Məhkəmə qərarları › İş №2-2(104)-62/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-62/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-62/2025 26.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri (vəkil) Vəkil2 və X4, Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-738/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-738/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 68750 (altmış səkkiz min yeddi yüz əlli) manat pul və 296 (iki yüz doxsan altı) manat 95 (doxsan beş) qəpik dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə3 vasitəsi ilə apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(115)-738/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 68750 manatın, 26250 manat mənəvi zərərin və ödənilmiş 375 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 rayonu Quşqara kəndində yerləşən İddiaçı MMC-də direktor müavini vəzifəsində işləyir. 2022-ci ilin mart ayının sonlarında Cavabdeh1 atasının mülkiyyətində olan, Goranboy şəhərində yerləşən torpaq sahəsində klinika tikdirmək istədiyini və bunun üçün ona beton lazım olacağını bildirmişdir. Odur ki, Cavabdeh1 ilə betonun qiyməti və aldığı betonun pulunu isə hər ayın iyirmisində ödəniş edəcəyi barədə razılaşmışlar. Bundan sonra Cavabdeh1 sifarişi əsasında Goranboy şəhərində klinikanın tikilməsi ilə bağlı beton verilmiş və danışdıqları kimi verilmiş betonun ödənişləri də ilk aylarda vaxtı-vaxtında edilmişdir. Lakin bir neçə aydan sonra cavabdehin sfarişi əsasında verilmiş betonun pulu gecikdirmələrlə ödənilmişdir. Sonrakı aylarda verilmiş betonun pulu soruşulduqda, hazırda maddi sıxıntıların olduğu, yaxın zamanda yığılmış borcun tam şəkildə ödəniləcəyi bildirilərək sifarişlər üzrə betonun verilməsi xahiş edilmişdir. Cavabdeh1 atası Goranboy rayonunda tanınmış imkanlı sahibkar olduğunu, Goranboy şəhərində böyük bir klinika inşa etdiklərini və ilk aylarda aldığı betonun ödənişlərini vaxtı-vaxtında etdiyini nəzərə alaraq onlarda böyük inam yaranmışdır. Bu səbəbdən də, klinikanın tikinti işləri başa çatanadək cavabdeh tərəfindən verilmiş sifarişlər üzrə beton verilmişdir. Lakin klinika tikilib başa çatdıqdan sonra Cavabdeh1 borcunu ödəməkdən imtina etmişdir. Bununla əlaqədar Goranboy rayon prokurorluğuna, Goranboy rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Goranboy rayon Polis şöbəsi cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 oktyabr 2023-cü il tarixdə qərar qəbul etmişdir. Həmin qərardan görünür ki, Cavabdeh1 eyni qayda ilə X15 ilə müqavilə bağlamış, həmin müqavilə üzrə ödəməli olan pulun yarısını ödəmiş, yerdə qalan hissəsini ödəniş etməkdən yayınmış, tikdirdiyi klinikanın plastik pəncərələrinin hazırlanmasını X12 şəxsən sfariş etmiş və pəncərələr hazır edilərək yerinə taxılmış, lakin Cavabdeh1 onun pulunun da bir hissəsini hal-hazıradək ödəməmişdir. Göründüyü kimi Cavabdeh1 müxtəlif bəhanələr gətirərək İddiaçı MMC-dən başqa bir neçə şəxslərin də pullarını tam olaraq ödəməmişdir. Həmçinin qərarda olan Cavabdeh1 izahatına əsasən Cavabdeh3 da cavabdeh qismində işə cəlb edilməlidir. Sözügedən klinika Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin üzərində tikildiyi üçün Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməlidir. Əlavə olaraq onu da bildirmişlər ki, cavabdehlər tərəfindən iddiaçıya qarşı edilmiş hüquqa zidd əməllər nəticəsində mənəvi sarsıntı və iztirablar keçirilmişdir. Keçirtdikləri mənəvi sarsıntı və iztirablar ondan ibarətdir ki, cavabdehin sifarişi əsasında verilmiş betonun pulunu hal-hazıradək ala bilmirlər və bunun nəticəsində şirkətdə çalışan işçilərin əmək haqqlarının ödənilməsində şirkət maddi çətinliklərlə üzləşib, bu səbəbdən də şirkətin rəhbərliyi çox ağır mənəvi sarsıntı və iztirablar keçirdibdir. Bununla da hesab edirlər ki, cavabdehlərdən 40.000 manat məbləğində mənəvi ziyan da tutulub ödənilməlidir. Birinci instansiya məhkəməsində iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, Cavabdeh1 onlara müraciət edərək onlardan beton almaq istəmişdir. Bununla əlaqədar razılığa gələrək Cavabdeh1 sifarişi əsasında tikinti gedən əraziyə beton verilmişdir. Yəni müqaviləni Cavabdeh1 bağlamışdır. Aralarında yazılı sənədləşmə olmamışdır. Razılığa əsasən hər ayın ortası betonun dəyəri ödənilməli idi. İlkin aylarda razılığa əsasən ödəniş olmuşdur. Ödənişlər əsasən əlbəəl olmuş, bir dəfə də ödəmə bank vasitəsilə köçürmə yolu ilə aparılmışdır. Betonun dəyəri kubla hesablanmış, iddiaçının öz sürücüləri vasitəsi ilə iddiaçının özünün avtomobili ilə daşınmışdır. Betonun pulundan 171290 manat ödəniş edilmişdir. 13000 manat ödəniş bank vasitəsi ilə edilmiş, qalanı isə əlbəəl verilmişdir. Edilən bütün ödənişlər borcdan silinmişdir. Ümumilikdə onlar tikintiyə təxmini olaraq 244000 manat dəyərində 2899.5 kub beton göndərmişlər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, betonun bütün alqı-satqısında özü şəxsən iştirak etmişdir. Belə ki, Cavabdeh3la onlar qarşılıqlı fəaliyyət göstərirlər. Cavabdeh3 özü də Cavabdeh2lə əvvəllər iş görmüşdür. Cavabdeh3 ona Cavabdeh2 xəstəxana tikəcəyini, tikintinin ustalığını edəcəyini bildirmiş və ona gəlib Cavabdeh2lə tanış olmağını təklif etmişdir. Cavabdeh3 özü tikintinin aparılacağı yerə gedəndə onu da çağırmış və o ilk dəfə Cavabdeh2 orada görmüş, ancaq orada danışıqları olmamışdır. Cavabdeh3 onu Cavabdeh2 təqdim etmiş və daha sonra sağollaşıb ayrılmışlar. Betonun dəyəri ilə bağlı qiymətləri Cavabdeh3 vermişdir ki, o, Cavabdeh1 təqdim etsin. Onlar qiymətləri təqdim etdikdən sonra gedib Cavabdeh1lə tanış olmuşlar. Cavabdeh1lə tikintinin qarşısında o və Teymur Hacıyev görüşmüşlər. Onlara həmin torpaq sahəsində klinika tikəcəklərini və bunun üçün beton aldıqlarını demişdir. Cavabdeh1lə şifahi qaydada alqı-satqı ilə bağlı razılaşmışlar, öhdəlik götürən şəxs isə Cavabdeh1 özü olmuşdur. Cavabdeh1 özü ona müqavilə bağlamağın porblem olduğunu bildirmişdir. Bundan başqa onlar Cavabdeh2 qardaşı ilə uzun müddət problemsiz qarşılıqlı fəaliyyət göstərmişlər. Həmçinin Cavabdeh3la da əvvəllər problemləri olmamışdır. Ona görə də aralarında yazılı müqavilə bağlamamışlar. Cavabdeh1lə dəfələrlə görüşmüş, Cavabdeh1 həmin torpaq sahəsinin ona məxsus olduğunu, betona görə xərcləri özünün ödəyəcəyini bildirmiş, ödənişi öz üzərinə götürmüşdür. O, tikintinin rəhbəri kimi Cavabdeh1 tanımışdır. Cavabdeh1 özü işin başında olmuş, beton maşınları tikintiyə gedəndə özü onları qəbul etmişdir. Yükü çatdıra bilmək üçün öz maşınlarından başqa kənardan əlavə beton maşınlarından da istifadə etmişlər, əlavə təxminən 4-5 maşından istifadə etmişlər. Tikinti getdiyi müddət ərzində bir neçə dəfə həmin əraziyə getmişdir. Həmçinin bir dəfə Cavabdeh1 gecə pompada problem olduğunu və bununla əlaqədar gəlməyini xahiş etmişdir. Sonuncu dəfə onlar həmin tikiliyə təxminən döşəmə üçün beton vermişlər. Tikilinin ərsəyə gəlməsi üçün əsas betonlar onlardan alınmışdır. Zavodda qeydiyyat dəftərinə hansı tarixdə neçə kub mal satıldığını qeyd etmişlər. Malları göndərəndə sürücülərə qaimə vermişlər, qaiməni də sürücülər betonu təhvil verərkən orada təqdim etmişlər. Pul ödənişlərinin hamısını əlbəəl Cavabdeh1 nağd olaraq götürmüş, bir dəfə isə Cavabdeh2 götürmüşdür. Ödənişlər bir neçə dəfə yol üstü görüş zamanı verilmişdir. Tərəflərindən bir dəfə qaimə göndərilmiş və həmin qaimə köçürmə yolu ilə onlara ödənilmişdir. Hətta bir neçə dəfə pul almaq üçün tikintiyə də getmişdir. Nümayəndə2 həmçinin izahatında göstərmişdir ki, Cavabdeh1 qalan borcdan uzağı həftədə onlara 5000-10000 manat ödəniş edə biləcəyini demişdir. Betonu tamamilə verib qutardıqdan sonra qalıq borc ödənilmədiyinə görə onlar Cavabdeh1 yanına getmişlər, içəri girəndə isə Cavabdeh1 polis çağıracağını və ona hər hansı borcunun olmadığını bildirmişdir. Cavabdeh1 otağında onları hədələdikdən sonra Cavabdeh3 "xxxx" MMC-yə borcunun olub-olmadığını soruşmuş, Cavabdeh3 isə borcun Cavabdeh1 aid olduğunu bildirmiş, lakin Cavabdeh1 heç kəsə borcunun olmadığını demişdir. Verdikləri betonları, yükləri sənədləşdirməmə səbəbi isə bu günə qədər belə problemlə qarşılaşmadıqlarından olmuşdur. MMC təxminən 2010-cu ildən fəaliyyət göstərir, beton istehsal edir. Bu problemdən sonra artıq sifariş olunan zaman müqavilə əsasında fəaliyyət göstərirlər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, nə qədər beton lazım olduğunu və hansı tarixdə göndərilməli olduğunu ona Cavabdeh1 zəng edərək bildirmişdir. Ləngimə olanda da Cavabdeh1 özü şəxsən zəng etmişdir. Birinci instansiya məhkəməsində hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 izahat verərək bildirmişdir ki, o bütün işlərdə iştirak etmişdir. Belə ki, o, Şahzadə Məmmədov və Rüstəm Mehdiyev vasitəsi ilə Cavabdeh1lə tanış olmuş, Cavabdeh1lə danışmış, razılıq əldə etmişlər ki, bünövrədən tutmuş dama qədər onlar tikinti aparsınlar. Və onlar ******* manata razılaşmışlar. Gəncə şəhərində Cavabdeh1 ona 50000 manat beh vermiş, bundan sonra o gedib bünövrənin tikintisinə başlamışdır. Tikinti Cavabdeh2 adına tikilmişdir. Tikintiyə onun oğlu Cavabdeh1 rəhbərlik etmişdir. Tikintinin aparılması ilə əlaqədar onların sənədləri olmamışdır. Onlar usta kimi tikinti aparanda hər hansı sənəd işlərinə qarışmamış, apardığı tikintinin çertyoju olsa da möhürü olmamışdır. Cavabdeh1 ona 500000 manatı əlbəəl, qalan pulu isə köçürmə yolu ilə ödəyəciyini bildirmişdir, lakin onun şirkəti olmadığı üçün bununla razılaşmamışdır. Daha sonra belə razılaşmışlar ki, Cavabdeh1 ona pulu o, işi gördükcə hissə-hissə versin. Ona ******* manat pul verilmişdir, o bu pulu tikintiyə sərf etmişdir. İddiaçı ilə Cavabdeh1 o tanış etmişdir. İddiaçının qeyd etdiyi kub həcmində beton tikinti olan yerə gəlmişdir. Aldığı betonu istifadə edəcəyi yer onun tikinti aparacağı sahəyə aid idi. Betonun smeta dəyərini o özü yazmışdır. Beton zavod iddia ərizəsində qeyd edilən qədər betonu tikintiyə vermişdir. Betonun pulu ******* manata daxil idi. Betona görə qalan borcun ödənilməsi ilə bağlı aralarında danışıq olmuşdur. Belə ki, Nicatgil ya pulun ona verilməsini, onun betonun pulunu ödəməsini, ya da özləri vermələrini təklif etmişdir. Həmin danışıq zamanı indiyədək betonun pulunu Cavabdeh2 və Cavabdeh1 verdiklərindən, beton zavodun 250000 manata yaxın ödənişini özləri ödədiyindən, yekunda beton zavodun pulunu ona vermələrinə etiraz etmişdir. Belə ki, beton zavodun pulunu həmişə özləri vermişdilər, ******* manatın qalanını da ona verməyəcəkdilər. ******* manat pulu Cavabdeh1 ona verməmişdir, sadəcə müvafiq şəxslərlə Mustafayevləri o tanış etmiş, onunla birlikdə gedib həmin şəxslərə pul vermişlər, həmin pulu birbaşa onun özünə verməmişlər. Mübahisədən qabaq betonun pulunu aylıq 5000 manat ödəyə biləcəklərini bildirmişdilər, lakin razılıq əldə edilməmişdir. Daha sonra beton zavodun nümayəndələri gəlib Cavabdeh1 pullarını istəyən zaman əvvəlcə Cavabdeh1 betona görə qalan borcu ödəyəcəyini bildirmiş, lakin daha sonra isə heç nə verməyəcəyini və kimə istəyirlərsə şikayət edə biləcəklərini bildirmişdir. Həmçinin Cavabdeh3 izahatında göstərmişdir ki, əvvəlcə vaxtlı vaxtında ödənişlər edilmişdir. Cavabdeh1 onların əməyindən sui-istifadə etmişdir. Cavabdeh1 onların, yəni digər işçilərin də alacağı vardır. Ondan başqa 5 nəfərin də hüquqları pozulmuşdur. Cavabdeh1lə o, hesablaşma aparan zaman kimlərə nə qədər borcu olduğunu qeyd etmişdir. Səs yazısında Cavabdeh1 əvvəlcə ona qalan borcu onun öz üzərinə götürməsini, belə olan halda beton zavod onunla razılaşacağını təklif etmiş, o isə iradını bildirərək borcu öz üzərinə götürməmişdir. O bütün çəkilişləri aparmışdır. Onda səs yazıları mövcuddur, şəkillər və görüntülər var, həmin görüntülərdə beton daşıyan maşınların nömrəsinə qədər düşmüşdür. O, hər dəfə beton gələndə beton daşıyan həmin nəqliyyat vasitələrinin foto şəkillərini çəkmişdir. "xxxx" MMC tərəfindən beton onun tikintidə görəcəyi işə görə verilmişdi, lakin Cavabdeh1 iddiaçının qalan borcunu ödəmədiyinə görə tikintiyə əlavə beton verilməsindən imtina etdilər. Ona aid olmayan, yəni binanın daxili işlərinin görülməsi ilə əlaqədar betonu Cavabdeh1 başqa şirkətdən almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və ona qarşı etirazlar: Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli araşdırmamış, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş, Cavabdeh1 iştirakını təmin edərək tərəflər arasındakı münasibətlərin həqiqi tərəflərini müəyyən etməmiş, buna görə də mübahisəyə tətbiq edilməli olmayan Mülki Məcəllənin 567-ci maddəsini tətbiq etmiş və bununla da düzgün olmayan nəticəyə gəlmişdir. "xxxx" MMC-nin tələb etdiyi borc Cavabdeh1 aid deyil. Məhkəmə betonun alqı-satqısı ilə bağlı razılaşmaların Cavabdeh1 ilə edildiyini göstərsə də, bu barədə iş materiallarında hər hansı sübut yoxdur. Əksinə işdən də göründüyü kimi Cavabdeh1 onun "xxxx" MMC ilə alqı-satqı etmədiyini və həmin şirkətə borcucun olmadığını bildirmişdir. İddiaçının tələb etdiyi borc məbləği Cavabdeh3 və Cavabdeh2 məxsusdur. Bununla da məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, buna görə də öhdəliyin tərəfinin və borcun kimin tərəfindən ödənilməli olmasını düzgün müəyyən etməmişdir. Bundan başqa işə Cavabdeh1 iştirakı olmadan baxılmış, o, məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmamış, iddia ərizəsində göstərilən hallara, eyni zamanda işdə iştirak edən bütün şəxslərin – iddiaçının nümayəndələrinin, cavabdehlərin və şahidlərin Cavabdeh1 qarşı verdikləri ifadələrə sonuncunun münasibəti öyrənilmədən və bu hallar onun iştirakı ilə müzakirə edilmədən Cavabdeh1 pulun tutulmasına dair qanunsuz qətnamə qəbul edilmişdir. Bu, prosessual pozuntu olmaqdan əlavə cavabdehin konstitusion hüququ olan məhkəmə müdafiəsi hüququ pozulmasına səbəb olmuşdur. Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə3 apellyasiya şikayətinə əlavə verərək bildirmişdir ki, iddia ərizəsində təmir-tikinti işlərində istifadə olunmuş betonun sifarişinin Cavabdeh1 tərəfindən verildiyi və betonun qiyməti və həcmi barədə razılaşmaların onunla olduğu göstərilmişdir. Halbuki, xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda araşdırma zamanı dindirilən şəxslərin izahatlarından da açıqaydın görünür ki, Cavabdeh1 qeyri-yaşayış sahəsinin tikintisinin aparılması barədə podrat tapşırığını Cavabdeh3 vermişdir. Belə ki, Cavabdeh1lə Cavabdeh3 aralasındakı razılaşmaya əsasən sonuncu tikintini aparmalı, dam örtüyünü vurmalı, köməkçi tikililəri inşa edib hasar çəkdikdən sonra tikintini yekunlaşdırmalı idi. Cavabdeh3 tikinti işlərinin aparılması üçün bütün məsuliyyəti, o cümlədən lazım olan avadanlıqları və materialları almağı öz öhdəsinə götürmüşdür. Bunun müqabilində Cavabdeh3 1.500.000 manat ödəniş edilməsi razılaşdırılmışdır. Həmin məbləğə tikintinin aparılması üçün Cavabdeh3 çəkəcəyi bütün xərclər, alacağı material və avadanlıqların pulu və sonuncunun xidmət haqqı daxil olmuşdur. Odur ki, tikinti üçün lazım olan materialları, o cümlədən betonun hardan və kimdən alınacağını Cavabdeh3 özü müəyyən etmiş və almışdır. Bütün işlər, həmçinin materialların alınması Cavabdeh3 həvalə edildiyi üçün Cavabdeh1 tikinti üçün hər hansı materialın, o cümlədən betonun alqı-satqısında iştirak etməmiş, iddiaçının nümayəndələrini tanımamış, həmin şəxslərlə betonun alqı-satqısı ilə bağlı hər hansı razılaşma etməmiş, ümumiyyətlə tikinti üçün betonun hansı şirkətlərdən alınacağını belə bilməmişdir. İddiaçı ilə Cavabdeh1 birbaşa nə podrat, nə də alqı-satqı münasibətinə girməyiblər. Onlar yalnız mübahisə yarandıqdan sonra bir-birilərini tanıyıblar. Həmçinin iddiaçının nümayəndəsi X1 RPŞ-da verdiyi izahatında göstərmişdir ki, "... 2022-ci ilin mart ayının sonlarına yaxın dəqiq xatırlamadığı gündə Ramin adlı şəxs işlədiyi müəssisəyə gəlib ona Goranboy şəhərində klinika tikintisinə başlanılacağını və bunun üçün isə həmin tikintiyə rəhbərlik etdiyini, tikinti zamanı istifadə olunacaq betonu "xxxx" MMC- dən almaq istədiyini demiş, o da bundan sonra həmin Ramin adlı şəxslə birlikdə iş yerindən çıxıb Goranboy şəhərinə gəlmiş, klinikanın tikilməsi üçün ayrılmış yerdə klinika tikintisini həyata keçirən Cavabdeh1 ilə görüşmüş..."Bununla yanaşı Cavabdeh2 verdiyi izahatla da təsdiq olunur ki, tikintinin aparılması üçün Cavabdeh3la 1.500.000 manata razılaşmışlar və bu pula material və avadanlıqların, o cümlədən betonun da ödənişi daxil olmuşdur. Belə ki, Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, “... tikinti başlayan zaman torpaq sahəsi onun adına olmuşdur, lakin hazırda Cavabdeh1 adınadır. Oğlu tikintiyə başlayanda Cavabdeh3la tanış olmuş, daha sonra Cavabdeh3 onunla da tanış etmişlər. Danışıq aparmışlar və təxmini olaraq tikintini başa çatdırmaqdan ötrü bir milyon yarıma razılaşmışlar və iş başlamışdır. Cavabdeh3 işi tamamilə görüb qurtarmışdır. Cavabdeh3 üzərinə götürdüyü öhdəliyi demək olar ki, yerinə yetirmiş, lakin axıra yaxın işi ləngitmişdir. Təxmini olaraq Cavabdeh3 ******* manat pul verilmişdir. Cavabdeh3 pulun verilməsi məhkəməyə təqdim etdikləri disklə sübut edilir. Cavabdeh3 diskdə olan videoqeyddə pulun ona verilməsini etiraf edir. Cavabdeh3 tikintiyə alınacaq malları kimdən və ya haradan alması barədə məlumatı olmamışdır, malları Cavabdeh3 özü almışdır. "xxxx" MMC ilə onun əlaqəsi olmamışdır. Cavabdeh3 və ya başqa şəxsin bu şirkətdən beton alması ilə bağlı məlumatı olmamışdır. Onlar pulu Cavabdeh3 vermişlər. Onların şirkətindən isə "xxxx" MMC-yə pul köçürülməmişdir..., betonun tökülməsinfə istifadə olunan dirəkləri Cavabdeh3 icarəyə götürmüşdür..., ... Cavabdeh1lə Cavabdeh3 arasında gedən danışıqla əlaqədar məlumatı olmuş Cavabdeh3 təxminən 1.450.000 manat pul verilmişdir. Cavabdeh3 ona betona görə borcunun olmasını bildirməmişdir. Beton məsələsindən 5-6 ay sonra məlumatı olmuşdur. Prokurorluqda o izahat vermişdir ki, o betonun pulunu Cavabdeh3 vermişdir. Bununla bağlı "xxxx" MMC-yə hər hansıı məlumat verməmişdir. Onların iddiaçıya hər hansı borcu yoxdur...”. Həmçinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda Cavabdeh3 göstərmişdir ki, “...iyirmi ildir inşaat sahəsində çalışır. Belə ki, sifariş əsasında fərdi yaşayış evləri və iaşə obyektlərinin tikintisi işlərini həyata keçirir. 10 fevral 2022-ci il tarixdə Gəncə şəhərində olan zaman Cavabdeh1 tanışı Gəncə şəhəri Layihə və Tədqiqat İnstitunda işləyən Rüstəmin vasitəsi ilə yanına gəlmiş, bundan sonra Cavabdeh1 Goranboy şəhərində hospital tikdirmək istədiyini, tikdirmək istədiyi hospitalın layihəsini hazırlatdığını deyib həmin hospitalın tikintisini aparıb-apara bilməyəcəyini ondan soruşmuş, o da layihəyə baxdıqdan sonra Cavabdeh1 hospitalın tikintisini apara biləcəyini demiş, lakin Cavabdeh1 bildirmiş ki, layihə əsasında tikilməsi nəzərdə tutulan hospitalın smeta dəyərini müəyyən etməlidir. Nicat da onunla razılaşmış, bundan sonra üç gün ərzində Goranboy şəhərində tikilməsi nəzərdə tutulan hospitalın layihəsinin smeta dəyərini hesablamış və müəyyən etmiş ki, tikintinin ona aid olan hissəsində hospitalın tikilməsi üçün 1 milyon 500 min manat pul lazımdır. Həmin pul müqabilində hospitalın tikintisini başa çatdıracaq və həmin pulun içərisində də onun əmək haqqı da yer alacaqdır. Bundan sonra isə Gəncə şəhərində yerləşən “Gəncə Mall” adlanan ticarət mərkəzində Cavabdeh1lə görüşmüş, həmin vaxt orada onun və Nicatın tanışları Rüstəm və Şahzadə olmuş, Nicata onun tikdirmək istədiyi hospitalın 1 milyon 500 min manat pul müqabilində ona aid olan hissəsində tikinti işləri apara biləcəyini demiş, hospitalın tikintisində isə ona aid olan hissə bünövrənin qazılması, beton konstruksiyalarının işlənilməsi, hörgü, dam örtüyü və çöl fasadın boyanması olmuş, Cavabdeh1 də bununla bağlı onunla razılaşmış həmin vaxt Nicat ona beh olaraq 50 dollar pul vermiş, o da 16 fevral 2022-ci il tarixdə Goranboy şəhərində gəlib Cavabdeh1 hospital tikdirmək istədiyi yerdə bünövrə qazıntısına başlamış, həmin vaxt isə Cavabdeh1 ona 50000 manat pul vermiş, o da bundan sonra tikintiyə başlamış, razılaşmaya əsasən tikintinin ona aid olan hissəsini altı ay ərzində təhvil verməli olduğu üçün razılaşmaya uyğun olaraq altı ay ərzində Goranboy şəhərində tikilməsi nəzərdə tutulan hospitalın beton konstruksiya, hörgü, dam örtüyü və çöl fasadın boyanma işlərini tam başa çatdırmış, həmin vaxta qədər isə Cavabdeh1 ümumilikdə 1 milyon 239 min manat pul ödəniş etmiş, sonda isə Cavabdeh1 tikinti üçün borclu qaldığı 261000 manat pulu verməmiş, belə ki, həmin 261000 manat puldan 135000 manatı gördüyü işə görə onun əmək haqqıdır. Qalan 126000 manat pul isə tikinti işləri zamanı alınaraq istifadə olunmuş məmulatların pullarıdır. Belə ki, Cavabdeh1 tikinti işləri aparan zaman iki şirkətdən beton götürmüş, həmin şirkətlərdən biri Göygöl şəhərində yerləşən İddiaçı MMC digəri isə "xxxx" MMC olmuş, Cavabdeh1 tikinti işləri aparılan zaman Göygöl şəhərində yerləşən İddiaçı MMC-dən 240000 manat dəyərində beton, "xxxx" MMC-dən isə 440000 manat məbləğində beton götürülmüş, Cavabdeh1 İddiaçı MMC-dən götürdüyü betona görə həmin şirkətə hissə-hissə pullar ödəmiş, sonda isə Cavabdeh1 həmin şirkətə 68750 manat pul borclu qalmış..., ... həmçinin tikinti işləri aparılan zaman tikintiyə sərf olunacaq materialların pullarını Cavabdeh1 ona verməli olmuş, sadəcə olaraq tikinti işləri aparılan zaman Cavabdeh1 tikintidə istifadə olunan betonların, armaturların və dam örtüyünün pullarını Cavabdeh1 özü vermiş və verdiyi pulları sonda ona verməli olduğu 1 milyon 500 min manat puldan çıxıb onun adına yazmış tikinti işlərində istifadə olunan betonların, armaturların, və dam örtüyü materiallarından başqa isə tikintiyə sərf olunan qalan bütün materialları alıb tikintidə istifadə etmiş və bu barədə Cavabdeh1 məlumat vermiş, Cavabdeh1 də həmin sərf olunan tikinti materiallarının pullarını hissə-hissə ödəmiş, Cavabdeh1 tikintidə istifadə olunan betonların, armaturların və dam örtüyü materiallarının pulunu isə özü ona görə ödəmiş ki, həmin materialları verən şirkətlərlə danışan zaman verilməsi nəzərdə tutulan materialların pulu çox olduğundan şirkət sahibləri ona tikintinin sahibi ilə görüşüb istədiklərini demişlər. Buna görə də Nicat onlarla görüşüb verilən materiallar əsasında pulları hissə-hissə ödəyəcəyinə razılaşmışdır...”. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, öhdəliyin icrası ilə bağlı mübahisədə öncə öhdəliyin kimlər arasında yaranması, nədən ibarət olması və hansı əsasdan irəli gəlməsi müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hüququn tətbiqi zamanı aşağıdakı sualın cavablandırılması zəruridir: “kim, kimdən, nəyi və nəyə əsasən tələb edir?”. Bu çərçivədə iddiaçının kimliyi və subyektiv hüququ, cavabdehin kimliyi və iddiaya cavab verən şəxs olması, iddianın predmeti və obyekti, tərəflər arasında yaranan hüquq münasibətinin xarakteri, buna müvafiq olaraq tələbin qanuni əsası düzgün müəyyən edilməlidir. Başqa ifadə ilə, iddianın təmin edilməsi üçün iddiaçının hansısa hüquqi əsasla tələb hüququna malik olması, buna müvafiq olaraq cavabdehin onun qarşısında icra edilməmiş öhdəliyinin mövcudluğu müəyyən edilməlidir. Halbuki, işin hallarından da göründüyü kimi, qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı podrat tapşırığını Cavabdeh1 qarşısında Cavabdeh3 qəbul edib. İddiaçı MMC ilə Cavabdeh3 arasında isə beton alqısatqı münasibətləri mövcud olub. İddiaçı MMC Cavabdeh1 ilə podrat və ya alqı-satqı müqaviləsi bağlamadığına görə sonuncunun iddiaçı qarşısında öhdəliyi yaranmamışdır. Ona görə də Cavabdeh1 hazırkı işdə iddiaya cavab verməli olan şəxs deyildir. Bu halda iddiaçı başqa şəxslə bağladığı əqddən irəli gələn tələb hüququnu (alqı-satqının dəyərinin ödənilməsini) Cavabdeh1 tələb edə bilməz. Bu qayda tələb hüquqlarının mahiyyətindən irəli gəlir. Məhkəmə isə işin bu hallarını düzgün araşdırmamış və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bundan başqa hazırkı işdə iddianın verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd olaraq daha əvvəl Gəncə Şəhər Məhkəməsinə ödənilən rüsumun qəbzindən istifadə edilmişdir. Başqa sözlə, hazırkı işə Gəncə Kommersiya Məhkəməsinə deyil, Gəncə Şəhər Məhkəməsinə ödənilən dövlət rüsumu qəbzi əlavə edilmişdir. Qəbzdə “məhkəmənin növü” bölməsində də Gəncə Şəhər Məhkəməsi qeyd olunmuşdur. Bu isə MPM-in 152.1.5 və 259.0.12- ci maddələrinin tələblərinə cavab vermir. Nəzərə almaq lazımdır ki, iddia ərizəsi geri qaytarıldıqda, ödənilmiş rüsum da geri qaytarılır. Hazırkı işdə iddia verilərkən MPM-in tələblərinə əməl edilməmişdir. Bu səbəbdən hər bir halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa, qətnamədən görünür ki, iddianı təmin edən məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, “... tərəflər arasında betonun alqı-satqısı ilə bağlı münasibətlər yaranmış, həmin münasibətlərin tərəfində satıcı olaraq "xxxx" MMC, alıcı olaraq Cavabdeh1 iştirak etmişdir. Belə qənaətə gələrkən məhkəmə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin Cavabdeh1 adına qeydə alınmasını, tikintinin məhz onun nəzarəti altında həyata keçirilməsini, betonun da həmin tikintinin inşası üçün verilməsini, iddiaçı tərəfin betonun alqı-satqısı ilə bağlı məhz Cavabdeh1 ilə razılaşdıqlarını, betonun pulunun məhz Cavabdeh1 tərəfindən ödəniləcəyi ilə bağlı öhdəliklər götürdüyünü bildirmələrini nəzə alır...”. Göründüyü kimi məhkəmə Cavabdeh1 və "xxxx" MMC arasında alqı-satqı münasibətlərinin yaranması qənaətinə gəlmiş və bu qənaətini 1) tikinti aparılan qeyri-yaşayış sahəsinin Cavabdeh1 məxsus olması; 2) tikintinin Cavabdeh1 nəzarəti altında həyata keçirilməsi; 3) betonun alqı-satqısı ilə bağlı razılaşmaların Cavabdeh1lə edilməsi və betona görə ödənişlərin edilməsinə dair öhdəliklərin Cavabdeh1 öz üzərinə götürməsi barədə iddiaçı tərəfin bildirdikləri ilə əsaslandırmışdır. Halbuki, işin hallarından da görünür ki, ünvan 1 ünvanında Cavabdeh2 məxsus torpaq sahəsi olmuş və qeyriyaşayış sahəsi də həmin torpaq sahəsi üzərində inşa edilmiş, torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binası xx.xx.2023-cü il tarixdə X2 adına qeydiyyata alınmış və 27 may 2024-cü il tarixdə həmin qeyri-yaşayış binası özgəninkiləşdirilərək Cavabdeh1 mülkiyyətinə keçmişdir. Hazırkı işin hallarından isə görünür ki, tikinti işi üçün beton qeyriyaşayış sahəsinə 2022-ci ildə gətirilmişdir. Yəni, beton verilərkən əmlak X2 adına qeydiyyatda olmuşdur. Hətta, hazırkı iş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə verilərkən də qeyri-yaşayış binası Cavabdeh2 mülkiyyətində olmuşdur. Bu da onu göstərir ki, məhkəmə işin hallarını düzgün müəyyən etməmişdir. Tikintinin Cavabdeh1 nəzarətində olması məsələsinə gəldikdə isə məhkəmə nəzərə almamışdır ki, Cavabdeh1 atası Cavabdeh2 məxsus əmlakda aparılan işləri məhz mülkiyyətçi tərəfindən ona verilmiş xx.xx.2018-ci il tarixli ümumi etibarnamə əsasında həyata keçirmişdir (həmin etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir). İş materiallarında olan və iddiaçının məhkəməyə təqdim etdiyi fərdi sahibkar Cavabdeh2 ilə fərdi sahibkar X15 arasında bağlanmış 17 oktyabr 2022-ci il tarixli xidmət müqaviləsindən də görünür ki, qeyri-yaşayış sahəsinin tikintisində istifadə olunan dəmir dirəklərin, cilouzların, ayaqaltıların quraşdırılması xidmətinin göstərilməsi müqaviləsində tərəf kimi mülkiyyətçi Cavabdeh2 çıxış etsə də, müqavilə Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmçinin, iş materiallarına iddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturadan və xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, 13.040 manat və 2347 manat ƏDV Cavabdeh2 VÖEN hesabından İddiaçı MMC-yə köçürülmüşdür. Habelə, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 VÖEN hesabından X13 5350,43 manat vəsait ödəmişdir. Göründüyü kimi, hətta qeyri-yaşayış sahəsinin mülkiyyətçisi beton alqısatqısının tərəfi kimi fərz edilsə belə, bu halda da Cavabdeh1 iddiaya cavab verməli olan şəxs kimi qəbul edilə bilməz. Cavabdeh2 məhkəməyə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normaları pozulmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış (araşdırılmış), məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmuş, qətnamə iş üzrə müəyyən edilmış həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Ona görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Prosessual məsələlər və apellyasiya şikayətlərinə dair izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərdən Cavabdeh1 nümayəndə vasitəsilə təmsil olunsa da özü və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə3 apellyasiya şikayətini müdafiə edirək şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür, iddiaçı xx.xx.2024-cü il tarixində Gəncə Şəhər məhkəməsinə 375 manat dövlət rüsumu ödəmiş və həmin rüsumu iddia ərizəsinə əlavə etmişdir. Lakin, Gəncə Şəhər Məhkəməsinin qərardadı ilə iddia ərizəsi geri qaytarılmış və iddiaçının Gəncə Kommersiya Məhkəməsinə müraciət etməsi tövsiyə edilmişdir. Hazırki işdə iddianın verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd olaraq daha əvvəl Gəncə Şəhər Məhkəməsinə ödənilmiş dövlət rüsumunun qəbzindən istifadə edilmişdir. Başqa sözlə iş materiallarına Gəncə Şəhər Məhkəməsinə ödənilmiş yanlış dövlət rüsumu qəbzi əlavə edilmişdir. Bu səbəbdən hesab edir ki, qətnamə ləğv edilməli və iddia baxılmamış saxlanılmalıdır. Bundan başqa iddia ərizəsində təmir - tikinti işlərində istifadə olunmuş betonun sifarişinin Cavabdeh1 tərəfindən verildiyi və betonun qiyməti və həcmi barədə razılaşmaların onunla danışıldığı göstərilsə də xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda dindirilən şəxslərin izahatlarından da açıq - aydın görünür ki, Cavabdeh1 qeyriyaşayış sahəsinin tikintisinin aparılması barədə podrat tapşırığını Cavabdeh3 vermişdir. Tərəflər arasındakı razılaşmaya əsasən Cavabdeh3 tikintini aparmalı, dam örtüyünü vurmalı, köməkçi tikililəri inşa edib hasar çəkdikdən sonra tikintini yekunlaşdırmalı idi. Cavabdeh3 tikinti işlərinin aparılması üçün bütün məsuliyyəti, o cümlədən lazım olan avadanlıqları və materialları almağı öz öhdəsinə götürmüşdür. Bunun müqabilində Nicatın Cavabdeh3 1.500.000 manat ödəniş etməsi razılaşdırılmışdır. Bütün işlər Cavabdeh3 həvalə edildiyi üçün Cavabdeh1 hər hansı tikinti materialının, o cümlədən betonun alqısatqısında iştirak etməmiş, iddiaçının nümayəndələrini tanımamış, həmin şəxslərlə betonun alqı-satqısı ilə bağlı hər hansı razılaşma etməmiş, ümumiyyətlə tikinti üçün betonun hansı şirkətlərdən alınacağı barədə Nicatın məlumatı olmamışdır. İddiaçı ilə Cavabdeh1 birbaşa nə podrat, nə də alqı-satqı münasibətində olmamışdırlar. Tərəflər yalnız mübahisə yarandıqdan sonra bir-birilərini tanımışdır. İddianı təmin edən birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən müvafiq torpaq sahəsində inşa edilmiş qeyri - yaşayış sahəsinin Cavabdeh1 adına qeydə alınmasını, tikintinin məhz onun nəzarəti altında həyata keçirilməsini, betonun da həmin tikintinin inşası üçün verilməsini, betonun alqı-satqısı ilə bağlı Cavabdeh1 ilə iddiaçının razılaşdığını, betonun pulunun məhz Cavabdeh1 tərəfindən ödəniləcəyi ilə bağlı öhdəlik götürdüyünü qeyd etmişdir. Halbuki, işin hallarından da göründüyü kimi müvafiq torpaq sahəsi Cavabdeh2 məxsus olmuş və həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri - yaşayış binası xx.xx.2023-cü il tarixində X2 adına qeydiyyata alınmış və xx.xx.2024-cü il tarixində isə həmin bina özgəninkiləşdirilərək Cavabdeh1 bağışlanılmışdır. Qeyd edilməlidir ki, tikinti işi üçün beton qeyri - yaşayış sahəsinə 2022-ci ildə gətirilmişdir. Yəni, beton verilərkən əmlak Cavabdeh2 adına qeydiyyatda olmuşdur. Hətta, hazırkı iş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə verilərkən də qeyri-yaşayış binası Cavabdeh2 mülkiyyətində olmuşdur. Tikintinin Cavabdeh1 nəzarətində olması məsələsinə gəldikdə isə məhkəmə nəzərə almamışdır ki, Cavabdeh1 atası Cavabdeh2 məxsus əmlakda aparılan işləri məhz mülkiyyətçi tərəfindən ona verilmiş xx.xx.2018-ci il tarixli ümumi etibarnamə əsasında həyata keçirmişdir. İş materiallarında mövcud olan Cavabdeh2 ilə X15 arasında bağlanmış 17 oktyabr 2022 - ci il tarixli xidmət müqaviləsindən də görünür ki, həmin müqavilədə tərəf kimi Cavabdeh2 çıxış etməsinə baxmayaraq müqaviləni onun oğlu Nicat etibarnamə əsasında imzalamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz etdiyini və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar cavabdeh Nicatı Ramilin vasitəçiliyi ilə tanımışlar. Danışıqların hamısı Nicatla aparılmışdır və bütün ödənişləri Nicat özü həyata keçirmişdir. Ramil onların şirkətinə heç bir ödəniş etməmişdir. Belə ki, müxtəlif vaxtlarda Nicatın atası tərəfindən bankın qarşısında 30.000 manat məbləğində pul nağd qaydada, təxminən 13.000 manat məbləğində pul isə bank vasitəsilə köçürmə yoluyla ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X8 apellyasiya şikayətinə etiraz etdiyini və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Ramil Nicatı iddiaçı şirkət ilə tanış etdikdən sonra heç bir münasibətlərdə iştirak etməmişdir. Ümumilikdə şirkətə 170.000 manatdan çox ödəniş edilmişdir ki, onun da 130.000 manatdan çox hissəsini Nicat özü iddiaçıya ödəmişdir. Qalan vəsait isə müxtəlif vaxtlarda Nicatın atası tərəfindən bankın qarşısında 30.000 manat məbləğində pul nağd qaydada, təxminən 13.000 manat məbləğində pul isə bank vasitəsilə köçürmə yolu ilə ödənilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsinə dair apelyatorun nümayəndəsinin izahatını və apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dövlət rüsumunun tutulması hissəsində dəyişdirilməlidir. Apellyasiya araşdırmasının hədləri ilə bağlı kollegiya qeyd edir ki, iddia tələbi qismən təmin edilmiş olsa da, iddiaçı qətnaməni iddiasının təmin edilməmiş hissəsində mübahisələndirməmişdir. Cavabdeh1 qətnamənin ləğv edilərək iddianın ona münasibətdə təmin edilməməsini xahiş etmişdir. Göründüyü kimi apellyasiya araşdırmasının predmetini iddianın təmin olunmuş hissəsi təşkil edir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 144989 nömrəli qaimədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 15387,20 manat məbləğində betona dair qaimə ötürülmüş və həmin qaimə təsdiq edilmişdir. İş materiallarında olan bank hesabından çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən "xxxx" MMC-nin hesabına betonla bağlı 13040 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlaka dair arxiv arayışının verilməsi barədə məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2023-cü il tarixli **********27-06301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 adınadır. İş materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışlardan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,4896 torpaq sahəsində ümumi sahəsi 5177,40, otaq sayı 107 olan qeyri-yaşayış sahəsi **********27-06301 reyestr nömrəsi ilə Cavabdeh1 məxsusdur. Goranboy şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən 0,4896 olan torpaq sahəsi **********27 reyestr nömrəsi ilə Cavabdeh2 məxsusdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli çıxarışında qeyd edilmişdir ki, Cavabdeh1 sifarişi əsasında Goranboy rayonu ərazisində tikilən klinikaya 2899,5 m3 həcmində 240040 manat məbləğində beton göndərilmiş, bundan 171290 manat ödənilmiş, 68750 manat borc qalmışdır. İş materiallarında olan Cavabdeh2 ilə X15 arasında bağlanmış 17 oktyabr 2022-ci il tarixli 14 saylı xidmət müqaviləsindən və bank hesabından çıxarışdan görünür ki, icraçı sifarişçinin tapşırığına əsasən bütün layihələrdə aparılan tikintidə istifadəsi nəzərdə tutulan dəmir dirəklərin, cilouzların, ayaqaltıların quraşdırılması xidmətlərini göstərməyi, sifarişçi isə icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 hesabından X9 hesabına 5350,43 manat vəsait köçürülmüşdür. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktında qeyd edilmişdir ki, həmin tarixə "xxxx" MMC-nin Goranboy Klinikasının "xxxx" MMC-yə 90269,30 manat borcunun olması "xxxx" MMC-nin imzası və möhürü ilə təsdiq olunmuşdur. İş materiallarında olan foto şəkillərdən görünür ki, tikinti sahəsinin ətrafında beton daşıyan maşınlar dayanmış və həmin maşınların üzərində "xxxx" MMC yazıs vardır, maşınlardan tikintiyə beton boşaldılır. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, səs yazısının tərəfləri olan iddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh3 razılığı ilə tədqiq edilmiş audio diskdə olan səs yazılarından görünür ki, Osman, Nicat və Ramil arasında betonun borcu ilə bağlı mübahisə gedir, Nicat borcun Ramilin borcu olduğunu qeyd edərək Osmana deyir ki, “həmin torpağa gələn betondan Ramilin 70000 sizə verəcəyi var, mənim də Ramilə verəcəyim var, mən Ramilə verəcəm, o da sənin pulunu verəcək, söhbət budur”. Osman betona olan 70000 manat borcun kim tərəfindən ödəniləcəyi ilə bağlı Ramilə sual verir. Ramil də betona görə 70000 manat borcun Nicatın borcu olduğunu və Nicat tərəfindən ödəniləcəyini bildirir. İş materiallarında olan Cavabdeh2 tərəfindən təqdim edilmiş audio-video diskdə olan səs yazısından və görüntüdən görünür ki, Cavabdeh3 ilə Cavabdeh1 arasında tikintinin aparılması, malların alınması, tikintiyə nəzarət olunması, tikintiyə çəkilmiş xərclərlə bağlı müzakirələr aparılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Göygöl rayonu Quşqara kəndində yerləşən İddiaçı MMC qəbul etdiyi sifarişlər əsasında beton məhsulu istehsal edərək satışı ilə məşğul olur. Tkinti işləri ilə məşğul olan Cavabdeh3 2022-ci ilin əvvəllərində İddiaçı MMC-nin direktor müavini X8 ilə görüşərək Goranboy şəhərində Cavabdeh2 gələcəkdə Klinika kimi istifadə edilməsi üçün qeyri-yaşayış binası inşa etdirmək istədiyini, ona görə də beton məhsulunun lazım olacağını bildirmiş, növbəti gün Cavabdeh3 X5 da dəvət edərək tikinti işləri görüləcək ünvan 2 ünvanına getmiş, orada Cavabdeh2 və onun oğlu Cavabdeh1lə tanış olmuş, veriləcək beton məhsulu, onun qiyməti və ödəniş şərtləri barədə şifahi razılığa gəlmişlər. Tikinti başlandıqdan sonra Cavabdeh1 sifarişləri əsasında tikinti üçün zəruri olan beton məhsulları iddiaçıya aid, həmçinin iddiaçının cəlb etdiyi nəqliyyat vasitələri ilə tikinti sahəsinə daşınaraq əksər hallarda Cavabdeh1 təhvil verilmiş, təhvil verilmiş betonun pulu isə razılaşdıqları müddətlərdə Cavabdeh1 tərəfindən şəxsən, bir halda isə sonuncunun atası Xalıq Mustafayev tərəfindən ödəniş edilmiş, bir halda isə Xalıq Mustafayevin adından köçürmə yolu ilə köçürülmüşdür. İddiaçı tərəfindən Cavabdeh1 sifarişlərinə uyğun 2899,5 m3 həcmində 240040 manat məbləğində beton göndərilmiş, bundan 171290 manat ödənilmiş, 68750 manat borc qalmışdır. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsalandırmışdır ki, işdən görünür ki, Goranboy şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən Cavabdeh2 məxsus torpaq sahəsində qeyri-yaşayış sahəsi, hospital inşa edilmişdir. Həmin qeyri-yaşayış sahəsi Cavabdeh1 adına qeydə alınmışdır. Qeyri-yaşayış sahəsinin tikintisinə "xxxx" MMC tərəfindən beton verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin tikintisinə "xxxx" MMC tərəfindən betonun verilməsi iddiaçı tərəfin nümayəndələrinin izahatları, Cavabdeh3 izahatı, şahidlərin ifadələri, foto şəkillər, video görüntü, Cavabdeh2 tərəfindən edilən ödəniş qəbzi ilə təsdiq olunur. Verilən betonun miqdarına gəldikdə isə iddiaçı qeyd edir ki, 2899,5 m3 həcmində 240040 manat məbləğində beton göndərilmiş, bundan 171290 manat ödənilmiş, 68750 manat borc qalmışdır. Məhkəmə iclasında izahat verən və sözügedən qeyri-yaşayış sahəsinin bünövrəndən damının düzəldilməsinə qədər işləri həyata keçirən Cavabdeh3 inşa edilən tikintiyə iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən məbləğdə beton verildiyi, tələb olunan məbləğdə də borcun qaldığını bildirmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 05 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da Cavabdeh3 "xxxx" MMC-yə verdiyi betonun pulundan 68750 manat borc qaldığını bildirmişdir. Bundan başqa audio diskin tədqiqi zamanı müəyyən edilmişdir ki, Osman, Nicat və Ramil arasında betonun borcu ilə bağlı mübahisə gedir, Nicat borcun Ramilin borcu olduğunu qeyd edərək Osmana deyir ki, “həmin torpağa gələn betondan Ramilin 70000 sizə verəcəyi var, mənim də Ramilə verəcəyim var, mən Ramilə verəcəm, o da sənin pulunu verəcək, söhbət budur”. Osman betona olan 70000 manat borcun kim tərəfindən ödəniləcəyi ilə bağlı Ramilə sual verir. Ramil də betona görə 70000 manat borcun Nicatın borcu olduğunu və Nicat tərəfindən ödəniləcəyini bildirir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahəsinin tikintisinə verilən betona qalan borcun 68750 manat təşkil etməsi iş materialları ilə təsdiq edilir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı üç cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı borc məbləğinin, habelə mənəvi zərərin məhz Cavabdeh3dan, Cavabdeh2 və Cavabdeh1 tutulmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, tərəflər arasında betonun alqı-satqısı ilə bağlı münasibətlər yaranmış, həmin münasibətlərin tərəfində satıcı olaraq "xxxx" MMC alıcı olaraq Cavabdeh1 iştirak etmişdir. Belə qənaətə gələrkən məhkəmə Goranboy şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin Cavabdeh1 adına qeydə alınmasını, tikintinin məhz onun nəzarəti altında həyata keçirilməsini, betonun da həmin tikintinin inşası üçün verilməsini, iddiaçı tərəfin betonun alqı-satqısı ilə bağlı məhz Cavabdeh1 ilə razılaşdıqlarını, betonun pulunun məhz Cavabdeh1 tərəfindən ödəniləcəyi ilə bağlı öhdəlik götürdüyünü bildirmələrini nəzərə alır. Digər cavabdehlərdən borcun tutulması ilə bağlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh2 beton alqı-satqısı ilə bağlı razılaşması, alınacaq betonun pulunu verəcəyi ilə bağlı satıcı ilə razılaşması və pulun verilməsi ilə bağlı öhdəliyi öz üzərinə götürməsi iş materialları ilə təsdiq edilmir. Həmçinin Cavabdeh2 oğlu Cavabdeh1 ilə müştərək cavabdehlik daşımasına əsas verən hallar mövcud deyildir. Digər Cavabdeh3 isə betonun pulunun Cavabdeh1 tərəfindən ona verilmədiyi, betona dair ödənişlər məhz sonuncunun həyata keçirdiyini bildirmişdir. İddiaçı tərəf də betonun alqı-satqısı ilə bağlı Cavabdeh1 ilə razılaşdıqlarını, betonun pulunu sonuncu və Cavabdeh2 tərəfindən ödənildiyi bildirilmişdir. Belə olan borc məbləği Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Hazırkı halda isə iddiaçı hüquqi şəxsdir, ona mənəvi ziyan vurulmasından söhbət gedə bilməz. Hüquqi şəxs də işgüzar nüfuzunun müdafiəsi ilə bağlı hər hansi bir iddia tələbi işə çıxış etməmişdir. Odur ki, iddia qismən təmin edilməli, 68750 manat məbləğində borc Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 375 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 296 manat 95 qəpik dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdehlərdən Cavabdeh1 Goranboy şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən, atası Cavabdeh2 məxsus torpaq sahəsində qeyri-yaşayış binasının tikintisi üçün beton məhsulunun alğı-satqısı ilə bağlı "xxxx" MMC ilə şifahi razılığa gəldiklərindən iddiaçı Cavabdeh1 sifarişinə uyğun miqdarda beton məhsulunu beton məhslunu tikinti sahəsinə göndərmişdir. Həmin inşa edilən qeyri-yaşayış sahəsi Cavabdeh1 adına qeydə alınmışdır. İddiaçı 2899,5 m3 həcmində 240040 manat məbləğində beton göndərmiş, bundan 171290 manat ödənilmiş cəmi 68750 manat borc qalmışdır. Bu hal iş materiallarına əlavə edilmiş 05 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da öz təsdiqini tapmışdır. Həmin qeyriyaşayış sahəsi Cavabdeh1 adına qeydə alındığıdan, eləcə də betonun alğı-satqısı ilə bağlı razılaşma bilavasitə Cavabdeh1 ilə əldə olunmaqla dəyərinin əksər hissəsi də bilavasitə Cavabdeh1 tərəfindən ödənildiyinə görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi beton alğı-satqısı üzrə ödənilməmiş qalmış 68750 (altmış səkkiz min yeddi yüz əlli) manat pulu Cavabdeh1 iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin birinci dəlili iddiaçı tərəfindən dövlət rüsumunun Gəncə Kommersiya Məhkəməsi üçün yox, Gəncə Şəhər Məhkəməsi üçün köçürülməsidir. Şikayətin dəlillərindən də göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə əvvəlcə Gəncə şəhər Məhkəməsinə müracət etmiş, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən göründüyü kimi dövlət rüsumu da həmin məhkəməyə müraciət edilməsi üçün ödənilmiş, lakin iddia ərizəsi məhkəmə aidiyyəti qaydaları pozulmaqla verildiyinə görə geri qaytarılmış, iddiaçı həmin rüsum ödənişi qəbzini iddia ərizəsinə əlavə etməklə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Kollegiya hesab edir ki, həmin xüsusat qətnamənin ləğv edilərək iddianın baxılmamış saxlanması üçün əsas olmamalıdır. Ona görə ki, hər bir halda işin məhkəmədə baxılması üçün dövlət nəfinə tutulan məbləğdir və son nəticədə iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxmış birinci iinstansiya məhkəməsi həmin halı nəzərə almamış və düzgün olmayaraq 296 (iki yüz doxsan altı) manat 95 (doxsan beş) qəpik dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini qət etmişdir. Halbuki həmin məbləğ cavabdehdən dövlət mədaxilinə alınmalı idi. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə həmin hissədə dəyişdirilməli, ödənilməli olan 296 (iki yüz doxsan altı) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu Cavabdeh1 dövlət nəfinə alınmalıdır. Apellyasiya şikayətinin dəlillərindən bir də işə onun iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Cavabdeh1 məhkəmə bildirişi, SMS bildirişi göndərilmiş və EMİS elektron məhkəmə sistemində onlara məxsus kabinetə yerləşdirilmişdir. Cavabdehlərdən Cavabdeh2 birinci instansiya məhkəməsinin iclaslarında iştirak etsə də, digər cavabdehlər baxış iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Apellyasiya şikayətinin digər dəlili İddiaçı MMC Cavabdeh1 ilə podrat və ya alqı-satqı müqaviləsi bağlamadığına görə sonuncunun iddiaçı qarşısında öhdəliyi yaranmaması ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmır. Ona görə ki, iddia ərizəsində də göründüyü kimi tərəflər, yəni İddiaçı MMC ilə Cavabdeh1 beton alğı-satqısı ilə bağlı şifahi qaydada razılığı gəlmiş, iddiaçı cavabdehi qeyri-yaşayış binasının tikintisində istifadə etdiyi betonla təmin etmiş, həmin xüsusat iş materialları, o cümlədən birinci instansiya məhkəməsində dindirilmiş tərəflər və şahid ifadələri ilə təsdiq olunur. Göründüyü kimi apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1127/2024 saylı qətnaməsi Cavabdeh1 296 (iki yüz doxsan altı) manat 95 (doxsan beş) qəpik dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilməli, Cavabdeh1 296 (iki yüz doxsan altı) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1127/2024 saylı qətnaməsi Cavabdeh1 296 (iki yüz doxsan altı) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 296 (iki yüz doxsan altı) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar