabdeh1 sərbəst giriş-çıxışına yaradılan süni maneələrin aradan qaldırılması və Şahid1 (eyni zamanda digər ailə üzvləri ata Cavabdeh2, ana X5 və bacı X3) tərəfindən Cavabdeh1 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 5117,4 kv.m olan “Medlife MMC” Hospitalın yerləşdiyi qeyri-yaşayış sahəsinə sərbəst giriş-çıxışına qarşı maneələrin yaradılması Şahid1, Cavabdeh2, X4 və X1 qadağan edilməsi qərara alınmışdır. Bundan əlavə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(045)-979/2024 saylı qərarı ilə o məhz ailə münaqişəsi zəminində baş vermiş hadisə ilə bağlı 10 gün müddətinə inzibati həbs edilmişdir. Göründüyü kimi, həqiqətən də ailə üzvləri ilə aralarında münasibətlər pozulmuş və 2024-cü ilin iyul ayından Goranboy rayonunda yaşamamışdır. Məhkəmə tərəfindən göndərilən qətnamə isə onunla münasibətləri pozulan bacısı X3 tərəfindən qəbul edilmiş və həmin qətnamə ona çatdırılmamışdır. Həmçinin, bu müddətdə o həbsdə də olmuşdur. Qeyd olunanlardan göründüyü kimi, o qətnamənin mövcudluğundan məlumatsız olmuşdur. Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli e-2-2(115)-738/2024 nömrəli qərardadı həmin məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(115)-738/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardadla razılaşmayan Cavabdeh1 şikayət verərək Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli e-2-2(115)-738/2024 nömrəli qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilərək apellyasiya şikayətinin baxılması üçün apellyasiya məhkəməsinə göndəruilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli e-2-2(115)-738/2024 nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməli, Gəncə Kommersiya xx.xx.2024-cü il tarixli e-2-2(115)-738/2024 nömrəli qərardadı ləğv edilməli, ərizə təmin edilməli, Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək iş apellyasiya şikayətinə baxılmasından ötrü kommersiya kollegiyasına verilmlidir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materiallarında olan sənədlərdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi 03 sentyabr 2024-cü il tarixdə tərəflərə, o cümlədən Cavabdeh1 ünvanı olan Goranboy rayonu, Eldəniz Bağırov küçəsinə göndərilmiş və həmin qətnamənin qətnamənin surətini 09 sentyabr 2024-cü il tarixdə poçt xəbərnaməsinə Mustafayeva Züleyxa (bacısı) tərəfindən imza etməklə təhvil alınmışdır. İşin hallarından, o cümlədən Cavabdeh1 ərizəsindən görünür ki, ailə üzvləri ilə münaqişəli olduğuna görə 2024-cü ilin iyul ayından daimi yaşayış yerində yaşamır. Hazırki halda cavabdeh qətnamənin münasibətləri pozulan bacısı X3 tərəfindən qəbul edilməsini, birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X3 ifadəsində xəbərnamədəki yazı nümunəsi və imzanın ona məxsus olmamasını bildirdiyindən kollegiya cavabdehin narazı qaldığı məhkəmə aktından şikayət verə bilməsi hüququnun realizə edilməsinin mümkün edilməsi üçün hesab edir ki, verilmiş ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində təsbit olunmuş İnsan və vətəndaş hüquqularının müdafiəsi adlanan maddəsində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsində isə göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 08 may 2008-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı hüquqi mövqeyini aşağıdakı qaydada nümayiş etdirmişdir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli Qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında iştirak etməmiş cavabdehin prosessual müddətin bərpasına dair ərizəsini təmin etməməklə, onu yuxarı məhkəmə instansiyasına müraciət etmək, bununla da, onun apellyasiya instansiyası məhkəməsində öz hüquq və azadlıqlarını müdafiə etmək hüququndan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilərək Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli e-2-2(115)-738/2024 nömrəli qərardadı ləğv edilərək yeni qərardad çıxarılmalı, Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli e-2-2(115)-738/2024 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilərək sözügedən qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0 və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 133, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli e-2-2(115)-738/2024 nömrəli qərardadı ləğv edilsin və yeni qərardad çıxarılsın. Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli e-2-2(115)-738/2024 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilsin. Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli e-2-2(115)-738/2024 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilsin və baxılması üçün kommersiya kollegiyasina verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-2(104)-38/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-38/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver