Məhkəmə qərarları › İş №2-2(104)-48/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-48/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-48/2025 17.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1370/2023 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları Cavabdeh2 İddiaçı mağazasından 2020-2021-ci illərdə nisyə ödəmək şərti ilə müxtəlif məhsullar almış və borc məbləğinin ödənilməməsi əsası ilə hazırki tələb üzrə İddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin aldıqdarı və birgə mülkiyyətlərində olan təsərrüfatlarında istifadə edilmiş mallara görə əsas borc üzrə 49.098 manat, faiz borcu üzrə 3.886 manat, ümumilikdə isə 52.984 manat pulun müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayonunda fərdi sahibkar qismində qeydiyyatdadır və fəaliyyəti ona məxsus olan Şəmkir rayonu, Gəncə-Qazax şosesinin sol tərəfində yerləşən bitki toxumları və dərmanları satışı üzrə fəaliyyət göstərən mağazadan tərəvəzçilik sahəsində istifadə olunan dərman preparatlarının, bitki toxumlarının satışı ilə bağlıdır. İş prinsipinə əsasən, onunla alış-veriş edən sahibkarlar adətən mövsüm qabağı və məhsullarını satanadək təsərrüfatları üçün tələb olunan qədər preparatları nağd ödəniş edə bilmədikdə tələbatları həcmində qaimə fakturalar əsasında nisyə alırlar. Sonra isə mallarını satıb borclarını birdəfəlik ödəyirlər. İddiaçı isə pulun ödənişinin təsdiqi kimi onlara qəbz yazıb verir. Belə qayda ona görə yaranmışdır ki, müştərilərinin əksəriyyəti topdan satış məqsədi ilə tonlarla məhsul istehsal edirlər və ona görə də, aldıqları preparatlar çox olur. Cavabdeh2 2020-ci ildə iddiaçıdan aldığı preparatların pulunu ödəməmiş, 2021-ci ildə də nisyə mal almışdır. İddiaçı imtina etməmiş və cavabdehə dərmanları 2021-ci ildə də satmışdır. Fərdi sahibkar Cavabdeh2 həyat yoldaşı fərdi sahibkar Cavabdeh1 adına qeydiyyata alınmış onların ümumi birgə torpaq sahələrində quraşdırdıqları istixanada pomidor yetişdirirlər. Həmin torpaq sahəsi və istixana rəsmən sahibkar Cavabdeh1 adına qeydiyyatda olduğuna baxmayaraq, bütün işlərə rəhbərliyi Cavabdeh2 edir. Ona görə də, iddiaçının mağazasından preparatların alınması üçün yalnız Cavabdeh2 özü şəxsən və ya onun adından istixanada işləyən işçiləri müraciət edirdilər. Hər bir halda ondan alınmış dərman preparatları və toxumlar cavabdehlərin ümumi təsərrüfatlarında istifadə olunması və birgə qazanc götürülməsi məqsədi ilə əldə edilmişdir. Cavabdehlərin istixanaları üçün 2020 və 2021-ci illər ərzində ümumilikdə 49098 manat qiymətində müxtəlif dərman preparatları satmışdır. İddiaçı Cavabdeh2 malları qaimə fakturalar əsasında satmışdır. Qaimə fakturalarda malların adı, ölçü vahidi, miqdarı, qiyməti və hər mal üçün ümumi məbləği göstərilməklə sonda yekun məbləğ qeyd edilirdi. Malları qəbul edən Cavabdeh2 və ya onun göndərdiyi işçisi imza ilə bunu təsdiqləyib götürmüşdür. Bu qaimə fakturalar üzrə cavabdehlərin ümumi borcları 49098 manatdır. Borcun ödənilməsi məqsədi ilə cavabdehlərə pretenziya məktubu göndərmiş, lakin, cavabı və nəticəsi olmamışdır. Cavabdehlər aldıqları mallara görə satış pulunun ödənilməsinə yönəlmiş heç bir icra hərəkətləri etmədikləri üçün və həmin vaxtdan iddiaçıya veriləsi pul cavabdehlərdə olduğuna görə, ən azından əsas borcun ildə 5% hesablanmış faiz dərəcəsi üzrə pul borcu da iddiaçıya ödənilməlidir. Bu isə 2021-ci ilin oktyabr ayının sonundan 2023-cü ilin may ayının sonunadək olan 1 il 7 ay üzrə 3886 manat edir. Cavabdeh2 iddia tələbinə qarşı etirazla birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, digər Cavabdeh1 hazırkı işlə heç bir əlaqəsi yoxdur və iddiaya cavab verən şəxs deyildir. Sadəcə olaraq torpaq sahəsi ona məxsusdur. Cavabdeh tərəfindən iddiaçıdan alınan dərman preparatlarının pulları tam həcmdə ödənilmişdir. Belə ki, həmin dərman preparatları iddiaçının yanında işləyən X11 məsləhəti ilə alınmış, pulu da X8 tərəfindən ödənilmişdir. Cavabdeh həmin ərəfələrdə koronovirus xəstəliyindən əziyyət çəkdiyindən Bakı şəhərində 2 dəfə stasionar müalicədə olmuş və getməmişdən əvvəl istixana üçün sərf ediləcək xərclər üçün pul vəsaiti saxlamışdır. 2021-ci il tarixdə Rəşmin Əsgərovla birlikdə fəaliyyətə başlayaraq, 2021-ci il mövsümündə pomidor yetişdirmək qərarına gəlmişdir. 2021-ci il avqust və sentyabr aylarından işə başlamış, pomidor şitillərinin əkilməsi əslində iyul ayında olmalı olduğu təqdirdə Adanalı Uğurun məsləhəti ilə 2021-ci ilin avqust ayının ortalarında əkin işlərini yekunlaşdırmışlar. İddiaçının iddia ərizəsində tələb etdiyi “Vidate L” (240q\L) preparatının pulu hətta baxmayaraq ki, həmin dərman preparatını alan zaman dərman preparatının vaxtı keçmiş olsa belə, ödənilmişdir. Dərmanın cavabdehə satılan anda vaxtının keçmiş olmasını Rəşmin Əsgərovun imzası olan qaimə fakturalardakı tarixlər sübut edir. “Vidat” qeyd edilən qaimələrdəki tarixlər avqust və sentyabr aylarına təsadüf edir ki, həmin tarixdə artıq “Vidate” adlı dərmanın son istifadə vaxtı keçmiş idi. Bu fakt iddiaçının özünün tərcümə etdirərək məhkəməyə təqdim etdiyi “Vidate” dərmanının istifadə müddəti ilə əlaqədar təlimat sənədində öz əksini tapmışdır. “Vidate L” preparatının göstəricilər lövhəsində istehsal tarixi 2017-ci ilin iyun ayı və yararlılıq müddəti 4 il qeyd edilmişdir. İddiaçı özünün təqdim etdiyi tərcümə edilmiş sənəddə isə təhrif edilərək həmin tarix 5 il qeyd edilmişdir. “Vidate L” preparatının son istifadə tarixi 2021-ci ilin iyun ayında artıq bitmiş olur, iddiaçının iddia ərizəsinə əlavə etdiyi qaimə fakturalardan məlum olur ki, “Vidate L” preparatı avqust və sentyabr aylarında satılmışdır. Qaimə fakturalardakı “Ceyhun Posanlı” adı ilə götürülən dərman preparatlarının da cavabdehə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin şəxs ayrıca olaraq təsərrüfatla məşğul olmuş və dərman preparatları almışdır.Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1396/2024 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2-2(115)-1370/2023 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilərək, 35.866,60 manat məbləğində borcun Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında nisyə alğı-satqı münasibətlərinin olduğu, cavabdeh E.X1 vasitəsilə iddiaçıdan mal aldığı işin mübahisə edilməyən hallarına aiddir. Satılmış malların dəyərinə gəldikdə, məhkəmə vurğulamışdır ki, cavabdeh məhkəmə iclasında etiraf edərək, ona satılmış malları başqa şəxs deyil, X4 qəbul etdiyini bildirmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, qətnamənin əsasına malın satıldığı şəxslər kimi “Elbrus” və “Rəşmi” qeydləri yazılan qaimələr qoyulmalıdır. Cavabdeh alınmış malların dəyərini ödədiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, cavabdeh “Vidate” adlı malın yararlılıq müddətinin bitdiyinə istinad etsə də, mallar alınarkən yoxlanılaraq qəbul edildiyindən və malın keyfiyyətsiz olması ilə bağlı satıcıya heç bir pretenziya verilmədiyini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, cavabdehin bu dəlili əsaslı sayıla bilməz. İddiaçı tələbində satılmış malların Cavabdeh1 məxsus torpaq sahəsində yerləşən istixanada istifadə olunduğunu qeyd edib borcun müştərək qaydada hər iki cavabdehdən tutulmalı olduğunu iddia etsə də, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 iddiaçıdan mal aldığı təsdiq olunmadığı üçün iddia həmin cavabdehə münasibətdə təmin edilə bilməz. İddiaçı tələbində 49098 manat məbləğində borcun ödənilməsini tələb etsə də, məhkəməyə təqdim olunmuş ümumilikdə 35.866,60 manatdan başqa digər qaimələrdə malları alan şəxs kimi “Ceyhun Posanlı”, “Posanlı Pomidor”, “Posanlı xiyar” və s. qeyd olunduğundan və həmin qaimələrin cavabdehə aidiyyəti olması təsdiq olunmadığından, bundan başqa bir sıra qaimələr təhvil alan şəxs tərəfindən imzalanmadığından, məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsas borca aid qalan hissəsi təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərin aldıqları mallara görə bu günədək satış pulunun ödənilməsinə yönəlmiş heç bir icra hərəkətləri etmədikləri üçün və həmin vaxtdan ona veriləsi pul cavabdehlərdə olduğuna görə, ən azından əsas borcun ildə 5% hesablanmış faiz dərəcəsi üzrə 3886 manat pul borcunun da iddiaçıya ödənilməsinə dair tələb irəli sürərkən, tərəflərin arasında yazılı müqavilənin olmaması halını nəzərə almamışdır. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 567, 598-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e-2-2(115)-1370/2023 nömrəli qətnaməsinin iddia tələblərinin təmin edilmədiyi hissəsində ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələblərinin təmin edilmədiyi hissəsində qanunsuzdur. Belə ki, cavabdehlərdən tələb olunan ümumi borc kimi 49098 manatın yalnız 35866 manatı üzrə iddia tələbinin təmin edilməsi, qalan hissəsi üzrə tələbin rədd edilməsinin əsasında məhkəmənin müəyyən bir formula üzrə hesablamalar aparması dayanır. Məhkəmə cavabdehin sübut olunmuş borcu kimi yalnız o qaimələri qəbul etmişdir ki, hansıların ki, üzərində Rəşmin, Elbrus, Əliyaqubli, bu adlar ayrı-ayrılıqda və ya hər hansı ardıcıllıqla yazılmış olsun. Bəzən isə, məhkəmə bu qayda ilə müəyyən etdiyi hesablamaya uyğun və ya zidd olan qaimə-fakturaları qəbul edib, ya da ki sübut kimi qəbul etməmişdir. O, məhkəmədə izahat vermişdir ki, 2020 və 2021 ci illərdə cavabdeh Əliyev X10 rayonunun Posanlı və Əliyaqublu kəndləri ərazisində olan istixanaları üçün müxtəlif lazım olan dərman preparatlarını nisyə almışdır və 2020-ci ildə noyabr-dekabr aylarından başlayaraq ona dərman satmışdır. Şərt belə olmuşdur ki, Elbrus həmin ərəfədə Moskva şəhərinə gedibgələndən sonra aldığı malların pullarını ödəyəcək. O olmadığı müddətdə preparatları Əliyaqublu kəndində və Posanlı kəndində olan istixanaları üçün işçisi Rəşmin götürəcək. Posanlıda olan istixanaya məsul şəxs Ceyhun adlı işçi olmuşdur. Moskvada Covid 19 xəstəliyinə tutulduğu üçün Elbrus uzun müddət müalicə olundu və pulu ödəmədi. Sonra isə, 2021-ci il mövsümü gəldi və yenə də nisyə dərmanlar alındı və yeni razılaşma belə oldu ki, 2020 və 2021-ci ildə aldığı dərmanların pulunu 2021-ci ilin oktyabr ayında məsulu satandan sonra ödəyəcək. Lakin borc ödənilmədi. Məhkəmədə Elbrus və onun işçisi Rəşmin dərman aldıqlarını etiraf etdilər, lakin ödəniş etdiklərini sübut edə bilmədilər. Sübut isə o ola bilər ki, üzləşmə aktı və ya ödəniş haqda qəbz tərtib olunmuş olsun və ya qaimə fakturaların üzərində ödəniş haqda qeyd edilsin. Dərmanları adətən mağazadan maşını olan Rəşmin götürdüyü üçün, məhkəmədə cavabdeh və Rəşmin Posanlı kəndində yerləşən istixana üçün alınan dərmanların onlara aid olmadığını bildirmişlər. Halbuki, Posanlı kəndində yerləşən istixana üçün alınan dərmanların qaimə fakturalarının əksəriyyətini Rəşmin imzalamışdır və məhkəmədə etiraf etmişdir ki, imzalar onundur, lakin dərmanları Ceyhun üçün aldığını bildirmişdir. Məhkəmə Posanlı kəndində olan istixanaya dərmanların satışını şübhə altına almamışdır, lakin nəyə görə Cavabdeh2 iki yerdə istixanasının ola bilməsini qəbul etməmişdir. Halbuki, Ceyhunun işlədiyi Posanlı kəndində olan istixananın da Elbrusa aid olmasının sübutları tədqiq edilmişdir. Belə ki, şahid qismində izahat vermiş Türkiyə vətəndaşı X16 bildirmişdir ki, hər iki istixanaya aqronom kimi çalışması haqda Elbrusla razılaşması olmuşdur. Hər iki istixana üçün pulu ona Elbrus ödəməli idi, lakin ödəməmişdir. Şahid bildirmişdir ki, Posanlıda olan istixananı Elbrusla Ceyhun işlədirlər, Əliyaqubluda olan istixanada isə Rəşmin işləyir və Elbrusun mallarını əsasən Rəşmin, bəzən isə Ceyhun götürürdü. Posanlıda həm pomidor, xiyar həm də çiyələk yetişdirilirdi. Ceyhunun işlətdiyi istixanaya dərmanları adətən Rəşmin aparırdı. Şahidin ifadəsini qarşı tərəf təkzib edə bilməmişdir. X6 göstərmişdir ki, ******* nömrəli tarixi qeyd edilməyən 347 manat üzərində yazılmış qaimədə yazılmış malları onun özü Posanlı istixanasına aparılmışdır. Ona görə də orada Ceyhunun adı yazılıb. Bu qaimədə yazılmış borc da məhkəmə tərəfindən qəbul edilməmişdir. Bundan başqa, elə təsəvvür yaranır ki, Ceyhuna gəldikdə məhkəmə elə yanaşır ki, guya Əliyaqubluda olan istixanadan başqa, digər iki istixana olub və onlar tək Ceyhuna aid olub. Belə ki, məhkəmə naməlum səbəbdən qaimə fakturaların hansında ki Elbrusunu adı ilə birlikdə həm də Ceyhunun adı yazılıb belə qaimələri bəzi hallarda qəbul edib, bəzi hallarda isə Elbrusa aid olmadığı nəticəsinə gəlib. Elbrusun borcu kimi məhkəmə qəbul etdiyi üzərilərində Ceyhunun adı ilə birlikdə Elbrusun adı da yazılmış qaimələrin sayı 17 (on yeddi) dir. Lakin, digər 37 (otuz yeddi) qaimələrdə yalnız Ceyhunun adı yazıldığı üçün, məhkəmə bu qaimələr üzrə borcun cavabdehə aid olmadığı nəticəsinə gəlib. Halbuki, iş üzrə sübut olunub ki, istər Elbrusun adı ilə birlikdə, istərsə də onu adı olmadan yalnız Ceyhun adı qeyd edilmiş qaiməfakturalar üzrə dərman preparatları Posanlıda yerləşən eyni istixanaya üçün mağazadan alınıb. Bundan başqa, nəyə görəsə də, üzərində “X17” yazılmış qaimə üzrə 49.50 manat borcun Elbrusa aid olması məhkəmə tərəfindən qəbul olunub, lakin “Ceyhun Posanlı” qeydi olan qaimələr üzrə borcu məhkəmə rədd edib. Məhkəmə nəzərə almamışdır ki, “X17” sözlərinin bir yerdə yazılması elə təkzib edilməz sübutdur ki, Posanlıda yerləşən istixana da Elbrusa aiddir. Bundan başqa, məlum deyil ki, yalnız Rəşminin adı və imzası olan və nə “Posanlı”, nə də ki “Ceyhun” adı yazılmayan xx.xx.2021-ci il tarixli ******* nömrəli qaimə-faktura üzrə 877.8 manat, eynilə xx.xx.2021-ci il tarixli yalnız Rəşminin adı və imzası olan ******* nömrəli qaimə üzrə 400 manat; xx.xx.2021-ci il tarixli yalnız Rəşminin adı və imzası olan ******* nömrəli qaimə üzrə 25 manat; tarixsiz, lakin nömrənin ardıcıllığına əsasən 2021-ci ilin oktyabr ayının əvvəlinə aid olan və Rəşminin imzası olan ******* nömrəli qaimə üzrə 680 manat pul borc kimi məhkəmə tərəfindən hesaba alınmayıblar. Halbuki, qətnamədə deyilir ki, “Tərəflər arasında nisyə alğı-satqı münasibətlərinin olduğu, Cavabdeh2 X8 vasitəsilə İddiaçı mal aldığı işin mübahisə edilməyəyən hallarına aiddir”. Bundan başqa, xx.xx.2021-ci il tarixli, ******* nömrəli üzərində “Ceyhun Elbrus” yazımış və Rəşmin imzalamış 346 manat borc kimi qəbul olunub, lakin elə həmin qaimədə həmin tarixə hər iki istixana üzrə ümumi borcun 34.121 manat olması haqda yazı məhkəmə tərəfindən tədqiq edilməyib. Bundan sonra, nəzərə alınmayıb ki, həmin 34.121 manat son borc kimi qeyd olunmuş qaimədən sonraki xx.xx.2021-ci il tarixli 276 manatlıq dərman alınması haqda olan və Rəşminin adı yazılmış qaimədə son ümumi borc kimi həm də 34.457 manat qeydi vardır. Məhkəmədə Rəşmin nömrəsiz xx.xx.2021-ci il tarixli 267 manat haqda olan qaimə fakturada olan imzanın ona məxsus olmasını təsdiqlədiyinə baxmayaraq, qaimənin üzərində “Posanlı pomidor” yazıldığına görə məhkəmə bu borcu qəbul etməmişdir. Bundan başqa, Rəşmin hər hansı bir qaimə-fakturalarda olan imzaların ona məxsus olmadığını qeyd etməmişdir. Bütün işə əlavə edilmiş qaimələrin əsli Rəşminə təqdim edilmişdir və o təsdiqləmişdir ki, hər iki istixana üçün alınan mallar haqda qaimələrdə olan imzalar ona məxsusdur. Yuxarıda göstərilənlərə əsasən, hesab edilir ki, birinci instansiya məhkəməsi iddianın rədd edildiyi hissəsində ədalətsiz qətnamə qəbul etmişdir. Cavabdeh2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1370/2023 saylı qətnaməsini iddianın təmin edilmiş hissəsində ləğv edib, həmin hissədə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi araşdırma apararkən, kağız daşıyıcıda olan qaimələrdəki təhrif edilmiş illərin araşdırılması istiqamətində kifayət qədər araşdırma aparmamışdır. Belə ki, qaimələrdəki illər 2020 və 2021 kimi göstərilsə də, qaimələrə nəzər salınarkən məlum olur ki, həmin tarixlər qələm vasitəsi ilə düzəldilmiş, yəni əllə müdaxilə edilmişdir. Halbuki, qaimə kifayət qədər ciddi hesabat blankıdır və hər cür dəyişiklik hər iki tərəfin razılığı və imzası ilə təsdiqlənməlidir. Qeyd edilməlidir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi Vidat L (240q\L) preparatının pulu cavabdeh tərəfindən ödənilmişdir, hətta baxmayaraq ki, onlar həmin dərman preparatını alan zaman onların keçmiş olsa belə. Hazırda isə hansı əsasla vaxtı keçmiş dərman preparatının pulunu tələb etdiyi anlaşılan deyil. Həm müqavilə şərtinə əməl etməyərək keyfiyyətsiz mal verəsən və bunun nəticəsində ziyan dəyə, həm də onun pulunu tələb edəsən. Dərmanın onlara satılan anda vaxtı keçmiş olmasını Rəşmin Əsgərovun imzası olan qaimə fakturalardakı tarixlər sübut edir. Vidat qeyd edilən qaimələrdəki tarixlər avqust və sentyabr aylarına təsaduf edir ki, həmin tarixdə, artıq Vidat adlı dərmanın son istifadə vaxtı keçmiş idi. Bu fakt iddiaçının özünün tərcümə etdirərək məhkəməyə təqdim etdiyi Vidat dərmanının istifadə müddəti ilə əlaqədar təlimat sənədində öz əksini tapmışdır. Hərçənd ki, tərcümə zamanı 4 il əvəzinə, qərəzli şəkildə 5 il yazdırmaqla ədalət mühakiməsini çaşdırmaq məqsədi güdülsə də müvəqqəti olaraq buna nail olunmuşdur. Belə ki, Vidat L preparatının göstəricilər löhvəsində istehsal tarixi 2017-ci ilin iyun ayı və yararlılıq müddəti 4 il qeyd edilmişdir. İddiaçı özünün təqdim etdiyi tərcümə edilmiş sənəddə isə təhrif edilərək həmin tarix 5 il qeyd edilmişdir. Vidate L preparatının son istifadə tarixi 2021-ci ilin iyun ayında artıq bitmiş olur, iddiaçının iddia ərizəsinə əlavə etdiyi qaimə fakturalardan məlum olur ki, Vidat L preparatı avqust və sentyabr aylarında satılıb. Vaxtı keçmiş dərman preparatı satılması nəticəsində dəymiş zərərin ödənilməsi ilə əlaqədar Gəncə Kommersiya Məhkəməsində iddia qaldırsalar da iddia tələbi rədd edilmişdir. Lakin həmin iddia tələbinə apellyasiya instansiyasında baxılarkən satılan dərman preparatlarının vaxtının keçməsi müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən təqdim edilən dərmanın istifadə müddətinə dair sənədlərdən məlum olmuşdur ki, dərman preparatının vaxtı keçmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının hazırda tələb etdiyi pul məbləği Rəşmin Əsgərov tərəfindən iddiaçıya ödənilmişdir. Bir dəfə ödədiyi dərmanın pulunu hansı əsasla ikinci dəfə ödəməli olması anlaşılan deyil. Səhhəti ilə əlaqədar Bakı şəhərinə və ölkə xaricinə getməzdən əvvəl istixananın saxlanılması və lazımi ləvazimatların alınması üçün istixanada pul saxlamışdır ki, Rəşmin Əsgərov lazım olduqda ödənişlər etsin. Ağlabatan mühakimə icraatı qaydasında düşünülərsə heç də, məntiqli deyil ki, iddiaçı 3 il ərzində ona dərman versin və pul istəməsin. X13 Məhkəməsində dəymiş ziyanla əlaqədar iddia qaldırılarkən, nə qarşılıqlı idddia vermiş, nə də ki, hazırki kağız qaimələri ortaya çıxarmışdır. Bundan başqa iş materiallarında olan qaimələrin tarixlərinə nəzər salarkən açıq-aşkar məlum olur ki, həmin qaimələr 2019-cu ilə aid olan qaimələrdir. Yəni qaimənin ilini göstərən 2019 rəqəmləri qələm ilə düzəldilərək 2020, 2021 şəklinə salınmışdır. Hazır ki iş üzrə iddiaçı özü də, həm iddia tələbində, həm də ifadəsində qeyd edir ki, onların alğı-satqı münasibətləri 2020-ci ildən başlamışdır və o, həmin illərin pulunu tələb etməkdədir. Kağız daşıyıcıda olan qaimələr kifayət qədər ciddi hesabat blankı hesab edilir və həmin qaimələrdə ilin təhrif edilərək məhkəməyə sübut kimi təqdim edilməsi yolverilməzdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 31 may 2024-cü il tarixli, 2-2(104)-54/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və İ.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi – 35.866,60 manat məbləğində borcun Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh2 44.647,70 manat pulun tutularaq iddiaçıya verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi malın satıldığı şəxslər kimi “Elbrus” və “Rəşmi” qeydləri yazılan qaimələri əsas götürərək iddianı qismən təmin etsə də, malı alan “Ceyhun Posanlı” qeydləri yazılan qaimələri əsas götürməməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının izahatından göründüyü kimi cavabdehin iki yerdə istixanası olmuş, istixanalardan birinin işini Rəşmin aparsa da, digərinin işini Ceyhun aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, iş materiallarına əlavə edilmiş üzərində “Ceyhun Posanlı” yazılmış bir sıra qaimələr üzrə dərman preparatlarını o, götürərək imza etmiş, lakin dərman preparatları Ceyhunun idarə etdiyi istixana üçün nəzərdə tutulduğundan alıcı kimi Ceyhunun adı qeyd edilmişdir. X8 “Ceyhun Posanlı” qeydi ilə olan qaimələrdəki imzaların ona məxsus olduğunu və həmin qaimələrdə göstərilmiş dərmanları Ceyhunun xahişi ilə sonuncu üçün götürdüyünü bildirsə də, qaimələrdən göründüyü kimi bəzi hallarda X8 Cavabdeh2 Əliyaqublu kəndindəki istixanası üçün dərman almadığı günlərdə belə Ceyhun üçün dərman almışdır ki, bu da hər iki istixananın, yəni Posanlı kəndində yerləşən və Ceyhun adlı şəxsin işlətdiyi istixananın və Əliyaqublu kəndində yerləşən istixananın eyni şəxsə məxsus olduğunu təsdiq edir. Cavabdeh tərəf isə həmin istixananın, yəni Ceyhun adlı şəxsin işlətdiyi istixananın ona məxsus olmadığını təsdiq edən hər hansı sübut təqdim etməmiş, o cümlədən təklif edilməsinə baxmayaraq Ceyhun adlı şəxsin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən də məhkəmə cavabdehin iddiaçıya olan borcunu müəyyən edərkən hesab etmişdir ki, “Ceyhun Posanlı” qeydi yazılan qaimələr də əsas götürülməlidir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Mülki Məcəllənin 385.1, 386.1, 442, 445, 448.1, 567, 598, 600.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyasında icraat: Cavabdeh2 kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 31 may 2024-cü il tarixli, 2-2(104)- 54/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi üzrə - apellyasiya instansiyası məhkəməsi həqiqəti müəyyən etməmiş, həqiqəti müəyyən etməyə səy belə göstərməmişdir. Belə ki, bir sıra qaimələrdə dərman preparatlarını verən şəxsin Adanalı Uğur olduğu halda, həmin qaimələrin pulunu da cavabdehdən tutmuşdur. Bundan başqa qaimələrdəki illərin təhrif edilməsi istiqamətində ümumiyyətlə araşdırma aparmamış, ağlabatan mühakimə icraatı qaydasında demək olar ki, heç nə etməmişdir. Mülki Məcəllənin 567, 581.1, 581.2-ci maddələri üzrə - iddiada ödənilmiş pul məbləğinin yenidən tələb edilir. İddiaçının hazırda məhkəməyə təqdim etdiyi ili təhrif edilmiş qaimələr əsasında yenidən pul tələb etməsi anlaşılan deyil. İddiaçı vaxtı keçmiş dərman preparatlarını verməklə maddi hüquq normasının imperativ şərtinə əməl etməmiş, vaxtı keçmiş dərman preparatlarını cavabdehə satmaqla külli miqdarda ziyan vurmağına səbəb olmuşdur. Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi obyektiv həqiqəti müəyyən etməmiş, iddiaçının məhkəməyə təqdim etdiyi saxta qaimələri mötəbər sübut kimi qəbul etmişdir. Halbuki, şahid Rəşmin Əsgərov ifadəsində bildirmişdir ki, təhrif edilmiş 2018 və 2019-cu illəri əhatə edən qaimələr iddiaçı ilə onun arasında olan həmin illəri əhatə edir. İddiaçı həmin qaimələrin son iki rəqəmlərini qələmlə dəyişərək sübut kimi məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-622/2024 nömrəli qərarı ilə (sədrlik edən E.Şamoyev, hakimlər Ə.Xıdırov, B.Qəribov) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 31 may tarixli, 2-2(104)- 54/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddianın tam rədd edilməli olmasına dair dəlilləri əsassızdır. Belə ki, işin müəyyən olunan və cavabdehin də mübahisələndirmədiyi hallarına görə, sonuncu sahibliyində olan istixanada istifadə etmək məqsədi ilə X4 vasitəsi ilə iddiaçıdan dəyərini sonradan ödəmək şərti ilə müəyyən dərman preparatları almışdır. Cavabdeh həmin dərman preparatlarının dəyərini ödədiyini bildirsə də, buna dair hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Həmçinin, cavabdeh alınan dərmanların müddətinin ötməsini və keyfiyyətsiz olmasını göstərsə də, bununla bağlı satıcıya heç bir pretenziya verməmişdir İddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan, “Ceyhun” adlı şəxsin adına qaimələrə əsasən hesablanan borcun tutulması nəticəsinə gələrkən, məhkəmə prosessual hüquq normalarını pozmuş, bu hissədə sübut etmə yükünü tərəflər arasında düzgün bölüşdürməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə həmin mövqeyini iddiaçının özünün izahatı və X2 ifadəsi ilə əsaslandırmış və hesab etmişdir ki, Ceyhun adlı şəxs də, cavabdehə məxsus digər istixanada işlədiyi üçün sonuncunun adına alınan mallara görə də öhdəliyi cavabdeh daşımalıdır. Bu zaman apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Ceyhun adlı şəxsin işlədiyi istixananı ona məxsus olmamasını sübut edə bilməmişdir. Hazırkı işdə iddiaçının tələbində göstərilən, Ceyhun adlı şəxsin X3 cavabdehin ikinci istixanasında işləməsini iddiaçı iddia etmişdir. Lakin, onun bununla bağlı təqdim etdiyi hər hansı sübuta apellyasiya instansiyası məhkəməsi istinad etməmişdir. Apellyasiya məhkəməsinin istinad etdiyi sübutlar iddiaçının öz izahatıdır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən bu izahat yalnız iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılaraq və qiymətləndirilərək iddianın təmini üçün əsas ola bilər. X2 ifadəsində gəldikdə, müəyyən olunur ki, o, apellyasiya məhkəməsində dindirilərkən cavabdehlə şərik olaraq fəaliyyət göstərməsini, cavabdehin Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən bir istixanasının olmasını, həmin istixana üçün dərman preparatlarını iddiaçıdan qaimə əsasında nisyə almasını, aldığı dərmanların dəyərini sonradan ödəməsini, qaimələrdə qeyd olunan Ceyhun adı şəxsi tanıdığını, sonuncunun Posanlı kəndində istixana işlətməsini və bəzən Ceyhunun xahişi ilə cavabdehin istixanası üçün dərman alarkən, onun üçün də iddiaçıdan dərman almasını və qaimələrdə imza etməsini göstərmişdir. Göründüyü kimi, şahid də ifadəsində Ceyhun adlı şəxsin cavabdehə məxsus istixanada işləməsini və cavabdehin sonuncunun aldığı dərmanlara görə məsuliyyət daşımasını göstərməmişdir. Belə olan halda, apellyasiya məhkəməsi Ceyhun adlı şəxsin işlətdiyi istixananın cavabdehə məxsus olmamasının sübutetmə yükünün cavabdehin üzərinə qoymaqla, Mülki Prosessual Məcəllənin 77.1, 88 və 217.3-cü maddələrini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə iclasında izahatında apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Cavabdeh2 vəkili məhkəmə iclasında izahatında bildirdi ki, onlar apellyasiya və kassasiya şikayətlərində qeyd etmişlər iddia tələbinin rədd olunmasını xahiş edirlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni təmin edilməyən, cavabdeh isə qətnaməni təmin edilən hissələrdə mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı və Cavabdeh2 arasında sahibkarlıq fəaliyyətindən irəli gələn münasibət olmuş, sonuncu nisyə alğı-satqı müqavilə əsasında öz istixanasında becərdiyi məhsul üçün iddiaçıdan dərman preparatları almışdır. Tərəflər arasında yazılı alğı-satqı müqaviləsi mövcud olmasa da tərəflər arasında şifahi alğı-satqı müqaviləsindən irəli gələn münasibtlər formalaşmışdır. Cavabdeh2 Rəşmi adlı şəxs vasitəsi ilə müxtəlif vaxtlarda iddiaçıdan ümumilikdə 35866 manat 60 qəpik məbləğində dərman məhsulları almasına baxmayaraq alğısatqıdan irəli gələn öhdəliyini lazımınca icra etməmiş və nəticədə iddiaçıya 35866 manat 60 qəpik məbləğində borcu yaranmışdır. Cavabdeh2 borcunu ödədiyini və iddiaçıya borcunun olmadığını iddia etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM – 77.1). Əksinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimələrdən görünür ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 371 manat, “Rəşmi Elbrus” qeydli qaimə üzrə 960 manat, xx.xx.2023-cü il tarixli “Rəşmi” qeydli qaimə üzrə 68 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 343 manat, ******* nömrəli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 308 manat, ******* nömrəli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 31 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 21 manat, ******* nömrəli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 22,5 manat, ******* nömrəli “Rəşmi” qeydli qaimə üzrə 28 manat, ******* nömrəli “Rəşmi” qeydli qaimə üzrə 83 manat, ******* nömrəli “Rəşmi” qeydli qaimə üzrə 895 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli “Rəşmi” qeydli qaimə üzrə 1277 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 2690 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 225 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Posanlı” qeydli qaimə üzrə 1328 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 336 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 688 manat, “Ceyhun Elbrus” qeydli qaimə üzrə 605 manat, “Rəşmi” qeydli qaimə üzrə 93 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 172 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 496 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 453 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 1805 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 840 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 668 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 384 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 216 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 707 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 62 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 384,40 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Elbrus Ceyhun” qeydli qaimə üzrə 10 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli qaimə üzrə 49,50 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 566 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 70 manat, 098487 nömrəli xx.xx.2021-ci il tarixli “Elbrus Ceyhun” qeydli qaimə üzrə 53,40 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 81 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 1040 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 224 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 254 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 780 manat, ******* nömrəli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 121 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 150 manat, ******* nömrəli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 291 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 124 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 36 manat, ******* nömrəli xx.xx.2021- ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 16 manat, ******* nömrəli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 845 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Elbrus Rəşmi” qeydli qaimə üzrə 403 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli qaimə üzrə 221, 50 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli qaimə üzrə 462 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Posanlı” qeydli qaimə üzrə 877.5 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 330 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 131 manat, ******* nömrəli xx.xx.2021- ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 312 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 791 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 91, 5 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Ceyhun Elbrus” qeydli qaimə üzrə 346 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 58 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 38 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 126 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 276 manat, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, “Rəşmi ” qeydli qaimə üzrə 1274,2 manat, ******* nömrəli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 474 manat, ******* nömrəli xx.xx.2020-ci il tarixli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 987 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 35 manat, ******* nömrəli xx.xx.2021- ci il tarixli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 825 manat, ******* nömrəli xx.xx.2021- ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 835 manat, ******* nömrəli “Rəşmi” qeydli qaimə üzrə 1343 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Elbrus” qeydli qaimə üzrə 582 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi” qeydli qaimə üzrə 378 manat, ******* nömrəli xx.xx.2020-ci il tarixli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 577,5 manat, ******* nömrəli xx.xx.2021-ci il tarixli “Rəşmi Əliyaqublu” qeydli qaimə üzrə 1090,60 manat, ******* nömrəli “Rəşmi” qeydli qaimə üzrə 1731 manat, olmaqla, ümumilikdə 35866 manat 60 qəpik məbləğində dərman məhsulları İddiaçı tərəfindən Cavabdeh2 və ya X5 verilmişdir. Göründüyü kimi, Cavabdeh2 özü və ya X8 vasitəsilə İddiaçı 35866 manat 60 qəpik məbləğində mal almış, verilmiş malların dəyərinin qaytarılmasını təmin etməsinə dair satıcı qarşısında öhdəlik götürmüş, lakin 35866 manat 60 qəpik məbləğində öhdəliklərini icra etməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlili təqdim edilən qaimələrdə olan bütün malların, eyni zamanda “Ceyhun” adı altında imza edilən qaimələrdəki malların təyinatının alıcı Cavabdeh2 təqdim edilməsi olması və malların bilvasitə onun tərəfindən qəbul edilməsidir. Məhkəmə qeyd edir ki, hazırkı işdə iddiaçının tələbində göstərilən, Ceyhun adlı şəxsin X3 cavabdehin ikinci istixanasında işləməsini iddiaçı iddia etmişdir. Lakin, onun bununla bağlı təqdim etdiyi hər hansı sübut mövcud deyildir. Belə ki, alğı-satqı müqaviləsinin hüquqi təbiətinə əsasən satıcı malın alıcıya təqdim edilməsi ilə bağlı vəzifə daşıyır və bundan irəli gələn tələblərdən malın məhz alıcıya təqdim edilməsinin sübutetmə yükü satıcının üzərindədir. Burada iddiaçının əsaslandığı sübut iddiaçının öz izahatıdır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən bu izahat yalnız iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılaraq və qiymətləndirilərək iddianın təmini üçün əsas ola bilər. X2 ifadəsində də müəyyən olunur ki, o, apellyasiya məhkəməsində dindirilərkən cavabdehlə şərik olaraq fəaliyyət göstərməsini, cavabdehin Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən bir istixanasının olmasını, həmin istixana üçün dərman preparatlarını iddiaçıdan qaimə əsasında nisyə almasını, aldığı dərmanların dəyərini sonradan ödəməsini, qaimələrdə qeyd olunan Ceyhun adı şəxsi tanıdığını, sonuncunun Posanlı kəndində istixana işlətməsini və bəzən Ceyhunun xahişi ilə cavabdehin istixanası üçün dərman alarkən, onun üçün də iddiaçıdan dərman almasını və qaimələrdə imza etməsini göstərmişdir. Göründüyü kimi, şahid də ifadəsində Ceyhun adlı şəxsin cavabdehə məxsus istixanada işləməsini və cavabdehin sonuncunun aldığı dərmanlara görə məsuliyyət daşımasını göstərməmişdir. Eyni zamanda cavabdehin etirazının və apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi “Vidate” adlı malın yararlılıq müddətinin bitməsi halına məhkəmə kollegiyası qiymət verərək bildirir ki, mallar alınarkən yoxlanılaraq qəbul edildiyindən və malın keyfiyyətsiz olması ilə bağlı satıcaya heç bir pretenziya verilmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsaslı deyildir. Habelə, cavabdehin apellyasiya şikayətinin digər dəlili - sübut kimi qiymət verilən qaimələrinin mötəbərliyinin şübahisələndirilməsi olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, qaimələrdəki imzaların icra edən şəxslərə məxsusluğu mübahisələndirilməmiş, yalnız formal mülahizələr irəli sürülmüşdür. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı şahid kimi dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Elbrusun istixanasında işçi işləmişdir. 2017-ci ildə oraya işçi kimi gəlmiş, 2019-cu ildən etibarən Elbrusla şərik olmuşdur. X19 kəndində yerləşirdi. Elbrusun istixanasını idarə etmişdir. İddiaçı 2020 və 2021-ci illər ərzində mal götürmüşdür. İddiaçı götürdüyü malı yalnız Elbrusla şərik olduğu yerdə istifadə etmişdir. Vaqifdən malı götürmüş, bəzən X20 da götürmüşdür. Ceyhunun başqa istixanası olmuşdur. Ceyhun Vaqifdən onların istixanası üçün dərman götürməmişdir. Ödənişə görə qəbz götürməmişdir. Ağa Əliyevi tanımır. Qaiməni qəbul edəndə imzalayırdı. İmzalayarkən qiymətə və məhsula baxırdı. Qaimənin tarixinə isə bəzən baxırdı, bəzən baxmırdı. Ceyhunun Elbrusla qohumluq münasibəti yoxdur. Ceyhunun əkib becərdiyi torpaq tamamilə başqa adamındır. Tarixi qeyd olunmamış ******* və ******* nömrəli qaimə fakturadakı imza ona məxsusdur. 2020-ci ilin aprel ayından başlayaraq 2020-2021-ci illər ərzində Vaqifdən mal götürmüşdür. Sonuncu dəfə isə 2021-ci ilin avqust-sentyabr ayında Vaqifdən mal götürmüşdür. Posanlı çiyələk qeydli qaimədəki imza ona məxsus deyil. İstixanada çiyələk əkməmişlər. Posanlı pomidor qeydli 267 manat məbləğli qaimədəki imza ona məxsusdur. Vaqifdən götürdüyü bütün malları həmin istixanaya gətirmişdür. Əgər qaiməni o imzalayıbsa da, demək ki, o götürmüşdür. Şərikliyi Elbrusun istixanası ilə olubdur, Ceyhun ilə şərikliyi olmayıbdır. Posanlı üçün olan dərmanı gətirib istixanaya qoymuş, həmin malı istixanadan götürüb Posanlıya aparıblar. O, Posanlı istixanasına mal verməmişdir. Malı alıb Əliyaqubludakı ixtixanaya gətirmiş, sonra həmin malı istixandan Posanlıya aparmışlar. Posanlı istixanası ilə əlaqəsi yoxdur. Ondan sadəcə olaraq xahiş edirdilər ki, dərman almağa gedəndə onlara da dərman alsın. 566 manat məbləğli qaimədəki imza ona məxsusdur. Bu qaimədəki malı götürüb Elbrusun istixanasına gətirmiş, Ceyhun da həmin yerdən malı götürüb Posanlıdakı istixanaya aparmışdır. Avtomobil yalnız onda olduğu üçün malı o alıb istixanaya gətirirdi, Ceyhun isə istixanadan götürürdü. X9 yerləşən istixanası ilə nə əlaqəsi olduğunu bilmir. Göründüyü kimi, X8 qaimələrdəki imzanın ona məxsusluğunu, malların bilavasitə onun tərəfindən qəbul edilməsini, dərman preparatlarının təyinatının isə Cavabdeh2 məxsus istixanada istifadə üçün nəzərdə tutulmasını öz ifadəsi ilə bildirmişdir. İddia tərəfi Ceyhun adlı şəxsi məhkəməyə gətirə bilmədiklərini bildirmiş və məhkəmə tərəfindən ona bildirişin gömndərilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Şahid ifadəsi sübut növü hesab olunur ki, sübutlar məhkəməyə məhkəmə icraatı iştirakçıları tərəfindən təqdim edilir. Eyni zamanda Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsaən Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir ki, Ceyhun adlı şəxsin apellyasiya icraatı zamanı dinldirilməsi mümkün deyildir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayələri təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1370/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar