Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-55/2024 28.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2-2(115)-1235/2023 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh X4 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 36381,80 manat əsas borc, 430 manat vəkil xidmət haqqı və 200 manat mediasiya xərci olmaqla, cəmi 37011,80 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsində dəyişiklik edərək, cavabdehdən 35681 manat əsas borc, 430 manat vəkil xidmət haqqı və 200 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı müəyyən olunmuş şərtlərlə öz istehsalı olan spirtli içkiləri alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı öhdəliklərini icra edərək vaxtında və keyfiyyətli malları alıcıya təhvil vermiş, lakin alıcı isə aldığı malın dəyərini tam ödəməmişdir. X1 İddiaçınə 36381,80 manat borcu vardır. Dəfələrlə həmin borcun ödənilməsi ilə bağlı şifahi və yazılı tələblər göndərilsə də, lakin cavabdeh ödənişi etməkdən imtina etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2-2(115)-1235/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi təmin edilərək, cavabdeh X2 35681,80 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 430 manat və 200 manat mediasiya xərcinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi və cavabdeh X2 197,04 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı öz istehsalı olan spirtli içkiləri alıcıya satmağı, alıcı X5 isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli EBBX 570011 nömrəli elektron qaiməyə əsasən 5053,16 manat, xx.xx.2022-ci il tarixli 974672 nömrəli elektron qaiməyə əsasən 11177,53 manat, xx.xx.2022-ci il tarixli EBCE 294757 nömrəli elektron qaiməyə əsasən 7094,03 manat, xx.xx.2022-ci il tarixli EBCE 532705 nömrəli elektron qaiməyə əsasən 6705,89 manat, xx.xx.2022-ci il tarixlui EBCG 377668 nömrəli elektron qaiməyə əsasən 8053,96 manat olmaqla, cəmi 38084,57 manat məbləğində mal İddiaçı tərəfindən alıcı X4 təqdim edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2-2(115)-1235/2023 saylı qətnaməsindən narazı qalan cavabdeh X5 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-711/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianı təmin edən birinci instansiya məhkəməsi, onların aralarında olan müqavilə üzrə öhdəliklərin pozulması ilə əsaslanmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, alqı-satqı müqaviləsi bağlansa da bu nisyə alqı-satqı müqaviləsi olmuşdur. Onların aralarında olan müqavilənin şərtlərinə görə o iddiaçıya pulu malı satdıqdan sonra verməli idi. Hazırda isə o malları mağazalara paylasa da malın pulunu hələ yığa bilməmişdir. Ona görə də iddiaçıya borcu qaytara bilmir. Hazrki iş üzrə onu qeyd etmək istərdi ki, məhkəmə işdə olan sübutlara düzğün qiymət verməmiş, bununla da prossesual hüquq normalarını pozmuşdur. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan kommersiya işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu, cavabdeh uzun müddət keçməsinə baxmayaraq aldığı malların dəyərini ödəməmiş, həmçinin malları da geri qaytarmamışdır. Buna görə də şikayətin təmin edilməməsini və apellyasiya icraatı zamanı hüquqi yardımla bağlı çəkilmiş xərcin cavabdehdən tutulmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin kommers və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğini ödəmək alıcının öhdəliyi kimi müəyyən edilmişdir. İş materiallarından isə görünür ki, cavabdeh alıcı malları 03 iyun 2022-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixədək olan dövr ərzində almış, lakin 10 aydan, bəzi mallara görə isə 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, aldığı malların dəyərini ödəməmiş, bununla da müqavilədən irəli gələn öhdəliyini pozmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı iddiaçı vəkil xədmətlərindən istifadə ilə əlaqədar 430 manat xərc çəkmişdir ki, apelyasiya şikayəti təmin edilmədiyindən həmin xərc məbləği də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2-2(115)- 1235/2023 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2-2(115)- 1235/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı iddiaçı tərəfindən vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 430 (dörd yüz otuz) manat cavabdeh X2 alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.