Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-40/2025 17.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin İddiaçı qarşı pul tələblərinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndələri X1, X12 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə və Cavabdehn İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-691/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları İddiaçı ilə X7 arasında 10 noyabr 2021-ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 14 hektar, 14 dekabr 2021-ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 20 hektar, X8 ilə arasında 17 dekabr 2021- ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 1,35 hektar, X9 ilə arasında 21 dekabr 2021-ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 1,02 ha əkinə yararlı torpaq sahəsi İddiaçı tərəfindən icarəyə götürülmüşdür. Həmçinin İddiaçı ilə Cavabdeh MMC arasında 14 dekabr 2021-ci il tarixdə bağlanmış GC-012 saylı xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulunun alğı-satqısı haqqında müqaviləyə əsasən müqavilənin şərtləri daxilində fermer (yaxud satıcı) özünə məxsus olan və ya icarəyə götürdüyü Samux rayonu Sərkar kəndində 38 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə alıcıya məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini yerinə yetirərək yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə alıcıya satmağı öhdəsinə götürmüşdür. 38 hektar torpaq sahəsi Samux rayonu Sərkar kəndində yerləşsə də iki ayrıayrı sahələrdən ibarət olmuşdur. Cavabdeh MMC tərəfindən fermer İddiaçı hesabına pambığın əkilib-becərilməsi məqsədilə bank vasitəsilə 14700 manat məbləğində vəsait köçürülmüşdür. Həmin köçürülən məbləğlə bağlı tərəflərin heç bir mübahisəsi olmamışdır. Samux rayonu, Sərkar kəndində olan 18 ha torpaq sahəsinə baxış keçirilimiş və baxış zamanı həmin torpaq sahəsinin pambıq bitkisinin əkini üçün tam yararlı olduğu müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, 15 iyul 2022-ci il tarixdə 1300 manat, xx.xx.2022-ci il tarixdə 4500 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 900 manat məbləğində vəsait bank vasitəsilə köçürülmüşdür (ödəniş tapşırıqları). xx.xx.2022-ci il tarixlərdə 4 ha pambıq əkin sahəsində şum xidmətləri üçün 160 manat, 9 ha pambıq əkin sahəsində şum xidmətləri üçün 360 manat, xx.xx.2022-ci il tarixdə 2.7 ha pambıq əkin sahəsində şum xidməti üçün 108 manat, xx.xx.2022-ci il tarixdə 10 ha pambıq əkin sahəsində ağır mala üçün 200 manat, xx.xx.2022-ci il tarixlərdə 17 ha pambıq əkin sahəsində pambıq səpini kübrə ilə 289 manat, 17 ha pambıq əkin sahəsində ağır mala üçün 340 manat, xx.xx.2022-ci il tarixdə 4 ha pambıq əkin sahəsində kultivasiya üçün 64 manat, xx.xx.2022-ci il tarixdə 11.50 ha pambıq əkin sahəsində kultivasiya üçün 184 manat, xx.xx.2022-ci il tarixlərdə 20 ha pambıq əkin sahəsində pambıq səpini üçün 320 manat, 20 ha pambıq əkin sahəsində ağır mala üçün 400 manat, xx.xx.2022-ci il tarixdə 5 ha pambıq əkin sahəsində kultivasiya (şırım) üçün 80 manat, xx.xx.2022ci il tarixdə 13 ha pambıq əkin sahəsində kultivasiya üçün 208 manat, xx.xx.2022-ci il tarixdə 20 ha pambıq əkin sahəsində kultivasiya üçün 320 manat, xx.xx.2022-ci il tarixdə 28 ha pambıq əkin sahəsində dərman səpini üçün 420 manat, xx.xx.2022-ci il tarixdə 12 ha pambıq əkin sahəsində kultivasiya (şırım) kübrə ilə 204 manat, xx.xx.2022-ci il tarixdə 10 ha pambıq əkin sahəsində dərman səpini üçün 150 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində kultivasiya üçün 288 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində kultivasiya kübrə ilə 306 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində dərman səpini üçün 270 manat, xx.xx.2022-ci il tarixdə 12 ha pambıq əkin sahəsində dərman səpini üçün 180 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində dərman səpini üçün 270 manat, xx.xx.2022-ci il tarixdə 11 ha pambıq əkin sahəsində dərman səpini üçün 165 manat, xx.xx.2022-ci il tarixdə 16 ha pambıq əkin sahəsində dərman səpini üçün 240 manat, xx.xx.2022-ci il tarixdə 11 ha pambıq əkin sahəsində pambıq yığımı (ikinci) üçün 990 manat, xx.xx.2023-cü il tarixdə 18 ha pambıq əkin sahəsində pambıq yığımı üçün 2700 manat dəyərində xidmətlərin göstərilməsi qeyd edilmişdir. 28 iyul 2022-ci il tarixli 128614 saylı qaimə-fakturaya əsasən 504 manat, 13 avqust 2022-ci il tarixli 128633 saylı qaimə-fakturaya əsasən 378 manat, 23 iyul 2022-ci il tarixli 128609 saylı qaiməfakturaya əsasən 2240 manat, 25 iyul 2022-ci il tarixli 128611 saylı qaimə-fakturaya əsasən 160 manat, 04 oktyabr 2022-ci il tarixli 128678 saylı qaimə-fakturaya əsasən 82,40 manat, 03 noyabr 2022-ci il tarixli 128699 saylı qaiməfakturaya əsasən 1791,60 manat, 03 oktyabr 2022-ci il tarixli 128676 saylı qaimə-fakturaya əsasən 535,60 manat, 16 avqust 2022-ci il tarixli 128636 saylı qaimə-fakturaya əsasən 436,80 manat, 15 aprel 2022-ci il tarixli 125525 saylı qaimə-fakturaya əsasən 609 manat, 06 iyun 2022-ci il tarixli 125629 saylı qaimə-fakturaya əsasən 320,25 manat, 05 iyun 2022-ci il tarixli 125620 saylı qaimə-fakturaya əsasən 2412,38 manat, 15 aprel 2022-ci il tarixli 125486 saylı qaimə-fakturaya əsasən 3200 manat, 06 aprel 2022-ci il tarixli 125478 saylı qaimə fakturaya əsasən 2100 manat, 07 iyul 2022-ci il tarixli 125716 saylı qaimə-fakturaya əsasən 1500 manat, 08 iyul 2022-ci il tarixli 125719 saylı qaimə-fakturaya əsasən 378 manat, 30 iyun 2022-ci il tarixli 125689 saylı qaimə-fakturaya əsasən 420 manat, 11 iyun 2022-ci il tarixli 125725 saylı qaimə-fakturaya əsasən 84 manat, 01 iyun 2022-ci il tarixli 125692 saylı qaiməfakturaya əsasən 28 manat, 08 noyabr 2022-ci il tarixli 129553 saylı qaimə-fakturaya əsasən 232,40 manat dəyərində olan mallar təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə 3848 kq-3078,40 manat dəyərində, 2402 kq-1921,60 manat dəyərində, 323 kq-258,40 manat dəyərində, 3619 kq-2895,20 manat dəyərində, xx.xx.2022-ci il tarixdə 4358 kq-3486,40 manat dəyərində, xx.xx.2022-ci il tarixdə 3284,29 kq-2627,43 manat dəyərində, 2695 kq 2156 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 2779,61 kq-2223,69 manat dəyərində, 2784,50 kq-2227,60 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 2698,94 kq-2159,15 manat dəyərində, 1389,39 kq-1111,51 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 2745,83 kq2196,66 manat dəyərində, 325,23 kq-260,18 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 2424,75 kq-1697,33 manat dəyərində, xx.xx.2023-cü il tarixdə 1824 kq-1276,80 manat dəyərində, ümumilikdə 37502 kq-29576,35 manat dəyərində pambıq təhvil verilmişdir(ödəniş qəbzləri). Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2024-cü il tarixli 4/977 nömrəli ekspertiza rəyində qeyd olunur ki, 1. Ekspertizaya təqdim edilmiş, işin 2-ci cildində olan: Cavabdeh MMC-nin direktoru X2 ünvanlanmış 15 dekabr 2021-ci il tarixli 20 hektar xam pambığın əkini üçün müqavilə bağlanmasına icazə verilməsinə dair ərizədə “İmza” qrqafasındakı imza; həmin ərizəyə əlavə edilmiş imza nümunələrinin 4-cü qrafasında “Fermerin və ya qanuni təmsilçinin imza nümunələri” qrafalarında “1. 2. 3.” rəqəmləri qarşısındakı imzalar (cild 2 i/v 15-16, 6 ədəd); 14 dekabr 2021-ci il tarixli 20 hektar torpaq sahəsində pambıq yetişdirmək məqsədilə bağlanmış icarə müqaviləsində “Tərəflərin imzası” hissəsində “İcarəyə götürən tərəfindən” qrafasından aşağıdakı imza; 14 dekabr 2021-ci il tarixli Torpaq sahəsin (20 hektar) icarəyə verilməsi haqqında müqavilədə ““İcarəçi” tərəfindən” qrafası qarşısındakı imza; xx.xx.2021-ci tarixli xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulun alğı-satqısı haqqında GC-012 nömrəli müqavilənin kserosurətində “Fermer” qrafasında “İddiaçı Qələndər oğlu” yazılarından aşağıda yerləşən “İmza:” qrafasında əks olunmuş imza; işin 2-ci cildində olan kənd təsərrüfatında göstərilən iş və xidmətlər haqqında xx.xx.2022-ci il tarixli (20 ha pambıq əkini sahəsində təkrar pambıq səpini) aktında ’’İmzalar:” qrafasında “3. Ocməhob Ə.” əlyazmalası qarşısındakı imza; xx.xx.2022-cii il tarixli (28 ha pambıq əkini sahəsində dərman səpini) aktında “İmzalar:” qrafasında “3. İddiaçı” əlyazmaları qarşısındakı imza; işin 2-ci cildində olan 15 aprel 2022-ci il tarixli 125525 nömrəli qaimə-fakturada “Təhvil verdim” qrafasında “İddiaçı Qələndər oğlu” yazıları qarşısındakı imza; 30 iyun 2022-ci il tarixli 125689 nömrəli qaiməfakturada “Təhvil aldım” qrafasında “İddiaçı Qələndər oğlu” yazıları qarşısındakı imza; 08 noyabr 2022-ci il tarixli 129553 nömrəli qaimə-fakturada “Təhvil verdim” qrafasında “İddiaçı Qələnd oğlu” yazıları qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, işin 2-ci cildində olan kənd təsərrüfatında göstərilən iş və xidmətlər haqqında xx.xx.2022-ci il tarixli (11,50 ha pambıq əkini sahəsində kultivasiya) aktında “İmzalar:” qrafasında “Ocmahob Əзизбəу” əlyazmaları qarşısındakı imza; xx.xx.2022-ci il tarixli (20 ha pambıq əkini sahəsində ağır mala) aktında “İmzalar:” qrafasında “3. İddiaçı” əlyazmaları qarşısındakı imza; 20-xx-xx-2022-ci il tarixli (20 ha pambıq əkini sahəsində kultuvator) aktında “İmzalar:” qrafasında “3. Ocməhob Əзизбəу” əlyazmaları qarşısındakı imza; xx.xx.2022-ci il tarixli (10 ha pambıq əkini sahəsində dərman səpini) aktında “İmzalar:” qrafasında “3. Ocməhob Əзизбəу” əlyazmaları qarşısındakı imza; xx.xx.2022-ci il tarixli (18 ha pambıq əkini sahəsində kultuvator, gübrə səpini) aktında “İmzalar:” qrafasında “3. Ocməhob Əзизбəу” əlyazmaları qarşısındakı imza; xx.xx.2022-ci il tarixli (18 ha pambıq əkini sahəsində dərman səpini) aktında “İmzalar:” qrafasında “3. Ocməhob Əзиз” əlyazmaları qarşısındakı imza; 04-xx.xx.2023-cü il tarixli (18 ha pambıq əkini sahəsində kombayınla pambıq yığımı İ üz) aktında “İmzalar:” qrafasında “3. İddiaçı” əlyazmaları qarşısındakı imza; işin 2-ci cildində olan 28 iyul 2022-ci il tarixli 128614 nömrəli qaimə-fakturada “Təhvil aldım” qrafasında “İddiaçı Qələndər oğlu” yazıları qarşısındakı imza; 23 iyul 2022-ci tarixli 128609 nömrəli qaiməfakturada “Təhvil aldım” qrafasında “İddiaçı Qələndər oğlu” yazıları qarşısındakı imza; 16 avqust 2022-ci il tarixli 128636 nömrəli qaimə-fakturada “Təhvil aldım” qrafasında “İddiaçı Qələndər oğlu” yazıları qarşısındakı imza; 15 aprel 2022-ci il tarixli 125486 nömrəli qaimə-fakturada “Təhvil aldım“ qrafasında “İddiaçı Qələndər oğlu” yazıları qarşısındakı imza; 08 iyul 2022-ci il tarixli 125719 nömrəli qaimə-fakturada “Təhvil aldım” qrafasındakı imza; 11 iyun 2022-ci il tarixli 125725 nömrəli qaimə-fakturada “Təhvil verdim” qrafasında “İddiaçı Qələndər oğlu yazıları qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri isə 138 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin İddiaçı ünvanladığı 04 oktyabr 2024-cü il tarixli məktubuna əsasən EKTİS-ə daxil edilmiş 5 ədəd pambıq qəbulu qəbzi üzrə 2022-ci ildə istehsal edib tədarük məntəqəsinə təhvil verdiyi ümumi 9911 kq (kondisiya çəkisində) pambığa görə hesablanmış 1684,87 manat məhsul subsidiyası kart hesabına ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12018,40 manat pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 ilə torpaq sahəsinin icarəyə götürülməsinə dair Samux rayon notariat ofisində icarə müqaviləsi bağlamışlar. İcarəyə götürdüyü torpaq sahəsində pambıq əkmək niyyətinə düşmüşdür. Bu məqsədlə də o xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC ilə “Xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulun alğı-satqısı haqqında” GC-013 nömrəli müqavilə bağlamış, imzalarla və həmin təşkilatın möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə həmin müqaviləni Sərkar bələdiyyəsi də imza və möhürlə təsdiq etmişdir. Müqavilə şərtinə əsasən 10 ha icarəyə götürdüyü torpaq sahəsində öz işçi qüvvəsi, alıcıya məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini həyata keçirərək xam pambığın əkilib becərilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilə şərtinə əsasən xam pambıq alıcıya satılacaq və əvəzində satıcı tərəf ona pambığın növünə görə alış qiyməti əsasında dəyərini ödəyəcək. O, icarəyə götürdüyü 10 ha torpaq sahəsində əkilmiş pambığı öz cəlb etdiyi günəmuzd işçi qüvvəsi ilə becərilməsini və bitkilərə aqrotexniki qulluq işini həyata keçirmiş, cavabdeh tərəfindən 10 ha torpaq sahəsində şum, mala və digər kənd təsərrüfatı texnikası ilə görülən işləri yerinə yetirilmişdir. Həmçinin bitki mühafizəsi işini, yəni zərərvericilərə qarşı digər kimyəvi preaparatlardan birlikdə istifadə etmişlər. Nəticədə pambıq bitkisi normal inkişaf etmiş və əldə edilmiş xam pambıq müqavilə şərtinə əsasən cavabdehə satılmışdır. xx.xx.2021-ci il tarixdə GC-013 nömrəli müqavilə ilə icarəyə götürülmüş 10 ha torpaq sahəsində əkilmiş xam pambığın becərilməsinə və yığılmasına 12576 manat pul xərcləmişdir. Digər torpaq sahəsində isə xam pambığı Cavabdeh MMC özü əkmişdir. O, sadəcə olaraq şərtləşməyə görə həmin pambıq sahəsinin işçi qüvvəsi ilə təmin edilməsində əməli köməklik göstərmişdir. Becərmə işlərində iştirak edən işçilər isə işlərinə görə öz əmək haqqlarını almışlar. Bu səbəbdən də, müqavilədən kənar əkilən xam pambığın becərilməsi ilə əlaqədar cavabdehdən heç bir xərc tələb etmir. Müqavilə ilə icarəyə götürülmüş 10 ha əkilmiş pambıq sahəsindən fiziki çəkidə 30570 kq xam pambıq yığılaraq cavabdehə satılmışdır. Cavabdeh ona satılmış xam pambığa görə 19397,50 manat gəlir əldə etmişdir. Müqavilə şərtinə əsasən pambığın satışından əldə edilmiş 19397,50 manat gəlirdən pambığın becərilməsinə cavabdeh tərəfindən çəkilmiş xərcləri, yəni, 12576 manatı çıxdıqda 6821,50 manat gəlir əldə olunur. Bundan əlavə pambıq istehsalı ilə əlaqədar dövlət büdcəsindən istehsal olunmuş xam pambığın 1 kq-na 0,17 manat subdisiya pulu əlavə olunmuşdur. Bununla da istehsal olunmuş 30570 kq pambığa görə əlavə olaraq dövlət büdcəsindən 5196,90 manat subsidiya ödənilmişdir. Cavabdeh həmin subsidiyanı da, özü götürmüş və həmin pulu ona ödəməmişdir. Ona görə də, cavabdehin ona pambıq istehsalı ilə əlaqədar müqavilə şərtinə görə 12018,40 manat ((19397,50 + 5196,90)– 12576) pul vəsaiti ödəməlidir. Cavabdeh "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Qələndər oğlunun "xxxx" MMC-yə qarşı iddiasının rədd edilməsini, İddiaçı Qələndər oğlundan 7548,17 manat əsas borc, müqavilə üzrə hesablanmış 2264,45 manat cərimə, 30 manat dövlət rüsumu olmaqla 9842,62 manatın tutularaq "xxxx" MMC-yə ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh İddiaçı Qələndər oğlu "xxxx" MMC-yə xx.xx.2021-ci ildə ərizə ilə müraciət edərək 18 hektar xam pambığın əkini üçün müqavilə bağlanmasına icazə istəmişdir. O, bu müraciətə X4 öz mülkiyyətində olan 14 hektar torpaq sahəsinin icarəsi haqqında xx.xx.2021-ci il tarixli müqavilə təqdim etmiş, bundan başqa iki əlavə X10 ilə xx.xx.2021-ci il tarixli və X8 ilə xx.xx.2021-ci tarixli torpaq sahəsinin icarəyə götürülməsi haqqında müqavilə təqdim etmişdir. Bundan başqa İddiaçı Qələndər oğlu xx.xx.2021-ci ildə əlavə olaraq 20 hektar torpaq sahəsində xam pambığın əkini üçün müqavilə bağlanmasına icazə verilməsi üçün müraciət etmişdir. O, bu müraciətə xx.xx.2021-ci ildə X7 ilə bağladığı müqaviləni təqdim etmişdir. Bu müraciətlərin əsasında İddiaçı Qələndər oğlu ilə "xxxx" MMC arasında 38 hektar torpaq sahəsində pambıq əkilməsi haqqında xx.xx.2021-ci il tarixli GC-012 nömrəli müqavilə bağlanmışdır. Alıcı müqaviləyə əsasən özünə məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini yerinə yetirməsini, satıcı öz işçi qüvvəsi ilə yüksək məhsuldarlıqlı pambıq əkib becərməyi və əldə edilmiş xam pambığı müqavilə ilə müəyyən edilmiş qiymətə alıcıya satmağı öhdəsinə götürmüşdür. Satıcı 38 hektar torpaq sahəsində pambıq əkərək hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə alıcıya təhvil verməli idi. Alıcı özünə məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini yerinə yetirərək satıcını toxumla, gübrə ilə, zərərvericilərə qarşı dərmanlarla təmin etməli, həmçinin pul vəsaiti verməli idi. "xxxx" MMC öz öhdəliklərini tam şəkildə icra etsə də, cavabdeh İddiaçı Qələndər oğlu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Maliyyə hesabatlarından görünür ki, "xxxx" MMC cavabdehə 40502,33 manat xərc çəkmiş, bunlardan 14700 manat nağd olaraq pul şəklində Banka ödənilmiş, 14380,33 manat dəyərində toxum, gübrə, kimyəvi peraparatlar verilmiş, 11422 manat dəyərində aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdeh bütün sahədən 28299,90 manat dəyərində xam pambıq təhvil vermiş, eyni zamanda borcundan 4654,26 manat almadığı subsidiya borcundan ödənilmişdir. Belə olduqda xx.xx.2024-cü ilə onlara olan əsas borcu 7548,17 manat təşkil edir və müqavilənin 5-ci maddəsinin 5.2-ci bəndinə görə cərimə 2264,45 manat təşkil edir. Beləliklə, cavabdehin ümumi borcu 9812,62 manat təşkil edir. Cavabdeh "xxxx" MMC iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı "xxxx" MMC-yə qarşı iddiasının rədd edilməsi, cavabdeh İddiaçı 5961,29 manat əsas borc, müqavilə üzrə hesablanmış 1788,39 manat cərimə borcu, 30 manat dövlət rüsumu olmaqla cəmi 7779,68 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-691/2024 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli GC-012 saylı xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulun alğı-satqısı haqqında müqavilə üzrə yaranmış 5222 (beş min iki yüz iyirmi iki) manat 99 (doxsan doqquz) qəpik məbləğində borc ilk iddia üzrə Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İlkin iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X7 arasında 10 noyabr 2021-ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 14 hektar, 14 dekabr 2021-ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 20 hektar, X8 arasında 17 dekabr 2021- ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 1,35 hektar, X9 arasında 21 dekabr 2021-ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 1,02 ha əkinə yararlı torpaq sahəsi İddiaçı tərəfindən icarəyə götürülmüşdür. Həmçinin İddiaçı ilə Cavabdeh MMC arasında 14 dekabr 2021-ci il tarixdə bağlanmış GC-012 saylı xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulunun alqı-satqısı haqqında müqaviləyə əsasən müqavilənin şərtləri daxilində fermer (yaxud satıcı) özünə məxsus olan və ya icarəyə götürdüyü Samux rayonu Sərkar kəndində 38 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə alıcıya məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini yerinə yetirərək yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə alıcıya satmağı öhdəsinə götürmüşdür. 38 hektar torpaq sahəsi Samux rayonu Sərkar kəndində yerləşsə də iki ayrıayrı sahələrdən ibarət olmuşdur. Goran Cotton” MMC tərəfindən fermer İddiaçı hesabına pambığın əkilib-becərilməsi məqsədilə bank vasitəsilə 14700 manat məbləğində vəsait köçürülmüşdür. Həmin köçürülən məbləğlə bağlı tərəflərin heç bir mübahisəsi olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Cavabdeh MMC fermer İddiaçı müqavilə üzrə 14380,33 manat dəyərində mal verdiyini iddia etsə də işdə olan sənədlər, habelə ekspertiza rəyi ilə fermerə verilən malın 9457,83 manat dəyərində olması müəyyən edilir. Belə ki. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş 19 ədəd malın verilməsi haqqında qaimə fakturalardan cəmi 8 ədəd qaimə faktura üzrə (13 avqust 2022-ci il tarixli 128633 saylı qaimə-fakturaya əsasən 378 manat, 03 noyabr 2022-ci il tarixli 128699 saylı qaimə-fakturaya əsasən 1791,60 manat, 03 oktyabr 2022-ci il tarixli 128676 saylı qaiməfakturaya əsasən 535,60 manat, 06 iyun 2022-ci il tarixli 125629 saylı qaiməfakturaya əsasən 320,25 manat, 05 iyun 2022-ci il tarixli 125620 saylı qaimə-fakturaya əsasən 2412,38 manat, 06 aprel 2022-ci il tarixli 125478 saylı qaimə-fakturaya əsasən 2100 manat, 07 iyul 2022-ci il tarixli 125716 saylı qaimə-fakturaya əsasən 1500 manat, 30 iyun 2022-ci il tarixli 125689 saylı qaimə-fakturaya əsasən 420 manat dəyərində) cəmi 9457,83 manat dəyərində malların fermer İddiaçı verilməsi öz təsdiqini tapmışdır. Qalan qaimələrin 6 ədədindən (25 iyul 2022-ci il tarixli 128611 saylı qaimə-fakturaya əsasən 160 manat, 04 oktyabr 2022-ci il tarixli 128678 saylı qaimə-fakturaya əsasən 82,40 manat, 15 aprel 2022-ci il tarixli 125525 saylı qaimə-fakturaya əsasən 609 manat, 11 iyun 2022-ci il tarixli 125725 saylı qaimə-fakturaya əsasən 84 manat, 01 iyun 2022-ci il tarixli 125692 saylı qaimə-fakturaya əsasən 28 manat, 08 noyabr 2022-ci il tarixli 129553 saylı qaimə-fakturaya əsasən 232,40 manat) görünür ki, həmin qaimə fakturalar üzrə mallar Cavabdeh MMC-yə qaytarılmışdır. Digər 5 ədəd qaimə fakturalar (28 iyul 2022-ci il tarixli 128614 saylı qaimə-fakturaya əsasən 504 manat, 23 iyul 2022-ci il tarixli 128609 saylı qaimə-fakturaya əsasən 2240 manat, 16 avqust 2022-ci il tarixli 128636 saylı qaimə-fakturaya əsasən 436,80 manat, 15 aprel 2022-ci il tarixli 125486 saylı qaimə-fakturaya əsasən 3200 manat, 08 iyul 2022-ci il tarixli 125719 saylı qaimə-fakturaya əsasən 378 manat) üzrə isə malın Cavabdeh MMC tərəfindən fermer İddiaçı verilməsi öz təsdiqini tapmamışdır. Beləliklə, iş materialları ilə Cavabdeh MMC tərəfindən fermer İddiaçı yalnız 9457,83 manat dəyərində malların verilməsi təsdiq olunur. Fermerə göstərilən xidmətlərlə bağlı məhkəmə bildirmişdir ki, Cavabdeh MMC tərəfindən məhkəməyə 25 ədəd kənd təsərrüfatında göstərilən iş və xidmətlər barəsindəki aktlar təqdim edilmiş, həmçinin hər iki tərəf məhkəməyə aktlarda göstərilən xidmətlərin qiymətlərini əks etdirən cədvəl təqdim etmişdir. Həmin aktlardan 18 ədəd akt üzrə Cavabdeh MMC tərəfindən İddiaçı cəmi 4886 manat dəyərində xidmətin göstərilməsi öz təsdiqini tapmışdır. Halbuki Cavabdeh MMC 18 ədəd akta istinad edərək fermerə 11422 manat dəyərində xidmət göstərildiyini iddia etmişdir. Belə ki, təqdim edilmiş aktların 18 ədədindən (xx.xx.2022-ci il tarixlərdə 4 ha pambıq əkin sahəsində şum xidmətləri üçün 160 manat, 9 ha pambıq əkin sahəsində şum xidmətləri üçün 360 manat, xx.xx.2022-ci il tarixdə 2.7 ha pambıq əkin sahəsində şum xidməti üçün 108 manat, xx.xx.2022-ci il tarixdə 10 ha pambıq əkin sahəsində ağır mala üçün 200 manat, xx.xx.2022- ci il tarixlərdə 17 ha pambıq əkin sahəsində pambıq səpini kübrə ilə 289 manat, 17 ha pambıq əkin sahəsində ağır mala üçün 340 manat, xx.xx.2022-ci il tarixdə 4 ha pambıq əkin sahəsində kultivasiya üçün 64 manat, xx.xx.2022-ci il tarixlərdə 20 ha pambıq əkin sahəsində pambıq səpini üçün 320 manat, xx.xx.2022-ci il tarixdə 5 ha pambıq əkin sahəsində kultivasiya (şırım) üçün 80 manat, 19.06 2022-ci il tarixdə 13 ha pambıq əkin sahəsində kultivasiya üçün 208 manat, xx.xx.2022-ci il tarixdə 28 ha pambıq əkin sahəsində dərman səpini üçün 420 manat, xx.xx.2022-ci il tarixdə 12 ha pambıq əkin sahəsində kultivasiya (şırım) kübrə ilə 204 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində kultivasiya üçün 288 manat, xx.xx.2022-ci il tarixdə 12 ha pambıq əkin sahəsində dərman səpini üçün 180 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində dərman səpini üçün 270 manat, xx.xx.2022-ci il tarixdə 11 ha pambıq əkin sahəsində dərman səpini üçün 165 manat, xx.xx.2022-ci il tarixdə 16 ha pambıq əkin sahəsində dərman səpini üçün 240 manat, xx.xx.2022-ci il tarixdə 11 ha pambıq əkin sahəsində pambıq yığımı (ikinci) üçün 990 manat) görünür ki, həmin aktlar üzrə fermer İddiaçı Cavabdeh MMC tərəfindən 4886 manat dəyərində xidmət göstərilməsi təsdiq edilir. Digər 7 akt (xx.xx.2022-ci il tarixdə 11.50 ha pambıq əkin sahəsində kultivasiya üçün 184 manat, 20 ha pambıq əkin sahəsində ağır mala üçün 400 manat, xx.xx.2022-ci il tarixdə 20 ha pambıq əkin sahəsində kultivasiya üçün 320 manat, xx.xx.2022-ci il tarixdə 10 ha pambıq əkin sahəsində dərman səpini üçün 150 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində kultivasiya kübrə ilə 306 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində dərman səpini üçün 270 manat, xx.xx.2023-cü il tarixdə 18 ha pambıq əkin sahəsində pambıq yığımı üçün 2700 manat) üzrə isə xidmətlərin İddiaçı göstərilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilən xam pambığın qəbul qəbzlərinə, maliyyə arayışına əsasən qeyd etmişdir ki, İddiaçı Cavabdeh MMC-yə 37502 kq çəkidə 29576,35 manat dəyərində pambıq təhvil vermişdir. Həmin çəkidə pambığı təhvil verilməsini İddiaçı həm izahatında, həm də iddia tələbində göstərmiş, Cavabdeh MMC-də həmin çəkidə və həmin məbləğdə pambığın İddiaçı tərəfindən Cavabdeh MMCyə təhvil verildiyi israrla bildirilmişdir. Həmçinin məhkəmə subsidiya məbləği ilə bağlı bildirmişdir ki, iş materiallarında olan sənədlərlə təhvil verilmiş pambığın hər kiloqramına 0,17 manatdan olmaqla subsidiya müəyyən edilmişdir. 37502 kq çəkidə pambıq üçün 0,17 manatdan hesablanmaqla 6375,34 manat subsidiya məbləği təşkil edir. Həmin məbləğin 1684,87 manatı fermer İddiaçı kartına köçürülmüş, qalan məbləğ 4690,47 manat isə Cavabdeh MMC-yə verilmişdir. Cavabdeh MMC isə onlara verilmiş subsidiya məbləğinin 4654,26 manat təşkil etdiyini və fermerin borcundan silindiyini göstərmişdir. Göründüyü kimi pambıq məhsulunun əkilib becərilməsi üçün Cavabdeh MMC tərəfindən fermer İddiaçı 14700 manat pul vəsaitinin verilməsi, 9457,83 manat dəyərində malın verilməsi, 4886 manat xidmət göstərilməsi, cəmi 29043,83 manat avansın verilməsi iş materialları ilə öz təsdiqini tapır. Fermer İddiaçı Cavabdeh MMC-yə təhvil verdiyi pambığın 29576,35 manat təşkil etməsi və pambıq məhsuluna görə verilən subsidiyanın 4690,47 manatının Cavabdeh MMC-yə verilməsi nəzərə alınmaqla Cavabdeh MMC-nin İddiaçı 5222,99 manat (29576,35 manat - 29043,83 manat = 532,52 manat + 4690,47 manat = 5222,99 manat) borclu qalması müəyyən edilir. Ona görə də ilk iddia qismən təmin edilməli, 5222 manat 99 qəpik məbləğində borc ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən tutularaq ilk iddia üzrə İddiaçı ödənilməli, ilk iddianın qalan hissəsi təmin edilməməlidir. Fermer İddiaçı "xxxx" MMC-yə borcunun olması müəyyən edilmədiyindən qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1 və 567-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, qətnamənin ləğv edilməsini ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı Qələndər oğlu "xxxx" MMC-yə xx.xx.2021-ci ildə ərizə ilə müraciət edərək 18 hektar xam pambığın əkini üçün müqavilə bağlanmasına icazə istəmişdir. O, bu müraciətə X4 öz mülkiyyətində olan 14 hektar torpaq sahəsinin icarəsi haqqında xx.xx.2021-ci il tarixli müqavilə təqdim etmiş, bundan başqa iki əlavə X10 ilə xx.xx.2021-ci il tarixli və X8 ilə xx.xx.2021-ci tarixli torpaq sahəsinin icarəyə götürülməsi haqqında müqavilə təqdim etmişdir. Bundan başqa İddiaçı Qələndər oğlu xx.xx.2021-ci ildə əlavə olaraq 20 hektar torpaq sahəsində xam pambığın əkini üçün müqavilə bağlanmasına icazə verilməsi üçün müraciət etmişdir. O, bu müraciətə xx.xx.2021-ci ildə X11 ilə bağladığı müqaviləni təqdim etmişdir. Bu müraciətlərin əsasında İddiaçı Qələndər oğlu ilə "xxxx" MMC arasında 38 hektar torpaq sahəsində pambıq əkilməsi haqqında xx.xx.2021-ci il tarixli GC-012 nömrəli müqavilə bağlanmışdır. Alıcı müqaviləyə əsasən özünə məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini yerinə yetirməsini, satıcı öz işçi qüvvəsi ilə yüksək məhsuldarlıqlı pambıq əkib becərməyi və əldə edilmiş xam pambığı müqavilə ilə müəyyən edilmiş qiymətə alıcıya satmağı öhdəsinə götürmüşdür. Satıcı 38 hektar torpaq sahəsində pambıq əkərək hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə alıcıya təhvil verməli idi. Alıcı özünə məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini yerinə yetirərək satıcını toxumla, gübrə ilə, zərərvericilərə qarşı dərmanlarla təmin etməli, həmçinin pul vəsaiti verməli idi. "xxxx" MMCöz öhdəliklərini tam şəkildə icra etsə də, cavabdeh İddiaçı Qələndər oğlu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Maliyyə hesabatlarından görünür ki, "xxxx" MMC cavabdehə 40502,33manat xərc çəkmiş, bunlardan 14700 manat nağd olaraq pul şəklində Banka ödənilmiş, 14380,33 manat dəyərində toxum, gübrə, kimyəvi peraparatlar verilmiş, 11422 manat dəyərində aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdeh bütün sahədən 28299,90 manat dəyərində xam pambıq təhvil vermiş, eyni zamanda borcundan 4654,26 manat almadığı subsidiya borcundan ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə 5961,29 manat əsas borc, 1788,39 manat faiz borcu vardır. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu hallarını nəzərə almamış, işin hallarını düzgün araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Nəticədə isə iş üzrə əsassız və qanunsuz qətnamə qəbut etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə uzun illərdir əməkdaşlıq edirlər və iddiaçı pambıq əkir. Bundan öncəki ildə də pambıq əkmiş və qazanc götürmüşdür. Lakin sonuncu əkin zamanı ziyan elədiyindən onlara şər atır. Torpaq sahələri iddiaçı tərəfindən əkilmiş və onlar tərəfindən əkin, qulluq üçün hər cür köməklik göstərilmiş, gübrə verilmişdir. Bütün işlərin görülməsi jurnallara qeyd edilmişdir. Bəzi hallarda imzalar aqronom tərəfindən atılsa da lakin əkin işləri iddiaçı trəfindən həyata keçirilmişdir. Cavabdehin nümayəndəsi X17 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı 20 ha torpaq sahəsini əkmək istəyəndə o, bu məsələdə onluq bir işin olmadığını bildirmişdir. Lakin sonradan iddiaçı ilə rəhbərlik razılaşdıqdan sonra 20 ha torpaq sahəsinə əkin, səpin işləri həyata keçirilmişdir. Onlar iddiaçı ilə uzun zamandır işlər görürlər və tərəflərin birinin digərinə inamı yaranmışdır. Gecə vaxtı işlər görüləndə və ya iddiaçı uzaqda olanda iddiaçı ona zəng vurçuş və o, iddiaçının əvəzinə qaimələrə imza ataraq malı işin dayanmaması üçün burxmışdır. Belə ki, sənədlər imzalanmadıqda gübrə və s. mallar o, cümlədən texnika anbardan çıxa bilməz. Bu səbəbdən də iddiaçının əvəzinə bəzi sənədlərə o, imza atmışdır. Bütün qeydiyyat sənədlərində işlərin iddiaçı tərəfindən görülməsinə dair qeydlər vardır. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, 20 ha torpaq sahəsi onun tərəfindən deyil cavabdeh tərəfindən əkilmişdir. Ziyan elədikləri üçün onun üzərinə atırlar. O, həmin torpaq sahəsiilə bağlı gübrə və sair mal almamış, hər hansı iş gördürməmişdir. Onun əkin sahəsi ilə cavabdehlərin əkin sahəsi qonşu olmuşdur. Onun sahəsi məhsuldar olmuşdur və cavabdeh ona verilməli olan məbləğoi vermir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni birgə fəaliyyət və alğı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında həm podrat, həm də alğı-satqıdan irəli gələn müqavilə münasibətləri formalaşmış və iddiaçı avans məbləğini ödəyəcək qədər xam pambıq təhvil verdikdən sonra əlavə pambıq təhvil verilməsinə baxmayaraq cavabdeh satın aldığı xam pambığın pulunu iddaaçıya ödəməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müyyən edildiyi kimi iddiaçı ilə X7 arasında 10 noyabr 2021-ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 14 hektar, 14 dekabr 2021-ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 20 hektar, X8 arasında 17 dekabr 2021-ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 1,35 hektar, X9 arasında 21 dekabr 2021-ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsinə əsasən 1,02 ha əkinə yararlı torpaq sahəsi İddiaçı tərəfindən icarəyə götürülmüşdür. Həmçinin iddiaçı ilə cavabdeh arasında 14 dekabr 2021-ci il tarixdə bağlanmış GC- 012 saylı xam pambığın becərilməsində birgə fəaliyyət və məhsulunun alğı-satqısı haqqında müqaviləyə əsasən müqavilənin şərtləri daxilində fermer (yaxud satıcı) özünə məxsus olan və ya icarəyə götürdüyü Samux rayonu Sərkar kəndində 38 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə alıcıya məxsus texnika ilə bütün kənd təsərrüfatı işlərini yerinə yetirərək yüksək məhsuldarlıqlı pambıq əkib-becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə alıcıya satmağı öhdəsinə götürmüşdür. 38 hektar torpaq sahəsi Samux rayonu Sərkar kəndində yerləşsə də iki ayrı-ayrı sahələrdən ibarət olmuşdur. Cavabdeh tərəfindən iddiaçının hesabına pambığın əkilibbecərilməsi məqsədilə bank vasitəsilə 14700 manat məbləğində vəsait köçürülmüşdür. Həmin köçürülən məbləğlə bağlı tərəflərin heç bir mübahisəsi olmamışdır. Hazırki mübahisə predmeti ilkin və qarşlıqlı iddia olmaqla aşağıdakılardan ibarətdir:
1. İddiaçı Cavabdeh MMCyə qarşı iddia qaldıraraq sonuncu tərəfindən ona avans (pul vəsaiti, mal verildiyi və xidmət göstərildiyi) verildiyi, onun da Cavabdeh MMC-yə pambıq təhvil verdiyi, habelə sonuncunun ona çatası subsidiyanı aldığını və ona borclu qaldığını bildirməklə cavabdehdən 12018,40 manat pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir.
2. Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq onun tərəfindən sonuncuya avans (pul vəsaiti, mal verildiyi və xidmət göstərildiyi) verildiyi, İddiaçı onlara verdiyi pambığın dəyərinin çıxılması və ayrılmış subsidiyanın da borcdan çıxılması nəzərə alınmaqla İddiaçı onlara borclu qaldığını bildirməklə 7548,17 manat əsas borc, müqavilə üzrə hesablanmış 2264,45 manat cərimə, 30 manat dövlət rüsumu olmaqla 9842,62 manatın tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh müqavilə üzrə iddiaçıya 14380,33 manat dəyərində mal verdiyini iddia etsə də işdə olan sənədlər, habelə ekspertiza rəyi ilə fermerə verilən malın 9457,83 manat dəyərində olması müəyyən edilir. Belə ki. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş 19 ədəd malın verilməsi haqqında qaimə fakturalardan cəmi 8 ədəd qaimə faktura üzrə (13 avqust 2022-ci il tarixli 128633 saylı qaimə-fakturaya əsasən 378 manat, 03 noyabr 2022-ci il tarixli 128699 saylı qaimə-fakturaya əsasən 1791,60 manat, 03 oktyabr 2022-ci il tarixli 128676 saylı qaimə-fakturaya əsasən 535,60 manat, 06 iyun 2022-ci il tarixli 125629 saylı qaiməfakturaya əsasən 320,25 manat, 05 iyun 2022-ci il tarixli 125620 saylı qaimə-fakturaya əsasən 2412,38 manat, 06 aprel 2022-ci il tarixli 125478 saylı qaimə-fakturaya əsasən 2100 manat, 07 iyul 2022-ci il tarixli 125716 saylı qaimə-fakturaya əsasən 1500 manat, 30 iyun 2022-ci il tarixli 125689 saylı qaimə-fakturaya əsasən 420 manat dəyərində) cəmi 9457,83 manat dəyərində malların fermer İddiaçı verilməsi öz təsdiqini tapmışdır. Qalan qaimələrin 6 ədədindən (25 iyul 2022-ci il tarixli 128611 saylı qaimə-fakturaya əsasən 160 manat, 04 oktyabr 2022-ci il tarixli 128678 saylı qaiməfakturaya əsasən 82,40 manat, 15 aprel 2022-ci il tarixli 125525 saylı qaimə-fakturaya əsasən 609 manat, 11 iyun 2022-ci il tarixli 125725 saylı qaimə-fakturaya əsasən 84 manat, 01 iyun 2022-ci il tarixli 125692 saylı qaimə-fakturaya əsasən 28 manat, 08 noyabr 2022-ci il tarixli 129553 saylı qaimə-fakturaya əsasən 232,40 manat) görünür ki, həmin qaimə fakturalar üzrə mallar Cavabdeh MMC-yə qaytarılmışdır. Digər 5 ədəd qaimə fakturalar (28 iyul 2022-ci il tarixli 128614 saylı qaimə-fakturaya əsasən 504 manat, 23 iyul 2022-ci il tarixli 128609 saylı qaimə-fakturaya əsasən 2240 manat, 16 avqust 2022-ci il tarixli 128636 saylı qaimə-fakturaya əsasən 436,80 manat, 15 aprel 2022-ci il tarixli 125486 saylı qaimə-fakturaya əsasən 3200 manat, 08 iyul 2022-ci il tarixli 125719 saylı qaimə-fakturaya əsasən 378 manat) üzrə isə malın Cavabdeh MMC tərəfindən fermer İddiaçı verilməsi öz təsdiqini tapmamışdır. Beləliklə, iş materialları ilə cavabdeh tərəfindən iddiaçıya yalnız 9457,83 manat dəyərində malların verilməsi təsdiq olunur. İddiaçıya göstərilən xidmətlərlə bağlı məhkəmə bildirir ki, Cavabdeh MMC tərəfindən məhkəməyə 25 ədəd kənd təsərrüfatında göstərilən iş və xidmətlər barəsindəki aktlar təqdim edilmiş, həmçinin hər iki tərəf məhkəməyə aktlarda göstərilən xidmətlərin qiymətlərini əks etdirən cədvəl təqdim etmişdir. Həmin aktlardan 18 ədəd akt üzrə Cavabdeh MMC tərəfindən İddiaçı cəmi 4886 manat dəyərində xidmətin göstərilməsi öz təsdiqini tapmışdır. Halbuki Cavabdeh MMC 18 ədəd akta istinad edərək fermerə 11422 manat dəyərində xidmət göstərildiyini iddia etmişdir. Belə ki, təqdim edilmiş aktların 18 ədədindən (xx.xx.2022-ci il tarixlərdə 4 ha pambıq əkin sahəsində şum xidmətləri üçün 160 manat, 9 ha pambıq əkin sahəsində şum xidmətləri üçün 360 manat, xx.xx.2022-ci il tarixdə 2.7 ha pambıq əkin sahəsində şum xidməti üçün 108 manat, xx.xx.2022-ci il tarixdə 10 ha pambıq əkin sahəsində ağır mala üçün 200 manat, xx.xx.2022- ci il tarixlərdə 17 ha pambıq əkin sahəsində pambıq səpini kübrə ilə 289 manat, 17 ha pambıq əkin sahəsində ağır mala üçün 340 manat, xx.xx.2022-ci il tarixdə 4 ha pambıq əkin sahəsində kultivasiya üçün 64 manat, xx.xx.2022-ci il tarixlərdə 20 ha pambıq əkin sahəsində pambıq səpini üçün 320 manat, xx.xx.2022-ci il tarixdə 5 ha pambıq əkin sahəsində kultivasiya (şırım) üçün 80 manat, 19.06 2022-ci il tarixdə 13 ha pambıq əkin sahəsində kultivasiya üçün 208 manat, xx.xx.2022-ci il tarixdə 28 ha pambıq əkin sahəsində dərman səpini üçün 420 manat, xx.xx.2022-ci il tarixdə 12 ha pambıq əkin sahəsində kultivasiya (şırım) kübrə ilə 204 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində kultivasiya üçün 288 manat, xx.xx.2022-ci il tarixdə 12 ha pambıq əkin sahəsində dərman səpini üçün 180 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində dərman səpini üçün 270 manat, xx.xx.2022-ci il tarixdə 11 ha pambıq əkin sahəsində dərman səpini üçün 165 manat, xx.xx.2022-ci il tarixdə 16 ha pambıq əkin sahəsində dərman səpini üçün 240 manat, xx.xx.2022-ci il tarixdə 11 ha pambıq əkin sahəsində pambıq yığımı (ikinci) üçün 990 manat) görünür ki, həmin aktlar üzrə fermer İddiaçı Cavabdeh MMC tərəfindən 4886 manat dəyərində xidmət göstərilməsi təsdiq edilir. Digər 7 akt (xx.xx.2022-ci il tarixdə 11.50 ha pambıq əkin sahəsində kultivasiya üçün 184 manat, 20 ha pambıq əkin sahəsində ağır mala üçün 400 manat, xx.xx.2022-ci il tarixdə 20 ha pambıq əkin sahəsində kultivasiya üçün 320 manat, xx.xx.2022-ci il tarixdə 10 ha pambıq əkin sahəsində dərman səpini üçün 150 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində kultivasiya kübrə ilə 306 manat, xx.xx.2022-ci il tarixdə 18 ha pambıq əkin sahəsində dərman səpini üçün 270 manat, xx.xx.2023-cü il tarixdə 18 ha pambıq əkin sahəsində pambıq yığımı üçün 2700 manat) üzrə isə xidmətlərin İddiaçı göstərilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xam pambığın qəbul qəbzlərinə, maliyyə arayışına əsasən qeyd edir ki, iddiaçı cavabdehə 37502 kq çəkidə 29576,35 manat dəyərində pambıq təhvil vermişdir. Həmin çəkidə pambığı təhvil verilməsini iddiaçı həm izahatında, həm də iddia tələbində göstərmiş, cavabdehdə həmin çəkidə və həmin məbləğdə pambığın iddiaçı tərəfindən cavabdehə təhvil verildiyi etiraf edir. Həmçinin məhkəmə subsidiya məbləği ilə bağlı bildirir ki, iş materiallarında olan sənədlərlə təhvil verilmiş pambığın hər kiloqramına 0,17 manatdan olmaqla subsidiya müəyyən edilmişdir. 37502 kq çəkidə pambıq üçün 0,17 manatdan hesablanmaqla 6375,34 manat subsidiya məbləği təşkil edir. Həmin məbləğin 1684,87 manatı fermer olan iddiaçının kart hesabına köçürülmüş, qalan məbləğ 4690,47 manat isə cavabdehə verilmişdir. Cavabdeh isə isə onlara verilmiş subsidiya məbləğinin 4654,26 manat təşkil etdiyini və fermerin borcundan silindiyini göstərmişdir. Göründüyü kimi pambıq məhsulunun əkilib becərilməsi üçün cavabdeh tərəfindən iddiaçıya 14700 manat pul vəsaitinin verilməsi, 9457,83 manat dəyərində malın verilməsi, 4886 manat xidmət göstərilməsi, cəmi 29043,83 manat avansın verilməsi iş materialları ilə öz təsdiqini tapır. İddiaçının cavabdehə təhvil verdiyi pambığın 29576,35 manat təşkil etməsi və pambıq məhsuluna görə verilən subsidiyanın 4690,47 manatının cavabdehə verilməsi nəzərə alınmaqla cavabdehin 5222,99 manat (29576,35 manat - 29043,83 manat = 532,52 manat + 4690,47 manat = 5222,99 manat) məbləğində iddiaçıya borclu qalmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Cavabdeh apellyasiya şikayətində və məhkəmə iclasında nümayəndəsi izahatında işlərin görüldüyü və xidmətlərin göstərildiyini bildirir. Nümayəndəsi məhkəmə iclasında iddiaçının əvəzinə müəyyən sənəndlərə aqronom tərəfindən imzanın atıldığını lakin işlərin həqiqətən görüldüyü və malın verildiyini iddia edir. Lakin məhkəmə raşdırması zamanı aoarılmış ekspertizann nəticələrinə dair rəyi cavabdeh tərəfin bildirdiklərini inkar edir və iddiaçı cavabdeh tərəfindən iddia olunan halları qəbul etmir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, iddiaçı birinci instansiyası məhkəməsinin qətnaməsindən şikayət verməmiş və hazırki qətnamə ilə birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədiyindən iddiaçının kassasiya hüququ yoxdur. Cavabdehə münasibətdə isə qeyd edilməlidirki, iddia və qarşılıqlı iddialar hər biri müstəqil tələblər olmaqla ilk iddia tələbi üzrə mübahisələndirilən hissə 5222,99 manat, qarşılıqlı iddia tələbi üzrə isə 7779,68 manat təşkil edir ki, hər bir iddia tələbi üzrə mübahisələndirilən məbləğlər 10000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-691/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.