Məhkəmə qərarları › İş №2-2(104)-73/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-73/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-73/2023 25.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrilik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı “X3” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair ilk iddiası və "xxxx" MMC-nin “X3” MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-1129/2022 nömrəli qərardadından ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı “X3” MMC cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə “X3” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 421-05/18 (D.F. – Naiqin Ko T.B.) saylı və xx.xx.2019-cu il tarixli 463 – 05/19 (D.F. – Naiqin Ko T.B) saylı müqavilələr üzrə iddia ilə müraciət edilən günə 28330 manat və 5099 manat 40 qəpik ƏDV olmaqla yaranmış borcun və 175 manat dövlət rüsumunun müvafiq olaraq bank və ƏDV hesablarına köçürülməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək "xxxx" MMC ilə “X3” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 421– 05/18 (D.F. – Naiqin Ko T.B.) saylı və xx.xx.2019-cu il tarixli 463 – 05/19 (D.F. – Naiqin Ko T.B.) saylı müqavilələr üzrə ərizə ilə müraciət edilən günə 25006 manat və 4501 manat 8 qəpik ƏDV olmaqla yaranmış borcun və 175 manat dövlət rüsumunun müvafiq olaraq bank və ƏDV hesablarına köçürülməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC “X3” MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36062 manat 81 qəpik əsas borc, ödənilməsi gecikdirilmiş 2 il üçün (1 il üçün 5% olmaqla) 3606 manat 28 qəpik gecikdirilmiş faiz borcu, 35000 manat əldən çıxmış fayda, 200 manat məcburi kommersiya mediasiya prosesinin keçirilməsi üçün çəkilmiş xərc, 145 manat iddia tələbi üçün dövlət rüsumu, ümumilikdə 75013 manat 09 qəpik vəsatitin xeyirlərinə tutulub alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli e-2-2(115)- 1129/2022 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, 25006 manat məbləğində borc və ödənilmiş 175 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən iddiaçı “X3” MMC-nin xeyrinə tutulmuş, ilk iddianın qalan hissəsi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, 27939 manat 80 qəpik borc, 2793 manat 98 qəpik gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 30733 manat 78 qəpik məbləğində borc, ödənilmiş 145 manat dövlət rüsumu və 200 manat mediasiya xərci “X3” MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilmiş, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli e-2-2(115)- 1129/2022 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2-2(104)-237/2022 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli e-2- 2(115)-1129/2022 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apelyasiya Məhkəməsinə daxil olmuş e-2-2(115)-1129/2022 saylı kommersiya işi Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1129/2022 saylı, qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)- 1129/2022 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti həmin şikayətin MPM-in 361-ci maddəsinın tələblərinə uyğunluğunun yoxlanması üçün geri qaytarılmışdır. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə elektron qaydada ərizə ilə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi və kommersiya işinin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli e-2-2(115)-1129/2022 saylı qərardadı ilə xx.xx.2022-ci il tarixli e-2-2(115)-1129/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməmişdir. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil 30 dekabr 2022-ci il tarixində elektron qaydada şikayət ilə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli e-2-2(115)-1129/2022 saylı qərardadının ləğv olunaraq məhkəmə qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək apelyasiya şikayətinin aidiyyatı üzrə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsinə dair qərardad çıxarılmısını xahiş etmişdir. Şikayət onunla əsaslandıılrmışdır ki, iddiaçı “X3” MMC cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə “X3” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 421-05/18 saylı və xx.xx.2019- cu il tarixli 463 – 05/19 saylı müqavilələr üzrə hazırkı günə 28330 manat və 5099 manat 40 qəpik ƏDV olmaqla yaranmış borcun və 175 manat dövlət rüsumunun müvafiq olaraq bank və ƏDV hesablarına köçürülməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (“Alıcı” adlandırılan) və"xxxx" MMC (“Satıcı” adlandırılan) arasında xx.xx.2018- ci il tarixli 421–05/18 saylı və xx.xx.2019-cu iltarixli 463–05/19 saylı müqavilələr imzalanmışıdr. Həmin müqavilələrin İİİ maddəsinin (Qarşılıqlı hesablaşmalar) 3.4-cü bəndlərinə əsasən “Alıcı”nın dükanlarında malların (spirtli içkilərin) hər müqavilə üzrə 1 (bir) il reklam edilməsi üçün, hər ilə görə 20 000 (iyrimi min) manat olmaqla, ümumilikdə 40 000 (qırx min) manat (hər iki müqavilə üzrə cəmi) maliyyə vəsaiti ödəməli olmuşdur. Həmin ödəməli olduğu vəsaitdən hazırkı günə 28330 (iyrimi səkkiz min üç yüz otuz) manat və 5099.40 (beş min doxsan doqquz manat qırx qəpik) manat ƏDV olmaqla, ödənilməli borcu qalmışdır. Daha sonra ilk iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək "xxxx" MMC ilə “X3” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 421– 05/18 (D.F. – Naiqin KoT.B.) saylı və xx.xx.2019-cu il tarixli 463 – 05/19 (D.F. – Naiqin Ko T.B.) saylı müqavilələr üzrə hazırkı günə 25006 manat və 4501 manat 8 qəpik ƏDV olmaqla yaranmış borcun və 175 manat dövlət rüsumunun müvafiq olaraq bank və ƏDV hesablarına köçürülməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC “X3” MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36062 manat 81 qəpik əsas borc, ödənilməsi gecikdirilmiş 2 il üçün (1 il üçün 5% olmaqla) 3606 manat 28 qəpik gecikdirilmiş faiz borcu, 35000 manat əldən çıxmış fayda, 200 manat məcburi kommersiya mediasiya prosesinin keçirilməsi üçün çəkilmiş xərc, 145 manat iddia tələbi üçün dövlət rüsumu, ümumilikdə 75013 manat 09 qəpik vəsatitin xeyirlərinə tutulub alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh “X3” MMC ilə aralarında bağlanmış 421-05/18 (D.F- Naiqin Ko T.B.) №-li, 16 may 2018-ci il tarixli və 463-05/19 saylı (D.F- Naiqin Ko T.B.) №-li, 17 may 2019-cu il tarixli 2 ədəd alğı-satqı müqavilələri üzrə cavabdeh onlardan mütəmadi olaraq mal alıb. Elektron qaimələr üzrə cavabdeh onlardan 2018-ci il üçün 55738 manat dəyərində, 2019-cu il üçün 31.866 manat 10 qəpik dəyərində mal sifariş edib alıb. Ümumilikdə 87.604 manat 10 qəpik dəyərində mal alınıb. Müqavilələr üzrə cavabdeh hissəvi ödənişlər edirdi. Lakin sonradan ödəniş etmədi. Cavabdeh 2020-ci ildə ödənişi ümumi pandemiya səbəbi ilə bağlı malın satılmadığını bildirib heç bir ödəniş etməyib. 2021-ci ildən bazırki vaxtadək müxtəlif bəhanələrlə ödənişlərdən yayınır. Nəticədə cavabdeh qərəzli və hüquqdan sui-istifadə hərəkətləri ilə pozuduğu hüquqları bərpa edib qarşılıqlı kommersiya münasibətlərini davam etmək əvəzinə onlara maddi ziyan vuraraq həm malları satıb qalıq qalmış 36.062,81 AZN (otuz altı min altmış iki manat səksən bir qəpik) pulu ələ keçirdib, hüquqlarının bərpa edilməsi üçün əlavə xərclər çəkməklərinə səbəb olub, həm də müqavilə üzrə malların dəyərini vaxtında ödəmədəyindən onlar təkrar mal istehsalı üçün lazım olan avadanlıqları əldə edib sata bilmədiklərindən ən azı 35.000 AZN (otuz beş min) dəyərində fayda əldən çıxıb. Həm də, bankdan götürülmüş krediti zamanında ödəməkdə çətinlik çəkdiklərindən əlavə faiz ödəmək məcburiyyətində qalıblar. Nəticədə müəyyən edilib ki, “Alıcı” 2019-cu ildə cəmi 5 ayda, müəyyən tarixlərində sifariş verib mal alıb. Sonuncu partiya malı cavabdeh xx.xx.2019-cu il tarixində əldə etdikdən sonra heç bir mal sifariş verməyib, əvvəl alınmış mal üçün ödəniş etməyib. 2019-cü ildə cəmi 31.866.10 AZN (otuz bir min səkkiz yüz altmış altı manat, on qəpik) dəyərində mal sifariş verib alıb. 17 may 2019-cu il tarixli müqavilənin müddəti 18 may 2020-ci il tarixində bitib. Yəni “Alıcı” cavabdeh müqavilələr üzrə hər ay mallar sifariş verib almalı, malları öz dükanlarında qabaq rəfərlərdə satışa qoyub həm reklam etməli, həm satışı təmin etməli idi, həm də satışdan öz payına düşən hissəni (reklam üçün aylıq ödəniş daxil olmaqla) götürüb elektron qaimələrdə öhdəlik götürdüyü vəsaiti onlara qaytarmalı idi. Cavabdeh qeyd edilən müqavilələr üzrə öhdəliklərini pozub. Nəticədə onlara maddi ziyan vurub. Hesab edilməlidir ki, bu qanunsuz tələbi ilə cavabdeh onlara olan borcunu əvəzləşdirmək və nəticədə məsuliyyətdən yayınmaq məqsədi güdür. Belə ki, mediasiya prosesi zamanı onlar cavabdehə güzəşt edib ödənilməli əsas borcun məbləğini 34.733.51 AZN (otuz dörd min yeddi yüz otuz üç manat əlli bir qəpik) və 1329.30 AZN (min üç yüz iyirmi doqquz manat otuz qəpik) dəyərində malın geri qaytarılmasını təklif ediblər. 34.733.51 + 1329.30 = 36.062,81 (otuz altı min altmış iki manat səksən bir qəpik) edir. Cavabdehin tələbi 28.330 + 5099.40 = 33.429 (otuz üç min dörd yüz iyirmi doqquz) edir. 36.062,81 - 33.429 = 2633,81 (iki min altı yüz) edir. Yəni fərq cəmi 2633 AZN-dir. Nəticə göz qabağındadır. Bu hərəkət bilavasitə tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, müqavilənin ziddinə edilmiş haldır. İş üzrə Gəncə Kommersiya Məhkəməsi tərəfindən e-2- 2(115)-1129/2022 saylı 23 sentyabr 2022-ciil tarixli qətnamə qəbul edilmiş, həmin qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti aidiyyəti üzrə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2-2(104)-237/2022 saylı qərardadı ilə apellyasiya şikayəti apellyasiya şikayəti vermə müddətinin yoxlanılması üçün geri qaytarılmış, X1 25 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, xx.xx.2022-ci il tarixli ərizə ilə tərəflərindən elektron ərizə ilə buraxılmış bir neçə saatlıq müddətin bərpa edilməsi və şikayətin apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmiş, e-2-2(115)-1129/2022 saylı xx.xx.2022-ci il tarixli qəraraddadı ilə ərizə təmin edilməmişdir. Cəmi 5-6 saat gecə 12-dən sonra səhər 7-də elektron sistemə yüklənməsi mümkün olmuş bir şikayət üzrə ümumiyyətlə qüvvədə olan məhkəmə təcrübəsində saat hesabı ilə buraxılmış müddətə görə şikayətin geri qaytarılması qəbul edilməzdir. Hətta məhkəmələr məhkəmə müdafiə hüququnun maksimum dərəcədə təmin edilməsi istiqamətində bir sıra islahatlar aparmışlar. e-2-2(115)-1129/2022 saylı xx.xx.2022-ci il tarixli qəraraddadı ləğv edilərək müddət tərəf olaraq iradələrindən asılı olmayan səbəbdən texniki səbəblərdən elektron səhifəyə yüklənmədiyini nəzərə alaraq apellyasiya şikayəti vermə müddəti bərpa edilməklə apellyasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş edir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli e-2-2(115)-1129/2022 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli e-2-2(115)-1129/2022 saylı qərardadı və həmin qərardadla bağlı 05 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materialları ilə müəyyən olunmuşdur ki, Gəncə Kommersiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, e-2-2(115)-1129/2022 saylı qətnaməsi 27 sentyabr 2022-ci il tarixində iş üzrə ilkin iddia üzrə cavabdehin və onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilmiş və onlara bu barədə həmin sistem vasitəsilə elektron qaydada məlumat çatdırılmışdır. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil isə apelyasiya şikayətini 28 oktyabr 2022-ci il tarixdə vermiş, bununla da, apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1129/2022 nömrəli qətnaməsindən şikayət vermə müddəti ötürüldüyündən və apellyasiya şikayətinin bərpa edilməsinə əsas olmadığından cavabdehin xahişi təmin olunmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdehin nümayəndəsi apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin üzrlü səbəbdən buraxılamsını elektron sistemdəki nasazlıqla izah edir. Halbuki cavabdehin dövlət rüsumunu ödəməsinə dair ödəniş sənədindən görünür ki, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunu da xx.xx.2022-ci il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş bir aylıq müddəti buraxmaqla ödəmişdir. Bu isə cavabdehin apellyasiya şikayətini prosessual müddət ötdükdən sonra verilməsinin elektron sistemdəki texniki nasaslıqla əlaqələndirilməsinin əssaslı olmadığını, beləliklə də prosessual müddətin üzrsüz səbəbdən buraxıldığını təsdiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2-2(115)- 1129/2022 saylı qərardadı və həmin qərardadla bağlı 05 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2-2(115)- 1129/2022 saylı qərardadı və həmin qərardadla bağlı 05 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad onun çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar