Məhkəmə qərarları › İş №2-2(104)-73/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-73/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-73/2025 19.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-51/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları Ekspeditor "xxxx" MMC ilə sifarişçi "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2023/M-059 nömrəli nəqliyyat-ekspedisiya xidmətinə dair müqaviləyə əsasən ekspeditor yalnız Müqaviləyə əlavə edilmiş sifariş forması, kommersiya təklifi və ya qiymət razılaşma protokolu əsasında sifarişçi üçün və onun hesabına ölkədaxili və beynəlxalq nəqliyyat-ekspedisiya xidmətləri (bu zaman həyata keçirilən nəqliyyat marşrutunun keçdiyi ölkələrin qanunvericiliyi, beynəlxalq konvensiyalar, məcəllələr və digər qaydalar əsas götürülür) göstərir. Sifarişçinin ayrıca sifarişinə əsasən ekspeditor bu müqavilə üzrə həmçinin terminal əməliyyatları, gömrük və digər rəsmiləşdirmələrin həyata keçirilməsi ilə bağlı xidmətlər göstərə bilər. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən sifarişçi xidmətlərin başlanmasına 7 iş günü qalmış sifarişçi ekspeditorun @adycontainer.com domeni ilə elektron poçt ünvanlarına təqdim edir. Tərəflər sifarişin təqdim edilməsinin digər müddətlərini əlavə olaraq razılaşdıra bilərlər. 1.5-ci bəndinə əsasən bu müqavilədə göstərilən e-poçt ünvanları müqavilə üzrə münasibətlər üçün rəsmidir, göstərilən ünvanlara yazışmalar kağız üzərində yazılı təsdiq tələb etmir. 2.1.4-cü bəndinə əsasən ekspeditor sifarişçi tərəfindən nəqliyyat-ekspedisiya xidmətlərinə görə ödəniş edilmədikdə, ödəniş tam ödənilənə qədər yükü saxlaya və bununla bağlı yaranmış itkilərə görə sifarişçidən kompensasiya tələb edə bilər. Bu bənddə nəzərdə tutulmuş hallarda ekspeditor tərəfindən yükün saxlanılması nəticəsində yükə dəyə biləcək zərərə görə məsuliyyəti sifarişçi daşıyır. 2.1.5-ci bəndinə əsasən ekspeditor sifarişçinin və ya onun cəlb etdiyi üçüncü şəxslərin təqsiri ilə sərhəd-buraxılış məntəqələrində və gömrük nəzarəti məntəqələrində yoxlama məqsədilə yüklərin dayanması ilə əlaqədar yaranmış cərimələrin və əlavə terminal xidmətlərin ödənilməsini sifarişçidən tələb edə bilər. 2.1.7-ci bəndinə əsasən göstərilən xidmətlərin qarşılıqlı razılaşması və hesablaşması məqsədi ilə sifarişçinin təsdiqi üçün “göstərilən xidmətlərə dair “akt” hazırlayıb göndərir. “Göstərilən xidmətlərə dair “Akt” sifarişçi tərəfindən qəbul edildiyi gündən 5 iş günü ərzində imzalanıb geri göndərilmədikdə və ya əsaslandırılmış etiraz təqdim edilmədikdə akt sifarişçi tərəfindən imzalanmış hesab olunur və ekspeditorun uçotunda əks olunmaq üçün imzalanmış kimi qəbul edilir. 2.1.8-ci bəndinə əsasən bütün istiqamətlər üzrə ekspeditor ekspeditorun iradəsindən asılı olmayan (hava şəraiti, qatarın xarab olması (qatarın növündən asılı olmayaraq), terminalda texniki problemlər və ya onun yüklənməsi, platforma çatışmazlığı, cari təmir işləri) səbəblərlə bağlı yaranmış gecikmələrə görə məsuliyyətdən azaddır. 2.2.1-ci bəndinə əsasən sifarişçi Azərbaycana idxal və/və ya Azərbaycandan ixrac zamanı zəruri bütün sənədləri öz qüvvəsi ilə hazırlamaqla və ya bü əməliyyatın həyata keçirilməsi ilə bağl ekspeditora əlavə sifariş verməklə xidmətlərin başlanmasına 7 iş günü qalmış, ekspeditora aşağıdakı sənəd və məlumatları təqdim etməlidir: -bu müqavilə ilə müəyyən edilmiş qaydada nəqliyyat-ekspedisiya xidmətləri üçün yükün qəbul(təhvil) yerini, son təyinat məntəqəsini, növünü, çəkisini, həcmini, xüsusiyyətlərini və s. Məlumatları özündə əks etdirən yazılı sifariş, -yükün mənşə ölkəsini göstərən sənədləri, o cümlədən yükün idxal (ixrac) gömrük sənədlərini, yol qaimələri və onlara bərabər tutulan sənədlərin scan nüsxəsini, tələb olunduğu spesifikasiya, sertifikatlar və yükün göndərilməsi ilə əlaqədar digər sənədlər, -yükün idxalının (ixracının) gömrük rəsmiləşdirilməsi üçün gömrük və ya digər dövlət orqanları tərəfindən tələb olunan digər zəruri sənədləri. 2.2.4-cü bəndinə əsasən sifarişçi yükün nəqliyyat vasitələrinə yüklənməsini və nəqliyyat vasitələrindən boşatmasını, həmçinin gömrük rəsmiləşdirilməsini öz vəsaiti hesabına müstəqil yerinə yetirməlidir. Sifarişçinin sifarişi əsasında bu xidmətlər ekspeditor tərəfindən həyata keçirildikdə həmin xidmətin dəyərini əlavə olaraq ödəməlidir. 2.2.5-ci bəndinə əsasən sifarişçi daşıma zamanı yaranacaq cərimələr, demuraj və digər məcburi ödənişləri (yanlış kod yazmaq, boş dayanma, sənədlərin natamam olması, gömrük yoxlamaları, sərhəd-keçid məntəqələrində konteynerin saxlanması və ekspeditordan asılı olmayan digər hallarda) təsdiqedici sənədlər təqdim edilikdə 5 iş günü ərzində (ödəmə gecikdirildiyi təqdirdə hər gün üçün məbləğin 0,1 % həcmində dəbbə pulu hesablanır) ekspeditorun bank hesabına ödəməlidir. 4.3-cü bəndinə əsasən tərəflər müqavilə şərtlərinin yerinə yetirilməməsinə, və özünün və/və ya cəlb etdiyi 3-cü şəxslərin hərəkət və hərəkətsizliyi ucbatından dəymiş ziyana görə məsuliyyət daşıyır. 4.4.1-ci bəndinə əsasən sifarişçi nəqliyyat vasitələrinin boş dayanmasına gətirib çıxaran hallara görə (nəqliyyat təşkilatları/daşıyıcılar tətbiq etdikləri cərimə sanksiyaları miqdarında) əlavə məsuliyyət daşıyır. 4.4.7-ci bəndinə əsasən sifarişçi yaranmış demeredjlar, saxlama xərcləri, dəbbələrə və cərimələrlə bağlı təqdim edilmiş hesab-fakturaya 3 iş günü ərzində etirazını və ondan irəli gələn suallarını ekspeditora yazılı şəkildə bildirməlidir, əks halda hesab-faktura sifarişçi tərəfindən qəbul edilmiş hesab ediləcəkdir və etirazların qəbuluna yol verilməyəcəkdir. xx.xx.2023-cü il tarixli müqaviləyə 7 nömrəli əlavələrdən əsasən, MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20Ft-luq konteynerlərdə olan yükün xx.xx.2023-xx.xx.2023-cü il müddətdə saxlanılması üçün xərclər 364 ABŞ dolları və xx.xx.2023-xx.xx.2023-cü il müddətə (21 gün pulsuz) olan 9 konteynerə demuraj xərcləri 10800 ABŞ dolları, qalan 4 konteynerə xx.xx.2023-xx.xx.2023-cü il müddətə (21 gün pulsuz) 5040 ABŞ dolları olmaqla, cəmi 16204 ABŞ dolları demuraj xərci hesablanmışdır. xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən göndərilmiş yazışmada (müqavilənin icrası ilə bağlı “Aqrokimya" MMC tərəfdən məsul şəxs-Esmira Cəfərova, "xxxx" tərəfdən məsul şəxslər-Cavid Həbibova və Günel Duman) qeyd edilmişdir ki, “Salam Cavid bəy və Günel xanım. Əlavədəki sənədlərə əsasən 13 ədəd 20 futluq konteyner, Multi K gübrəsinin Bakıya daşınması üçün qiymət təklifi verməyinizi xahiş edirik. Qeyd edirik ki, yüklər təhlükəli yükdür." xx.xx.2023-cü il tarixdə cavab olaraq qeyd edilmişdir ki, “Qiymətə THC Poti daxil deyil, təəssüf ki THC xidməti hazırda etməmiz mümkün deyil”. xx.xx.2023-cü il tarixli "xxxx" tərəfindən göndərilmiş yazışmada qeyd edilmişdir ki, "Başqa terminala konteyneri çəkmə +120 ABŞ dolları, əgər cərimələr yaransa zəmanət məktubu təqdim edilsə THC xidməti verə bilərik, öz tərəflərindən gecikmələr yaranmasın deyə platforma təminatını əlimizdən gələn ən yaxşı şəkildə ediləcəyini bildiririk”. xx.xx.2023-cü il tarixli “Aqrokimya" MMC tərəfdən göndərilmiş yazışmada qeyd edilmişdir ki, "X4 götürüb başqa bir terminala daşıyıb ordan dəmir yolu ilə gətirmək imkanı necə varmı? Belə olan halda THC xidmətini də etmək olarmı? THC xidməti biz tərəfdən öhdəlik məktubu verilsə yerinə yetirilə bilərmi və bu halda qiymət necə dəyişər?. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin “ADY Container” LLC-yə olan zəmanət məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixli sifarişinizə əsasən MSC dəniz xətti MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerin daşınması zamanı yarana biləcək demuraj xərclərini qarşılamağı öhdələrinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, BAR**********34 nömrəli hesab fakturaya əsasən, “Bartrans Lojistic Ticaret Limited” şirkəti tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 4212,00 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixli, BAR**********54 nömrəli hesab-fakturaya əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək 16204 ABŞ dolları məbləğində işlər yerinə yetirilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə aktından da görünür ki, “Bartrans Lojistic Ticaret Limited” şirkəti tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, BAR**********54 nömrəli hesab-fakturaya əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək 16204 ABŞ dolları məbləğində işlər yerinə yetirilmişdir. xx.xx.2023-cü il tarixli İNV-AZE 2311-040 nömrəli hesab-fakturada cavabdeh "xxxx" MMC-nin 2023-cü ilin iyul ayında sifarişdən də, 208 dollar məbləğində saxlama xərcləri və 3180 dollar məbləğində demuraj xərci olmaqla, ümumilikdə 3388 ABŞ dolları məbləğində xərclərin qaldığı göstərilmişdir. xx.xx.2024-cü il tarixli elektron qaimədə 2023-cü ilin sentyabr və oktyabr ayları üçün konteynerlərin daşınması üçün demuraj xərcinin 40466 manat 80 qəpik məbləğində olması göstərilmiş və tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması şəklində yenidən təşkil edilmiş və onun hüquqi varisidir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 40466 manat 80 qəpik (23804,00 ABŞ dolları) məbləğində əsas borcun, 9575 manat 52 qəpik (5632,66 ABŞ dolları) məbləğində dəbbə pulunun, 1520 manat məbləğində vəkil xərcləri, 244 manat 69 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 51807 manat 01 qəpik pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində 2023/M-059 saylı nəqliyyat-ekspedisiya xidmətlərinə dair müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin yanvar-dekabr aylarında müvafiq xidmətlər göstərilmişdir. Göstərilmiş xidmətlərin bir hissəsi cavabdeh tərəfindən aşağıdakı qaydada ödənilmişdir. 2023/M-059 №-li müqavilə üzrə kəsilmiş İNV 2307-2781 saylı xx.xx.2023-cü il tarixli invoysuna əsasən, ekspeditor tərəfindən sifarişçiyə Poti-Abşeron-Poti marşrutu üzrə 13 ədəd 20 Ft-luq konteynerə 19955 ABŞ dolları həcmində daşıma xidmətləri göstərilmişdir. Həmin invoysuna əsasən sifarişçiyə 33923,50 manat məbləğində elektron qaimə təqdim edilmiş və sifarişçi tərəfindən xx.xx.2023- cü il tarixində ödənilmişdir. Lakin cavabdeh yuxarıda qeyd edilən 13 ədəd konteynərlərdə yükün təhlükəli yük olduğunu qeyd etmədiyi üçün, xidmətlərin göstərilməsinə cəlb edilmiş Bartrans Lojistic Ticarət Limited şirkəti tərəfindən onlara saxlama və demuraj cərimələri tədbiq edilmişdir. Həmin demuraj və saxlama xərcləri 23804 ABŞ dolları təşkil edir. Bununla əlaqədar, cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli məktubu göndərərək, Meduas 717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerlərin daşıması zamanı yaranmış demuraj xərclərinin ödənilməsini öhdəliyinə götürmüşdür. Bunun əsasında tərəflərindən cavabdehə 40466 manat 80 qəpik məbləğində elektron qaimə və invoyslar verilmişdir. Lakin cavabdeh bu günə kimi yaranmış borcunu ödəməmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən, cavabdehə üzləşmə aktı təqdim edilmişdir. Həmin üzləşmə aktı cavabdeh tərəfindən 5 gün ərzində təsdiq edilməli və ya əsaslandırılmış etiraz göndərilməlidir. Əks halda akt təsdiq edilmiş kimi hesab olunur. Cavabdehin borcuna xx.xx.2024-cü il tarixinə hesablanmış dəbbə pulu 5632,66 ABŞ dolları təşkil edir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırılmışdır ki, əvvəla iddiaçı iddia tələbində verilmiş iyul (birinci) və sentyabr (ikinci) aylarındakı sifarişləri qarışdıraraq düzgün əsaslanmadan demuraj xərcləri cavabdehdən tələb etməyə çalışır. "xxxx" MMC “ADY Konteyner" MMC ilə nəqliyyat-ekspedisiya xidməti ilə bağlı uzun müddətdir ki çalışırlar. Bu dövr ərzində onların sifarişi əsasında “Bitki mühafizə vasitələri" Respublikaya idxal edilmişdir. Bunlardan biri də tərəflər arasında bağlanmış 2023/M-059 saylı, 6 iyul 2023-cü il tarixli Nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilədir. 18 sentaybr 2023-cü il tarixli, MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerlərin respublikaya gətirilməsi ilə bağlı ”ADY Konteyner" MMC-yə sifariş verilmişdir. Malın daşınması 6 oktyabr 2023-cü il tarixdə sonuncu dayanacaq Sumqayıt şəhəri olmalı idi. Lakin iddiaçı həmin malı 21 günə deyil, ümumilikdə 41 gün ərzində malı onlara təhvil vermişdir. İddiaçı iddia tələbində “Aqrokimya" MMC-nin İNV 2307-2781 saylı xx.xx.2023-cü il tarixli invoysuna əsasən ekspeditor tərəfindən sifarişçiyə Poti-Abşeron-Poti marşurutu üzrə 13 ədəd 20 Ftluq konteynerdə yükün təhlükəli yük olduğunu qeyd etmədiyi üçün, xidmətlərin göstərilməsinə cəlb edilmiş Bartrans Lojistic Ticarət Limited şirkəti tərəfindən onlara saxlama və demuraj cərimələri tətbiq edildiyini göstərmişdir. Lakin iddiaçı Bartrans Lojistic Ticarət Limited şirkəti ilə ADY 150923#C saylı ‘’X2'-ni 15 sentyabr 2023-cü il tarixdə bağlamışdır. Bu tələbi iddiaçıya hansı formada Bartrans Lojistic Ticarət Limited şirkəti qoya bilərdi. Belə ki, həmin dövrdə icraçı başqa şirkət olmuşdur. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış 2023/M-059 saylı 6 iyul 2023-cü il tarixli müqavilə ilə bağlı 13 ədəd birinci sifarişin icrasında tərəflər hər hansı bir problem qarşılaşmamış və bununla bağlı icraçı tərəfindən sifarişçiyə yazılı və ya şifahi formada etiraz bildirilməmişdir. Belə ki, onlara verilən konteynlər iddiaçı tərəfə vaxtında təhvil verilirdi. Qeyd olunmalıdır ki, bu mallarda təhlükəli mal olub və bunla bağlı iddiaçı tərəfə sifariş verilərkən 3 iyul 2023-cü il tarixdə iddiaçı tərəfin məsul şəxslərinə-Günel Duman və Rəşad Məcidova bildirilmişdir. Maildə göstərilmişdir ki, “Telefon danışığımızın davamı olaraq əlavədə gələn həftə ərzində Potiyə çatması göstərilən (ETA xx.xx.2023) 13 ədəd konteynlərin Bakıya daşınması ücün qiymət təklifi verməyinizi xahiş edirik. Qeyd edək ki, yük təhlükəli yükdür. Free demurraue 14 gündür. Dəniz xətti MSC." Bu daşınma həmin dövrdə THC əməliyyatını “ADY" Konteyner tərəfindən Bartrans Lojistic Ticarət Limited şirkəti deyil, GR Logistics Terminals LLC həyata keçirirdi. (431 saylı, 10 iyul 2023-cü il tarixli Etibarnamə). Sonradan THC əməliyyatın aparılmasını “X8" şirkətinə tapşırmış (müqavilə əsasında) (577 saylı, 19 sentyabr 2023-cü il tarixli Etibarnamə). Sonradan əməliyyatın aparılması Bartrans Lojistic Ticarət Limited şirkətinə müqavilə əsasında tapşırılmışdır (601 saylı. 28 sentyabr 2023-cü il tarixli Etibarnamə). Etibarnamələrin tarixindən də məlum olur ki, sifarişçinin malının daşınması hansı şirkət həyata keçirib. 18 sentyabr 2023- cü il tarixli, MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerlərin respublikaya gətirilməsi ilə bağlı “ADY Konteyner" MMC tərəfindən malın gecikdirmə səbəbləri: uzun müddət bu şirkətin xidmətindən istifadə olunduğundan təhlükəli hesab edilən 13 ədəd konteyner əvvəllərdə bu şirkət tərəfindən daşınmışdır (2023 iyul ayında). Daşınan və mübahisə yaranmayan dövrlərdə onların tərəfindən malla bağlı məlumat verildiyindən şirkət bir dəfə də olsun malın təhlükəli olması barədə iradı olmamış və “Aqrokimya" MMC-ni bununla bağlı cərimə olunmasına dair müraciət etməmişdir. Belə ki, hər dəfə bu malın daşınmasında onlara həm şifahi, yazılı və həm də mala dair məlumatlarda malın kodu göstərilmişdir. Koddan məlum olur ki, bu mal təhlükəlidir və ya təhlükəsiz. İddiaçı iddia edir ki, "xxxx" MMC malın təhlükəli olması barədə onlara məlumat verilməyib. Bu sahə üzrə çalışan bir şirkətin belə bir fikir söyləməsi şirkət olaraq əsassız və yanlışdır. Belə ki, hər bir daşınan mal rəsmi qaydada qəbul edilmiş kod əsasında daşınaraq xaricdən ölkəyə idxal edilir. 13 ədəd konteynerin təqdim edilmiş yol qaiməsində “UNNO: UN 1486 Class: 5.1. “kodu altında göstərilmişdir. Qəbul edilmiş beynəlxalq sənədlərdə bu kod altında daşınan mallar təhlükəli mal sayılır. Yəni bu malın təhlükəli olması barədə bildirilən fikir yanlışdır. Nəqliyyat xidməti göstərən şirkət bu malların daşınma kodlarını bildiklərindən, belə bir malın xarakteristikasını bilməli idi. Bu baxımdan məlumatın verilməsi deyil, bu sahə üzrə məlumatlı olmadıqlarını və hansı malın daşınması barədə kodun dəqiqləşdirilməməsi, müəyyən edilməməsi, düzgün qiymətləndirməməsi iddiaçının səhvidir. İddiaçı iddia tələbində müqavilənin 3.4-cü bəndinə əsasən, cavabdehə üzləşmə aktı təqdim edildiyini və 5 gün ərzində həmin üzləşmə aktı təsdiq edilməli və ya əsaslandırılmış etiraz göndərilməli olduğunu, əks halda akt təsdiq edilmiş kimi hesab olunması göstərilmişdir. 2023/M-059 saylı, 6 iyul 2023-cü il tarixli müqavilənin 3.4-cü bəndində göstərilir ki; “Göstərilən xidmətlərin hesablaşması məqsədi ilə hər bir rüb bitdikdən sonra, tərəflər 5 iş günü müddətində “üzləşmə aktı'-nı imzalayırlar." 2023/M-059 saylı. 6 iyul 2023-cü il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında, birinci sifarişə dair "xxxx" MMC MEDUAS687153 nömrəli SWB əsasında gələn 13 konteyner üçün 11 iyul 2023-cü il tarixində 19955 ABŞ dolları, ikinci dəfə sifarişə dair 22 sentyabr 2023-cü il tarixində isə MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerlərin nəqliyyat-ekspedisiya xidməti başlanmazdan ən azı 3 iş günü əvvəl 100% olaraq iddiaçının hesabına 22 sentyabr 2023- cü il tarixdə 23400 ABŞ dolları həcmində ödəniş edilmişdir. İddiaçı iddia tələbində göstərdiyi üzləşmə aktı “Aqrokimya" MMC-yə 17 may 2024-cü il tarixdə təqdim edilib. Göstərilən xidmət bitdikdən 6 ay sonra təqdim edilib. Yəni iddiaçı dekabr 2023-cü il tarixdə təqdim olunmalı aktı 2024-cü ilin may ayında təqdim edib. Üzləşmə aktında qrafalarda göstərilən 19955 və 23400 ABŞ dollarının ödənilməsi göstərilsə də 23804 ABŞ dollar xərcin, cərimənin və sair pul vəsaitinin hansı səbəbdən yaranmasına açıqlama verilmədiyindən akt imzalanmamışdır. Sonradan “Aqrokimya" MMC-yə məlum olur ki, iddiaçı MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerlərin nəqliyyatekspedisiya xidmətini həyata keçirən zaman yükdaşımaları həyata keçirən qatarların olmaması və terminalda yaranmış vəziyyətdən çıxmaq üçün düzgün şəraiti qiymətləndirməməsi səbəbindən yaranmışdır. Bu səbəbdən iddiaçı 15 sentyabr 2023-cü il tarixli, ADY150923#C saylı müqavilənin şərtlərindən çıxış edərək, guya Bartarns Lojistic Ticarət Limitedin “ADY Konteyner" MMC-nin cərimələndirdiyini bildirmişdir. Lakin tərəf bu cərimə ilə bağlı, yəni cərimənin nəyə görə edilməsi malın saxlanmasına və ya təhlükəli olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. 13 ədəd malın təhlükəli olması barədə məlumat “ADY Konteyner" MMC-yə sifariş verilən gün, yəni 18 sentyabr 2024-cü il tarixdə rəsmi mail vasitəsi ilə bildirilmiş və yazışmalar bu mail vasitəsi ilə aparılmışdır. 18 sentyabr 2023-23 oktyabr 2023-cü il tarixdə tərəflərin yazışması: Müqavilənin icrası ilə bağlı “Aqrokimya" MMC tərəfdən məsul olan şəxs-Esmira Cəfərova. "xxxx" tərəfdən məsul şəxslər-Cavid Həbibova və Günel Duman.Yazışmalarda göstərilir: "xxxx"-"Salam Cavid bəy və Günel xanım. Əlavədəki sənədlərə əsasən 13 ədəd 20 futluq konteyner, Multi K gübrəsinin Bakıya daşınması üçün qiymət təklifi verməyinizi xahiş edirik. Qeyd edirik ki, yüklər təhlükəli yükdür." Elə həmin gün qarşı tərəf MSDS istəyib(təhlükəli maldan istifadə etmə qaydaları) və tərəflərindən həmin gün təqdim olunub. Həmin gün tərəf mailində bunları qeyd edir: "xxxx" -"Başqa terminal konteyneri çəkmə +120 ABŞ dolları, əgər cərimələr yaransa zəmanət məktubu təqdim edilsə THC xidməti verə bilərik, öz tərəflərindən gecikmələr yaranmasın deyə platforma təminatını əlimizdən gələn ən yaxşı şəkildə ediləcəyini bildiririk. 18 sentyabr 2024-cü il tarixdə 13 ədəd 20 futluq konteynerlə bağlı qiymət təklifi verilib- 1095 ABŞ dolları, qiymətə port xərcləri daxil olmayıb. Terminalda yüklərin çoxluğundan yaranmış sıxlığa görə onlara aid yüklərin Medlogdan başqa terminala, oradanda dəmiryolu vasitəsi ilə daşınmasını təklif etdilər. Onlardan aldıqları təklif, yəni başqa terminala daşınma +120 ABŞ+THC xərcləri olmaqla yekun qiymət 1095+120+535+50(komissiya) olmaqla 1800 ABŞ dolları qiymət təklif olundu. Təyinat Sumqayıt şəhəri THC üçün etibarnamə istənildi. Captain Shipping-in adına hazırlanıb Bartransın ofisinə əsli göndərildi (Captain Shipping bizim adımızdan THC-ni etməli idi). 18 sentyabr 2024-cü il tarixdə qiymət təklifi verilib, qiymət port xərcləri daxil olmayıb. 1095 ABŞ dolları 22 sentyabr 2024-cü il tarixdə ödəniş tapşırığı təqdim olundu. İşin gedişatı il bağlı məlumat istənildi cavab verilmədi,sentyabr 2024-cü il tarixdə tərəf mailində sifariş order formunun doldurulub onlara göndərilməsini və yükün sənədlərini, öhdəlik məktubunuda təqdim edilməsini xahiş edir. Həmin gündə sənədlər sifariş orderi və öhdəlik məktubu tərəfə göndərdi. Həmin gün tərəf onlara THC xərcləri və terminaldan-terminala keçirilmə xərcləri ilə bağlı hesab-faktura göndərmişdir. 22 sentyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək “'ADY Konteyner" MMC-dən malların harada olması, hara daşınması və sair barədə məlumat istənildi. Bu məlumat “Aqrokimya" MMC-yə təqdim edilmədi. 11 oktyabr 2024-cü il tarixdə malların "xxxx" MMC-yə təhvil verilməsi ilə bağlı 5 gün gecikdirmə ilə bağlı onlara mail vasitəsi ilə bildirildi. Onlardan xahiş etdilər ki, alınırsa konteynerləri Bakıda exporta keçirmək üçün müştəri axtarsınlar. "xxxx" MMC-dən bildirildi ki. Gürcüstan tərəfdə terminalda teplovoz işləmədiyinə görə konteynerləri həldə Medlogdan(dayanacağın adı) götürə bilmirlər, yalnız növbəti gün götürəcəklər. 12 oktyabr 2024-cü il tarixdə bir daha onlardan məlumat istənildi və onlara bildirdilər ki, bu gün artıq mallar daşınacaq. 14 oktyabr 2024-cü il tarixdə yol qaimələri gəldi. Yol xərci istənildi. 16 oktyabr 2024-cü il tarixdə tərəfə təqdim olundu. 19 oktyabr 2024-cü il tarixdə 13 maldan yalnız 9-u təhvil verilmişdir. Qalan 4 mal sonrakı 10 gün ərzində “Aqrokimya" MMC-yə təhvil verilmişdir. “ADY Konteyner" MMC üzərinə götürdüyü öhdəliyə görə bu malı onlara 21 gün ərzində təhvil verməli idi. Lakin MMC bu malı 41 gündən sonra təhvil vermişdir. Təhlükəli malın daşınması ilə bağlı tərəflərin rəsmiləri arasında aparılan maildəndə görmək olar ki, “ADY Konteyner" MMC daşınmalı olan 13 ədəd 20 futluq konteynerlə bağlı malın təhlükəli olması barədə məlumatlı olmuşlar. İddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixində iddia tələbinin əsasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 40466 manat 80 qəpik (23804,00 ABŞ dolları) məbləğində əsas borcun, 9575 manat 52 qəpik (5632,66 ABŞ dolları) məbləğində dəbbə pulunun, 1520,00 manat məbləğində vəkil xərcinin, 244 manat 69 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 51807 manat 01 qəpik pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizədə göstərilən xərclər demuraj və saxlama xərcləridir. Belə ki, iş materiallarında olan MSC şirkəti tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli MEDUAS717711 nömrəli dəniz xətti qaiməsinə əsasən "xxxx" MMC-yə məxsus 13 ədəd 20ft-luq konteyner xx.xx.2023-cü il tarixində Gürcüstanın Poti limanına çatdırılmasına baxmayaraq, sifarişçi sifarişi "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixində vermişdir. Dəmir yolu xətti ilə daşınması üçün “GR Logistics and Terminals” MMC-yə məxsus quru terminalına çatdırılması məqsədilə "xxxx" MMC-yə ADY 150923 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə əsasında xidmət göstərən “Bartrans Lojistic Ticaret Limited” şirkətinə tərəflərindən təlimat verilmişdir. Gürcüstan Respublikasının gömrük orqanlarının tələbinə əsasən, hər hansı bir yükə dair sənədləşmənin və digər prosedurların aparılması üçün yükün alıcısı qeyd edilən işləri aparan şirkətə etibarnamə verməlidir. Cavabdehin EMS-nə yüklədiyi etibarnamədən görünür ki, "xxxx" MMC öz yükünü Poti limanından çıxarılması və sənədləşmənin aparılması üçün etibarnaməni “Bartrans Lojistic Ticaret Limited” şirkətinə yalnız xx.xx.2023-cü il tarixində vermişdir. Göründüyü kimi, cavabdehə məxsus yük Poti dəniz limanına xx.xx.2023-cü il tarixində çatsa da, həmin yükə dair müvafiq əməliyyatların aparılması yalnız xx.xx.2023-cü il tarixindən mümkün olmuşdur. Bundan əlavə, Poti limanının həm dəniz terminalı, həm də dəmir yolu xətti terminalları həmin dövrdə dolu olduğundan və yüklərin göndərilməsi mümkünsüz olduğundan (lokomotivin xarab olması, həmçinin platforma çatışmazlığı) 13 ədəd 20ft-luq konteynerin terminaldan çıxarılması xx.xx.2023-cü il tarixində mümkün olmuşdur ki, (işə əlavə edilmiş Gürcüstan dəmir yolları tərəfindən tərtib edilmiş 13 ədəd yol qaimələri ilə təsdiq olunur), bu da öz növbəsində əlavə cərimələrin (demurajların) yaranmasına səbəb olmuşdur. Bu barədə sifarişçiyə dəfələrlə elektron poçt vasitəsilə məlumat verilmişdir. 1. Yükün terminalda saxlanılması və Thc üçün invoys: “Bartrans Lojistic Ticaret Limited” şirkətinin xx.xx.2023-cü il tarixli BAR**********034 nömrəli invosuna əsasən MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20Ft-luq konteynerlərdə olan təhlükəli yükə THC xərcləri 3640,00 dollar təşkil edir, həmin təhlükəli yüklərin xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixinədək saxlanılması üçün gününə 4 ABŞ dolları tədbiq etməklə saxlama xərcləri 572 ABŞ dolları təşkil edir, ümumi 4212 ABŞ dolları məbləğində saxlama xərcləri çəkilmişdir. Qeyd: THC (X6 / Terminalda əməliyyətların aparılması xərcləri – terminalda yüklərin boşaldılması və yüklənməsi əməliyyatların aparılması üçün hesablanan xərclər. Saxlama xərcləri – yükün terminalda saxlanılması üçün terminalın hesabladığı ödənişlər.

2. Konteynerlərə hesablanmış demuraj üzrə invoys: “Bartrans Lojistic Ticaret Limited” şirkətinin xx.xx.2023-cü il tarixli BAR**********054 nömrəli invosuna əsasən, MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20Ft-luq konteynerlərdə olan yükün xx.xx.2023- xx.xx.2023-cü il müddətdə saxlanılması üçün xərclər 364 ABŞ dolları və xx.xx.2023- xx.xx.2023-cü il müddətə (cəmi 41 gün, həmin 41 gündən 21 gün free-time çıxmaqla 20 günə demuraj hesablanıb) olan 9 konteynerə demuraj xərcləri 10800 ABŞ dolları (60 dollar/günü x 9 konteyner x 20 gün), qalan 4 konteynerə xx.xx.2023-xx.xx.2023-cü il müddətə (cəmi 42 gün, həmin 42 gündən 21 gün free-time çıxmaqla 21 günə demuraj hesablanıb) 5040 ABŞ dolları demuraj xərcləri hesablanıb (60 dollar/günü x 4 konteyner x 21 günə). Cəmi demuraj xərcləri 16204,00ABŞ dolları təşkil etmişdir. Qeyd: Demuraj - konteynerlərin razılaşdırılmış müddətdən artıq müddətdə qaytarılması üçün hesablanan cərimə. Hazırki halda cavabdehə təqdim edildiyi konteynerlər 21 gün ərzində boşaldılıb qaytarılmalı olduğu halda, 9 konteyner 9 gün gecikməklə, 4 konteyner isə 21 gün gecikməklə qaytarılmışdır. Free-Time - Boş vaxt, sifarişçinin konteynerdən pulsuz istifadə edə biləcəyi günlərin sayını müəyyənləşdirir - bu müddətdən sonra hər şey ödənişlidir. Yəni Sifarşçi verilən müddət ərzində (hazırki halda 21 gün təşkil edir) konteynerləri dəniz xətti limanından götürüb təyinat nöqtəsinə çatdırmalı, boşaltmalı və yenidən dəniz xətti limanına çatdırmalıdır. Yuxarıda göstərilən problemlər yaranma ehtimalı barədə cavabdehə əvvəlcədən məlumat verilmiş, lakin cavabdeh buna baxmayaraq, xx.xx.2023-cü il tarixli öhdəlik məktubu təqdim edərək, qeyd edilən risklə bağlı məsuliyyəti və bundan irəli gələn xərclərin qarşılanmasını öz üzərinə götürmüşdür. Lakin bugünkü günədək öz öhdəliklərini icra etməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə aktına əsasən yuxarıda göstərilən bütün xərcləri “Bartrans Lojistic Ticaret Limited” şirkətinə ödənilməsi məcburiyyətində qalaraq, ödənişləri həyata keçirmişlər. Bundan əlavə, cavabdehin 2023-cü ilin iyul ayında verdiyi sifarişdən də 208 dollar məbləğində saxlama xərcləri və 3180 dolları məbləğində demuraj, ümumilikdə, 3388 ABŞ dolları məbləğində xərcləri qalmışdır. Bununla bağlı cavabdehə xx.xx.2023-cü il tarixli İNV-AZE 2311-0040 hesab-faktura kəsilmişdir. Həmin saxlama və demuraj xərcləri cavabdehin birinci sifarişi üzrə xidmətlərin göstərilməsinə tərəfindən cəlb edilmiş “GR Logistics and Terminals” MMC tərəfindən təqdim edilmişdir. Müqavilənin 2.1.8-ci bəndinə əsasən bütün istiqamətlər üzrə ekspeditorun iradəsindən asılı olmayan (hava şəraiti, qatarın xarab olması (qatarın növündən aslı olmayaraq), terminalda texniki problemlər və/və ya onun yüklənməsi, platforma çatışmazlığı, cari təmir işləri) səbəblərlə bağlı yaranmış gecikmələrə görə məsuliyyətdən azaddır. Ümumilikdə isə, cavabdehin yüklərinə kəsilmiş saxlama və demuraj xərcləri 23804 ABŞ dolları təşkil edir. Həmçinin cavabdehin borcuna xx.xx.2024-cü il tarixinə hesablanmış dəbbə pulu 5632,66 ABŞ dolları təşkil edir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı iddia əsasının dəyişdirilməsi ilə bağlı ərizədə göstərir ki, "Lakin xidmətlərin göstərilməsi zamanı cavabdehin yükün təhlükəli yük olduğu barədə məlumatın verilməməsinə görə, xidmətlərin göstərilməsinə cəlb edilmiş Bartrans Lojistic Ticarət Limited şirkəti tərəfindən iddiaçıya 20416,00 ABŞ dolları məbləğində cərimələr tədbiq edilmişdir. Lakin sonrakı abzasda isə qeyd edir ki, "Məhkəmə araşdırılması zamanı isə müəyyən edilmişdir ki, yuxarıda söstərilən xərclər demuraj və saxlama xərcləridir. Deyilənlərdən çıxış edərək, iddiaçı ilkin iddia tələbində tələbini cavabdehin üzərinə öz səhvi ucbatından qoya biləcək cərimənin hərəkət trayektoriyasında səhv etdiyindən ikinci iddiada cərimənin alınması məqsədilə yükün təhlükəli yük olması məsələsini demuraj və saxlama xərcləri ilə əvəz etməyə çalışmış və ikinci iddiasında bu məsələnin məhkəmə araşdırılması zamanı müəyyən edildiyini göstərmişdir. İddiaçı “ADY Konteyner’ MMC məhkəməyə iddia tələbi ilə müraciət etməmişdən öncə cavabdehdən yükün təhlükəli olduğu üçün cərimənin ödənilməsini tələb edir və bütün tərəflər arasında danışıqlar bu yükün təhlükəli olduğu ilə bağlı cərimənin cavabdeh tərəfindən ödənilməsi göstərilir. Lakin bu məsələ məhkəmədə sübuta yetirilmədiyini görən iddiaçı məsələni demuraj və saxlama xərcləri kimi göstərməyə çalışır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, 03 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə prosesində iddiaçının nümayəndəsi, vəkili MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20Ft-luq konteynerlərdə olan təhlükəli yükə THC əməliyyatının aparılması ilə bağlı “X8” şirkətinə təlimat verilmədiyini və həmin şirkətlə hərhansı bir müqavilə bağlanmadığını bildirmişdir. Lakin iddiaçı tərəfindən işə şahid qismində çəlb edilən "xxxx" MMC-nin əməkdaşı X3 ona verilmiş suala cavab olaraq bildirmişdir ki, “ADY Konteyner" MMC “X8” şirkəti ilə xidmətin göstərilməsi məqsədilə müqaviləsi var və 19 sentaybr 2023-cü il tarixdə mail vasitəsi ilə “Aqrokimya" MMC-nin nümayəndəsi Esmira xanıma THC əməliyyatının aparılması üçün etibarnaməni THC işini icra edəcək "X8” şirkətinə verilməsini bildirmişdir.(iş materiallarında maillərdə olan yazışma). Maildən sitat: "xxxx" MMC Nigar Mutalimova 19 sentyabr 2023-cü il 16:38: “Esmira xanım. Mən sizə yalnış məlumat verdim, üzürlü sayın. Etibarnamə THC-ni edən şirkət Captain Shippingə verilməlidir, GR-a yox". 19 oktyabr 2023-cü il tarixdə “X8" şirkətinə etibarnamə verilmişdir (577 saylı. xx.xx.2023-cü il tarixli). “X8” şirkəti malların quruya çıxarılması üçün Poti limanında dəniz terminalında əməliyyatın icra edilməsi üçün 19 oktyabr 2023-ç}ü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək hər-hansı bir icra hərəkəti etməmişdir. 7-8 gün ərzində ümumiyyətlə bu şirkət THC işi ilə bağlı hərəkətsizlik etmiş "xxxx" MMC isə "Aqrokimya” MMC-yə məlumat verməmişdir. Nigar Mutallibova 20 sentyabr 2023, saat 10:49: "Esmira xanım, Sənədləri aldıq, çox sağ olun. Problem deyil, hazır olan kimi göndərərsiz. THC işləmlərini həll edib sizə məlumat verəcəyik, Nigar Mutallibova 25 sentyabr 2023-cü il saat 11:04: "Esmira xanım, salam, Konteynerlər çox olduğu üçün biraz gecikmə yaranır. Bir iki gün ərzində çalışacağıq konteynerləri axtaraq. Sizə məlumat verəcəyik. Esmira Cəfərova 27 sentyabr 2023-cü il saat 09:24: "Salam hər vaxtınız xeyr. Konteynerlər barəsində məlumat verməyinizi rica edirəm. İslər hansı yerdədir? Götürə bildinizmi?. EsmiraCəfərova 27 sentyabr 2023-cü il saat 11:42: Nigar xanım. Doğrumu basa düşdüm, THC işləri hələ yekunlaşmayıb?". Müqavilədən irəli gələn öhdəliyi icra edən "xxxx" MMC mail vasitəsi ilə sifariş 18 sentaybr 2023-cü il tarixdə bildirilmiş, 19 sentyabr 2023-cü il tarixdə THC işlərinin görülməsi üçün etibarnamə verilmişdir, 20 sentyabr 2023cü il tarixdə yazılı sifariş verilmiş və THC əməliyyatının ən yüksək şəkildə aparılmasını "ADY Konteyner” MMC öz üzərinə götürür. İddiaçı THC əməliyyatını apara bilmədiyindən, malların hələ də limanda qalmasını öz maili ilə təsdiq edir. Bu baxımdan malların limanda saxlanması ilə bağlı demuraj xərclərin "xxxx" MMC-nin üzərinə qoymaq əsassızdır. Bartrans Lojistic Ticarət Limited şirkəti də 28 sentyabr 2023-cü il tarixdən 14 oktyabr 2023cü il tarixədək “Aqrokimya" MMC-nin Poti dəniz limanında MEDUAS717711 nömrəli 13 ədəd 20Ft-luq konteynerin THC işlərini görərək "xxxx" MMC-nin təklifi (məsrəflər MMC tərəfindən qarşılanmış) əsasında mallar Medlog terminalından GRLT terminala yük maşınları vasitəsi ilə daşınmışdı. Yalnız 14 oktyabr 2023-cü il tarixdə yük qatarı Gürcüstanın Poti şəhərindən Azərbaycanın Bakı şəhərinə(Biləcəri stansiyasına) və buradan da Sumqayıt şəhərinə gecə yola düşmüşdür. Bu haldada "ADY Konteyner” MMC tərəfindən xidmət işlərinin görülməsi nəticəsində gecikmələr yaranmışdır. Yalnız 9 ədədl.FCLU-2197820; 2.FBLU-0134348: 3. BMOU-2818873; 4. TEMU- 5172097; 5.TGBU- 2688840; 6. FBLU-0117079; 7. CALU-3781439; 8.CLDU-5490937; 9. DRYU-2142429 "konteynerlərdə olan mallar Aqrokimya" MMC-yə 19-20 oktyabr 2023-cü il tarixlərdə təhvil verilmiş. 19-20 oktyabr 2023-cü il tarixlərdə də (iki gün) konteynerlər tərəfə təslim edilmişdir. 21 oktyabr 2023-cü il tarixdə konteynerlər Sumqayıt stansiyasından Poti şəhərinə geri qayıtmışdır. Qalan digər 4 ədəd-1.TEMU-5380716; 2. MSDU-2548143; 3. MSMU-2565846; 4. MEDU5384339 saylı konteynerlərdə olan mallar isə 23 oktaybr 2023cü il tarixdə şirkətə təhvil verilmiş və həmin gündə konteynerlər iddiaçıya təslim edilmişdir. 24 oktyabr 2023-cü il tarixdə konteynerlər Sumqayıt stansiyasından Poti şəhərinə geri qayıtmışdır. İddiaçı iddia tələbində 9 konteynerin 9 gün, 4 konteynerin isə 21 gün geçikməklə qaytarıldığını bildirsə də bu gecikmənin “Aqrokimya" MMC tərəfindən baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən sənədlərdən də görmək olar ki, 9 konteynerlərdə olan mallar Poti şəhərindən 14 oktyabr 2023-cü il tarixdə çıxmış və 21 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhərindən Poti şəhərinə geri qayıtmışdır. 4 konteynerlərdə olan mallar Poti şəhərindən 14 oktyabr 2023-cü il tarixdə çıxmış və 24 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhərindən Poti şəhərinə geri qayıtmışdır. Məhkəmə prosesində və elektron məhkəmə sisteminə yüklənmiş sənədlərdən məlum olur ki, "xxxx" MMC konteynerlərin boşaldılmasında hər hansı bir gecikməyə yol verməmişdir. İddiaçı iddia tələbində "xxxx" MMC tərəfindən zəmanət məktubunun verilməsini əsas götürür. Maildən sitat: "xxxx" MMC Günel Duman 19 sentyabr 2023 saat 10:29: "Salam Esmira xanım, Başqa terminala konteyneri çəkmə +120 USD, əzər cərimələr yaransa zəmanət məktubu təqdim edilsə THC xidməti verə bilərik, öz tərəfimizdən gecikmələr yaranmasın deyə platforma təminatını əlimizdən gələn ən yaxşı səkildə ediləcəyini bildiririk”."Aqrokimya” MMC 20 sentaybr 2023-cü il tarixdə "xxxx" MMC-yə zəmanət məktubu verir. Məktubda göstərilir: "xxxx" MMC olaraq. xx.xx.2023-cü il tarixli sifarişimizə əsasən, MSC dəniz xətti, MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerin daşınması zamanı varana biləcək demuraj xərclərini qarşılamağı öhdəliyimizə götürürük”. Bəli maildən çıxış edərək, “Aqrokimya" MMC malın daşınması ilə bağlı “ADY Konteyner" MMC-dən təklifi qəbul edib və bu təkilfə əsasən yazılı formada münasibətini bildirib-“13 ədəd konteynerin daşınması zamanı yarana biləcək demuraj xərclər". Yəni malın daşınması zamanı yarana biləcək xərclərə istinad edilib. Malın süni saxlanmasına, sənədləşmə işlərinin bilərəkdən aparılmamasına deyil. Məktubun ünvanı, məktubun içində olan yazıdan məlumdur. Digər tərəfdən isə "xxxx" MMC limanda gecikmələr yaranmasın deyə platforma təminatını ən yaxşı şəkildə edəcəklərini bildirirlər. Lakin iddiaçı "xxxx" MMC THC xidmətini göstərmək üçün ilkin olaraq əməliyyatın aparılmasını “X8" şirkətinə təlimat verir. Bu şirkət 8 gün hərəkətsizlik edərək, THC işlərini görməmiş və süni olaraq demuraj xərclər yaradıb. Əgər bu şirkət bu işlə məşğul olursa THC-nin aparılması ilə bağlı məsələni 24 saat ərzində araşdırmalı, icra edib etməməsi barədə məlumat verməli idi. “Demuraj xərclər yaranıbsa “ADY Konteyner MMC-nin işin düzgün təşkil edilməməsi səbəbindən yaradıb. Belə ki, “Aqrokimya" MMC yarana biləcək demuraj xərclərə görə zəmanət məktubu təqdim edib. Lakin “ADY Konteyner" MMC isə bu zəmanət məktubundan sui-istifadə edərək, işi 3-cü şəxsə həvalə etməklə öhdəliyi üzərindən ataraq süni demuraj xərclər yaratmışdır. İddiaçı tərəfindən cəlb edilmiş 3-cü şəxsin hərəkət və ya hərəkətsizliyi ucbatından “Aqrokimya" MMC-yə ziyan dəymişdir. Bu səbəbdən "xxxx" MMC müqavilədə götürdüyü öhdəliyə görə məsuliyyət daşıyır. Göstərilənlərdən çıxış edərək iddiaçının iddia tələbində tələb etdiyi aşağıdakı xərclər əsassız və qanunsuzdur: 1. “yükün terminalda saxlanılması və THC üçün invoys: “X7 Limited" şirkətinin xx.xx.2023-cii il tarixli BAR**********034 nömrəli invosuna əsasən. MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20 Ft-luq konteynerlərdə olan təhlükəli yükə THC xərcləri 3640,00 dollar təşkil edir, həmin təhlükəli yüklərin xx.xx.2023- cü il tarixindən xx.xx.2023-cü il tarixinədək saxlanılması üçün gününə 4 ABŞ dolları tədbiq etməklə saxlama xərcləri 572 ABŞ dolları təşkil edir, ümumi 4212 ABŞ dolları məbləğində saxlama xərcləri. 2. konteynerlərə hesablanmiş demuraj üzrə invoys: “Bartrans Lojistic Ticaret Limited" şirkətinin xx.xx.2023-cii il tarixli BAR**********054 nömrəli invosuna əsasən. MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20 Ft-luq konteynerlərdə olan yükün xx.xx.2023-xx.xx.2023-cü il müddətdə saxlanılması üçün xərclər 364 ABŞ dolları və xx.xx.2023-xx.xx.2023-cü il müddətə (cəmi 41 gün həmin 41 gündən 21 gün free-time çıxmaqla 20 günə demuraj hesablanıb) olan 9 konteynerə demuraj xərcləri 10800 ABŞ dolları (60 dollar/günü x 9 konteyner x 20 gün), qalan 4 konteynerə xx.xx.2023-xx.xx.2023-cü il müddətə (cəmi 42 gün, həmin 42 gündən 21 gün free-time çıxmaqla 21 günə demuraj hesablanıb) 5040 ABŞ dolları demuraj xərcləri hesablanıb (60 dollar/günü x 4 konteyner x 21 günə). Cəmi demuraj xərcləri 16204.00 ABŞ dolları. Belə ki, iddiaçı "xxxx" MMC-yə aid olan MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerin təhlükəli yükün terminalda saxlanması üçün olan cərimə, malların xx.xx.2023-xx.xx.2023-cü il müddətdə saxlanılması üçün və konteynerlərin vaxtında "xxxx" MMC tərəfindən vaxtında qaytarılmamasına görə xərclərin "xxxx" MMCnin səhvi ucbatından deyil, iddiaçı “ADY Konteynerin özünün hərəkət və ya hərəkətsizliyi ucbatından baş vermişdir. 1. Yükün təhlükəli olduğunu bildiyi halda təhlükəli yükün saxlanması, daşınması ilə bağlı xərcin və ola bilcək cərimənin düzgün hesablanmaması, 2.THC əməliyyatının icra edilməsi üçün düzgün şirkətin seçilməməsi və ya seçdiyi şirkətin işi görə biləcəyi müddəti idarə edə bilməməsi, 3.Buraxdığı səhvlər ucbatından malı vaxtında sifarişçiyə təhvil verməməsi: 4. Sonda isə “Aqrokimya" MMC tərəfindən vaxtında təhvil verilmiş konteynerləri terminala çatdırmaması. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, 14 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə prosesində iddiaçı tərəf THC işlərinin müqavilə üzrə onlara aid olmadığını və bu işlərin "xxxx" MMC tərəfindən aparılmasını iddia etmişdir. Məhz müqavilənin maddələrindən tərəflər çıxış edərək, özlərinin nümayəndələri vasitəsi ilə şirkətə aid mail vasitəsi ilə sifarişlər verilmişdir. Mübahisələndirilən sifarişlərdən birə də "xxxx" MMCnin 18 sentyabr 2023-cü il tarixdə MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20 Ft-luq konteynerlərdə olan təhlükəli yükə aid olan sifarişdir. Bu sifariş mail vasitəsi ilə 18 sentyabr 2023-cü il tarixdə rəsmi mail vasitəsi ilə edilmişdir. Sifariş edildikdən sonra "xxxx" MMC-nin nümayəndəsinin təklifi əsasında THC əməliyyatının aparılması məqsədilə “X8” şirkətinə etibarnamənin verilməsi təklifi olunmuşdur. Bu səbəbdən iddiaçı tərəfin 3-cü şəxs işə cəlb etməklə işə nəzarət etməmiş və 3-cü şəxsin hərəkətsizliyi nəticəsində demuraj xərclər yaranmışdır. Bu səbəbdən xidmətin göstərilməsində yaranmış ilkin hərəkətsizlik nəticəsində "xxxx" MMC tərəfindən süni xərclər yaradılmışdır. "ADY Konteyner” MMC isə xidmətin həyata keçirilməsi ilə bağlı nəinki məlumat verməmiş, hətta sifarişçiyə yanlış məlumatlarda vermişdir. İddiaçı THC əməliyyatını apara bilmədiyini izah etmək əvəzinə və ya başqa şirkətlə dəyişdirməyi təklif etmək əvəzinə, "xxxx" MMC-yə konteynerlər çox olduğu üçün biraz gecikmə yarandığını və bir iki gün ərzində çalışacağıq konteynerləri çıxaracaqlarını bildirmişlər. Məhz gecikmənin yaranması səbəbi tərəfin THC əməliyyatının aparılmasında məlumatın gizlədilməsi olmuşdur. Bu baxımdan malların limanda saxlanması ilə bağlı demuraj xərclərin "xxxx" MMC-nin üzərinə qoymaq əsassızdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı “ADY Konteyner“ MMC Gəncə Kommersiya Məhkəməsinə iddia əsasının dəyişdirilməsi barədə ərizəsində göstərir ki, “cavabdehin 2023-cü ilin iyul ayında sifarişdən də, 208 dollar məbləğində saxlama xərcləri və 3180 dollar məbləğində demuraj ümumilikdə 3388 ABŞ dolları məbləğində xərcləri qalmışdır. Bununla bağlı, cavabdehə xx.xx.2023-cü il tarixli İNV-AZE 2311-040 hesab-faktura kəsilmişdir. Həmin saxlama və demuraj xərcləri onlara cavabdehin birinci sifarişi üzrə xidmətlərin göstərilməsinə tərəflərindən cəlb edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmişdir.” İddiaçı "xxxx" MMC öz iddiasında əsas tələbini 2023-cü ilin sentyabroktayabr aylarında olan demuraj xərclərin tələb edilməsinə yönəldərək bu tələbdə bütün günləri, vaxtları, danışıqları və sənədləri təqdim etməklə bu xərclərin "xxxx" MMCyə aid olduğunu bildirməyə çalışır. Lakin həmin tələbdə kiçikdə olsa, lakin gözə çarpmayan halda kiçik bir abzasda 2023-cü ilin iyul ayında cavabdehin belə bir borcu olduğunu qeyd etməyə çalışmışdır. İddiaçı iddia tələbində iyul 2023-cü ildə cavabdehin sifarişi əsasında daşınmış mallara görə saxlanma və demuraj xərclərin olduğunu göstərməyə çalışır. Lakin iddiaçı hansı malların, konteynerlərin harada nə vaxt, hansı səbəbdən saxlanması, daşınmada yaranmış demurajın hansı səbəbdən yaranması, hansı dövrləri əhatə etməsi və bu xərclər kimin səhvi ucbatından yaranması səbəblərini göstərmədən kortəbi formada hesab-faktura tərtib edərək, məhkəməyə təqdim edilmişdir. Qeyd olunmalıdır ki, 2023/M-059 saylı. 6 iyul 2023-cü il tarixli Müqavilənin 3.1-ci bəndinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş hesabfaktura əsasında, birinci sifarişə dair “Aqrokimya" MMC MEDUAS687153 nömrəli SWB əsasında gələn 13 konteyner üçün 11 iyul 2023-cü il tarixində nəqliyyat-ekspedisiya xidməti başlanmazdan ən azı 3 iş günü əvvəl 100% olaraq iddiaçının hesabına 19955 ABŞ dolları həcmində ödəniş edilmişdir. Bu özünü tərəflər arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2023-xx.xx.2023 dövrü üzrə göndərilən xidmətlər barədə "xxxx" MMC və “ADY Konteyner" MMC arasında həyata keçirilmiş təhvil-təslim aktı olmuşdur ki, bu akt “Aqrokimya" MMC-yə 20 noyabr 2023- cü il tarixdə mail vasitəsi ilə təqdim edilmiş və tərəflər bu aktı təsdiq etmişdir. Təqdim olunmuş üzləşmə aktında isə saxlanma və demuraj xərclər göstərilməmişdir. Yalnız 28 noyabr 2023-cü il tarixli hesab-faktura “Aqrokimya" MMC-nin mailində 1 dekabr 2023-cü il tarixdə göstərilmişdir ki, xx.xx.2023-cii il tarixli İNV- AZE 2311-040 hesab-faktura “Aqrokimya’’ MMC tərəfindən təsdiqlənməyərək geri qaytarılmışdır. Yəni təqdim edilmiş hesabfakturada göstərilən cərimə "xxxx" MMC tərəfindən açıqlanmadan və müqavilədə göstərilən şərt pozulmaqla geri qaytarılmışdır. Yəni təqdim olunmuş sənədlərdən görünür ki, müqavilə 6 iyul 2023-cü il tarixdə imzalanmış ekspeditorun təqdimatı əsasında THC işlərini görən "xxxx" MMC tərəfindən 13 mal 4 gün anbarda saxlandıqdan sonra götürdüyündən "xxxx" MMC tərəfindən 208 ABŞ dolları həcmində 12 iyul 2023-cü il tarixdə cərimə olunmuşdur. 2 avqust 2023-cü il tarixdə qaytarılan 13 konteynerə görə 3180 ABŞ dolları cərimə olunub. Yəni “Aqrokimya" MMC-yə verilmiş 21 gündən əlavə olaraq “ADY Konteyner" MMC 13 mala görə qaytarılmış 6 konteyneri 5 gün, 4 konteyneri 4 gün və 3 konteynerdən 2-ni 2 gün. 1 konteyneri isə 3 gün geçikdirmişdir. Bütün bunlara açıqlamaverməyən "xxxx" MMC bu dəfə də "Aqrokimya” MMC-dən həmişə olduğu kimi cəriməni almağa çalışmışdır. Belə ki, əvvəllərdə bağlanmış digər müqavilələrdə tərəflər arasında yaranan 1-3 günlük saxlanma, demuraj xərclər “Aqrokimya" MMC tərəfindən vaxtında təqdim olunan akt əsasında ödənilirdi. Lakin ötən müddət ərzində tərəf demuraj xərclərin müddətini (bunun əsasında cərimələr) etap-etap çoxaldaraq ‘‘Aqrokimya" MMC-dən ödəniş tələb etməyə başladığından görülmüş işlərə yenidən baxmaq zərurətində qaldıq. Məlum olur ki, tərəf gördüyü işlərə məsuliyyətsiz yanaşaraq, müqavilədən çıxış edərək istənilən halda cəriməni tərəfin üzərinə yükləməklə özünün məsuliyyətdən azad olmağına çalışır. Bu halda da tərəf 13 malın saxlanmasında və yaranmış demurajda özünün hərəkət və hərəkətsizlik nəticəsində bu cərimələri yaratmış və yaranmış cərimələri vaxtında müqavilədən irəli gələn müddət ərzində akt əsasında təqdim etməyərək sonradan hesab-faktura əsasında tələb edir. Bu cərimə 2023cü ilin oktyabr ayının 5-nə kimi təqdim olunmalı olduğu halda aktın özü 20 noyabr, hesabfaktura isə 1 dekabr 2023-cü il tarixdə təqdim edilmişdir. Yəni "xxxx" tərəflər arasında imzalanmış müqavilədən irəli gələn öhdəliyi vaxtında icra etməyərək, maliyyə hesabına dair ödəniş aktını belə vaxtında və dəqiq verilməsinə belə əhəmiyyət verməmişdir. “ADY Konteyner" MMC həmişə olduğu kimi bu dəfə də onun tərəfindən “Aqrokimya" MMC-yə süni olaraq yaratdığı cərimələri ödəyəcəyi qənaətinə gəldiyindən öhdəliyin icrasına məsuliyyətsiz yanaşmışdır. İddiaçı müqavilənin 1.3-cü bəndinə istinad edərək, göstərir ki, məhz 7 iş günü qalmış ekspeditor xidmətlərin başlanması üçün bütün tədbirləri görə bilər. Məhz müqavilə tərəflər arasında 6 iyul 2023-cü il tarixdə bağlanmış və sifariş 10 iyul 2023cü il tarixdə qəbul edilmişdir. Tərəf 10 iyul 2023-cü il tarixdə sifarişini almış və bu sifarişi almaqla iş icraatının həyata keçirilməsi öhdəliyini qəbul etmişdir. Bu səbəbdən iyul ayında THC işlərinin görülməsini 10 iyul 2023-cü il tarixində "xxxx" MMC-yə, 19 sentyabr 2023-cü il tarixdə ilkin olaraq “X8" MMC-yə və sonradan 28 sentyabr 2023-cü il tarixdə isə “Bartrans Lojistic Ticarət Limited" şirkətinə aralarında olan müqavilə əsasında onlara təlimat vermişdir. Lakin iddiaçı məhkəməyə təqdim etdiyi gecikmə səbəblərinin açıqlamasında 19 sentyabr 2023-cü il tarixdə ilkin olaraq “X8" MMC-yə təlimatın verilməsi və onun 7 gün THC işlərinin görməməsi ilə bağlı məsələyə qiymət verməmiş, səbəbləri açıqlamamışdır. Lakin özünün bu açıqlamasında ekspeditorun 20 sentyabr 2023-cü il tarixdən başlayaraq 28 sentyabr 2023-cü il tarixədək vasitəçi xidmətlərini görüb, cavabdehə THC xidmətlərin görülməsi üçün “Bartrans Lojistic Ticarət Limited" şirkətinin razılığını almışdır. “ADY Konteyner" MMC bu açıqlamasında müqavilədən irəli gələn öhdəliyin icraçısı kimi deyil, müqaviləyə üçüncü şəxs kimi yanaşmışdır. Əvvala, “ADY Konteyner" MMC müqavilədən irəli gələn öhdəliyə görə ekspeditor kimi hansı vasitəçi ola bilməz. Müqavilədə birbaşa göstərilib sifarişi təsdiq edir/rədd edir, üçüncüsü yoxdur. “Aqrokimya" MMC olaraq vasitəçiyə şirkətin ehtiyacı yoxdur. Üçüncü, isə tərəf “Bartrans Lojistic Ticarət Limited" şirkəti ilə bağladığı 15 sentyabr 2023-cü il tarixli müqaviləni yaddan çıxardıb (necə ki, “Aqrokimya" MMC ilə olan müqaviləni). Tərəflər arasında mövcud olan müqavilə əsasında tərəfin verdiyi təlimata, yəni sifariş əsasında şirkət bu işləri görmüşdür. Lakin “ADY Konteyner" MMC məhkəməyə “X8” şirkəti ilə bağladığı müqaviləni təqdim etməmişdir. Belə ki, həmin müqavilənin müvafiq bəndində ekspeditorun malın çatdırılmasını geçikdirdiyi təqdirdə, hər gecikmiş gün üçün sifarişçiyə geçikdirilmiş malın məbləğinin müəyyən olunmuş faiz miqdarında cərimə ödəməlidir. Hansı səbəbdən iddiaçı bunu etməmişdir? İddiaçı açıqlamanın sonunda isə malların daşınmasında gecikmənin 18 sentyabr 2023-cü il tarixdən 14 oktyabr 2023-cü il tarixədək müddətdə baş verdiyini və buna görə iddiaçı tərəfindən xidmətlərin göstərilməsi üçün müddətlər nəzərdə tutulmadığından, gecikmələrə iddiaçı tərəfindən yol verilməsindən söhbət gedə bilməz qənaətinə gəlmişdir və "xxxx" MMC-nin bütün konteynerləri ağlabatan müddət ərzində daşıdığını bildirir. Deməli, “Aqrokimya" MMC olaraq şirkətə öz malını saxlanması, daşınması, konteynerlərin qaytarılması üçün 21 gün verilir. Şirkət olaraq tərəfləbağladığımız müqavilədə, elektron poçt vasitəsi ilə yazışmalarda və şifahi danışıqlarda 21 gün müddətin bizə verilməsindən “ADY Kontener" MMC olaraq xəbərsiz deyil. Dəniz xətləri üzrə verilmiş 21 gün ərzində şirkət olaraq biz, 7 gün ərzində THC işlərini görərək malın terminala boşaldılması. 7 gün ərzində malın terminaldan götürərək anbarlarına boşaldılması və 7 gün ərzində boş konteynerləri dəniz xəttinə təhvil verilməsidir. Bu səbəbdən şirkət bu işlə məşğul olan “ADY Konteyner" MMC ilə müqavilə bağlamışdır. Lakin açıqlamadan məlum olur ki, tərəf ümumiyyətlə müqavilədən irəli gələn öhdəliyin icrasını dərk etməyərək, gördüyü işin nəticəsində yaranmış cərimələrdən qaçmaq üçün yaranmış problemlərdən qaçmağa çalışır. "xxxx" MMC "xxxx" MMC-nin THC işlərinin görülməsi üçün cəlb etdiyi 3-cü şəxsin hərəkət və ya hərəkətsizliyinə qiymət verməmiş, müvafiq tədbir görməmişdir, bu səbəbdən xx.xx.2023-xx.xx.2023 tarixlərində gecikmə yaranmışdır(“X8” şirkəti). Növbəti xx.xx.2023-xx.xx.2023 tarixlərində cəlb etdiyi ikinci, 3-cü şəxsin hərəkət və ya hərəkətsizliyinə qiymət verməmiş, müvafiq tədbir görməmişdir(“Bartrans Lojistic Ticarət Limited" şirkəti) və sonda "xxxx" MMC-yə təhvil verilmiş mallar bir gün ərzində cavabdeh tərəfindən boşaldılaraq həmin gündə iddiaçıya təhvil verilmişdir. Yəni, 14 oktyabr 2023-cü il tarixdə yük qatarı Gürcüstanın Poti şəhərindən Azərbaycanın Bakı şəhərinə(Biləcəri stansiyasına) və buradan da Sumqayıt şəhərinə gecə yola düşmüşdür. Yalnız 9 ədəd -l.FCLU2197820; 2.FBLU-0134348: 3. BMOU-2818873; 4. TEMU- 5172097: 5.TGBU-2688840; 6. FBLU-0117079; 7. CALU- 3781439; 8.CLDU-5490937; 9. DRYU-2142429 “konteynerlərdə olan mallar Aqrokimya" MMC-yə 19-20 oktyabr 2023-cü il tarixlərdə təhvil verilmiş. 20 oktyabr 2023- cü il tarixdə (bir gün ərzində) konteynerlər tərəfə təslim edilmişdir. 21 oktyabr 2023-cü il tarixdə isə iddiaçı konteynerləri Sumqayıt stansiyasından Poti şəhərinə geri qaytarmışdır. Qalan digər 4 ədəd-l.TEMU-5380716; 2. MSDU-2548143; 3. MSMU-2565846; 4. MEDU-5384339 saylı konteynerlərdə olan mallar isə 23 oktaybr 2023-cü il tarixdə şirkətə təhvil verilmiş və həmin gündə konteynerlər iddiaçıya təslim edilmişdir. 24 oktyabr 2023-cü il tarixdə konteynerlər Sumqayıt stansiyasından Poti şəhərinə geri qayıtmışdır. İddiaçı iddia tələbində 9 konteynerin 9 gün, 4 konteynerin isə 21 gün geçikməklə qaytarıldığını bildirsə də bu gecikmənin "xxxx" MMC tərəfindən baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, bu gecikmənin "xxxx" MMC-yə hər hansı bir aidiyyəti yoxdur. Belə ki, müqavilə əsasında nəqliyyat-ekspedisiya xidmətinin həyata keçirilməsi məsuliyyəti “ADY Konteyner" MMC daşıyır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Gəncə Kommersiya məhkəməsinə iddia əsasının dəyişdirilməsi barədə ərizəsində göstərir ki: “Cavabdehin 2023-cü ilin iyul ayında sifarişdən də, 208 dollar məbləğində saxlama xərcləri və 3180 dollar məbləğində demuraj ümumilikdə 3388 ABŞ dolları məbləğində xərcləri qalmışdır. Bununla bağlı, cavabdehə xx.xx.2023-cü il tarixli İNV-AZE 2311-040 hesabfaktura kəsilmişdir. Həmin saxlama və demuraj xərcləri bizə cavabdehin birinci sifarişi üzrə xidmətlərin göstərilməsinə tərəfimizdən cəlb edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmişdir. Bu səbəbdən məhkəməyə “GR Logistics and Terminals” MMC ilə aralarında olan 13 may 2024 tarixli “Üzləşmə aktı" və “Əvəzləşdirmə aktı” təqdim etmiş və bu sənədlərə istinad edərək "Aqrokimya” MMC-nin 2023-cü ilin iyul ayında olan dövrdə demuraj xərclərinin olduğunu göstərməyə çalışmışdır. Əvvala qeyd olunur ki, sübut kimi təqdim olunan sənədlərdə "xxxx" MMC-nin və eyni zamanda malların adı keçmir, iddia tələbində demuraj 3388 ABŞ dolları göstərilsə də, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə bu borc 2 milyondan yuxan olduğu görsənir. Digər tərəfdən isə müqavilə əsasında mallar 2023-cü ilin iyul ayında daşınsa da növbəti rübdə bu xərclər göstərilməli olduğu halda təqdim olunmuş sənədlərdə tələb olunan mallara dair sənədləşmə 13 may 2024-cü il tarixi göstərir. Sübut kimi təqdim olunmuş sənədlərdən məlum olur ki, tələb olunan bu xərclər "xxxx" MMC-nin deyil, “ADY Konteyner' MMC ilə “GR Logistics and Terminals” MMC arasında bağlanmış əməkdaşlıqsazişindən irəli gələn tələbdir ki, bu tələbin “Aqrokimya" MMC-yə har-hansı bir aidiyyəti yoxdur. Belə bir xərc olsa idi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin tələbindən çıxış edərək, “ADY Konteyner iyul ayından sonra növbəti rübdə, yəni 2023-cü ilin oktyabr ayının birinci 5 günlüyündə təqdim edərdi. Eyni zamanda “ADY Konteyner" MMC ilə "xxxx" MMC arasında bağlanmış 6 iyul 2023-cü il tarixli müqavilədən çıxış edərək, tərəflər arasında aparılan mail danışıqlarından da məlum olur ki. əvvəldən də iddiaçı tərəf THC əməliyyatlarını görmüş və buna görə əlavə xidmət haqqı almışdır. Bunun üçün isə iddiaçı əməliyyatın aparılması məqsədilə əməkdaşlıq etdiyi şirkətə cavabdeh tərəfindən etibarnamənin verilməsini xahiş etmişdir. Misal üçün 10 iyul 2023-cü il tarixdə, saat 10.33 dəqiqədə iddiaçı tərəfin əməkdaşı Masud Vəliyev mailində göstərir ki, “Salam. THC əməliyyatını bizim tərəfdaş şirkəti “GR Logistics and Terminals” MMC şirkəti edəcək.” Yəni bütün bu maillərdən görünür ki, "xxxx" MMC nəqliyyat xidmətindən əlava, əlavə qazanc əldə etmək məqsədilə THC əməliyyatlarının aparılması məqsədilə xarici şirkətlərlə əməkdaşlıq müqaviləsi bağlamışdır. Buna görə də "xxxx" MMC iddiaçıya əlavə xidmət haqqı ödəyirdi ki, bu xidmət haqqı tələb olunan digər daşınma xərclərinə əlavə olunurdu. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, 23 dekabr 2024-cii il tarixdə “ADY Konteynerin hüquqi varisi “ADY Express” şirkətinin nümayəndəsi Nümayəndə adı çəkilən şirkətdə məhkəməyə təqdim etdiyi Əmək müqaviləsinə dair bildirişdə iş yerinin əsas və ya əlavə olması barədə qeyd qrafasının olmaması və onun bu şirkətdə əsas və ya əlavə iş yerinin olmasının müəyyən etmək mümkün olmadığı səbəbindən (eyni zamanda digər səbəbdən) məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təxirə salmışdır. “ADY Express” şirkəti elektron məhkəmə sisteminə 24 dekabr 2024-ci il tarixdə 24 dekabr 2024-ci il tarixli, AEXP0586-24 saylı arayış təqdim etmişdir. Arayışda adı çəkilən nümayəndənin bu şirkətdə əsas iş yeri üzrə çalışdığı qeyd edilib. Respublikada hər bir vətəndaş çalışdığı yer üzrə əmək müqaviləsi bildirişi əldə etmək hüququ vardır. Bu bildirişdə işçinin çalışdığı yer üzrə şəxsi və iş yeri üzrə məlumatlar daxil olmuşdur. Yalnız bu sənəddə işçinin əsas və ya əlavə iş yeri olması öz təsdiqini tapır. Məhkəmələr də bu sənədə istinad edərək, nümayəndənin həmin idarədə əsas və ya əlavə iş yeri olmasını müəyyən edirlər. Lakin tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əmək müqaviləsi bildirişi deyil, iş yerinə dair arayış təqdim etmişdir. Bu tip arayışlarda isə işçinin əsas və ya əlavə iş yeri olması barədə məlumatlar daxil edilmir. Təqdim olunmuş bu iki arayışdan məlum olur ki, Nümayəndə əsas iş yeri “ADY Express” şirkəti deyil. Belə olduğu təqdirdə əsas iş yeri ilə bağlı məhkəməyə bildiriş təqdim olunardı. Bu baxımdan "xxxx"-in hüquqi varisi “ADY Express” şirkətinin nümayəndəsi Nümayəndə adına rəsmi dövlət qurumunun adından əmək müqaviləsi bildirişi təqdim edilmədiyindən elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilmiş 24 dekabr 2024-ci il tarixli, AEXP0586-24 saylı arayışa etiraz edirlər və bu arayışın işçinin iş yerinin əsas iş yeri olması kimi göstərilməsi qəbul edilə bilməz. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-51/2025 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilmiş, 20416 ABŞ dolları əsas borc, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21416 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 244 manat 69 qəpik dövlət rüsumu, həmçinin 1520 manat vəkil xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli 2023/M-059 saylı nəqliyyat-ekspedisiya xidmətlərinə dair müqavilə bağlanmış və iddiaçı cavabdehə həmin müqaviləyə uyğun olaraq daşıma xidmətləri göstərmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə 13 ədəd konteynerin saxlama və demuraj xərclərini qarşılayacağı barədə zəmanət verdikdən sonra iddiaçı 20416 ABŞ dolları məbləğində vəsaiti “Bartrans Lojistic Ticaret Limited” şirkətinə ödəniş edib həmin məbləği cavabdehdən tələb etsə də, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, iş materialından olan hesabfakturalardan göründüyü kimi 4212 ABŞ dolları məbləğində saxlama xərci və 16204 ABŞ dolları məbləğində demuraj xərci "xxxx" MMC tərəfindən “Bartrans Lojistic Ticaret Limited” şirkətinə ödənilmiş və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla 20416 ABŞ dolları hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. İddia tələbinin 3388 ABŞ dolları məbləğində xərclərin təsdiq edilməsi ilə bağlı sübutlar isə məhkəmənin hazırlıq iclasında təqdim edilmədiyindən sübut kimi qiymətləndirilməmişdir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 442, 445, 448, 885-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227-ci maddələrinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

Gəncə Kommersiya Məhkəməsi iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “Müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı” e-2-2(15)-51/2025 saylı, 6 yanvar 2025-ci il tarixli Qətnamə qəbul etmişdir. "xxxx" MMC-nin iddia tələbi əsasında Məhkəmənin qəbul etdiyi qətnamə əsassız və qanunvericiliyə uyğun olmayaraq qəbul edilmişdir. Belə ki, ilkin olaraq "xxxx" MMC-nin sentyabr 2023-cü il tarixə olan tələbə dair: "xxxx" MMC (“Sifarişçi”) və "xxxx" MMC ilə (“Ekspeditor”) olaraq Nəqliyyat-ekspedisiya xidməti ilə bağlı uzun müddətdir ki, çalışır. Bu dövr ərzində onların sifarişi əsasında “Bitki mühafizə vasitələri” respublikaya idxal edilmişdir. Bunlardan biri də tərəflər arasında bağlanmış 2023/M-059 saylı, 6 iyul 2023-cü il tarixli Nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilədir. Müqavilənin 1.1-ci bəndinə əsasən -Ekspeditor yalnız Müqaviləyə əlavə edilmiş sifariş forması, kommersiya təklifi və ya qiymət razılaşma protokolu əsasında Sifarişçi üçün və onun hesabına ölkədaxili və beynəlxalq nəqliyyat-ekspedisiya xidmətləri göstərir. Müqavilədən çıxış edərək, onların 18 sentaybr 2023-cü il tarixli, MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerlərin respublikaya gətirilməsi ilə bağlı "xxxx" MMC-yə mail vasitəsi ilə sifariş verilmişdir. Malın daşınması 6 oktyabr 2023-cü il tarixdə sonuncu dayanacaq Sumqayıt şəhəri olmalı idi. Lakin iddiaçı həmin malı gecikdirmə ilə bizə təhvil vermişdir. Sentyabr ayında olan sifarişlə bağlı Maildə rəsmi nümayəndələr vasitəsi ilə aparılan danışıqlarda (kompyutor vasitəsi ilə aparılan rəsmi danışıqlar) göstərilmişdir ki,“Telefon danışığımızın davamı olaraq əlavədə gələn həftə ərzində Potiyə çatması göstərilən (ETA xx.xx.2023) 13 ədəd konteynrlərin Bakıya daşınması üçün qiymət təklifi verməyinizi xahiş edirik. Qeyd edək ki, yük təhlükəli yükdür. Free demurrage 14 gündür. Dəniz xətti MSC.” "xxxx" MMC Poti limanında real vəziyyəti qiymətləndirmədən və düzgün seçim etmədən ikinci sifarişə aid daşınmanı ilkin olaraq THC əməliyyatının aparılmasını “X8” şirkətinə təlimat vermişdir (müqavilə əsasında) (577 saylı, 19 sentyabr 2023-cü il tarixli Etibarnamə). “X8” şirkəti Poti limanında dəniz terminalında əməliyyatı icra edə bilmədiyindən “sonradan əməliyyatın aparılmasını Bartrans Lojistic Ticarət Limited şirkətinə müqavilə əsasında tapşırmışdır (601 saylı, 28 sentyabr 2023-cü il tarixli Etibarnamə). Etbarnamələrin tarixindən də məlum olur ki, sifarişçinin malının daşınması hansı şirkət həyata keçirib. “X8” şirkəti malların quruya çıxarılması üçün Poti limanında dəniz terminalında əməliyyatın icra edilməsi üçün 19 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək hər-hansı bir icra hərəkəti etməmişdir. 9 gün ərzində ümumiyyətlə bu şirkət THC işi ilə bağlı hərəkətsizlik etmiş "xxxx" MMC-də bu gecikməyə görə məsuliyyət daşımasına baxmayaraq o da hərəkətsizlik etmiş və bunula bağlı "xxxx" MMC-ni məlumatlandırmamışdır. Maildən sitat: 18 sentyabr 2023-11 oktyabr 2023-cü il tarixdə tərəflərin yazışması: Müqavilənin icrası ilə bağlı "xxxx" MMC tərəfdən məsul olan şəxs - Esmira Cəfərova, "xxxx" tərəfdən məsul şəxslər - Cavid Həbibova və Günel Duman. Yazışmalarda göstərilir: "xxxx"-“Salam Cavid bəy və Günel xanım, Əlavədəki sənədlərə əsasən 13 ədəd 20 futluq konteyner, Multi K gübrəsinin Bakıya daşınması üçün qiymət təklifi verməyinizi xahiş edirik. Qeyd edirik ki, yüklər təhlükəli yükdür.” Elə həmin gün qarşı tərəf MSDS istəyib (təhlükəli maldan istifadə etmə qaydaları) və tərəfindən həmin gün təqdim olunub. Həmin gün tərəf mailində bunları qeyd edir: "xxxx" -“Başqa terminala konteyneri çəkmə +120 ABŞ dolları, əgər cərimələr yaransa zəmanət məktubu təqdim edilsə THC xidməti verə bilər, öz tərəfindən gecikmələr yaranmasın deyə platforma təminatını əlindən gələn ən yaxşı şəkildə ediləcəyini bildirir. “19 sentyabr 2024-cü il tarixdə 13 ədəd 20 futluq konteynerlə bağlı qiymət təklifi verilib-1095 ABŞ dolları, qiymətə port xərcləri daxil olmayıb. Terminalda yüklərin çoxluğundan yaranmış sıxlığa görə onlara aid yüklərin Medlogdan başqa terminala, oradan da dəmiryolu vasitəsi ilə daşınmasını təklif etdi. Onlardan aldığı təklif, yəni başqa terminala daşınma +120 ABŞ+THC xərcləri olmaqla yekun qiymət 1095+120+535+50 (komissiya) olmaqla 1800 ABŞ dolları qiymət təklif olundu. Təyinat Sumqayıt şəhəri THC üçün etibarnamə istənildi. Captain Shipping-in adına hazırlanıb Bartransın ofisinə əsli göndərildi (Captain Shipping iddiaçının sifarişi əsasında onun adından THC-ni etməli idi). Nigar Mutallibova 20 sentyabr 2023, saat 10:49: “Esmira xanım, Sənədləri aldıq, çox sağ olun. Problem deyil, hazır olan kimi göndərərsiz. THC işləmlərini həll edib sizə məlumat verəcəyik.” 20 sentyabr 2024-cü il tarixdə tərəf mailində sifariş order formunun doldurulub onlara göndərilməsini və yükün sənədlərini, öhdəlik məktubunuda təqdim edilməsini xahiş edir. Həmin gündə sənədlər– sifariş orderi və öhdəlik məktubu tərəfə göndərildi. Həmin gün tərəf bizə THC xərcləri və terminaldan-terminala keçirilmə xərcləri ilə bağlı hesab-faktura göndərmişdir. 22 sentyabr 2024-cü il tarixdə ödəniş tapşırığı təqdim olundu. İşin gedişatı ilə bağlı məlumat istənildi– cavab verilmədi. Esmira Cəfərova 27 sentyabr 2023-cü il saat 09:24: “Salam hər vaxtınız xeyr, Konteynerlər barəsində məlumat verməyinizi rica edirəm. İşlər hansı yerdədir? Götürə bildinizmi?” Nigar Mutallibova 25 sentyabr 2023-cü il saat 11:04: “Esmira xanım, salam, Konteynerlər çox olduğu üçün biraz gecikmə yaranır. Bir iki gün ərzində çalışacağıq konteynerləri çıxaraq. Sizə məlumat verəcəyik.” Esmira Cəfərova 27 sentyabr 2023-cü ilsaat 11:42: “Nigar xanım, Doğrumu başa düşdüm, THC işləri hələ yekunlaşmayıb?” Müqavilədən irəli gələn öhdəliyi icra edən "xxxx" MMC-yə mail vasitəsi ilə ilkin sifariş verilir: - 18 sentaybr 2023-cü il tarixdə; - 19 sentyabr 2023-cü il tarixdə THC işlərinin görülməsi üçün etibarnamə verilir; - 20 sentyabr 2023-cü il tarixdə isə sifariş yazılı formada "xxxx" MMC-yə təqdim edilir. 19 sentyabr 2023-cü il tarixdə mail vasitəsi ilə THC əməliyyatının ən yüksək şəkildə aparılmasını "xxxx" MMC öz üzərinə götürür. Lakin "xxxx" MMC Poti limanında müqavilədən və maildən irəli gələn xidməti, yəni THC əməliyyatını apara bilmədiyindən, malların 20 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2923-cü il tarixədək limanda qalır və bunu öz maili ilə təsdiq edir. Bu baxımdan malların limanda saxlanması ilə bağlı demuraj xərclərin "xxxx" MMC-nin üzərinə qoymaq əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış 2023/M-059 saylı, 6 iyul 2023-cü il tarixli “Nəqliyyatekspedisiya xidmətinə dair” Müqavilənin 4.3.2.-ci bəndində göstərilir ki, “Özünün və/və/ya cəlb etdiyi 3-cü şəxs(lər)in hərəkət və ya hərəkətsizliyi ucbatından dəymiş ziyana görə tərəf məsuliyyət daşıyır”. Aparılan danışıqlar və yazışmalar əsnasında iddiaçı “ADY Konteynerin THC xidmətini göstərmək məqsədilə müqavilə üzrə bu sahə ilə bağlı ona xidmət göstərən “X8” şirkətinə görə məsuliyyət daşıyır. Bu məsuliyyət 20 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixə dövrə aiddir ki, bu dövr ərzində "xxxx" MMC-nin MEDUAS717711 nömrəli SWB-yə gələn 13 ədəd 20Ft-luq konteynerlərdə olan təhlükəli yükü ilə bağlı THC işlərinin aparılmasında hərəkətsizlik edərək saxlamışdır. Əgər "xxxx" MMC THC əməliyyatını icra edə bilməyəcəkdisə, bu halda o, bu işi öz üzərinə götürməməli idi. "xxxx" MMC-nin səhvi ucbatından “X8” şirkəti qeyd olunan malların tərəflərin üzərinə götürdüyü öhdəlik üzrə THC əməliyyatını icra edə bilmədiyindən "xxxx" şirkəti əməliyyatın aparılmasını Bartrans Lojistic Ticarət Limited şirkətinə müqavilə əsasında tapşırmışdır (601 saylı, 28 sentyabr 2023-cü il tarixli Etibarnamə). Etbarnamələrin tarixindən də məlum olur ki, sifarişçinin malının daşınması hansı şirkət həyata keçirib. Tərəflər arasında bağlanmış müqavilədən çıxış edərək bildirmək istərdik ki, xidmətin görülməsi halları bir qismi müqavilədə görsənsə də, digər qismi epoçt ünvanları müqavilə üzrə münasibətlər üçün rəsmidir. Yəni müqavilənin 1.5.-ci maddəsində göstərilir ki, -“ Bu Müqavilədə göstərilən e-poçt ünvanları müqavilə üzrə münasibətlər üçün rəsmidir; göstərilən ünvanlara yazışmalar kağız üzərində yazılı təsdiq tələb etmir”. Müqavilədən də görmək olar ki, Ekspeditor bu Müqavilə üzrə terminal əməliyyatları və digər rəsmiləşdirmələrin həyata keçirilməsi ilə bağlı xidmətləri görə bilər maddəsini (1.1. ikinci cümlə) iddiaçı tərəf rəhbər tutaraq, THC işlərinin görülməsi təklifini rəsmi e-poçt ünvanı vasitəsi ilə vermiş(1.5ci maddə) bununla da verilmiş xidməti rəsmiləşdirmişdir. Belə ki, müqavilədən çıxış edərək göstərmək lazımdır ki, e-poçt ünvanları müqavilə üzrə münasibətlər üçün rəsmidir və göstərilən ünvanlara yazışmalar kağız üzərində yazılı təsdiq tələb etmir.” Müqavilənin 1.4.cü maddəsində göstərilir ki, X1 aldıqdan sonra 1 iş günü ərzində təsdiq edir/rədd edir və Sifarişçinin elektron ünvanına bildiriş göndərir. Müqavilədən çıxış edərək görmək olar ki, iddiaçı nəinki bu sifarişi rədd etməyib, əksinə bu sifarişin icra olunması üçün təklif belə irəli sürüb və təklif qəbuledib. Verilmiş təklif "xxxx" MMC tərəfindən qəbul edilmiş və onların təklifi əsasında THC işlərinin görülməsi məqsədilə“X8” şirkətimalların quruya çıxarılması üçün Poti limanında dənizterminalında əməliyyatın icra edilməsi üçün etibarnamə verilmişdir. Digər bir məsələ: "xxxx"-in məhkəməyə təqdim etdiyi gecikmə səbəblərinin açıqlamasında bəzi məqamlara toxunmaq istərdik. İddiaçı Müqavilənin 1.3-cü bəndinə istinad edərək, göstərir ki, məhz 7 iş günü qalmış ekspeditor xidmətlərin başlanması üçün bütün tədbirləri görə bilər. Məhz müqavilə tərəflər arasında 6 iyul 2023-cü il tarixdə bağlanmışdır. Bu müqavilənin icrası ilə bağlı birinci sifariş 10 iyul 2023-cü il tarixdə, yəni müqavilədən 4 gün sonra qəbul edilmişdir. Səbəb isə həmin maddənin ikinci cümləsində göstərilir ki,“Tərəflər Sifarişin təqdim edilməsinin digər müddətlərini əlavə olaraq razılaşdıra bilərlər”. Razılaşma isə bu Müqavilənin 1.4.-cü, yəni – “X1 aldıqdan sonra 1 iş günü ərzində təsdiq edir/rədd edir və Sifarişçinin Elektron ünvan elektron ünvanına bildiriş göndərir.” Bunlardan heç biri olmadığından tərəf bu Sifarişi qəbul etmişdir. Eyni zamanda bu Müqavilənin 1.6-cı maddəsində göstərilir ki, “ “Göstərilən elektron poçt ünvanlarından istifadə edərək tərəflər arasında tərtib edilmiş Sifariş, sifarişin tərəflərin nümayəndələri tərəfindən imzalanmasını və onun icrası üçün tərəflərinin imzası və möhürü ilə kağız üzərində formalaşdırılmasını tələb etmir.” 13 ədəd mal barədə məlumat "xxxx" MMC-yə sifariş verilən gün, yəni 18 sentyabr 2023-cü il tarixdə rəsmi mail vasitəsi ilə bildirilmiş və yazışmalar bu mail vasitəsi ilə aparılmışdır. "xxxx" MMC13 ədəd 20 futluq konteyneri 18 sentaybr 2023-cü il tarixdə sifariş etmişdir. Həmin gün tərəf THC-də əməliyyatların aparılması üçün iddiaçının THC-də müqaviləsi “X8” olduğundan "xxxx" MMC-nin adından əməliyyatların aparılması üçün ona etibarnamə verilməsi bildirilmişdir. Etibarnamə 19 sentyabr 2023-cü il tarixdə adı çəkilən şirkətə təqdim edilmişdir. Lakin adı çəkilən şirkət 9 gün ərzində bu işi görə bilmədiyindən iddiaçının təlimatı əsasında və tərəflərin bağladıqları qarşılıqlı müqaviləyə əsasən etibarnamə 28 sentyabr 2023-cü il tarixdə Bartrans Lojistic Ticarət Limited şirkətinə təqdim edilmişdir. 22 sentyabr 2024-cü il tarixdən 27 sentyabr 2024-cü il tarixədək "xxxx" MMC-dən malların harada olması, hara daşınması və sair barədə məlumat istənildi. Bu məlumat "xxxx" MMC-yə təqdim edilmədi. 11 oktyabr 2024cü il tarixdə malların "xxxx" MMC-yə təhvil verilməsi ilə bağlı 5 gün gecikdirmə ilə bağlı onlara mail vasitəsi ilə bildirildi. Onlardan xahiş etdi ki alınırsa konteynerləri Bakıda exporta keçirmək üçün müştəri axtarsınlar. "xxxx" MMC-dən bildirildi ki, Gürcüstan tərəfdə terminalda teplovoz işləmədiyinə görə konteynerləri hələdə Medlogdan(yük terminalı) götürə bilmirlər, yalnız növbəti gün götürəcəklər. 12 oktyabr 2024-cü il tarixdə bir daha onlardan məlumat istənildi və bizə bildirdilər ki, bu gün artıq mallar daşınacaq. 14 oktyabr 2024-cü il tarixdə yol qaimələri gəldi. Yol xərci istənildi. 16 oktyabr 2024-cü il tarixdə tərəfə təqdim olundu. Mallar "xxxx" MMC-nin adına olduğundan iddiaçı bu səbəbdən dəniz terminalında əməliyyatın aparılması üçün əməkdaşlıq etdiyi şirkətin adına etibarnamə tələb edir. Əvvəlcə “X8” şirkəti, sonradan “Bartrans Lojistic Ticaret Limited” şirkətinin adına etibarnamə verilmişdir. 2023/M-059 saylı, 6 iyul 2023-cü il tarixli Müqavilənin 3.4-cü bəndində göstərilir ki; “Göstərilən xidmətlərin hesablaşması məqsədi ilə, hər bir rüb bitdikdən sonra, tərəflər 5 iş günü müddətində “Üzləşmə Aktı”nı imzalayırlar.” Qeyd olunmalıdır ki, 2023/M-059 saylı, 6 iyul 2023-cü il tarixli Müqavilənin 3.1-ci bəndinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında, birinci sifarişə dair -"xxxx" MMC MEDUAS687153 nömrəli SWB əsasında gələn 13 konteyner üçün 11 iyul 2023-cü il tarixində 19955 ABŞ dolları, ikinci dəfə sifarişə dair 22 sentyabr 2023-cü il tarixində isə MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerlərin nəqliyyat-ekspedisiya xidməti başlanmazdan ən azı 3 iş günü əvvəl 100% olaraq iddiaçının hesabına 22 sentyabr 2023-cü il tarixdə 23400 ABŞ dolları həcmində ödəniş edilmişdir. İddiaçı iddia tələbində göstərdiyi üzləşmə aktı "xxxx" MMC-yə 17 may 2024-cü il tarixdə təqdim edilib. Göstərilən xidmət bitdikdən 6 ay sonra təqdim edilib. Yəni iddiaçı dekabr 2023-cü il tarixdə təqdim olunmalı aktı, 2024-cü ilin may ayında təqdim edib. Biz həmin akta öz etirazı mail və telefon vasitəsi olaraq rəsmi bildirmişdir. "xxxx" MMC üzərinə götürdüyü öhdəliyə görə bu malı Poti limanından bizə və mallar boşaldıqdan sonra yenidən Poti limanınada təhvil verilməsini 21 gün ərzində həyata keçirməli idi. Lakin iddiaçı xidmət göstərilməsi ilə bağlı bağladığı şirkətlərlə cavabdehə aid malı Poti limanının dəniz terminalında aparılan THC əməliyyatlarını vaxtında və düzgün həyata keçirilmədiyindən "xxxx" MMC "xxxx" MMC-yə konteynerləri gecikmə ilə verdiyindən cərimə olunur. İddiaçı THC işlərini vaxtında görə bilməyən şirkətləri məhkəməyə verməmiş və onların tələbiəsasında cərimənin ödənilməsini "xxxx" MMC-dən tələb etməyi qəbul etmişdir. Məhkəmə "xxxx" MMC tərəfindən öhdəlik məktubuna istinad edərək bunun əsasında qətnamə qəbul etmişdir. Lakin məhkəmə məhkəmə prosesində cavabdeh nümayəndəsi tərəfindən deyilmiş fikirlərə istinad etməyərək əsassız nəticəyə gəlmişdir. İlkin olaraq tərəflərin rəsmi nümayəndələri 2023/M-059 saylı, 6 iyul 2023-cü il tarixli Müqavilənin 1.5.-ci maddəsinin,- Bu Müqavilədə göstərilən e-poçt ünvanları müqavilə üzrə münasibətlər üçün rəsmidir; göstərilən ünvanlara yazışmalar kağız üzərində yazılı təsdiq tələb etmir bəndinə istinad edərək, iki tərəfli razılığa gəlirlər. Qarşılıqlı razılıq bundan ibarətdir: "xxxx" öz mailində əvəzli öhdəliyi təklif edir: -“ əgər cərimələr yaransa zəmanət məktubu təqdim edilsə THC xidməti verə bilərik, öz tərəfimizdən gecikmələr yaranmasın deyə platforma təminatını əlimizdən gələn ən yaxşışəkildə ediləcəyini bildiririk.” Bu danışıq iki halı özündə ehtiva edir: İ hal – “əgər cərimələr yaransa zəmanət məktubu təqdim edilsə THC xidməti verə bilərik”; İİ hal öztərəfimizdən gecikmələr yaranmasın deyə platforma təminatınıəlimizdən gələn ən yaxşı şəkildə ediləcəyini bildiririk.” İddiaçının təklifiəsasında ilkin olaraq "xxxx" MMC "xxxx" MMC-yə zəmanət məktubu verməlidir. Cavabdeh bu təklifi qəbuledir və zəmanət məktubunu təqdim edir və inanır ki, iddiaçı gecikmələrə yol verməyəcək. Yəni iddiaçının öz üzərinə götürdüyü öhdəlikdir, yəni gecikmələr yaranmasın deyə platforma təminatınıəlimizdən gələn ən yaxşışəkildə ediləcəyini bildirirlər. Lakin tərəf zəmanət məktubunu alsa da öhdəliyi icra etmir və terminalda vəziyyəti qiymətləndirmir, əvvəlcə THC işlərini görmək üçün “X8” şirkətinə etibarnamənin verilməsini bildirir. Lakin adı çəkilən şirkətin hərəkətsizliyi nəticəsində şirkət 20 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023cü il tarixədək müddəti ötürür ki, iddiaçının bu xidmətinə görə dəniz limanı cərimə kəsir, sonradan “Bartrans Lojistic Ticaret Limited” şirkətinin adına etibarnamə verilir ki, bu şirkət də 28 sentyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək THC işlərini görmüş, sonradan cavabdehə aid malları Aqrokimya” MMC-nin təklifi əsasında bir stansiyadan digər stansiyaya yük maşınları(TİRlar) vasitəsi ilə daşımış və 14 oktyabr 2023-cü il tarixdə isə axşam mallar Potişəhərindən qatarlar vasitəsi ilə Bakıya yola salınmışdır. 2023/M-059 saylı, 6 iyul 2023-cü il tarixli “Nəqliyyat-ekspedisiya xidmətinə dair” Müqavilənin 4.3.2.-ci bəndində göstərilir ki,“Özünün və/və/ ya cəlb etdiyi 3-cü şəxs(lər)in hərəkət və ya hərəkətsizliyi ucbatından dəymiş ziyana görə tərəf məsuliyyət daşıyır.” Məhkəmə qəbul etdiyi qətnaməsində tərəflər arasında bağlanmış 2023/M-059 saylı, 6 iyul 2023-cü il tarixli bağlanmış bu müqavilənin 4.3.2-cı bəndini nəzərə almamış və almaması ilə bağlı bunu qiymətləndirməmiş və qiymətləndirməməsini əsaslandırmamışdır. İddiada iyul ayına olan tələbə dair: İddiaçı “ərizəsində cavabdehin 2023-cü ilin iyul ayında sifarişdən də, 208 dollar məbləğində saxlama xərcləri və 3180 dollar məbləğində demuraj ümumilikdə 3388 ABŞ dolları məbləğində xərcləri qaldığını göstərir. İddiaçı sübut kimi məhkəməyə təqdim etdiyi sənədlərdə "xxxx" MMC-nin və eyni zamanda malların adı keçmir, iddia tələbində demuraj 3388 ABŞ dolları göstərilsə də, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə bu borc 2 milyondan yuxarı olduğu görsənir. Digər tərəfdən isə müqavilə əsasında mallar 2023-cü ilin iyulayında daşınsa da növbəti rübdə bu xərclər göstərilməli olduğu halda təqdim olunmuş sənədlərdə tələb olunan mallara dair sənədləşmə 13 may 2024-cü il tarixi göstərir. Sübut kimi təqdim olunmuş sənədlərdən məlum olur ki, tələb olunan bu xərclər "xxxx" MMC-nin deyil, "xxxx" MMC ilə “GR Logistics and Terminals” MMC arasında bağlanmış əməkdaşlıq sazişindən irəli gələn tələbdir ki, bu tələbin "xxxx" MMC-yə harhansı bir aidiyyəti yoxdur. Belə bir xərc olsa idi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin tələbindən çıxış edərək,“ADY Konteyner iyul ayından sonra növbəti rübdə, yəni 2023-cü ilin oktyabr ayının birinci 5 günlüyündə təqdim edərdi. İddiaçı bu günə kimi hansı malların, konteynerlərin harada nə vaxt, hansı səbəbdən saxlanması, daşınmada yaranmış demurajın hansı səbəbdən yaranması, hansı dövrləri əhatə etməsi və bu xərclər kimin səhvi ucbatından yaranmasısəbəblərini göstərmədən aidiyyəti olmayan sənədləri məhkəməyə təqdim etmişdir. Bildirmək istərdik ki, "xxxx" MMC (“Sifarişçi”) və "xxxx" MMC ilə(“Ekspeditor”) olaraq Nəqliyyat-ekspedisiya xidməti ilə bağlı 2023/M-059 saylı, 6 iyul 2023-cü il tarixli müqavilənin 2.1.8-ci maddəsinə istinad edərək ekspeditorun hansı hallarda yaranmış gecikmələrə görə azad oldunu göstərir. Lakin tələbdə saxlanma və gecikmələrin hansısəbəbdən yarandığını göstərməmişdir. Qeyd olunmalıdır ki, 2023/M- 059 saylı, 6 iyul 2023-cü il tarixli Müqavilənin 3.1-ci bəndinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında, birinci sifarişə dair -"xxxx" MMC MEDUAS687153 nömrəli SWB əsasında gələn 13 konteyner üçün 11 iyul 2023-cü il tarixində nəqliyyatekspedisiya xidməti başlanmazdan ən azı 3 iş günü əvvəl 100% olaraq iddiaçının hesabına 19955 ABŞ dolları həcmində ödəniş edilmişdir. Bu özünü tərəflər arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2023-xx.xx.2023 dövrü üzrə göndərilən xidmətlər barədə "xxxx" MMC və "xxxx" MMC arasında həyata keçirilmiş Təhvil-Təslim aktı olmuşdur ki, bu akt "xxxx" MMC-yə 20 noyabr 2023-cü il tarixdə mail vasitəsi ilə təqdim edilmiş və tərəflər bu aktı təsdiq etmişdır. Təqdim olunmuş üzləşmə aktında isə saxlanma və demuraj xərclər göstərilməmişdir. Belə ki, 2023/M-059 saylı, 6 iyul 2023-cü il tarixli Müqavilənin 3.4-cü bəndində göstərilir ki; -“Göstərilən xidmətlərin hesablaşması məqsədi ilə, hər bir rüb bitdikdən sonra, tərəflər 5 iş günü müddətində “Üzləşmə Aktı”nı imzalayırlar.” Yalnız 28 noyabr 2023-cü il tarixli hesab-faktura "xxxx" MMC-nin mailində 1 dekabr 2023-cü il tarixdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli İNV-AZE 2311-040 hesab-faktura "xxxx" MMC tərəfindən təsdiqlənməyərək geri qaytarılmışdır. Yəni təqdim edilmiş hesab-fakturada göstərilən cərimə "xxxx" MMC tərəfindən açıqlanmadan və müqavilədə göstərilən şərt pozulduğundan geri qaytarılmışdır. Eyni zamanda "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 6 iyul 2023-cü il tarixli müqavilədən çıxış edərək, tərəflər arasında aparılan mail danışıqlarından da məlum olur ki, əvvəldən də iddiaçı tərəf THC əməliyyatlarını görmüş və buna görə əlavə xidmət haqqıalmışdır. Bunun üçün isə iddiaçıəməliyyatın aparılması məqsədilə əməkdaşlıq etdiyi şirkətə cavabdeh tərəfindən etibarnamənin verilməsini xahiş etmişdir. Misal üçün 10 iyul 2023-cü il tarixdə, saat 10.33 dəqiqədə iddiaçı tərəfin əməkdaşı Masud Vəliyev mailində göstərir ki; “Salam, THC əməliyyatını bizim tərəfdaş şirkəti “GR Logistics and Terminals” MMC şirkətiedəcək.” Yəni bütün bu maillərdən görünür ki,"xxxx" MMC nəqliyyat xidmətindən əlavə qazanc əldə etmək məqsədilə THC əməliyyatlarının aparılması məqsədilə xaricişirkətlərlə əməkdaşlıq müqaviləsi bağlamışdır. AR Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbi pozulub. Maddəyə əsasən - İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 2023/M-059 saylı, 6 iyul 2023-cü il tarixli Müqavilənin 3.4-cü bəndində göstərilir ki; -“Göstərilən xidmətlərin hesablaşması məqsədi ilə, hər bir rüb bitdikdən sonra, tərəflər 5 iş günü müddətində “Üzləşmə Aktı”nı imzalayırlar.” Lakin məhkəmə təqdim edilmiş sənədlərdə tərəfin üzləşmə aktlarının təqdim edilməsində müqavilədən irəli gələn öhdəliyin icra vaxtında icra edilməməsi və bu icranın edilməməsi səbəblərini araşdırmadan qətnamə qəbul etmişdir. Eyni zamnada məhkəmə Müqavilənin 2023/M-059 saylı, 6 iyul 2023-cü il tarixli “Nəqliyyat-ekspedisiya xidmətinə dair” Müqavilənin 4.3.2.-ci bəndində göstərilir ki, “Özünün və/və/ ya cəlb etdiyi 3-cü şəxs(lər)in hərəkət və ya hərəkətsizliyi ucbatından dəymiş ziyana görə tərəf məsuliyyət daşıyır.” Məhkəmə Müqavilədə göstərən bu halıda araşdırmamış və qiymətləndirməmişdir. Azərbaycan Respublikası 11 iyun 2018-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu AR MM-nin 385-ci maddənin izahı ilə bağlı göstərir ki, - məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi müqavilə üzrə tərəflərin öz öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmamış və iddiaçının üzərinə düşən öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşıması barədə qənaətini kifayət qədər əsaslandırmamışdır. AR Mülki Məcəllənin 6-cı maddəsinin tələbi pozulub. Mülki Məcəllənin 6-cımaddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansımüqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. İddiaçıMüqavilənin 1.3-cü bəndinə istinad edərək, göstərir ki, məhz 7 iş günü qalmış ekspeditor xidmətlərin başlanması üçün bütün tədbirləri görə bilər. Məhz müqavilə tərəflər arasında 6 iyul 2023-cü il tarixdə bağlanmışdır. Bu müqavilənin icrası ilə bağlı birinci sifariş 10 iyul 2023-cü il tarixdə, yəni müqavilədən 4 gün sonra qəbul edilmişdir. Səbəb isə həmin maddənin ikinci cümləsində göstərilir ki, “Tərəflər Sifarişin təqdim edilməsinin digər müddətlərini əlavə olaraq razılaşdıra bilərlər”. Razılaşma isə bu Müqavilənin 1.4.-cü, yəni – “X1 aldıqdan sonra 1 iş günü ərzində təsdiq edir/rədd edir və Sifarişçinin Elektron ünvan elektron ünvanına bildiriş göndərir.” Bunlardan heç biri olmadığından tərəf bu Sifarişi qəbul etmişdir. Eyni zamanda bu Müqavilənin 1.6cımaddəsində göstərilir ki, “Göstərilən elektron poçt ünvanlarından istifadə edərək tərəflər arasında tərtib edilmiş Sifariş, sifarişin tərəflərin nümayəndələri tərəfindən imzalanmasını və onun icrası üçün tərəflərinin imzası və möhürü ilə kağız üzərində formalaşdırılmasını tələb etmir.” Məhkəmə müqavilədən irəli gələn şərtlərə əsaslanmamış və qiymətləndirməmişdir. AR Mülki Məcəllənin 442.-ci maddəsinin tələbi pozulub. Maddəyə əsasən - Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası 11 iyun 2018-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu AR MM-nin 442-ci maddəsinə şərh verərkən göstərilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Lakin məhkəmə iddiaçı"xxxx" MMC-nin müqavilə və mail vasitəsi ilə üzərinə düşən öhdəliyin icrasını araşdırmamış, eyni zamanda "xxxx" MMC-nin “X8” və Bartarns Lojistic Ticarət Limitedin şirkətləri ilə bağlanmış müqavilə və bu müqavilə üzrə üzərilərinə düşən öhdəliyin icrası ilə bağlıməsəslələri aydınlaşdırmamış və bunu qiymətləndirməmişdir. AR Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbi pozulub.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, tələb olunan borc məbləği demuraj və konterneylərin saxlama xərcləridir. Tələb olunan cərimə məbləği müqavilədə nəzərdə tutulmuşdur. Borc sənədləşmə işlərini görən Bartrans şirkətinə kəsilmiş və sonra o borcu Bartrans şirkəti onlara kəsmişdir. Onlara kəsilmiş borc tərəflərindən ödənilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 3 iyul 2023-cü il tarixdən qarşı tərəf ilə email vasitəsi ilə danışıqlara başlamış, 6 iyul 2024-cü il tarixində müqavilə bağlanmışdır. 7 iyul tarixində isə ilk sifarişlərini vermişlər. Bu müqavilədən əvvəl də iddiaçı ilə müqavilə bağlanmışdır. 2 dəfə, yəni iyul və sentyabr ayında daşıma həyata keçirilmişdir. Bundan əvvəl olan daşıma əvvəlki müqavilə ilə bağlı olmuşdur. "xxxx" MMC yükü ölkə daxilində daşıyırdı. Xaricdən gətirməni isə digər şirkətlərlə müqavilə bağlayıb, onlar vasitəsi ilə edirdilər. Gecikmələr iddiaçının təklif etdikləri şirkət THC-nı vaxtında həyata keçirə bilmədikləri üçün yarandı. Cavabdeh "xxxx" MMC bildirmişdir ki, əgər yükləməni daşıya bilmirlərsə başqa terminala daşınmasına köməklik edə bilərlər. Yük 7 gündə daşınıb təhvil verilməli idi. 41 günə daşıdılar. Müqavilədə daşınma xərcləri göstərilməyib. Yalnış kodu yazma və digər sənədlərə görə yaranan cərimələri nəzərdə tutur. İddiaçı ilə aralarında olan müqavilə əsasında 18 sentyabr tarixində email vasitəsi ilə sifarişlərini vermişlər.Yazışmalar mövcuddur. Sonradan sənədləşdirmə olmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Maddə 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Maddə 852.5. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməninin ləğv edilməsini xahiş etsə də, əslində o, qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, dəbbə pulu hissəsinə qiymət verilərkən səhvə yol verilmişdir. İşin mübahisəsiz halı odur ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli 2023/M-059 saylı nəqliyyat-ekspedisiya xidmətlərinə dair müqavilə bağlanmış və iddiaçı cavabdehə həmin müqaviləyə uyğun olaraq daşıma xidmətləri göstərmişdir. Eyni zamanda müqavilə şərtlərinə əsasən tərəflərin yazışmaları rəsmi hesab edilir və tərəflərin işgüzar münasibətləri bu qaydada formalaşmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh malların limana daxil olmasında 7 gün qalmış sifariş verməlidir. Bundan sonra cavabdeh daşınmanın həyata keçirilməsi və THC (X6 - X5) xidmətinin göstərilməsi ilə bağlı iddiaçıya müraciət etmiş və xx.xx.2023-cü il tarixdə "xxxx" MMC xx.xx.2023-cü il tarixli sifarişinizə əsasən MSC dəniz xətti MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerin daşınması zamanı yarana biləcək demuraj xərclərini qarşılamacağı barədə iddiaçıya zəmanət vermişdir. Bundan sonra iddiaçının seçdiyi “Bartrans Lojistic Ticaret Limited” şirkətinə vasitəsi ilə daşıma və THC xidmətləri həyata keçirilmişdir. Göstərilmiş xidmətlər, yaranmış saxlama və demuraj xərclərinə görə iddiaçı tərəfindən 20416 ABŞ dolları məbləğində vəsait “Bartrans Lojistic Ticaret Limited” şirkətinə ödənilmişdir. İşin apellyator tərəfindən mübahisələndirilən halları ondan ibarətdir ki, demuraj xərcləri iddiaçının təqsirindən yaranmışdır. Belə ki, iddiaçı ilk dafə başqa şirkətlə razılaşmış, həmin şirkət tərəfindən işlər görülməmiş və sonradan Bartrans Lojistic Ticaret Limited” şirkətinə tərəflərindən etibarnamə verilərək iş və xidmətlərin göstərilməsi Bartrans Lojistic Ticaret Limited” şirkətinə həvalə edilmişdir. İddiaçı müqavilə şərtlərinə görə özünün cəlb etdiyi şəxsin hərəkətlərinə görə məsuliyyət daşıyır ki, “Bartrans Lojistic Ticaret Limited” şirkəti iddiaçı tərəfindən seçildiyindən onun hərəkətlərinə görə iddiaçı məsuliyyət daşıyır. İlk öncə qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı olmuşdur. Müqaviləyə əsasən nəqliyyat-ekspedisiya xidmətinə dair müqaviləyə əsasən ekspeditor yalnız Müqaviləyə əlavə edilmiş sifariş forması, kommersiya təklifi və ya qiymət razılaşma protokolu əsasında sifarişçi üçün və onun hesabına ölkədaxili və beynəlxalq nəqliyyat-ekspedisiya xidmətləri (bu zaman həyata keçirilən nəqliyyat marşrutunun keçdiyi ölkələrin qanunvericiliyi, beynəlxalq konvensiyalar, məcəllələr və digər qaydalar əsas götürülür) göstərir. İddiaçının THC xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə öhdəliyi olmamış və bu hal istər müqavilə, istərsə də tərəflərin operatorları tərəfindən aparılan danışıqlarla təsdiqini təsdiqini tapır və işin mübahisələndirilməyən hallarındandır. THC (X6) xidməti dedikdə THC hər cür yükləmə, boşaltma, daşıma, köçürmə, yerləşdirmə, yığma və s. xidmətlərin ümumi adı kimi istifadə olunur lakin bunlarla məhdudlaşmır. Cavabdehin THC xidmətinin göstərilməsi ilə bağlı iddiaçıya müraciəti tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənməyərək işlərin tapşırıqla görülməsidir. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdehin tapşırığı əsasında iddiaçıya THC xidmətləri göstərilmiş və bu xidmətlərin nəticəsində yaranacaq xərcləri qarşılayacağı barədə cavabdeh iddiaçıya zəmanət vermişdir. Qeyd edildiyi kimi tapşırığı götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra edir. Tapşırıq alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır ki, məhkəmə araşdırması zamanı iddiaçının tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsini təsdiq edən sübutlar mövcud deyildir. Cavabdeh bu halı əsaslandırmağa çalışdığı hal isə ondan ibarətdir ki, iddiaçı THC xidmətlərinin göstərilməsinə razılıq verdikdən sonra 19 sentyabr 2023-cü il tarixdə THC işlərinin görülməsi üçün etibarnamə verilmiş və 20 sentyabr 2023-cü il tarixdə isə sifariş yazılı formada "xxxx" MMC-yə təqdim edilmişdir. 19 sentyabr 2023-cü il tarixdə mail vasitəsi ilə THC əməliyyatının ən yüksək şəkildə aparılmasını "xxxx" MMC öz üzərinə götürmüşdür. Lakin "xxxx" MMC Poti limanında müqavilədən və maildən irəli gələn xidməti, yəni THC əməliyyatını apara bilmədiyindən, malların 20 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixədək limanda qalır və bunu öz maili ilə təsdiq edir. Bu baxımdan malların limanda saxlanması ilə bağlı demuraj xərclərin "xxxx" MMC-nin üzərinə qoymaq əsassızdır. Cavabdehin bu dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflərin malların daşınması ilə münasibətləri müqavilə ilə tənzimlənir. Həmin müqavilənin şərtlərinə görə cavabdeh malların limana daxil olmasından 7 gün öncə iddiaçıya sifariş verməlidir. İşin mübahisəsiz hallarından biridə ondan ibarətdir ki, cavabdeh sifarişi müqavilə şərtlərinə əsasən 7 gün öncə deyil, konteynerlərin limana daxil olmasından sonra vermişdir. Bundan sonra THC xidmətinin göstərilməsi ilə bağlı tərəflər razılaşmış və zəmanət verilmişdir. Eyni zamanda müəyyən edilmiş hallardan biridə ondan ibarətdir ki, cavabdehə məxsus malların daşındığı 13 ədəd konteyner limana daxil olduğu zaman sıxlıq olan terminala daxil olmuş və konteynerlərin tez zamanda limandan çıxarılması üçün konteynerlərin başqa terminala köçürülməsi zəruri olmuşdur. Qeyd edilən xidmətlərin göstərilməsi üçün iddiaçının razılaşdığı ilkin hüquqi şəxsin işlərin həcminə münasibətdə işlərin görülməsindən imtinası və ya hər hansı səbəbdən işlərin görülməsinə razılıq verməməsi iddiaçının qəsdi, kobud ehtinasızlığını və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanlı olmamasını təsdiq edən hal deyildir. İddiaçının birinci razılaşdığı daşıyıçının xidmətlərin göstərilməsindən hansı səbəbdən imtina edilməsinə dair sübutlar mövcud olmasa da bu halın iddiaçının ziyanına şərh edilməsinə dair qanuni əsas yoxdur. Belə ki, müəyyən olunduğu kimi tərəflər arasında işgüzar münasibətlər əvvəllər də mövcud olmuşdur. İddiaçının qəsdən və ehtiyatsızlıq nəticəsində cavabdehə ziyan vurması ağlabatan olmamaqla hər hansı sübutla təsdiq olunmur. Eyni zamanda qeyd edildiyi kimi, cavabdeh tərəfindən saxlama və demuraj xərclərinin yaranacağı təqdirdə onun ödənilməsinə zəmanəti şərtsiz və hər hansı istisnasız verilmişdir. Bu səbəbdən də tərəflər arasında yaranmış mübahisənin həllində tapşırığa aid müddəalar tətbiq edilməklə qəsd və ya ehtiyatsızlıq halına hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə, THC xidmətlərinin göstərilməsi nəticəsində yaranmış saxlama və demuraj xırclərinin cavabdehdən tutulmalı olmasına dair birinci instansiyası məhkəməsinin mövqeyi ilə razlaşır və hesab edir ki, bu hissədə birinci instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin cavabdehdən tutulmuş cərimə borcunun (dəbbə pulu) tutulması hissəsinə qiymət verərkən məhkəmə qeyd edir ki, tərəflər arasında ilkin yazılı razılaşma xx.xx.2023-cü il tarixli 2023/M-059 nömrəli nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə olmuş, iddiaçının və birinci instansiya məhkəməsinin istinad etdiyi müqavilə şərti məhz daşınma müqaviləsinə münasibətlərdə tətbiq edilməli haldır. Hazırki halda mübahisə tərəflər arasında bağlanmış yazılı müqavilənin icrası ilə bağlı deyil sonradan razılaşdırılmış tapşırıq müqaviləsinin icrasından irəli gələn mübahisə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Hazırki halda tapşırıq müqaviləsinin icrası şərtlərinin pozulmasından irəli gələrək yazılı qaydada dəbbə pulunun ödənilməsinə dair razılaşma mövcud deyildir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulu hissəsində ləğv edilməli, digər hissələrdə apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-51/2025 nömrəli qətnaməsi “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1000 ABŞ dolları cərimə borcunun tutulması” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar