Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-40/2024 17.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X1 katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2-(115)-1773/2023 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2-(115)-1773/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1773/2023 nömrəli qətnaməsini ləğv edərək, vergi ödəyicisi "xxxx" MMC-ni icra orqanının rəhbəri olan Maraqlı şəxs İşsizlikdən Sığorta Fonduna 11,05 manat, dövlət büdcəsinə 20864,9 manat məbləğində (o cümlədən, vergilər üzrə 177,11 manat, faizlər üzrə 20687,79 manat), Dövlət Sosial Müdafiə Fonduna 276,1 manat, İcbari Tibbi Sığorta Fonduna 44,14 manat olmaqla, ümumilikdə 21196,19 manat borcunun ödənilməsini təmin etmək məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 20864,9 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 276,1 manat, İşsizlikdən Sığorta Fonduna olan 11,05 manat, İcbari Tibbi Sığorta Fonduna olan 44,14 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 11,05 manat, dövlət büdcəsinə 20864,9 manat məbləğində (o cümlədən, vergilər üzrə 177,11 manat, faizlər üzrə 20687,79 manat), Dövlət Sosial Müdafiə Fonduna 276,1 manat, İcbari Tibbi Sığorta Fonduna 44,14 manat olmaqla, ümumilikdə 21196,19 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən mütənasiblik prinsipinə birtərəfli yanaşmışdır. Məhkəmə ətraflı araşdırma aparmayaraq, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ödənilməmiş borc məbləğinin olmasına baxmayaraq maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olmaması qənaətinə gəlməklə maddi hüquq normalarını nəzərə almamış, tətbiq edilməli olduğu halda tətbiq etməmiş, nəticədə əsassız olaraq ərizəçinin tələbi təmin edilməmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən işdə olan sübutlar düzgün araşdırılmamış, ərizəçinin dəlillərinə münasibət bildirilməmişdir. İş üzrə maraqlı şəxsin şəxsi hesab vərəqəsinə əsasən onun borclarının olması barədə dəlillər məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə yalnız vergi ödəyicisinin borcunun azalmasına istinad edərək və prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yalnız maraqlı şəxsin gətirdiyi dəlillərə istinad etməklə iş üzrə yanlış qərar vermişdir. Halbuki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə nəzər saldıqda görürük ki, ərizə üzrə tələb olunan borc tam şəkildə ödənilməmiş qalmaqdadır. Belə ki, şəxsi hesab vərəqəsindən də göründüyü kimi, ərizədə qeyd olunan faiz məbləği 2023-cü ilin mart ayı üzrə vergi ödəyicisinə hesablanmış və onun tərəfindən ödənilməmiş ƏDV borcuna görə yaranmağa başlamış və ərizə məhkəməyə verilən tarixə həmin faiz məbləği 20687,79 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin dövlət büdcəsinə olan borcundan 2023-cü ilin iyul ayı üzrə ƏDV məbləğindən 167951,75 manat azaldılsa da, qeyd olunan məbləğ Vergi Məcəlləsinin 88.1.1-ci maddəsinə əsasən müəyyən edilmiş sıra qaydasına görə yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləğinə ödənilmiş, əsas vergi borcu tam ödənilmədiyindən faiz məbləğindən hər hansı silinmə aparılmamışdır. Bundan əlavə, verilmiş azalmanın başqa dövrə aid olduğunu da hakim nəzərə almamışdır. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəliləri ilə bağlı maraqlı şəxsi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməlii və ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumat cədvəlindən görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********780600 №-li, xx.xx.2023-cü il tarixli **********250500 №-li, xx.xx.2023-cü il tarixli **********782000 №-li, xx.xx.2023-cü il tarixli **********781300 №-li bildirişlərdən görünür ki, vergi ödəyicisinə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs doğum tarixi və yeri xx.xx.2002-ci il, Bərdə rayonu, qeydiyyat ünvanı Bərdə rayonu Körpüqıran kəndidir. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixdə 168130,86 manat borc, 5716,45 manat faiz üzrə qalıq hesablanmışdır. xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin dövlət büdcəsinə olan borcundan 167951,75 manat azaldılmış, 177,11 manat borcu qalmışdır. 168130,86 manat vergi borcuna əsasən hesablanmış faiz borcu xx.xx.2023-cü il tarixinə 20687,79 manat təşkil etmişdir. Bundan başqa Dövlət Sosial Müdafiə Fonduna 276,10 manat, İşsizlikdən Sığorta Fonduna 11,05 manat, İcbari Tibbi Sığorta Fonduna 44,13 manat borcun olması göstərilmişdir. Ərizəni təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə hesablanmış 168130,86 manat borcu 167951,75 manat azaldılmış və vergi ödəyicisinin 177,11 manat borcu qalmış, ərizədə vergi ödəyicisinin dövlət büdcəsinə qeyd edilən 20864,9 manat borcunun 177,11 manatdan çox olan hissəsi yalnız faiz borcu təşkil edir ki, qeyd edilən məbləğ sonradan azaldılmış vergi borcuna görə hesablanmışdır. Lakin faiz borcu əsas borcun azaldılmasına mütənasib azaldılmamışdır. Bundan başqa ərizəçi Dövlət Sosial Müdafiə Fonduna 276,1 manat, İcbari Tibbi Sığorta Fonduna 44,14 manat, İşsizlikdən Sığorta Fonduna 11,05 manat borcun ödənilməsi ilə bağlı da vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdılmasını xahiş etmişdir. Məhkəmə diqqətə çatdırır ki, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Məhdudiyyətin mütənasib olub-olmaması mütləq müəyyən edilməli, bu zaman vergi ödəyicisinin mübahisəyə qədərki davranışları, vergilərin vaxtı-vaxtında ödənilməsi kimi hallar, bu məcburiyyət tədbiri tətbiq edilmədən vergilərin ödənilməsi imkanları və s. nəzərə alınmalıdır. işin halları ona dəlalət edir ki, borclunun üzərinə ölkəni tərk etməmək barədə məhdudiyyət avtomatik qoyulmuş, ona şəxsi vəziyyəti, borcu ödəməməsi səbəbləri barədə izahat vermək imkanı yaradılmamış, bununla da ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasiblik təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 23.1.15-3-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 11,05 manat, dövlət büdcəsinə 20864,9 manat məbləğində (o cümlədən, vergilər üzrə 177,11 manat, faizlər üzrə 20687,79 manat), Dövlət Sosial Müdafiə Fonduna 276,1 manat, İcbari Tibbi Sığorta Fonduna 44,14 manat olmaqla, ümumilikdə 21196,19 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ərizəni təmin etməməkdə haqlı olmamışdır. Kollegiya qeyd edir ki, hazırkı halda məhkəmə araşdırmasının predmetini yaranmış borcun vaxtında ödənilməməsinə görə vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təşkil edir və onun ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət büdcəsinə olan vergi borcunun yubadılmadan ödənilməsinə xidmət edir. Təsadüfi deyil ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək Azərbaycan Respublikasının Konstitusiyasında hər bir kəsin borcu kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, kollegiya ərizəçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək, ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1773/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. Vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 20864,9 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 276,1 manat, İşsizlikdən Sığorta Fonduna olan 11,05 manat, İcbari Tibbi Sığorta Fonduna olan 44,14 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (Şəxsiyyət vəsiqəsinin FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-40/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-40/2024
17.01.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver