Məhkəmə qərarları › İş №2-2(104)-72/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-72/2025

06.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-72/2025 06.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda təsdiqlənmiş “X7 klubu”ndakı 100 faiz payın satılmasına dair 2014-cü il 22 oktyabr tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 14 nömrəli Ərazi Vergilər İdarəsi tərəfindən cavabdehə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 2-2(115)-1321/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(076)-2795/2018 nömrəli qətnaməsi ilə X2 iddiası təmin edilmiş, cavabdehlər İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Şəmkir rayon Notariat Kontorunda təsdiqlənmiş “X7 Klubu”ndakı 100 faiz payın satılmasına dair 2014-ci il 22 oktyabr tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 nömrəli Ərazi Vergilər İdarəsi tərəfindən cavabdeh İddiaçı verilmiş 2014-cü il 21 oktyabr tarixli, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın və Cavabdeh verilmiş 2014-cü il 22 oktyabr tarixli, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ******* manat məbləğində pulun alınıb Cavabdeh verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(104)- 4017/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 2018-ci il 10 avqust tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilərək iddiaçı T.Aslanovun cavabdehlər İddiaçı, Cavabdeh, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14 nömrəli Ərazi Vergilər İdarəsi və üçüncü şəxs Şəmkir rayon Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab olunması və çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda təsdiqlənmiş “X7 klubu”ndakı 100 faiz payın satılmasına dair 2014-cü il 22 oktyabr tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 14 nömrəli Ərazi Vergilər İdarəsi tərəfindən cavabdehə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X7 klubu” 100 faiz pay ilə ona məxsus olmuşdur. Onunla cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən “X7 klubu”ndakı 100 faiz payı ******* manata satılmışdır. Lakin müqavilə bağlanarkən alğı-satqı müqaviləsində qeyd olunan ******* manat məbləğində pul cavabdeh tərəfindən ona ödənilməmişdir. Bununla da, müqavilənin mühüm şərti pozulmuşdur. Tərəfindən əmlak alıcıya təhvil verilsə də, alıcı üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əvəzində müəyyənləşdirilmiş ******* manat məbləğində pul məbləğini ödəməmişdir. Bununla da o, əvəzsiz olaraq mülkiyyətindən məhrum olmuşdur. Bundan əvvəl Şəmkir Rayon Məhkəməsində mübahisəli əmlakla bağlı işə baxılsa da, hazırkı mülki işdə həm iddianın əsası, həm də tərəflər dəyişmişdir. Belə ki, hazırkı işdə artıq cavabdeh alğı-satqı müqaviləsinin nəticəsində ona heç bir pul məbləği ödəmədiyini öz ərizəsində etiraf edir. Hətta bununla əlaqədar olaraq 2019-cu il 2 dekabr tarixində ərizə vermişdir. Ona görə də bağlanmış alğı-satqı müqaviləsi etibarsız edilməlidir. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 21 avqust tarixli 2-2(115)-1321/2024 nömrəli qərardadı ilə (hakim: R.Qələndərzadə) iddiaçının cavabdehə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair kommersiya işinin icraatına xitam verilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(104)- 4017/2018 nömrəli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(076)-2795/2018 nömrəli qətnaməsi ilə X2 iddiası təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh arasında bağlanmış və Şəmkir rayon Notariat Kontorunda təsdiqlənmiş “X7 Klubu”ndakı 100 faiz payın satılmasına dair 22 oktyabr 2014-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 nömrəli Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2014-cü il tarixli, **********20386000 kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın və Cavabdeh verilmiş xx.xx.2014-cü il tarixli, **********047600 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ******* manat məbləğində pulun alınıb Cavabdeh verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(076)-2795/2018 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən qətnamə ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli 2(076)- 2795/2018 nömrəli qətnaməsinin təmamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddiaçı X2 cavabdehlər İddiaçı, Cavabdeh, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14 nömrəli Ərazi Vergilər İdarəsi və üçüncü şəxs Şəmkir rayon Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab olunması və çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədə qeyd olunur ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi Cavabdeh xx.xx.2014-cü il tarixdə “X7 Klubu”nun nizamnamə kapitalındakı 100 faiz payı alqı-satqı müqaviləsi əsasında onun həmin tarixdəki mülkiyyətçisi olan İddiaçı ******* manata almış, payın dəyərini tam ödəmiş və təsisçilərin dəyişməsi ilə bağlı klubun nizamnaməsinə edilmiş dəyişiklik dövlət qeydiyyatına alınmışdır. Apellyasiya instansiya məhkəməsində müəyyən olunmuşdur ki, Cavabdeh “ X7 Kulubu” nun nizamnamə kapitalındakı 100 faizi payı almamışdan əvvəl nə İddiaçı, nə də Turqay Aslanovu tanımamış, “X7 Klubunun” nizamnamə kapitalındakı paya dair münasibətdə üçüncü şəxslərin hər hansı hüquqlarının mövcud olduğunu bilməmişdir və bilədə bilməzdi. Belə ki, 26 dekabr 2018-ci il tarixli 2(104)-4017/2018 nömrəli Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə hazırki məhkəmə mübahisəsinin predmeti olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığı müəyyən edilmişdir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi etibarlı hesab edilmişdir. İddiaçı Cavabdeh alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyini əsas gətirərək məhkəməyə müraciət etmişdir. Halbuki sözügedən qətnamə ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə “X7 Klubu”nun nizamnamə kapitalındakı 100 faiz payı alqı-satqı müqaviləsi əsasında onun həmin tarixdəki mülkiyyətçisi olan İddiaçı ******* manata aldığı, payın dəyərini tam ödədiyi müəyyən olunur. Belə olan halda işin mahiyyəti ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə mövqeyini Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 82.3 və 261.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyasında birinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri İddiaçı birinci instansiya məhkəməsinin qərardadından şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmiş, Gəncə Kommersiya Məhkəməsinin 1 oktyabr 2024cü il tarixli, 2-2(115)-1321/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normalarının tələbi pozularaq icraata xitam verilmişdir. Belə ki, MPM-nin 82.3-cü maddəsində qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilə bilməməsi qeyd edilmişdir. Yəni həmin işdə iştirak edən tərəflərin tərkibi ilə hazırki işdə olan tərəflərin tərkibi fərqlidir. Tərəflər fərqli olduğuna görə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli 2(104)- 4017/2018 nömrəli qətnaməsi hazırki işdə preyudisial əhəmiyyətli hal kimi qəbul edilə bilməz. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşə məhkəmədə baxılarkən maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2- 2(104)-214/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının əsaslandırıcı və nəticə hissələri razılaşaraq qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli 2(104)-4017/2018 nömrəli qətnaməsindən də göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarlı hesab edilmişdir. Lakin mübahisələndirilən müqavilənin etibarlılığı məhkəmə qatnaməsi ilə müəyyən edildiyindən və qətnamə qanuni qüvvəyə minməsinə baxmayaraq iddiaçı həmin müqaviləni yenidən mübahisələndirmiş, həmin tələb üzrə buna görə də birinci instansiya məhkəməsi hazırki iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 82.3 və 261.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyasında icraat: İddiaçı qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-nin 82.3-cü maddəsində qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilə bilməməsi qeyd edilmişdir. Yəni həmin işdə iştirak edən tərəflərin tərkibi ilə hazırkı işdə olan tərəflərin tərkibi fərqlidir. Beləliklə, tərəflər fərqli olduğuna görə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 26 dekabr tarixli 2(104)-4017/2018 nömrəli qətnaməsi hazırkı işdə preyudisial əhəmiyyətli hal kimi qəbul edilə bilməz. Göründüyü kimi apellyasiya məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 2(102)-46/2025 nömrəli qərarı ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Şamoyev, B.Məmmədli) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2-2(104)-214/2024 nömrəli qərardadı tam ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əvvəlki işin tərəfləri ilə hazırkı işin tərəfləri eynidir. Çünki hazırkı iş üzrə tərəflər əvvəlki işdə birgə cavabdehlər kimi çıxış etmişlər. İddiaların predmetinə dair qeyd edilir ki, əvvəlki işdə iddiaçı və cavabdehlər arasında olan mübahisəli hüquq münasibətləri ilə hazırkı işin tərəfləri arasında olan mübahisəli hüquq münasibətləri tamamilə fərqli olsa da, hər iki iddia ərizəsində eyni tələb (müqavilənin etibarsız hesab edilməsi) irəli sürüldüyünə görə, iddiaların predmetinin də eyni olması qəbul edilə bilər. İddiaların əsası isə fərqlidir. Çünki əvvəlki işdə iddiaçı X5 mülkiyyətində olan paya səlahiyyətsiz şəxsin, yəni cavabdeh İddiaçı tərəfindən buna hüququ olmadan sərəncam verilməsinə istinad etmişdir. Hazırki işdə isə iddiaçı cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməməsinə istinad edir. Göründüyü kimi mübahisənin tərəfləri və iddianın predmeti eyni olsa da, iddianın əsası fərqlidir. Apellyasiya instansiyasında ikinci icraat: Kommersiya işi üzrə qərardaddan şikayətə yazılı icraat qaydasında tərəflər izahatları dinlənilmək üçün çağırılmadan xx.xx.2025-ci il tarixdə baxılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş yenidən araşdırılması üçün məhkəməyə qaytarılmalıdır. Belə ki,birinci instansiya məhkəməsi MPM-in 261.0.2-ci maddəsini tətbiq edərək iddia tələbi üzrə icraat xitam versə də hazırki mübahisə predmeti olan iddia ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(104)- 4017/2018 nömrəli qətnaməsi ilə həll olunmuş mülki işin eyni tərəf, eyni predmet və eyni əsas ünsürləri üzrə tam qiymətləndirmə həyata keçirməmişdir. MPM-in 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. İddianın predmetini – iddiaçının məhkəmədən baxılmasını və həll olunmasını xahiş etdiyi maddi hüquqi tələb, yəni tərəflər arasında olan mübahisəli hüquq münasibətindən irəli gələn iddiaçının cavabdehə yönəltdiyi konkret tələb təşkil edir. İddianın əsasını isə iddiaçının cavabdehə qarşı öz tələbini əsaslandırmaq üçün istinad etdiyi faktiki hallar, yəni tərəflər arasındakı maddi hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamı ilə bağlı olduğu faktlar (hüquqi faktlar) təşkil edir. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında belə hüquqi mövqe ifadə edilmişdir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir. Bu baxımdan kollegiya qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(104)-4017/2018 nömrəli qətnaməsi ilə həll olunmuş mülki işin tərəfləri, iddianın predmeti və əsası ilə hazırkı işin tərəflərinin, iddianın əsasının və predmetinin eyni olub-olmamasına qiymət verilməlidir. Əvvəlki işdə iddiaçı X2 iddiası onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh İddiaçı arasında bağlanmış 27 sentyabr 2008-ci il tarixli payın alqı-satqı müqaviləsinə əsasən İddiaçı “X7 Klubu”ndakı ona məxsus olan 100 faiz payı X4 ******* manata satmışdır. Müqavilə bağlandıqdan sonra İddiaçı tərəfindən “X7 Klubu”a aid bütün hüquq müəyyənedici sənədlər iddiaçıya təhvil verilmişdir. İddiaçı 2018-ci ilin iyun ayında yerli vergi orqanına “X7 Klubu”na dair reyestrdən çıxarış almaq üçün müraciət edərkən məlum olmuşdur ki, cavabdeh İddiaçı 22 oktyabr 2014-cü il tarixdə yenidən “X7 Klubu”ndakı ona məxsus olan 100 faiz payı digər Cavabdeh ******* manata satmışdır. “X7 Klubu”ndakı ona məxsus olan 100 faiz payın dəyərini tam ödəməklə aldıqdan sonra iddiaçı paya mülkiyyət hüququnu əldə etmiş, həmin pay üzərində qanuni əsaslarla əmlak hüquqlarına malik olmuşdur. Cavabdeh İddiaçı ilə iddiaçı arasında öhdəlik münasibətləri daha əvvəl, yəni 27 sentyabr 2008-ci il tarixdən, Cavabdeh ilə isə sonradan, yəni 22 oktyabr 2014-cü il tarixdən yaranmışdır. Ona görə də, pay öhdəliyin daha əvvəl əmələ gəldiyi kreditora, yəni iddiaçıya mülkiyyət hüququ ilə məxsusdur. Cavabdeh İddiaçı artıq özünə məxsus olmayan payı yenidən satmaqla iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Göründüyü kimi cavabdehlər arasında bağlanmış müqavilə əhəmiyyətsizdir. Belə ki, İddiaçı buna heç bir hüququ olmadan iddiaçının mülkiyyətində olan paya dair sərəncam vermişdir. Hazırkı iş üzrə iddia isə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən əmlak cavabdehə təhvil verilsə də, sonuncu üzərinə düşən öhdəliyi yerinə yetirməyərək müəyyənləşdirilmiş pul məbləğini ödəməmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, əvvəlki işin tərəfləri ilə hazırkı işin tərəfləri eynidir. Çünki hazırkı iş üzrə tərəflər əvvəlki işdə birgə cavabdehlər kimi çıxış etmişlər. İddiaların predmetinə dair qeyd edilir ki, əvvəlki işdə iddiaçı və cavabdehlər arasında olan mübahisəli hüquq münasibətləri ilə hazırkı işin tərəfləri arasında olan mübahisəli hüquq münasibətləri tamamilə fərqli olsa da, hər iki iddia ərizəsində eyni tələb (müqavilənin etibarsız hesab edilməsi) irəli sürüldüyünə görə, iddiaların predmetinin də eyni olması qəbul edilə bilər. İddiaların əsası isə fərqlidir. Çünki əvvəlki işdə iddiaçı X5 mülkiyyətində olan paya səlahiyyətsiz şəxsin, yəni cavabdeh İddiaçı tərəfindən buna hüququ olmadan sərəncam verilməsinə istinad etmişdir. Hazırki işdə isə iddiaçı cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməməsinə istinad edir. Göründüyü kimi mübahisənin tərəfləri və iddianın predmeti eyni olsa da, iddianın əsası fərqlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı ilə bağlı iddianın fərqli əsaslarla irəli sürülməsinə yol verilir. Lakin burada nəzərə alınmalıdır ki, iddianın əsasının fərqli olması dedikdə, iddiaçının istinad etdiyi faktlara əsasən güman etdiyi fərqli hüquqi nəticə deyil, istinad edilən faktların özlərinin fərqli olması başa düşülür. Yəni eyni faktlara istinad edilərək əqdin etibarsız hesab edilməsi barədə təkrar iddianın irəli sürülməsinə yol verilmir Əqdin etibarsız hesab edilməsi barədə təkrar iddianın irəli sürülməsinə yalnız o halda yol verilir ki, iddianın əsasını təşkil edən faktlar birinci iddiada göstərilən faktlardan tamamilə və ya əsas faktoloji hissədə fərqlidir. Digər istisna, yəni əqdin etibarsızlığı ilə bağlı iddianın irəli sürülməsini qeyri-mümkün edən hal tərəflər arasında həmin əqdə əsaslanan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğudur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, ...hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olubolmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. ...Bu baxımdan, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Həmin qərardadda Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi qərara almışdır ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Hazırki işdə isə belə hal mövcud deyildir. Belə ki, hazırkı iddiadan əvvəl mübahisələndirilən əqdə əsaslanan iddia irəli sürülməmiş və ona görə də, həmin əqdin tələbdən və etibarsızlığın növündən asılı olmadan etibarlı olub-olmamasına qiymət verilməmişdir. Əvvəlki işdə irəli sürülmüş iddia əqdin etibarsız hesab edilməsi ilə bağlı təsbitetmə iddiası olmuşdur. Belə növ iddiaya baxıldıqda isə məhkəmənin iddianın əsasından kənara çıxmaq səlahiyyəti yoxdur. Belə ki, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin maddədə qeyd edilən “tələblər”ə isə həm iddianın predmeti, həm də əsası aiddir. Beləliklə, nə əvvəlki iddia ilə hazırkı iddianın əsasını təşkil edən faktların eyni olması, nə də mübahisələndirilən əqdə əsaslanan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olması müəyyən edilmir. Belə olan halda MPM-in 261.0.2-ci maddəsində nəzərdə tutulmuş bütün dispozisiya şərtləri mövcud deyildir. Birinci instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almayaraq MPMin 261.0.2-ci maddəsini düzgün tətbiq etməmişdir. Məhkəmə tərəfindən MPM-in 82.3-cü maddəsinə istinad edilməsi isə tam əsassız olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Odur ki, iş üzrə icraata xitam verilmə əsasları MPM-in 261-ci maddəsində göstərilmiş və onların geniş təfsirinə yol verilmir. MPM-in 82.3-cü maddəsi isə sübut etməkdən azad olmaq üçün əsasları müəyyən etməklə yalnız işə mahiyyəti üzrə baxıldığı vaxt sübutetmə predmetinin müəyyən edilməsi üçün tətbiq oluna bilər. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 395-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 2-2(115)-1321/2024 nömrəli qərardadı tam ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar