Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-74/2024 20.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Ağa-X4, Cavabdeh və onun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1852/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1852/2023 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 5259,04 manat məbləğində borc, 20 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 5279,04 manat məbləğində pul və 110 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi, Cavabdeh 72,80 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1852/2023 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxararaq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5259,04 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 525,90 manat məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 110 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə xx.xx.2022-ci il tarixli, 17 saylı Alqı-Satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başlamışlar. Əməkdaşlıqları müddətində cavabdeh İddiaçı MMC-yə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin cavabdeh təhvil aldığı məhsullara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək İddiaçı MMC-yə olan 5259,04 manat borcunu ödəməmiş və aralarında bağlanmış Alqı-Satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə, aralarında bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. xx.xx.2022-ci il tarixli 17 saylı Alqı-Satqı müqaviləsinin şərtlərinə əsasən, Alıcı təhvil aldığı məhsullara görə ən geci 31 gün ərzində ödəniş etməli idi. Alqı-Satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən Alıcı müəyyənləşdirilmiş müddətdə üzərinə düşən ödəniş öhdəliklərini icra etmədikdə gecikdirilmiş borc yaranır və həmin gündən etibarən hər gecikdirilmiş gün üçün Satıcı Alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2% miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10% kimi müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən ödənişi gecikdirilmiş məhsullara görə dəbbə pulunun məbləği 10%-dən çox olduğu üçün müqavilənin 5.5-ci bəndinə əsaslanaraq ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10%-ni təşkil edən 525,90 manat məbləğində dəbbə pulu yaranmışdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eyni zamanda həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini gecikdirmişdir. Nəticə etibarı ilə, hazırda cavabdehin İddiaçı MMC-yə 5259,04 manat məbləğində əsas borcu və 525,90 manat məbləğində dəbbə pulu yaranmışdır. Həmin müqavilənin 8.1-ci bəndinə qeyd olunduğu kimi müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunmalıdır. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunacaqdır. Belə olduğu təqdirdə, Alqı-Satqı müqaviləsinin 8.1-ci bəndinə əsaslanaraq, məsələnin məhkəmə tərəfindən həll olunmasını qərara almışdırlar. Bununla da, onlar İddiaçı MMC olaraq pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi əsassızdır. Belə ki, iddiaçı tərəfin göstərdiyi hallarla razı deyil. Çünki aralarında qeyd edilən müqavilə olmasına baxmayaraq, İddiaçı MMC ilə borcun ödənilməməsinə səbəblər əsaslıdır. İddiaçı MMC ilə uzun müddətdir biznes əlaqələri var və MMC-nin məhsullarını qarşılıqlı müqavilə əsasında alıb satırlar. Lakin digər müqavilə üzrə İddiaçı MMC onlara təqdim etdiyi malların təxminən 2000 manatdan daha artıq hissəsinin istifadə müddəti bitdiyi üçün dəfələrlə MMC-yə həmin malların geri qaytarılmasını tələb etsələr də, bu günədək mallar onun ambarında qalmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsinə təqdim edilən müqavilənin surəti ona təqdim edilməmiş və müqaviləyə atılan imzanın kimə məxsus olması məhkəmə tərəfindən araşdırılmamışdır. Ümumiyyətlə məhkəmə prosesslərində iştirakı təmin edilməmiş və məhkəmənin yekun qərarından yalnız Tovuz Rayon Mərkəzi Poçtundan gələn zənglə xəbərdar olmuşdur. Bütün bu xüsusiyyətləri nəzərə alaraq, hesab edir ki, məhkəmə iş materiallarını əsaslı araşdırmadan İddiaçı MMC-ni n xeyrinə qətnamə çıxarmışdır Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Ağa-X6 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 17 saylı alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh İddiaçı MMC-yə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil aSatıcı Alıcının sifarişi əsasında malları Alıcıya satır, Alıcı isə məhsulların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 şərtlərinə əsasən Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin şərtlərinə əsasən, Alıcı təhvil aldığı məhsullara görə ən geci 31 gün ərzində ödəniş etməlidir, həmin müqavilənin “Alıcı” bölməsində “Fərdi sahibkar” ifadəsinin qarşısında “Cavabdeh” soyadı, “İmza” qrafasında isə alıcının imza etdiyi göstərilmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən Alıcı müəyyənləşdirilmiş müddətdə üzərinə düşən ödəniş öhdəliklərini icra etmədikdə gecikdirilmiş borc yaranır və həmin gündən etibarən hər gecikdirilmiş gün üçün Satıcı Alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2% miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10% kimi müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Seriya: EBCC 936132 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 5259,04 manat dəyərində malların təqdim edilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 03473 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 110 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4/613 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 17 saylı alqı-satqı müqaviləsində “Alıcı” bölməsində “Cavabdeh” yazıları və “imza” qrafasındakı imza; və 17 nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə olan qiymət razılaşma protokolunda “Alıcı” bölməsində “Cavabdeh” yazıları və “İmza” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil edir. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsinin vəsatəti nəzərə alınaraq yenidən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4/1501 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş, işin 129-133-cü vərəqələrində İddiaçı MMC ilə Cavabdeh arasında olan xx.xx.2021-ci il tarixli, 411/M21 saylı alqı-satqı müqaviləsinin 5-ci vərəqəsinin üz tərəfində olan “Alıcı Cavabdeh” qrafasındakı imza, i/v 134-135-də olan eyni tarixli 3 nömrəli qiymətlərin razılaşdırılması protokolunun 2-ci vərəqəsində “Alıcı Cavabdeh” qrafasındakı imza ilə i/v 76-81-də İddiaçı MMC ilə Cavabdeh arasında olan xx.xx.2022-ci il tarixli, 17 saylı alqı-satqı müqaviləsinin 6-cı vərəqəsinjn üz tərəfində “Alıcı Cavabdeh” qrafasındakı imza, i/v 82-83-də olan 1 nömrəli eyni tarixli X1 2-ci vərəqəsində “Alıcı Cavabdeh” qrafasındakı imza - Müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, işin 129-133-cü vərəqələrində İddiaçı MMC ilə Cavabdeh arasında olan xx.xx.2021-ci il tarixli, 411/M21 saylı alqı-satqı müqaviləsinin 5-ci vərəqəsinin üz tərəfində olan “Alıcı Cavabdeh” qrafasındakı imza, i/v 134-135-də olan eyni tarixli 3 nömrəli qiymətlərin razılaşdırılması protokolunun 2-ci vərəqəsində “Alıcı Cavabdeh” qrafasındakı imza, i/v 76-81-də İddiaçı MMC ilə Cavabdeh arasında olan xx.xx.2022-ci il tarixli, 17 saylı alqı-satqı müqaviləsinin 6-cı vərəqəsinin üz tərəfində “Alıcı Cavabdeh” qrafasındakı yazılar və imza, i/v 82-83-də olan 1 nömrəli eyni tarixli X1 2-ci vərəqəsində “Alıcı Cavabdeh” qrafasındakı yazılar və imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, işin 129-133-cü vərəqələrində İddiaçı MMC ilə Cavabdeh arasında olan xx.xx.2021-ci il tarixli, 411/M21 saylı alqı-satqı müqaviləsinin 5-ci vərəqəsinin üz tərəfində olan “Alıcı Cavabdeh” qrafasındakı imzada, i/v 134-135-də olan eyni tarixli 3 nömrəli qiymətlərin razılaşdırılması protokolunun 2-ci vərəqəsində “Alıcı Cavabdeh” qrafasındakı imzada, i/v 76-81-də İddiaçı MMC ilə Cavabdeh arasında olan xx.xx.2022-ci il tarixli, 17 saylı alqı-satqı müqaviləsinin 6-cı vərəqəsinin üz tərəfində “Alıcı Cavabdeh” qrafasındakı imzada, i/v 82-83-də olan 1 nömrəli eyni tarixli X1 2-ci vərəqəsində “Alıcı Cavabdeh” qrafasındakı imzada – Cavabdeh imzalarına oxşadılmaqla icra olunma əlamətləri icra olundu. Ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil edir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 17 saylı müqaviləyə əsasən satıcı alıcıya malları satmağı, alıcı isə məhsulların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli X2 əsasən alıcı təhvil aldığı məhsullara görə ən geci 31 gün ərzində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin imzaları və X8 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə mallar cavabdehə təhvil verilmişdir. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 5259,04 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, təhvil-qəbul aktı və elektron qaimə ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 5259,04 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin alqı-satqı müqaviləsi ilə bağlı gəldiyi nəticə o halda doğru olardı ki, bağlanmış müqavilə tərəflərin iradəsinə və qanunvericiliyin tələblərinə uyğun olsun. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qanunvericiliyin istinad olunan normalarının məzmunundan göründüyü kimi müqavilə mülki hüquq və vəzifələrin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. İş materiallarındakı müqavilə yazılı qaydada bağlandığına görə tərəflərin imzası ilə təsdiq olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının istinad etdiyi alqı-satqı müqaviləsi yazılı qaydada bağlanmış olsa da, həmin müqavilədə alıcı qrafasındakı imzalar Cavabdeh məxsus deyildir. Göründüyü kimi iddiaçı tərəfindən onunla Cavabdeh arasında bağlanmıs xx.xx.2022ci il tarixli, 17 saylı Alqı-Satqı müqaviləsi mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına uyğun deyildir. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin öhdəliyinin yaranması üçün əsas kimi göstərilən xx.xx.2022-ci il tarixli, 17 saylı Alqı-Satqı müqaviləsi cavabdeh tərəfindən imza edilməmişdir. Borc tələbi isə müqavilə üzrə yaranan öhdəlikdir. Həmin müqavilədəki “Alıcı” qrafalarındakı imzalar cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi müqavilədə, cavabdehin imzasının olmaması isə o deməkdir ki, həmin tələb üzrə cavabdehin öhdəliyi yaranmamışdır. Belə olan halda Cavabdeh İddiaçındən xx.xx.2022-ci il tarixli 17 saylı alqı-satqı müqaviləsinə əsasən mallar alması öz təsdiqini tapmadığından iddia tələbi təmin edilməməli, iş üzrə 254,0 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasınıən MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1852/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza xərci 254 (iki yüz) manat miqdarında pul İddiaçındən alınaraq Az.MEM, VÖEN **********, Hesab №AZ34CTRE**********000 2088501, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ 013601**********3944, SWİFT-BİK STREAZ22 müxbir hesaba keçirilsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-74/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-74/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver